Xalqımızın maarif işığını yandıran ziyalılar.
Ziyalılar hər bir dövrdə millətin aparıcı dayağı hesab edilib. Başlanğıcını Qori
müəllimlər seminariyasından götürən milli təhsilimiz XX əsrin əvvəllərində
millətin, xalqın ictimai fikir tarixində, mədəniyyətində zamanı qabaqlayan böyük
bir ziyalılar nəslini yetişdirdi. Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənəti,
pedaqoji fikir tarixində müstəsna rol oynayan bu şəxsiyyətlər yorulmaq bilmədən
çalışaraq xalqımızın maarif işığını yandırıb, ona həqiqətin yolunu göstərdilər.
Amalı millətə və xalqa xidmət etmək olan bu mütərəqqi fikirli ziyalılaröz xalqının
tarixini yaşatmaq, milli-mənəvi dəyərlərini qorumaq, onu inkişafa və tərəqqiyə
çatdırmaq, qabaqcıl xalqlar sırasına çıxartmaq naminə qətiyyət göstərir, bu yolda
var qüvvə ilə çalışırdılar.Lakin bu yol elə də asan deyildi…
XIX əsrdəŞimali Azərbaycan Rusiya imperiyasının tərkibinə daxil idi.
Burada müstəmləkə əsarəti altında müxtəlif xalqlar və millətlər yaşayırdılar. Çar
Rusiyası xalqlar həbsxanası, çar hökuməti idarələrinin başında oturanların böyük
əksəriyyəti isə qaraguruhçu millətçi idi. Onların siyasəti çar Rusiyası ərazisində
yaşayan başqa xalqların mənafeyinə qarşı yönəlmişdi. Həmin dövrdə ucqarlarda
millətlərin baş qaldırmasına mane olmaq üçün xalqların savadlanmasına imkan
vermir, ruslaşdırma siyasəti aparılırdı.
Belə bir şəraitdə Azərbaycan ziyalıları millətin taleyini düşünürdülər.
M. F. Axundov, H. B. Zərdabi kimi ziyalılarımız xalqın gözünü açmağa, xalqın
maariflənməsinə çalışırdılar. Onlar yaxşı bilirdilər ki, xalq kütlələrinin avamlığı,
cəhalət içində olması Azərbaycan xalqının milli əsarətdən çıxmasına mane olur.
Əsas tədris ocaqlarının məktəb və mədrəsələr olduğu həmin dövrdə dərsləri
mollalar tərəfindən keçirildi. Yalnız əsrin sonlarında məktəblərdə bəzi dünyəvi
elmlər də tədris olunmağa başlandı.
1876-cı ildə
qafqaz xalqların
ın –
gürcül
ərin,
ermənil
ərin, dağıstanlıların
və
tatarlar
ın ibtidai məktəblər üçün müəllim kadrları hazırlamaq məqsədilə
Qoridə (Gürcüstan) Müəllimlər Seminariyası açıldı. Bu seminariya xalqın
maariflənməsi işində xüsusi rol oynadı. Zaqafqaziya xalqlarının, o cümlədən,
Azərbaycan xalqının da mədəni inkişafında mühüm rol oynamış Qori
Seminariyasının məzunları sırasında C. Məmmədquluzadə, N. Nərimanov, Ü.
Hacıbəyov, F. B. Köçərli, M. Maqomayev, S. M. Qənizadə, R. Əfəndiyev, F.
Ağazadə, S. Vəlibə-yov və b. kimi tarixi şəxsiyyətlər var idi.
Qori Müəllimlər Seminariyası ibtidai pedaqoji təhsilli mütəxəssislər hazırlamaq
üçün yaradılmışdı. Hər il Qafqazın, xüsusən Zaqafqaziyanın bir çox yerlərindən
müxtəlif millətlərə mənsub gənclər seminariyaya girmək üçün müraciət edirdilər.
Onların arasında ruslar, azərbaycanlılar, ermənilər, gürcülər, kürdlər və bir çox
başqa xalqların nümayəndələri var idi. Lakin seminariyada oxumaq hər kəsə nəsib
olmurdu. İmtahanlar o qədər də asan deyildi. İmtahan verənlər məktəbə qəbul
olunurdular: azərbaycanlılar aşağı hazırlıq siniflərinə, ruslar, gürcülər və digərləri
isə yuxarı hazırlıq siniflərinə. Qəbul olunduqdan sonra beş il burada oxuyur, daha
sonrakı 5 ili məcburi olaraq ibtidai xalq məktəblərində müəllimlik edirdilər. Təhsil
illəri ərzində seminariyada əyləncə gecələri və səhərciklər keçirilirdi. Bu tədbirlər
həm tarixi günlərə, həm elm və tədris məsələlərinə, həm də rus klassiklərinin,
pedaqoq və alimlərin xatirəsinə, dini bayramlara, əlamətdar hadisələrə həsr
olunurdu. Keçirilən gecə və səhərciklərin böyük tərbiyəvi əhəmiyyəti olduğu kimi,
təhsil əhəmiyyəti də az deyildi. Belə gecələrə üçün tələbələr ciddi hazırlaşırdılar:
onlar oxuyur, şeir əzbərləyir, inşa və referatlar yazır, albomlar, xəritələr, sxemlər
düzəldir, sərgilər təşkil edir, öz yaradıcılıq imkanlarını göstərirdilər. Bundan başqa
seminaristlər qonaqları mehriban qarşılamağı, onlara hörmət etməyi, kiçiklərə
nümunə olmağı öyrənirdilər. Belə gecə və səhərciklərdə tələbələrin istedadları üzə
çıxırdı. Azərbaycanın görkəmli bəstəkarlarından üzeyir Hacıbəyov, Müslüm
Maqomayev, aktyor Ə.Terequlov ilk yaradıcılıq fəaliyyətlərinə məhz Qori
Seminariyasında başlamışlar.
Seminariyanın ilk direktoru D. D. Semyonov və A. O. Çernyayevski olmuşlar.
Onlar mütərəqqi fikirli şəxslər idilər və bu seminariyanın fəaliyyətinin
genişlənməsində misilsiz xidmətlər göstərmişlər.
1877
-ci ildən
Mirzə Fətəli Axundov
və Tiflis müsəlman məktəbinin şəriət
müəllimi
Mirzə Hüseyn Qayıbzadə
seminariyanın nəzdində Azərbaycan şöbəsinin
açılmasına çalışırdılar. Onlar Qafqaz canişini, böyük knyaz Mixail Nikolayeviç
Romanovu yola gətirmək üçün çox səy göstərdilər. Mirzə Fətəli öz məqsədinə
çatmaq üçün canişinə Peterburq Universitetinin professoru Mirzə Cəfər
Topçubaşov, maarif xadimi
Həsən bəy Zərdabi
və Peterburq Universitetinin fəxri
doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Londonda Böyük Britaniya
və İrlandiya Kral Cəmiyyətinin, Kopenhagendə Şimali Antikvarilər Kral
Cəmiyyətinin üzvüMirzə Kazım bəy haqqında xüsusi məlumat verir. O bildirir ki,
azərbaycanlılar Avropanın bir çox ölkələrində –
Fransada
,
Almaniyada
,
Vyanada
,
Rusiyada
ali təhsil alırlar. Müsəlmanları geridə
qalmış xalq kimi dəyərləndirən Qafqaz canişininin fikri dəyişir və o, Mirzə Fətəli
və
Mirzə Hüseyn Qayıbzadəni
n layihələrini qəbul edir. O, yaşayış yeri, təhsil üçün
bina, müxtəlif ləvazimatlar üçün vəsaitin olmadığını və ölkənin müharibə
vəziyyətini bəhanə edərək məktəbin gürcü və ermənilər kimi hələlik yalnız Qori
şəhərində açılmasına razılıq verir. Bu məqsədlə canişin Zaqafqaziya Müəllimlər
Seminariyası yanında ölkənin azərbaycanlı əhalisi üçün üç il müddətinə müstəqil
Azərbaycan şöbəsi açılması haqqında əmr verir. Əgər təcrübə yaxşı nəticə
verərdisə, üç ildən sonra həmin şöbə müstəqil seminariyaya çevriləcək və Qoridən
Azərbaycanın mərkəzinə köçürüləcəkdi. Beləliklə,
1879
-cu il sentyabrın 1-də
seminariyanın nəzdində yeni xüsusi tatar şöbəsi təsis edilir.
Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi təxminən 40 il fəaliyyət
göstərir.Bu seminariyaya xüsusilə azərbaycanlılar cəlb edilirdi. Burada
azərbaycanlı müəllimlər hazırlamaq üçün xüsusi pansionu olan «tatar şö’bəsi» var
idi. Buna görə də seminariyaya girmək istəyənlər arasında azərbaycanlı gənclər
çox olurdu, onların arasında da qarabağlılar və qazaxlılar üstünlük təşkil edirdi.
Seminariyada
Azərbaycan dili
və sünni təriqəti üzrə şəriət müəllimi vəzifəsinə
Hüseyn Əfəndi Qayıbzadə, şiə təriqəti üzrə şəriət müəllimi vəzifəsinə molla
Əbdülsalam Axundzadə təyin olunur. Seminariyanın tatar şöbəsinin direktoru isə
A.O.Çernyayevski oldu.
Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadə (1830-1917) ədəbiyyatşünas
alim və müəllim olmuşdur. Dini elmlərlə yanaşı, ərəb, fars, türk dillərini öyrənmiş,
Şərq ədəbiyyatı və tarixini mükəmməl bilmişdir. 1879-1883-cü illərdə Qori
müəllimlər seminariyasında ərəb və fars dili müəllimi işləyib. Tiflisdə azərbaycanlı
kasıblar üçün öz hesabına məktəb açmış, azərbaycanlı qızların təhsil alması
qayğısına qalmışdır.
O zamanlar Əbdülsalam Axundzadə alim, maarif və din xadimi kimi
məşhurlaşmışdı. 1879-cu ildə o, “Kitabi-müəllimül-ətfal” əsərini yazır. Əsərdə
yenicə oxumağa başlayan uşaqların təlimi üçün yeni və daha asan yollar təklif
edirdi. 1894-cü ildə Ə. Axundzadə “Sərməşq” adlı kitabını yazır . Burada gözəl
xətlə yazılmış yazı nümunələri və hikmətli sözlər verimişdi.
Aleksey Osipoviç Çernyayevski
(1828-1889 ) Şamaxıda kasıb rus ailəsində
doğulub böyümüşdü. Bütün varlığı ilə Azərbaycana bağlı olan bu şəxs bütün
həyatını azərbaycanlı balalarının maariflənməsinə, təhsil almasına həsr etmişdi.
1866-cı ildə Mərəzə kəndində ilk xalq məktəbi yaratmış, mütərəqqi pedaqoji
fikirləri ilə dövrünün qabaqcıl ziyalılarından
olmuşdur.
Aleksey
Çernyayevski
İrəvanda
,
Naxçıvanda
,
Gəncəd
ə,
Şuşada
,
Şamaxı
da
,
Qubada
və
Dərbəndd
ə olur, qəza mərkəzlərində seminariyaya uşaq toplayırdı.
O dövrdə bu cox çətin bir iş idi. Valideynlərə təhsilin, maarifin nə demək olduğunu
izah edən A. O. Çernyayevski məqsədinin Azərbaycan xalqının qaranlıq yollarını
işıqlandırmaq olduğunu söyləyirdi. O deyirdi ki, valideynlər övladlarını bu işığı
yandırmaqdan məhrum etməsinlər. Böyük maarifçi yüz kilometrlərlə yolu faytonla,
araba ilə, qatarla, bəzən də piyada gedirdi. Onun Azərbaycanda ziyalı kadrlarının
hazırlanmasında (R. Əfəndiyev, M. Mahmudbəyov, T. Bayraməlibəyov, S.
Axundov, C. Məmmədquluzadə, N. Nərimanov və b. ) böyük xidmətləri
olmuşdur. Çox keçmədən Şuşadan
Firidun bəy Köçərli
,
Səfərəli bəy
Vəlibəyov
,
Baba bəy Səfərəlibəyov
, Lənkərandan Teymur bəy Məmmədbəyov,
Qazaxdan
İsmayıl ağa Vəkilov
,
Məmmədağa Şıxlınski
, Şəkidən
Rəşid bəy
Əfəndiyev
Çernyayevskinin ümidlərini doğrultdular. Bu gənclər özlərindən sonra
gələnlərin yolunu işıqlandıran böyük vətənpərvər maarifçilər və pedaqoqlar
oldular. Azərbaycanlı tələbələr bilikləri, gözəl əxlaqları və yüksək mədəniyyətləri
ilə seminariyanın xristian tələbə və müəllimlərini heyrətə salmışdılar.
Seminariyada Azərbaycan dilinin tədrisi tarixində Çernyayevskinin böyük
xidmətləri olmuşdur. O, azərbaycanlı tələbələr üçün 1882-ci ildə “Vətən dili”
dərsliyini tərtib etdi. Dəsliyə ən yararlı materiallar salınmiş, atalar sözündən,
tapmacalardan, zərb-məsəllərdən istifadə edilmiş, bir pedaqoq kimi Aleksandr
Osipoviç seçdiyi materialları canlı uşaq dilində düzəldib təqdim etmişdir. Bu kitab
ölkənin bütün qəzalarında ibtidai rus-Azərbaycan məktəblərində tədris olunurdu.
Kitab tələbəsi Rəşid bəy Əfəndiyevin xətti ilə daş basmasında nəşr olunmuşdu.
“Vətən dili” kitabında Azərbaycan şairlərinin şeirlərindən də parçalar vermişdi.
Çernyayevskinin “Vətən dili” kitabı azərbaycanlılar üçün böyük əhəmiyyətə malik
idi. “Vətən dili”ndən əvvəl Azərbaycan şöbəsi üçün dərslik yox idi. Buna görə də
Çernyayevski tələbələrinin köməyi ilə həftəlik proqram tərtib etdi və sövti-üsulla
məşğələ aparmaq üçün qiraət materialı hazırladı. Çernyayevski bu tədris
materialını ustalıqla tərtib etmişdi və azərbaycanlı məzunların pedaqoji hazırlığı
üçün ən yaxşı baza oldu. Sonralar
Aleksey Osipoviç
Azərbaycan dilində qəzet
açmaq istədi. O yazırdı ki, məqsədi xalqın düşüncəsini oyatmaq və onları
maarifləndirməkdir. Lakin onun bu cəhdi boşa çıxdı. Qəzetin kifayət qədər
abunəçisinin, jurnalistlərin olmaması kimi bəhanələr gətirib qəzetin nəşrinə mane
olurlar. Xalqımıza təmənnasız xidmət göstərmək istəyən böyük
maarifpərvər
Aleksey Osipoviç
Çernyayevski 1894-cü ilin dekabrında ürək
partlamasından vəfat edir.
Xalqımızın maarif işığını yandıran böyük ziyalı Firidun bəy Köçərli sonralar
yazırdı: “Qori Seminariyasının Azərbaycan şöbəsində yaxşı və diqqətəlayiq nə
vardısa, hamısı Çernyayevskinin adı ilə bağlıdır. Çernyayevskinin “
Vətən dili
”
bizim məktəblərdə tamam yeni bir dövr açdı”.
Firidun bəy Köçərli ( 1863-1920 ) tələbə ikən yunan filosofu Sokratın həyatı və
əxlaqi görüşlərinə həsr olunmuş “Təlimati-Sokrat” əsərini tərcümə
etmişdi.Sonralar Saleh bəy Zöhrabbəyovla birlikdə “Təlimati-lisani-türki”
dərsliyini tərtib etdilər. 35 illik müəllimlik fəaliyyətində ədəbiyyatşünaslıq üzrə
ciddi axtarışlar aparmış Firidun bəy Köçərli türk dilinin tədrisinə dair çoxsaylı
məqalələr yazmışdır. O, 300-dən artıq dərsliyə düzəloş etmiş, nəzəri materiallarla,
hekayələrlə zənginləşdirmiş, metodik baxımdan yeniləşdirmişdir. Azərbaycan
tarixi və ədəbiyyatının vurğunu olan ədib başqa xalqların ədəbiyyatı ilə öz
ədəbiyyatımızı müqayisə edir, xalqlar arasında ədəbi-mədəni əlaqələri
genişləndirmək məqsədilə etdiyi tərcümələrlə ( Puşkin, Lermontov, Çexov,
Tolstoy, Koltsov, Sereteli və b.) rus mətbuatında fəal iştirak edirdi. Ədib
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin ( M. P. Vaqif, M. F.
Axundov və b.) irsinin təbliği sahəsində də çalışır, xalqın maariflənməsində,
mədəniyyətinin inkişafında qəzet və jurnalların rolunu yüksək qiymətləndirərək
məqalələr dərc etdirirdi. 1897-ci ildə Çernyayevskinin ölümündən sonra o, “
Vətən
dili
” dərsliyinin yenidən işlənmiş təkmil variantını nəşr etdirmişdir.
Səfərəli bəy Vəlibəyov (1861-1902) gimnaziyanı bitirən ilk üç azərbaycanlıdan
biri olmuşdur. O, rus, fars və ərəb dillərini yaxşı bilirdi. O, “Xəzineyi-əxbar” adlı
ensiklopedik kitab tərtib etmişdir. İlk buraxılışda təhsilini əla qiymətlərlə bitirən
Səfərəli bəy 1881-ci ildə seminariyada ana dili müəllimi kimi saxlanılır. (C.
Məmmədquluzadə, N. Nərimanov, S. S. Axundov və başqaları ibtidai təhsillərini
Səfərəli bəy Vəlibəyovdan almışlar). Firidun bəy İrəvan gimnaziyasına, Teymur
bəy Lənkərana, Mirzə Əli Məhəmməd Naxçıvana ibtidai rus-tatar məktəbinə
müəllim göndərildi. Rəşid bəy Əfəndiyev isə Şəki qəzasının Qutqaşen kəndinə
məktəb müdiri təyin edildi.
Teymur bəy Bayraməlibəyov ( 1862-1937) Qori müəllimlər seminariyasına daxil
olan ilk üç azərbaycanlıdan biri idi. Seminariyanı bitirdikdən sonra Lənkəranda rus
məktəbində dərs demişdir. Böyük səyi nəticəsində dərs dediyi şagirdlərin sayı ildən
ilə artmışdır. 1907-ci ildə onun səyi ilə Lənkəranda “Qızlar”, 1909-cu ildə “Ziya ”
adlı ilk rus-tatar məktəbi açılmışdır. Teymur bəy Bayraməlibəyov yaratdığı “
Xeyriyyə cəmiyyəti”nin xətti ilə şagirdləri dərslik, yemək, paltar, yol xərci ilə
təmin edir, digər maddi və mənəvi köməklik göstərirdi.
Qori Seminariyasına gedən azərbaycanlıların sayı ildən-ilə artırdı. Təhsil, maarif,
mədəniyyətin daşıyıcıları və carcıları olan Firidun bəy Köçərli, Səfərəli bəy
Vəlibəyov, Soltan Məcid Qənizadə, Üzeyir bəy Hacıbəyli, Cəlil
Məmmədquluzadə, Rəşid bəy Əfəndiyev, Müslüm Maqomayev, Şıxlınskilər,
Süleyman Sani Axundov, Hacıbaba Süleymanov, Nəriman Nərimanov,
Osman Əfəndiyev, İsfəndiyar Vəkilov, Fərhad Ağazadə və başqaları adlarını
Azərbaycanın ədəbiyyat, mədəniyyət və istiqlal tarixinə yazdılar. Qori
Seminariyasını bitirdikdən sonra onlar həyatlarının sonunadək Azərbaycanın
azadlığı uğrunda başlanan istiqlal mübarizəsinə qoşuldular. Soltan Məcid Qənizadə
1905-1908-ci illərdə seminariyanın Azərbaycan şöbəsinin inspektoru oldu. Digər
məzunlar da qəzalara, ucqar kəndlərə gedib dərs deyir, millətimizi cəhalətdən
qurtarmaq üçün mücadilə edirdilər. Çünki bu məmləkətin azadlıq üçün hər şeydən
əvvəl maarifə, mədəniyyətə ehtiyacı var idi.
Ana dilinin sadəliyinin və təmizliyinin qorunub saxlanması, inkişaf etdirilməsi və
təbliği sahəsində geniş, hərtərəfli fəaliyyət göstərən ziyalılarımız bu dilin
məktəblərimizdə əsaslı şəikldə öyrədilməsinə çalışırdılar. Azərbaycanda ana
dilində məktəblərin açılması və ana dili təliminin qaydaya salınması dövrün vacib
tələblərindən biri kimi ziyalılarımızı narahat edirdi. Bu mübarizədə N. Nərima-
novun xidmətləri xüsusilə diqqətəlayiqdir. N. Nərimanov 1906-ci ildə Bakıda
keçirilən Müsəlman Müəllimləri Qurultayının təşkilat komissiyasının sədri idi.
Komissiya yeni dərsliklər tərtib etmək, yeni metodlar müəyyənləşdirmək və s. bu
kimi işləri yerinə yetirməli idi.
1907-ci ildə M. Mahmudbəyov “Türk əlifbası və ilk qiraət” dərsliyini, 1909-cu
ildə A. Səhhətlə birlikdə yazdığı “Türk dilinin təlimi üçün üçüncü ilə məxsusu
qiraət kitabı” adlı oxu dərsliyini, 1911-ci ildə “İmlamız” kitabını çap etdirir.
Hüseyn Minasazov ( 1881- 1932) Qori Seminariyasında tam kursu 1894-cü ildə
bitirmiş, müəllim işləmişdir. O, xalqın bir amal uğrunda birləşməsi naminə, onların
dünyagörüşünün inkişafı, əhalinin maariflənməsi yolunda misilsiz xidmətlər
göstərmişdir. 1909-cu ildə Minasazov rus dilində nəşr olunan “Zaqafqaziya”
qəzetində çıxış edərək seminariyanın nəzdindəki müsəlman şöbəsinin sərbəst
olaraq Azərbaycanın şəhərlərindən birinə köçürülməsini təklif etmişdi. 1918-ci ildə
Qoridə seminariya bağlandıqdan sonra Azərbaycan şöbəsi həmin il F. Köçərlinin
rəhbərliyi ilə Qazax şəhərində fəaliyyətə başlayır. Bu seminariya o dövrün ən yaxşı
maarif ocaqlarından biri sayılırdı. Seminariya gənclərin yalnız bədii təfəkkürünün
inkişafında deyil, həm də dünyagörüşünün formalaşmasında mühüm rol oynayırdı.
XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda milli təhsilin əsaslarının
yaranmasında Seminariyanın yetişdirdiyi kadrların əvəzsiz rolu
olub. Azərbaycanın bir sıra görkəmli maarif, mədəniyyət, elm, ədəbiyyat və
incəsənət xadimləri bu seminariyanın məzunu olmuşlar.
F. Köçərli Qazax Müəllimlər Seminariyasının müdiri kimi fəaliyyət göstərdiyi
dövrdə arzularını həyata keçirməyə çalışırdı. O, təhsilin məzmununun
milliləşdirilməsi ideyasını irəli sürdü. ADR-in maarif naziri Həmid bəy
Şahtaxtinski köhnə proqramları yenidən tərtib etmək məqsədilə F. Köçərliyə
göndərdi. F. Köçərli təhsildə milliləşmə ilə əlaqədar proqramlarda Azərbaycan
türkcəsinə uyğun gəlməyən bəzi sözləri redaktə etdi, “Azərbaycan tarixi” kursunun
yeni proqramını qəbul edərək tarix dərslərini həmin proqram əsasında keçməyi
təklif etdi. Proqramda türk qəbilələri və xalqları, qədim türk dövlətləri, onların
mədəni xidmətləri, Azərbaycan haqqında tarixi məlumatlar, Şah Abbas, Nadir şah,
Şirvan xanları və s. haqqında biliklər vermək nəzərdə tutulurdu. Əsrlər boyu tarixi
həqiqətlər parçalanmış, gənc nəslə saxta tarix öyrədilmişdi. Qazax Müəllimlər
Seminariyası cümhuriyyət dövründə təhsil sisteminin milli əsaslar üzərində
qurulmasında dayaq rolu oynamaqla tarixi vəzifəni yerinə yetirdi.
Ü. Hacıbəyovun (1885-1948) yaradıcılığı xüsusilə rəngarəng idi. İlk Azərbaycan
operasının müəllifi olan və yaradıcılıq sahəsinin hamısından istifadə edən bu
böyük bəstəkar, həm də yazıçı və publisist kimi yaradıcılığını xalqına xidmətə –
onun müstəqilliyinə yönəltmişdi. Xalq azadlığı, şəxsiyyət azadlığı, fikir azadlığı
ideyalarını təbliğ edən ədib yazırdı: “ Kimi elm ilə, kimi ağıl və təcrübə ilə bir kərə
anlayıbdır ki, indiyə qədər sürdüyümüz həyat deyildir, bəlkə həyat içində bir
məmatdır.” Ü. Hacıbəyov sənət əsərlərinin həm xalqın maariflənməsində. Həm
də inqilabi mübarizəsində böyük təsir gücünə malik olduğunu söyləyirdi.
H. Əfəndiyev (1880-1963)
Qori Müəllimlər Seminariyasın
da Zaqatala qazası üzrə
təhsil alan ilk soydaşlarımızdandır. Doğma kəndində müəllimlik edən Həmzət bəy
öz vəsaiti hesabına məktəblər açır, cəhalətə və avamlığa qarşı mübarizə aparmışdır.
O, ibtidai məktəblərin açılmasında fəal iştirak etmiş, məktəblərdə qızların sayının
çoxalmasına nail olmuşdur. H. Əfəndiyevin yetirmələri arasında alim, professor,
dövlət xadimləri var idi.
O dövrdə Cəbrayıldan, Şamaxıdan, Ağdamdan, Göyçaydan, Naxçıvandan,
Zaqataladan və başqa rayonlardan da şagirdlər gəlib, burada təhsil alırdılar. Böyük
maarifçi və ictimai xadim Firudin bəy Köçərli həm seminariyaya başçılıq edir, həm
də yüzlərlə qız uşağının savad əldə etməsi üçün yetimlər kursu təsis edir,
qaçqınlara yardım fondu yaradırdı.
Qori Seminariyasın
ın Azərbaycan bölməsi
1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərdi.
Dövrünün görkəmli ziyalı qadını Şəfiqə Əfəndizadə ( 1882-1959) Azərbaycanın
ilk maarifpərvər qadınlarındandır.1901-ci ildə Tiflisdə Zaqafqaziya ruhani
idarəsində müəllimlik attestatı almış, Azərbaycan qadın təhsili tarixində ilk dəfə
dərs demişdir. Öz yazılarında qadınları, anaları elmə, təhsilə, maarifə, mədəniyyətə
səsləyirdi. Şəfiqə Əfəndizadə yazırdı ki, Vətən bizim qeyrətimizə, millətin səadəti
bizim səylərimizə möhtacdır, qəlbində Vətəninə məhəbbət hiss edən hər bir insan
var gücü ilə vəzifəsini yerinə yetirməyə çalışmalıdır. Qori Seminariyasının
məzunu Fərhad Ağazadə də hər məqaləsində xalqının, millətinin nicatını elmdə,
təhsildə gördüyünü yazır, gəncləri təhsil almağa dəvət edir, valideynlərə uşaqlarını
məktəbə göndərməyi tövsiyə edirdi.
1920-ci ildə Firidun bəy Köçərli erməni terrorçuları tərəfindən qətlə yetirilir.
Bundan sonra seminariyaya xalq yazıçısı Mehdi Hüseynin atası Əli
Hüseynov rəhbərlik edir.
Qazax Seminariyasının fəaliyyəti Azərbaycanda təhsilin, maarifin inkişafına böyük
təkan verdi. 1919-cu ilin əvvəlində Azərbaycanın böyük şəhərlərində 23 dövlət
orta təhsil müəssisəsi ( o cümlədən, 6 kişi, 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3
müəllim seminariyası, 3 qadın təhsil müəssisəsi, 1 politexnik və 1 ticarət məktəbi)
fəaliyyət göstərirdi. Qori Müəllimlər Seminariyasının fəaliyyətinin nəticəsi kimi
qısa vaxtda Azərbaycanda pedaqoji kursları açıldı. Gəncədə, Qazaxda, Şuşada,
Nuxada kişi, Bakı, Nuxa və Gəncədə ikiillik qadın kursları, müxtəlif cəmiyyətlər,
xeyriyyəçi kurslar təşkil edildi.
Bu məktəb əslində ibtidai siniflər üçün kadrlar hazırlamaq məqsədi daşıyırdı.
Lakin Qori Seminariyasının Azərbaycana verdiyi kadrları Rusiya imperiyası
dövründə heç bir ali təhsil ocağı verməyib. Qori Seminariyasını bitirən
nəsil
Azərbaycan musiqisinin
, mədəniyyətinin, maarifinin, təhsilinin inkişafında
müstəsna rol oynadılar, millətimizin azadlıq və istiqlaliyyət uğrunda apardığı
mübarizənin önündə getdilər. Mehdixan Vəkilov Səməd Vurğun haqqında
xatirələrində yazır: “Seminariyadakı təhsil sistemi, daxili qanun-qayda,
müəllimlərin pedaqoji rəftarı, özfəaliyyət, ictimai işlər… Səmədin inkişafına və
fikrən təşəkkülünə ilkin güclü təsir göstərirdi.”
Qori Müəllimlər Seminariyasını bitirən mütəxəssislər xalqın milli ənənələr,
vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadılar. Qori
Müəllimlər Seminariyası fəaliyyət göstərdiyi 42 il ərzində 250 müəllim hazırladı.
Bu məzunlar arasında Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Firidun bəy
Köçərli, Hüseyn Minasazov, Ə. Seyidov, S. Vəlibəyov, Teymur bəy Bayraməli-
bəyov, Y. Qasımov, M. Ə. Xələfov və onlarla başqa görkəmli şəxsiyyətlərin adla-
rını çəkmək olar.
Səməd Vurğun
,
Mehdixan Vəkilov
,
Osman Sarıvəlli
,
Mehdi Hüseyn
,
Seyfulla
Şamilov
,
İsmayıl Şıxlı
kimi böyük bir ziyalı nəsli isə Qazax Seminariyasının
yetirmələri idilər.
Bu ziyalıların irsi elm, əhsil və mədəniyyətin bir çox sahələrinin inkişafında ən
zəngin və maraqlı mənbə kimi bu gün də öz əhəmiyyətini saxlayır. Onların elmi və
bədii irsi Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsəniətinin ən dəyərli
nümunələridir.
Dostları ilə paylaş: |