Xəbər bülleteni №18



Yüklə 0,63 Mb.
səhifə1/30
tarix17.10.2017
ölçüsü0,63 Mb.
#5151
  1   2   3   4   5   6   7   8   9   ...   30

Xəbər bülleteni № 18

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

Dekabr 2015

Mərkəzi Bank manatın kursunu sərbəst buraxdı


21.12.2015

merkezi bankDekabrın 21-də Azərbaycan Respublikasının Mərkəzi Bankı bəyanat yayıb. Transparency.az-ın məlumatına görə, bəyanatda deyilir: “Qlobal iqtisadiyyatda müşahidə olunan mürəkkəb proseslər, aparıcı mərkəzi bankların son qərarları, dünya enerji daşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın zəifləməsi, habelə digər qlobal amillər neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 3 dəfədən çox aşağı düşməsinə gətirib çıxarıb. Bütün bu proseslər qlobal iqtisadiyyata sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. Ölkənin xarici ticarət balansının müsbət saldosu və valyuta daxilolmalarının digər mənbələri kəskin azalıb.

Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq cari ilin fevral ayında manatın devalvasiyası həyata keçirilmiş, iqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olunmuşdu. Lakin cari ilin iyul ayının sonlarından neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarına və məzənnəyə təzyiqi yenidən əhəmiyyətli artırıb. Eyni zamanda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir etməyə başlayıb. Son aylarda volatilliyin daha da artması nəticəsində 2014-cü ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100%-i ötüb.

Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edib. Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci ildə üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Eyni zamanda banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək”.


MTN olaylarına görə həbs olunmuş polkovnik özünə qəsd edib


21.12.2015

mtnMilli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyevin Bakı İstintaq Təcridxanasında özünü öldürdüyü xəbəri yayılıb. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bununla bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, Cinayət Məcəlləsinin 302.2, 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasının ikinəfərlik kamerasında saxlanılan İlqar Mustafa oğlu Əliyev dekabrın 20-si saat 15:55 radələrində intihar edib: “Kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalan İlqar Əliyev mələfəni ip formasında pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb. Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib və tibb heyətinin iştirakı ilə təxirə salınmadan İlqar Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq ölüm halı baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb.

Hadisə barədə dərhal aidiyyəti istintaq orqanlarına, İlqar Əliyevin qohumlarına və müdafiəçisinə məlumat verilib. Bakı Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerini məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə ediblər. Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır”.

Bu il oktyabrın 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudov postundan azad edilib. Bundan sonra nazirliyin bir qrup yüksək rütbəli əməkdaşı həbs olunub. Noyabrın 25-də Baş Prokurorluğun mətbuat xidməti Milli Təhlükəsizlik Nazirliyində ayrı-ayrı vəzifələri tutmuş şəxslər barəsində başlanan cinayət işinin istintaqı ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunub ki, Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət məsuliyyətinə cəlb olunub, 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Transparency.az bildirir ki, həmin məlumatın İlqar Əliyevə aid bölümündə bunlar yer alıb: “Nazirliyin Baş İdarəsinin sabiq rəis müavini Əliyev İlqar Mustafa oğlu və şöbə rəisinin müavini Mehdiyev Azər Söhrab oğlunun sahibkar M.Mahmudov barəsində keçirdikləri qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində əldə etdikləri şəxsi məlumatların yayılacağı, onun şəxsiyyəti üzərində zor göstəriləcəyi və cinayət işi başlanaraq həbs olunacağı hədəsi ilə külli miqdarda pulunu ələ keçirmələrinə dair mötəbər sübutlar toplanıb. Qeyd olunan şəxslərin hədə-qorxu və təzyiqləri nəticəsində hüquqları pozulmuş digər sahibkarların  müraciətləri də araşdırılır”.

Dekabrın 14-də Milli Təhlükəsizlik Nazirliyinin bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. Orxan Sultanov Xarici Kəşfiyyat Xidmətinin, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi postuna təyinat alıb. Mədət Quliyev oktyabrın 20-dən milli təhlükəsizlik nazirinin birinci müavini idi, nazir səlahiyyətlərini icra edirdi.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə