Xix əsrdən başlayaraq dünya coğrafiyasında şəhərlərin rolu artmağa başlamışdır



Yüklə 51,36 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü51,36 Kb.
#43258


URBANİZASİYA 

 

XIX əsrdən başlayaraq dünya coğrafiyasında şəhərlərin rolu artmağa başlamışdır. 



Dünyada sənaye sahəsinin güclü inkişafı nəticəsində əhalinin kəndlərdən şəhərlərə 

axını olmuşdur. Bu zaman şəhərlər 

daha da böyümüşdür. Dünya, 

region, ölkə əhalisi arasında şəhər 

ə

halisinin artması, şəhərlərin 



rolunun yüksəlməsi, şəhər həyat 

tərzinin geniş yayılması 

urbanizasiya adlanır. Urbanizasiya 

latın sözüdür və “Urbanus”-şəhər 

deməkdir.  

   Urbanizasiya dar mənada 

şə

hərlərini sayının və şəhərlərdə yaşayan əhalinin sayının artması prosesidir. Bu 



mənada urbanizasiya demoqrafik xüsusiyyətə malikdir. Lakin urbanizasiya sadəcə 

olaraq əhali artımı prosesi olmayıb, eyni zamanda cəmiyyətin iqtisadi və ictimai 

quruluşunda baş verən dəyişiklikləri də özündə əks etdirir. Beləliklə, geniş mənada 

urbanizasiya sənayeləşmə və iqtisadi tərəqqiyə paralel olaraq, şəhərlərin 

kəmiyyətcə artması və böyüməsi nəticəsində, cəmiyyətdə sürətli təşkilatlanma, 

ə

mək bölgüsü və ixtisaslaşma yaratmaqla, insanların davranış və münasibətlərində 



şə

hərə xas olan dəyişikliklərə yol açan bir əhali artımı prosesidir.  

   Dünyada vahid şəhər anlayışı yoxdur. Danimarka, İsveç, Finlandiyada əhalisi 

200, Kanada, Avstraliyada 1000, Fransa, Almaniya, Kubada 2000, Meksika, ABŞ-

da 2500, Yaponiyada isə 30.000 nəfərdən çox olan yaşayış məntəqəsi şəhər 

adlanır.  

        Şəhərlərin formalaşma prosesini şərti olaraq 3 dövrə ayırmaq olar. 

1. İlk urbanizasiya XVI -XVII əsrlər. Bu dövrdə yerli qidalanma, əl əməyi, külək 

və sudan alınan enerji və s. mövcud idi. Kifayət qədər inkişafın olmaması ilk 

ekoloji problemlərin yaranmasına gətirib çıxarmışdı. 

2. Urbanizasiyanın ikinci mərhələsi su və quru nəqliyyatın yaranması, yolların 

çəkilməsi, istilik yanacağından istifadə ilə müşahidə olunmuşdur. 

3. Üçüncü mərhələ urbanizasiya XIX əsrdən etibarən başlamışdır. 

   1900-cu ildə müasir anlamda ilk urbanizasiyanın baş verdiyi ölkə Böyük 

Britaniya olmuşdur. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə urbanizasiya 

fərqli xüsusiyyətlərə malikdir. Urbanizasiyanın intensivliyi həmin ölkənin 

sənayesinin inkişaf səviyyəsindən bilavasitə asılıdır. Zəif inkişaf etmiş ölkələrdə 

urbanizasiya səviyyəsi 10%, nisbətən inkişaf etmiş ölkələrdə isə 60-70% müşahidə 

olunur. 

   Bunu da qeyd etmək lazımdır ki, bəzi proqnozlara görə planetin hamısı şəhərlərə 

axın edəcək, lakin bununla belə, bir sıra sıx əhailsi olan şəhərlərdə artım elə 

intensiv getmişdir ki, şəhər kənarına axın müşahidə edilməkdədir. 

www.behruzmelikov.com



    Sənaye inqlabından 

sonra dünya şəhərlərin 

istər iqtisadi, istərsə də 

siyasi strukturunda bir 

çox dəyişiklər baş verdi. 

İ

ngiltərədə başlayan 



sənaye inqilabı, müəyyən 

fasilələrlə Almaniya, 

Fransa, İsveçrə və 

Belçika kimi digər 

Avropa ölkələrinə 

yayılmışdır. Qərbdə bu 

tərəqqi ümumiyyətlə 

təxminən 200 il davam 

etmiş, və burada artıq 

şə

hər cəmiyyəti formalaşmışdır.  Bütün sənaye sahələri köhnə şəhərlərdən, enerji 



mənbələrinin, nəqliyyat vasitələrinin, xammal ehtiyatlarının və işçi qüvvəsinin 

ucuz və əlverişli olduğu yerlərə axın etməyə başladı. Məhz sənaye inqlabından 

sonra, urbanizasiya prosesi başlamış və get-gedə vüsət almışdır. Başqa sözlə 

sənayeləşmə urbanizasiyanı şərtləndirən başlıca amil olmuşdur.   

Urbanizasiya XX ci əsrin ən böyük fenomenlərindəndir. İnkişaf etmiş, inkişaf edən 

ölkələr, bir sözlə bütün cəmiyyətlər bu fenomenlə qarşılaşmışlar. Müasir dövrdə 

şə

hərlərin sürətli artımı daha çox inkişaf etmiş və ya inkişaf edən ölkələrdə 



müşahidə olunmuşdur.Müasir Urbanizasiyanın 3 səciyyəvi əlaməti vardır 

1.

 



Şə

hər əhalisi sürətlə artır 

2.

 

Ə



hali və təsərrüfat əsasən iri şəhərlərdə təmərküzləşir 

3.

 



Şə

hər ərazisi genişlənir 

    Nataraz urbanizasiya bir mənada ölkənin az inkişaf etmiş olmasının göstəricisi 

olsa da, öz təbii qanunauyğunluğu içində müntəzəm urbanizasiya prosesi, eyni 

zamanda ölkənin gələcək tərəqqisi üçün də ümid mənbəyi olmuşdur. İnkişaf etmə 

mərhləsində olan ölkələrdə şəhərlər get- gedə daha çox əhalini özünə cəlb etməklə, 

milli gəlirdə daha çox pay sahibi olmaqla, daha çox əmtəə və xidmət istehsal 

etməklə ölkənin dominant regionu olmağa can atırlar. Bu şəhərələrin idarəsi 

xüsusilə əhəmiyyətli, lakin çox çətin məsələyə çevrilmişdir. 

    Urbanizasiya prosesinin yaranmasında iqtisadi, texnoloji, siyasi və sosioloji 

amillərin böyük rolu vardır. İqtisadi amillərdən birincisi kəndliləri yaşadıqları 

kəndlərdən şəhərlərə sarı istiqamətləndirən miqrasiya amilidir. Kənd təsərrüfatında 

müasir texnoloji avadanlıqların tətbiqi ilə ibtidai üsulların aradan çıxması, bir sözlə 

kapitalist sənayenin kənd təsərrüfatına sirayət etməsi, bu sahədə işçi qüvvəsinə 

tələbatı xeyli azaltmışdır. Urbanizasiyanın sürətlənməsinə təkan verən amillərdən 

digəri isə müsbət miqrasıya adlandıra biləcəyimiz, kəndlilərin firavan və təminatlı 

həyat tərzi əldə etmək və şəhərin yüksək mədəni, sosial, iqtisadi mühitindən 

istifadə etmək ümidi ilə kəndlərdən şəhərə axınıdır. 

www.behruzmelikov.com



   Xülasə etsək, urbanizasiyanı şərtləndirən mənfi amilləri belə sıralaya bilərik: 

   - əhali artımının təyziqi; 

   - torpaq çatışmazlığı və torpaq bölgüsündə ədalətsizlik; 

   - gizli işsizlik, yetərsiz iş təminatı; 

   - aşağı məhsuldarlıq; kənd təsərrüfatında makinalaşma; 

   - bəzi mövsümlərdə iqtisadi fəaliyyətin yetərsizliyi; 

   - təbii fəlakətlər; 

   - kənd təsərrüfatı icraatları; kənd təsərrüfatı ərazilərinin xüsusiyyətləri; 

   - iqlim şəraiti və eroziya; 

Urbanizasiyanı doğuran müsbət amillər isə bunlardır; 

   - kənd və şəhər arasındakı gəlir müxtəlifliyi; 

   - daha yaxşı və mütərəqqi təhsil imkanı; 

   - şəhər həyatının cazibəsi, daha yüksək həyat standartı; 

   - iş imkanları, nəqliyyat imkanları; 

   - müasir səhiyyə xidmətləri. 

   İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə urbanizasiya fərqli 

xüsusiyyətlərə malikdir. Belə ki, inkişaf etrmiş ölkələrdə urbanizasiya prosesi 

sənayeləşmə ilə qovuşmuşdur. Sənaye urbanizasiyanı doğurmuşdur. İnkişaf edən 

və ya az inkişaf etmiş ölkələrdə isə bunun əksinə sənayeləşmədən daha sürətli 

urbanizasiya prosesi sezilir. Birinci qrup ölkələrdə, yəni urbanizasiyanın 

sənayeləşmənin nəticəsi olduğu ölkələrdə cərəyan edən urbanizasiya prosesi 

tarazlı, ikinci qrupdaki urbanizasiya isə nataraz urbanizasiya adlanır. Inkişaf edən 

ölkələrin şəhərləşmə dinamikasını inkişaf etmiş ölkələrin urbanizasiya prosesindən 

ayıran xüsusiyyətlərdə biri də, XX əsrin bir əhali partlayışına şahidlik etməsidir. 

Bunun nəticəsində inkişaf etməkdə olan ölkələrdə urbanizasiyanin sürətlənməsi 

demoqrafik xüsusiyyətə malik olmuşdur. II Dünya müharibəsindən sonra tibbdəki 

nailiyyətlərin də təsiri ilə, doğum nisbəti xeyli artmışdır. Bu nisbət inkişaf edən 

ölkələrdə daha yüksək olmuşdur. Başqa tərəfdən ölüm nisbətinin də kəndlərə 

nisbətdə şəhərlərdə daha aşağı olması şəhərlərdə təbii əhali artımının tempini 

yüksəltmişdir. 

  Bundan əlavə İEÖ-də şəhərlərdə ekoloji vəziyyətin kəskin xarakter alması 

nəticəsindəə suburbanizasiya prosesi yaranmışdır. Suburbanizasiya şəhər əhalisinin 

bir hissəsinin şəhər ətrafına köçməsidir. Misal olaraq ABŞ-da əhalinin 65%-i şəhər 

ə

trafında yaşayır.  Suburbanizasiya prosesi əsasən İEÖ-ə xasdır. Bunun səbəbi 



İ

EÖ-də şəhər ətrafı ilə şəhər mərkəzində yaşayış səviyyəsi eynidir. Onun üçün də 

yerli əhali şəhər ətrafında yaşamağa üstünlük verir. Buna görədə hal-hazırda İEÖ-

də şəhər əhalisinin xüsusi çəkisi artmır. 



Yer

    

Şə

hər    

Ə

hali    

Ə

razi 

(km²)    

Sıxlıq 

Ölkə    

www.behruzmelikov.com




   İOÖ-də şəhər əhalisinin artım sürəti 

ə

halinin artımından. Bu həm təbii artımın 



yüksək səviyyəsi, həm kəndlərdən şəhərlərə 

gedənlərin sayının artması ilə əlaqədardır. 

Bu halda şəhər iqtisadiyyatının 

yüksəlməsinə görə şəhərlilər artır. Odur ki, 

onlar işlə və digər sosial tələbatla təmin 

oluna bilmirlər. Nəticədə şəhəhrlilərin payı 

artsada iqtisadi həyatda onların payı heç də 

artmır. Buna Yalançı Urbanizasiya deyirlər. 

Buna görədə bəzi İOÖ-də urbanizasiyanın 

səviyyəsinin yüksək olması o ölkələrin 

inkişaf göstəricisi ola bilməz. Yalançı 

urbanizasiyanın mövcüd olduğu şəhərlərdə 

“yoxsulluq zonaları” yaranır. Belə yerlərə 

Braziliyada “favel”, Afrikada “bidonvil”, 

Türkiyədə isə “Gecəqondu” deyirlər.  

   İOÖ-də urbanizasiyanın artmasına 

baxmayaraq burada urbanizasiya 

ümumdünya göstəricisindən aşağıdır. Latın 

Amerikasında isə urbanizasiya “yalançı 

urbanizasiya” hesabına yüksəlir. Afrikada 

urbanizasiyanın səviyyəsi 30%, Asiyada isə 

27%-dir. İOÖ-də Urbanizasiyanın səciyyəvi 

vəhəti əhalinin sayca az olan iri şəhərlər 

ə

trafına toplanmasıdır.  



   Urbanizasiyanın idarə olunması hazırda 

mühüm məsələdir. İşsizlərin və aşağı əmək 

haqqı alan fəhlə və qulluqçuların şəhərlərdə 

toplanması sosial ziddiyətlər yaradır. İri şəhərlərdə ictimai nəqliyyat və ətraf 

mühitlə bağlı problemlər yaranır. Dünyanın quru hissəsinin 1%-i tutan şəhərlərdə 

dünya əhalisinin yarısı – 3 mlrd insan yaşayır.  

Şə

hərlər böyük, iri və milyonçu şəhərlərə bölünür. 1900-cu ildə 10, hazırda isə 



400-dən çox milyonçu şəhər vardır. Milyonçu şəhərlərin sayına görə Çin, ABŞ, 

Hindistan və Rusiya fərqlənir. Dünyanın ən iri şəhərləri Mexiko, Tokyo, Nyu-

York, Los-Angeles, London, Paris, İstanbul, Karaçı, Mumbay, Pekin, Sao Paulo, 

Ş

anxay kimi şəhərlər fərqlənir. İri şəhərlər sisteminə daxil olan və yığcam ərazidə 



birləşən iri şəhərlər sistemi aqlomerasiya adlanır. İEÖ-də, Latın Amerikasında, 

Hindistanda və Çində çoxmilyonlu aqlomerasiyalar formalaşıb. Hətta Bakını da 

aqlomerasiya hesab etmək olar.  

 

 



 (/km²)    

Mumba



y  

13,922,125

[1]

  603   


23,088 

  Hindistan 

Ş

angay 



13,831,900

[2]


[3]

 

1,928 



7,174  

  Çin 


Qəraçi 


12,991,000

[4]


  3,527 

3,683  


  Pakistan 

Delhi 



12,259,230

[1]


 

431.09


[5

]

 



28,438 

Hindistan 

Istanbul  11,372,613



[6]

  1,831 


6,211 

  Turkiyə 

São 


Paulo 

11,037,593

[7]

  1,523 


7,247 

  Braziliya 

Moskva  10,508,971



[8]

  1,081 


9,722   

  Rusiya 

Seul 


10,456,034

[9]


  605.4 

17,271 


  Cənubi 

Koreya 


Pekin 


10,123,000

[10


]

 

1,368.3



7,400 


  Çin 

10 


Mexiko  8,841,916

[11]


  1,485 

5,954 


  Meksika 

www.behruzmelikov.com




Urbanizasiya prosesinin ən yüksək mərhələsi 

aqlomerasiya və şəhərlərin  birləşməsi olan 

meqalapolislərdir. Meqalopolis yunan 

sözüdür mənası Meqa – nəhəng, Polis – şəhər 

deməkdir. İlk dəfə Amerikan alimi Lewis 

Mumford özünün 1938-də  çap etdirdiyi “The 

culture of cities” kitabında meqalopolis 

sözünü istifadə etmişdir. Bəzi böyük şəhərlər 

və aqlomerasiyalar bir-birinə yaxın yerləşdiyi 

üçün böyüyərək bir-birinə yaxınlaşırlar və 

Meqalopolis yaradırlar. Dünyada ilk 

meqalopolislər Amerikada yaranmışdır. Buna 

səbəb şəhərlər arasında nəqliyyat əlaqələrinin 

inkişaf etməsi idi. Sonradan bu 

meqalopolislər Avropaya yayıldı. Ama 

Hazırda daha çox meqalopolis Asiyada 

Mövcüddur. Dünyada çox sayda 

meqalopolislər vardır. Meqalopolisləri çox 

zaman “dərininə urbanizasiyada adlandırılar. 

Dünyada ən böyük meqalopolislər 

aşağıdakılardır : 

1.

 



 ABŞ-da atlantik-sahili vəya BosWash – Boston, Philadelphia, New-York, 

Baltimore, Washington 

2.

 

ABŞ-da Göllərətrafı vəya Çipits – Çikaqo, Detroyt, Klivlend, İndiniapolis,  



Pitsburq 

3.

 



Kaliforniya vəya San-San – San-Fransisco, Los-Angeles, San Xose, San 

Diego 


4.

 

Qanq çayı vadisi – Delhi, İslamabad, Lahor, Kanpur, Konkata, Varanasi 



5.

 

Blue Banana – Dublin, Manchester, Birmingham, Shepfeld, London 



6.

 

Rio-de-Janeiro, San-Paulo, Campinas 



7.

 

Yaponiyada Taiheyo – Tokyo, Çiba, Kavasaki, Yokohoma, Nagoya, Kyoto, 



Osoko, Kobe, Hiroshima 

 

 



 

 

  



     

 

 



www.behruzmelikov.com

Yüklə 51,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə