Xəbər və fikir jurnalı №28 (97) 10.09.2012
səh.2
səh.4
səh.5
səh.6
Rasmussen Ramil Sәfәrovun
әfvindәn tәәssüf bildirib
«Biz İrana top-tüfәnglә
getmәmişdik ki...»
Ermәnistanla müharibә
başlaya bilәrmi?
Әbülfәz Elçibәyin oğlu:
«Zәhәrlәnmә ehtimalı o
vaxtdan var idi»
Дискуссия вокруг букв
азербайджанского алфавита
səh.7
İctimai Palata 2013-cü il
prezident seçkisi ilә bağlı
memorandum qәbul edib
səh.8
Şairlәr Azәrbaycandadırlar
Macarıstanda Ermәnistandan
üzr istәyәnlәrin aksiyası keçirilib
"Qarabağ bülbüllәri" ansamblı
diqqәtsizlikdәn şikayәtlәnir
Maraqlı videolar
www.AzadliqRadiosu.az
Ramil Sәfәrovun atası
oğlunun yerini bilmir
“Ramili ancaq Azәrbaycana gәldiyi gün gör-
müsәm. Yәqin bu onun tәhlükәsizliyi ilә bağlıdır.
Hazırda Ramilin harada olduğunu bilmirәm. Tele-
fon әlaqәmiz dә yoxdur. Bizә deyirlәr ki, narahat
olmayın, hәr sey qaydasındadır”.
səh.2
Müharibә әlili haray çәkdi:
«Necә yaşayım?»
Sumqayıt sakini Hәsәn Cümәliyev 6 uşaq atasıdır.
Hamısı da azyaşlıdır. Özü 1-ci qrup Qarabağ
müharibәsi әlilidir, 20 ildir ki, bәdәnindә iki qәlpә
daşıyır. Hәyat yoldaşı da heç yerdә işlәmir.
Darısqal, hamamsız, tualetsiz bir evdә kirayәdә
yaşayır.
səh.9
Türkmәn fәhlәlәr
Azәrbaycanda girov kimi...
«Qalaaltı» İstirahәt Mәrkәzinin tikintisindә işlәyәn
35 türkmәn fәhlә etiraz olaraq avqustun 29-dan
işi dayandırıb. Amma nә gedәsi yerlәri var, nә dә
pulları. Onların pasportları da әllәrindәn alınıb.
Bәs onların bu vәziyyәtә düşmәsinin sәbәbi
nәdir?
Lokomotiv
səh.10
«Naxçıvanın o kәndindә kimsә
ölәndә onu әsgәrlәr basdırır...»
səh.13
№28 (97) 10.09.2012 Fərqli düşüncə
2
NATO-nun baş katibi Anders Fok Ras-
mussen Azәrbaycan zabiti Ramil
Sәfәrovun әfv olunmasından tәәssüf
bildirib. O, Ermәnistana sәfәri zamanı
AzadlıqRadiosunun ermәni xidmәtinә
müsahibәsindә qeyd edib ki, bu,
faciәdir, buna sevinmәk olmaz. Ras-
mussen Yerevan Dövlәt Universitetindә
dә olub, bildirib ki, Ramil Sәfәrovun әfv
edilmәsi etimadı pozur vә bu, sülh pros-
esinә ziyan vurur. O qeyd edib ki,
gәrginlik azaldılmalı vә regional әmәk-
daşlıq vә barışıq istiqamәtindә konkret
addımlar atılmalıdır.
Rasmussen deyib ki, cümә günü Bakıya
sәfәri zamanı bu barәdә mәsәlә qaldıra-
caq. 1000-dәn çox tәlәbә Rasmussenin
çıxışı zamanı Universitetin әtrafında etiraz
aksiyası keçirib, “Biz әdalәt tәlәb edirik”
kimi şüarlar sәslәndiriblәr. Ermәnistan
prezidenti Sarkisyan isә Rasmussenlә
görüşdәn sonra keçirdiklәri birgә mәtbuat
konfransında Azәrbaycanın bu addımının
Cәnubi Qafqazda ümumi tәhlükәsizliyә
ciddi әngәl olduğunu bildirib.
Rasmussen Ramil Sәfәrovun
әfvindәn tәәssüf bildirib
ABŞ vә Rusiya
Qarabağ mәsәlәsini
müzakirә ediblәr
Rusiya xarici işlәr naziri Sergey Lavrov
vә ABŞ-ın dövlәt katibi Hillari Klinton
Dağlıq Qarabağ münaqişәsini müzakirә
ediblәr. Onların görüşü sentyabrın 8-dә
Vladivostokda Asiya vә Sakit Okean
ölkәlәrinin sammiti çәrçivәsindә baş
tutub. Görüşün nәticәlәrini şәrh edәn
S.Lavrov deyib: «ATӘT-in Minsk Qrupu-
nun hәmsәdrlәri kimi Dağlıq Qarabağ
danışıqlarının bәrpası üçün sәylәri
davam etdirmәyi lazım bilirik».
Mәlumatı Rusiya XİN-in mәtbuat xid-
mәti yayıb.
Arxiv foto
Sentyabrın 7-dә prezident İlham Әliyev
Azәrbaycan zabiti Ramil Sәfәrovun ek-
stradisiyası vә әfv edilmәsinә münasibәt
bildirib. NATO-nun baş katibi Anders Fok
Rasmussenlә görüşdәn sonra keçirilәn
mәtbuat konfransında prezident bәyan
edib ki, Ramil Sәfәrovun ekstradisiyası
Avropa Konvensiyasına uyğun hәyata
keçirilib: «Onun prezident tәrәfindәn әfv
edilmәsi isә Azәrbaycan Konstitusiyasına
uyğundur. Siyasi nöqteyi-nәzәrdәn hәr
şey aydındır. Azәrbaycanın Avropa Kon-
vensiyasını pozduğunu deyәnlәr ya real-
lığı görmürlәr, ya da ictimai rәyi
çaşdırmaq istәyirlәr».
Mәlumatı APA yayıb. İlham Әliyev deyib
ki, Ermәnistan bundan Dağlıq Qarabağ
münaqişәsinin hәlli prosesinә zәrbә vur-
maq mәqsәdi ilә istifadә etmәmәlidir.
NATO baş katibi son 2 gündә hәm Er-
mәnistanda, hәm dә Azәrbaycanda
bәyan etmişdi ki, Ramil Sәfәrov dәhşәtli
cinayәt törәdib vә onun әfv edilmәsi mü-
naqişәnin sülh yolu ilә hәllinә dәstәk ver-
mir.
Ramil Sәfәrov 2004-cü ildә NATO tәlim-
lәrindә ermәni zabitini qәtlә yetirmişdi.
Macarıstan mәhkәmәsi onu ömürlük
azadlıqdan mәhrum etmişdi. Avqustun
31-dә Ramil Sәfәrov Azәrbaycana verilib
vә prezident onu әfv edib.
İlham Әliyev: «Ramil Sәfәrovun
ekstradisiyası vә әfvi qanuna uyğundur»
Sergey Lavrov vә Hillari Klinton
“Ramili ancaq Azәrbaycana gәldiyi gün
görmüsәm. Ondan sonra görüşümüz ol-
mayib”. Bunu Ramil Sәfәrovun atasi
Sahib Sәfәrov sentyabrin 6-da “Media
forum” saytina açiqlamasında deyib.
“Hәlә dә gәlib-gedәnlәr var. Gözaydinligi,
tәbrik davam edir, amma Ramilin üzünü
görmürәm. Evә gәlmir. Yәqin bu onun
tәhlükәsizliyi ilә bağlıdır. Hazırda Ramilin
harada olduğunu bilmirәm. Heç tәzә
evinin yerini dә, Ramilin orada olub-ol-
madığını da bilmirәm. Telefon әlaqәmiz
dә yoxdur. Bizә deyirlәr ki, narahat ol-
mayın, hәr sey qaydasındadır”, -deyә o
vurğulayıb.
Ramil Sәfәrov 2004-cü ildә Budapeştdә
keçirilәn hәrbi kurs zamanı ermәni zabiti
Gurgen Markaryanı qәtlә yetirdiyinә görә
Macarıstanda ömürlük hәbsә mәhkum
edilmişdi. Azәrbaycan prezidenti İlham
Әliyev onu avqustun 31-dә vәtәnә ver-
ildikdәn sonra әfv edib. Ramil Sәfәrov er-
mәni zabitini Azәrbaycan bayrağı vә
xalqını tәhqir etdiyinә görә öldürdüyünü
deyir.
Ramil Sәfәrovun atası oğlunun
yerini bilmir
Ramil Sәfәrov
Sülh vә savaş…
Deputat Musa
Qasımlı ilә söhbәt…
Parlamentin üzvü Musa Qasımlı son
vaxtlar Azәrbaycanda vә dünyada
Ramil Sәfәrovun әfvi әtrafında açılmış
müzakirәlәrә münasibәt bildirir. Musa
Qasımlının fikirlәrindәn bәzi sitatları
tәqdim edirik:
- Ramil Sәfәrovun Azәrbaycana ek-
stradisiya edilmәsi Azәrbaycanla-Maca -
rıs tan arasında imzalanmış sәnәdlәrә vә
Avropa konvensiyasına uyğundur.
- Ramil Sәfәrov terrorçu deyil.
- Ramil Sәfәrovun әfvi Azәrbaycan
Konstitusiyasına uyğun aparılıb.
- Әfv etmәk cәnab prezidentin müs -
tәsna sәlahiyyәtidir.
- Macarıstan mәhkәmәsinin Ramil
Sәfәrovla bağlı verdiyi qәrar әdalәtsiz
qәrar idi.
- Ramil Sәfәrovun bir ermәni zabitini
vurub öldürmәsini qәtiyyәn qәhrәman
kimi tәbliğ etmәmәliyik.
- Ramil Sәfәrovun bir qatil vә ya bir
qәhrәman kimi qәlәmә verilmәsi ilә mәn
razı deyilәm.
Verilişi tam olaraq
AzadliqRadiosu.az saytında
dinlәyә bilәrsiniz.