Xaqani Şirvani 890-illik yubileyi münasibəti ilə mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix06.10.2018
ölçüsü0,67 Mb.
#72752
  1   2   3   4   5   6   7


 

F.Köçərli adına Respublika



Uşaq Kitabxanası

    


 

 

 

 

Söz mülkünün Xaqanı - Xaqani Şirvani 

 

Xaqani Şirvani  890-illik yubileyi  münasibəti ilə mərkəzi 

kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə,  kənd  

kitabxana filialları üçün hazırlanmış metodik vəsait 

  

 

 

 

  



 

 

                                   



Bakı - 2016 

 



 

Tərtibçi:                                Aynurə Əliyeva 



                                               Sevil Əhmədova 

 

 

Ixtisas redaktoru və             Şəhla Qəmbərova 

buraxılışa məsul:                  Əməkdar mədəniyyət işçisi 

 

 

 

 

 

Söz  mülkünün  Xaqanı:  metodik  vəsait  /  tərt.  ed.  Aynurə 

Əliyeva, ix.  red.  və  burax. məsul Şəhla Qəmbərova; F.Köçərli 

adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2016.- 33s. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2016. 

 



 

                                  



Tərtibçidən 

Dünya ədəbiyyatı tarixində elə böyük sənətkarlar vardır ki, 

onların  yaratdığı  sənət  əsərləri  tək  öz  xalqının  deyil,  bir  çox 

xalqların  fikri  inkişafına  təsir  göstərərək,  əsrimizə  qədər 

yaşamış  və  öz  müəlliflərinin  şərəfli  adını  yaşatmışdır.  Dahi 

Azərbaycan  şairi  Əfzələddin  Xaqani  Şirvani  də  dünya 

ədəbiyyatının  belə  ölməz  simalarındandır.  Əfzələddin  Xaqani 

Şirvani  təkcə  Azərbaycanın  yox,  bütün  Yaxın  Şərq  ədəbi-

içtimai fikrinin XII əsrdə yetirdiyi ən görkəmli simalardan biri, 

sənətinin  bəzi  məqamları  ilə  birincisidir.  Şair  klassik  Şərq 

poeziyasının  bütün  janrlarında  yüksək  sənətkarlıq  nümunələri 

yaratmışdır.  Xalqımız  böyük  sənətkarın  xatirəsini  daim  əziz 

tutur.  Əsərləri  dönə-dönə  nəşr  olunur,  hər  kəs,  həm  böyüklər, 

həm  də  məktəblilər  tərəfindən  sevilərək  oxunur.  Ə.Xaqaninin 

ömür yolu bəşəriyyətə və insanlığa nümunə və örnəkdir. Bu il 

Əfzələddin  Xaqaninin  890  illik  yubileyi  olur.  Bu  münasibətlə 

bu  vəsaiti  işləməyi  özümüzə  borc  bildik.  Vəsait  iki  hissədən 

ibarətdir.  I  hissə  “Azərbaycan  və  dünya  poeziyasının  qiymətli 



incisi” adlanır və Ə. Xaqaninin həyat və yaradıcılığından bəhs 

edir.  II  hissədə  isə  Ə.  Xaqani  yaradıcılığından  bəhs  edən 

tədbirlərdən söhbət açılır. 

 

 

 

 

 

 



 

                      



Həyat və yaradıcılığı 

 

İstəmirəm adımı çağıralar Xaqani. 

Mən yoxsullar şairi, Xəlqaniyəm, 

  

 

Xəqani    

                

    Şamaxı 

torpağının  yetirdiyi  böyük 

Azərbaycan şairlərindən biri, dünya şöhrətli 

Əfzxələddin İbrahim ibn Əli Nəccar Xaqani 

Şirvani 1126-cı ildə (hicri təqvimi ilə 520-ci 

ildə) 

Şamaxı  yaxınlığındakı  Məlhəm 



kəndində  anadan  olmuşdur.  Xaqani  yoxsul-

zəhmətkeş, hörmətli bir ailədə böyümüşdür. 

Onun  ruhən  dəbdəbəyə,  cah-calala,  şah 

sarayına  bağlana  bilməməsinin  bir  səbəbi  də  belə  bir  ailədən 

çıxmasıdır. Şair kasıb ailədə doğulmasına baxmayaraq o ziyalı 

çevrəsində  dünyaya  göz  açmış  və  mükəmməl  təhsil  almışdır. 

Şairin  babası  toxucu,  atası  dülgər,  əmisi  və  əmisi  oğlu  isə 

həkim  və  filosof  idilər.    Xaqani  dini  müxtəlifliyə  də  yaxından 

bələd  olmuşdur.  Çünki  onun  anası  xristian  qızı  idi.  Ərə 

getdikdən sonra dinini dəyişib, İslamı qəbul etmişdir. Anasının 

atası  sərkərdə,  babası  isə  möbüd  idi.  Atası,  oğlu  İbrahimi 

(Xaqanini)  də  dülgər  etmək  istəyir,  onun  təlim-tərbiyəsinə  az 

diqqət  yetirirdi.  Əmisi  Kafiəddin  Ömər  ibn  Osman  onu 

körpəlikdən öz himayəsinə götürür. Quranı, dilçiliyi, ədəbiyyat, 

riyaziyyat  və  başqa  yazıları  öyrədir.    Xaqani  ərəb  və  fars 

ədəbiyyatını  mükəmməl  öyrənmiş,  öz  müəllimi  Əbul-ula 

Gəncəvi  vasitəsi  ilə  Şirvanşah  sarayına  dəvət  olunmuşdur. 

Xaqani gözəl istişarə və təşbeh ustasıdır. Bununla yanaşı şairin 

yaradıcılığında  mədhiyyələr  də  geniş  yer  tutur.  Şair  həmçinin 

mürəkkəb bir şairdir. Bir çox hallarda onun sözlərini anlamaq 

çətindir.  Fars  dilində  yazıb-yaratmış  “Töhfətül-İraqeyin”  əsəri 

ilə  Azərbaycan  ədəbiyyatında  poema  janrının  əsasını 

qoymuşdur. Xaqani dünyanı kəşf etməyə, dərindən öyrənməyə 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə