Nəsirəddin Tusi
Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi və ya
qısaca Nəsirəddin Tusi — Fars və ya azərbaycanlı filosof, astronom, riyaziyyatçı,
tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi. Alimin yaradıcılığı
ensiklopedik səciyyə daşıyır. Marağada yaşamış və fəaliyyət göstərmişdir.
Həyatı
Məhəmməd ibn Həsən ət-Tusi 1201-ci il şənbə günü 17 fevralda (11 camadiyul
əvvəl 597-ci il) Tusşəhərində anadan olmuşdur.Bəzi mənbələrdə qeyd edilir ki,
onun əsliZəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda
doğulduğu üçün Tusi nisbəsi ilə tanınmışdır.
İlk təhsilini atasından almış, sonraHəmədan və Tus şəhərlərində dövrünün tanınmış
alimlərinin – İbn Sina vəBəhmənyarın davamçılarının yanında təhsil görmüşdür.
Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə
məşhurlaşdırır. Hələ gənc yaşlarından etibarən o, bir sıra hökmdarların diqqətini
cəlb edir. Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nasirəddin
Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab
yazmasını xahiş edir. 1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti
gətirən və bir çox dillərə tərcümə olunan məşhur "Əxlaqi Nasiri" əsərini
tamamlayır. Lakin bir müddət sonra müəyyən narazılığa görə Tusi həbs olunaraq,
ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən "Ələmut" ("Qartal yuvası") qalasına
aparılmışdır. O, burada sürgün həyatı keçirmişdir. Nəsirəddin Tusi ismaililərin
yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına
baxmayaraq, qaladakı zəngin kitabxanadan istifadə edərək elmi yaradıcılıqla
məşğul olmuşdur. Alim1242-ci ildə tamamladıqı məşhur "Şərh əl-İşarat" (Əbu Əli
Ibn Sinanın "İşarələr və qeydlər" adlı fəlsəfi risaləsinə şərh) əsərinin sonunda
yazırdı: "Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə
yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi". 1253-cü ildə Çingiz xanın
nəvəsi Hülaku xanın Yaxın Şərqə yürüşü başlamışdır. Onun qoşunları 1256-cı ildə
fətholunmaz sayılan "Ələmut" qalasını tutmuş, İsmaililər dövlətinin hakimiyyətinə
son qoymuş, Nəsirəddini və digər alim məhbusları azad etmişdi. Nəsirəddin Tusi
Hülaku xanın şəxsi məsləhətçisi təyin olunmuşdu.
Hülakü xan 1258-ci ildə Bağdadı fəth edərək, Abbasilər sülaləsinin hakimiyyətinə
son qoymuşdu. Hülaku xan dövlətinin mərkəzini 1260-cı ildə Azərbaycana
salır.İlxanilər adlanan bu yeni dövlətin başçıları "ilxan"lar (el xanları) idi. Hülaku
xan öz dövlətinin paytaxtı kimi əvvəlcə Azərbaycanın qədim mədəni
mərkəzlərindən olan Marağanı, sonra isə Təbrizi seçir. Elə həmin vaxt
Nəsirəddin Marağa rəsədxanasının tikintisinə başlayır.
25 iyun 1274-cü ildə (18 zilhiccə 672-ci il) Bağdadda vəfat etmiş və öz vəsiyyəti
ilə Kazımeyn şəhərində on iki imam şiələrinin 7-ci imamı Museyi Kazımla və
onun nəvəsi 9-cu imam Məhəmmədin məzarlarının ayaq tərəfində dəfn
olunmuşdur. Nəsirəddin Tusi hicri tarixi ilə 47 il hakimiyyətdə olmuş xəlifə Nasir
li-Dinillah üçün hazırlanmış, lakin müəyyən səbəblərə görə boş saxlanmış
sərdabədə dəfn olunmuşdur. (Qəribədir ki, sərdabə 17 fevral 1201-ci (11 cumadəl
ulə 597) ildə tamamlanıb. Həmin gün isə Nəsirəddin Tusi anadan olub, hicri tarixi
ilə 75 il 7 ay 7 gün yaşayıb).
[11]
Milli mənsubiyyəti
Nəsirəddin Tusinin milli mənşəyi, mənsubiyyəti ilə əlaqədar məsələ hər zaman
aktualdır. Nəsirəddin Tusinin şagirdi və davamçısı İbn əl-Füvətinin (1244-1326)
“Ləqəblər lüğətində xəbərlər məcmuəsinin xülasəsi” adlı çoxcildli əsərində
göstərdiyi bir fakt onun milli mənsubiyyətinin türk mənşəli olmasının sübutu üçün
xüsusi əhəmiyyət daşıyır.
Qeyd etmək lazımdır ki, 1258-ci ildə monqollar Bağdadı işğal edərkən İbn əl-
Füvəti əsir düşmüş, 1261-ci (659) ilin əvvəllərindən Nəsirəddin Tusinin yanında
yaşamışdır.
İbn əl-Füvəti yazmışdır ki, Nəsirəddin Tusi Marağaya gələndə oradakı zadəgan
ailəsindən olan Fəxrəddin Loğman Məhəmməd oğlu Maraği ilə görüşüb ona belə
bir tapşırıq vermişdir: İrbil, Mosul və Əlcəzirəyə getsin, son 40 il ərzində Marağa
və Təbrizi tərk etmiş ailələri vətənə qayıtmağa razı salsın. Fəxrəddin Maraği 500-ə
qədər ailəni geri qaytara bilmişdi. Bu, Nəsirəddin Tusinin öz həmvətənlərinə dərin
məhəbbət hissini ifadə edir.
Elmi yaradıcılığı
Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanmışdı. Onun
qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin astronomiya, riyaziyyat, fizika,
tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunmuşdu. Bununla belə
Nəsirəddinin yaradıcılığından astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer
tutur. Tusi bu sahələrdə aparılmış iyirmidən artıq uğurlu araşdırmanın müəllifidir.
Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə tədqiqatları isə həm
fars, həm də ərəb dillərində yazılmışdır.
Riyaziyyatçı alimin ən məşhur əsərləri arasında "Şəklül-qita" ("Bütöv çoxtərəfli
haqda risalə), "Came'ül-hesab" ("Lövhə və tozun köməyi ilə hesab toplusu"),
"Dairənin ölçüsü", "Təhrir Öqlidis" ("Evklid "Başlanğıc"ının təsviri") kimi kitablar
xüsusi yer tutur. Dörd hissədən ibarət "Zici-İlxani" ("İlxanilərin astronomik
cədvəlləri") əsəri isə alimin adını dünya astronomiya tarixinə salmışdır.
Çağdaş tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə, riyaziyyatçı
hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və
triqonometriyanın inkişafında mühüm rol oynamışdır. 1594-cü ildə Romada ərəb,
sonra isə latın dilinə tərcümədə çap olunan "Evklid "Başlanğıc"ının təsviri" əsəri
Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür. Alimin beş
kitabdan ibarət yazdığı "Bütöv dördtərəfli haqqında risalə" də Avropada
triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur.
Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi
yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə çevrilmişdir. Nəsirəddinin cəbr
sahəsində araşdırmaları içərisində bütün dərəcələrdən kökalma metodu və Binom
düsturu
Dostları ilə paylaş: |