№22 (62) 31.10.2011 Fərqli düşüncə
2
«Xural» qəzetinin baş redaktoru
Əvəz Zeynallı oktyabrın 28-də
axşam saat 6 radələrində naməlum
şəxslər tərəfindən aparılıb. Bu
barədə AzadlıqRadiosuna həmin
ərəfədə «Xural» qəzetinin əmək-
daşı və baş redaktorun həyat
yoldaşı Məlahət Zeynallı məlumat
vermişdi: «Bu gün axşam saat 18-
də o, «Kanal 13»-də qonaq idi.
Kanalın qarşısına gəlib və verilişin
aparıcısından gedəcəyi otağın
nömrəsini soruşub. Onun
gəlmədiyini görən aparıcı 5-10
dəqiqədən sonra ona zəng edib.
Əvəz bildirib ki, naməlum insanlar
onu aparırlar».
Məlahət Zeynallı baş redaktorun mobil
telefonuna zəng çatmadığını və hazırda
harada olması barədə məlumatlarının ol-
madığını söyləmişdi. Daha sonra bəlli
oldu ki, Əvəz Zeynallı Baş Prokuror
Yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsindədir. Gecə saatlarında Nəsimi
Rayon Məhkəməsinin qərarı ilə “Xural”
qəzetinin baş redaktoru Əvəz Zeynallı
haqqında üçaylıq həbs qərarı çıxarıldı.
Vəkili Elçin Sadıqovun bildirdiyinə görə,
Əvəz Zeynallıdan millət vəkili Gülər Əh-
mədova şikayət edib:
"Millət vəkili ok-
tyabrın 19-da verdiyi şikayətdə qeyd edib
ki, Əvəz Zeynallı onun haqqında ifşaedici
materialların qəzetində yayılmaması üçün
ondan 10 min manat tələb edib. Əvəz
Zeynallı bu ittihamı rədd edir".
Bu ittihamla bağlı Gülər Əhmədovanın
özü ilə əlaqə saxlamaq mümkün olmadı.
Bu ittiham sübuta yetirilsə, Əvəz Zeynallı
10 ildən 12 ilə qədər azadlıqdan məhrum
edilə bilər.
Həmin gecə saatlarında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsinin əməkdaşları
«Xural» qəzetinin Arif Hacıyev küçəsi,
1926-cı məhəllədə yerləşən redak-
siyasında axtarış aparıblar. Jurnalistlər
içəri buraxılmayıb. Ofisdən doqquz
qutuda sənədlər və bir kompyuter yad-
daşı götürülüb. İdarənin əməkdaşları baş
redaktorun qayınatasının evində də ax-
tarış aparıblar.
Baş Prokurorluq da «Xural» qəzetinin
baş redaktorunun həbsi ilə bağlı məlumat
yayıb. Məlumatda Əvəz Zeynallının dep-
utat Gülər Əhmədovanın şikayəti
əsasında həbs edildiyi bildirilir. “Baş
Prokuror Yanında Korrupsiyaya Qarşı
Mübarizə İdarəsində Əvəz Zeynallı
barəsində Cinayət Məcəlləsinin 311.3.3
və 311.3.4-cü (rüşvət tələb etmə) mad-
dələri ilə cinayət işi başlanıb. İstintaq
davam etdirilir» -, deyə məlumatda
bildirilir.
Xatırladaq ki, «Xural» qəzeti 2010-cu
ildə Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev, Prezident Yanında
KİV-ə Dəstək Fondunun rəhbəri Vüqar
Səfərli və başqaları tərəfindən məhkə -
məyə verilmiş və müxtəlif miqdarda
cərimələnmişdi. Təkzib verilsə də, iddi-
anın cərimə ilə bağlı tərəfi həll olunmamış
qalıb. Bu səbəbdən Nərimanov Rayon
məhkəməsinin icraçıları tərəfindən ok-
tyabrın 19-da qəzetin əmlakı müsadirə
edilib.
Azərbaycanda bir çox ictimai təşkilatlar
və siyasi partiyalar baş redaktorun həb-
sini pisləyən və əsassız sayan bəyanatla
çıxış ediblər. Hazırda Əvəz Zeynallı
Kürdəxanı istintaq təcridxanasındadır.
Oktyabrın 29-da vəkil Elçin Sadıqov
onunla görüşüb.
Şahnaz Bəylərqızı
Əvəz Zeynallı həbs edildi
Əvəz Zeynallı
Əziz “Azadlıq” Sevərlər!
Sizə AzadlıqRadiosunu «Nokia» mobil
telefonlarında necə canlı dinləməklə bağlı
məlumat vermişdik. Bildiririk ki, indi bu xid-
mət digər model telefonlarda («Nokia»nın
adi modellərində, «Samsung» və «SonyEr-
icsson») da mümkün oldu. Təbii ki, ilkin şərt
olaraq mobil telefonların GPRS və ya Wi Fi
internet şəbəkələrini dəstəkləməlidir. Aşağı-
dakı sadə prosedurları etsəniz, günün 24
saatı radiomuzu canlı dinləyə biləcəksiniz.
Qeyd edək ki, bütün proses 1-2 dəqiqədən
çox çəkmir.
Mobil telefonlar üçün internet radio pro-
qramını aşağıdakı ünvandan endirin.
http://azadlig.info/radio.zip
Proqramı zip-dən azad edib - radio.jar
faylını USB və ya Bluetooth vasitəsilə mobil
telefonunuza yerləşdirib yükləyin. Bu zaman
telefonunuzda aşağıdakı nişanlı proqram
peyda olacaq.
Onu işə salın. Aşağıdakı şəkildəki proqram
açılacaq.
Play-i basın, bir neçə saniyədən sonra
AzadlıqRadiosunu canlı dinləyə bilərsiniz.
Proqramı idarə eləmək çox sadədir.
Qeyd edək ki, internet radio proqramını
siz internetdən birbaşa telefona da yükləyə
bilərsiniz. Bunun üçün aşağıdakı ünvana
mobil telefonunuzdan daxil olun:
http://azadlig.info/radio.jar
Əgər sizin mobiliniz «Android», «Apple»
və ya «BlackBerry» sistemli telefondursa,
nəzərinizə çatdırırıq ki, bu modellərin
özünün internet radio sistemləri vardır.
GPRS
mobil
internetdən
istifadə
edirsinizsə sizə ucuz başa gəlməsi üçün
yaxşı olar ki, qabaqcadan GPRS trafik paketi
alasınız («Azadlıq»ın dalğası 32 Kbit/san ilə
yayılır).
Sizə uğurlar!
Qeyd: Radiomuzu canlı olaraq inter-
netdə dinləməklə bağlı sualınız varsa,
efir@azadliqradiosu.az
ünvanına
e-mail, Facebook-da mesaj yaza və ya
436-77-40 (daxili 1355) nömrəsinə
zəng edə bilərsiniz!
AzadlıqRadiosu canlı - indi bütün mobil telefonlarda...