XiF-nin təhlilinin 2-ci kollokvium sualları (azerb bölməsi). Muellim : Babasirinova



Yüklə 14,95 Kb.
tarix17.09.2018
ölçüsü14,95 Kb.
#68799

XİF-nin təhlilinin 2-ci kollokvium sualları (azerb.bölməsi).

Muellim : Babasirinova



  1. Müəsisənin(firmanın) ixrac əməliyyatları ilə əlaqədar kommersiya xərclərinin təhlili və qiymətləndirilməsi.

  2. Müəsisənin(firmanın) ixrac əməliyyatları üzrə manat ekvivalentində valyuta hasilatının hesablanması metodologiyası.

  3. Müəssisənin(firmanın) idxal əməliyyatları üzrə öhdəliklərin yerinə yetirilməsi təhlilinin informasiya mənbələri.

  4. Müəssisənin(firmanın) kommersiya kreditindən istifadə olunmaqla həyata keçirdiyi idxal əməliyyatları üzrə öhdəliklərin yerinə yetirilməsi təhlili.

  5. Müəssisənin(firmanın) konsiqnasiya əsasında həyata keçirdiyi idxal əməliyyatları üzrə öhdəliklərinin yerinə yetirilməsi təhlili.

  6. Müəssisənin(firmanın) müvəqqəti idxal əməliyyatları üzrə öhdəliklərinin yerinə yetirilməsi təhlili.

  7. Müəssisənin(firmanın) müvəqqəti idxal əməliyyatları üzrə öhdəliklərinin fiziki həcm ifadəsində yerinə yetirilməsi təhlili.

  8. Müəssisənin(firmanın) müvəqqəti idxal əməliyyatları üzrə öhdəliklərinin dəyər ifadəsində yerinə yetirilməsi təhlili.

  9. Müəssisənin(firmanın) müvəqqəti idxal əməliyyatları üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsir göstərən amillər və onların təsir dərəcəsinin ölçülməsi.

  10. Müəssisənin(firmanın) idxal əməliyyatları üzrə manat ekvivalentində valyuta hasilatının hesablanması metodologiyası.

  11. Müəsisənin(firmanın) idxal əməliyyatlarında olan dövriyyə kapitalının təhlili və qiymətləndirilməsi.

  12. Müəsisənin(firmanın) idxal mallarının satışının səmərəliliyinin hesablanması.

  13. Müəsisənin(firmanın) idxal əməliyyatları ilə əlaqədar kommersiya xərclərinin təhlili və qiymətləndirilməsi.

  14. Məsələ1.

Təşkilat alqı-satqı müqaviləsi əsasında xarici satıcıdan 1 vahidinin dəyəri 1000 ABŞ dolları məbləğində mal alır. Xarici alıcıdan
malın alınması anına təşkilat digər alqı-satqı müqaviləsi əsasında yerli şirkətdən hər vahidinin qiyməti 1000 manat məbləğində 100 % avans alır. Müqavilənin imzalanması tarixinə 1 dollar Milli Bankın həmin günə müəyyənləşdirdiyi məzənnə ilə 0,86 qəpik, malın alınma anına isə 1 dollar 0,84 qəpik edir.

Malın faktiki olaraq artırılmış məbləğinə məzənnə fərqinin dəyişməsini müəyyən edin.



  1. Məsələ 2.

Təşkilat alqı-satqı müqaviləsi əsasında xarici satıcıdan 1 vahidinin dəyəri 2500 avro olan əmtəə alır. Azərbaycan Respublikası gömrüyündə həmin mala təyin olunmuş gömrük dəyərinə müvafiq surətdə 30% idxal gömrük rüsümü 20 faiz ƏDV, 0,15 % gömrük haqqı tətbiq olunur. Nəzərdə tutulur ki, malın yük gömrük bəyannaməsi rəsmiləşdirməyə qəbul eilən tarixə 1 avro 1,21 manata, faktiki olaraq isə 1 avro 1, 28 manata bərabər olub. Hər bir gömrük ödəməsinin məbləğini və məzənnə fərqinin yaranmasının gömrük ödəmələrinin dəyişməsinə təsirini müəyyənləşdirin.

  1. Məsələ 3

Müəssisə 10000 ABŞ dolları vəsaiti valyuta gəlirinin bir hissəsi kimi satır. Satış gününə Mərkəzi Bankın kursu 85 qəpik 1 dollardır. Satış zamanı faktiki kursu isə 84 qəpik 1 dollardır. Satış gününə Mərkəzi Bankın kursu üzrə yenidən hesablanmaqla satılmış xarici valyutanın manat ekvivalentini tapın.

  1. Məsələ 4

Müəssisə 10.000 ABŞ dollar almaq üçün 8500 manat pul köçürmüşdür, alış gününə məzənnə Mərkəzi Bank kursu ilə 84 qəpik 1 ABŞ dolları olub. Alış üçün köçürülmüş bütün vəsaitlər xərclənmişdir. Həmin əməliyyatın maliyyə nəticələrinə təsirini müəyyənləşdirək.

  1. Məsələ 5

Təşkilat alqı-satqı müqaviləsi əsasında xarici satıcıdan 1 vahidinin dəyəri 1000 ABŞ dolları məbləğində mal alır. Xarici alıcıdan
malın alınması anına təşkilat digər alqı-satqı müqaviləsi əsasında yerli şirkətdən hər vahidinin qiyməti 1000 manat məbləğində 100 % avans alır. Müqavilənin imzalanması tarixinə 1 dollar Mərkəzi Bankın həmin günə müəyyənləşdirdiyi məzənnə ilə 0,86 qəpik, malın alınma anına isə 1 dollar 0,84 qəpik edir. Malın faktiki olaraq artırılmış məbləğinə məzənnə fərqinin dəyişməsini müəyyən edək.

  1. Məsələ 6

Təşkilat alqı-satqı müqaviləsi əsasında xarici satıcıdan 1 vahidinin dəyəri 2500 avro olan əmtəə alır. Azərbaycan Respublikası gömrüyündə həmin mala təyin olunmuş gömrük dəyərinə müvafiq surətdə 30% idxal gömrük rüsümü 18 faiz ƏDV, 0,15 % gömrük haqqı tətbiq olunur. Nəzərdə tutulur ki, malın yük gömrük bəyannaməsi rəsmiləşdirməyə qəbul eilən tarixə 1 avro 1,02 manata, faktiki olaraq isə 1 avro 1,08 manata bərabər olub. Hər bir gömrük ödəməsinin məbləğini və məzənnə fərqinin yaranmasının gömrük ödəmələrinin dəyişməsinə təsirini müəyyənləşdirək.

  1. Məsələ 7

Müəssisə 10000 ABŞ dolları vəsaiti valyuta gəlirinin bir hissəsi kimi satır. Satış gününə Mərkəzi Bankın kursu 85 qəpik 1 dollardır.

Satış zamanı faktiki kursu isə 84 qəpik 1 dollardır.

Satış gününə Mərkəzi Bankın kursu üzrə yenidən hesablanmaqla satılmış xarici valyutanın manat ekvivalentini tapın.


  1. Məsələ 8

Müəssisə 10.000 ABŞ dollar almaq üçün 8500 manat pul köçürmüşdür, alış gününə məzənnə Mərkəzi Bank kursu ilə 84 qəpik 1 ABŞ dolları olub. Alış üçün köçürülmüş bütün vəsaitlər xərclənmişdir. Həmin əməliyyatın maliyyə nəticələrinə təsirini müəyyənləşdirək.

  1. Məsələ 9

Müəssisə cari valyuta hesabında olan vəsaitlərin hamısını satışa çıxarıb. Asağıdakı məlumatların əsasında həmin müddət ərzində maliyyə nəticələrində dəyişikliyi müəyyənləşdirin.

Satılmış valyutanın məbləği 1000 Avro 20000 ABŞ dollar, 15.000 Funt sterlin. Mərkəzi Bankin rəsmi kursu 1 avro = 1,25 manat, 1 ABŞ dolları = 0,85 manat, 1 funt sterling = 1,70 manat, Faktiki kurs 1 avro = 1,26 manat, 1 ABŞ dolları = 0,84 manat, 1 funt = 1,68 manat



  1. Məsələ 10

Müəssisə ay ərzində ABŞ dolları ilə əldə etdiyi valyuta gəlirlərini satışa çıxarıb. Asağıdakı məlumatların əsasında həmin müddət ərzində maliyyə nəticələrində dəyişikliyi müəyyənləşdirin.

Satılmış valyutanın məbləği 1000 1500 2000 3000

Mərkəzi Bankın rəsmi kursu 0,85 0,84, 0,83 , 0,82

Satışın faktiki kursu 0,83 0,82 0,81 0,80



  1. Müəssisənin (firmanın) idxal əməliyyatları üzrə öhdəliklərin fiziki həcm ifadəsində yerinə yetirilməsinin təhlili

  2. Müəssisənin (firmanın) idxal əməliyyatları üzrə öhdəliklərin dəyər ifadəsində yerinə yetirilməsinin təhlili.

Yüklə 14,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə