324
Dekabr 2013
41
Bu fikirlər rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun
“Bakutel-2013” 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və
İnformasiya Texnologiyaları Sərgi və Konfransının iştirakçılarına
müraciətində öz əksini tapıb.
Nazir bildirib ki, ölkə əhalisi rəqəmli televiziya yayımı ilə əhatə olunub.
“Elektron hökumət” həllərinin tətbiqi, vətəndaşlara təqdim olunan elektron
xidmətlərin sayı və bu xidmətlərdən istifadə səviyyəsi artır. Kənd yaşayış
məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini əhatə edən fiber-optik
infrastrukturun qurulması və “evlərə optika” prinsipi ilə yüksəksürətli
genişzolaqlı internet xidmətlərindən istifadə imkanı yaradan layihənin
həyata keçirilməsinə hazırlıq aparılır”.
Ə. Abbasovun fikrincə, Azərbaycan İKT-nin inkişaf səviyyəsinə görə
inkişaf etmiş ölkələrlə inkişafda olan ölkələr arasında yer alır: “Beynəlxalq
Telekommunikasiya İttifaqının qiymətləndirməsinə əsasən, Azərbaycan son 10 ildə İKT sahəsində dünya üzrə dinamik
inkişaf edən ilk 10 ölkə sırasındadır. Dünya İqtisadi Forumunun 2013-cü il hesabatında Azərbaycan şəbəkə hazırlığı
indeksinə görə 144 ölkə arasında 56-cı, internet istifadəçilərinin sayına görə isə Müstəqil Dövlətlər Birliyi və Mərkəzi
Asiya ölkələri arasında 1-ci yeri tutub”.
“Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir: əhalinin 70 %-i internet
istifadəçisidir, 50 %-i isə genişzolaqlı xidmətlərdən istifadə edir, mobil rabitədə hər 100
nəfərə 110 mobil abunəçi düşür, “3G” və “4G” texnologiyaları tətbiq edilir”
“HƏR 100 NƏFƏRƏ 110 MOBİL ABUNƏÇİ DÜŞÜR”
O bildirib ki, missiya zamanı əsasən cənub bölgəsinə xas olan erkən, məc-
buri və qeyri-rəsmi evliliklərin sayının artması narahatçılıq doğuran məsələ
kimi davamlı olaraq vurğulanıb: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Döv-
lət Komitəsinin məlumatlarına görə, 2013-cü ildə 5000-dən çox qız uşağı er-
kən evliliklərin qurbanı olub. 2012-ci ildə isə bu rəqəm təxminən 4000 idi. Er-
kən evliliklərin hər bir fərd üçün müxtəlif səviyyələrdə, o cümlədən fiziki və
mənəvi, təhsil yönümlü, sosial-iqtisadi, eləcə də qızların reproduktiv sağlam-
lıq baxımından ciddi ziyanları var.
Qadınlara qarşı Zorakılığın Bütün Növlərinin Ləğvi (CEDAW) üzrə
Komitənin 2009-cu ildəki yekun müşahidələrində vurğulandığı kimi, bu cür
evliliklərin qarşısının alınması, həmçinin bütün evliliklərin düzgün hüquqi
qeydiyyatının təmin edilməsi üçün dövlət inkişaf etdirici tədbirləri, o
cümlədən davamlı maarifləndirmə kampaniyalarını davam etdirməli,
icmalarla və dini qurumlarla müvafiq işlər aparmalıdır”.
Bu barədə Azərbaycanda 10 günlük missiya həyata keçirən BMT-nin qadınlara qarşı zorakılıq, onun
səbəb nə nəticələri mövzusunda çalışan Xüsusi Məruzəçisi Raşida Mancu keçirdiyi mətbuat konfransın-
da məlumat verib
“BU İL AZƏRBAYCANDA 5000-DƏN ÇOX
QIZ ERKƏN EVLİLİKLƏRİN QURBANI OLUB”
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə
sayı sürətlə artıb və əhali arasında cinsi nisbət demək
Dövlət Komitəsi tərəfindən hazırlanan “Azərbaycan
olar ki, bərabərləşib: “1993-cü ildə əhalinin 3 milyon
ailəsi Strategiyası”nda deyilir. Dekabrın 16-da “Azər-
641 min 200 nəfəri (49 faizi) kişi, 3 milyon 798 min
baycan ailəsi Strategiyası” layihəsinin ilkin müzaki-
800 nəfəri (51 faizi) qadın idisə, 2013-cü ildə əhali-
rəsi zamanı komitənin şöbə müdiri Aynur Veysəlova
nin 4 milyon 648 min 800 nəfəri (49.7 faizi) kişi, 4
bildirib ki, 1993-cü ildə əhalinin sayı 7 milyon 440
milyon 707 min 700 nəfəri (50.3 faizi) qadındır.
min idisə, bu rəqəm 2013-cü ildə 9 milyon 356 min
500 nəfərə çatıb. O qeyd edib ki, son 20 ildə kişilərin
Son 20 il ərzində Azərbaycanda əhalinin ümumi sayı
1 milyon 916 min 500 nəfər artıb
AZƏRBAYCANDA SON 20 İLDƏ KİŞİLƏRİN SAYI ÇOXALIB
Noyabrın 15-də Ukrayna Milli İnformasiya Agentliyinin
(Ukrinform) mətbuat mərkəzində Ukrayna Millətlər Assambleyasının
təqdimat mərasimi olmuşdur.
Assambleyanı diasporumuzun liderlərindən biri olan Rövşən
Tağıyev, Ukrayna Yəhudi Forumunun prezidenti Arkadi Monastırski,
“Tuqan Tel tatar evi” Ümumukrayna İctimai Təşkilatının (ÜİT)
prezidenti Pyotr Şarafuddinov, Ukrayna Ural Xalqları İttifaqının
prezidenti Nadejda Yesimiş, “Çiriklı” Qaraçı Qadınlar Fondunun
başçısı Yuliya Kondur, “Nasizmsiz Amerika” təşkilatının (ABŞ)
prezidenti Leonid Bard və Ukraynanın birinci prezidenti Leonid
Kravçuk təşkil etmişlər.
Tədbirdə Assambleyanın sədri, təsis şurası təsdiq edilmiş,
fəaliyyətin əsas istiqamətlərinə dair qərarlar qəbul olunmuş, ölkədə
yaşayan millətlərə aid məsələlər müzakirə edilmiş, onların inkişaf
konsepsiyaları müəyyənləşdirilmişdir.
Bu yaxınlarda işə başlamış “Ukrayna Millətlər Assambleyası”
Ümumukrayna Təşkilatı ölkə daxilində müxtəlif etnoslar arasında
dostluq və həmrəyliyi möhkəmləndirmək, habelə onların hüquq və mənafelərini qorumaq vəzifəsini öhdəsinə
götürür.
Bu barədə Ukrayna Millətlər Assambleyasının sədri seçilmiş Rövşən Tağıyev Ukrinformda keçirilmiş
mətbuat konfransında məlumat vermişdir.
Onun sözlərinə görə, yeni təşkilat milli azlıqların müdafiəsi ilə əlaqədar qüvvədə olan qanunvericiliyə
müəyyən dəyişikliklər edilməsi barədə kollegial təklifləri Ukrayna Parlamentinin və hökumətinin müzakirəsinə
çıxarmaq niyyətindədir. Assambleya beynəlxalq birliklərlə əməkdaşlıq yollarını da axtarıb tapacaqdır.
Tədbirdə Ukrayna Prezidenti Administrasiyasının rəsmi şəxsləri, Ali Radanın deputatları, Azərbaycan
Səfirliyinin birinci katibi Sübhan Hüseynli, Ukrayna Xarici İşlər Nazirliyinin, Kiyevdə akkreditə olunmuş
diplomatik korpusun nümayəndələri, Ukraynanın və xarici ölkələrin jurnalistləri iştirak etmişlər.
324 Dekabr 2013
42
HƏMVƏTƏNLƏRİMİZ DÜNYADA
HƏMVƏTƏNLƏRİMİZ
DÜNYADA
Noyabrın 18-də Riqada, Qarabaşlılar Evində Latvi-
yanın 95 illiyi şərəfinə ölkənin ali dövlət mükafatlarının
təqdim olunması mərasimi keçirilmişdir. Latviya Prezi-
denti Andris Berzinş görkəmli ictimai-siyasi xadimlərə
ordenlər təqdim etmişdir.
Latviya Prezidenti yanında Milli Azlıqların
Məsələləri üzrə Şuranın sədri, Riqa Klassik Gimnaziya-
sının direktoru, “Ocaq” Azərbaycan Mədəniyyəti Mər-
kəzinin başçısı Roman Əliyev bu ölkə qarşısında xid-
mətlərinə görə IV dərəcəli Latviya ordeninə layiq gö-
rülmüşdür.
Nigar Cəfərli,
AzərTAc–ın xüsusi müxbiri
Riqa
Latviya Prezidenti “Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzinin
başçısına ali dövlət mükafatı təqdim etmişdir
LATVİYA ORDENİNƏ LAYİQ GÖRÜLMÜŞDÜR
Kiyevdə yaradılmış Ukrayna Millətlər Assambleyasına həmvətənimiz Rövşən Tağıyev başçılıq edir
UKRAYNA MİLLƏTLƏR ASSAMBLEYASININ SƏDRİ