XatiRƏ İlyasova



Yüklə 50 Kb.
Pdf görüntüsü
tarix21.03.2018
ölçüsü50 Kb.
#32714


                                                                            Qədim dövr və orta əsrlər                                                                      21 

Tarix və onun problemləri, № 1 2013 

 

 

XATİRƏ İLYASOVA 

Gəncə Dövlət Universiteti  

e-mail: ilyasova xatire@mail.ru 

 

XƏZƏRLƏRİN AZƏRBAYCAN TARİXİNDƏ YERİ 



 

Açar sözlər: etnogenez, türk, etnos, xəzərlər 

Ключевые слова: этногенез, тюрк, этнос, хазары 

Key words : etnogeny, Turk, ethnos, Chazars 

 

Azərbaycan, eləcə də İran ərazisində, ümumiyyətlə Şərq regionunda türklər hələ lap qə-



dim zamanlardan yaşayırlar. Tarixin atası hesab olunan Heradot 2500 il bundan əvvəl bu əra-

zidə  türklərin  yaşamasından  xəbər  verirsə,  deməli  bu  xalq  hələ  çox-çox  əvvəl  Azərbaycanda 

yaşayıb məskunlaşmışdır. Görkəmli tarixçi Z.Yampolski də bu fikirdədir. O, «Azərbaycandakı 

türklər  barəsində  -  qədim  mənbələr»  adlı  tədqiqat  əsərində  bu  haqda  yazır:  «Mixi  yazıların, 

habelə ilk mənbələrin məzmunu bunu deməyə əsas verir ki, türk dili Azərbaycanda eramızdan 

əvvəlki dövrlərdə  peyda  olmuşdur». VII  əsr  ərəb tarixçisi Cürhumi isə  qətiyyətlə  bildirir  ki, 

Azərbaycan lap qədim çağlardan türklərin vətəni sayılır. Türklərin bu ərazidə lap qədim çağ-

lardan yaşamasına aid tarixi mənbələri çox gətirmək olar. Tarixi mənbələrdə belə bir məlumat 

vardır ki, xəlifə Müaviyə bir dəfə qədim tarixin mahir bilicisi yəmənli Abid ibn Şoriyədən so-

ruşur: «Türklər və Azərbaycan nə deməkdir?» Abid cavab verir: «Azərbaycan qədimdən bura-

da məskunlaşmış türklərin ölkəsidir».Eyni fikrə 1126-cı ildə fars tarixinə aid bir mənbədə də 

rast gəlmək mümkündür: «Azərbaycan lap qədimdən türklərin əlində olan bir ölkədir...” [1, s.6]. 

Hər bir xalqın təşəkkülü tarix boyu davam etmiş arasıkəsilməz etnik prosesin nəticəsidir. 

E.ə.VIII əsrdən başlayaraq ta eramızın XII – XIII əsrlərinədək Azərbaycan ərazisinə dalğalarla 

müxtəlif  türk  etnosları  da  gəlmişdir.  Lakin  bu  dalğaların  dəqiq  vaxtları  və  gəlmə  etnosların 

tərkibində  türk  tayfalarının  adları  məlum  deyil  [2,  s.168].  Onların  adlarını  yalnız  qədim  və 

erkən  orta  əsrlərə  aid  yaşayış  məntəqə  adları  və  etnotoponimik  paralellər  əsasında  təxmini 

müəyyən  etmək  olur.  VIII-IX  əsrlərdən  sonra  Azərbaycan  ərazisində  ümumi  mənada  -  türk 

etnik adı alban adını əvəz etməyə başladı. 

 Azərbaycan  türklərinin  etnogenezində  və  Azərbaycan  dilinin  (Azərbaycan  türkcəsinin) 

formalaşmasında  xəzərlərin böyük rolu olmuşdur. Həyatı, etnogenezi, tarixi,  mədəni-mənəvi 

ənənələri yüzillərin dolanbaclarında itib-batmış etnoslardan biri də Xəzərlərdir. Bu tayfa heç 

bir  şübhə  doğurmayan  xalis  türk  tayfalarındandır.  Daha  çox  Şimali  Xəzərətrafı  sahillərdə 

yerləşmişlər.  L.N.Qumilyov  xəzərlərin  haradan  meydana  çıxdığının  və  əcdadlarının  mə‟lum 

olmadığını  bildirsə  də,  əsərinin  başqa  bir  səhifəsində  sarmatları  onların  əcdadları  sayır  [1, 

s.145].  Sarmatlar  bir  tərəfdən  də  irandilli  hesab  olunur.  İrandilli  tayfa  türkdilli  tayfanın  necə 

əcdadı  ola  bilərdi?  Xəzərlərin  kaslarla  bağlı  olduğunu  hələ  vaxtilə  Ə.Dəmirçizadə  söyləmiş, 

„xaz‟, „kas‟ sözlərinin bir kökdən olduğunu yazmışdır. Ümumən bu fikir şübhə doğurmur və 

kassitlərin,  kaspilərin,  xəzərlərin  bir  kökdən  olduğunu,  onların  ən  azı  tunc  dövründə  parça-

lanıb  ayrıldığını  göstərir.  Beləliklə,  xəzərlər  bir  tərəfdən  də  saklarla  eyniköklüdür.  Bunların 

hamısı qədimdə ilk məskənləri Ön Asiyadan ayrılmış, minilliklər keçdikdən sonra yurdlarına 

qayıtmış tayfalardır.  

 Eramızın ilk əsrlərindən başlayaraq xəzərlər Şimali Qafqazdan mütəmadi olaraq Qafqaz 

Albaniyası ərazisinə yürüşlər edirlər. VIII-IX əsrlərdə Xəzər-Ərəb müharibələrinin əksəriyyəti 




22

                                                                                   Qədim dövr və orta əsrlər                                                                   

Tarix və onun problemləri, № 1 2013 

 

də  məhz  Azərbaycan  ərazisində  baş  vermişdi.  Xəzərlərin  Albaniyaya  ilk  gəlişi  193-213-cü 



illərə  aid  edilir.  Xorenli  Moisey  göstərir  ki,  onlar  Çola  keçidindən  enərək  Kürü  keçib  bu 

əraziyə  yayıldılar.  VII  əsrdə  xəzərlər  Kürün  hər  iki  sahilindəki  əhalini  özlərinə  tabe  etmiş, 

Qəbələ vilayəti ərəblər gələnə qədər Xəzər dövlətinin tərkibində olmuşdur. Bu dövrdə «Qəbə-

lə»  deyildikdə  xəzər  yada  düşmüşdür.  Bəlazuri  elə  belə  də  yazır:  «Qəbələ,  yə‟ni  Xəzər». 

Sonralar X əsrə qədər onlar dəfələrlə Albaniya ərazisinə daxil olmuşlar və tarixdən mə‟lumdur 

ki, sasanilər və ərəblər onları bölük-bölük Azərbaycan-Albaniya ərazisində yerləşdirmişlər. 

Xəzərlərin  Azərbaycan  ərazilərinə  yürüşləri  qənimət  əldə  etmək  olsa  da,  sonralar  dil  və 

adət-ənənə birliyi onların bu ərazilərdə qalmalarına səbəb olur. Elə bu səbəbdəndir ki, hazırda 

ölkəmizin  müxtəlif  ərazilərində  xəzərlərlə  bağlı  toponimlər  qalmaqdadır:  Lerikdə  Xəzər-

yaylaq, Ordubadda Xəzəryurd, Qarabağ və Füzuli ərazilərində Xəzərdağ, Xəzər dənizi (Kaspi 

terminindəki “kas” sözü “xəz, xaz” sözünün variantlarındandır.), Biləcəri (Bələncər şəhəri ilə 

əlaqədardır).  

Q.Qeybullayev  Albaniya  ərazisində  şarvan,  aran,  xurs,  macar  qədim  türk  tayfaları  haq-

qında da məlumat vermiş, onların izlərini toponimlərdə müəyyənləşdirmişdir. Azərbaycandakı 

Tərnəvit, Ulaşlı, Kəbirli, Qaraçorlu və b. toponimlər xəzərlərin tərnə, kulas, kəbər və karaçor 

tayfalarının məskunlaşdığı yerlərdir. 

Cənubi  Azərbaycandakı  Xazarian,  Xəzərkəndi,  Xəzərgəran,  Xəzərabad,  Xəzərli,  Xəzər- 

Böyük, Xəzər - Çoban və Xəzərşax (200) kənd adları isə, şübhəsiz, erkən orta əsrlərdə Atropa-

tenada  yaşamış  xəzərlərlə  əlaqədardır.  Beləliklə,  erkən  orta  əsrlərdə  Şimali  Albaniya 

ərazisində yaşamış türkdilli alban, aran, qarqar, sirak, sadak, hun, savar, çul, peşeneq, xəzər 

və  b.  türk  tayfalarının  müəyyən  hissəsi  cənubda  da  yaşayırdı.  VII  əsr  ərəb  müəllifinin  - 

Azərbaycan qədimdən türklər ölkəsidir sözü də bununla əlaqədardırş.[2,s.166] 

 Xəzərlərin Albaniya ərazilərinə gəlməsi bir neçə mərhələdə baş verib. Mənbələrdə 193-

213-cü  illərdə  Çola  keçidindən  keçərək  Albaniyaya  gəldikləri  qeyd  edilir.  Sasanlı  I  Xosrov 

hakimiyyəti müddətində 50.000 Xəzər türkünü və 3.000 türk başçısını öz ailə və qohumları ilə 

Azərbaycana  yerləşdirir.  623-cü  ildə  xəzərlər  bizanslılarla  birgə  Naxçıvanı  və  Tiflisi  ələ 

keçirirlər,  Qazakadakı  məşhur  atəşgədəni  dağıdırlar.  Qəbələni  özlərinə  strateji  mərkəz  seçən 

xəzərlərin bir hissəsi məğlub olandan sonra Albaniya ərazisində qalır. Xəzər-Albaniya müna-

sibətləri Cavanşirin zamanında yenidən kəskinləşir, lakin Cavanşirin nigah diplomatiyasından 

istifadəsi tərəflərin razılığa gəlməsi ilə nəticələnir. 

 Səlcuq-oğuzlarından  əvvəl  Albaniyada  xəzərlər  geniş  mövqeyə  malik  idilər.  IX  əsr 

müəllifi  İbn  Xordadbeh  yazır  ki,  Arran,  Curcan  (Gürcüstan)  və  Sisəcan  xəzərlərin  ölkəsin-

dəndir [2, s.153-158]. 

A.Y.Krımski iddia etdiyi kimi, xəzərlərin bu ölkədə “yüzillik hökmranlığı barəsində heç 

söz ola bilməz”. O öz iddiasını əsaslandırmaq üçün M.Kalankatukluya istinad edir ki, o da be-

lə yazır: xəzərlər 10 minlik İran ordu-sunu darmadağın etdikdən sonra, yenidən “keçidlərlə üç 

dövlətə - Ermənistan, Gürcüstan və Albaniyaya tərəf üz qoydular”, lakin “məğlub edildilər”. 

 M.İ.Artamonov  xəzərlər  tarixinə  dair  son  tədqiqatında  xəzərlərin  Albaniyada  qalmaları 

müddətinin nə qədər uzun olduğu barədə belə deyir: “Zaqafqaziyada türkütlər haqqında “Al-

ban  tarixi”nin  ətraflı  məlumatı  bununla  bitir,  bundan  sonra  nə  varsa,  hamısı  him  və  eyham-

lardan toxunmuşdur”.  

 Lakin  M.İ.Artamonovun  bu  fıkri  ilə  razılaşmaq  olmaz  ki,  xəzərlər  məğlubiyyətə  uğra-

dıqdan sonra Albaniyanı həmişəlik tərk etdilər. Qeyd etdiyimiz kimi, hələ Xosrov Ənuşirəvan 

dövründə  Albaniyaya  10  min  xəzər  köçürülmüşdü,  xəzərlərin  əlində  olan  Qəbələ  şəhərində 

onların inzibati  mərkəzi  yerləşirdi; çox  ehtimal ki, xəzərlər cənuba  doğru növbəti hücumları 



                                                                            Qədim dövr və orta əsrlər                                                                      23 

Tarix və onun problemləri, № 1 2013 

 

zamanı məğlubiyyətə uğradıqda, M.İ.Artamonovun dediyi kimi, Albaniyanı tərk etmədilər, sa-



dəcə Albaniya ərazisində əvvəlki hərəkət yerinə, Qəbələ rayonuna qayıtdılar. Burada onlar öz 

soyğunçu yürüşləri üçün əlverişli hadisələrin baş verməsini gözləməyə başlayaraq, qərbdə çox 

ehtimal ki, Gürcüstan sərhədlərinədək, cənubda isə Kür çayınadək uzanan, şübhəsiz, böyük bir 

ərazini nəzarət altında saxladılar. Onlar şərqdə öz mərkəzi hakimiyyətlərilə daimi əlaqə sax-

layaraq  təkcə  Dərbənd  keçidini  deyil,  Dərbənddən  qərbdəki  bütün  dağ  keçidlərini  (Ağbulaq, 

Salavat  keçidləri,  Bazardüzü  dağındakı  iki  keçidi)  də  diqqətlə  nəzarət  altında  saxlayırdılar, 

çünki bu keçidlərdən ən qısa müddətdə Albaniya ərazisinə qoşun yeritmək olardı. 

 XX  əsrin  ortalarında  xəzərlər  haqqında  Təbərinin  məlumatını  şərh  edən  akademik  B. 

Dorn  yazır:  "İslamdan  öncə  Xəzər  Dərbəndi  ifadəsi  Azərbaycanın  güneyində  Rey  ilə  İrak 

arasındakı  şəhəri  bildirir"  [3,s.13]  Təbəriyə  görə,  xəzərlərlə  vuruşan  Xosrov  Ənuşirəvan 

onlardan 10 minini Azərbaycanda yerləşdirdi. VI əsrin ikinci yarısındakı olaylardan bəhs edən 

əl-Bəlazuri hələ Ənuşirəvanın (531-579) vaxtında "xəzər axınının Dineverə qədər uzandığını, 

Cürzan  və  Erranın  bu  dönəmdə  xəzərlərin  əlində  olduğunu"  söyləyir  və  məhz  bu  sasani 

şahının xəzərlərlə qohumluq əlaqəsi qurmağa cəhd etdiyini deyir [4,s.53]. 

 Akademik Z.M.Bünyadov müxtəlif mənbələrdəki məlumatlara istinad edərək xəzərlərin 

sonuncu müharibədə 100 mindən artıq ərəbi əsir apardıqlarını göstərir. Bundan sonra ərəblərlə 

xəzərlər  arasında  sülh  bərqərar  olur.  Ərəblər  Azərbaycana  gələnə  qədər  bu  yerlərdə  hökm-

ranlıq edən xəzərlər Azərbaycana öz  doğma  əraziləri kimi baxır və onun xilafətin qapalı bir 

vilayətinə çevrilməsinə imkan verməmişdilər.  

 Xəzərlərin  Azərbaycan  tarixində  oynadığı  ən  önəmli  rol  onların  xürrəmilər  hərəkatının 

baş  verməsində  göstərdikləri  təsirdir.  Xürrəmilərin  inancı  xəzərlərin  qam-şaman  inancı  ilə 

əlaqədardır,  o  cümlədən  hərəkatın  başında  iki  rəhbərin  (Cavidan  və  Əmran)  dayanması  da 

məhz Xəzər adətdən irəli gəlir. 

 Xilafət orduları ilə VII əsrin ortalarında qarşılaşan xəzərlərin xeyli hissəsi əvvəl Kürdən 

yuxarı,  sonralar  isə  Dərbənddən  yuxarı  çəkilməli  oldu.  Lakin  İslam  dövründə  də  onlar 

Azərbaycanı tam tərk etmədilər. Ərəb-xəzər qarşıdurması başlayanda Arazdan  yuxarı bir sıra 

bölgələr və Gürcüstanın bir hissəsi xəzərlərə tabe idi. Əl-Bəlazuri qeyd edir ki, Böyük Boğa 

vaxtında  Şamxor şəhəri  yenidən quruldu və  buraya  xəzər  əhalisi  yerləşdi [5,s.599] Qəbələni 

Xəzər adlandıran həmin tarixçi qeyd edir ki, 737-ci ildə də Mirvan 40 min xəzəri Samur-Şab-

ran arasında yerləşdirdi. Bəzi türk boylarının xəzərləri sabir adlandırması (əl-Məsudi) faktını 

da  nəzərə  aldıqda  və  o  dönəmdə  Aran-Şirvan  bölgəsində  100  min  sabir  ailəsinin  (yarım 

milyon xəzər) yaşadığını xatırladıqda [6, s.171], onda bugünkü Azərbaycan türklərinin forma-

laşmasında xəzər faktorunun önəmi aydın olur. 

 Xəzər  tarixində  qədimə  endikcə  onların  Azərbaycanla  bağlılığı  artır.  Xəzərlərin  Azər-

baycandan  şimala  getməsini  arxeoloji  dəlilər  də  təsdiqləyir.  Arxeoloqların  Dağıstanda 

apardıqları tədqiqatlar  göstərir ki, əvvəllər burada olmayan  yeni tipli maddi mədəniyət növü 

miladdan öncəki minillikdə, əsasən VII – IV əsrlərdəki bəzi silah növləri, lüləyli su dolçası, 

atçılıqla bağlı fərqli nəsnələr nümunəsi Cənubi Qafqazdan gətirilmişdir [7,s.86-89,94-95]. Xə-

zər arxeoloji mədəniyətinin tədqiqatçısı S.A.Pletneva yazır ki, Aktaş çayının qolu Yarıksu kə-

narında salınmış Azar (Xazar)-qala m.ö II – m.s IX əsrlər boyu fasiləsiz mədəniyət qatları ilə 

seçilir [8, s.29]. 

 Ərəblərin  Azərbaycana  ayaq  açdığı  ilk  çağlarda  "Araz  qırağındakı  Beyləqanda  bir 

kəndlinin xəzər dilində səlis danışması" (əl-Kufi) faktı xəzərlərin danışdığı dilin o dövrdə xalq 

arasında geniş yayıldığını göstərir. "Kartli tarixi" abidəsi həmin çağda Tiflisdə danışılan dillər 

sırasında  xəzərlərin  dilini  (xazaruli)  də  qeyd  edir  [9,s.16].  Bu  deyilənlər  "Azərbaycan  və 



24

                                                                                   Qədim dövr və orta əsrlər                                                                   

Tarix və onun problemləri, № 1 2013 

 

tabeliyindəki bölgələr xəzər məmləkətidir" (Təbəri) fikrinə haqq qazandırır və xəzərlərin ilkin 



ata  yurdunu  məhz Azərbaycanda axtarmağa istiqamət  verir.  Maraqlıdır ki, İosif xaqan Xəzər 

dənizinin  adını  Xəzər  deyil,  bu  dənizin  güney  sahilində  yaşayan  boyların  adı  ilə  Qurqan 

adlandırır.[10,s.38-42] Bu da göstərir ki, xəzərlər quzeyə saqa boyları ilə və onlardan bir neçə 

əsr sonra Güney Azərbaycandan getmişlər. Burada xəzər adının azər şəklində işlənən variantı 

da köməyə gəlir. 

ƏDƏBİYYAT: 

 

1.Qumilyov L.N.Qədim türklər.B:Gənclik,1993 



2.Qeybullayev Q.Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, Azərnəşr,1994 

3.Дорн  Б.  Известия  о  хазарах  восточного  историка  Табари.  “Журн.Мин.Н.П.”, 

ч.XLIII,№78 

4.Kuzgun S. Hazar ve Karay türkleri. Ankara, 1993 

5.Бартольд В.В. Сочинения . V т, М.,1968 

6.Velidi Toğan A.Z. Umimi Türk Tarihine giriş.( 3 baskı) , İstanbul, 1981 

7.История Дагестана. I т, М., 1967 

8.Плетнева С.А. Хазары. М.,1976 

9.Картлис Цховрева. I т, Тбилиси, 1955 

10.Cəlilov F. Azər xalqı. II nəşri, Bakı ,2006 

 

ХАТИРА ИЛЯСОВА 

Гянджинский Государственный Университет 

 

МЕСТО ХАЗАР В ИСТОРИИ АЗЕРБАЙДЖАНА 

  

 Хазары  сыграли  большую  роль  в  этногенезе  азербайджанских  тюрков  и  оформи-



ровании  азербайджанского  языка.  Хотя  главной  причиной  набегов  хазар  на  Азер-

байджанские  земли  был  захват  добычи,  но  впоследствии  сходство  языка  и  обычаев 

послужило причиной поселения хазар на этих землях. В настоящие время в различных 

областах Азербайджана, есть топонимы, связанные с хазарами. 

 

XATİRE ILYASOVA 

Ganja State Universitety 

 

THE PLACE OF CHAZARS İN HİSTORY OF THE AZERBAİJAN 

 

Chazars  had  a  great  role  in  the  ethnogeny  of  Azeri  Turks  and  in  the  formation  of  the 



Azerbaijan  language.  The  purpose  of  the  marches  of  Chazars  to  the  area  of  Azerbaijan  was 

plundering at fist, but then the unity of language and tradition brought them about staying in 

this  area.  Nowadays  toponyms  about  Chazars  come  across  in  the  different  areas  of  our 

country. 



 

Rəyçilər: t.e.n.P.Kərimzadə, t.e.d.İ.M.Məmmədov 

Gəncə Dövlət Universiteti, Tarix-Coğrafiya fakültəsi Ümumi tarix kafedrasının 16.01. 

2013-cü il tarixli iclasın qərarı ilə çapa məsləhət görülmüşdür (pr.№5). 

Yüklə 50 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə