Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi metodika-biblioqrafiya şöbəsi



Yüklə 57,89 Kb.
Pdf görüntüsü
tarix29.01.2018
ölçüsü57,89 Kb.
#22620


Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi                                                    

metodika-biblioqrafiya şöbəsi 

 

 



 

                                 

 

 

               “Şairə Məshəti Gəncəvi   -  900” 



                       ( metodiki tövsiyyə) 

 

 

 

 

 

 

 

 

                             Xaçmaz – 2013 


Məhsəti Gəncəvi - XII əsrin Azərbaycan şairəsi olmuşdur. Həyatı haqqında mə`lumat 

çox azdır. Onun tarixi şəxsiyyət olub-olmaması, Ömər Xəyyamdan əvvəl və ya sonra 

yaşaması, harada anadan olması haqqında müxtəlif mübahisəli fikirlər vardır. Son 

tədqiqatlar Məhsəti Gəncəvinin təqribən XI əsrin axırlarında Gəncədə doğulduğunu, 

mükəmməl təhsil aldığını, Şərq ədəbiyyatı və musiqisinə yaxından bələd olduğunu 

göstərir. 

Yazıçı-publisist Rafael Hüseynovun Məhsəti Gəncəvinin həyat yolu və yaradıcılığına 

həsr olunmuş "Məhsəti necə varsa" kitabında (Bakı, Yazıçı, 1989) apardığı elmi 

araşdırmalara və tarixi xronoloji ardıcıllıqlarına görə ona öz minnətdarlığımızı bildiririk. 

Bu kitaba əsaslanaraq dahi şairəmiz Məhsəti Gəncəvi hayat yolundan daha geniş 

mə'lumat əldə edə bilirik. 

"Məhsəti və Əmir Əhməd" əlyazmasından anlaşılır ki, Məhsəti çox erkən bir şair kimi 

tanınmağa başlayır, az sonra o Şahi-Gəncənin, yə'ni Sultan Məhəmmədin sarayında 

təşkil olunan ziyafətlərə, şe'r məclislərinə də'vət edilir. Şairə təxminən 25-26 yaşında 

ikən Əmir Əhmədlə tanış olur. Əmir Əhməd atası - Gəncə xətibinin iradəsinin əksinə 

Məhsəti ilə dostluq edir və onun yaşadığı Xarabat məhəlləsinə tez-tez qonaq gəlir. 

Gəncə xətibi Şahi-Gəncəyə şikayət edir. Və Şahi-Gəncə - Sultan Məhəmməd bu 

münaqişənin həllinə başlamaq istədiyi vaxtlarda da vəfat edir. Bu zaman Məhsəti 

təqribən 28-29 yaşında idi. Demək, onun doğum tarixi Sultan Məhəmmədin vəfatından 

29 il əvvələ - 482 (1089)-cu ilə təsadüf edir.  

Gələcəkdə Məhsətinin doğum tarixi ilə bağlı daha dəqiq qaynaqlar üzə çıxarsa, təbii ki, 

onları danışıqsız qəbul etmək, göstərdiyimiz tarixi islah etmək olar. Lakin müəyyən 

şərtliyinə baxmayaraq, zənnimizcə, bu 1089-cu ili Məhsəti Gəncəvinin doğum tarixi 

kimi qəbul etmək lazımdır. 

Məhsəti ömrünün müəyyən günləri, ayları Bəlx, Mərv, Nişapur, Herat şəhərlərlə bağlı 

olmuş, o, bir müddət Mərvdə yaşayıb-yaratmışdır. Lakin mənbələrdəki mə'lumatlar və 

öz şe'rlərinin verdiyi bilgilər onu doğma Gəncə mühiti ilə qırılmaz tellərlə qovuşdurur. 

O, gənclik çağlarında Gəncədən bir neçə illik ayrılmalı olmuş, yaradıcılığının yetkinlik 

çağında yenidən doğma şəhərə dönmüş və ömrünün sonunadək burada yaşamışdır. 

Qürbətdə keçirdiyi illər Məhsəti yaradıcılığının sızıltılı misralarında donub qalıb: 

Qürbətdə bəxt mənə yar olmasa da, 

Barı, düşmən halımdan agah olmaz. 

Bilirmisən səfərin əzabına dözmək yolunu niyə seçdim? 

(Belə etdim) ki şirin yası tülkünün qarşısında olmasın. 

Gəncə hökmdarı Sultan Toğrul vaxtında artıq Məhsətinin yaşı yetmişi ötmüşdü. Lakin 

illərin gətirdiyi zəngin təcrübəsi, şairlik iste'dadı olan Məhsəti elə bu yaşda da öz şirin 

söhbəti ilə istənilən məclisi bəzəyə bilərdi. Təbii ki, o, Sultan Toğrulun məclisinə 

mə'nəvi zövq bağışlamaq üçün də'vət oluna bilərdi və bunu gərəyəncə yerinə yetirməyə 

gücü da çatardı. 



"Böyük Sovet Ensiklopediyası"nın yeni nəşrində Məhsəti 

adına artıq rast gəlmirik. Görünür bir neçə ədəbiyyatşünas 

məqalələrindən sonra şairəmizin guya bir mif olmasına o 

qədər inanılıb ki, adı belə mö'təbər mənbədən kənar edilib. 

Əlbəttə, buna görə hər kəsdən daha əvvəl Məhsətinin 

gerçəkliyi problemini vaxtında həll etməmiş 

ədəbiyyatşünaslığımız suçludur. "Böyük Sovet Ensiklopediyası"nın ikinci nəşrində isə 

Məhsəti haqqındakı kiçicik məqalə yanlışlarla doludur və o, sırf saray şairi kimi təqdim 

olunur. Heç şübhəsiz ki, bu nəticəyə gəlmiş məqalə müəllifi əslində Məhsəti irsindən

onun obrazlar sistemindən xəbərsiz olmuşdur. 

1923-cü ilin noyabrında Tiflisdə çıxan "Yeni fikir" qəzetinin 206-cı nömrəsində Mir 

Abbas Bağırzadənin "Nizaminin qəbri" adlı məqaləsi dərc edilir. Məqalədə bir qrup 

Gəncə ziyalısının (Şair Mirzə Məhəmməd Axundzadə, müəllim Cavad bəy, tarixçi 

Rəfibəyov, müəllim Mir Kazım Mirsüleymanzadə) xüsusi komissiya təşkil etmələri və 

1923-cü ilin aprelində Nizaminin qəbri yanında qazıntı işləri aparmalarından, məzarı 

şəhərin daxilində - Şah Abbas məscidinin qarşısına köçürmək istəklərindən bəhs edilir. 

Qazıntı zamanı Nizami məzarının yanında bir qadın qəbrinin olduğu da üzə çıxır. "Bu 

kimin məzarı ola bilər" məsələsi başında da müxtəlif fikirlər söylənib. Vəhid Dəstgerdi 

belə güman edib ki, bu, Nizaminin sevimli ömür-gün yoldaşı Afaqın məzarıdır. Bunu 

dahi şairin qızının qəbri hesab edənlər də tapılıb. Halbuki, Nizaminin qızı olması barədə 

e'tibarlı, dürüst mə'lumat yoxdur. Ümumiyyətlə, bu mülahizələrin heç birinin real əsası 

olmayıb. "Məhsəti və Əmir Əhməd" adlı əlyazmada isə Məhsətinin məzarının Nizami 

məqbərəsinin yanında olması barədə qeyd var. 

Biz, 1923-cü ildə aşkarlanmış məzarın Afaqın, Məhsətinin və bir başqasının olması 

mübahisəsinin həllinə girişmək istəmirik. Həqiqət budur ki, Məhsətinin məzarı Nizami 

məqbərəsi ilə yanaşı olub və bizi indi düşündürən budur. Elə o yerlərdəcə Məhsətiyə bir 

məqbərə ucaltmaq şairəmizin xatirəsi qarşısındakı mə'nəvi borcumuzdur. 

Məhsəti şəxsiyyəti haqqında gələcəkdə yeni-yeni mə'lumatlar əldə olunacağına şübhə 

yoxdur. Yeni faktlar əsasında biz Məhsətidən tək bir şairə kimi yox, həm də bir 

musiqiçi, bir şahmatçı kimi də söz aça biləcəyik. Təsadüfi deyil ki, "Məhsəti və Əmir 

Əhməd" əlyazmasının Britaniya kitabxanasında saxlanılan nüsxəsinə çəkilmiş 

miniatürlərdən birində şairə Xətib oğlu ilə birgə şahmat taxtası arxasında təsvir 

edilmişdir. Məhsəti ilk böyük qadın şairimiz olmaqdan özgə, həm də hələlik tanıdığımız 

ilk qadın şahmatçımızdır. Yaradıcılığının ən məhsuldar dövrünü Sultan Mahmud 

Səlcuqinin və onun əmisi Sultan Səncər Səlcuqinin saraylarında keçirmişdir. Məhsəti 

Gəncəvi fars dilində, əsasən rübai janrında yazmışdır. 




Ədəbi irsi dövrümüzədək tam halda gəlib 

çatmamışdır. XIII-XVII əsrlərə aid cüng və 

təzkirələrdə Məhsəti Gəncəvinin 200-ə yaxın 

rübaisi və bir neçə başqa lirik şe`ri saxlanmışdır. 

Məhsəti Gəncəvi yalnız öz dövründə deyil, sonralar 

da görkəmli rübai ustası kimi tanınmış, bu isə 

bə`zən başqa sənətkarların rübailərinin də ona aid edilməsinə səbəbolmuşdur. 

Məhəbbət lirikası onun yaradıcılığında əsas yer tutur. Rübailəri dünyəviliyi, humanizmi, 

epikürizmi, nikbinliyi ilə seçilir. Məhsəti Gəncəvi məhəbbəti təbii duyğu, insan şərəfini 

yüksəldən nəcib bir hiss kimi mə`nalandırır. Şairə dini xürafat, riyakarlıq və 

mühafizəkarlıq əleyhinə çıxaraq, insanın mə`nəvi azadlığını müdafiə etmişdir. Onun 

şe`rlərində xalqın, xüsusilə Şərq qadınının azad və xoşbəxt həyat haqqında romantik 

arzuları da əks olunmuşdur. 

Gəncədə muzeyi yaradılmış, 1980-ci ildə isə heykəli qoyulmuşdur.  

Bir gün gələr ki, indi əzəmətlə yüksələn, bitən əsrin sevgisiylə daha da süslənmiş 

Nizami məqbərəsinin yanında, ilk böyük şairəmiz üçün də məqbərə ucalar. 

Keçmişimizə və Məhsətimizə sevginin bəlirtisi olan bu iş, həm də Nizami xatirəsinə 

daha bir sovqatımıza çevrilər. Onda səkkiz yüz il bundan irəli Gəncədə gerçəkdən 

görüşüb şe'rləşən Nizami və Məhsəti bizim günlərdə yenidən üz-üzə durar, onların 

məqbərələri başında keçirilən şe'r bayramlarının sevinci və təntənəsi daha artıq olar. 

 

 



 

 

II.

 

Yubiley tədbirlərinin keçirilməsi. 

      Azərbaycan  poeziyasının inkişafına töhfələr vermiş şairə Məhsəti  

Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 16 

yanvar  2013-cü il  tarixində sərəncam imzalandı. 

     Sərəncamda göstərildiyi kimi Mədəniyyət və Turizm Nazirliyinin 

müəssisələri kimi kitabxanalar da Azərbaycan ədəbiyyatının intibah  

dövrünün parlaq nümayəndəsi, məşhur şairə məhsəti Gəncəviyə həsr edilən 

yubiley tədbirlərinin keçirilməsində fəal iştirak etməlidirlər. Bu baxımdan 



kitabxanalarda kütləvi işin əyani və şifahi formalarından elmi-praktik 

konfranslardan, kitab sərgiləri,  şeir müsabiqələri, oxucu konfransları, 

multimediya resuslarından istifadə etməklə bədii qiraət gecələri və s. 

tədbirlərin keçirilməsi vacibdir. 

       Mərkəzi rayon. şəhər uşaq, gənclər kitabxanasında “Məhsəti Gəncəvi – 

900” mövzusundakonfransın keçirilməsi planlaşdırılmalıdır. Bunun üçün 

əvvəlcə tədbirlər planı tərtib edilməlidir. Konfrans iştirakçılarına Məhsəti 

Gəncəvinin yaradıcılığından bəhs edən elmi və bədii əsərlərdən ibarət kitab 

sərgisi təqdim edilməlidir. Plana uyğun olaraq konfrans iştirakçılarına 

Məhsəti Gəncəvinin ədəbiyyatımızın inkişafındakı xidmətlərindən, zəngin 

yaradıcılıq axtarışlarından, onun poetik fikrindəki bənzərsizlikdən qeyd 

edilməlidir. . 

      Kitabxanada yubiley tədbirlərinin maraqlı olması üçün ilk öncə sərgilər 

tərtib etmək, sərgidə şairənin foto şəkilləri, şairə haqqında sitatlar, kitabları, 

şeirlərdən parçalar vermək olar. Sərgi müxtəlif başlıqlar altında verilə bilər.  

                                              “Kitab sərgiləri”         

                                    Məs:    “ XII -əsrin  Azərbaycan şairəsi” 

                                                “ Məshəti necə varsa...”              

                                                “  Məhsəti Gəncəvi - 900” və s. 

 

                                          



 

                                                                                                             

 

                                                                          



                    

               

 

1.

 



Başlıq: “Məhsəti Gəncəvi – 900” 

                         1 

      

2

2



2

2

2



2

2

2



          

2

 



2



2

 



         3 

         4 

         5 

          6 

         7 

                        8 

          9 

         10 

         11 

         12 

        13 

         14 

         15 

                   16 




2.

 

Şəkil.  3. “Azərbaycan Resrublikasının Prezidentinin Sərəncamı.  



 4.Məhsəti Gəncəvinin əsərləri. 

  5,  6,  7   

 8. Sitat:  “Söz tariximizin ən cazibəli ustadlarından biri Məhsəti Gəncəvi 

XII yüzildə qələm çaldı, intibah havalı münbit ədəbi mühitində solmaz 

rübailər yaratdı”.                       

                                                                                           Rafael Hüseynov. 

9,  10  Məhsəti Gəncəvi haqqında yazılan əsərlər. 

11. M.S.Ordubadi “Qılınc və Qələm” 

 12, 13 Məhsəti milli mətbuatda. 

14, 15 İllüstrasiyalar 

16. Disklər, video kossetlər və s.. 

      Klassik  Azərbaycan ədəbiyyatının  qüdrətli nümayəndəsi Məhsəti 

Gəncəvi yaradıcılığının dərindən öyrənilməsi üçün kitabxanalarda orta və 

böyük yaş qrup oxucular arasında söhbətin keçirilməsi daha məqsədəuyğun 

olardı. Söhbəti kitabxanaçı belə başlaya bilər: 

    “Əziz oxucular, bildiyimiz kimi, Məhsəti Gəncəvi orta əsrlər Azərbaycan 

şerinin qüdrətli nümayəndələrindən biridir. Onun yaşayıb-yaratdığı zamandan 

900 ilə yaxın bir dövr keçməsinə baxmayaraq, əsərləri indi  də sevilə-sevilə 

oxunur, sizlərə zövq verir, sizlərdə həyata. Insana məhəbbət oyadır, onları 

nikbinliyə, dünyanın gözəlliklərindən ilham almağa çağırır. Məhsətinin həyatı 

və şeirləri öz zəmanəsindən başlayaraq şeir və sənət adamlarının diqqətini 

cəlb etmişdir. Orta əsrlərdə onun haqqında  rəvayətlər və xüsusi bir dastan 

yaranmışsa, müasir sənətkarlar ona şeirlər, poemalar, romanlar, həsr etmişlər. 

M.S.Ordubadinin “Qılınc və qələm” romanında Məhsəti müdrik, xalq 

tərəfdarı olan bir sənətkar kimi təqdim olunmuşdur. Mirvarid Dilbazinin 

poemasında, N.Rəfibəylinin şeirində, Kəmalə Ağayeva və Məmmədhüseyn 

Təhmasibin pyeslərində isə o, xəlqi humanist  bir şairə kimi canlandırmışdır. 

XII əsrdə istedadlı bir qadın şairin yetişməsi həmin dövrdə Azərbaycan 

xalqının ictimai-siyasi və mədəni sahədə qazandığı nailiyyətlərin 

təzahürlərindən biridir. Məhsəti Gəncəvi iltibah dövründə Azərbaycan 

ədəbiyyatının asimanında öz yeri olan, gözə tez çarpan parlaq ulduzlardan 

biridir”. 




     Kitabxanaçı  bədii qiraət  gecəsini “Məhsəti Gəncəvi XII əsr Azərbaycan 

poeziya məktəbinin görkəmli nümayəndəsi kimi”keçirilə bilər.Bunun üçün 

kitabxanaçı  şairənin şeirlərindən seçib oxuculara təqdim edə bilər: 

     Məhsətiyəm, oldum gözəllərə tağ,  

     Hüsnümü vəsf edir Xorasan, İraq. 

     Gəncə xətibinin oğlu, qıyma ki,  

     Yandırsın beləcə könlümü fəraq. 

     Xoşbaxt ruzigarın əlimdən getdi; 

     Çünki zülfi-yarım əlimdən getdi: 

     Ələ xına yaxdım yarımdan ötrü,  

     Uyudum, nigaran əlimdən getdi. 

     Ey sarvan, səfərə getmişəm qərar, 

     Məni toyub getmə, üzgün canım var. 

     Sənin dəvələrin adı yük çəkir, 

     Qəm yükü çəkirəm, məni də anar. 

                       * 

*    * 

      Ruhuma Kəbədir daim camalın, 



      Mənə zindan olmuş qaraca xalın. 

      O küfrlə dolu qıvrım tellərin, 

      İmanı olubdur bu xəstəhalın. 

      Çöhrənin zəngindən güllər utanar, 

      Ləzzətdə ləbincə deyil xurmalar, 

      Kobudluğu tərgit, bu xislətindən, 

      Nəzakət özü də ar eyləyir, ar. 

      Telini çöhrənə bərabər etdin, 




      Bu gün xərabatı münəvvər etdin. 

      Gözəllər mülkünün şahı, şad gəldin, 

      Şərqin guşəsini baxtəvər etdin. 

                 *     *     * 

      O ay camalına burulummu mən? 

      Ya coşum o qara telin eşqindən? 

      Başdan ayağadək gözəldir gözəl ! 

      Heyranam! Bu yarın nəyin sevəsən? 

      Baxtımı bəd yazdı eşqin dəftəri, 

      Ümudumu kəsdi sevgi xəncəri. 

      Məhəbbət badəsi içərəm dedim, 

      Öldüm, tapılmadı sevda gövhəri. 

      Qızdırmay dedim: “Bir anlıq dayan, 

      Yarımı incitmə, cövrdən usan!”. 

      Qızdırma söylədi: “Axı oyarı, 

      Məndən daha artıq sən yandırırsan”. 

 

 

      



 

 

 



 

 



                                               Ədəbiyyat  siyahısı. 

 

1.

 



Hüseynov, Rafayel. Məhsəti-necə varsa. –B.; “Yazıçı”, 1989. -336s. 

2.

 



Gəncəvi, Məhsəti. Rübailər. –B.; “Lider”, 2004. -144s. 

3.

 



Gəncəvi, Məhsəti. Rübailər. –B.; “Azərnəşr”, 1975. -74s. 

4.

 



Gəncəvi, Məhsəti. Rübailər. –B.; “Azərnəşr”, 1961. -72s. 

5.

 



Azərbaycan Sovet İnsiklopediyası. –B.: “ASE”.1982. -608s. 

6.

 



Məshəti Gəncəvinin 900 illik yubileyinin keçirilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı.// Azərbaycan qəzeti. 

-2013. – 7 fevral. –1s. 

 

 



 

 

 



 

 

                           Tərtib edəni:     Metodika-biblioqrafiya şöbəsinin 



                                                   bötük metodisti   Əşrəfova E. 

                           Redaktoru:      MKS-nin direktoru  Əlifxanov A. 



Yüklə 57,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə