Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası Laboratoriya müdiri: b.ü. f d Əzizova Namilə Hacı qızı



Yüklə 105,64 Kb.
Pdf görüntüsü
tarix26.03.2018
ölçüsü105,64 Kb.
#34603


Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası 

 

 

Laboratoriya müdiri: b.ü.f.d  Əzizova Namilə Hacı qızı 

 

Əzizova Namilə Hacı qızı 14 may 1962-ci ildə Bakı şəhərində anadan olub. 1980-



ci  ildə  5  №-li  Kimya-Biologiya  təmayüllü  internat  məktəbini  bitirdikdən  sonra, 

1981-ci  ildə  Xarkov  (Ukrayna  Respublikası)  Kənd  Təsərrüfatı  İnstitutunun  Bitki 

Mühafizəsi  fakültəsinin  əyani  şöbəsinə  daxil  olmuş,  1986-cı  ildə  oranı  bitirərək, 

Azərbaycan ET Əkinçilik İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1988-ci ildə 

əyani aspiranturaya daxil alaraq, Ümumittifaq Bitki Mühafizəsi institutunun (Sankt 

Peterburq)  alimləri  Şapiro  İ.D.  və  Vilkova  N.A.-nın  rəhbərliyi  altında  "Şəki-

Zaqatala  bölgəsində  Qırmızıdöş  zəlicə  böcəyinin  (  Oulema  melanopus)  bioloji 

xüsusiyyətləri  və  say  dinamikasının  tənzimlənməsində  davamlı  taxıl  sortlarının 

əhəmiyyəti" mövzusunda dissertasiya müdafiə edərək, Biologiya elmləri namizədi 

adını  almışdır.  Azərbaycan  ETƏİ-da  elmi  işçi,  böyük  elmi  işçi,  aparıcı  elmi  işçi 

kimi  çalışmış  və  2011-ci  ildən  "Xəstəlik  və  zərərvericilərə  nəzarət" 

laboratoriyasının  müdiri  vəzifəsinə  təyin  olunmuşdur.  İşlədiyi    müddətdə  əsasən, 

dənli  taxıl  bitkilərinin  xəstəlik  və  zərərvericilərinin  öyrənilməsi,  xəstəlik  və 

zərərvericilərə  davamlı  yerli  və  intraduksiya  olunmuş  buğda,  arpa,  genotiplərinin 

seçilməsi,  yeni  pestisidlərin  sınaqdan  keçirilməsi  ilə  məşğul  olmuş,  Seleksiya  və 

digər  şöbələrlə  yeni  taxıl  sortlarının  yaradılması  məqsədilə  kompleks  şəkildə 

aparılan  elmi  işlərin  icraçılarından  biri  olmuşdur.

   


“Azərbaycanın  suvarma  və 

dəmyə  şəraitində  dənli  taxıl  bitkilərinin  əsas  zərərvericilərinin  bioloji 

xüsusiyyətləri  və  onlara  qarşı  mübarizə  tədbirləri”  mövzusunda  doktorluq  elmi-

tədqiqat işi üzərində çalışır.  



 

Əlaqə tel: 551-61-30 

Email: 

namella@rambler.ru

 

 

 



Laboratoriyada çalışan elmi əməkdaşlar:

 

 



İbrahimov Ehtibar Rəhim oğlu - aparıcı elmi işçi, a.e.ü.f.d. 

 


İbrahimov  Ehtibar  Rəhim  oğlu  12.02.1966-cı  ildə  anadan  olmuşdur.  O,1988-

1993-cü  illərdə  Azərbaycan  Kənd  Təsərrüfatı  Akademiyasının  "Meyvə-

tərəvəzçilik  və  üzümçülük"  fakultəsini  bitirmiş  və  "Alim  aqranom"  ixtisası 

almışdır.  Əkinçilik  ET  İnstitutunda  1999-cu  ildən  elmi  işçi  kimi  fəaliyyətə 

başlamışdır.  2000-ci  ildə  "Fitopatologiya  və  bitki  mühafizəsi"  üzrə  qiyabi 

aspiranturada  təhsil  almışdır.  Ehtibar  İbrahimov  2013-cü  ildə  "Azərbaycanda 

buğdanın  sarı  pasa  (Puccinia  striiformis  west)  effektiv  davamlı  genlərin 

müəyyənləşdirilməsi  və  seleksiyada  istifadəsi"  mövzusunda  dissertasiyasını 

müdafiə  edərək  “aqrar  elmləri  üzrə  fəlsəfə  doktoru”  elmi  dərəcəsi  adına  layiq 

görülmüşdür.  

Email:

 

ehtibar_i@yahoo.com



  

      



Kərimova Şamama Ramiz qızı 5 iyul 1963-cü ildə Abcabədi rayonunun Kəbirli 

kəndində  anadan  olmuşdur.  1980-ci  ildə  orta  məktəbi  bitirdikdən  sonra  1981-ci 

ildə  S.Ağamalıoğlu  adına  Azərbacan  Kənd  Təsərrüfatı  İnstitutunun  «Bitki 

mühafizəsi»  fakültəsinə  daxil  olmuşdur.  1986-cı  ildə  institutu  bitirib,  ipəkçilik 

ixtisasına  yiyələnmişdir.  İnstitutu  bitirdikdən  sonar  Ağcabədi  rayonunun  Kəbirli 

kəndində meyvə-tərəvəz üzrə, 1987-1997-ci illərdə isə həmin rayonun Qiyamadinli 

kəndində  ipəkçilik  üzrə  aqronom  işləmişdir.  2007-ci  ildən  Azərbaycan  ET 

Əkinçilik  İnstitutunun  “Xəstəlik  və  zərərvericilərə  nəzarət”  laboratoriyasında 

böyük  elmi  işçi  vəzifəsində  çalışır,  dissertantdır,  “Yerli  və  introduksiya  olunmuş 

buğda rüşeym plazmasından unlu şehə (Blumeria qraminis (dc)e.ospeer f sp.tritici) 

davamlı  genotiplərin  seçilməsi,  xəstəliyin  məhsuldarlığa  və  bəzi  fizioloji 

parametrlərə  təsirinin  öyrənilməsi”,  “Müxtəlif  stress  amillərinə  davamlı,  ekoloji 

adaptiv xüsusiyyətlərə  malik, yeni yüksək məhsuldar və keyfiyyətli payızlıq buğda 

sortlarının yaradılması, tətbiqi və yayımı”və “Buğda bitkisində təsərrüfat qiymətli 

əlamət və xüsusiyyətlərin genetik əsaslarının tədqiqi” mövzuları üzərində çalışır. 

 Hacıyeva  Esmira  Əlinağı  qızı  1962-ci  ildə  Gəncə  şəhərində  anadan  olmuşdur. 

1970-1980-ci illərdə Gəncə  şəhəri 23 saylı  orta  məktəbdə təhsil  almışdır. 1982-ci 

ildə  C.Ağamalıoğlu  adına  Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitutunun  aqrokimya 

torpaqşünaslıq fakültəsinə daxilolub, 1987-ci ildə institutu bitirmişdir. Hal-hazırda 

böyük  elmi  işçi  vəzifəsində  çalışır,  dissertantdır,  “Respublika  ərazisində  üzüm 

bağlarında alaq otlarına qarşı inteqrir mübarizə tədbirlərinin işlənib hazırlanması” 

mövzusu üzərində çalışır. 



Aslanova Könül Kamilpaşa qızı 1977-ci ildə Tovuz rayonunda anadan olmuşdur. 

1994-cü  ildə  S.Ağamalıoğluadına  Azərbaycan  Kənd  Təsərrüfatı  Akademiyasına 

daxil  olmuş,    İxtisasım  aqronom  bitki  mühafizəsi  üzrə  1998-1999-cu  ilə  qədər 

Azərbaycan  Respublikası  Nazirlər  Kabineti  yanında  Dövlət  Bitkilərin  Karantini 

müfəttişliyi  müəssisəsində  1-ci  dərəcəli  müfəttiş  işləmişəm.  2001-  ci  ildən  



Əkinçilik  Elmi-Tədqiqat  İnstitutunda  elmi  işçi    vəzifəsində  çalışır,  doktorantdir, 

“Müxtəlif  stress  amillərinə  davamlı,  ekoloji  adaptiv  xüsusiyyətlərə    malik,  yeni 

yüksək məhsuldar və keyfiyyətli payızlıq buğda sortlarının yaradılması, tətbiqi və 

yayımı”    mövzusu  üzərində  çalışır.  Bir  sıra  xarici  ölkələrdə  təlim  kursları 

keçmişdir. Seminar və konfranslarda iştirak etmişdir. 

Email: 


konul_ak@yahoo.com

  

İsmayılova  Gülnar  Zakir  qızı  1989-cu  ildə  anadan  olmuşdur.  2006-cı  ildə  orta 

məktəbi  bitirdikdən  sonra,  2006-2011-ci  illərdə  Bakı  Dövlət  Universitetinin 

“Biologiya”  ixtisası  üzrə  bakalavr,  2014-2016-cı  illərdə  Azərbaycan  Dövlət  Neft 

və Sənaye Universitetinin “Ətraf mühit və neft sənayesi” (TEMPUS) ixtisası üzrə 

magistr  pilləsi  üzrə  təhsil  almışdır.  2017-ci  ildə  Əkinçilik  Elmi  Tədqiqat 

İnstitutunun  ”Bitki  mühafizəsi”  ixtisası  üzrə  doktoranturaya  qəbul  olunmuşdur. 

2011-2017-ci  illərdə  orta  məktəbdə  Biologiya  müəllimi,  2017-ci  ildən  etibarən 

Əkinçilik  Elmi  Tədqiqat  İnstitutunun  “Xəstəlik  və  zərərvericilərə  nəzarət” 

laboratoriyasında  kiçik  elmi  işçi  vəzifəsində  çalışır.  “Yerli  və  introduksiya 

olunmuş arpa genotiplərində unlu şeh xəstəliyinin (Blumeria graminis (DC) Speer 

f.  hordei)    məhsuldarlığa  və  fizioloji  göstəricilərə  təsirinin  tədqiqi”  mövzusu 

üzərində çalışır. 



Sadıqov  Şəhriyar  Fateh  oğlu  1989-cu  ildə  Bakı  şəhərində  anadan  olmuşdur. 

1995-2006-cı  illərdə  49  nömrəli  orta  məktəbdə  təhsil  almışdır.  2006-cı  ildə 

Azərbaycan Beynəlxalq Universitetinin aqronomluq fakültəsinə daxilolmuş, 2010-

cu ildə bakalavr pilləsi ilə məzun olmuşdur. Hal-hazırda kicik elmi işçi vəzifəsində 

çalışır,  doktorantdır,  “Azərbaycanda  yerli  və  introduksiya  olunmuş  buğda 

genotiplərinin yarpaqların sarı ləkə xəstəliyinin törədicisinə (Pyrenophora tritici  – 

perentis (Died.)Drechs.) davamlılığının tədqiqi” mövzusu üzərində çalışır. 

Email: 


shahriyar.sadikov@mail.ru

  

 



Laboratoriyanın fəaliyyət istiqamətləri: 

 

“Xəstəlik və zərərvericilərə nəzarət”  laboratoriyası “Bitki mühafizəsi ” şöbəsi adı 

ilə 1950-ci ildə yaradılmış, elmı tədqiqat işlərinə isə 1952-ci ildən başlanmışdır. 

Laboratoriya 

yeni 

sturukturadakı 



fəaliyyətinə 

Əkinçilik 

İnstitutun 

Modernləşdirilməsi Proqramına  və Aqrar Elm Mərkəzinin 03 saylı 29 mart 2009-

cu il və Əkinçilik İnstitutunun 7/ş saylı 31 mart 2009-cu il tarixli əmrlərinə əsasən 

başlamışdır. Hazırda laboratoriyada 8 nəfər çalışır ki, onlardan 6 nəfər elmi işçı, 2 

nəfəri  isə laborantdır. 

Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması üçün Kənd təsərrüfatı bitkilərinin 

zərərli  orqanizmlərdən  (xəstəlk,  ziyanvericilər,  alaq  otların  və  s.)  mühafizə 



olunması  vacib  məsələlərdəndir.Dünyanın  bir  çox  ölkələrində  olduğu  kimi 

Azərbaycanda  da  dənli    taxıl  bitkilərinin  bir  çox  xəstəlik  və  zərərvericilərinə  rast 

gəlinir ki, bu da vegetasiya  dövründə bitkilərin inkişafına və məhsuldarlığına ciddi 

təsir  göstərən  əsas  faktorlardan  biri  olaraq  qalmaqdadır.  Bir  çox  xəstəlik  və 

zərərvericilər  taxıldan  nəyinki  yüksək  məhsul  alınmasına  imkan  vermir,  hətta 

bəzən yüzlərlə hektar sahəni qismən və ya tamamilə məhv edir.Buğda əkinlərində 

xəstəliklərdən-  sarı  və  qonur  pas,  toz  və  bərk  sürmə,  unlu  şeh,  helmintosporioz, 

septorioz, fuzarioz yayılmışdır. Zərərverici həşəratlardan taxıllara əsasən ziyankar 

bağacıq, zəlicə böcəyi, taxıl mənənələri, taxıl milçəkləri, taxıl mişarçısı və s. ziyan 

vururlar.  

 

Laboratoriyada  Respublikanın  müxtəlif  zonalarında  becərilən  buğda,  arpa, 



qarğıdalı, ərzaq paxlalıları bitkilərində yayılmış zərərli orqanizmlərin - zərərverici 

və  xəstəliklərin  növ  tərkibi,  yayılma    arealı,  bioekoloji  xüsusiyyətləri,    vurduğu 

ziyanın  və  s.  müəyyən  olunması  və  onlara  qarşı  lazımı  mübarizə  tədbirlərinin 

tətbiq  olunmasına  dair  tədqiqat  işləri  aparılmış  və  aparılır.  Yüksək  məhsuldar, 

xəstəlik  və  zərərverici  orqanizmlərə  kompleks  davamlı    taxıl  sortlarının 

yaradılması laboratoriyada prioritet istiqamətlərdən biridir. 

Laboratoriyada hər il yüzlərlə yerli  və introduksiya olunmuş buğda, arpa sortları, 

perspektiv  nümunələr,  kolleksiya  materialları  əsas  xəstəliklərə  davamlılıqlarına 

ğörə  qiymətləndirilir  və  xəstəliklərə  kompleks  davamlı  nümunələr  seçilir.  Təbii 

şəraitdə seçilmiş davamlı nümunələr təkrarən sünii fonda öyrənilir. 

Şəki- Zaqatala bölgəsində buğdanın kök çürüməsi, onun növ tərkibi və  ziyankar 

növləri  (Fuzarium,  Ofiobulus,  Helmintosporium  və  s.),  yayılma  arealı,  onların 

məhsul itkisinə, dənin texnoloji və biokimyəvi göstəricilərinə təsiri öyrənilmiş və 

onlara qarşı mübarizə tədbirləri işlənib hazırlanmışdır. 

Son  10  ildə    sarı  pas  xəstəliyinin  geniş  yayılaraq  buğda  əkinlərinə  ciddi  ziyan 

vurması 


müşahidə 

olunmuşdur.Əkinçilik 

Elmi-Tədqiqat 

İnstitutunun 

məlumatlarına  görə  buğdanın  sarı  pas  xəstəliyinin  güclü  inkişafı  nəticəsində 

məhsul itkisi 30-40%, sürmə xəstəlikləri isə - 20-25% təşkil edir. Buğda bitkisinin 

əsas göbələk xəstəliyi olan Sarı pasa dair institutda geniş tədqiqat işləri aparılır və 

yüksək  nəticələr  alınmış  davamlı  genlərə  malik  hibrid  materialları  əldə 

olunmuşdur. Belə ki, respublikanın Abşeron, Zaqatala, Tərtər, Qobustan, Cəlilabad 

rayonları üzrə sarı pas xəstəliyinin 9 yeni rası  müəyyən olunmuş və bu xəstəliyə 

qarşı  davamlı  genlərə  malik  nümunələr  seçilmiş  və  başlanğıc  material  kimi 

seleksiyada  tətbiq olunmaqla davamlı nümunələr əldə olunmuşdur.  

Bir çox ölkələrdə artıq ciddi təhlükə yaratmış Buğda bitkisində Gövdə pas xəstəliyi  

artıq  respublikamızda  öz  ilkin  fəsadlarını    göstərmişdir.    Respublika  ərazisində 

becərilən  taxıl sortlarında  yüksək sirayətlənmə qeyd olunmuşdur. 

Müəyyən olunmuşdur ki, Azərbaycan ərazisində dənli-taxıl bitkiləri sahəsində 200-

dən  artıq  zərərverici  həşərat  növü  mövcuddur  ki,  bunlardan  25-i  daha  geniş 

yayılmış  və  müxtəlif  illərdə  əkin  sahəsinə  ziyan  vuraraq  ciddi  məhsul  itkisinə 

gətirib  çıxarır.  Periodik  olaraq  əkin  sahələri  gəmiricilərin,  zərərli  həşəratlardan 

Çəyirtkələr,  Ziyankar  bağacıq,  Karabid  taxıl  böcəyi  və  s.  təsirinə  məruz  qalır.   

Məlumdur  ki,  bir  çox  zərərvericilər  -  zəlicə  böcəyi  və  ziyankar  bağacıq  və  s. 



periodik olaraq əkin sahələrinə ciddi ziyan vurarlar. Bu məqsədlə, buğda və arpa 

əkinlərində  müşahidə  olunan  əsas  zərərvericilərin  növ  tərkibi  müəyyən  olunmuş, 

onların  yayılması,  sıxlığı,  qidalanma  əlaqələri,  inkişafı,  zərərvurma  həddi, 

zədələnmənin bitkinin məhsuldarlığına və dənin keyfiyyətinə təsiri  öyrənilmişdir.  

Müxtəlif  sortların  əsas  zərərvericilərlə  zədələnmə  səviyyəsi  öyrənilərək,  davamlı 

nümunələr seçilir və bu nümunələrdə davamlıq faktorlarının  öyrənilməsi ilə bağlı 

tədqiqatlar  davam  etdirilir.  Zəlicə  böcəyi  və  ziyankar  bağacığa  qarşı  davamlı 

sortların  seçilməsi  və  davamlılığı  təmin  edən  faktorların  öyrənilməsinə  dair 

tədqiqatlat aparılır. 

Laboratoriyada 10 ilə yaxındır ki, Taxılçılıq elm mərkəzləri(ICARDA, CAMMYT) 

ilə  birgə  tədqiqatlar  aparılır.  Birgə  əməkdaşlıq  sayəsində  xəstəliklərə  davamlı 

hibrid və donorlar yaradılmışdır. 

 

Əsas məqsəd: 

 

-İnstitutun  mandatına  daxil  olan  (buğda,  arpa,  qarğıdalı,  ərzaq  paxlalıları)  yerli, 

CİMMYT və İCARDA-dan introduksiya olunmuş bitkilərin rüşeym plazmalarının 

kompleks xəstəlik və zərərvericilərə davamlılıqlarının müəyyən edilməsi; 

-Respublikanın  suvarma  və  dəmyə  şəraitində  Böyük  taxılçılıq  və  Fermer 

təsərrüfatlarında fitosanitar fitosanitar vəziyyətin qiymətləndirilməsi; 

-Xəstəlik,  zərərverici  və  alaq  otlarının  yayılması,  onların  zərərvurma  həddlərinin 

müəyyən edilməsi və əsas zərərli növlərə qarşı mübarizə tədbirlərinin tətbiqi; 

-Xəstəlik  və  zərərvericilərə  qarşı  səmərəli  mübarizə  tədbirlərinin  aparılması  üçün 

elmi  müəssisələr,  regional  və  beynəlxalq  təşkilatlarla  əməkdaşlığın  daha  da 

genişləndirilməsi. 

 

Vəzifələr- Fitosanitar analizin aparılması: 



   

-Respublikada dənli və paxlalı bitkilərin əkin sahələrində müşahidə edilən göbələk 

xəstəlikləri  törədicilərinin  və  zərərvericilərin  növ  tərkibinin  müəyyən  edilməsi, 

onların bioekoloji xüsusiyyətlərinin  öyrənilməsi; 

-Taxıl    bitkilərinin    əsas    xəstəlik  törədicilərinin    müxtəlif    populyasilarının  

növdaxili   ras tərkibinin müəyyən edilməsi əsasında davamlı sortların yaradılması 

 

 

 

Xəstəliklər və zərərvericilərin öyrənilməsi: 

  

-Respublikanın    müxtəlif    torpaq-iqlim    zonalarında    becərilən  taxıl  və  paxlalı 



bitkilərin xəstəlik və zərəvericilərinin etiologiyası, yayılması və inkişaf dinamikası 

qanunauyğunluqlarının öyrənilməsi;   

-Əsas xəstəlik və zərərvericilərin diaqnostikası üzrə effektiv metodların seçilməsi,  

ayrı-ayrı bölgələrdə sortlar üzrə xəstəlik və zərərvericilərin monitorinqinin həyata 

keçirilməsi,    immunoloji,    aqrotexniki,    kimyəvi    və    digər    mübarizə    tədbirləri 

sisteminin işlənib hazırlanması;     




-Yeni kimyəvi bitki mühafizə preparatlarının sınağı, onların  ekoloji  təhlükəsiz və 

rasional qaydada tətbiqinin müəyyən edilməsi. 

 

   İnteqrir mübarizə tədbirləri: 

 

-Müxtəlif  torpaq-iqlim  şəraitinə  uyğun  olaraq    intensiv  texnologiya  ilə  becərilən 



taxıl bitkilərinin əsas zərərli orqanizmlərdən qorunması məqsədilə bütün mübarizə 

metodlarını  özündə  birləşdirən  İnteqrir  Mübarizə  Sisteminin  (İMS)  işlənib 

hazırlanması və tətbiqi 

 

 Davamlı nümunələrin yaradılması: 

 

-İnstitutun mandatına uyğun olaraq buğda, arpa, qarğıdalı və paxlalı bitkilərin yerli 



və  beynəlxalq  mərkəzlərdən  (CİMMYT,  İCARDA)  alınmış  sort  nümunələrinin  

təbii və süni  sirayətləndirmə  fonunda kompleks xəstəlik və zərərvericilərə qarşı  

davamlılığının  müəyyən edilməsi;    

-Davamlı sortların seçilməsi və yaradılması prosesində istifadə etmək məqsədi ilə  

sahib  bitki  və  patogenin  qarşılıqlı  təsirinə  əsaslanan  fitopatoloji  və  genetik 

parametrlərin müəyyənləşdirilməsi;    

-Xəstəliklərə  qarşı  davamlı  donorların  müəyyən  edilməsi,  buğdanın  sarı  pas  və 

bərk sürmə xəstəliklərinə qarşı genetik davamlılıq bankının yaradılması.  

Laboratoriya  həmçinin  fiziki  və  hüquqi  şəxslərin  taxıl  və  digər  kənd  təsərrüfatı 

bitkiləri  əkinlərində  rast  gəlinən  xəstəlik  və  zərərvericilərin  növ  tərkibinin 

müəyyən edilməsi, eləcə də onlara qarşı mübarizə tədbirlərinin seçilməsi, kimyəvi 

və  bioloji  preparatların  normalarının  dəqiqləşdirilməsi  və  tətbiqi,  digər  bu  kimi 

xidmətlər də göstərir.  

 

Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası 

 

Respublikada pas və unlu şeh xəstəliklərinin yayılması 

                                      

                                      E.R.İbrahimov, S.F. Sadıqov, K.K.  

                                      Aslanova, Ş.R. Kərimova 

 

2016-cı  ilin  vegetasiya  dovründə  respublikamızin  əksər  taxıl  becərilən 



regionlarında  pas  xəstəlikləri  (sarı,  qonur  və  gövdə  pası)  əsasən  sarı  gövdə  pasın 

sirayətlənmə dərəcəsi yüksək olmuşdur. Xəstəliyin təsiri ilə bitkinin assimlyasiyaedici 

orqanları olan yarpaq və gövdələri nekrozlaşaraq fotosintetik aparatı zədələnir. Bu da 

öz növbəsində dənin kütləsinə, keyfiyyətinə və məhsuldarlığın aşağı düşməsinə mənfi 

təsir edəcəkdir.  

Qeyd etmək istəyirik ki, İCARDA tərəfindən pas xəstəliklərinin ras dəyişgənliyini 




və məlum gen davamlılığının öyrənilməsi məqsədilə tələ pitomnikləri (6th LRTN-85, 

9th  İYRTN-80,  10thİSRTN-80)  Əkinçilik  İnstitutuna  hər  il  göndərilir.  Respublikada 

olan  mövcud  raslara qarşı davamlı  effektiv  genlərin  müyəyyən  edilməsi  məqsədi  ilə, 

tutucu  pitomnikə  aid  müxtəlif  gen  davamlılığına  malik  olan  test  sort  nümunələrinin 

öyrənilməsi üzrə təcrübələr respublikanın ayrı-ayrı bölgələrində Cəlilabad, Qobustan, 

Tərtər BTS-da və Abşeron YTT aparılmışdır. Bu il demək olar ki, sarı pasa aid olan 

pitomnikdə  illər  uzunu  davamlılıq  göstərən  Yr1  geni  40S  səviyyəsində 

sirayətlənmişdir. Bu genin sirayətlənməsi onu göstərir ki, artıq yeni bir aqressiv rasın 

əmələlə  gəlməsi  mümkündür.  Hətta  Yr1  geni  Qobustan,  Cəlilabad  BTS-də  20S 

səviyyəsində  yoluxmuşdur.  Sarı  pas  xəstəliyinə  davamlılıq  göstərən  yerli  sort  və 

nümunələrin əksəriyyəti 90 %-ə qədər sirarayətləndirmişdir. 

Patogenin  epidemiya  həddinə  catmasına  (sarı  pas)  əsas  səbəblərdən  biri, 

respublikaya  kənardan  (xaricdən)  gətirilən  toxumların  özəl  şirkətlər  tərəfindən  geniş 

sahələrdə  becərilməsidir.  Belə  ki,  gətirilən  sortların  əksəriyyəti  respublikada  mövcud 

olan  patogenə  həssas  olur  və  nəticədə  törədici  sahib  bitkidə  sürətlə  yayılaraq  yeni 

aqressiv rasalar əmələ gəlməsinə səbəb olur.  

Sarı  pas  xəstəliyi  ilə  yanaşı  bu  il  gövdə  pas  xəstəliyi  də  artıq  bölgələrdə  geniş 

yayımışdır. Belə ki, cari ildə gövdə pas xəstəliyi Abşeron, Qobustan, İsmayıllı, Qəbələ, 

Şəki, Tərtər, Ucar, Bərdə, Gəncə və Tovuz rayonlarında tərəfimizdən qeydə alınmışdır. 

Patogen digər bölgələrə nisbətən Qobustan BTS-də da geniş şəkildə yayılmışdır. Belə 

ki,  sort  və  numunələrin  90%-i  10-100  S  səviyyəyə  çatmışdır.  Cəlilabad  BTS-də 

patogen sort və numunələrin 70%-ni 10-100S səviyyəsində, Tərtər BTS-də isə sort və 

numunələrin  30%-i  5-80S  səviyyəsində  sirayətlənmişdir.  Qalan  yerlərdə  isə  5-10  S 

səviyyəsində olmuşdur.  

Kənd  Təsərrüfatı  Nazirliyi  bu  işlərə  ciddi  nəzarət  etməlidir.  Ölkəyə  gətirilən 

toxum  materialları  mütləq  test  olunmalıdır.  Belə  getsə  bir  neçə  ilə  ölkədə  becərilən 

taxıl sahələrində xəstəlik epidemiya həddinə çatacaq. 

 

  



 

  

 



   

  

 




Buğda bitkisi üzrə keçirilmiş monitorinqin nəticələri 

2015-ci ilin  may, iyun aylarında Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutu və 

AMEA  Botanika  İnstitutu  Bioloji  məhsuldarlığın  fundamental  problemləri  şöbəsinin 

birgə  təşkilatçılığı  ilə  Respublikamızın  müxtəlif  torpaq  iqlim  şəraitinə  malik, 

taxılbecərilən ərazilərində xəstəliklər üzrə monitorinq keçirilmişdir. Monitorinqdə əsas 

məqsəd  Azərbaycan  ərazisində  yayılmış  taxıl  xəstəliklərinin  qeydiyyatı,  xəstəliklərin 

inkişaf durumu, sirayətlənmiş sortlar və xəstəliklərin yayılma areallarıdır. Bu məqsədlə 

Respublikanın  Şimal  bölgəsi  (Quba,  Xaçmaz),  Şimal  Qafqazın  Dağlıq  və  Dağətəyi 

(Qobustan,  Şamaxı,  İsmayıllı,  Qəbələ,  Şəki),  Aran  zonası  (Tərtər,  Bərdə,  Yevlax, 

Goranboy),Qərb  Bölgəsi  (Gəncə,  Samux,  Göygöl,  Tovuz),  Muğan  (Cəlilabad)  və 

Abşeron  zonasında  monitorinqlər  aparılmışdır.  Monitorinqlərə  hər  iki  institutun 

mütəxəsisləri  E.  İbrahimov,  Ş.  Sadıqov,  İ.  Məhərrəmov,  N.Əzizova,  K.  Aslanova, Ş. 

Kərimova,  iştirak  etmişlər.  Monitorinqlərdə  Buğdanın  pas  xəstəlikləri  (Sarı, 

Qonur,Gövdə),  yarpaq  ləkə  xəstəlikləri  (Sarı  ləkə,  Septorioz,  Helmintosporioz,  Unlu 

Şeh), toxumla yayılan sürmə (Toz, Bərk sürmə ), Kök və gövdənin çürümə xəstəlikləri 

(Ofiobolus) müşahidə edilmişdir. Bundan əlavə olaraq Aran (Tərtər) bölgəsində buğda 

altında  olan  torpaqlarda  taxıl  nematodu  Ditylenchus  dipsaci  F.  növü  müşahidə 

edilmişdir.  

Monitorinqin  nəticələrinə  əsasən  2015-ci  ildə  ən  geniş  yayılmış  və  qismən 

epidemiya  halını  almış  xəstəlik  Unlu  şeh  (Blumeria  graminis),  Qonur  pas  (Puccinia 

tritici) və Yarpaq ləkə xəstəlikləri (Septoria və Sarı ləkə) olmuşdur. 

Eyni zamanda qeyd etmək istəyirik ki, uzun illər depressiya vəziyyətində olmuş Gövdə 

pas  xəstəliytörədicisi  son  3  ildə  öz  arealını  genişləndirərək,  Abşeron,  Qobustan, 

İsmayıllı,  Qəbələ,  Ucar,  Tərtər,  Gəncə  regionlarında  artıq  (5-50S  səviyyəsində) 

yayılmaqda  davam  edir.  Keçirilmiş  monitorinqin  marşrutu  xəritədə  qeyd  olunmuş 

xəstəliklərin adları bölgələr üzrə verilmişdir. 

 

   


  

 

  



 

  

  



  

 

   




Azərbaycanda pas xəstəliklərinin monitorinqi 

  

 ƏETİ-nin  təşəbbüsü  ilə  17-19  may  2014-  cü  ildə  Azərbaycan  Respublikasının 



müxtəlif regionlarında taxıl becırilən ərazilərdə monitorinq aparıldı. 

ETƏİ-nun  təşəbbüsü  ilə  17-19  may  2014-  cü  ildə  Azərbaycan  Respublikasının 

müxtəlif regionlarında taxıl becırilən ərazilərdə monitorinq aparıldı.Monitorinqin əsas 

məqsədi  Azərbaycanda  taxıl  becərilən  sahələrdə  pas  xəstəliklərinin  yayılması,  sarı 

(Puccinia  striiformis  f.sp.  tritici)  qonur,  gövdə  pası  (Puccinia  graminis)  və  gövdə 

pasının  aralıq  sahibi  olan  zirinc  bitkisi  (Berberis  vulgaris)  olan  yerlərinin  GPS-lə 

kordinatlarının  müəyyənləşdirilməsi,  zirinc  bitkisinin  yarpaqlarının  alt  hissəsində 

yerləşən  aecio  sporların  müəyyən  edilməsi,  uredinio  sporlarının  taxıl  bitkisi  üzərində 

yayılma  intensivliyinin  aşağı  və  ya  yüksək  olması,  regionlar  üzrə  taxıl  əkilən  bütün 

sahələrin  GPS  -lə  kordinatlarının  qeydə  alınması  və  həmin  regionlardan  pas 

xəstəlikləri  ilə  sirayətlənmiş  yarpaq  nümunələrinin  toplanıb  ras  tərkiblərinin 

öyrənilməsi  ilə  əlaqədar  olmuşdur.  Bu  məqsədlə  ETƏİ-nun  "Xəstəlik  və 

Zərərvericilərə  nəzarət"  laboratoriyasının  aspirantı  Aslanova  Könül  Kamilpaşa  qızı 

monitorinq aparmışdır. Monitorinq Azərbaycanın bir çox regionlarında yəni, müxtəlif 

torpaq  -iqlim  şəraitində  taxılçılıqla  məşqul  olan  bir  çox  rayonlarda  və  ETƏİ-nun 

təcrübə  stansiyalarında  -  (Abşeron,  Cəlilabad,  Biləsuvar,  Kürdəmir,Yevlax,  Gəncə, 

Tovuz, 

Ucar, 


Bərdə, 

Tərtər, 


Şəki,  Oğuz,  Qəbələ,  İsmayılı,  Qobustan) 

aparılmışdır.Tədqiqatlar  zamanı  müəyyən  olunmuşdur  ki,  2013-  cü  ilə  nisbətən  2014 

cü  il  May  ayında  keçən  anormal  istiləşmə  Sarı  pas  (Puccinia  striiformis  f.sp. 

tritici)xəstəliklərinin  inkişafı  və  kütləvi  yayılması  üçün  əlverişli  şərait  olmamışdır. 

Demək olar ki, Azərbaycanın bütün regionlarında pas xəstəliklərinin intensivliyi aşağı 

olmuşdur.Lakin  Tovuz  rayonunda  apardığım  tədqiqat  zamanı  tovuz  rayonunun  dağ 

kəndlərinin  (GPS  kordinantı:  Elevation  1171,  Latitude  40.  78687,  Longitude 

045.58540) birində zirinc bitkisi və həmin bitkinin yarpaqlarının alt tərəfində isə aecio 

sporlar  aşkarlandı.  Monitoring  apardığım  zaman  olduğum  sahələrdən  sarı  pasla 

sirayətlənmiş  yarpaq  nümunələri  toplanıb  hər  il  olduğu  kimi  ras  tərkibini  öyrənmək 

üçün Danimarkanın Aarhus Univeristetinə göndərilmişdir. 

 

 



 

 

Uzun müddətdən sonra buğda üçün təhlükəli hesab olunan xəstəlik artiq 



müşahidə edildi 

 Buğda  bitkisi  digər  bitkilər  kimi  özünün  botaniki,  fizioloji,  aqrotexniki 

xüsusiyyətlərinə  uyğun  olaraq  vegetasiya  dövründə  bir  sıra  təhlükəli  göbələk 



xəstəlikləri  ilə  sirayətlənirlər.  Bunlardan  biri  də  gövdə  pas  xəstəliyidir.Gövdə  pas 

xəstəliyinin  buğda  bitkisində  törədicisi  -  Puccinia  graminis  Pers.  göbələyidir. 

Xəstəliklə bitkilərin gövdələri, yarpaq və yarpaq qınları, bəzən isə sünbülün pulcuq və 

qılçıqları da sirayətlənirlər. Sirayətlənmiş orqanlarda əvvəlcə göbələyin narıncı-qonur 

rəngli  uredoyastıqcıqları,  vegetasiyanın  sonunda  isə  qara  rəngli  teleytoyastıqcıqları 

əmələ gəlir. Göbələyin uredo mərhələsi digər pas xəstəliklərindən fərqli olaraq yayın 

ikinci  yarısında  (mum  yetişmə  fazasında)  müşahidə  olunur.  Xəstəlik  yüksək 

ziyanvericilik  xüsusiyyətlərinə  malik  olmaqla  kütləvi  yayıldığı  illərdə  məhsulun  90-

100%  məhv  olmasına  gətirib  çıxara  bilir.  Beləki  xəstəlik  fizioloji  parametirlərə  təsir 

etməklə  yanaşı  törədici  bitkinin  gövdəsini  zədələyərək  onun  epidermis  təbəqəsini 

tamamilə  dağıdır  və  nəticədə  gövdəni  funksional  baxımdan  yararsız  hala  salır.  Zəif 

kulək,  yağış  və  yaxud  biçin  zamanı  sunbullər  texnikanın  təsirindən  qırılaraq  yerə 

tökülür, 

nəticədə 

məhsul 

məhv 


olur. 

Bunları  qeyd  etməkdə  məqsəd,  bu  xəstəlik  uzun  müddətdir  ki,  respublikada 

görünməməsinə  baxmayaraq  2013-cü  ildə  Abşeron  bölgəsində  müşahidə  edilmişdir. 

Bu barədə məlumat verilmişdir. Bu təhlükəli xəstəlik cari ildə Gəncə Qazax bölgəsinin 

Samux rayonu ərazisində müşahidə edilmişdir. Törədici əkin sahəsində olan Əkinçi-84 

buğda  sortunu  sirayətləndirmişdir.  Artıq  bu  xəstəliyin  yayılma  təhlükəsi  vardır.  Bu 

xəstəliyin  qarşısının  alınması  üçün  taxıl  becərilən  zonalar  mütəxəsislər  tərəfindən 

daima nəzarətdə saxlanılmalı və həssas bitkilərin becərilməsinə icazə verilməməlidir. 

Əks halda bir neçə ildən sonra buğdanın məhsuldarlığı minum həddə çata bilər. 

E.R. İbrahimov 05.06.2014 

 

  

   



 

  

  



  

  

  



Arpa bitkisində göbələk xəstəlikləri 

    Bitki  xəstəliyi-bütöv  bitkini  və  ya  onun  ayrı-ayrı  orqanlarını  zədələyərək,  bəzən 

bitkinin  vaxtından  əvvəl  məhv  olmasına  səbəb  olan  həyati  proseslərin  pozulmasıdır 

(F.T.Brooks,1953) 

2014-cü  ilin  aprel  ayının  III  ongünlüyündə  Tərtər  BTS-da  arpanın  xətli 

helmintosporioz  (Helminthosporium  gramineum)  xəstəliyi  bir  neçə  nümunədə 




yayılmışdır.   Abşeron YTT-nın arpa sahəsində may ayının I ongünlüyündə daş sürmə 

(Ustilago 

hordei) 

müşahidə 

edilmişdir.                                                                                      

E.R.İbrahimov., Ş. R. Kərimova 

  

 

 



 

  

 



 

  

  



  

Göbələk xəstəliklərinin inkişafi 

Xəstəliklərin  inkşafı hava  mühitindən  asıli  olaraq əlverişli  şəraitin  olmasından, 

bitkinin  və  törədicinin  biojoıi  xüsusiyyətlərindən  asılıdır.  2014-cü  ilin  aprel  ayının  I 

ongünlüyündə Abşeron YTT-də unlu şeh (Erysiphe graminis f.sp.tritci)  və sarı pasın 

xəstəlik  (Puccinia  striiformis  West)  törədicilərinin  inkişafı  müşahidə  edilmişdir. 

2013-ci  illə  müqayisədə  havaların  soyuq  keçməsi  göbələyin  inkişafını  zəiflətmişdir. 

Lakin  aprel  ayının  II  ongünlüyündə  temperaturun  nisbətən  qalxması  nəticəsində 

törədicilərin inkişafının sürətlənməsi  müşahidə edilmişdir. (Ibrahimov Etibar) 

 

  

  



  

  

 



 

 

 



Gövdə pasi xəstəliyinin yayilmasi 

Gövdə  pası  xəstəliyinin  (Puccinia  graminis  Pers)  Azərbaycan  şəraitində  1975-ci  ilə 

qədər  kütləvi  şəkildə  yayılmasına  baxmayaraq,  1979-cu  ildən  hal-hazırki  dövrədək 

törədici depressiyaya uğramış və uzun müddət müşahidə edilməmişdir. Lakin 2013-cü 

ildə  vegetasiyanın  son  dövrlərində  AETƏİ-nin  Abşeron  Yardımçi  Təcrübə 

Təsərrüfatında  bu  xəstəlik  İCARDA-dan  intraduksiya  olunmuş  11thRWKLDN-

CWAC-12.N49 yumşaq buğda numunəsində müşahidə edilmişdir.Qeyd edim ki, aşkar 

edilən gövdə pas xəstəliyinin törədicisi "Ug99" rası kimi o qədər də təhlükəli deyildir. 




Bildiyimiz  kimi  "Ug99"  rası  taxıl  fəsiləsinə  aid  olan  yabanı  və  mədəni  bitkilərin 

əksəriyyətini güclü sirayətləndirərək bitkini məhv etmək qabiliyyətinə malikdir. Ancaq 

Abşeron YTT-də qeydə alınan törədici yalnız həssas bitkilərə yoluxaraq onlara ziyan 

vura  bilər.  Onu  da  qeyd  edim  ki,  bu  törədicinin  inkişafı  üçün  əlverişli  şəraitin 

olmaması  ilə  yanaşı  həssas  bitkilərin  çoxluğu  üstünlük  təşkil  edərsə,  törədicinin 

yayılma ehtimalı artacaqdır. (Ibrahimov Etibar) 

  

  

  



 

 

 



 

Göbələk xəstəliklərinin yayılması 

2013-cü  iIin  mart  ayının  III-  ongünlüyünün  sonunda  Azərbaycan  Elmi  Tədqiqat 

Əkinçilik İnstitutunun Abşeron ekspermental bazasının təcrübə sahəsində Beynəlxalq 

Mərkəzlərdən  introduksiya  olunmuş  buığda  nümunələrində  (34  th  İDYT-MD  Miki2) 

unlu  şeh  xəstəliyinin  (Erysiphe  graminis  f.sp.tritci)  və  (34  th  İDON-MD  -

MRF1///Stj2///Lahan/Hcn)  sarı  pas  xəstəliyi  törədicisinin  (Puccinia  striiformis  West) 

inkişafı müşahidə edilmişdir. 

  

 



  

 

  



 

  

 



  

 

 



 

 

 



 

 

  



  

 

  




Laboratoriyaya yeni alınmış motorlu çiləyici və tozlayıcı aparatın sınağı 

 

 



 

 

 



Yüklə 105,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə