Xarici ölkələrdən gələn köməyə dair Baş Nazir Naoto Kan tərəfindən bəyanat



Yüklə 7,33 Kb.
Pdf görüntüsü
tarix10.05.2018
ölçüsü7,33 Kb.
#43311

background image
Xarici ölkələrdən gələn köməyə dair 

Baş Nazir Naoto Kan tərəfindən bəyanat 

 

 

22 mart 2011-ci il 



 

Tohoku-Sakit  Okean  Zəlzələsinə  cavab olaraq təxminən 130 ölkədən, 30-dan çox 

beynəlxalq  təşkilatlardan  və  bütün  dünyadan  insanların  Yaponiyaya  göndərdiyi 

başsağlığı və köməyə görə mən ən səmimi minnətdarlığımı bildirmək istəyirəm. 

 

Müxtəlif ölkələrdən olan xilasedicilər, axtarış itləri və nüvə enerjisi üzrə ekspertlər, 



eləcə  də    Yaponiyadakı  ABŞ  hərbi  qüvvələri    və  digər  ölkələr  tərəfindən  təqdim 

olunan  insan  resursları  şəklində  dəstək,  qida,  dərmanlar,  yorğan  və  digər  yardım 

vəsaitləri,  670  QHT-dən  və  digər  təşkilatlardan  yardım  təklifi  Yapon  xalqına 

böyük  ruh  yüksəkliyi  bəxş  edib  və  bizə  doğrudan  da  dərk  etdirib  ki,  “dost  bəd 

ayaqda tanınar”.  

 

Nəhəng zəlzələyə və sunamilərə əlavə olaraq atom elektrik stansiyasında baş verən 



hadisə Yaponiyanı görünməmiş böhran ilə üzləşdirir. Mən qətiyyətlə inanıram ki, 

beynəlxalq  cəmiyyət  üzvləri  tərəfindən  göstərilən  bu  cür  əməkdaşlıq  sayəsində 

Yapon  xalqı  öz  müdrikliyini  səfərbər  edərək  kollektiv  səylər  nəticəsində  bu  ağır 

vəziyyətdən çıxacaq və beləcə də bu sınaqdan müvəffəqiyyətlə keçəcəkdir. 

 

Yapon xalqı adından, bütün dünyadan gələn möhtəşəm və səmimi köməyə görə bir 



daha öz minnətdarlığımı bildirmək istəyirəm.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Naoto Kan 

Yaponiyanın Baş Naziri 



 

Yüklə 7,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə