Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə1/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
  1   2   3   4   5   6   7   8   9   ...   30


 
Vilyam Şekspir 
 
 
Seçilmiş 
əsərləri 
 
iki cilddə 
 
 
I cild 
 
 
 
İngilis dilindən tərcümə edəni: Sabir Mustafa 
 
Ön sözün müəllifi: İsmixan Rəhimov 
 
 
 
 
Vilyam Şekspir. Seçilmiş əsərləri. İki cilddə. “Öndər 
nəşriyyatı”, Bakı, 2004, 736 səh. 
 
 
Antik dövr dramaturgiyasından söz düşəndə dilə ilk 
gələn Esxil, Evripid, Sofokl adları olursa, İntibah 
dövrünün dram sənəti zirvəsində qeyd-şərtsiz  görkəmli 
ingilis dramaturqu Vilyam Şekspirin adı çəkilir. 
Mayasında insan ləyaqətinin ucalığı, mənəvi yüksəkliyi, 
insanpərvərlik, dərin həyatilik və məhəbbət ülviliyi 
dayanan  Şekspir yaradıcılığı  ümumbəşər  mənəvi 
sərvətində  elə bir zirvədir ki, coğrafi sərhədlər, etnik 


müxtəlifliklər, milli psixologiyalar məhdudluğu  tanımır  
və zamana sinə gərir. 
 
Bəşəriyyətin  indisi və gələcəyi üçün narahatlıq 
keçirən ölməz sənətkarın  humanizm ideyaları, 
gerçəkliklə ideal arasındakı uçurumun ictimai mahiyyəti  
yazdığı faciələrdə  daha şaxəli şəkildə  pardaqlanır. 
Həmin əsərlərdə  faciəvilik  nikbinliklə üzvi vəhdətdir 
ki, bu da nəticə etibarilə  oxucunu ülvilik  və gözəllik 
aləminə  qovuşdurur, onun həyat eşqi və mübarizə 
əzmini artırır. 
 Bu 
cildə  dahi dramaturqun  beş ən məşhur faciəsi 
daxil edilmişdir.  “Romeo və Culyetta”da  təmiz 
məhəbbət, “Otello”da  fəlakətə  düşmüş  böyük  inam
“Kral Lir”də ülvi ata sevgisi, “Hamlet” və “Maqbet” 
əsərlərində  isə  hakimiyyət  ehtirası ön plana çəkilir. 
 
 
İSBN 9952-416-37-6             
 
“Öndər 
nəşriyyatı”,2004  
 
 
 
 
 
 
Azərbaycan Respublikasının Prezidenti 
 
İLHAM ƏLİYEVİN 
 
“Azərbaycan  dilində  latın  qrafikası  ilə  kütləvi 
nəşrlərin həyata  keçirilməsi haqqında” 
12 yanvar 2004-cü  il tarixli  sərəncamı  ilə  nəşr olunur 
və ölkə  kitabxanalarına  hədiyyə edilir. 
 
 


 
 
DUNYANI  "LƏRZƏYƏ GƏTIRƏN"  
DAHILƏRDƏN BIRI 
Bugünkü dünyamızda elə bir mədəni xalq tapılmaz ki, 
Vilyam  Şekspirin "Hamlet"indəki məşhur monoloqun 
"olum, ya ölüm" sualını ya olduğu kimi, ya da öz doğma 
dilinə tərcümədə işlətməsin. 
Cahanşümul mütəfəkkir Vilyam Şekspirin adının 
dünyanın hər yerində hörmətlə  çəkilməsi təsadüfi deyildir. 
Hətta onun həyat və yaradıcılığını  tədqiq edən bir qisim 
araşdırıcılar  Şekspir soyadında səhnəni lərzəyə  gətirən bir 
insan dayandığı fikrini söyləməyə özlərində  cəsarət 
tapmışlar. 
Bəşəriyyət qiyamət günü Tanrının qarşısında keçilmiş 
yol, görülmüş  işlər haqqında hesabat verəndə, özünün 
mövcudluğuna bəraət qazandırmaq üçün Servantesin "Don 
Kixot"  əsərini təqdim etsə, kifayətdir (F.Dostoyevski). 
Xeyr, kifayət deyil! Bəşəriyyət haqqında tam, hərtərəfli 
məlumat almaq, keçirdiyimiz kəşməkəşli yollar
qatlaşdığımız çətinliklər haqqında təsəvvür əldə etmək üçün 
Nizaminin "Xəmsə"si, Füzulinin qəzəlləri,  Şekspirin 
faciələri ilə tanış olmaq gərəkdir. 
Böyük ingilis dramaturqu cahanşümul  əsərlərini 
yaradandan bəri bəşəriyyət işi çətinə düşəndə, yamanlıq 
yaxşılığı üstələyəndə, "olum, ya ölüm" vəziyyətində elə 
hey Şekspirdən cavab gözləyir, onu imdadına çağırır. Bəlkə 
də XX əsrdə bütün dünyada bu qədər diqqət mərkəzində 
olan ikinci yazıçı tapmaq çətindir.  Şekspirin adı heç 
zaman unudulmur. 
Azərbaycanda  Şekspirlə tanışlıq teatr və  tərcümə 
sənətimizin inkişafı ilə  sıx bağlıdır. Teatrımızın və 
ədəbiyyatımızın XIX əsrdən bu günə kimi yüksəlişinin 
bütün mərhələləri  Şekspir adı ilə  əlaqədar olmuşdur. 
Şekspir  əsərlərinin Azərbaycan oxucusunun, tamaşaçısının 
bədii-estetik zövqünün zənginləşməsində xidməti vardır. 
Avropada intibah dövrünün ən görkəmli 
nümayəndələrindən biri olmuş Vilyam Şekspir öz 


əsərlərində humanizm, xəlqilik, həyatsevərlik ideyalarını 
tərənnüm etmiş, insan qəlbinin sirlərini dərindən bilmiş, 
qələmə aldığı mürəkkəb hadisələrin dolğunluğu ilə  həmişə 
oxuculara böyük təsir göstərmişdir. Onun faciə  və 
komediyalarında  əksini tapmış  məsələlər, həyat haqqında 
söylədiyi həqiqətlər, insanların bir-birinə münasibəti 
zaman-zaman dəyişməz qalır.  Şekspir hadisələrin 
dərinliyinə nüfuz edir, ilk nəzərdə  əhəmiyyətsiz görünən 
xırda bir hadisənin arxasında gizlənən ümumbəşəri 
əhəmiyyətə malik mənalan üzə  çıxara bilirdi. Şekspirin 
bütün  əsərləri zəmanə ilə son dərəcə bağlı olduğuna görə 
dünya  ədəbiyyatında misli görünməmiş tarixi vüsət kəsb 
etmişdir. Hər bir cəmiyyət, hər bir xalq, yaşından, 
məqamından asılı olmayaraq, hər bir fərd hər dəfə Şekspirin 
əsərləri ilə  təmasa girərkən ondan nə isə yeni bir şey 
öyrənibdir. Buna görədir ki, tədqiqatçılar 400 ildən çox bir 
müddətdir ki, onun əsərlərini tədqiq edir və hər dəfə yeni bir 
fikir söyləməyə nail olurlar. Müasiri Ben Conson Şekspir 
haqqında demişdir: "O, bir əsr üçün deyil, bütün zamanlar 
üçündür". Şekspir həm də bütün millətlərə gərəkdir. Elə bir 
xalq tapılmaz ki, onun mədəniyyətinin inkişafında Şekspirin 
payı olmasın. 
Şekspir Avropa İntibahının parlaq və eyni zamanda en 
mürəkkəb dövründə yaşamışdır. İntibahın ən dərin və son 
dərəcə böhranlı dövründə əvvəllər Bokkaçço, Leonardo da 
Vinçi, Rable və digər mütəfəkkirlərin  əsərlərində irəli 
sürülmüş konsepsiyalar tarixin acı  təcrübəsi  əsasında 
nəzərdən keçirilmiş və saf-çürük edilmişdir. 
İntibah dövründə əsrlərdən bəri feodalizm məngənəsində 
yaşayan insanın qarşısında ucsuz-bucaqsız üfüqlər açıldı, 
öz qüvvəsinə yenilməz inam yaranır və o, həyata, biliyə, 
yaradıcılığa meyl etməyə baş-layır. İntibah dövründə insan 
orta əsrlərin axirət dünyası haqqında nağılları ilə birdəfəlik 
üzülüşür, ümidini bu dünyaya bağlayır, cənnəti də, 
cəhənnəmi də burda axtarır. Təbiət elmlərinə, humanitar 
elmlərə böyük maraq oyanır. 
İntibah dövrünün insanında  ən ümdə keyfiyyət 
inamdır.  İnsanın sonsuz imkanlarına, varlığın bütün 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə