X. N. Rüstəmov 1, 2, Z.İ. Əkpərov



Yüklə 123,12 Kb.
Pdf görüntüsü
tarix24.04.2018
ölçüsü123,12 Kb.
#40005


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 72, №2, səh. 89-94 (2017)

 

89 



Yeni Bərk Buğda Sortu – “Korifey-88” 

 

X.N. Rüstəmov



1, 2*

, Z.İ. Əkpərov

2

, C.M. Təlai

1

, M.Q. Əhmədov

1

, A.M. Abdullayev

1, 2

, M.Ə. Abbasov

2



M.A. Əhmədov

3

, Q.M. Həsənova

1

, S.K. Hacıyeva

1

, E.R. İbrahimov

1

 

 

1



Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Pirşağı qəs., 2-ci sovxoz, Bakı AZ 1098, Azərbaycan 

2

AMEA Genetik Ehtiyatlar İnstitutu, Azadlıq pr., 155, Bakı AZ 1106, Azərbaycan 

3

VİR Dağıstan filialı, Dərbənd r., Vavilovo k., Dağıstan 

*E-mail: xanbala.rustamov@yandex.com 

 

Məqalə Əkinçilik Elmi-Tədqiqat İnstitutu Tərtər BTS-də çoxillik seleksiya işləri nəticəsində Milli Gen-



bankda  saxlanılan  genofonddan  istifadə  etməklə  yaradılmış  yeni  “Korifey-88”  bərk  buğda  sortuna 

həsr olunmuşdur. Aqrometeoroloji göstəricilərə görə kəskin fərqlənən son 2014-2016-cı illərdə biotik 

və abiotik mühit amillərinə davamlı, yüksək məhsuldarlıq potensialına və dən keyfiyyətinə malik sort-

larla yanaşı, yüksək adaptivlik potensialı olan sortların yaradılması göstərilmişdir. Yeni, adaptiv tipli 

“Korifey-88” bərk buğda sortunun biomorfoloji və aqronomik əlamət və xüsusiyyətləri bölgədə rayon-

laşdırılmış standart sortlarla müqayisəli analiz edilmişdir.  Müəyyən edilmişdir ki,  “Korifey-88” sor-

tunda  sabit  məhsuldarlıq  və  dənin  keyfiyyət  göstəriciləri  sünbüldə  dənlərin  sayının  çox  olması  və 

adaptivliklə bağlıdır. Yeni “Korifey-88” bərk buğda sortunun Azərbaycanın suvarılan düzən və nəm-

liklə təmin olunmuş dağətəyi bölgələrində becərilməsi tövsiyə olunmuşdur. 

 

Açar sözlər: Sort, bərk buğda, adaptivlik, məhsuldarlığın struktur elementləri, dən keyfiyyəti 

 

 

GİRİŞ 



 

Çörək  və  buğda  dənindən  alınan  digər  məmu-

latlar  hər  bir  ölkənin  iqtisadi  təhlükəsizliyini  təmin 

edən əsas strateji məhsullardan biridir. Bərk buğdalar 

əhalinin qida rasionunun əsasını təşkil etməklə Azər-

baycanda ən qədim tarixi dövrlərdən, əsasən payızlıq 

əkinlərdə,  düzən  və  dağətəyi  bölgələrdə  becərilmiş-

dir.  Əkinlər,  adətən  müxtəlif  tetra-  və  heksaploid 

buğda növlərinin populyasiyasından ibarət olmuşdur 

(Rüstəmov, 2014).  

Bərk  buğda  (Triticum  durum  Desf.  2n=28, 

А

u



А

u

ВВ)  yumşaq  buğdadan  (T.aestivum  L.  2n=42 



А

u

А



u

ВВDD) sonra ən geniş əkin sahəsinə malik tet-

raploid buğda növüdür. Bərk buğdanın mənşəyi hələ 

də  tam  dəqiqləşdirilməyib.  K.A.Flyaqbesqer  (1938) 

bərk  buğdanın  mədəni  pərinclə  (Triticum  dicoccum 

(Schrank)  Schuebl.)  ümumi  əcdaddan  yaranması 

ideyasını irəli sürmüşdür. Onların ümumi əcdadının - 

yabanı Fələstin pərincinin (T.dicоccоides (Koern. ex 

Aschers. et Graebn.) Schweinf.) yabanı diploid tək-

dənli buğdanın (T.urartu Thum. ex Gan-dil.) əcdadı 

ilə  speltoides  buğdayıotunun  (Aegilops  speltoides 

Tausch.)  spontan  çarpazlaşaraq  allopoliploidləşməsi 

nəticəsində yaranması fərz edilir. Təkamülün sonrakı 

gedişində,  makromutasiyaların  tədricən  toplanması 

nəticəsində,  pərinclərə  xas  olan  sünbülün  çətin  dö-

yülməsi,  sünbülcük  pulcuqlarının  sərtliyi,  sünbül 

oxunun  sınması  kimi  əlamətlərinin  itməsi  baş  ver-

mişdir (Дорофеев и др., 1979, 1987).  

Müəyyən tarixi dövr ərzində böyük aqrosenoz-

larda  süni  və  kortəbii  seçmənin  birgə  təsiri  nəti-

cəsində  asan  döyülən,  sünbülcük  və  çiçək  pulcuq-

ları dəndən asan ayrılan, hətta dəndöymədən sonra 

sünbül  oxu  sınmayan  tetraploid  buğda  növləri 

yaranmışdır. 

N.İ.Vavilova görə (1987а, 1987б) T.durum Şi-

mali  Afrika  və  Aralıqdənizi  sahillərində  yaranmış-

dır.  Abissiniyada  (Həbəşistan)  bərk  buğdanın  zən-

gin biomüxtəlifliyi yaranmış, sonra isə digər bölgə-

lərə yayılmışdır.  

Əksər tritikoloqlar mədəni buğdaların, o cüm-

lədən  bərk  buğdanın  mənşə  mərkəzinin  Ön  Asiya 

olmasını təsdiq edirlər. Mədəni di-, tetra- və heksa-

ploid  buğdadların  Məhsuldar  Ayparada  (Further-

more) yaranması, sonra isə Şimali Afrika, Ön Asiya 

və  Aralıqdənizi  hövzəsindən  keçməklə  digər  əra-

zilərdə yayılması hipotezası hazırda üstünlük təşkil 

edir.  Mədəni  tetraploid  buğdaların  əcdadı  hesab 

edilən pərincin arealının və becərilməsinin etnocoğ-

rafiyasının  analizi  onun  vətəninin  “Məhsuldar  ay-

para”  olmasını  bir  daha  sübut  edir  (Рустамов, 

2016а, 2016б). 

Bərk buğda, əsasən bioloji yazlıq və yarım-pa-

yızlıq formalarla təmsil olunmuşdur. Əsl payızlıq hə-

yat  tərzinə  malik  nümunələri  N.İ.Vavilov  Azərbay-

can və Dağıstan ərazilərində tapmışdır (Дорофеев и 

др., 1979, 1987; Рустамов, 2016а). Hazırda bərk və 

payızlıq  yumşaq  buğdaları  çarpazlaşdırmaqla  yara-

dılmış əsl payızlıq bərk buğda sortları müxtəlif aqro-

senozlarda becərilir. 

Bərk  buğda  quru  və  isti  iqlimə  tələbkardır. 

Yumşaq buğdaya nisbətən şaxta, soyuq və quraqlığa 

davamlılığı aşağıdır. Buna baxmayaraq, göbələk xəs-

təliklərinə, xüsusən dəndolma fazasında atmosfer qu-

raqlığına  və  terminal  hərarətə  yüksək  davamlıdır. 




Rüstəmov və b.

 

90 



Torpağın münbitliyinə yüksək tələbkardır. Bərk buğ-

daların  dənində  zülülların,  əvəzedilməyən  amin  tur-

şuları,  nişasta,  dekstrin,  şəkər,  B,  E,  PP  vitaminlər 

qrupunun  miqdarı  yumşaq  buğdalara  nisbətən  yük-

səkdir  (Дорофеев  и  др.,  1979,  1987;  Rüstəmov, 

2014).  Bu  əlamətlərə  görə  bərk  buğdalar  abiotik  və 

biotik  amillərə  davamlılıq  və  keyfiyyət  göstəricilər-

inə  cavab  verən  genlərin  donoru  kimi  yumşaq  buğ-

danın seleksiyasında geniş tətbiq olunmalıdır.  

Bərk  buğdalar  xəstəlik  və  zərərvericilərlə  nis-

bətən az sirayətlənir. Qonur və sarı pasa, unlu şehə, 

toz  və  bərk  sürməyə,  həmçinin  hessen  milçəyinə 

davamlılıqla seçilirlər. Unlu şehə (Mld, Pm3d), qo-

nur (Lr23) və gövdə pasına (Sr12) davamlılıq gen-

ləri  yumşaq  buğda  genofonduna,  əsasən  bərk  buğ-

dalardan keçirilmişdir (Дружин и др., 2011). 

Müasir  təsnifatda  bərk  buğda  2  növaltıya  bö-

lünmüşdür: subsp.durum (adi, əsl bərk buğdalar) və 



subsp.horanicum  (Horan-Suriya,  İordaniya,  nadir 

hallarda  Misir)  (Дорофеев  и  др.,  1979,  1987).  So-

nuncu növaltıya Azərbaycanda yaradılmış Şərq, Xo-

ranka, Cəfəri və Mingəçevir sortları aiddir. 

Bir  çox  müəlliflər  (Мустафаев,  1973;  Доро-

феев  и  др.,  1979,  1987;  Алиев,  2006;  Rüstəmov, 

2014)  göstərmişlər  ki,  hələ  XX  əsrin  ortalarında 

Azərbaycanda  bərk  buğda  əkinləri  üstünlük  təşkil 

etmişdir. Növdaxili polimorfizmə görə bölgə yalnız 

Aralıq  dənizi  hövzəsi  ölkələrindən  geri  qalır.  Kol-

lektivləşdirmə  və  inzibati-amirlik  idarəetmə  siste-

mi, daha məhsuldar yumşaq buğda sortlarının yara-

dılması  və  tətbiqi  nəticəsində  bərk  buğda  sortları 

tədricən sıxışdırılmışdır.  

Qeyd  etmək  lazımdır  ki,  yumşaq  buğdaların 

məhsuldarlığı ilk baxışda yüksək olsa da, vahid sa-

hədən  alınan  məhsulun  maya  dəyərinə  nəzər  sal-

dıqda,  təkcə  toxumun  və  tarlanın  pestisidlərlə  dər-

manlanmasına  çəkilən  xərclərin  rentabelliyi  aşağı 

salmasını  görərik.  Belə  ki,  bərk  buğda  sortları  sür-

mə, pas və digər göbələk xəstəlikləri ilə nisbətən az 

sirayətlənir.  Bundan  başqa,  aran  bölgələrində  süd 

və mum yetişmə fazaları, adətən yüksək hərarət və 

hava quraqlığı ilə müşayiət olunur. Belə şəraitlərdə 

bitkilər  vaxtından  əvvəl  quruyur  -  attraksiya  pozu-

lur,  məhsuldarlıq,  xüsusən  dənin  keyfiyyəti  aşağı 

düşür. Min illər ərzində təbii və süni seçmənin süz-

gəcindən  keçməklə  yerli  şəraitə  uyğunlaşmış  bərk 

buğdalar  yüksək  temperatur  və  hava  quraqlığına 

nisbətən  davamlı  olduğundan  az  zərər  çəkirlər 

(Rüstəmov, 2014).  

Sübut  edilmişdir  ki,  məhsuldarlıq  və  dənin 

keyfiyyətinin seleksiyasında – hibridləşdirmədə va-

lideyin cütlərinin seçimində ana bitki kimi yerli şə-

raitə  yaxşı  uyğunlaşmış,  ata  bitki  kimi  isə  ekoloji-

coğrafi cəhətdən  uzaq,  çatışmayan  qiymətli  əlamət 

və xüsusiyyətlərə malik genotiplərdən istifadə edil-

məlidir.  Bitkilərin  ontogenetik  adaptasiyasının  xa-

rakterinə  sitoplazmatik  determinantlar–hüceyrənin 

nüvədən kənar irsi elementləri (plazmon) böyük tə-

sir  göstərir.  Sitoplazmanın  genetik  sistemləri  çi-

çəkli  bitkilərdə  vacib  adaptiv  əlamətlərin  irsən  nə-

sildən-nəslə  keçməsinə  nəzarət  etməklə  genotipik 

dəyişkənliyin potensial imkanlarını təmin edir. Nü-

və  və  sitoplazmatik  determinantlar  hüceyrənin 

komplementar  genetik  sistemi  olmaqla  bir-biri  və 

yaşayış  mühiti  ilə  sıx  qarşılıqlı  təsirə  malikdirlər 

(Скрипка, 2005; Рустамов, 2016а). 

Bərk buğdaların növdaxili polimorfizminin zən-

ginləşdirilməsinin - genetik heterogenliyinin yaradıl-

masının,  yeni  gen  blokları  və  çatışmayan  qiymətli 

əlamət və xüsusiyyətlərin vahid orqanizmdə toplanıl-

ması  elmi  seleksiyanın  qarşısında  duran  əsas  vəzi-

fələrdəndir. Yeni başlanğıc seleksiya materiallarının 

yaradılmasının  əsas  yollarından  biri  ekoloji-coğrafi 

uzaq  valideynləri  hibridləşdirməklə  konkret  torpaq-

iqlim  şəraitləri  üçün  yeni,  sabit  məhsuldarlığa  və 

yüksək  dən  keyfiyyətinə  görə  yumşaq  buğdalarla 

rəqabətə  qabil,  adaptiv  sortların  yaradılması  və 

yayımıdır. 

Yuxarıda qeyd olunanları nəzərə alaraq Düzən 

Qarabağın  (ƏETİ  Tərtər  BTS)  suvarma  şəraitində 

yeni  bərk  buğda  sortlarının  seleksiyası  üzrə  elmi-

tədqiqat işlərinin nəticələri analiz edilmişdir. 

 

 

MATERİAL VƏ METODLAR 

 

Tədqiqat  materialı  kimi  son  illərdə  yerli  və 



Beynəlxalq  pitomniklərlə  yanaşı,  ÜRBİ  (VİR)  Da-

ğıstan  filialında  M.A.Axmedov  tərəfindən  yabanı 

və  mədəni  tetraploid  buğdaların,  o  cünlədən  bərk 

buğdaların növdaxili və növlərarası hibridləşdirmə-

si  və  seçmə  nəticəsində  yaradılmış  F

5

  hibridlərdən 



istifadə  edilmişdir  (Рустамов  и  др.,  2013).  Təcrü-

bələrin  qoyulması,  fenoloji  müşahidələrin  aparıl-

ması,  xəstəliklərə  davamlılığın,  məhsuldarlıq  və 

struktur elementlərinin  qiymətləndirilməsi  müvafiq 

metodiki göstərişlərə əsasən aparılmışdır (Musayеv 

və b., 2008; Дувеиллер и др., 2014).  

Son  dövrlərdə  (2014-2016),  qlobal  iqlim  də-

yişkənliyi  fonunda  bölgədə  aqrometeoroloji  şərait 

orta çoxillik göstəricilərdən kəskin fərqli olmuşdur. 

Müxtəlif  illərdə  mühit  şəraitinin  analizi  göstərmiş-

dir ki, 2014-cü ilin qış aylarlnda uzun müddətli sərt 

şaxtalar müşahidə edilmiş, yaz-yay aylarında yağın-

tıların  miqdarı  orta  çoxillikdən  aşağı  olmuşdur. 

Bundan  başqa,  2014-ci,  xüsusən  2015-ci  illərdə, 

may ayının sonlarından başlayaraq kəskin və uzun-

müddətli  terminal  hərarətlə  müşayət  olunan  hava 

quraqlığı  müşahidə  edilmişdir.  2015-ci  illərdə  yaz 

aylarında, 2016-cı ildə isə, həmçinin yayın əvvəlin-

də - dəndolma dövründə yağıntıların miqdarı nisbə-

tən yüksək olmuşdur (Əhmədov və b., 2015; Rüstə-

mov və b., 2016). 2014-cü ildə iqlim göstəricilə-ri-

nin orta çoxillik normadan kəskin dəyişilməsi – qış 




Yeni Bərk Buğda Sortu – “Korifey-88” 

 

91 



fəslinin uzunmüddətli və sərt keçməsi, yazda nisbə-

tən  aşağı  temperatur  və  yaz-yay  dövründə  uzun-

müddətli hava quraqlığı nəticəsində xəstəlik törədi-

cilərinin  inkişafı  müşahidə  olunmamışdır.  Bundan 

başqa, yetişmə dövründə yüksək hərarət nəticəsində 

buğdalarda mum yetişmə fazasının qısalması müşa-

hidə edilsə də nisbətən yüksək məhsuldarlığa malik 

sortnümunələri  seçilmişdir.  2015-ci  və  sonuncu, 

2016-cı  ildə  qış  fəslinin  mülayim  keçməsi,  yazın 

uzunmüddətli,  temperaturun  aşağı  və  yağıntıların 

miqdarının  nisbətən  çox  olması  səbəbindən  –  yük-

sək rütubətlilik nəticəsində göbələk xəstəliklərinin, 

xüsusən  də  sarı  pasın  epifitotiyası  müşahidə  olun-

muşdur.  Bundan  başqa,  iqlim  göstəriciləri  fenoloji 

fazaların müddəti, boy və struktur elementlərini də-

yişməklə  məhsuldarlıq  və  keyfiyyət  göstəricilərinə 

təsir göstərmişdir.  

 

 



NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

Bərk buğda və digər tetraploid növlər ən qədim 

dövrlərdən  Azərbaycanın  düzən  və  dağətəyi  bölgə-

lərində,  əsasən  payızlıq  əkinlərdə  becərilmiş,  əkin 

sahəsinə görə birinci yeri tutmuşdur – payızlıq dənli 

bitki  əkinlərinin  75  %-ni  təşkil  etmişdir.  Əkinlərdə 

əsasən  v.apulicum,  v.leucurum,  v.hordei-forme  növ-

müxtəliflikləri yayılmışdır, az hallarda v.melanopus



v.caerulescens,  v.italicum  və  s.  bioloji  qarışıq  kimi 

rast  gəlinmişdir.  Respublikada  böyük  ərazilərdə 

Arandəni  (v.apulicum),  Şərq,  Cəfəri,  Ağ  buğda  13, 

Yerli  leukurum  (v.  leucurum),  Sevinc  (v.hordei-



forme) və yerli Qara buğda (v.caerules-cens) sortları 

becərilmişdir (Мустафаев, 1973; Алиев, 2006).  

Tetraploid  buğdalara  aid  49  F

hibridlərdən 



yüksək  potensial  məhsuldarlığa  malik  nümunələr 

seçilərək  2012-2014-cü  illərdə  Tərtər  BTS-də,  se-

leksiya və nəzarət pitomniklərində (SP, NP) tədqiq 

edilmişdir (Рустамов и др., 2013). Müsabiqəli sort 

sınağı (MSS) pitomnikinə keçirilmiş 2 nümunədən 

biri - T.turgidum buğda növünün iştirakı ilə alınmış 

hibriddə təkrar  parçalanma  nəticəsində  qeyri-sabit-

lik  müşahidə  edilmişdir.  Digər  nümunənin  sınağı 

2014-2006-cı illərdə MSS və artırma pitomniklərin-

də davam etdirilmişdir.  

Məhsuldarlığın və dənin keyfiyyət göstəricilə-

rinin analizi bəzi sortnümunələrin illərdən və mühit 

şəraitindən asılı olmayaraq nisbi sabit olması aşkar 

edilmişdir. Yerli və Beynəlxalq pitomniklərdən se-

çilmiş 6 nümunənin stansiyadaxili 2 illik sort sına-

ğının  analizi  Korifey-88  sortunun  nisbətən  yüksək 

və  sabit  məhsuldarlığa  və  keyfiyyət  göstəricilərinə 

malik olmasını göstərdi. 

2016-cı ildə artırma pitomnikində rayonlaşmış 

və  perspektiv  yumşaq  buğda  sortları ilə  yanaşı  son 

illərdə  kompleks  göstəricilərə  görə  seçilmiş  3  bərk 

buğda  sortnümunəsinin  xəstəliklərə  davamlılığı, 

vahid sahədən məhsuldarlığı və keyfiyyət göstərici-

ləri öyrənilmişdir. Artırma 5 (14

th

IWWYT-IR 2010 



/2011 TX95V  4339/TX94VT938-6)  yumşaq  buğda 

sortnümunəsi  istisna  olmaqla,  öyrənilən  bərk  buğ-

daların  vahid  sahədən  məhsuldarlığı  nisbətən  yük-

sək olmuşdur.  

Bərk buğdaların yüksək məhsuldarlığı onların, 

yumşaq buğdalara nisbətən xəstəliklərə yüksək da-

vamlılığı ilə bağlıdır. Eyni zamanda potensial məh-

suldarığa  görə  yumşaq  buğdalarla  rəqabətə  qabil 

bərk buğda sortlarının yaradılmasının real olmasını 

da qeyd etmək lazımdır.  

Yuxarıda  qeyd  olunanları  nəzərə  alaraq  son 

illərdə  buğda-pərinc  hibridlərindən  sabit  məhsuldar-

lığa  və  keyfiyyət  göstəricilərinə  görə  seçilmiş  yeni 

Korifey-88  bərk  buğda  sortu  Dövlət  sortsınağının 

aparılması  üçün  Kənd  təsərrüfatı  Nazirliyi  Bitki 

Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Döv-

lət Xidmətinə təqdim edilmişdir.  

Yeni  yarımpayızlıq  bərk  buğda  sortu  Korifey-

88  Əkinçilik  Elmi-Tədqiqat  İnstitutunun  Tərtər 

Bölgə Təcrübə Stansiyasında, Milli Genbankda sax-

lanılan, VİR Dağıstan filialında к-64409 varLeucu-

rum (Meksika) və к-23025 Susa or Vedeah varFal-

catoleucomelan (Malta) sortlarının çarpazlaşdırılma-

sından  alınmış  hibrid  xəttindən  təkrar  fərdi  seçmə 

yolu ilə yaradılmışdır.  

Sort  intensiv  tipli,  ortaboyludur  (84,0-101,0 

sm), samanı orta yoğunluqda və möhkəmlikdə, yat-

maya  yüksək  davamlıdır.  Kollanması  orta  (2,6-3,7 

ədəd),  yarımyerəsəriləndir  –  həyat  tərzi  yarım-pa-

yızlıq, ortayetişəndir. Cücərtiləri açıq yaşıl rəngdə, 

qısa tükcüklərlə örtülü olur. Bəzi morfobioloji əla-

mətlərinə görə cücərtiləri buğda-pərinc hibridlərinə 

oxşayır. Sonuncu – sünbülaltı buğumarasının içəri-

si, adətən dolu olur, varleucurum növmüхtəlifliyi-

nə  aiddir.  Sünbülü  qılçıqlı,  iyşəkilli,  uzun  (10,5-

12,5 sm) və orta sıxdır - sünbül oxunun 10,0 sm-də 

(D-sünbülün sıxlığı) 22,6-23,3 ədəd sünbülcük yer-

ləşir  (Cədvəl  1).  Sünbül  əsasından,  yaxud  ortadan 

aypara  şəklində  əyilir  -  sünbülaltı

 

buğum-arasının 



ucundan sünbül tam, yaxud yarım başıaşağı əyilmiş 

olur.  Sünbülcük  pulcuqları  uzunsov-oval  formada, 

ağ rənglidir. Damarlanması yaxşı ifadə olunmuşdur, 

çiyni zəif çəpdir, kil dişciyi orta uzun, düzdür. Qıl-

çıqları  sünbüldən  1,5-2,0  dəfə  uzun,  sünbülə  para-

lel,  yaxud  azacıq  dağınıq,  ağ  rənglidir.  Döyülməsi 

asandır. Dəni orta irilikdə, oval, ağ rənglidir, şüşə-

varilik 91-96%-dir.  

Korifey-88  sortunun  pоtеnsial  məhsuldalığı  or-

ta yüksəkdir – 60-68 s/ha. MSS pitomnikində 3 illik 

orta  məhsuldarlığı  54,8  s/ha,  standart  Qarabağ  sor-

tundan  və  orta  göstəricidən  1,3-1,4  s/ha  yüksək  ol-

muşdur.  Orta  çoxillik  məhsuldalığa  görə,  yalnız 

perspektiv Zəngəzur bərk buğda sortundan geri qalır. 

 

 



Rüstəmov və b.

 

92 



Cədvəl 1. Bərk və yumşaq buğda sortlarının orta üçillik aqrobioloji göstəriciləri (Tərtər, 2014-2016)

 

Sort 

Boy, sm 

Məhsu

ld

ar

 

k

o

ll

a

n

m

a



əd

əd

 

S

ü

n

b

ülü

n

 

u

zu

n

lu

ğu



sm

 

S

ü

n

b

ülcük

-

lər

in

 sa

yı,

 

əd

əd

 

Sünbüldə dənin 

Məhsu

ld

-

ar



q

, s/

h



sayı, ədəd 

kütləsi, q 

Qarabağ (St.) 

105,4±5,4 

3,53±0,3 

9,65±0,4 

22,4±0,6 

58,5±0,7 

3,0±0,3 


53,4±9,1 

Bərəkətli 95 (St) 

107,6±4,4 

3,60±0,2 

9,46±0,5 

22,6±1,1 

63,8±0,2 

3,4±0,1 


52,3±6,2 

Zəngəzur 

109,1±3,2 

3,33±0,1 

9,65±0,2 

23,1±1,1 

59,3±3,8 

3,2±0,3 


58,5±8,0 

Korifey-88 

95,1±5,5 

3,06±0,3 

11,5±0,6 

25,5±1,1 

86,9±5,9 

4,0±0,1 


54,8±6,1 

Aran 


104,6±5,0 

3,26±0,2 

9,6±0,1 

21,9±0,2 

54,0±0,2 

2,3±0,1 


47,5±5,5 

Orta 


104,3±4,5 

3,36±0,1 

10,0±0,2 

23,1±0,3 

64,5±1,5 

3,2±0,1 


53,3±6,3 

 

 



Cədvəl 2. Bərk və yumşaq buğda sortlarında dənin orta üçillik keyfiyyət göstəriciləri (Tərtər, 2014-2016). 

 

Sort 

1000 dənin 

kütləsi, q 

Şüşəvarilik, % 

Kleykovina, % 

KDƏ, şərti vahid 

Zülal, % 

Qarabağ (St.) 

43,2±2,9 

98,3±1,7 

33,66±2,33 

90,00±1,20 

15,33±0,66 

Bərəkətli 95 (St) 

42,6±1,5 

96,0±4,0 

31,33±2,72 

106,70±4,58 

14,0±0,57 

Zəngəzur 

45,0±1,5 

97,7±2,3 

29,0±2,08 

105,60±5,59 

14,00±0,57 

Korifey-88 

40,0±0,6 

94,0±1,5 

27,00±1,00 

94,00±6,11 

14,33±0,33 

Aran 


37,7±1,2 

78,7±7,8 

30,66±0,88 

96,00±3,78 

13,33±0,88 

Orta 


43,2±2,9 

92,9±3,5 

30,30±1,80 

98,50±4,30 

14,20±0,60 

 

 



Tərtər  BTS-də  keçirilmiş  ekoloji  sınaqda  məhsul-

darlığı  (52,5  s/ha),  standartdan  1,6  s/ha  yüksək  ol-

muşdur. Sabit məhsuldarlığın əsas səbəbi sünbül-də 

dənlərin  sayının  (79,1-98,4  ədəd)  və  dənlərin  küt-

ləsinin (3,86-4,14 q) digər bərk buğda sortlarına və 

orta  göstəriciyə  nisbətən  çox  yüksək  olmasıdır. 

Sünbüldə dənlərin sayının çox olmasına görə  1000 

dənin kütləsi nisbətən aşağıdır - 39,4-41,4 q. Dənin 

forması  nisbətən  yumru  olduğundan  natura  kütləsi 

yüksəkdir (740,0 q).  

Məhsuldarlığın  struktur  elementlərinin  analizi 

sünbülün uzunluğu və sünbülcüklərin sayının, sün-

büldə  dənin  sayı  və  kütləsinin,  digər  sortlara,  o 

cümlədən  standartlara  və  orta  göstəriciyə  nisbətən 

Korifey-88  sortunda  yüksək  olmasını  göstərmişdir. 

Dənin  ölçüsünün  göstəricisi  olan  1000  kütləsi  isə 

digər sortlara və orta göstəriciyə nisbətən 2,6-5,0 q 

aşağıdır. 

Korifey-88 sortu dəndə zülalın miqdarına görə 

(14,8-15,4%),  yalnız  Qarabağ  sortundan  geri  qalır. 

Dənin şüşəvariliyi (91-96%) və kleykovinanın miq-

darı  (25,6-28,4%)  digər  sortlara  nisbətən  aşağıdır. 

Amma, dənin əsas keyfiyyət göstəricisi – kleykovi-

nanın  deformasiya  əmsalı  (KDƏ)  digər  sortlara  və 

orta göstəriciyə nisbətən yüksəkdir. KDƏ vahidinə 

görə  yeni  sort,  yalnız  standart  Qarabağ  sortundan 

geri qalır (Cədvəl 2).  

Korifey-88  sortunun  məhsuldar  kollanması  or-

tadır  (3-4  ədəd),  hektara  3,5-4,0  milyon  toxum  sə-

pildikdə məhsuldarlıq yüksək olur. Qışa-, şaxtaya və 

quraqlığa davamlılığı orta, terminal hərarətə davam-

lılığı yüksək yuxarıdır. Bərk və toz sürmə, unlu şeh, 

sarı və qonur pas xəstəliklərinə yüksək davamlıdır.  

 

Sələf  kimi  pambıq  və  digər  cərgəarası  becə-



rilən, bir- və çoxillik paxlalı bitkilər, qara və bitkili 

herik  daha səmərəlidir.  Sünbüldə  dənlərin  sayı çox 

olduğundan  yüksək  aqrofona  tələbkardır.  Optimal 

səpin  müddəti  oktyabrın  1-2  ongünlüyüdür.  Kori-

fey-88 sortu Azərbaycanın suvarılan düzən və nəm-

liklə  təmin  olunmuş  dağətəyi  bölgələrində  becəril-

məsi tövsiyə olunur.  

 

 



YEKUN 

 

Son illərdə Azərbaycanda məhsuldarlıq və də-

nin  keyfiyyət  göstəricilərinə  görə  yumşaq  buğda-

larla  rəqabətə  qabil  Bərəkətli  95,  Qarabağ,  Zəngə-

zur,  Maya  və  Korifey-88  bərk  buğda  sortları  yara-

dılmışdır. 

Məhsuldarlıq  və  onun  struktur  elementlərinin 

analizi  yeni  Korifey-88  bərk  buğda  sortunda  bu 

göstəricilərin nisbətən sabit olmasını təsdiq edir.  

Sabit  məhsuldarlıq  sünbüldə  dənlərin  sayının, 

uyğun  olaraq  sünbüllərdə  dənlərin  kütləsinin  yük-

sək  olmasına  görə  formalaşır.  Azərbycanda  rayon-

laşmış  və  perspektiv  bərk  buğda  sortlarından  sün-

büldə dənlərin sayın yüksək olması ilə fərqlənir.  

 

 

MİNNƏTDARLIQ 



 

Tədqiqatların  aparılmasında  göstərdikləri  dəs-

təyə görə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tər-

tər BTS əməkdaşlarına dərin minnətdarlığımızı bil-

diririk.  

 



Yeni Bərk Buğda Sortu – “Korifey-88” 

 

93 



ƏDƏBİYYAT  

 

Musayеv Ə.C., Hüsеynоv H.S., Məmmədоv Z.A. 

(2008) Dənli taхıl bitkilərinin sеlеksiyası sahəsin-

də tədqiqat işlərinə dair tarla təcrübələrinin mеtо-

dikası. Bakı: Müəllim, 88 s.  



Əhmədov  M.Q.,  Rüstəmov  X.N.,  Həsənova  Q.M., 

Təlai С.M., Kərimov Ə.Y., Ibrаhimov E.R., Mu-

sayev  Ə.C.  (2015)  Düzən  Qarabağ  şəraitində  bərk 

və  yumşaq  buğda  genotiplərinin  adaptiv  qiymət-

ləndirilməsi.  АМЕА-nın  Xəbərləri  (biol.  və  tibb 

elmləri), 70(2): 146-151. 

Rüstəmov X.N. (2014) Naxçıvan MR-dən toplanıl-

mış bərk buğdaların (T.durum Desf.) morfobioloji 

əlamətləri.  ƏETİ-nin  Elmi  əsərləri  məcmuəsi

XXV: s. 87-89. 

Rüstəmov  X.N.,  Təlai  C.M.,  Əhmədov  M.Q., 

Həsənova Q.M., Ibrhimov E.R., Musayev Ə.C. 

(2016) Yeni buğda sortları–Zəngəzur və Əsgəran. 



Azərbaycan aqrar elmi№1: 34-37. 

Rüstəmov  X.N.  (2016)  Mədəni  ikidənli  pərincin 

(T.dicоccum  (Schrank)  Schuеbl.)  becərilmə  arealı. 

ADAU-da  keçirilmiş  “Aqrar  elmin  inkişafı,  ərzaq 

təhlükəsizliyi və ətraf mühitin mühafizəsində beynəl-

xalq əməkdaşıq” mövzusunda 8-ci beynəlxalq elmi-

praktik konfransın materialları, Gəncə: s. 48-52 



Алиев  Д.А.  (2006)  Селекция  пшеницы  в  Азер-

байджане.  Известия  НАНА  (сер.  биол.  науки)



№ 3-4: 3-32 

Вавилов  Н.И.  (1987а)  Закон  гомологических 

рядов  в  наследственной  изменчивости.  Л.: 

Наука, 256 с. 

Вавилов  Н.И.  (1987б)  Центры  происхождения 

культурных растений. Л.: Наука, 440 с. 



Дорофеев  В.Ф.,  Филатенко  А.А.,  Мигушова 

Э.Ф.  и  др.  (1979)  Культурная  флора  СССР. 

(Под  общ.  руков.  В.Ф.Дорофеева),  Том  1

Пшеница, 346 с. 

Дорофеев В.Ф., Удачин Р.А., Семенова Л.В. и 

др.  (1987)  Пшеницы  мира.  (Под  ред.  В.Ф.До-

рофеева.  Сост.  Р.А.Удачин.  2-е  изд.,  пер.  и 

доп. Л.: ВО Агропромиздат, 560 с. 

Дружин  А.Е.,  Сибикеев  С.Н.,  Крупнов  В.А. 

Воронина С.А. (2011) Создание сортов яровой 

мягкой пшеницы с устойчивостью  к комплек-

су патогенов методом интрогрессивной селек-

ции. Достижения науки и техники АПК№1: 

22-24. 

Дувеиллер  Е.,  Сингх  П.К.,  Мецциалама  М., 

Сингх Р.П., Дабабат А. (2014) Болезни и вре-

дители  пшеницы.  Руководство  для  полевого 

определения  (2-ое  издание).  Перевод  с  ан-

глийского  под  общей  редакцией  Х.Мумин-

джанова (ФАО СЕК), Анкара, 156 с. 

Рустамов  Х.Н.,  Ахмедов  М.Г.,  Аббасов  М.А., 

Кулиев  Ш.Б.,  Ахмедов  М.А.  (2013)  Оценка 

межвидовых  гибридов  тетраплоидных  видов 

пшеницы.  Torpaqşünaslıq  və  aqrokimya,  21(1): 

391-395. 



Рустамов Х.Н. (2016а) Генофонд пшеницы (Tri-

ticum  L.)  в  Азербайджане.  LAP  LAMBERT 

Academic Publishing, 164 с.  



Рустамов  Х.Н.  (2016б)  Новые  образцы  куль-

турной  двузернянки  (T.dicоccum  (Schrank) 

Schuebl.)  Азербайджана.  Материалы  Между-

народной  научно-практической  конференции 

«Современные  проблемы  инновационного  раз-

вития  сельского  хозяйства  и  научные  пути 

технологической  модернизации  АПК»,  Махач-

кала, Часть 1: 105-111. 



Скрипка  О.В.  (2005)  Селекция  мягкой  озимой 

пшеницы на продуктивность и качество зерна 

в условиях Ростовской области: Дис. канд. с.-х. 

наук. Зерноград: 167 с. 

 

 



 


Rüstəmov və b.

 

94 



Новый Сорт Пшеницы Твердой «Корифей-88» 

 

Х.Н. Рустамов

1,2

, З.И. Акпаров

2

, Дж.М. Талаи

1

, М.Г. Ахмедов

1

, А.М. Абдуллаев

1,2

, М.А. Аббасов

2



М.А. Ахмедов

3

, Г.М. Гасанова

1

, С.К. Гаджиева

1

, Е.Р. Ибрагимов

1

 

 

1



Научно-исследовательский институт земледелия МСХ Азербайджанской Республики  

2

Институт генетических ресурсов НАН Азербайджана 

3

Дагестанский филиал ВИР 

 

Статья  посвящена  новому  сорту  пшеницы  твердой  «Корифей-88»,  созданному  в  результате  много-

летней селекции в Азербайджанском НИИ Земледелия, с использованием генофонда Национального 

генбанка. Показано, что в течение резко различающихся по агрометеорологическим условиям 2014-

2016 годов, наряду с сортами с высоким потенциалом урожайности и качеством зерна, были созданы 

высокоадаптивные сорта твердой пшеницы. Приведены результаты изучения биоморфологических и 

агрономических признаков и свойств сорта «Корифей-88» по сравнению со стандартными и перспек-

тивными сортами пшеницы. Выявлено, что стабильная по годам урожайность и показатели качества 

зерна у нового сорта связаны с большим количеством зёрен с колоса и адаптивностью. Новый сорт 

«Корифей-88»  рекомендуется  для  выращивания  в  орошаемых  низменных  и  в  обеспеченной  влагой 

богарных условиях Азербайджана. 

 

Ключевые слова: Пшеница твёрдая, сорт, адаптивность, элементы структуры урожая, качество 



зерна 

 

 



 

The New Variety of Durum Wheat "Koryfei--88" 

 

Kh.N. Rustamov

1,2

, Z.I. Akparov

2

, J.M. Talai

1

, M.G. Ahmedov

1

, A.M. Abdullaev

1,2

, M.A. Abbasov

1



M.A. Ahmedov

3

, G.M. Hasanova

1

, S.K. Hajiyeva

1

, E.R. Ibrahimov

1

 

 

1

Research Institute of Crop Husbandry, Ministry of Agriculture of the Republic of Azerbaijan 

2

Institute of Genetic Resources, Azerbaijan National Academy of Sciences 

3

Dagestan Branch of VIR 

 

The article is devoted to a new variety of durum wheat "Koryfei -88", created as a result of long-term breed-



ing using the gene pool from the National Genebank in the Azerbaijan Research Institute of Crop Husbandry. 

Highly adaptive wheat varieties were developed along with varieties with high yield potential and grain qual-

ity  under sharply distinguishing agrometeorological conditions during 2014-2016 years. Bio-morphological 

and agronomical features and characteristics of "Koryfei-88" were compared with standard and perspective 

varieties of wheat realized in the region. It was revealed that the crop yield and grain quality indicators that 

were stable for years in the new variety were associated with a large number of grains per ear and adaptabil-

ity.  The  new  variety  "Koryfei-88"  is  recommended  for  cultivation  under  irrigated  lowland  and  the  rainfed 

conditions of Azerbaijan. 

 

Keywords: Durum wheat, variety, adaptability, elements of crop structure, grain quality 

 

  



Yüklə 123,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə