XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə1/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
  1   2   3   4   5   6   7   8   9   ...   99


XANƏLİ KƏRİMLİ
BİR ÖMRÜN
İŞIĞI
Məqalələr, 
məktublar, 
tədbirlər
Bakı – 2016


 
 
 Tərtibçi:  
Aypara Behbudova,
 
 
 
 
filologiya üzrə fəlsəfə doktoru
 
 
 
 
dosent
 
 
     Rəyçi:  
Sabir Bəşirov, 
 
 
 
 
fəlsəfə doktoru
 
Nəşrə hazırlayan 
 
         və redaktor:  
Nəriman Əbdülrəhmanlı
Xanəli Kərimli: Bir ömrün işığı (Məqalələr, məktublar, tədbirlər)
Bakı, Qanun Nəşriyyatı, 2016, 384 səh. (8 səh. rəngli şəkil) 
   Bu toplu tanınmış şair, araşdırıcı-alim, gözəl pedaqoq Xanəli 
Kə rimlinin yaradıcılığı haqqında “Şairə məktub” (2007), ”Sözün 
Əlincə qalası” (2011) (məqalələr toplusu) və fəlsəfə doktoru Sa-
bir Bəşirovun “Xanəli Kərimli: Bir ömrün nağılı” (2011) kitabla-
rından sonra 4-cü kitabdır. 
   Kitabda X.Kərimlinin yaradıcılığı ilə bağlı son illərdə yazılmış 
mə qalələr, məktublar və digər materiallar yer alıb.
 
                                    
 
 
      0450070004
        AB022051 
                                                                          © Xanəli Kərimli, 2016
© Qanun Nəşriyyatı, 2016
Q


3
                                                    
ÖN SÖZ YERİNƏ
İSA HƏBİBBƏYLİ,
 akademik
XANƏLİ KƏRİMLİ ŞEİRİNİN İMKANLARI
Azərbaycan  ədəbiyyatının  orta  nəslinin  tanınmış  nüma-
yəndəsi  Xanəli  Kərimli  çoxcəhətli  yaradıcılıq  fəaliyyətinə 
malikdir.  O,  ədəbiyyatşünaslıq  işi  ilə  də,  bədii  yaradıcılıqla 
da məşğul olur. Bununla belə, Xanəli Kərimli üçün şairlik bi-
rincidir. O, hər şeydən əvvəl, sözün gerçək mənasında iste-
dadlı şairdir. Xanəli Kərimlinin şeir yaradıcılığında həssaslıq 
və vətəndaşlıq mövqeyi ön sırada dayanır. Hə yat a, insanlara 
həssas münasibətlər Xanəli Kərimlinin şeirlərinə dərin lirizm 
gə ti rir. Belə məqamlarda Xanəlinin şeirlərində təbiət dil açıb 
danışır, ürək nəğmə oxu yur. Xanəli Kərimli həssas, nəcib, ülvi 
duyğuları  şeirin  dili  ilə  havalan dır mağı  bacarır.  Şeirlərindən 
baxanda  şairin  özü  də  mənəvi  saflığı,  halallığı,  pak  duyğula-
rı  ilə  əsərlərində  ifadə  etdiyi  həssas  düşüncələrin  məcmusu, 
vəhdəti  kimi  görünür.  Bütün  məqamlarda  Xanəli  Kərimlinin 
şeirlərilə  şəxsiyyəti,  daha  çox  da  zəngin  mənəvi  aləmi  bir-bi-
rini  tamamlayır.  Hətta  yaradıcılığında  qabarıq  nəzərə  çarpan 
vətəndaşlıq mövqeyinin ifadəsi də Xanəli Kərimlinin şeirlərində 
ön mövqedə özünə yer tapdığı kimi, şairin xarakterində, ictimai 
həyata münasibətində də öndə dayanır.
Xanəli Kərimli yeni dövr Azərbaycan şeirində vətəndaşlıq 
lirikasının  əsas  yaradıcılarından  biridir.  Yaxşı  cəhət  ondan 
ibarətdir  ki,  Xanəli  Kərimlinin  vətəndaşlıq  lirikası  sadəcə 
qələmə aldığı aktual mövzuları ilə deyil, daha çox bu bədii 
nümunələrdəki fikrin ifadə vasitəsi ilə yadda qalır. Daha doğ-
rusu,  Xanəli  Kərimli  bir  qayda  olaraq  vətəndaşlıq  lirikasını 
bədii biçimdə təqdim etməyi bacarır. Bu cəhət Xanəlinin mü-
hüm yaradıcılıq nailiyyəti kimi səciyyələnir. Aşkar görünür 
ki,  Xanəli  Kərimli  mövzunun  aktuallığı,  yaxud  müasirliyi 


4
arxa sın da gizlənmir. Əksinə, şair dostumuz imkan daxilində, 
daha çox müasir dövrün cid di problemləri haqqında şair kimi 
danışır. Belə məqamlar şairin heca vəznli şeir lə rində olduğu 
kimi, sərbəst vəzndə yazılmış poetik nümunələrində də üs-
tünlük təşkil edir:
 
Kimi yorğanını ayağına,
Kimi ayağını yorğanına
görə uzatdı.
Kimi də
minillik ölü kimi
üzü qibləyə
yorğansız-filansız
qıvrılıb yatdı.
Burnundan uzağı
görməyən yazıq,
elə bildi ki,
bu, ən gözəl yaşayış,
ən gözəl də həyatdır.
Xanəli  Kərimlinin  poemaları  əsasən  lirik  poemalardır. 
Bu  poemalar  bəzən  böyük,  genişhəcmli  şeir  təsiri  bağışla-
yır.  Xanəlinin  poemalarında  hadisədən  qat-qat  çox  ovqat, 
düşüncə qanad çalır. «İnam» poeması Azərbaycanın müstəqil-
li yinə dair dəyərli və ibrətamiz poetik dərsdir. «Təbil» poema-
sı yurdun, do ğ ma torpağın qorunub möhkəmləndirilməsinə 
çağırışdır.
Bütün bunlarla bərabər, Xanəli Kərimlinin şeirlərində və 
poema larında publisist notlar da nəzərə çarpmaqdadır. Fik-
rimizcə, bu məqamda təbii bir pros es yaşanmaqdadır. Çünki 
Xanəli Kərimlinin tərcümeyi-halında mətbuatla bağlı illərin 
və hadisələrin mövcudluğu onun bədii yaradıcılığına publi-
sist  notların  yol  tapmasına  imkan  yaratmışdır.  Şairin  1991-
1995-ci  illərdə  Naxçıvan  Dövlət  Uni ver sitetinin  orqanı  olan 
«Fikir» tələbə qəzetinə beş il redaktorluq etməsi onun pub-
lisistika sahəsində özünəməxsus təcrübə toplamasına səbəb 


5
olmuşdur.  Ona  görə  də  Xanəli  Kərimli  şeirlərində  və  poe-
malarında yeri gəldikcə publisistikanın imkanlarından yara-
dıcı şəkildə faydalanmağa da meyl edir. Əksər məqamlarda 
bədiilik, şeiriyyət öz aparıcı mövqeyini qoruyub saxlaya bilir. 
Publisist notlar Xa nəli Kərimlinin şeirlərinə və poemalarına 
aktuallıq, müasirlik və həyatilik gəti rir. Xüsusən şairin poe-
malarında  onun  vətəndaşlıq  düşüncələrinin  poetik  ifadəsi 
mə qam larında  publisist  yanaşma  daha  cəsarətli  fikirlərin 
dilləndirilməsinə meydan aça bilir.
 
Hansı torpağın ki, vuran əli var,
Orada dağların başı ucadır.
Hansı torpağın ki, yıxan əli var,
O yurdun axırı bir tapmacadır.
İstəyirik Vətən basılmaz olsun,
Qoruyaq kəndi də gözbəbəyi tək.
Kəndlər bu Vətənin əsgərləridir,
Əsgərsiz bir Vətən, de, nəyə gərək?!
Poemalarında Xanəli Kərimli daha çox şair-vətəndaş kimi 
çıxış  edir.  Onun  vətəndaşlıq  qayəsinin  poetik  ifadəsi  şeirlə 
ifadə olunmuş şüarçılıqdan yox, can yanğısından doğan şair 
narahatlığından ibarətdir. Mövzusunun aktuallığına və bədii 
dəyərinə görə Xanəli Kərimlinin «İnam» və «Təbil» poemala-
rı müstəqillik dövrü Azərbaycan poeziyasında meydana çıx-
mış dəyərli lirik poemalar kimi qiymətləndirilməyə layiqdir.
Son vaxtlar Xanəli Kərimli yaradıcılığında meydana çıxan 
didaktik ədəbiyyat onun yaş etibarı ilə kamillik mərhələsinə 
qədəm qoymasından başqa, artıq sənət adamı olaraq müdrik 
çağını yaşaması ilə bağlıdır. Bu mənada “Mənə elə gəlir ki...” 
kitabı  ilə  şairin  yaradıcılığına  açılan  yeni  mərhələ  həm  də 
onun yüksək mənada müəllimliyindən də irəli gəlir. Xanəli 
Kərimlinin  didaktik  sənət  nümunələri  ali  məktəb  auditori-
yasından fərqli olaraq müəyyən mənada xalqa, geniş oxucu 
mühitinə  ünvanlanmışdır.  Bu  baxımdan  cəmiyyətin  indiki 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə