Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə1/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
  1   2   3   4   5   6   7   8   9   ...   44


Az rbaycan Respublikas T hsil Nazirliyinin

я

ы я



24 12

2

2340 нюìряëè я



я

. .201 -ci il tarixli,

mri il

я

ø



t sdiq olunmu dur.


ISBN 978-9952-34- -

942 9


“ rq-Q rb” N riyyat Evind n r

“Video


kili i texnologiyas ” d rsliyind videoyaz formalar ,

Шя

я



яø

я яø оëунан

÷я

ø

ы



я

я

ы



ы

kinematoqrafiya, videokameradan istifad , i qland rma, r ng, s s, s syazman n keyfiyy ti haqq nda m lumat

я øы

ы

я



я я

ы

я



ы

я

verilir. D rslikd montaj, onun n vl ri, mikrofonlar, kamera il davran , ekspozisiya, akustik perspektiv,



я

я

ю я



я

ыø

s syazman n estetikas v s



haqq nda m lumat ld etm k olar.

я

ы



ы я

ы

я



я я

я

air



Äярсëèê èëê пеøя-èхтèсас тящсèëè ìöяссèсяëярèнèн øаэèрд вя ìöяëëèìëярè, щяì÷èнèн вèдео ÷яêèëèøè èëя ìарагëананëар

ö÷öн няçярдя тутуëìуøдур.




3

I FƏSİL

§1. Video haqqında ümumi məlumat

Videokamera  təsviri  və  səsi  maqnit  lentinə  köçürən,  yaxud  birbaşa  efirə 

verən çəkiliş aparatıdır. Vifdeokameranın stasionar (studiya üçün, təkərli, hid­

ravlik qaldırıcı – ştativlərində) və mobil (çiyində, əldə işlətmək üçün) növləri 

mövcuddur.



Videofilm  kinolentə  deyil,  video  lentinə  çəkilən  filmdir.  Ötən  əsrin  70­ci 

illərində TV­də yaranan videofilm kinofilmlərin əksər üslubi əlamətlərini əvəz 

edib. Videofilmlərin janrları rəngarəngdir: bədii, elmi­kütləvi, sənədli­pub li sis­

tik, xronikal və s.

Elektrik siqnalına çevrilən təsvirin və səsin maqnit lentinə köçürülməsi vi­

deomaqnit  yazısıdır.  Videomaqnit  yazısı  sayəsində  film,  proqram  və  s.  ekran 

əsər ləri kasetə yazılır.

Məişətdə  işlədilən  videoyazı  sistemi VHS  formatı  (Vİ­EYÇ­ES)  ən  geniş 

yayılmış videoyazı formatlarından biridir. Bu formatda ekranda görünən təs vi­

rin maksimal dəqiqliyi 240­260 xətt həddindədir.



Videoarayıcı  çəkiliş  obyektini  müşahidə  etmək  və  məkanın  sərhədlərini 

müəyyənləşdirmək  (kadrları  düzmək)  üçün  vasitədir;  kinoçəkiliş  aparatının 

görüntü  axtarıcı  qurğusu;    videokamera  monitorudur  (şəkil  1).  Videoarayıcı, 

əsasən  çəkiliş  zamanı  kadrın  sərhədlərinin  müəyyənləşdirilməsinə,  eləcə  də 

kinoçəkiliş  prosesində  müşahidə  aparmağa  xidmət  edir.  Çəkilən  səhnənin 

baxılması  üçün  videoarayıcıdan  miniatür  bir  monitor  kimi  də  istifadə  edilir. 

Monitordan  görünən  görüntülər  və  məlumatlar  istifadəçiyə  yardımçı  olur. 

Videoarayıcıya çox vaxt müxtəlif göstəricilər, oxlar, şkalalar və kinoaparatın işi 

haqqında  digər  informasiyalar  çatdırılır.  Kinoçəkiliş  aparatında  üç  tip 

videoarayıcı tətbiq olunur: Qaliley tipli parallakslı,  Kepler tipli parallakslı 



Kepler tipli güzgülü (yaxud ikitərəfli tuşlayıcı).

Şəkil 1. “Canon XF100E” peşəkar 

videokamerası və onun videoarayıcısı

Şəkil 2. Elektron videoaxtarıcı




4

Videoda sürətli axtarış nöqtəsi – təsvirlərin videoda irəliyə­geriyə doğru 

sürətli keçidi. Bu vəziyyətdə lentin sürəti normadan 7 dəfə çoxaldığı üçün səs 

kəsilir və sürətli keçid anında ekranda xətlər yaranır.

§2.Videoyazı formatları

Videoyazı    1)  videomaqnitofon  qurğusunun  köməyi  ilə  ekranda  göstə­

rilmək və səsləndirilmək üçün təsvirin və səsin maqnit lentinə, yaxud optik dis­

kə yazılması; 2) verilişin və ya çıxışın studiyada  və ya studiyadankənar şərait­

də maqnitofon lentinə yazılmasıdır.



Videomaqnit yazısı elektrik siqnallarına çevrilən təsvirin və səsin maqnit 

lentinə köçürülməsidir. Videomaqnit yazısının 

sayəsində film, proqram və ek ran əsərləri ka­

se  tə yazılır.



Videokaset  videoyazı  üçün  maqnit  lent i 

olan  kaset,  yaxud  maqnit  lentində  video fono­

qramı olan kasetdir (şəkil 3).

Betakam  (Betacam)  –  SONY  firmasının 

studiya  və  studiyadankənar  videoistehsal, 

eləcə də videojurnalistika üçün işləyib hazırladığı çağdaş videoyazılışı biçimli 

formatıdır.  Betakamda  parlaqlıq  və  rəng  siqnallarının  yazılışı  müxtəlif 

videobaşlıqlı  ayrı­ayrı  videocığırlarda  aparılır.  Videolentin  yuxarı  hissəsində 

səs  siqnallarının  yazılışı  üçün  iki  köndələn  cığır  yerləşir.  Lentin  aşağı 

hissəsində sinxron­siqnal və ünvan­zaman kodunun cığırları yerləşir. Hər qoşa 

video  başlıqdan  əvvəl  fırlanan  pozucu  başlıq  yerləşir  ki,  bu  da  videoyazılış 

zamanı  əlavə  imkanlar  açır.  Bu  cür  başlığın  olması  artıq    siqnalların  olduğu 

yerdə videoyazılışın davam etdirilməsinə imkan verir.



Betakam SX (Betacam-SX) SONY fir ma­

sının  rəqəmli  videoyazılış  formatıdır.  İn­

formasiya daşıyıcısı kimi düyünlü metal toz lu 

lentlərdən istifadə  olunur. Videosiqnalı sıxma 

metodu  –  10:1  təziyq  əmsallı  4:2:2.  Studio 

Profile cihazıdır. Bu formatın avadanlığı mate­

rialı yerindəcə  montaj etməyə yüksək sürətlə, 

keyfiyyətə  xələl  gətirmədən  ötürməyə  imkan 

verir  (şəkil  4).  Betakam  SX  avadanlığı  Betacam  və  Betakam  SP  aparatlarına 

oxşardır. Birbaşa kameranın arxa panelində rəngi əks etdirmək qabiliyyəti bu 

formatın əsas üstünlüklərindən biri sayılır.

Betakam SP (Betacam SP) metallaşdırılmış oksid lentindən istifadə im ka­

nı olan videoyazılışın analoqu komponent formatıdır. Onun tərkibində zaman 

Şəkil 3.

Şəkil 4.  Betamax/Betacam 

videokaseti



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə