Vəzifə Monitorinq və qiymətləndirmə üzrə mütəxəssis ( Round 9) e L a n



Yüklə 12,09 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü12,09 Kb.
#7783

background image
Vəzifə - Monitorinq və qiymətləndirmə üzrə mütəxəssis 

( Round 9) 



E L A N 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsi (ƏN TBİ) QİÇS, Vərəm və 

Malyariya əleyhinə Qlobal Fondun (QF) 9-cu Raund “Azərbaycan penitensiar sistemində vərəmə 

nəzarətin gucləndirilməsi” Layihəsinin İcra Qrupuna (LİQ) monitorinq və qiymətləndirmə (M və 

Q) üzrə vakant mütəxəssis yerinə tam iş günü üçün müsabiqə elan edir. 

Vakant yerin vəzifə öhdəlikləri: 

 



Layihənin monitorinqi və qiymətləndirilməsi (M və Q) üçün Qlobal Fondun (QF) 

tələblərinə əsasən sistem və vasitələri təkmilləşdirmək və icra etmək; 

 

M və Q sənədlərini tərtib etmək, layihənin təsdiq edilmiş İş planına əsasən icrasına və 



aparılan fəaliyyətlərin keyfiyyətinə nəzarət etmək; 

 



Mütəmadi olaraq Layihənin həyata keçirildiyi sahələrə monitorinq başçəkmələri həyata 

keçirmək, alınan məlumatın dürüstlüyünü yoxlamaq, ilkin mənbə ilə müqayisə etmək və 

müvafiq hesabatlar hazırlamaq;   

 



M və Q prosedurlarının qeydiyyatını aparmaq; 

 



Rüblük, yarım illik və illik M və Q hesabatlarını hazırlamaq, Proqramın məlumat 

bazasını mütəmadi olaraq təhlil etmək və dəqiqliyinə nəzarət etmək;  

 

LİQ və Sub-resipeyent (SR) nümayəndələri ilə birlikdə iş planlarını, cədvəllərini, 



layihənin bütün fəaliyyətləri üçün M və Q prosedurlarını işləyib hazırlamaq;    

 



M və Q vasitəsilə Proqramın qoyulmuş hədəf göstəricilərinə çatma prosesini izləmək, 

proqnozlaşdırmaq, hər hansı maneə yarandıqda onu vaxtında təyin etmək və həlli üzrə 

təkliflər vermək;    

 



Layihənin icra olunmasına dair bütün sənədlərin arxivləşdirilməsini təmin etmək və 

yoxlama üçün hazır etmək; 

 

Sub-resipiyentdən rüblük M və Q hesabatlarını vaxtında qəbul etmək və yoxlanılmasını 



təmin etmək; 

 



QF-un, Fondun Yerli Agentliyin (FYA), ƏN TBİ-nin M və Q sorğularını cavablandırmaq 

vaxtında təqdim etmək; 



Tələblər: 

 



Tibb və ya İctimai Səhiyyə üzrə ali təhsil. 

 



Ümumdünya Səhiyyə Təşkilatının vərəm sahəsində olan təlimatlarını və vərəm üzrə 

standart M və Q göstəricilərini bilmək.  

 

QF-un M və Q sahəsində olan təlimatlarını bilmək.  



 

Səhiyyə proqramların monitorinqi sahəsində ən azı 3-illik iş təcrübəsi. 



 

Microsoft Office 2003/2007, Internet və E-mail, EPİİNFO 6/STATA/SPSS kompyuter 



proqramları üzrə biliklərə malik olmaq.  

 



Azərbaycan və İngilis dillərini mükəmməl bilmək.  

Müsabiqədə iştirak etmək üçün tərcümeyi-hallar (CV-lər) 14 aprel 2013-cü il tarixdən gec 

olmayaraq 

office@prisonhealth.az

 elektron poçt ünvanına “M&E CV” mövzusu ilə göndərilə 

bilər. 


Yalnız  yuxarıda göstərilən tələblərə müvafiq seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.  

Qeyd: Musabiqədə seçılmiş namizədlər Ədliyyə Nazirliyinin tələblərinə uyğun olaraq xüsusi 



yoxlamadan keçəcəklər. 

 

Yüklə 12,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə