V?r?m
ý
haqq nda
10
fa
kt
Vərəm dünyada ən təhlükəlİ Və genİş
yayılmış yoluxucu xəstəlİklərdən bİrİdİr.
Vərəm təhlükəlİ olsa da,
onun müalİcəsİ mümkündür!
1995-ci ildən başlayaraq, DOTS proqramı (Bilavasitə
Nəzarət altında Qısamüddətli Müalicə) çərçivəsində 41
milyon vərəmli xəstənin uğurlu müalicəsi təmin olunub və 6
milyon insanın həyatı xilas edilib. 2011-2015-ci illər üçün
vərəmlə mübarizə üzrə Minilliyin Qlobal planının tam
maliyyələşdirilməsi və həyata keçirilməsi şəraitində
2015-ci ilədək dünyada daha 5 milyon insanın həyatı
xilas edilə bilər.
2015-ci ilədək vərəmlə mübarizədə iki məqsədə nail
olunmalıdır:
Minilliyin İnkişaf Məqsədlərindən biri kimi vərəmin
yayılmasının dayandırılması və 1990-cı illə müqayisədə vərəmlə
qlobal xəstələnmənin azalma-
sı təməlinin qoyulması
“Vərəmi dayandırmaq”
Tərəfdaşlığının məqsədi kimi
vərəmdən ölənlərin sayının
1990-cı illə müqayisədə ikiqat
azaldılması
Fakt
10
Buklet Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr
2010-cu il tarixli 226 nömrəli qərarı ilə təsdiq edilmiş “2011-2015-ci
illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın icrası üçün
Səhiyyə Nazirliyinin Tədbirlər Planının 5.1-ci bəndinə uyğun olaraq
İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış və çap
edilmişdir.
Bukletin hazırlanmasında Ümumdünya Səhiyyə Təşkilatının məlu-
matlarından istifadə olunmuşdur. Bukletdə dərc olunanlar Səhiyyə
Nazirliyinin baş ftiziatrı ilə razılaşdırılmışdır.
9
Fakt
İki milyarddan çox insan və ya dünya
əhalisinin 1/3-i bu xəstəliyə səbəb olan
mikrobla – vərəm basili ilə yoluxub.
Ehtimallara görə, bu insanların
hər 10 nəfərindən biri vərəmin
aktiv forması ilə xəstələnəcək.
İnsanın immunçatışmazlığı
virusuna (İİV) yoluxmuş
insanlar üçün vərəmlə
xəstələnmə riski daha
böyükdür.
Vərəm yoluxucudur və hava-damcı
yolu ilə yayılır. Aktiv formada vərəmli
xəstə müalicə olunmazsa, ildə orta
hesabla 10-15 insanı yoluxdura bilər.
Vərəm immun sistemi zəif olan İİV-ə yo-
luxmuş insanların əsas ölüm səbəbidir.
Çoxsaylı dərman vasitələrinə davamlı vərəmin (ÇDDV) müalicəsində bu
xəstəliyə qarşı bir neçə əsas dərman vasitəsi artıq öz təsirini göstərmir,
lakin vərəmin bu forması da müalicə olunandır. ÜST-nin apardığı
qiymətləndirməyə görə, 2008-ci ildə
ÇDDV ilə 440 000 yeni xəstələnmə
halı baş verib ki, bunun da 50%-dən
çoxu üç ölkədə – Hindistan, Çin
və Rusiyada qeydə alınıb.
ÜST-nin məlumatlarına əsa-
sən, ÇDDV dünyanın əksər
ölkələrində müşahidə olunur.
2009-cu ildə 9,4 milyon
vərəmlə yeni xəstələnmə
halı baş verib ki, bun-
lardan 80%-i 22 ölkədə
qeydə alınıb.
Vərəm – qlobal pandemiyadır
(geniş yayılmış epidemiya).
Vərəmlə xəstələnmənin yüksək
göstəricisi olan 15 ölkədən 13-ü
Afrikanın payına düşür.
Yeni xəstələnmə hal-
larının 1/3-i Hin-
distan və Çində
baş verir.
Genişləndirilmiş dərman çeşidlərinə davamlı
vərəm (GDDV) zamanı həm əsas, həm
də ehtiyat dərman vasitələrinə davamlılıq
yaranır. Vərəmin bu formasının müalicəsi
son dərəcə çətindir. ÜST-nin
məlumatlarına əsasən, GDDV
ilə xəstələnmə halları artıq
58-dən çox ölkədə təsdiq
olunub.
Dünya üzrə 2009-cu ildə vərəmdən ümumi
hesabla 1,7 milyon insan vəfat edib, yəni
bu səbəbdən bir gündə 4700-ə yaxın ölüm
hadisəsi baş verib. Vərəmdən ölüm
hallarının əksəriyyəti inkişafda
olan ölkələrin payına düşür ki,
bunun da yarıdan çoxu Asiya-
da baş verir.
1
Fakt
4
Fakt
3
6
8
Fakt
Fakt
Fakt
Fakt
Fakt
Fakt
2
7
5