1
Xarakter
Plan:
1.
Xarakter haqqında anlayış. Şəxsiyyətin münasibətləri və xarakter
əlamətləri.
2.
Xarakter haqqında təlimlərin tarixinə bu məsələlərin qoyuluşu.
Xarakterin formalaşması.
3.
Xarakter və temperament. Xarakterin təbii və sosial şərtləri.
4.
Fəaliyyət və ünsiyyət prosesində xarakterin formalaşması. Şərait və
xarakterin dəyişilməsi. Xarakter və özünütərbiyə məsələləri.
Ədəbiyyat:
1.
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı, 2002.
2.
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. Bakı, 2003.
3.
Psixologiya. S.
İ.Seyidov və M.Ə.Həmzəyevin redaktorluğu ilə.Bakı,2007
4.
Левитов Н.Д. Психология характера. М., 1969.
5.
Əliyev R. Psixologiya. Bakı. 2008.
Xarakter şəxsiyyətin psixi fəaliyyətində özünəməxsus yer tutan, onun
sosial davranışında, xüsusilə, başqa adamlara, əməyə və özünə
münasibətdində əks olunan davamlı fərdi
-
psixoloji xüsusiyyətlərdən biridir.
Xarakter sözü yunanca “xarakteristika” sözündən götürülmüşdür. Lüğəti
mənası “naxış”, “iz” deməkdir.
Şəxsiyyətin tipik davranış tərzini şərtləndirən, fəaliyyət və ünsiyyətdə
əmələ gələn və təzahür edən davamlı fərdi xüsusiyyətlərin məcmuyuna
xarakter deyilir.
Biz gündəlik həyatda çoxsaylı adamlarla qarşılaşırıq. Onların bəziləri
həyatsevər, bəziləri tüfeyli, tənbəl, bəziləri xudbin, eqoist, bəziləri isə ciddi və
so
yuqqanlı adamlar kimi bizdə müxtəlif təəssüratlar oyadır. Beləliklə,
xarakter şəxsiyyətin psixoloji strukturunda bütöv, tam, inteqral bir xüsusiyyət
kimi diqqəti cəlb edir.
2
Şəxsiyyətin xarakterində yer tutan nisbətən sabit və davamlı xassələr
kompleksi x
arakter əlamətləri
adlanır.
Hər bir insanın xarakteri onun yaşadığı, formalaşdığı ictimai
-tarixi
dövrün xüsusiyyətləri, həyat şəraiti ilə xarakterizə olunur. Xarakter
şəxsiyyətin təkrarolunmaz fərdi xüsusiyyətlərindən biridir. Həyatda eyni
xarakterli ik
i nəfər yoxdur. Hər bir şəxsiyyət bənzərsiz, təkrürsız xüsusiyyətləri
ilə fərdiyyətdir. Ona görə də insanların xarakterlərini tam və dəqiq şəkildə
öyrənmək mümükün deyil. Lakin hər bir insanın xarakterinin fərdi cəhətləri
vardır və bu xüsusiyyətlər dsvamlı şəkildə, müvafiq situasiyalarda özünün
göstərir. Məsələn, bir dam cəsur, digəri qorxaq kimi tanınarsa, təhlükə
zamanı bu xüsusiyyətlə müvafiq şəkildə onların davranıçşında özünü
göstərəcəkdir.
İnsanın xarakteri onun əqidəsi, dünyagörüşü və iradəsi ilə sıx bağlıdır.
Dünyagörüşü xarakterin əsasını təşkil edir. Möhkəm əqidə sahibi olmayan
adam möhkəm xarakter sahibi də ola bilməz. Hər bir insanın xarakteri
davranışda əks olunur və həmişə başqaları tərəfindən əxlaqi baxımdan
qiymətləndirilir. Məsələn,eqoist, prinsipial, meyirxah, adamayovuşmaz və s.
Temperamentdən
fərqli
olaraq
xarakter
həyatda
qazanılma
xüsusiyyətlərin məcmuyudur. Cəmiyyət, başqa adamlar tərbiyə vasitəsilə
insanın xarakterində izlər buraxır. İnsan anadan qorxaq, tənbəl və ya
əməksevər
doğulmur. O, öz həyatı və fəaliyyəti prosesində bu xüsusiyyətlərə
sahib olur.
İnsanda xarakter əlamətləri çoxdur. Lakin onların başlıca olanlarını 4
qrupda cəmləşdirirlər.
1.
İnsanın kollektivə, cəmiyyətə və başqa adamlara münasibəti.
Xarakterin bu əlaməti ilk növbədə kollektivə münasibətdə təzahür edir.
Kollektivçi şəxs özünü aid olduğu kollektivin üzvü hesab edir,
kollektivin
maraq və mənafeyini özününkü ilə eyniləşdirir. Kollektivçiliyin əksi
eqoizmdir.
3
Eqoist xarakterli insanlar hər zaman və hər yerdə özlərinin şəxsi mənafelərini
güdürlər.
Xarakterin digər əlaməti həssaslıqla
bağlıdır. Həssas insanlar
başqalarına qarşı diqqətli olur, lazımi anda onların köməyinə gəlirlər.
Həssaslıq heç də yumuşaqlıq demək deyil. Onlar lazım gəldikdə sərt və
tələbkar
olurlar.
Başqalarına qarşı münasibətdə
kobudluq
mənfi xarakter əlaməti
sayılır. Kobud xarakter əlaməti çox müxtəlif səsəblərdən yaranır: düzgün
olmayan tərbiyə, hadisələri düzgün qiymətləndirə bilməmək, iradə zəifliyi və s.
Xarakterin bir əlaməti də düzgünlükdür. Düzgün insan öz vəzifəsini
dəqiq yerinə yetirir, doğruçu və xeyirxah olur. Heç vaxt yalan danışmır,
başqalarını aldatmır və s.
2.
Əməyə münasibəti ifadə edən xarakter əlaməti.
Xarakterin bu
əlamətinə əməksevərlik, əməkdən zövq almaq, onun nəticələrindən sevinmək
aiddir. Əməksevər insan hansısa işi sadəcə yerinə yetirmir, onu vicdanla,
daha yaxşı formada, səliqəli şəkildə yerinə yetirir.
Əməyə münasibətdə mənfi xarakter əlamətinə tənbəllik, səliqəsizlik,
təşəbbüskarlığın olmaması, y
e
niliyə
qarşı çıxmaq
kimi keyfiyyətlər aid edilir.
3.
İnsanın özünə münasibətini ifadə edən xarakter əlamətləri.
Bura ilk
növbədə təvazökarlıq aid edilir. Təvazökar insan heç vaxt özünü tərifləmir, öz
xidmətlərini şişirtmir, başqalarının xidmətini azaltmır. O, ətrafdakı insanlara
hörmətlə yanaşır, özünü onlardan üstün tutmur. Təvazökar insanın danışığı,
geyimi, davranışı sadə və təbii olur.
Təvazökarlıq özünütənqidlə birbaşa bağlıdır. O, özünə tənqidi
yanaşmağı bacarır, səhvlərini görür və aradan qaldırmağa çalışır. Təvazökar
insan eyni zamanda öü ləyaqətini qoruyur, özünə hörmət qoyur. Özünə
hörməti yükəxanalıqla, lovğalıqla, təkəbbürlülüklə qarışdırmaq olmaz.
Sonuncular xarakterin mənfi əlamətləridir.
4
4.
İnsanın şeylərə, sərvətə münasibətini ifadə
edən xarakter
əlamətləri.
Bur
a insanın sərvətə, var
-
dövlətə münasibətini, səliqəlilik, pintilik,
qayğıkeşlik kimi xarakter əlamətləri aiddir.
Şəxsiyyətin gerçəkliyin ayrıa
-
yrı cəhətlərinə fərqli münasibətlərinə görə
xarakteri bir sıra xassələrə (keyfiyyətlərə) və ya yarımqruplara ayırmaq
mümükündür. Yarımqruplardan birincisinə fəaliyyət prosesində təzahür edən
keyfiyyətləri aid etmək olar (təşəbbüskarlıq, işgüzarlıq və ya əksinə,
təşəbbüskar olmayan, tənbəl və s.) İkinci yarımqrupa insanın başqa
ada
mlara münasibəti, yəni ünsiyyət aid edilir (nəzakətlilik
-
nəzakətsizlik,
mehribanlıq
-
kobudluq, təvazökarlıq
-
lovğalıq və s.) Üçüncü yarımqrupa
insanın özünün
-
özünə münasibəti aid edilir (özünütənqid, özündənrazılıq,
ciddilik, sırtıqlıq və s.). Dördüncü, şeylərə (əşyalara) münasibəti (əliaçıqlıq
-
xəsislik, səliqəlilik
-
pintilik və s.).
Xarakteristika sözünü ilk dəfə b.e.ə. IV
-
III əsrlərdə yaşamış yunan
filosofu Teofrast işlətmişdir. O, bu anlayışla insanın mənəvi aləmini izah
etməyə çalışmışdır.
XVII əsrdə bu termindən Labryuyer istifadə etmiş və bu sözü insanın
sosial-
mənəvi siması mənasında işlətmişdir. XIX əsrdə fransız psixoloqu
A.Bine bu termini sırf psixoloji planda təhlil etmişdir.Onu insanın hisslər
aləminə və iradəyə şamil etmişdir.
XVIII əsr alman filosofu İ.Kant xarakteri temperamentdən fərqli olaraq
həyatda qazanılmış xüsusiyyət kimi qiymətləndirmişdir. Ribo xarakteri irsi
cəhətdən şərtlənmiş xüsusiyyət, Polan isə həyat tərzi ilə şərtlənmiş keyfiyyət
adlandırmışdır.
Psixoanalizin banisi A
vstrya psixiatrı hesab edirdi ki, Z.Freyd belə
hesab edirdi ki, 4 yaşında uşağın xarakteri əsasən formalaşmış olur.
İnsanın xarakterində gözlənilməz cəhətlər, əlamətlər psixikanın
müvəqqəti vəziyyətindən asılı olaraq özünü biruzə verə bilər. Yaranmış
vəziyyətdən asılı olaraq həyatsevər adan məkrli, sakit təbiətli adam affektiv
5
hərəkətlərə meylli ola bilər. Orqanizmin qocalması ilə əlaqədar insanın
psixikasında sıçrayışlı dəyişikliklər müşahidə oluna bilər.
Xarakterin fizioloji əsasını
dinamik stereo
tip və temperament tipi
təşkil edir. İ.P.Pavlov sinir sisteminin 3 xüsusi tipini qeyd etmişdir. I və II
siqnal sistemlərindən hansının konkret adamda üstün olmasından asılı
olaraq o, bədii, orta və mütəfəkkir tipləri fərqləndirmişdir.
Bədii tipdə I, mütəfəkküi tipdə isə II siqnal sistemi üstünlük təşkil edir.
Orta tipdə hər iki siqnal sisteminin üstünlüyü vardır.
Qeyd olnuduğu kimi xarakter anadangəlmə deyil, həyatda qazanılma
xüsusiyyətlərin kompleksidir. Lakin orqanizmin təbii xüsusiyyətləri, o
cümlədən sinir sistemi tipi anadangəlmə xüsusiyyətlər kimi xarakterin
strukturunda davamlı yer tutur.
Sinir proseslərinin xassələri olan mütəhərriklik, müvazinətlilik, sinir
proseslərinin gücü insanın hər hansəı hadisəyə göstərdiyi reaksiya fonunda
üstün rola malikdir və onlar insanın davranış və fəaliyyətində üzə çıxır. İki
müxtəlif adamın eyni bir hadisəyə göstərdiyi fərqli münasibət buna misal ola
bilər. İnsanın xarakterində sinir sistemi tipindən başqa digər təbii amillərin,
məsələn, ürək
-d
amar, həzm, endokrin sistemlərin də təsiri vardır.
Xarakter yalnız hərəkətlərdə, fəaliyyətdə deyil, həm də insanın nitqində,
mimika və jestikulyasiyasında təzahür edir. Hər bir insanın nitqi yalnız
məzmunca deyil, həm də formaca fərdi fərqlərə malikdir.
Bəzi adamlar
bərkdən, bəziləri asta
-
asta, sakit, yavaş
-
yavaş danışır. İnsanın mimikasında
da belə təzahürləri görmək mümükündür. Üzdəki qırışlar yalnız qocalıqla
bağlı deyil, həm də üz əzələlərinin adət edilmiş hərəkətləri ilə bağlı olaraq
yaranır.
Xarakterdə həmişə bir əlamət üstün, aparıcı rola malik olur, onun
ətrafında yaxın xüsusiyyətlər cəmlənir. Bu,
xarakterin simptom
kompleksləri
adlanır. Məsələn, yalançı adamlar həm də qorxaq və yaltaq
6
olur. Təvazökar adamlar həm də saf, xeyirxah, alicənab, mərd, mehriban
olurlar.
Xarakterdə əqidə başlıca yer tutur.(Prinsipiallıq, optimizm, tələbkarlıq və
ya fərdiyyətçilik, prinsipsizlik)
İnsanın xarakterində maraq və təlabatların, intellektin, iradənin və
hisslərin özünəməxsus təsirləri xardır.
Xarakterin təbii əsasını temperament tipi təşkil edir.
İnsanın xarakterində müsbət sintetik keyfiyyətlərin
rolu olduqca böyükdür.
1.
Əxlaqi tərbiyəlilik;
2.
Xarakterin bütövlüyü;
3.
Xarakterin müəyyənliyi;
4.
xarakterin gücü;
5.
Mütəhərriklik.
Xarakterdə tipik və fərdi cəhətlər
xüsusi olaraq fərqləndirilir.
Tərbiyə şəraiti, təlabat və zövqlər, təlabatlar və hisslər insanda
xarakterin
fərdi
əlamətlərini yaradır.
Xarakterin tipik
cəhətləri ondadır ki, eyni mühitdə, cəmiyyətdə, tərbiyə
şəraitində böyüyən insanların xarakterində bu şəraitin tipik xüsusiyyətləri əks
olunur. Bu cəhətdən xarakterin 4 əsas tipi fərqlənir.
1) Konform tip.
2) Müstəqil tip.
3) Açıq tip.
4) Qapalı tip.
Xarakter əlamətləri şəxsiyyətin istiqaməti və iradi xüsusiyyətlər
baxımından 2 yerə ayrılır.
Xarakterin tipologiyası
Psixologiya elmində xarakterin tipologiyası ilə bağlı vahid nöqteyi
-
nəzər
yoxdur. Lakin əsasən qəbul edilən fikir belədir.
7
a)
Erkən formalaşan və ömrü boyu əsasən davamlı olanlar;
b)
Tam, davamlı, təsadüfü hadisələrin təsiri altında dəyişməyən xarakter
əlamətlərinin məcmuyu;
c)
İnsanların çoxunda təzahür edən xarakterlərin tipologiyası.
Xarakterin daha çox rast gəlinən tipologiyasını aşağıdakı qruplara
ayırmaq olar.
1.
Konstitusion nəzəriyyə. İnsanın xarakterinin xarici görkəmi ilə uyğun
gəlməsi (Lambrozo, Kreçmer, Şeldon və b.).
2.
Aksentual nəzəriyyə.
Xarakterin aksent
uasiyası, psixi normaların
pozulması, daha çox psixopatiyayay yaxın olan (Leonqard, Liçko və b).
3.
Xarakterin sosial tipologiyası. İnsanın əxlaqi dəyərlərə, cəmiyyətə,
həyata münasibəti (E.Fromm).
Aşağıda insan xarakterlərinin bəzi tiplərini veririk:
Gipertim tip.
Bu tipə aid edilən insanlar danışmağa meylli, jest və mimikalı
ifadəli, ünsiyyətcil, enerjili, təşəbbüskar, optimist əhval
-
ruhiyyəli olurlar.
Distim tip.
Bu tip insanlar pessimizmə meylli, az danışan, əlaqələrdən
qaçan, qapalı həyat tərzi keçirməyə meylli, konfliktlərdən uzaq olmağa
üstünlük verənlərdir. Ciddi, vicdanlı, dostluğa sadiqdirlər. lakin kifayət
qədər ləng və passivlik də onların xüsusiyyətlərinə aiddir.
Sikloid tip.
Əhvalları tez
-
tez dəyişir. Əhvalları yaxşı olduqda özlərini
gi
pertimlər, pis olduqda isə distimlər kimi aparırlar.
Pedant tip.
Bu tipin nümayəndələrinə xeyirxahlıq, səliqəlilik.ş işdə
etibarlılıq xasdır. Lakin onlar eyni zamanda ifrat formalizmləri və
deyingənlikləri ilə ətrafdakıları bezdirirlər.
Demonstrativ tip.
Onlarda yüksək artistlik, qeyri
-
standart davranış,
səmimilik üstünlük təşkil edir. Onlar insanlarla asanlıqla ünsiyyətə girə bilir,
liderliyə can atırlar. Bununla yanaşı, onlar eqoist, ikiüzlü, işdə səhlənkar,
şöhrətpərəstdirlər.
8
Ekstravert tip. Bu t
ip insanları fəaliyyətə ətraf mühitin təsiri təhrik edir.
Təkbaşına, fərdi iş görməyi xoşlamırlar. Daim ətrafdakı adamlardan tərif
və köməklik gözləyirlər. Çoxlu dostları olur. Ünsiyyətcildirlər. Asanlıqla təsir
altına düşürlər. Fikirləşmədən iş görürlər.
Əyləncəyə meyl edirlər.
İntrovert tip.
Onlar daha çox öz daxili aləmlərinə qapılır, tənhalığa,
düşünməyə meyl göstərirlər. Şəxsi həyatlarına müdaxiləni xoşlamırlar. Az
-
az hallarda konfliktə girirlər. Ciddidirlər, lakin onları yolundan döndərmək
çətindir. Konservativ və inadkardırlar.
Sado-mazoxist tip.
Uğursuzluğa düçar olduqda onu dəf etməyə çalışırlar.
Aqressivdirlər. Mazoxistlər günahı öz üzlərində görürlər. Özlərinə tənqidi
yanaşmağı və özünü incitməyi xoşlayırlarş Özlərini daim köməksiz hesab
edirl
ər.
Sadistlər isə başqalarını özlərindən asılı
vəziyyətdə saxmalağa, onlar
üzərində hakim olmağa, onlara zülm etməyə və bundan zövq almağa
meyllidirlər.
Konformist tip.
Bu adamların demək olar ki heç vaxt öz fikirləri olmur.
Onlar tez və problemsiz mövqelərini dəyişir, sosial qrupların tələblərinə
tabe olur, şəraitə uyğun davranır. Konformistlər şüurlu və şüursuz olaraq
mühitə, şəraitə uyğunlaşanlardır.
Mütəfəkkir tip.
Mütəfəkkirlər məntiqi cəhətdən əsaslandırılmış fikirlərə
daha çox inanırlar. Onlar təqiqətə can atır, lakin ədalərli olmağın qayğısına
qalmırlar. Hər şeydə sonadək getməyi xoşlayırlar. Ətrafdakilar
soyuqqanlılığını itirdikdə belə, onlar tam sakitlik nümayiş etdirirlər.
Hissiyatlı tip.
Belə adamlar hər şeyə qarşı hissiyyatlı olurlar.
Onlar
altruistdirlər. Özlərini başqalarının yerinə qoyur, hətta özlərinə ziyan
etdikdə belə, başqalarına kömək edirlər. Hər şeyi ürəklərinə salırlar.
Onların zəif tərəfi qətiyyətsiz olmalarındadır.
9
Ekstravert mütəfəkkir tip.
İki tipin özünəməxsus məcmuyu
nun
reallaşması intellektual nəticələrdən asılı olsa da, istənilən mühakimə
xarici təsirlərin (ənənə, təhsil və s.) meyarlarına əsasən yaranır.
Ekstravert-
hissiyyatlı insanların hissləri ümuminin qəbul etdiyi
qiymətləndirməyə əsasən meydana çıxır,
adət
-
ənənələrin təsiri altında
olur. Bu tip insanlar özlərinin subyüktiv qiymətləndirilməsini deyil,
başqalarının fikir və mülahizələrinə daha çox önəm verirlər.
Ekstravert duyğulu tip. Bu tip insanları daha çox duyduqları obyektlər
cəlb edir. Nəticədə
onların ətraf mühitlə güclü sensor rabitəsi yaranır. Bu
tip insanlara daha çox redaktorlar, atletlər, biznesmenlər arasında rast
gəlmək olar.
İntrovert mütəfəkkir tip.
Onlar nəzəriyyəçidirlər. İdeyaları ümumi ənənə
və ideyalardan asılı olmur. Onların öz ideyaları və ölçüləri vardır. Öz
axtarışlarında qətiyyətlidirlər. Kənar təsirləri qəbul etmirlər. lakin onlar öz
şəxsi işlərində bir qayda olaraq sadəlövh, tez inanan, köməksizdirlər.
İntrovert hissiyatlı tip.
Onlar faktlara, məntiqi hadisələrə o qədər də
əhəmiyyət vermir, özlərinin obyektiv hisslərinə üstünlük verirlər. Bu tup
insanlar gözə girməyi, öz qabiliyyət və bacarıqlarını təqdim etməyə cəhd
göstərmirlər. Az danışır, qaraqabaq olur, yığıncaq və məclislərdən uzaq
olmağa meyllidirlər.
İntrovert duyğulu tip.
Onlar gördükləri və eşitdiklərinə əsaslanırlar, nəinki
məntiqə. Bu tip insanlar haqqında adətən deyirlər ki, səhər eşitdikləri
lətifəyə gecəyarısı gülməyə başlayırlar. Onlar baş verəcək hadisələri
proqnozlaşdırmaqda çətinlik çəkir.
İntrovert
intuitiv tip.
Gələcəkdə baş verəcəkləri proqnozlaşdırmaq
qabiliyyətinə malikdirlər. Lakin onların intuisiyası obyektiv reallığa yox,
özlərinin subyüktiv psixi aləminə yönəlmiş olur. Onlar cismani varlıqlar az,
qeyri-
real olan, fantaziya məhsulu daha çox cəlb edir.
10
İnsan şəxsiyyətinin tipologiyası çox mürəkkəbdir, təbii ki, onların
hamısını əhatə etmək mümükün deyil. Hər kəsin bu tiplərdən hansına aid
olduğunu bilməsi vacbdir. Buna görə də xarakter tipləri ilə tanışlıq, onların
güclü və zəif tərəflərini bilmək insana onları özündə inkişaf etdirmək və
aradan qaldırmaq imkanı verir.
Xarakterin formalaşması. Şəxsiyyət və xarakter
.
Yuxarıda göstərildiyi kimi xarakterin
ilkin əlamətləri və sabitliyi erkən
yaşlardan başlayır. 2
-
3 yaşlarından başl
ayaraq 9-
10 yaşlarına qədər
xarakterin yaranması, inkişafı və formalaşmasının
s e n z i t i v l i k
dövrü
hesab olunur. Bu dövrdə yaş senzitivliyi, xarakter əlamətlərinin inkişafı
baxımından optimal şərait yaranır. Yaşlıların təsiri altında xeyirxahlıq,
qayğıkeşlik, ünsiyyətcillik və ya eqoizm, laqeydlik, mərhəmətsizlik kimi
müsbət və ya mənfi xarakter əlamətləri formalaşır.
Xaraktein iradi keyfiyyətləri yeniyetməlik dövründə daha da inkişaf edir,
möhkəmlənir. Onun mənəviyyatı və dünyagörüşünün əsaslı
inkişafı isə erkən
gənclik dövründə formalaşır. Orta məktəbin başa vurulması illərində
xarakter demək olar ki, tamamilə formalaşır.
Xarakter praktiki olaraq şəxsiyyətin bütün keyfiyyətlərinə, xassələrinə:
idraki, iradi, emosional proseslərə və halətinə təsir göstərir. Şəxsiyyətin
xarakterinin daha erkən və davamlı şəkildə formalaşan əlamətləri digər
əlamətlərdən keyfiyyət baxımından fərqlənir.
Dostları ilə paylaş: |