Vəzifə – Monitorinq Meneceri



Yüklə 18,38 Kb.
tarix20.09.2018
ölçüsü18,38 Kb.

Vəzifə – Monitorinq Meneceri






 Müddət: 09.03.2007 - 19.03.2007







Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) təsis etdiyi “İcraçı Kredit Agentliyi” bank olmayan Məhdud Məsuliyyətli Cəmiyyətinin (İKA) Monitorinq Meneceri vəzifəsini icra etmək üçün təcrübəli mütəxəssisi işə dəvət edir.

Bakı, Azərbaycan



Hesabat verilməsi: IKA-nın Baş Direktora

Son müddəti: 19 mart, 2007

  1. İKA-nın Monitorinq Menecerinin məsuliyyət və vəzifələrinə aşağıdakılar daxildir

  1. Birgə Borcalanlar və Kredit İttifaqlarının fəaliyyətlərini sistematik olaraq təhlil etmək;

  2. Kredit İttifaqlarının (Kİ) Balansını və Gəlir/Xərc Hesabatlarını qiymətləndirmək;

  3. Kİ-lərin maliyyə idarəçiliyinə görə məzənnələri hesablamaq;

  4. Azərbaycan Milli Bankının Prudensial Normaları, habelə Beynəlxalq İdarəetmə Standartları ilə müqayisədə Kİ-lərin maliyyə idarəçiliyini qiymətləndirmək və təhlil etmək;

  5. Kİ-nin Kredit Portfelini qiymətləndirmək və təhlil etmək;

  6. Mühasibatlıq prosedurlarını və qeydlərini qiymətləndirmək və təhlil etmək (mühasibatlığın təyin edilmiş prosedurlara nə dərəcədə uyğun aparıldığını qiymətləndirmək);

  7. Kİ-lərin Azərbaycanda hüquqi və tənzimləyici çərçivəyə uyğun idarə olunduğuna əmin olmaq məqəsdilə, Kİ əməliyyatlarını qiymətləndirmək və təhlil etmək;

  8. Kİ-lərin təşkilatı strukturunu qiymətləndirmək və təhlil etmək;

  9. Kredit İttifaqlarının İdarəetmə İnformasiya Sistemini qiymətləndirmək və təhlil etmək;

  10. Kİ-lərin mənfəətliliyini və kapital adekvatlığını qiymətləndirmək və təhlil etmək;

  11. Kİ-lərin maliyyə proqnozlarını qiymətləndirmək,

  12. Kredit İttifaqları bazarını təhlil etmək;

  13. Kİ əməliyyatlarında və idarə edilməsində problemli sahələri müəyyən etmək;



Hesabatvermə




  1. Agentliyin Monitorinq Meneceri İKA Rəhbərinə hesabat verəcəkdir. O, İKA-nın Rəhbərinə hesabatlar hazırlayacaqdır. Monitorinq Meneceri Sazişlərdə qeyd olunan qurumlara təqdim olunacaq tərəqqi hesabatları, iş planları və tələb olunan digər sənədləri hazırlayacaqdır




  1. Müddət




  1. Agentliyin Monitorinq Meneceri ilə 4 il müddətinə müqavilə imzalanacaqdır. Bu müqavilə üzrə ilk 6 aydan sonra menecerin vəzifəyə uyğunluğunun qənaətbəxşliyi müəyyənləşdirilərək, sonrakı illərdə hər il fəaliyyətinin nəticələri İKA-nın Rəhbəri və AKİA-nın İdarə Heyəti tərəfindən qiymətləndiriləcək və qiymətləndirmənin nəticəsinə əsasən müqavilə müddəti növbəti il üçün qüvvədə qalacaqdır.


İxtisaslaşma



Monitorinq Meneceri aşağıdakı keyfiyyətə, ixtisasa və təcrübəyə malik olmalıdır:


  1. Azərbaycan vətəndaşı olmaq və azərbaycan dilində səlis bilmək;

  2. Maliyyə/iqtisadiyyat sahəsində ali təhsil;

  3. Mikro maliyyə sektorunda minimum 3 il iş təcrübəsi;

  4. Kİ-lər ilə işləmək sahəsində təcrübəyə üstünlük veriləcək;

  5. Layihə idarəçiliyində təcrübə;

  6. Yazılı hesabat tərtib etmək təcrübəsi;

  7. ə`la yazılı və şifahi nitqə malik olmaq;

  8. Excel/Word, E-poçtla işləmək bacarıqları daxil olmaqla, kompüterdə yaxşı işləmək bacarığı;

  9. kompleks məlumatlarını təşkil və idarə etmək bacarığı.

  10. İşlə bağlı ölkə daxilində mütəmadi e`zamiyyəyə getməyə hazır olmaq;


Ünvan:

Bakı şəh., Ü. Hacıbəyov küç. 40, Hökumət evi, ofis 848.

Xahiş olunur müraciətdə vəzifənin adını yazasınız

fabbasova@ia-az.net

Tel./Fax: 493-67-90; mobil: (50) 348-10-03

Xahiş edirik diplomları və ya sertifikatları əlavə edəsiniz




Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə