Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə1/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
  1   2   3   4   5   6   7   8   9   ...   57


 

 
Vüsal SƏFİYEVA 
 
 
 
 
 
 
 
 
 
AKADEMİK HƏMİD ARASLININ  
FOLKLORŞÜNASLIQ İRSİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2018 
 


 

AMEA Folklor İnstitutunun Elmi Şurasının  
qərarı ilə çap olunur 
 
 
 
 
Elmi redaktoru:        Kamran 
Imran oğlu Əliyev 
         
 
        AMEA-
nın müxbir üzvü,  
                                  
Əməkdar elm xadimi,  
       
 
 
Redaktoru: 
Nüşabə Həmid qızı Araslı 
   
 
AMEA-
nın müxbir üzvü,  
Filologiya elmləri doktoru
professor 
 
 
 
Rəyçilər:           Aybəniz İbrahim qızı  Əliyeva- 
   
 
Kəngərli               
                          
Filologiya elmləri  doktoru 
 
                          
Əziz Yusif oğlu Ələkbərli 
Filologiya 
üzrə fəlsəfə doktoru,  
                          dosent           
 
 
                          
                                       
 
 
 
 
 
 


 

REDAKTORDAN 
  
 
Akademik Həmid Araslı klassik ədəbiyyatşünaslar 
sırasına daxil olan nüfuzlu elm xadimlərindən biridir. O, 
geniş  erudisiyaya  malik  ensiklopedik  zəka  sahibi  idi. 
Həmid  Araslının  ədəbi-elmi  fəaliyyəti  çox  geniş  və 
çoxsahəlidir.  Vüsal  Arif  qızı  Səfiyevanın  tədqiqat  işi 
onun  çoxsahəli  yaradıcılığının  bir  tərəfinə  –  
folklor
şünaslıq irsinə həsr edilmişdir. 
Vüsal Arif qızı Səfiyevanın filologiya üzrə fəlsəfə 
doktoru  elmi  dərəcəsi  almaq  üçün  yazdığı  monoqrafiya 
planlaşdırılmış  tədqiqat  istiqamətlərinə  görə  Həmid 
A
raslının  folklorşünaslıq  görüşlərini  tam  şəkildə  əhatə 
edir.  Giriş,  üç  fəsil  (“Azərbyacan  folklorunun  tarixi  və 
nəzəri  məsələlərinin  araşdırılması”,  “Yazılı  ədəbiyyatla 
şifahi  xalq  ədəbiyyatının  əlaqə  və  münasibətləri 
problemi”  “Folklor  örnəklərinin  və  ədəbi  abidələrin 
nəşrə hazırlanması və şərhi məsələləri”), nəticə və istifdə 
edilmiş  ədəbiyyatın  siyahısından  ibarət  monoqrafiyada 
qarşıya  qoyulan  məqsəd  və  vəzifələr  layiqincə  yerinə 
yetirilmişdir. 
Həmid  Araslı  böyük  ədəbiyyat  tarixçisi  idi.  O, 
ədəbiyyat  tarixçiliyini  folklor  irsindən  kənarda  təsəvvür 
etmirdi.  Ona  görə  də  mütəfəkkir  alimin  folklor 
nümunələri 
barədə 
mülahizələri, 
şifahi 
xalq 
ədəbiyyatının  sahələri  və  janrları,  eyni  zamanda 
folklorşünas şəxsiyyətlərlə bağlı araşdırmaları ədəbi-elmi 
fikrimiz üçü
n  bu  gün  də  aktual  səslənir  ki,  dissertantın 
həmin məsələlərə diqqət göstərməsi təqdirəlayiqdir.  
Həmid  Araslı  tədqiqatlarında  folklorşünaslığın  ən 
həssas və ən aktual məsələlərindən olan yazılı və şifahi 
ədəbiyyatın  əlaqələri  məsələsi  də  xüsusi  yer  tutur. 
Dissertant  bu  məsələ  ilə  bağlı  faktları  sadəcə  olaraq 


 

sadalamaqdan çox uzaqdır. O, Həmid Araslının yazılı və 
şifahi  ədəbiyyatın  əlaqələri  barədə  mülahizələrini 
araşdırır,  həm  də  “Kitabi-Dədə  Qorqud”,  “Koroğlu” 
eposlarının  nəşrə  hazırlanması  ilə  bağlı  görülmüş 
mətnşünaslıq işlərini dəyərləndirir. 
 
 
Kamran Imran oğlu Əliyev 
AMEA-
nın müxbir üzvü,  
Əməkdar elm xadimi 


 

ÖN SÖZ 
 
H
əmid  Araslının  elmi fikirləri özündən  sonrakı 
dövrl
ərin tədqiqatçılarına  əsaslı  surətdə  təsir  etmiş, 
Az
ərbaycan elminin görkəmli tədqiqatçıları  AMEA-nın 
müxbir  üzvü  Abbas  Zamanov  “Aşıq  yaradıcılığı  tədqiq 
edilir”, “Az
ərbaycan elminin cəfakeşi”,  akad.  Kamal 
Talıbzadə “Elmə həsr olunan ömür”, AMEA-nın müxbir 
üzvü  Əziz  Mirəhmədov “Həmid Məmmədtağı  oğlu 
Araslı”  (rus  dilində),  Yavuz  Akpınar  “Bir alim daha 
köçdü” (türk dilind
ə), filoloji elmlər  doktoru  Əkrəm 
C
əfər “Həmid  Araslının  doktorluq  dissertasiyası”  (rus 
dilind
ə), professor Vaqif Vəliyev “Həmid müəllim”, 
AMEA-
nın həqiqi üzvü Əlyar Səfərli “Akademik Həmid 
Araslı – 90”, prof. Araz Dadaşzadə “Ədəbiyyat elminin 
f
ədaisi”, AMEA-nın  müxbir  üzvü  Nizami  Cəfərov 
“Ədəbiyyatımızın  tarixçisi: Həmid  Araslı”,  prof.  Kamil 
Allahyarov “H
əmid Məmmədtağı  oğlu  Araslı”  (rus 
dilind
ə),  prof.  Vaqif  Arzumanlı  “Görkəmli filoloq və 
şərqşünas”,  Mikayıl  Rəfili “Azərbaycan  ədəbiyyatı 
elminin yüks
əlişi”  adlı  məqalələrini alimin elmi irsinə 
h
əsr  etmiş,  Əbdüllətif  Bəndəroğlu  “İmadəddin Nəsimi 
əl-Bağdadi.  Araşdırma  və  seçilmiş  əsərləri” (ərəb 
dilind
ə), akad. Məmməd  Arif  Dadaşzadə  “Azərbaycan 
xal
qının  ədəbiyyatı”,  professor Mirəli Seyidov “Qövsi 
T
əbrizi”  adlı  monoqrafiyalarında,  (eləcə  də  “Tədqiqatın 
s
əmərəsi”  adlı  məqaləsində), prof. Məmmədhüseyn 
T
əhmasib “Azərbaycan  xalq  dastanları”  kitabında,  prof. 
Əli  Sultanlı  “Azərbaycan  filologiyasının  ilk  ocağı”, 
akademik Ziya Bünyadov “Nizami v
əqfi  haqqında 
s
ənədə  dair”,  Əta  Tərzibaşı  “Füzulinin  ərəbcə 
q
əsidələri”, “Füzulinin Mətləul-etiqad” məqalələrində, 
AMEA-
nın  müxbir  üzvü  Azad  Nəbiyev  professor  Paşa 
Əfəndiyevin  “Azərbaycan  şifahi  xalq  ədəbiyyatı” 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə