Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Həsən Tusi və ya



Yüklə 175,35 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü175,35 Kb.
#76429


Nəsirəddin Tusi 

Xacə  Nəsirəddin  Əbu  Cəfər  Məhəmməd  ibn  Məhəmməd  ibn  Həsən  Tusi və  ya 

qısaca Nəsirəddin  Tusi —  Fars və  ya  azərbaycanlı filosof,  astronom,  riyaziyyatçı, 

tarixçi,  maliyyəçi,  ilahiyyatçı  və  hüquqşünas,  dövlət  xadimi.  Alimin  yaradıcılığı 

ensiklopedik səciyyə daşıyır. Marağada yaşamış və fəaliyyət göstərmişdir. 

Həyatı 


Məhəmməd  ibn  Həsən  ət-Tusi 1201-ci  il  şənbə  günü 17  fevralda (11  camadiyul 

əvvəl  597-ci  il) Tusşəhərində  anadan  olmuşdur.Bəzi  mənbələrdə  qeyd  edilir  ki, 

onun  əsliZəncanla Həmədan arasında  yerləşən  Savə  şəhərindəndir,  Tusda 

doğulduğu üçün Tusi nisbəsi ilə tanınmışdır. 

İlk təhsilini atasından almış, sonraHəmədan və Tus şəhərlərində dövrünün tanınmış 

alimlərinin – İbn Sina vəBəhmənyarın davamçılarının yanında təhsil görmüşdür. 

Aldığı  hərtərəfli  və  dərin  biliklər  Məhəmmədi  az  bir  vaxtda  elmi  mühitdə 

məşhurlaşdırır.  Hələ  gənc  yaşlarından  etibarən  o,  bir  sıra  hökmdarların  diqqətini 

cəlb  edir.  Otuz  yaşında  ikən Kuhistan ismaililərinin  rəhbəri Nasirəddin 

Möhtəşəm onu  sarayına  qonaq  çağırır  və  gənc  alimdən  əxlaq  barədə  kitab 

yazmasını  xahiş  edir.  1235-ci  ildə  Nəsirəddin  Tusi  sonralar  ona  dünya  şöhrəti 

gətirən  və  bir  çox  dillərə  tərcümə  olunan  məşhur  "Əxlaqi  Nasiri"  əsərini 

tamamlayır. Lakin bir müddət sonra müəyyən narazılığa görə Tusi həbs olunaraq, 

ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən "Ələmut" ("Qartal yuvası") qalasına 

aparılmışdır.  O,  burada  sürgün  həyatı  keçirmişdir.  Nəsirəddin  Tusi  ismaililərin 

yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına 

baxmayaraq,  qaladakı  zəngin  kitabxanadan  istifadə  edərək  elmi  yaradıcılıqla 

məşğul olmuşdur. Alim1242-ci ildə tamamladıqı məşhur "Şərh əl-İşarat" (Əbu Əli 

Ibn  Sinanın  "İşarələr  və  qeydlər"  adlı  fəlsəfi  risaləsinə  şərh)  əsərinin  sonunda 

yazırdı:  "Mən  bu  kitabın  əksər  fəsillərini  olmazın  dərəcədə  ağır  bir  şəraitdə 

yazdım.  Ürək  bundan  artıq  sıxıntı  çəkə  bilməzdi". 1253-cü  ildə Çingiz  xanın 

nəvəsi Hülaku xanın Yaxın Şərqə yürüşü başlamışdır. Onun qoşunları 1256-cı ildə 




fətholunmaz sayılan "Ələmut" qalasını tutmuş, İsmaililər dövlətinin hakimiyyətinə 

son qoymuş, Nəsirəddini və digər alim məhbusları azad etmişdi. Nəsirəddin Tusi 

Hülaku xanın şəxsi məsləhətçisi təyin olunmuşdu. 

Hülakü xan 1258-ci ildə Bağdadı fəth edərək, Abbasilər sülaləsinin hakimiyyətinə 

son  qoymuşdu.  Hülaku  xan  dövlətinin  mərkəzini  1260-cı  ildə  Azərbaycana 

salır.İlxanilər adlanan bu yeni dövlətin başçıları "ilxan"lar (el xanları) idi. Hülaku 

xan  öz  dövlətinin  paytaxtı  kimi  əvvəlcə  Azərbaycanın  qədim  mədəni 

mərkəzlərindən  olan Marağanı,  sonra  isə Təbrizi seçir.  Elə  həmin  vaxt 

Nəsirəddin Marağa rəsədxanasının tikintisinə başlayır. 

25 iyun 1274-cü ildə (18 zilhiccə 672-ci il) Bağdadda vəfat etmiş və öz vəsiyyəti 

ilə Kazımeyn şəhərində on  iki  imam  şiələrinin 7-ci  imamı Museyi  Kazımla və 

onun  nəvəsi  9-cu  imam  Məhəmmədin  məzarlarının  ayaq  tərəfində  dəfn 

olunmuşdur. Nəsirəddin Tusi hicri tarixi ilə 47 il hakimiyyətdə olmuş xəlifə Nasir 

li-Dinillah  üçün  hazırlanmış,  lakin  müəyyən  səbəblərə  görə  boş  saxlanmış 

sərdabədə dəfn olunmuşdur. (Qəribədir ki, sərdabə 17 fevral 1201-ci (11 cumadəl 

ulə 597) ildə tamamlanıb. Həmin gün isə Nəsirəddin Tusi anadan olub, hicri tarixi 

ilə 75 il 7 ay 7 gün yaşayıb).

[11]


 

Milli mənsubiyyəti 

Nəsirəddin  Tusinin  milli  mənşəyi,  mənsubiyyəti  ilə  əlaqədar  məsələ  hər  zaman 

aktualdır.  Nəsirəddin  Tusinin  şagirdi  və  davamçısı  İbn  əl-Füvətinin  (1244-1326) 

“Ləqəblər  lüğətində  xəbərlər  məcmuəsinin  xülasəsi”  adlı  çoxcildli  əsərində 

göstərdiyi bir fakt onun milli mənsubiyyətinin türk mənşəli olmasının sübutu üçün 

xüsusi əhəmiyyət daşıyır.  

Qeyd  etmək  lazımdır  ki,  1258-ci  ildə  monqollar  Bağdadı  işğal  edərkən  İbn  əl-

Füvəti  əsir  düşmüş,  1261-ci  (659)  ilin  əvvəllərindən  Nəsirəddin  Tusinin  yanında 

yaşamışdır. 

İbn  əl-Füvəti  yazmışdır  ki,  Nəsirəddin  Tusi  Marağaya  gələndə  oradakı  zadəgan 

ailəsindən olan Fəxrəddin Loğman Məhəmməd oğlu Maraği ilə görüşüb ona belə 




bir tapşırıq vermişdir: İrbil, Mosul və Əlcəzirəyə getsin, son 40 il ərzində Marağa 

və Təbrizi tərk etmiş ailələri vətənə qayıtmağa razı salsın. Fəxrəddin Maraği 500-ə 

qədər ailəni geri qaytara bilmişdi. Bu, Nəsirəddin Tusinin öz həmvətənlərinə dərin 

məhəbbət hissini ifadə edir. 

Elmi yaradıcılığı 

Nəsirəddin  Tusi  elmin  müxtəlif  sahələri  ilə  dərindən  maraqlanmışdı.  Onun 

qələmindən  çıxan  yüzdən  artıq  ciddi  əsər  elmin  astronomiya,  riyaziyyat,  fizika, 

tibb,  fəlsəfə,  etika,  məntiq  və  digər  sahələrinə  həsr  olunmuşdu.  Bununla  belə 

Nəsirəddinin yaradıcılığından astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer 

tutur. Tusi bu sahələrdə aparılmış iyirmidən artıq uğurlu araşdırmanın müəllifidir. 

Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə tədqiqatları isə həm 

fars, həm də ərəb dillərində yazılmışdır. 

Riyaziyyatçı  alimin  ən  məşhur  əsərləri  arasında  "Şəklül-qita"  ("Bütöv  çoxtərəfli 

haqda  risalə),  "Came'ül-hesab"  ("Lövhə  və  tozun  köməyi  ilə  hesab  toplusu"), 

"Dairənin ölçüsü", "Təhrir Öqlidis" ("Evklid "Başlanğıc"ının təsviri") kimi kitablar 

xüsusi  yer  tutur.  Dörd  hissədən  ibarət  "Zici-İlxani"  ("İlxanilərin  astronomik 

cədvəlləri") əsəri isə alimin adını dünya astronomiya tarixinə salmışdır. 

Çağdaş tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə, riyaziyyatçı 

hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və 

triqonometriyanın inkişafında mühüm rol oynamışdır. 1594-cü ildə Romada ərəb

sonra isə latın dilinə tərcümədə çap olunan "Evklid "Başlanğıc"ının təsviri" əsəri 

Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür. Alimin beş 

kitabdan ibarət yazdığı "Bütöv dördtərəfli haqqında risalə" də Avropada 

triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. 

Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi 

yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə çevrilmişdir. Nəsirəddinin cəbr 

sahəsində araşdırmaları içərisində bütün dərəcələrdən kökalma metodu və Binom 

düsturu


 

Yüklə 175,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə