Xəstəlik ən çox kişilərdə 20-30 yaşlar arasında müşahidə olunur



Yüklə 445 b.
tarix21.03.2018
ölçüsü445 b.
#32881





Xəstəliyin əsasında aşağı ətrafların distal şöbələrinin arteriyalarında stenoz və oblitrasiyaya gətirib çıxaran distrofik zədələnmələr durur ki, bu da işemik simptomokompleksin inkişafı ilə xarakterizə olunur.

  • Xəstəliyin əsasında aşağı ətrafların distal şöbələrinin arteriyalarında stenoz və oblitrasiyaya gətirib çıxaran distrofik zədələnmələr durur ki, bu da işemik simptomokompleksin inkişafı ilə xarakterizə olunur.

  • Xəstəlik ən çox kişilərdə 20-30 yaşlar arasında müşahidə olunur.

  • Xəstəliyin kişilərdə və qadınlarda rastgəlmə nisbəti 99:1 təşkil edir.



Aşağı ətrafların uzunmüddətli soyuqlaması - donması

  • Aşağı ətrafların uzunmüddətli soyuqlaması - donması

  • Aşağı ətrafların travmaları

  • Siqaret çəkmə

  • Avitaminozlar

  • Ağır emosional stresslər

  • Psixi pozğunluqlar

  • Infeksiyalar

  • Autoimmun proseslərin pozulması

  • Böyrəküstü vəzin qabıq maddəsinin hiperfunksiyasi ilə əlaqədar olaraq vasa vasorum-un spazmı və arteriya divarlarının işemiyası



  • Obliterasiyaedici endarteriitin patogenezi mürəkkəbdir. Onu aşağıdakı kimi təsəvvür etmək olar:

  • Damar divarlarını qanla təchiz edən vasa-vasorumun spazma məruz qalması qan damarı divarlarının işemiyasına səbəb olur.

  • Damar divarlarının işemiyası güclü ağrı impulslarının meydana çıxmasına və damarların vazomotor və trofiki innervasiyasının pozulmasına gətirib çıxarırı.

  • Damarların bəzi sahələrində endotelin zədələnməsi və endoteldən mərhum olmuş zonalarda trombların formalaşması baş verir.

  • Damar divarındakı üzvi dəyişikliklər onun mənfəzinin daralmasına və tamamilə obliterasiya olunmasına imkan yaradır.



Zədələnmiş ətrafda arterial qan təchizatının çatmamazlığından və onun dərəcəsindən asılı olaraq obliterasiyaedici endarteriitin 4 mərhələsi ayırd edilir:



I mərhələ - funksional kompensasiya mərhələsi.

  • I mərhələ - funksional kompensasiya mərhələsi.

    • Xəstələr barmaqların ucunda iynə batması və yanma hissi, yorğunluq qeyd edirlər. Soyuma zamanı ətraflar solğun rəng əldə edir, palpasiyada isə soyuq olur.
    • 4-5 km/saat sürətlə 1000 metrdən artıq məsafə qət etdikdə fasiləli axsama meydana çıxır.
    • Bu baldır əzələlərində və pəncədə ağrı hissi ilə əlaqədar olur və xəstəni dayanmağa məcbur edir. Bu mərhələdə ayaq arteriyalarında nəbz zəifləmiş olur və ya təyin olunmur.


II mərhələ - subkompensasiya mərhələsi.

  • II mərhələ - subkompensasiya mərhələsi.

    • Fasiləli axsamanın intensivliyi artır və yuxarıda qeyd edilən sürətlə hərəkət edərkən o, artıq 200 metr məsafədə (IIA mərhələ) və ya bir qədər tez (IIB mərhələ) meydana çıxır.
    • Pəncə və baldırın dərisi ona xas olan elastikliyini itirir, quru olur, qabıqlanır, ayaqaltı səthdə hiperkeratoz aşkar olunur.
    • Dırnaqların uzanması ləngiyir, qalınlaşır və tez sınır.
    • Zədələnmiş ətrafda tüklərin uzanma prosesi pozulur və tüksüz sahələr meydana çıxır.
    • Dərialtı piy toxumasının və pəncənin kiçik əzələləri atrofiyalaşmağa başlayır.
    • Ayaq arteriyalarında nəbz təyin olunmur.


III mərhələ - dekompensasiya mərhələsi

  • III mərhələ - dekompensasiya mərhələsi

    • Sakitlik halında zədələnmiş ətrafda ağrılar meydana çıxır.
    • Yürümək yalnız 25-50 metr məsafəyə qədər mümkün olur.
    • Dəri örtüyünün rəngi zədələnmiş ətrafın yerləşmə vəziyyətindən asılı olaraq kəskin dəyişir: onun yuxarı qaldırılması solğunlaşma, endirilməsi isə hiperemiyalaşma ilə müşayiət olunur.
    • Dəri nazikləşir və asan zədələnən olur. Sürtünmə, əzilmə, dırnaqların tutulması zamanı kiçik travmalar ağrı ilə müşayiət olunan səthi xoraların əmələ gəlməsinə səbəb olur.
    • Baldır və ayağın əzələlərinin atrofiyası proqressivləşir.
    • Xəstələrin əmək qabiliyyəti əhəmiyyətli dərəcədə zəifləyir


IV mərhələ - destruktiv dəyişikliklər mərhələsi

  • IV mərhələ - destruktiv dəyişikliklər mərhələsi

    • Ayaqda və barmaqlardakı ağrılar daimi və dözülməz xarakter əldə edir.
    • Əmələ gəlmiş xoralar ətrafların distal hissələrində, adətən barmaqlarda lokalizasiya olunur.
    • Xoralara ayaq və baldırın ödemi qoşulur.
    • Barmaqlarda və ayaqda inkişaf edən qanqrena əksər hallarda yaş tipli gedişə malik olur.
    • Qalxan arterial tromboz hesabına bud və dizaltı arteriyalarda nəbz əllənməyə bilər.
    • Xəstələrin əmək qabiliyyəti bu mərhələdə tam itmiş olur.


Ətrafların qan təchizatının çatmamazlığını təyin etmək üçün aşağıdakı funksional sınaqlardan istifadə olunur:

  • Ətrafların qan təchizatının çatmamazlığını təyin etmək üçün aşağıdakı funksional sınaqlardan istifadə olunur:

  • Oppelin plantar işemiya simptomu -

    • Zədələnmiş ərtafı yuxarı qaldırarkən ayaqaltı səthin solğunlaşması. Solğunlaşmanın meydana çıxma tezliyindən asılı olaraq ətrafda qan dövranının pozulma dərəcəsi haqqında mülahizə yürütmək olar. Ağır işemiyalar zamanı solğunlaşma 4-6 san ərzində meydana çıxır.
  • Qoldflam sınağı –

    • Arxası üstə uzanmış və ayağını çarpayıdan yuxarı qaldırmış xəstəyə ayağını aşıq-baldır oynağında büküb-açmaq təklif olunur. Qan dövranı pozğunluğu olah hallarda xəstə 10-20 belə hərəkətdən sonra ayağında yorğunluq hiss edir.
    • Eyni zamanda ayaqaltı səthin rənginin dəyişməsinə diqqət yetirilir (Samuels sınağı). Qan təchizatının ağır çatmamazlığı olan hallarda bir neçə saniyə ərzində ayağın solğunlaşması baş verir.


Şamov sınağı -

  • Şamov sınağı -

    • Xəstəyə diz oynağından açılmış vəziyyətdə olan aşağı ətrafını 2-3 dəqiqəliyə yuxarı qaldırmaq təklif olunur və budun orta 1/3 hissəsinə tonometrin manjetini yerləşdirilərək sistolik təzyiqdən böyük olan təzyiq yaradılır. Sonra aşağı ətrafa horizontal vəziyyət verilir və 4-5 dəq-dən sonra manjet açılır. Sağlam şəxslərdə barmaqların arxa səthində 30 san-dən sonra reakiv hiperemiya meydana çıxır. Hiperemiyanın 1-1,5 dəq-dən sonra meydana çıxması qan təchizatının zəif çatmamazlığını, 1,5-3 dəq sonra meydana çıxması orta dərəcəli çatmamazlığı, 3 dəq-dən gec meydana çıxması ağır dərəcəli çatmamazlığı göstərir.
  • Pançenkonun diz fenomeni –

    • Xəstə zədələnmiş ətrafı sağlam ətraf üzərinə aşırmış vəziyyətdə oturarkən tezliklə baldırın nəli əzələlərində ağrı, ayaqlarda iynə batması hissinin, barmaqların ucunda qarışqa yeriməsi hissinin olduğunu qeyd edir.
  • Barmağın sıxılma simptomu –

    • Sağlam şəxslərdə I barmağın distal falanqasını ön-arxa istiqamətdə 5-10 san sıxıb buraxdıqda, əmələ gələn solğunluq dərhal normal rənglə əvəz olunur. Qan təchizatı pozulan hallarda bu solğunluq daha uzun müddət davam edir və normal rəngin qayıtma müddəti uzanır.


Aşağıdakı diaqnostik metodlardan istifadə olunur:

  • Aşağıdakı diaqnostik metodlardan istifadə olunur:

    • Reovazoqrafiya
      • Obliterasiyaedici endarterri üçün reoqrafik əyrilərin əsas dalğalarının amplitudunun azalması xarakterikdir. Dekompensasiya mərhələsində aşağı ətrafın distal şöbələrində reoqramma düz xətdən ibarət olur.
    • Ultrasəs floumetriyası
      • Ultrasəs müayinəsi zamanı aşağı ətraf arteriyalarında təzyiqin əhəmiyyətli dərəcədə aşağı enməsi, qan axınının xətti sürətinin azalması aşkar olunur.


Angioqrafiya

    • Angioqrafiya
      • Zədələnmiş ətrafın arteriyalarının daralmasını, obliterasiyaya uğramasını və onun lokalizasiyasını təyin etməyə imkan verir
    • Termoqrafiya
      • Termoqrafik müayinə zamanı obliterasiyaedici endarteriitli xəstələrdə zədələnmiş ətrafın distal şöbələrində infraqırmızı şüalanmanın intensivliyinin azlaması aşkar olunur.


Erkən mərhələdə kompleks konservativ müalicə aparılır.

  • Erkən mərhələdə kompleks konservativ müalicə aparılır.

  • Əsas prinsipləri:

    • Etioloji amillərin təsirinin aradan qaldırılması
    • Damarların spazmının aradan qaldırılması (spazmolitiklər və qanqlioblokatorların təyini)
    • Ağrıların aradan qaldırılması (amalgetiklər, blokadalar)
    • Toxumalarda metabolik proseslərin yaxşılaşdırılması (B qrupu vitaminləri, nikotin turşusu, solkoseril və s)
    • Qanın laxtalanma proseslərinin, trombositlərin adheziv və aqreqasion funksiyalarının normallaşdırılması, qanın reoloji xüsusiyyətlərinin yaxşılaşdırılması və s
  • Göstəriş olan hallarda:

    • Antibiotiklər
    • Desensabilizəedici vasitələr
    • Iltihabəleyhi preparatlar
    • Sedativ preparatlar
    • Fizioterapevtik və balneoloji proseduralar
    • Hiperbarik oksigenasiya
  • Konservativ müalicələr effekt vermədikdə cərrahi müalicə göstərişdir.



Bel simpatektomiyası – periferik arteriyaların spazmını aradan qaldırmağa xidmət edir. Bunun nəticəsində kollateral qan dövranı yaxşılaşır.

    • Bel simpatektomiyası – periferik arteriyaların spazmını aradan qaldırmağa xidmət edir. Bunun nəticəsində kollateral qan dövranı yaxşılaşır.
      • Əsasən zəif dərəcəli işemiya olan xəstələrdə daha effektivdir.
    • Nekroz və qanqrena meydana çıxan hallarda ekzartikulyasiya və müxtəlif səviyyəli amputasiyalar (Şopar, Lis-Frank, bud səviyyəsindən)




«Ateroskleroz» termini ilk dəfə 1904-cü ildə Marşand tərəfindən mövcud “arterioskleroz” terminini əvəz etmək məqsədilə işlədilmişdir.

  • «Ateroskleroz» termini ilk dəfə 1904-cü ildə Marşand tərəfindən mövcud “arterioskleroz” terminini əvəz etmək məqsədilə işlədilmişdir.

  • İri (aorta, qalça arteriyaları) və ya orta kalibrli (bud, dizaltı) magistral arteriyaların mənfəzinin sklerotik daralması və bunun nəticəsi olaraq aşağı ətrafların işemik zədələnməsi ilə xarakterizə olunan xəstəlikdir.



Dislipidemiya:

    • Dislipidemiya:
      • Hiperxolesterinemiya
      • Yuxarı sıxlıqlı lipoproteinlərin səviyyəsinin azalması
      • Aşağı və cıx aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsinin artması
    • Hipertenziya
    • Siqaret çəkmə
    • Şəkərli diabet
    • Piylənmə


Əsas dəyişiklik arteriyalarin daxili intima qatında inkişaf edir.

  • Əsas dəyişiklik arteriyalarin daxili intima qatında inkişaf edir.

  • Lipoidoz ocaqlarının ətrafında birləşdirici toxuma meydana çıxır ki, onun da artması fibroz düyünlərin formalaşmasına gətirib çıxarır.

  • Fibroz düyün üzərinə trombositlərin və fibrin laxtalarının çökməsi prosesi gedir.

  • Fibroz düyünlərdə çoxlu miqdarda lipidlərin toplanması zamanı düyünün qan təchizatı pozulur və mərkəzdə nekroz sahələri meydana çıxır. Belə düyünlər mərkəzində ateromatoz kütlə və toxuma detriti olan ateromalar adlanır.

  • Ateromatoz kütlə ayrılaraq damar mənfəzinə keçə və emboliyaya səbəb ola bilər.

  • Düyünlərin dəyişikliyə məruz qalmış toxumalarında kalsium duzları toplanır ki, bu da aterosklerozun son mərhələsi hesab olunur.



Obliterasiyaedici aterosklerozun da endarteriitdəki 4 mərhələsi ayırd edilir.

  • Obliterasiyaedici aterosklerozun da endarteriitdəki 4 mərhələsi ayırd edilir.

  • Əsas simptomları:

    • Baldırın nəli əzələlərində ağrı ilə müşayiət olunan fasiləli axsama.
    • Ağrılar adətən hərəkət zamanı meydana çıxır və qısamüddətli istirahətdən sonra keçib gedir.
    • Aterosklerotik zədələnmə qarın aortasının terminal şöbəsində və qalça arteriyalarında meydana çıxan hallarda (Leriş sindromu) ağrı yalnız baldırda deyil, həm də sagrı əzələlərində, bel nahiyəsində, bud əzələlərində lokalizə olunur.
    • Aşağı ətrafların soyuğa qarşı həssaslığının artması
    • Ayaqlarda keyləşmə hissi
    • Işemiya nəticəsində ayaqların dəri örtüyünün rənginin solğunlaşması
    • Aşağı ətrafların tük örtüyünün seyrəlməsi
    • Xəstəliyin proqressivləşməsi zamanı ətrafların distal hissələrinin yumşaq toxumalarında xoralı-nekrotik dəyişikliklər.
    • Aşağı ətraf əzələlərinin hipotrofiyası və ya atrofiyası
    • Okklüziyadan aşağıda arteriyalarda nəbzin əllənməməsi


Obliterasiyaedici endarteriitin diaqnostikasında istifadə edilən metodlardan aterosklerozda da istifadə olunur.

  • Obliterasiyaedici endarteriitin diaqnostikasında istifadə edilən metodlardan aterosklerozda da istifadə olunur.

  • REOVAZOQRAFİYA

  • DOPPLER FLOUMETRİYASI

  • ANGİOQRAFİYA



Obliterasiyaedici aterosklerozu endarteriitdən differensasiya etmək lazımdır.

  • Obliterasiyaedici aterosklerozu endarteriitdən differensasiya etmək lazımdır.

  • Endarteriit aterosklerozdan fərqli olaraq daha gənc yaşlarda rast gəlinir və onun inkişafında xüsusən soyuqlama, donma, sinir gərginliyi rol oynayır.

  • Endarteriitlər zamanı əsas etibarilə ətrafların distal seqmentlərinin arteriyaları, ateroskleroz zamanı isə daha iri magistral arteriyalar zədələnir.



Konservativ müalicənin prinsipləri obliterasiyaedici endarteriitdən fərqlənmir

  • Konservativ müalicənin prinsipləri obliterasiyaedici endarteriitdən fərqlənmir

  • Zədələnmiş ətrafın qan dövranının dekompensə mərhələsində rekonstruktiv əməliyyatlar göstərişdir.



Endarteriektomiya – arteriyada 7-9 sm-ə qədər sahədə seqmentar okklüziya olan hallarda icra edilir.

  • Endarteriektomiya – arteriyada 7-9 sm-ə qədər sahədə seqmentar okklüziya olan hallarda icra edilir.

  • Əməliyyatın mahiyyəti arteriotomiya, arteriyanın obliterasiya olmuş sahəsində trombun intima qatı ilə birlikdə xaric edilməsindən ibarətdir.



Qalça arteriyalarının obliterasiyası zamanı aortofemoral, bud-dizaltı seqmentin obliterasiyası zamanı isə bud-dizaltı və ya bud-tibial şuntlama əməliyyatından istifadə oluna bilər.

  • Qalça arteriyalarının obliterasiyası zamanı aortofemoral, bud-dizaltı seqmentin obliterasiyası zamanı isə bud-dizaltı və ya bud-tibial şuntlama əməliyyatından istifadə oluna bilər.

  • Şuntlama məqsədilə böyük dərialtı venadan və ya sintetik protezlərdən istifadə oluna bilər.



Aşağı ətrafların yumşaq toxumalarında qanqrena və ya nekroz meydana çıxan hallarda müxtəlif səviyyəli amputasiya əməliyyatları icra olunur.

  • Aşağı ətrafların yumşaq toxumalarında qanqrena və ya nekroz meydana çıxan hallarda müxtəlif səviyyəli amputasiya əməliyyatları icra olunur.



Yüklə 445 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə