X.Ə. Bayramzadə



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə1/39
tarix23.11.2017
ölçüsü5,13 Kb.
#12114
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   39


 
1
 
 
  X.Ə. Bayramzadə 
 
 
 
 
 
 
 
 
 
 
 
Əməliyyat- axtarış  
fəaliyyətinə nəzarət 
 
 
      
DƏRS VƏSAİTİ 
 
 
Azərbaycan Respublikası 
Təhsil 
Nazirliyi Elmi-Metodik Şurası 
“Dövlət və hüquq” bölməsinin 
09.02.2007-ci il tarixli 6 nömrəli iclas 
protokolu ilə dərs vəsaiti kimi tövsiyə 
edilmişdir. 
 
 
 
Bakı-2007 


Elmi redaktor:  
 
Bakı Dövlət Universitetinin  
 
 
 
 
”Cinayət hüququ” kafedrasının 
    müdiri, 
hüquq 
elmləri doktoru, 
    professor 
Firudin 
Səməndərov 
 
 
Rəyçilər
 
 
1. BDU-nin “Kriminalistika və  
 
 
 
 
məhkəmə ekspertizası”  
 
 
 
 
kafedrasının müdiri,  
    hüquq 
elmlər doktoru: 
 
 
   
 
Kamil Səlimov 
 
    2. 
BDU-nin 
“Hüquq” 
 
 
 
 
 
Fakultəsinin  “Cinayət  prosesi”  
 
 
 
 
kafedrasının müəllimi  
    hüquq 
elmlər namizədi: 
 
 
 
 
Midhəd  Qəfərov 
 
 
 
 
Bayramzadə  Xanlar  Əsgər  oğlu 
Əməliyyat- axtarış fəaliyyətinə nəzarət 
 
 
Dərs  vəsaiti  Azərbaycan  Respublikasının  ali təhsil  
müəssisələrinin  hüquq  fakultələrinin  tələbələri,  hüquq- 
mühafizə  orqanlarının  əməkdaşları  və respublikanın  hüquq 
ictimaiyyəti  üçün nəzərdə  tutulmuşdur.  
 

2007
020
020
)
11




07
(
658
1203020110

M
 
 
 
 
 
 
 
 
 
 
 
 
©
Bakı Universiteti nəşriyyatı 
 
2


 
3
Giriş 
 
MDB məkanında 90-cı illərdən başlayaraq  əməlıyyat- 
axtarış  fəaliyyətinin həyata kecirilməsi qanunların qəbul 
edilməsi ilə nizamlanmış, bu fəaliyytin müxtəlif istiqamətiləri, 
prinsipləri, metodları öyrənilməyə başlamışdır. Cinayətlərin 
qarşının alınması  cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi 
üçün konfidensial, qeyri leqal vasitələrdən istifadə edilməsi ilə 
bağlı olan əməliyyat axtanş  fəaliyyəti Azərbaycan Sovet 
dövründə tədqiq edilməmişdir. Əməliyyat axtarış fəaliyyəti çox 
sahəli və mürəkkəb bir fəaliyyət olduğundan, müxtəlif dövlət 
orqanları  tərəfindən həyata keçirildiyindən vahid normativ 
aktla  əhatə edilməsi uzun müddət mümkün olmamışdır. 
Əməliyyat axtanş  fəaliyyətinin qismən leqallaşdırılması bu 
sahədə illər  ərzində toplanmış materialların nəzəri təhlilinə, 
mövcud nəzəri işlərin işıq üzü görməsinə, bir çox problem 
məsələlərin diskussiyaya çıxanlmasına və  təbii ki, öz düzgün 
həllini tapmasına şərait yaradacaqdır.  
Respublikamızda hüquq islahatlarının geniş vüsət aldığı, 
yeni qanunvericiliyinin qəbul edildiyi bir dövrdə 28 oktyabr 
1999-cu il tarixdə  «Əməliyyat axtarış  fəaliyyəti haqqında» 
qanunun qəbul edilməsi  əməliyyat-axtarış  tədbirlərinin həyata 
keçirilməsinin təşkil edilməsinə idarə nəzarətinin, həmçinin bu 
tədbirlər həyata keçirilən zaman insan və  vətəndaşlarının 
hüquqlarının pozulmasına prokuror və  məhkəmə  nəzarətinin 
müasir tələblərə uyğun elmi səviyyəyə qaldırılması, onun 
cinayətkarlığa qarşı mübarizə kimi bir şaxəsinin hüquqi, elmi-
metodiki əsaslarının tədqiq edilməsi zəruri sayılır. 
Təqdim olunmuş  dərs vəsaiti  müstəqil Azərbaycanın 
tarixində    ilk    nəşr olunan  hüquq sahəsində  ilk addımlarını 
atmağa cəhd göstərən  vəsait olduğundan  müəyyən qüsurlar, 
çatışmamazlıqlar, anlaşılmazlıqlar olmasını mümkün hesab 
edib öz təkliflərinizi, iradlarınızı, fikirlərinizi bizimlə 
bölüşməyi xahiş edirik.  
Müəllifdən. 


 
4
Fəsil 1.  Əməliyyat-axtarış fəaliyyətini yоxlayan və 
nəzarəti həyata kеçirən subyеktlər 
 
§ 1. İnsan  və vətəndaş  hüquqlarının  və azadlıqlarının 
mühafizəsi       əməliyyat-axtarış fəaliyyətinin əsas 
prinsipidir 
 
Əməliyyat-axtarış  fəaliyyəti hüquqi fəaliyyətinin bir 
növü olmaqla, insanların, cəmiyyətin  və dövlətin cinayətkar 
qəsdlərdən müdafiəsinə, həmcinin 
əməliyyat-axtarış 
orqanlarının üzərinə qoyulmuş müəyyən  vəzifələrin həllinə 
yönəlmişdir.  Əməliyyat-axtarış  fəaliyyəti hüquqi fəaliyyətin 
digər növlərini  əvəz edə bilməz, lakin onlar arasında zəruri, 
qırılmaz sıx  əlaqələr mövcuddur. Əməliyyat-axtarış  fəaliyyəti 
çox vaxt qeyri aşkar metodlar, qüvvə  və vasitələrin tətbiqi ilə 
həyata kecirildiyi ücün o, vətəndaşların hüquq və 
azadlıqlarının, dövlət və qeyri dövlət qurumlarının qanuni 
mənafelərini məhdudlaşdırma təhlükəsini özündə saxlayır. 
Əməliyyat-axtarış    fəaliyyəti insanların, cəmiyyətin  və 
dövlətin həyatı  əhəmiyyət kəsb edən mənafelərinin cinayətkar 
qəsdlərdən qorunması  zərurəti ilə  əlaqədar hüquq normaları 
vasitəsi ilə dövlət və  vətəndaş arasındakı münasibətləri, 
əməliyyat-axtarış  fəaliyyətinin həyata kecirilməsi ilə əlaqədar 
hüquqi münasibətləri tənzimləyir və  əməliyyat-axtarış  
tədbirlərinin tətbiqində hüquqi təminatlar sistemini müəyyən 
edir. 
   
Əməliyyat-axtarış qanunveriсiliyi Azərbayсan 
Respublikası qanunveriсiliyinin kompleks  sahəsi  olaraq,  
dövlət tərəfindən  müvafiq  qanunlarda  və  qanunqüvvəli  
aktlarda  müəyyən  olunmuş    və    əməliyyat-axtarış  
fəaliyyətinin  həyata  keçirilməsi  zamanı    baş  verən  bütün  
halların  nizama  salınması  üçün  önсədən  təyin  edilmiş  
hüquq  normalarının    məсmusudur. 
 Azərbayсanda  əməliyyat-axtarış  qanunveriсiliyinin  
real  olaraq  formalaşması  28 oktyabr 1999-сu  ildə,  
«Əməliyyat-axtarış    fəaliyyəti  haqqında»  Azərbayсan  


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə