Xidmətlərinin göstərilməsi haqqında MÜqaviLƏ № Bakı şəhəri “ ” 2016-ci il”



Yüklə 26,38 Kb.
tarix21.10.2017
ölçüsü26,38 Kb.
#6346

_______________xidmətlərinin göstərilməsi haqqında
MÜQAVİLƏ №
Bakı şəhəri “___”___________ 2016-ci il”

Bu müqaviləni (bundan sonra “Müqavilə” adlandırılacaq), bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən “_____________________________________Məhdud Məsuliyyətli Cəmiyyəti, Direktor ________________________________şəxsində, bundan sonra «Sifarişçi» adlandırılacaq, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən “_______________________________Məhdud Məsuliyyətli Cəmiyyəti, Direktor ___________________________şəxsində, bundan sonra “İcraçı” adlandırılacaq, (birlikdə “İcraçı” və “Sifarişçi” “Tərəflər” adlandırılacaq) “Tərəflər” arasında aşağıdakı şərtlərlə müqavilə bağladılar.


1. MÜQAVİLƏNİN PREDMETİ

1.1. «Sifarişçi» ______________ xidmətlərinin göstərilməsini sifariş verib «İcraçı»ya razılaşdırılmış xidmət haqqı ödəməyi, «İcraçı» isə «Sifarişçi»nin müəyyən etdiyi qaydada _________________ xidmətləri (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürür.

1.2. Göstərilən Xidmətlərin həcmi bu Müqaviləyə əlavə edilən Xidmət Aktı (və ya Aktları) ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir.

1.3. Xidmətin göstərilməsi Tərəflərin hazırki Müqavilənin 5.2. bəndində göstərilən müddət ərzində həyata keçirilir.




  1. XİDMƏTLƏRİN GÖSTƏRİLMƏ QAYDASI

(İŞLƏRİN İCRASI)

2.1. Xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi «Sifarişçi» tərəfindən verilir.

2.2. «İcraçı» “Sifarişçinin” sifariş verdiyi ___________________________________________ xidmətlərini həyata keçirir (işi icra edir).

2.3. «İcraçı» Müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir.

2.4. «İcraçının» yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla «Sifarişçi» tərəfindən təhvil alınır.


  1. TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ

3.1. «Sifarişçi»nin vəzifələri:

3.1.1. Xidmətin icra olunması üçün tələb olunan şəraiti yaratmaq, lazım olan vasitələrlə (materiallarla) təmin edib «İcraçı»nın sərəncamına vermək;

3.1.2. İşi icrasından sonra təhvil almaq;

3.1.3. Göstərilmiş xidmətin dəyərini ödəmək.

3.1.4. Xidmətin göstərilməsi ilə bağlı çəkilən zəruri xərclərin əvəzini «İcraçı»ya ödəmək;

3.1.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələr.

3.2. «İcraçı»nın vəzifələri:

3.2.1. Müqavilədə nəzərdə tutulan qaydada «Sifarişçi»nin müəyyən etdiyi _____________________________xidmətləri həyata keçirmək;

3.2.2. Xidmət göstərdiyi yeri mühafizə etmək;

3.2.3. Xidmətin göstərilməsi ilə əlaqədar “Sifarişçi”yə məlumat vermək;

3.2.4. Xidməti vicdanla yerinə yetirib “Sifarişçiyə” təhvil vermək.


4. HESABLAŞMA QAYDASI

4.1. Göstərilən xidmətlərin həcmi Tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı Müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir.

4.2. Hazırki Müqavilə üzrə hesablaşmalar nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir.

4.3 Hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaq.


5. MÜQAVİLƏNİN MÜDDƏTİ

5.1. Bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir.

5.2. Bu Müqavilədə nəzərdə tutulan ________________________ xidməti 3 ay müddətində həyata keçirilməlidir.

5.3.Tərəflərin yazılı razılıqları və bildirişləri ilə müqavilənin müddəti azaldıla bilər və ya yeni müqavilə bağlana bilər.




6. TƏRƏFLƏRİN MƏSULİYYƏTLƏRİ

6.1. “İcraçı” müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır.

6.2. “İcraçı”nın təqsiri nəticəsində təsadüfən xidmət göstərməsi nəticəsində “Sifarişçinin” əmlakının məhv olması və ya zədələnməsi riski icranın “Sifarişçi”yə təhvil verildiyi vaxtadək “İcraçı”nın üzərinə düşür.

6.3. “İcraçı” “Sifarişçi”nin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır.


7. FORS-MAJOR

7.1. Hazırki Müqavilə üzrə öhdəliklərini yerinə yetirməyən və lazımınca yerinə yetirməyən Tərəf, öhdəliyin yerinə yetirməməsini fors-major hallarının, yəni konkret vaxt hüdudunda meydana gələn qarşısı alınmaz fövqaladə halların səbəbindən baş verməsini sübut etdiyi halda, heç bir məsuliyyət daşımır. Qarşısı alınmaz hallar aşağıdakılardır: təbii fəlakətlər (zəlzələ, daşqın, vulkan püskürməsi, torpaq sürüşməsi, sunami və s.). Müqavilə üzrə öhdəliklərin icra edilmə yerində insan üçün normal həyat fəaliyyəti istisna edən küləyin gücü, hərarəti və çöküntülərin dərəcəsi; icra hakimyyəti orqanlarının moratoriumları və Tərəflərin icra olunmalı öhdəliklər üçün fövqaladə hal kimi müəyyən edə bildikləri digər hallar.

7.2. Fors-major hallarının təsiri altına düşən Tərəf bu barədə digər Tərəfi belə halların başlandığı andan 10 (on) təqvim günü müddətindən gec olmayaraq xəbərdar etməlidir. Digər tərəfi vaxtında xəbərdar etməmə halı fors-major halına əsaslanma hüququ vermir.
8. MÜQAVİLƏYƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN

EDİLMƏSİ VƏ XİTAM VERİLMƏSİ
8.1. Bu Müqaviləyə bütün əlavə və dəyişikliklər maraqlı tərəfin rəsmi müraciəti və tərəflərin qarşılıqlı razılığı ilə edilə bilər.

8.2. Bu Müqaviləyə edilən əlavə və dəyişikliklər onun ayrılmaz hissəsi sayılan Əlavə Razılaşma ilə rəsmiləşdirilir.

8.3. Bu Müqaviləyə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada və hallarda xitam verilə bilər.
9.MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ
9.1. Bu Müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir.

9.2 Hazırki Müqavilə üzrə mübahisələr tərəflərin öz aralarında, pretenziya irəli sürülməsi qaydası ilə həll edilir.

9.3. Tərəflər arasında yaranmış mübahisələr 9.2-ci maddədə göstərilmiş qaydada həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaq.
10. YEKUN MÜDDƏALAR
10.1. Hazırki Müqavilə ilə tənzimlənməyən müddəalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nizamlanır.

10.2. Hazırki müqaviləyə edilmiş dəyişikliklər və əlavələr Tərəflərin vahid yazılı sənəd şəklində tərtib edilən dəyişikliklər və əlavələr haqqında sazişi imzalaması yolu ilə edilir.



10.5. Hazırki Müqavilə hər biri 3 (üç) səhifədən ibarət olmaqla eyni hüquqi qüvvəyə malik və hər Tərəf üçün bir nüsxə olmaqla, iki nüsxədə tərtib edilmişdir.
10. TƏRƏFLƏRİN ÜNVANI VƏ REKVİZİTLƏRİ:



«İcraçı»:
«_______________________» MMC
Ünvan: _____________________
VÖEN: _____________________
Bank: ______________________
VÖEN: _______(bankın VÖENİ)
Kod: ______________________
H/h: _______________________
M/h: ______________________
SWIFT _____________________
Direktor _____________________
(M/Y)




«Sifarişçi»:
«_______________________» MMC
Ünvan: _____________________
VÖEN: _____________________
Bank: ______________________
VÖEN: _______(bankın VÖENİ)
Kod: ______________________
H/h: _______________________
M/h: ______________________
SWIFT _____________________
Direktor _____________________
(M/Y)




Yüklə 26,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə