“Xalq qəzeti”. 013. 22 dekabr; 16 yanvar. N 283 S. Modernləşmə və ictimai şüur



Yüklə 92,14 Kb.
Pdf görüntüsü
tarix05.10.2017
ölçüsü92,14 Kb.
#3155


“Xalq qəzeti”.-2013.-22 dekabr; 16 yanvar.-N 283;8.-S.6;5. 

 

Modernləşmə və ictimai şüur 

 

Şüur və ictimai şüur problemi bütün dövrlərdə nəinki fəlsəfə, hətta digər elm sahələrində çalışan 

alimlərin  də  diqqətini  cəlb  etmiş,  bu  məsələyə  dair  müxtəlif  nəzəriyyələr  irəli  sürülmüş  və  ideyalar 

söylənilmişdir.  Bu  gün  də  bu  məsələ  xüsusilə  fəlsəfə  və  psixologiya  elmlərinin  məşğul  olduğu  ən  aktual 

problemlərdən biri olaraq qalmaqdadır. 

 

Çünki  bir  tərəfdən  elmi  təfəkkürün  inkişafı,  digər  tərəfdən  isə  insanların  və  onların  həyatında  baş 



verən  dəyişikliklər  istər  şüurun  mənbəyinin  və  istərsə  də  ictimai  şüurun  məzmun  və  strukturunda  baş  verən 

dəyişikliklərin səbəblərinin öyrənilməsini vacib tələb kimi elmin qarşısına qoyur. İnsan və cəmiyyət həyatında 

baş  verən  ictimai  mahiyyətli  hadisə  dəyişikliklərinin  əsasında  istər  şüur  və  istərsə  də  ictimai  şüur  amili 

dayandığına  görə  bu  amili  öyrənmədən,  onun  lokal  və  universal  xassələrini  açmadan  nəyəsə  nail  olmaq 

mümkünsüzdür.  Əgər  şüur  əvvəldən  verilmiş,  yaxud  mövcud  olan  beyin  potensialı  və  bu  potensialın  düzgün 

istiqamətlənməsi,  yaxud  istiqamətləndirilməsi  ilə  bağlıdırsa,  ictimai  şüur  daha  çox  tərbiyə  və  cəmiyyət 

həyatında mövcud olan həyat tərzi ilə bağlıdır. 

Şüur  real  halda  mövcud  olanlar  haqqında  duyğu  orqanlarının  verdiyi  informasiyaların  təhlili  ilə 

yanaşı,  həm  də  özü-özünə  referentlik  edir.  Bu  referentlik  beynin  özünəməxsus  olan  xassədir  və  bu  xassənin 

əmsalı  müxtəlifdir.  Yəni  məşhur  “ağ  lövhə”  nəzəriyyəsi  beyin  potensialının  eyniliyinə  yox,  müxtəlif 

səviyyələrdə olan potensialın hərəkətə gətirilməsinə aid ola bilər. İstər təhsilin müxtəlif səviyyələrində, istərsə 

də  elmin  müxtəlif  sahələrində  qarşılaşdığımız  faktlar  bunu  təsdiq  edir.  Əlbəttə,  burada  zəhmətkeşlik,  iradə  və 

məqsədyönlü fəaliyyət kimi amilləri də nəzərə almamaq olmaz. 

Şüur  amili  ictimai  şüur  üçün  də  əhəmiyyətli  rol  oynayır.  Lakin  ictimai  şüur  daha  çox  fərdin 

ictimailəşməsi,  yaxud  sosiallaşması  ilə  bağlıdır.  Belə  ki,  sosiallaşmayan  yüksək  səviyyəli  fərdi  şüur  daha  çox 

zərər  verə  bilər.  Sosiallaşmış,  yaxud  ictimailəşmiş  şüur  isə  həm  lokal,  həm  də  universal  əhəmiyyətli  şüurdur. 

İctimai şüuru gündəlik həyatla, bu həyatın aşıladığı empirik, adi, yaxud kütlə şüurundan fərqləndirmək lazımdır. 

Bu baxımdan ictimai varlığın yaratdığı şüur heç də hələ ictimai şüur deyil. Adi, empirik, yaxud kütlə şüurudur. 

Bu  şüurun tərkibində  olan ictimailik  elementləri isə  adət-ənənə, arxetipiklik  və  mentalitetlə  bağlıdır.  Hərçənd 

bunlar  heç  də  həmişəlik  sabitliyə  malik  deyillər.  Ya  onların  məzmununda  tarixən  bu  və  ya  digər  dəyişiklik 

əmələ  gəlir,  ya  da  bütövlükdə  dəyişirlər.  Buna  görə  nə  adət-ənənəni,  nə  də  mentaliteti  və  ona  uyğun  olaraq 

arxetipliyi  mütləqləşdirmək,  toxunulmaz  bir  şey  kimi  qəbul  etmək  olmaz.  Əgər  söhbət  sosial  genetikadan 

gedirsə,  genetikanın  özündə  belə  irsiliklə  yanaşı,  dəyişkənlik  də  vardır.  Həm  də  seleksiya,  irsən  mövcud 

olanların müxtəlif cür cütləşdirilməsi yolu ilə ən yaxşı bir çeşidin alınması üsulları vardır. Deməli, insanın ağlı 

və praktik bacarığı hər şeyi dəyişdirmək, yeni olanı yaratmaq qabiliyyətinə malikdir. Lakin həmin yeni o zaman 

faydalı olur ki, bu, heç nəyə zərər vermədən bütövlükdə cəmiyyətə, insanlara xidmət edir. 

Bu  isə ictimai  şüurun  qarşıya  qoyduğu  tələbdir.  Burada  biz  adi,  empirik  kütlə şüuru  səviyyəsindən 

daha  yüksək  şüur  pilləsinə  qalxırıq.  Başqa  sözlə,  empirik  şüurdan  nəzəri  şüur  səviyyəsinə  keçirik.  Bu  keçid 

ümumiyyətlə  düşüncə,  təfəkkür  sahəsinə  aid  olduğu  kimi,  ictimai şüur  səviyyəsinə də aiddir.  Həm  də  ictimai 

şüur öz mahiyyəti etibarilə elmi şüur üçün də bir növ kamerton rolu oynayır. Elmi şüurla ictimai şüur müəyyən 

məsələlərdə hətta qarşı-qarşıya dururlar. Atom enerjisindən istifadə, biotexnologiyanın bəzi məsələlərində hələ 

bu  gün  də  elmi  şüurla  ictimai  şüur  qarşı-qarşıya  durur.  Qloballaşma,  beynəlmiləlçiliklə  şovinizm,  separatlılıq 

müasir dünyanın ciddi problemləridir. Mübahisələr davam etməkdədir. Yəqin ki, elm və texnologiyanın inkişafı 

ilə daha yeni məsələlər meydana çıxacaqdır. 

Əgər şüurun dəyişməsi bütövlükdə elmin texnika və texnologiyanın dəyişməsi, yeni paradiqmaların 

meydana  gəlməsi  və  s.  ilə  bağlıdırsa,  ictimai  şüurun  dəyişməsi,  artıq  deyildiyi  kimi,  insanların  və  cəmiyyətin 

həyatında baş verən dəyişikliklərlə bağlıdır. Bu dəyişikliklər köklü məzmuna malik olduqda ictimai şüurda baş 

verən dəyişikliklər də köklü, yaxud əsaslı olur. 

İctimai şüur cəmiyyət həyatının real gerçəkliyinə əsaslanan, lakin bu gerçəkliyin hamı üçün faydalı 

olan  ümumi  cəhətlərini  əks  etdirən  abstrakt  fenomendir.  Lakin  bu  abstraksiya  elə  qurulmalıdır  ki,  o, 

gerçəklikdən  uzaq  düşməsin,  gerçəkliyin  əsas  sütunları  üzərində  qurulsun,  dünyagörüşünə,  ümumi  niyyətə 

çevrilərək  yaşayış  və  fəaliyyətə  istiqamət  verə  bilsin.  Bu  isə  cəmiyyət  həyatını,  onun  bütün  tərəflərini,  bu 




tərəflər  arasındakı  əlaqələri  dərindən  təhlil  edə  bilən    nəzəriyyəçilərə  aid  olan  məsələdir.  Burada  hansısa  bir 

siyasi-ideoloji  platformada  deyil,  vətəndaş  mövqeyində  dura  bilmək  vacibdir.  Hər  hansı  siyasi-ideoloji 

platforma,  yaxud  platformalar  isə  buna  uyğun,  yaxud  uyğun  olmaya  bilər.  Buna  görə  də  akademik 

R.Mehdiyevin  dediyi  kimi,  əsas  məsələ  yeni  təfəkkür,  düşüncə  tərzinin  formalaşmasına  xidmət  edə  biləcək 

yaradıcı ideya və şübhəsiz ki, əməli əhəmiyyəti olan tövsiyələr verməkdən ibarətdir. Burada siyasi ittihamlar, 

kimisə damğalamaq praktikası isə yanlış və zərərli praktikadır. 

İnsanların  qarşılıqlı  iqtisadi,  siyasi,  mədəni  və  s.  münasibətləri  əsasında  yaranan  və  formalaşan 

cəmiyyətin mövcudluğunun əsası elədir ki, o, heç vaxt birdəfəlik verilmiş, yaxud müəyyənləşmiş alqoritmlərlə 

yaşamır  və  buna  görə  də  o  bu  alqoritmləri  tədrici,  yaxud  böyük  sürətlə  dəyişdirir.  Həmişə  eyni  alqoritmlərlə 

yaşamaq  darıxdırıcıdır,  yerində  saya-saya  mürgüləməkdir.  Müəyyənləşmiş,  daşlaşmış  ənənələr  əsasında 

yaşamaqdır,  yaxud  ənənəvi  cəmiyyətdə  yaşamaqdır. Belə  cəmiyyətlər  inkişafdan  geridə  qalan  cəmiyyətlərdir. 

Buna görə də ictimai şüurun daşıyıcıları olan insanlar mövcud ictimai mühitdə ya islahatlar aparmaq, hansısa 

yenilikləri  gətirmək,  ya  da  mövcud  olanı  köklü  surətdə  dəyişdirmək  niyyəti  ilə  çıxış  edirlər.  Lakin  bu  elə 

prosesdir ki, burada bir nəfər deyil, böyük bir ictimailəşmiş fəal qüvvə iştirak edir. Bu ictimailəşmiş fəal qüvvə 

isə daha fəal, kreativ liderlərin ətrafına toplaşır. Deməli, ictimai varlıq heç də özü-özünə yox, insanların düşüncə 

və  fəaliyyəti  əsasında  dəyişir.  Lakin  bu  düşüncə  və  fəaliyyət  son  dərəcə  ölçülüb-biçilmiş  və  planlı  halda 

olmalıdır.  Belə  olmadıqda  keçən  əsrin  80-ci  illərinin  sonunda  və  90-cı  illərinin  birinci  yarısında  baş  verən 

dağılma  halı  meydana  çıxa  bilər.  Təsadüfi  deyil  ki,  tanınmış  rus  filosofu  A.Zinovyev  “perestroykanı” 

“katastroyka” (uçurub-dağıtma) adlandırırdı. Yəni bütün ziddiyyətlərinə, çatışmazlıqlarına baxmayaraq, böyük 

bir imperiya birdən-birə, heç kimin təsəvvürünə belə gətirə bilmədiyi bir sürətlə uçulub dağıldı. Tarixdə mövcud 

olan  imperiyaların  heç  biri  belə  bir  sürətlə  dağılmamışdı.  Bu  dağıntı  iqtisadi,  siyasi,  sosial  həyatla  birlikdə 

mənəvi sahədə, ictimai şüurda da bir boşluq, çaşqınlıq yaratdı. Nəyə inanmaq, kimə inanmaq, nəyi ideal saymaq 

məsələsi bütün kəskinliyi ilə meydana çıxdı. Axı insanın təbiəti elədir ki, o, həmişə hansısa bir ümidlə, nəyi isə 

gözləməklə, hansısa bir arzuya çatmaq ümidi  ilə yaşayır. Bunlar həm ayrıca bir fərdə, həm də cəmiyyətə xas 

olan  dəyərlərdir.  Fərq  isə  şüur,  dərketmə  səviyyəsindən  asılıdır.  Kimi  öz  fərdi  həyatı  səviyyəsində,  kimi  isə 

bütövlükdə cəmiyyət səviyyəsində düşünür. Hətta dünya səviyyəsində düşünənlər də az deyil. Əlbəttə, bunlar 

daha çox filosoflardır. Çünki fəlsəfi düşüncənin mahiyyəti elədir ki, o, hər hansı konkret şey, hadisə və məkan 

çərçivəsindən kənara çıxır, universal olana doğru gedir. 

Cəmiyyət həyatında təsəvvürə belə gəlməyən sürətli dəyişiklik mənəvi sahədə də boşluq yaradır. Bu 

boşluğa  hansısa  bir  ictimai  ideal  daxil  ola  bilməyəndə  (belə  ictimai  idealı  işləyib  hazırlamaq,  onu  inanc 

formasına salmaq çox çətin və mürəkkəb məsələdir) oraya çox böyük sürətlə  din daxil olmağa başlayır. Çünki 

din  insana  həm  bu  dünyada  yaşamaq  üçün,  həm  də  ölümdən  sonrakı  əbədi  dünya  üçün  ruha  xoş  gələn,  onun 

rahatlığını təmin edən vədlər verir. Həm də bu, çox sadə və anlaşılan olduğu üçün əksəriyyətin ruhuna daxil ola 

bilər. Onun irrasional məqamlarına gəldikdə isə bu, heç sadə adamları maraqlandırmır da. Onlar dini doqmaları 

sadəcə olaraq inanc kimi qəbul edir və ona riayət etməyə başlayırlar. Din insanı öz həyatı ilə razılaşmağa, taleyi 

ilə barışmağa, yaşadığı kimi yaşamağa və Allaha dua edərək onun yardımına ümid etməyə çağırır. Təmkinlilik, 

dözümlülük  dinin  əsas  pesfulatlarındandır.  Lakin  sadəcə  olaraq  dəb  xatirinə,  ümumi  əhval-ruhiyyəyə  uyğun 

olmaq  xatirinə  dinə  tapınanlara  da  rast  gəlinir.  Hətta  bir  neçə  surə  və  ayəni  əzbərləyərək  yeri  gəldi-gəlmədi 

onları  söyləyənlər  və  özləri  başa  düşdüyü  səviyyədə  şərh edənlərə  də rast  gəlmək  mümkündür.  Belə adamlar 

dinin  tarixindən,  onun  əsas    mahiyyəti,  insan  və  cəmiyyət  həyatındakı  rolunu  başa  düşməkdən  çox-çox 

uzaqdırlar.  Onlar  üçün  əsas  məsələ  dəbə,  mühitə  uyğunlaşmaqdır.  Belə  adamlar  dinə  də  öz  maraqları 

çərçivəsində yanaşırlar. Din kimi  müqəddəs bir inanc  mənbəyindən də qazanmaq məqsədi ilə istifadə edirlər. 

Din  isə  özünün  bütün  mahiyyəti  ilə  belə  şeylərin  əleyhinədir  və  onu  lənətləyir.  Əslində  elə  akademik 

R.Mehdiyevin  işlətdiyi  “marginallaşmış  ictimai  şüur”  anlayışı  da  belələrinə  aiddir.  Çünki  bunlar  öz  həyat  və 

yaşayışlarını hansısa bir ardıcıl pozitiv əhəmiyyətli fəaliyyətdə deyil, rəngdən-rəngə düşməkdə, buqələmluqda, 

hətta ən yaxşı halda belə ucuz konyuktura ilə məşğul olmaqda görürlər. Belə adamların hətta özləri üçün belə 

hansısa prinsipial dəyərləri olmur. Yəni bu qruplar nəinki hansısa bir ictimai idealdan, hətta fərdi idealdan belə 

məhrum  olan  qruplardır.  Çünki  hər  hansı  bir  ictimai,  ideal  həyat  və  fəaliyyət  üçün  hansı  prinsipləri  isə  üstün 

tutmaq,  nələri  isə  etməmək  lazımdır.  Marginal  ictimai  şüur  isə  əsasən  əvvəldən  verilmiş  olan  kortəbii 

instinklərlə  yaşamaq  deməkdir.  Əlbəttə,  bu  marginal  qruplara  məxsus  olan  düşüncə  tərzi  cəmiyyətə  heç  nə 

vermədən müxtəlif yollarla cəmiyyət hesabına yaşayan bütün tüfeyli ünsürlərin hamısına aiddir. 



İctimai şüur problemini hamı üçün eyni olan hansısa universal qanunauyğunluqlar, yaxud prinsiplər 

sistemi  hüdudunda  həll  etmək  mümkün  deyildir.  Görünür,  bu  məsələyə  sosial  zaman  və  sosial  məkan 

müstəvisində yanaşmaq lazımdır. Əlbəttə, sosial zaman və sosial məkan şüurun bir fenomen kimi necə meydana 

gəlməsini  izah  edə  bilmir,  onu  sadəcə  olaraq,  mövcud  fakt  kimi  götürür.  Lakin  ictimai  şüura  gəldikdə  burada 

sosial  zaman  və  sosial  məkan  başlıca  geterminant  rolunu  oynayır.  Burada  sosial  zaman  və  sosial  məkan,  bir 

tərəfdən  mövcud  ictimai  şüurun  törədicisi,  digər  tərəfdən  isə  ictimai  şüurun  özü  sosial  zaman  və  məkanın 

törədicisi kimi çıxış edir. Başqa sözlə, sosial zaman və sosial məkanla ictimai şüur dialektik əlaqəyə malikdirlər. 

Hətta  elmi  nəzəriyyələr  və  onların  praktikada  yoxlanılması  və  tətbiqi  də  sosial  zaman  və  məkanla  bağlıdır. 

Lakin burada həmin məsələni araşdırmaq qarşıya məqsəd qoyulmadığından onu kənara qoyuram. Qısaca olaraq 

qeyd  edim  ki,  ümumiyyətlə,  zaman  və  məkan  vəhdətdə  olduğu  kimi,  sosial  zaman  və  sosial  məkan  da 

vəhdətdədir və bu, onların universal xassəsidir. Fərq isə bundadır ki, sosial zaman və sosial məkan əsasən lokal 

xassələrə malikdir. Yəni bunlar hər bir arealda, regionda, xalqda, ölkədə bir cür, başqalarında isə başqa cür olur. 

Bu  isə  təbii-coğrafi  mühitlə,  tarixiliklə,  arxetipikliklə  və  mentalitetlə  müəyyənləşir.  Buna  görə  də  zamanın  və 

məkanın  yalnız  tarixə  aid olduğunu  gözləmək,  onun  elmə  və  fəlsəfəyə  aid  olmadığını  iddia  etmək  son  dərəcə 

mübahisəlidir. 

Bütövlükdə, elmin və fəlsəfənin inkişafı da həm ümumi zaman və məkanla, həm də sosial zaman və 

məkanla  bağlıdır.  Əgər  belə  olmasaydı,  biz  eradan  əvvəlki  elm  və  fəlsəfənin  yaranma  və  inkişafının  qədim 

Yunanıstanla  bağlı  olduğunu  deyil,  tutalım,  qədim  Keniya,  yaxud  Tanzaniya  ilə  bağlı  olduğunu  söyləyər  və 

qəbul edərdik. Yaxud ABŞ, Avropa, Yaponiya və digər inkişaf etmiş ölkələr yeni nanotexnologiyaya keçdiyi bir 

dövrdə başqa ölkələr hələ əvvəlki sənaye dövrünə keçmək əzmindədirlər. Çünki sənaye dövrünü keçmədən, o 

dövrü yaşamadan, birdən-birə, hansısa bir mövcuzəli sıçrayışla post-sənaye dövrünə keçmək mümkün deyildir. 

Burada  söhbət  yalnız  keçidin  sürətindən  gedə  bilər  ki,  bu  da  elmi  və  texnoloji  şüurun  (ağlın)  və  praktikanın 

inkişafı ilə yanaşı həm də ictimai şüurun inkişafı ilə bağlıdır. 

Ölkədə, xalqda, millətdə ictimai şüurun formalaşması isə çox çətin bir problemdir. Bu ictimai şüuru 

nə hansısa bir və ya bir neçə partiya, nə bir və bir neçə qeyri-hökumət təşkilatı, nə də hansısa digər qurumlar 

ayrı-ayrılıqda  formalaşdıra  bilməz.  Çünki  bunların  hər  birinin  öz  məramnaməsi  və  nizamnaməsi  var  və  buna 

görə də hər biri özü üçün işləyir və bu da təbiidir. İctimai şüurun formalaşmasında önəmli olan bilavasitə ölkədə 

mövcud olan Konstitusiyanın həmin ölkədəki ictimai iqtisadi və mədəni durumu obyektiv əks edilməsi və onun 

düzgün  yerinə  yetirilməsidir.  Əgər  qanunlar  istisnasız  olaraq  yerinə  yetirilərsə  və  hamı  qanuna  riayət  edərsə, 

ayrı-seçkilik olmazsa, ölkə vətəndaşları bunu gördükdə həm qanunlara, həm də bu qanunların arxasında duraraq 

onun işləməsinə nəzarət edənlərə hörmətlə yanaşarlar və özləri də qanun çərçivəsindən çıxmazlar. Beləliklə, biz 

hansı tərəfə, hansı istiqamətə üz tutsaq, istər ictimai şüurda və istərsə də onun ideologiyasında konstitusiyanın 

mühüm rol oynadığını görürük. Çünki konstitusiya dövlət və cəmiyyət quruculuğunun və dövlətçiliyin əsasıdır. 

Təsadüfi  deyil  ki,  Platon,  Aristotel,  Hobbs,  Monteskye,  Hegel,  müasir  dövrdə  Pareto,  Habermas  və  digər 

klassiklər  özlərinin  dövlət  nəzəriyyələrinin  əsasında  mükəmməl  konstitusiya  və  ona  birmənalı  olaraq  riayət 

olunması məsələsini qoymuş və qoyurlar. 

Konstitusiya  dövlət  və  dövlətçilik  deməkdir.  Dövlətçilik  isə  professional  biliklə  yanaşı,  həm  də 

nəinki  dövrlə  ayaqlaşan,  həm  də  sabahı  görə  bilən  yüksək  səviyyəli  ictimai  şüur  və  ona  uyğun  olan  praktika 

deməkdir.  Əslində,  demokratik  prinsiplər  üzrə  qurulan  konstitusiya  və  onun  qanunlarının  birmənalı  olaraq 

yerinə  yetirilməsi,  vətəndaş  cəmiyyəti,  yaxud  vətəndaş  cəmiyyətinə  aparan  yol  deməkdir.  Vətəndaş  cəmiyyəti 

isə  o  deməkdir  ki,  hamı  qanun  hüdudunda  özünün  seçdiyi  həyat  tərzi  ilə,  əldə  etdiyi  bilik  və  bacarıqla, 

işgüzarlığı, çalışqanlığı və s. ilə yaşayır və fəaliyyət göstərir. 

Demokratiya  şəraitində  hamı  üçün  eyni  olan  norma  və  qaydalar  formalaşır.  Bu  isə  o  deməkdir  ki, 

nəzəri  məsələlərdən  daha  çox  gündəlik  hay-küylə  və  dəbdə  olan  ifadələri  işlətməklə  özünü  gözə  soxmağa 

çalışanların  indi  bizdə  olan  cəmiyyəti  kapitalizm  cəmiyyəti  kimi  təqdim  etmələri  və  bununla  da  bəzi 

eybəcərliklər  nə  isə  kapitalizmə  xas  olan  təbii  hal  kimi  təqdim  etmələri  elmi  düşüncənin  və  elmi  yanaşmanın 

zəifliyindən  başqa  bir  şey  deyil.  Çünki  inkişaf  etmiş  ölkələrdə,  artıq  klassik  mənada  başa  düşülən  kapitalizm 

yoxdur. Buna görə də onlar “rifah cəmiyyəti”, “postindusrial cəmiyyət”, “elektron cəmiyyət”, “bilik cəmiyyəti”, 

“vətəndaş cəmiyyəti” və s. kimi ifadələrdən istifadə edirlər. Bütün bunlar isə yeni, sosial kapitalizmdir. Başqa 

sözlə, bu cəmiyyətlərdə kapital ayrı-ayrı adamlar, ailələr, qruplar üçün deyil, bütövlükdə cəmiyyətin rifahı üçün 

işləyir və bu kapitaldan  hərə öz qabiliyyət və bacarığına görə istifadə edir. Hamıda nəyi isə hasil etmək, ortaya 

çıxarmaq və bununla da fərqlənmək, özünü təqdim etmək meyili var. Burada istehlakçılıq şüuru istehsaldan və 




onun  verdiyi  imkandan  yaranır,  formalaşır.  Öz  bacarıq  və  qabiliyyəti  ilə  nəyi  isə  ortaya  qoymadan  yalnız 

istehlakçılıq və həm də izafi istehlakçılıq şüuru ilə yaşamaq isə parazitlik sayılır və ictimai qınağa səbəb olur. 

Demokratik  cəmiyyət,  yaxud  vətəndaş  cəmiyyəti  heç  də  gəlirlərin  bərabər  olması  deyildir.  Burada  gəlirlər 

biliyə,  bacarığa,  təşəbbüskarlığa,  işgüzarlığa  əsaslanır  və  bu  prinsip  klassik  kapitalizmdən  sonrakı  dövrdə 

müxtəlif adlarla təqdim olunan bütün cəmiyyətlərə aid olan başlıca prinsipdir. 

Cəmiyyət yalnız bir ideyanın (məsələn marksizm-leninizm) və bir partiyanın diktəsi əsasında qurula 

bilməz.  Belə  cəmiyyətlər  qapalı  və  qeyri-demokratikdir.  Açıq  və  demokratik  cəmiyyətlərdə  ideyalar  müxtəlif 

olur, siyasi partiyalar da bir-birinə opponentlik edirlər. Lakin bunların hamısı ölkənin və millətin mənafeyindən 

çıxış  edərək  həyatın  keyfiyyətinin  yaxşılaşmasına  xidmət  edir.  Burada  kim  daha  yaxşı,  daha  səmərəli  layihə 

verirsə,  o  da  xalqdan  daha  çox  dəstək  ala  bilir  və  idarəetmədə  üstünlük  qazanır.  Bu,  vətəndaş  cəmiyyətinin 

qurulması üçün ən vacib şərtdir. Çünki, hamı mövcud konstitusiya hüdudunda fəaliyyət göstərir və yaşayır. 

Əlbəttə, bütün bunlar fərdi və ictimai marağın gözlənilməsi, fərdi və ictimai şüurun vəhdəti fonunda 

mümkündür. İctimai şüur isə həm fərdi, həm kütləvi, həm də sürü (toplantı) şüurundan fərqlənir. İctimai şüur 

yaşanılan  həyat  tərzinə  və  fəaliyyətə  görə  məsuliyyəti  başa  düşmək  və  bu  məsuliyyətə  görə  özünü 

nizamlamaqdır. İctimai şüurun bazası, çıxış nöqtəsi fərdi şüurdur. Başqa sözlə, ictimai şüur heç də nə isə insan 

ruhuna, düşüncə tərzinə kənardan daxil etdirilən, yaxud insana hansı bir təsir vasitəsilə qəbul etdirilən bir şey 

olmayıb, onun ruhi aləminin, düşüncə tərzinin formalaşması ilə bağlı olan bir hadisədir. Bu düşüncə tərzinin, 

ruhi aləmin formalaşması çoxtərəfli və mürəkkəb bir hadisədir. 

Burada  uşağın  sağlam  doğulmasından  tutmuş,  ailə-təhsil-cəmiyyət  üçlüyü  mühüm  əhəmiyyət  kəsb 

edir.  Bu  üçlüyün  hər  birinin  özünün  funksiyası  var.  Bunlardan  biri  özünəməxsus  olan  funksiyanı  yerinə 

yetirmədikdə  natamamlıq  alınır.  Burada  fərdi  şüur  dedikdə,  heç  də  insanın  hansısa  bir  istiqamətdə  xüsusi 

qabiliyyətə, istedada malik olması deyil (bu, özlüyündə fərqli bir keyfiyyətdir), orta statistik bir adamın həyata, 

fəaliyyət  tərzinə,  insanlara  və  ətraf  mühitə  münasibətindən  gedir.  Fərdi  şüurun  əsasında  həmişə  fərdi  maraq 

durur  və  bunsuz  insanı  təsəvvür  etmək  çətindir.  Lakin  bu  fərdi  maraq  pozitiv  əhəmiyyətli  bilik  və  bacarığa 

əsaslanmadıqda  özünü  neqativ,  antisosial  keyfiyyətlərdə  göstərməyə  başlayır.  Buna  görə  də  düşüncə  və 

fəaliyyətin pozitivliyi dedikdə, elə bir fəaliyyət nəzərdə tutulur ki, burada fərdin marağı həm fərdin özü üçün, 

həm də cəmiyyət üçün faydalıdır. 

Hər bir fərd öz işinin vaciblik dərəcəsi, məzmunu və çəkilən zəhmətin vaxt müddətinə görə gəlir əldə 

edir. Məsələn, alimin əməyinin gəliri ilə süpürgəçinin əməyi vacibliyinə görə eynidir. Çünki süpürgəçi küçəni 

süpürməzsə, şəhər zibil içində batar. Lakin məzmununa və çəkilən zəhmətin vaxtına görə eyni deyil, çünki alim 

həmişə şəxsi problemdən daha çox, bu və ya digər elmi problemin həlli haqqında fikirləşir, düşünür. Çox vaxt 

öz şəxsi problemlərini belə yaddan çıxarır və yaxud onlara o qədər də əhəmiyyət vermir. Təsadüfi deyildir ki, 

məşhur alimlərin bir qismi (Dekart, Nyüton, Kant və b.) hər bir adam üçün normal sayılan ailə də qurmamışlar. 

Bütün vaxt və enerjilərini yalnız elmə həsr etmişlər. 

Söhbət  qətiyyən  bunun  yaxşı,  ya  pisliyindən  deyil,  sadəcə  olaraq,  həyati  və  tarixi fakt  olmasından 

gedir. Süpürgəçinin əməyi cəmi bir neçə fiziki alqoritmə əsaslanır. Alimin əməyi isə sonu olmayan intellektual 

üsul və vasitələrə əsaslanır. Burada mövcud paradiqmalar yeniləri ilə dəyişdirilir və s. Lakin bir daha qeyd edək 

ki,  süpürgəçinin  əməyi  də  çox  əhəmiyyətli  və  zəruri  əməkdir  və  onu  hörmətsiz  əmək  kimi  qiymətləndirmək 

olmaz  və  süpürgəçi  də  öz  əməyinə  görə  cəmiyyətin  orta  statistik  həyat  səviyyəsinə  uyğun  yaşamalı  və  bunun 

təmin olunması üçün ona müvafiq əmək haqqı ödənilməlidir. 

Fərdi şüurlar əsasında adi, yaxud kütləvi şüur yaranır. Bu kütləvi şüur ictimai həyatın, onun norma 

və  dəyərlərinin  qərarlaşması  kimi  çıxış  edir.  Əlbəttə,  texnogen  cəmiyyətlərdə  olan  norma  və  dəyərlər  ənənəvi 

cəmiyyətlərdə olan norma və dəyərlərdən fərqlənir. Belə ki, birincilərdə dinamiklik, dəyişkənlik, ikincilərdə isə 

ənənəvilik və sabitlik vardır. Avropa mədəniyyəti sivilizasiyası ilə Şərq arasında olan mühüm fərq də burada 

meydana  çıxır.  Əlbəttə,  bunların  heç  birini  mütləqləşdirmək  olmaz.  Lakin  fərq  göz  qabağındadır.  Məhz 

dinamiklik və dəyişkənlik Avropa sivilizasiyasını tez-tez böhranlara sürükləyir. 

Burada böhranlar bir növ katersis, təmizlənmə səciyyəsi daşıyır və böhrandan sonra inkişafın yeni 

bir  mərhələsi  başlayır.  Şərq  isə  sabitlikdə  qaldığı  üçün  nə  böhran  keçirir,  nə  diqqəti  cəlb  edəcək  inkişafa  nail 

olur. Buradakı inkişaf özünüinkişafdan daha çox Avropadan yeni texnika və texnologiyaları götürməklə bağlıdır 

və  nə  qədər  ki,  texnika  və  texnologiyalar  özü  də  dinamik  məzmuna  malikdir,  buna  görə  Şərq  Avropanın 

arxasınca  getmək  zorunda  qalır.  Çox  təəssüf  ki,  müasir  dövrün  əsas  xüsusiyyətlərinə  o  qədər  də  əhəmiyyət 



verməyən  bəzi  tədqiqatçılar  Şərqin  mənəvi  sabitliyini,  dəyərlərinin  əhəmiyyətini  qoruyub  saxlamaqla  Qərb 

texnologiyasından istifadə etməyi irəli sürürlər ki, bu da son dərəcə mübahisəli və şübhəli məsələdir. 

Qərb  texnologiyası  bütövlükdə  Qərb  düşüncəsi  və  mədəniyyətinin  məhsuludur.  Əgər  Şərq,  o 

cümlədən  də  Azərbaycan özünə  müvafiq  olan  texnika  və  texnologiyanı,  yaxud onun  bir  neçə  sahəsini  yarada 

bilməyəcəksə  və  daha  çox  təbii  sərvətləri  satmaqla  məşğul  olacaqsa,  onda  o,  Qərb  texnologiyası  ilə  birlikdə, 

istər-istəməz,  Qərbə  məxsus  olan  mənəviyyatı  da  qəbul  etmək  zərurəti  ilə  qarşılaşmalı  olacaq.  Bu  isə, 

bütövlükdə, yerli ənənəvi mentalitetə, psixologiyaya uyğun olmadığı üçün müxtəlif haqlı və haqsız söz-söhbətə, 

qarmaqarışıqlığa,  mənəvi  sarsıntılara  səbəb  olacaqdır.  Çox  vacibdir  ki,  bizim  texniki  və  texnoloji  ali 

məktəblərinin  nəzdində  xüsusi  sənaye  və  digər  təcrübə  müəssisələri  yaradılsın.  Burada  müvafiq  kollec  və 

texniki  peşə  məktəblərin  şagird  və  tələbələri  də  təcrübə  keçə  bilərlər.  Konstruktor  büroları  isə  mütəxəssislər 

üçün yeni texniki layihələr hazırlamağa və onları təcrübədə sınamağa imkan verər. Beləliklə, biz sözçülükdən 

daha çox işgüzarlığa keçə bilərik. 

Kütlə  şüuru,  adi  şüur,  yaxud  empirik  şüur...  bunlar  eyni  mənalı  sinonim  anlayışlardır.  Hamısı 

gündəlik həyat və fəaliyyətlə, güzəranla bağlıdır, hamısı yaşayış və həyat təcrübəsi (empiriya) ilə bağlıdır. Yəni 

ayrı-ayrı  fərdlərin  gündəlik  həyat,  yaşayış  və  fəaliyyətləri  əsasında  gəldikləri  ümumi  dəyərləndirmə  və 

normalardır. Buna görə də həm fərdi şüur və həm də və daha çox kütlə şüuru ictimai şüurun bazasını, yaxud 

çıxış nöqtəsini təşkil edir. Qeyd etmək lazımdır ki, hər hansı bir toplumun (bu və ya digər münasibətlə bir yerə 

yığılan  adamların)  şüuruna  gəldikdə  isə  bunun  sürü  adlandırılması  düzgün  deyildir.  Çünki:  1)  sürü  anlayışı 

heyvanların bir yerə toplanması olub, insana aid deyildir. 2) hətta, bir-birilə əvvəldən heç bir əlaqəsi, tanışlığı 

olmayan adamlar bir yerə toplanıbsa, deməli, onların buraya toplanmasına səbəb olan nə isə bir problem var. 

Əlbəttə, bu adamların toplanması kortəbii halda baş verir və planlı şəkildə əvvəlcədən düşünülmüş 

olmaya da bilər. Bu, daha çox emosional bir qüvvədir və onun təhlükəli olması da buradan irəli gəlir. Çünki hər 

hansı bir təxribatçı bu kortəbii qüvvəni hərəkətə gətirə bilər və onun qarşısını almaq çətinləşər. Belə qüvvə daha 

çox  dağıdıcı,  məhvedici  qüvvədir  və  buna  görə  də  təhlükəlidir.  Müasir  dövrdə  istər  cəmiyyəti  idarə  edənlər, 

istərsə  də  onlara  xidmət  edənlər  çalışmalıdırlar  ki,  cəmiyyətdə,  yaxud  onun  hər  hansı  bir  sahəsində  gedən 

prosesləri  diqqətlə  izləsinlər  və  baş  verə  biləcək  kütləvi  narazılıqların  qarşısını  almaq  üçün  bunları  törədən 

səbəbləri  vaxtında  aradan  qaldıra  bilsinlər.  Yerli  orqanlar  vaxtında  problemi  nəzərə  almadıqda,  onun  həllini 

gecikdirdikdə,  2013-cü  ilin  əvvəllərində  İsmayıllı  rayonunda  baş  verən  hadisələr  törəyir.  Hərçənd,  dövlət  çox 

çevik reaksiya verərək bu hadisələrin qarşısını aldı və onu törədən səbəbi aradan qaldırdı. 

İctimai  şüur  insan-insan,  insan-cəmiyyət,  insan-dövlət,  cəmiyyət-dövlət,  insan-təbiət  və  cəmiyyət-

təbiət  münasibətlərinin  ali,  yüksək  səviyyəsidir.  Əlbəttə,  bu  səviyyəyə  yüksəlmək,  onu  dərk  etmək  o  qədər  də 

asan  iş  deyildir.  Çünki  insanlarda  şəxsi  maraq  hissi  o  qədər  güclüdür  ki,  bu  hiss  hər  an  insanı  öz  ardınca 

sürüməyə  hazırdır.  Lakin  şəxsi  marağı,  arzusu,  istəyi  olmayan  insan  da  yoxdur.  Ancaq  insan  ictimai  şüur 

səviyyəsinə  qalxdıqda  öz  maraq  və  arzularını  cilovlamağı,  nizamlamağı,  müəyyən  bir  məcraya  yönəltməyi 

bacarır. O, başa düşür ki, bütövlükdə cəmiyyətin inkişafına, yüksəlişinə nail olmadan, yalnız özü üçün nələri isə 

etmək, nəyəsə nail olmaq müvəqqəti haldır və həm də, bununla o, ətrafdakı insanlardan təcrid olunur. Onların 

pis nəzərlərinə və ictimai qınaqlarına tuş gəlir. 

Bütövlükdə,  cəmiyyət  inkişaf  etdikdə  isə  burada  heç  kim  heç  kimə  pis  nəzərlə  baxmır.  Hamı  öz 

işinə, qabiliyyətinə, bacarığına, işgüzarlığına və seçdiyi həyat tərzinə uyğun olaraq yaşayır. Burada həm yüksək, 

həm də orta həyat səviyyəsinə uyğun olaraq yaşayanlar vardır. Hamı bir-birini qiymətləndirir. Müxtəlif gündəlik 

işlərlə məşğul olanlar bilirlər ki, cəmiyyətə onu idarə edənlər, elm, təhsil və mədəniyyətlə məşğul olan adamlar 

da  lazımdır.  Bunlar  isə  öz  növbəsində  başa  düşürlər  ki,  cəmiyyətə  tikib  quranlar,  əkib  becərənlər,  maldarlar, 

məişət  xidməti  göstərənlər  və  s.  lazımdır.  Bir  sözlə,  hər  kəs  öz  işi  ilə  məşğul  olur  və  hamı  bir-birinin  işinə 

hörmətlə yanaşır. Hamı öz işinə özünün fərdi marağı ilə yanaşı ictimai məsuliyyətlə yanaşır. 

Fizika elmi ilə yanaşı, həm də ictimai problemləri fəal surətdə müzakirə edən S.P.Kapitsa deyirdi ki, 

məsuliyyət anlayışı bu gün yaddan çıxmışdır. Bu fikir digər görkəmli elm və mədəniyyət xadimləri tərəfindən 

də tez-tez səsləndirilir. Hətta, maddi zənginliklə mənəvi zənginliyin uyğunsuzluğundan belə bəhs edirlər. Çünki, 

bəzi  hallarda  maddi  sərvəti  toplanmaq  mənəvi  yoxsulluqdan,  cəmiyyət  qarşısında  heç  bir  məsuliyyət  hiss 

etməməkdən irəli gəlir. Bu isə əslində açıq, yaxud gizli (üstüörtülü) halda etik və hüquqi normaların pozulması 

ilə müşayiət olunur. Buna görə də şüurun həddən artıq istehlakçılıq virusundan təmizlənməsi məsələsinə xüsusi 

diqqət yetirilir. İndi sosial fəlsəfənin qarşısında duran əsas məsələlərdən biri cəmiyyət həyatında baş verən, izafi 

istehlakçılığın və bu ehtirasın yaratdığı mənəvi boşluğun qarşısını almaqdır. 




Əgər nəinki indiki normal vətəndaş cəmiyyətinə keçid dövrünü yaşayan postsovet ölkələrində, hətta, 

bütün dünyada ictimai şüurun üstünlük təşkil etməsinə nail olunmazsa, onda bütövlükdə Yer üzərində mövcud 

olan  insan  dünyası  özü  sonsuz  çaxnaşmalar,  toqquşmalar  nəticəsində  daha  bərbad  hala  düşə  bilər.  Çünki  bir 

tərəfdən qloballaşmadan, multikulturalizmdən, humanizmdən, insan hüquqlarından və s. danışan güclülər, digər 

tərəfdən  Asiya,  Afrika  və  Cənubi  Amerika  ölkələrinə,  bu  ölkələrdə  bir-birilə  düşmənçilik  edən  müxtəlif 

qüvvələrə  silah  satıb  pul  qazanmaqla  məşğuldurlar.  Həmin  ölkələrin  bir-birini,  yaxud  bu  ölkələr  daxilindəki 

düşmənçilik edən qüvvələrin bir-birini qırması isə onları maraqlandırmır. Belə çıxır ki, qoy bir-birini nə qədər 

qırırlar-qırsınlar, təki biz pul qazanaq düşüncəsi ilə yaşayırlar. Bu, heç bir mənəviyyata, heç bir humanist sosial 

şüura uyğun olan yanaşma deyil. 

İndi artıq hamıya məlumdur ki, Yer kürəsi öz insanları ilə kosmosda hərəkət edən bir gəmidir. Güclü 

ölkələr  isə  öz  yanaşmaları  və  hərəkətləri  ilə  bu  gəmini  öz  içərisindən  partlatmaq  istəyirlər.  Əslində,  bu,  Yer 

planeti miqyasında tədricən həyata keçirilən terrorizmdir. Bu terrorizm ekoloji problemlərdən tutmuş iqtisadi, 

siyasi  və  hərbi  yollarla  həyata  keçirilir.  Əslində  isə,  Yer  kürəsini  zənginləşdirmək,  onun  sərvətlərindən  daha 

səmərəli  istifadə  etmək,  təhsil  və  səhiyyənin  hər  yerdə  səviyyəsini  qaldırmaq  və  bunun  üçün  investisiyanı 

artırmaq lazımdır ki, insanlar sağlam və ağıllı, işgüzar olsunlar. Asiyada, Afrikada və Cənubi Amerikada ölkələr 

var ki, onlar nə sosial əsaslı dövlət yarada bilir, nə də öz sosial əsaslı müstəqil iqtisadiyyatlarını yarada bilirlər. 

Onlara  müxtəlif  yönümlü  yardım  etmək  və  xeyirli  məsləhətlər  vermək  müasir  dünyanın  önündə 

gedənlərin  mənəvi  borcudur.  Əgər  onlar,  doğrudan  da,  dünyamiqyaslı  humanist  və  sosial  düşüncəyə 

malikdirlərsə, iqtisadi cəhətdən zəif ölkələrin təbii sərvətini dəyər-dəyməzinə əlindən almaqla yox, bilməlidirlər 

ki, öz standartlarını diktə etməklə dünyanı onun mövcud problemlərindən xilas etmək mümkün deyil. Hətta, indi 

Asiya  və  Afrika  ölkələrində  ciddi  narahatlıq  doğuran  əhalinin  sürətli  artımı  problemini  də  tibbin  və  təhsilin 

köməyi olmadan həll etmək mümkün deyil. Çünki bu ölkələrdə əhalinin artım sayı heç də onların müasir texniki 

və texnoloji səviyyədə istehsal edə bilmək səviyyəsinə uyğun deyil. Nəticədə isə istehlak edənlərin sayı istehsal 

edənlərdən  qat-qat  artıq  olur.  Cəmiyyət  yoxsulluq,  səfalət  və  sosial  sarsıntılar  içərisində  yaşamağa  başlayır. 

Terrorizm, quldurluq, narkotik və s. kimi neqativ bizneslər də buradan irəli gəlir. 

İctimai şüurun bütün dünya üçün vahid olan cəhətləri ilə yanaşı, onun hər bir ölkə, hər bir xalq üçün 

xüsusi, spesifik əhəmiyyətə malik olan cəhətləri də var və bundan heç cür yan keçmək olmaz. Hətta universal 

dəyərlər belə hər bir ölkənin, xalqın öz tarixi, mentalileti, sosial-mədəni durumu əsasında həyata keçirilməlidir. 

Başqa cür olduqda anlaşılmazlıq və qarmaqarışıqlıq yaranır. Bu isə heç də tərəqqiyə, inkişafa xidmət etmir və 

burada idarəolunan xaos nəzəriyyəsi əksər hallarda özünü doğrultmur və xüsusi hal kimi qalır. 

Yeri  gəlmişkən,  qeyd  etmək  lazımdır  ki,  idarəolunan  xaos  nəzəriyyəsinin  əksinə  olan  sabitlik 

nəzəriyyəsinin də çatışmayan cəhətləri var. Belə ki, dövlət cəmiyyəti bütün parametrlərdə buxovlayıbsa, sosial 

ədalət və demokratiya əvəzinə onların görüntüsünü yaradırsa, imitasiya və manipulyasiyalar ilə cəmiyyəti idarə 

etməyə  çalışırsa,  bu  vəziyyətdə  narazılığın  gənginliyi  artmaqda  davam  edir  və  müəyyən  müddət  keçdikdən 

sonra  bu  lafent  vəziyyət  oyanır  və  artıq  heç  cür  idarə  oluna  bilməyən  xaos  yaranır.  Buna  görə  də  cəmiyyətin 

bütün vətəndaşları üçün, həm idarəedən elita, həm də intellektual elita üçün ictimai şüur ilk növbədə ölkə və 

xalq üçün, sonra isə bütün dünya üçün ən vacib olan şərtlərdən biridir. 

Formal  demokratiya  ilə  həqiqi  demokratiya  arasındakı  fərq  də  burada  meydana  çıxır.  Əsl 

demokratiya isə yüksək vətəndaşlıq mədəniyyəti və maddi sərvətlərin ədalətli sosial bölgüsünü tələb edir. 

 

Aydın ŞİRİNOV, 



professor 

Yüklə 92,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə