Xix əsrin II yarısında Azərbaycan maarifçiliyində azərbaycançılıq ideyası məsələləri Vahid Ömərov



Yüklə 222,88 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü222,88 Kb.
#76988


Səs.-2012.-13 mart.-№46.-S.12. 

 

XIX əsrin II yarısında Azərbaycan maarifçiliyində azərbaycançılıq ideyası məsələləri 



 

Vahid Ömərov, 

fəlsəfə üzrə fəlsəfə doktoru 

 

XIX  əsrin  II  dövrü  Azərbaycan  xalqının  həyatında  mühüm  rol  oynayan  bir  dövr  oldu. 



M.F.Axundzadə  və  H.B.Zərdabi  ilə  yanaşı,  bu  dövrdə  Ş.C.Əfqani,  N.B.Vəzirov,  Ə.Heydəri,  Ə.Gorani, 

S.Ə.Şirvani də azərbaycançılıq milli ideologiyasını inkişaf etdirdilər. 

Akademik Feyzulla Qasımzadə XIX əsri “Azərbaycan xalqının iqtisadi və mədəni inkişafı tarixində 

ziddiyyətli bir dövr kimi” qiymətləndirərək yazmışdır: “Bu dövrdə bir tərəfdən məfkurə və  mədəniyyət 

sahələrində  köhnə  feodal  qalıqları  hökm  sürür,  o  biri  tərəfdən  qabaqcıl  rus  və  Avropa  mədəniyyəti, 

demokratik  fikirlər,  azadlıq  ideyaları  yayılmağa  başlayır.  Azərbaycan  Rusiya  tərkibinə  daxil  olduqdan 

sonra yeni şəraitlə əlaqədar olaraq elm və mədəniyyətdə, ictimai və fəlsəfi fikirdə, ədəbiyyatda müasirlik 

meyilləri  getdikcə  daha  da  güclənir,  həyatla  bağlılıq,  xalqla  əlaqə  telləri  artmağa  başlayır.  Bədii 

ədəbiyyatda,  elmin  müxtəlif  sahələrində  yeni  xarakterli  əsərlər  meydana  çıxır…  Azərbaycan 

ədəbiyyatında yeni realist demokratik xətt yaranır və inkişaf etməyə başlayır”. 

Realizmin qanunauyğun, əsas yaradıcılıq metodu və ədəbi cərəyan kimi meydana gəlməsi obyektiv 

şəraitlə əlaqələndirilir. Realizmin bədii surətlər vasitəsilə  həyatın həqiqi tarixi məzmununu, mahiyyət və 

mənasını  açdığını,  həyatı  doğru,  düzgün  və  tipikliyi  ilə  əks  etdirdiyini,  onun  dərin  iqtisadi,  ictimai  və 

fəlsəfi ideya əsaslarına malik olmasını qeyd edirlər. 

Azərbaycanda meydana gələn yeni kapitalist münasibətləri ənənəvi köhnəlmiş həyat tərzi, sosial-

mədəni adət-ənənələr sistemi, ehkamçı təfəkkürü, bədii yaradıcılıqdakı hökm sürən prinsipləri dəyişdirdi. 

Yeni dövr mədəniyyətin bütün sahələrini, o cümlədən, ədəbiyyatı və incəsənəti, bədii fikri həyata 

yaxınlaşdırır və tələb edir ki, cəmiyyətdə hökm sürən gerilik və nöqsanlara qarşı mübarizəni gücləndirsin, 

millətin  maariflənməsində  vaxtında  iştirak  etsin.  “Bu  isə  öz  növbəsində,  bədii  təfəkkürün  özünü 

yeniləşdirmək, ədəbiyyatın həyatı dərk etmək imkanlarını genişləndirməklə bilavasitə, əlaqəli idi. Sosial-

siyasi,  tarixi-mədəni  şərait  bədii  təfəkkürü  yeniləşdirməyi,  hər  şeydən  əvvəl,  yeni  tarixi  şəraitin 

tələblərinə cavab verə bilməyən ənənəvi ədəbi-estetik prinsipləri yeniləri ilə əvəz etməyi, yeni yaradıcılıq 

metoduna,  yeni ədəbi janrları  keçməyi  və  s.  nəinki  zəruri edir,  eyni  zamanda,  buna  şərait  də  yaradırdı. 

İctimai  inkişafın  keçid  mərhələsilə  əlaqədar  olan  bu  yeniləşmə  mürəkkəb  və  uzun  müddət  davam  edən 

proses  olmuşdur.  Cəmiyyətin  keçid  mərhələsini  səciyyələndirən  dəyişikliklər  və  kəskin  sosial-siyasi 

ziddiyyətlər özünəməxsus bədii təfəkkür tipi meydana gətirdi. 

Faiq  Ələkbərov  XIX  əsrdə  azərbaycançılıq  ideyası  və  milli  dövlətçiliyin  qarşılıqlı 

münasibətlərindən  bəhs  edərkən  ikinci  amilin  Azərbaycan  xalqının  milli  şüurunda  zəiflədiyini  göstərir: 

“Azərbaycanın  şimalı  zorla  Rusiyaya  birləşdirildikdən  sonra,  imperiya  ideoloqları  xalqın  şüurunda 

yaşanan milli dövlətçilik ənənəsini aradan qaldırmaq üçün əllərindən gələni etmişdilər. Bunun nəticəsi idi 

ki, Şimali Azərbaycan xalqı, zaman keçdikcə, həmin dövlətlərin onlara, yaxud başqalarına aid olduğunu 

müəyyənləşdirə bilmirdilər. Onlar üçün yaxın tarixdə yalnız Azərbaycan xanlıqları mövcud olmuşdur ki, 

həmin  xanlıqlar  da  dövlətçilik  ənənələri  baxımından  zəif  nöqtə  idi.  Əgər  bu  xanlıqların  birləşməsi 

mümkün olsaydı, onda Azərbaycanda qədim və orta əsrlərdə mövcud olan dövlətçilik ənənələri yeni nəslə 

daha tez ötürülə bilərdi. Lakin bu, baş vermədiyi üçün XIX  əsrdə Azərbaycanın şimalında, demək olar ki

milli dövlətçiliyə bağlılıq ənənəsi aradan qalxmaq üzrə idi. Hətta iş o yerə gəlib çatmışdı ki, XIX əsrdə 

yaşamış  bəzi  mütəfəkkirlərimiz  (M.F.Axundzadə,  S.Ə.Şirvani  və  b.)  Şimali  Azərbaycanın 

Rusiyanın  işğalına qədər  Osmanlı Türkiyəsinin və  İran şahlarının əsarəti altında olduğunu yazırdılar.” 

Bu  baxımdan,  XIX  əsrin  II  yarısında  M.F.Axundzadə,  Ş.C.Əfqani,  H.Zərdabi  və  b.  indi  bizim 

üçün milli ideyalar hesab olunan bu işləri həyata keçirərkən, ola bilsin ki, onlar heç də milli Azərbaycan 

dövləti  qurmaq  iddiasında  olmamışdılar  və  bunu,  bəlkə  də  heç  xəyallarına  belə  gətirməmişlər.  Hətta 

M.F.Axundzadə,  Ş.C.Əfqani  və  b.  bu  işləri  görərəkən,  Azərbaycanın  deyil,  ancaq  İranı  düşünmüş, 

İranın xoşbəxtliyindən və azadlığından bəhs etmişlər. 

Lakin  zaman  elə  gətirdi  ki,   konkret  M.F.Axundzadə  və  Ş.C.Əfqaninin  timsalında  onların 

ideyaları İrana-farslara deyil, Azərbaycana-türklərə xidmət etmiş oldu. 

Hər  halda,  Azərbaycanda  köhnə  ictimai  münasibətlərə  qarşı  mübarizə  aparmaq  və  yeni  ictimai 

münasibətlər qurmaq, yəni çağdaş dövrün tələblərinə uyğun cəmiyyət, dövlət yaratmaq asan olmamışdır. 

Bütün bunları doğru əks etdirmək üçün, fikrimizcə, XIX  əsrin ictimai-siyasi və fəlsəfi mühitinə, həmin 

dövrdə yazıb-yaratmış ziyalılarımızın yaradıcılığına obyektiv qiymət verilməlidir. Belə ki, hələ də həmin 



dövrün  mənzərəsi  və  bu  dövrdə  yaşayıb-yaratmış  ziyalılarımızla  bağlı  ziddiyyətli  fikirlərə  və  ideyalara 

rast gəlirik. Ən çox təəssüf doğuran hal odur ki, SSRİ dövründə möhr vurulmuş “ideyalar”, “mülahizələr” 

və s. bir qədər kosmetik dəyişikliklərlə hələ də öz statusunu qoruyub saxlayır. Məsələn, sovet dövründə 

Azərbaycanda  inqilabi-demokratiyanın  banisi,  materializmin  görkəmli  filosofu  sayılan  M.F.Axundzadə 

bu gün “milli-demokrtatiya”nın banisi, eləcə də, milli ideyaların banisi və ideoloqu hesab olunur. 

XIX  əsrin  II  yarısında  S.Ə.Şirvani,  N.Vəzirov,  Ə.Heydəri,  Ə.Gorani  və  b.  da  Bakıxanov, 

Axundzadə, Zərdabi və başqaları tərəfindən bünövrəsi qoyulmuş milli məsələləri inkişaf etdirməklə, milli 

ideologiyanın təşəkkülünün ilk mərhələsində müəyyən yer tutmuşlar. Əgər S.Əzimdə, əsasən, Zərdabinin 

təsiri duyulursa, N.Vəzirov daha çox Axundzadənin   ideyalarını   davam  etdirməyə  çalışmışdır. 

N.Vəzirovda  milli  məsələ  ilk  olaraq  özünü  köhnəpərəstliyə,  mühafizəkarlığa,  bir  sözlə,  sxolastik 

dünyagörüşünə  etirazda  öz  əksini  tapmışdır.  Buna  səbəb  isə,  Moskva  institutlarının  birində  təhsil  alan 

N.Vəzirovun,  yeni  mühitdə  gözü  açıldıqdan  sonra,  rus  və  başqa  millətlərlə  müqayisədə  soydaşlarının 

avamlığı  və  millət təəssübkeşliyindən  uzaqlığı  ilə  tanışlığı  olmuşdur. Məhz  düşdüyü  yeni  şəraitin təsiri 

altında Vəzirov “Əkinçi”də yazdığı məqalələrində başqa millətlərlə müqayisədə xalqının geriliyinə səbəb 

kimi  köhnəpərəstliyi,  xurafatçı  adət-ənənələri  göstərmişdir.  N.Vəzirov  Qafqaz  müsəlmanları  arasında 

mövcud olan köhnəpərəstliyin aradan qalxması ilə millətin nicat tapacağına inanırdı. 

O,  hesab  edirdi  ki,  ifrat  mühafizəkarlıqla  millət  inkişaf  edə  bilməz  və  köhnə  adət-ənənələrdən 

imtina  edib  elm  öyrənməyin  vaxtıdır:  “F.Ələkbərovun  qeyd  etdiyi  kimi,  XIX  əsrin  II  yarısında 

milli  özünüdərk  yolunu davam  etdirən  ziyalılarımızından  Seyid  Əzim  Şirvaninin  mənəvi  dəyərlərə 

bağlılığında və Qərb mədəniyyətinə meyil etməsində M.F.Axundzadənin “Təmsilat”ı, H.Zərdabı və onun 

“Əkinçi” qəzetinin rolu olmuşdur. S.Ə.Şirvanidə “türk” anlayışı, Zərdabidə olduğu kimi, daha çox “türk 

dili” məfhumunda öz əksini tapmışdır. Yəni S.Ə.Şirvani “müsəlman”, “islam milləti”, “əhli-islam”, “əhli-

Qafqaz” anlayışlarından isə Qafqazda yaşayan türk müllətinə müvafiq olaraq istifadə etmişdir. 

S.Ə.Şirvaninin  yaradıcılığında  mill-məsələyə  münasibət  iki  halda:  1)  Qafqaz  müsəlmanlarının-

türklərinin savadsızlığı, avamlığı, başqa millətlərlə müqayisədə geridə qalmasına münasibətdə; 2) Bütün 

bunlardan çıxış yolu tapıb, millətinin tərəqqisinə nail olmaq üçün dünyəvi elmlər öyrənməkdə, məktəblər 

açmaqda və s. özünü büruzə verir. 

Tədqiqatçıların  gəldikləri  qənaətinə  görə,  təzadlı  XIX  əsrdə  Azərbaycan  tarixində  yeni  dövrə 

başlanır.  Bu,  hər  şeydən  əvvəl,  Azərbaycanın  ikiyə  parçalanması  və  nəticədə,  xalqımızın  iki  müxtəlif 

yadelli  dövlətin  tabeçiliyində  bir-birindən  fərqli  ictimai-mədəni  mühitdə  yaşamağa  məhkum  olması  ilə 

bağlıdır. Bu haqda çox yazılıb. Lakin bu günümüzün tələbindən irəli gələrək, bu istiqamətdə yeni əsasda 

elmi tədqiqatların aparılmasına həmişəkindən daha çox ehtiyac vardır. Bizə kimliyimizi olduğu kimi dərk 

etmək olduqca vacibdir, ələlxüsus, böyüyən nəsil üçün. İndiki qloballaşma şəraitində milli mənliyimizin 

qoruyub  inkişaf  etdirmək.  Düşünən  zəkalar  yetişdirmək  sosial-mənəvi  sahədə  qarşıda  duran  ən  əsas 

vəzifələrdəndir. Bu baxımdan, soykökümüzə, keşməkeşli milli tariximizə və ən başlıcası, XIX əsrin ikinci 

yarısı -XX əsrin əvvəllərinin nəzəri bəhrəsi olan Azərbaycan ideallığı ilə bağlı mövzuya dərindən bələd 

olmağın müstəsna əhamiyyəti vardır. 

XIX  əsrin  ikinci  yarısında  milli   ideologiyanın   əsas  prinsiplərinə  çevrilən  ideyaları,  sözün 

həqiqi mənasında, millətin gündəliyinə gətirən M.K.Axundzadə, H.B.Zərdabi və Ş.C.Əfqanidir. Onların 

milli  əməlləri  sayəsində  milli  özünüdərk  prosesi  milli  ideyaların  yaranmasına  səbəb  oldu.  Başqa  sözlə, 

Qafqaz 

Azərbaycanında   milli  ideologiyanın   təzahürlərinin   meydana 



çıxmasında 

və 


Qərb 

mədəniyyətinin bu bölgədə yayılmasında onların böyük rolu oldu. Bu ziyalılar həm nəzəri ideyaları, həm 

də novatorluqları ilə milli ideologiyanın təşəkkül prosesinə təkan vermiş və Qərb mədəniyyətinin müsbət 

cəhətlərini  vaxtında  görərək  müsəlmanlar,  o  cümlədən,  Azərbaycan  türkləri  arasında  yaymışlar.  Son 

dövrlərdə aparılan elmi araşdırmalarda da A.A.Bakıxanov, Mirzə Kazım bəy, M.F.Axundzadə, H.Zərdabi 

və  C.Əfqaninin  adının  milli  ideologiyanın,  milli  azadlıq,  milli  oyanış  hərəkatının  təşəkkülünün  baniləri 

kimi  çəkilməsi,  bu  fikrimizi  bir  daha  təsdiq  edir.  XIX  əsrin  II  yarısı  maarifçilik  fəlsəfəsində 

azərbaycançılıq  ideyası  məsələsinə  toxunan  Ənvər  Əhmədov  və  Nizaməddin  Şəmsizadə  göstərirlər  ki, 

Azərbaycanın  tarixi  taleyində  sonrakı  əsrlərdə  baş  verən  parçalanmalar  istər-istəməz  vahid  milli 

cəmiyyətin təşəkkülünə imkan vermədi və bu proses özlüyündə milli ideologiyanın formalaşmasını XX 

əsrə qədər ləngitdi. Azərbaycanın Rusiya tərəfindən işğalından sonra ideologiyamızın təşəkkülündə yeni 

bir  proses  –  Şərq  və  Qərb  dəyərlərinin  sintezi  başlanır.  Bunu  maarifçi  ideologiya  adlandırmaq  olar. 

Mifdən, zərdüştizm işraqilikdən gələn işıq (nur), hürufizmdə ürfan və kamal vəhdətindən gələn zəka və 

intibahın bayrağına iri hərflərlə yazılmış insan maarifçi ideologiya konsepsiyasında vəhdət təşkil edir. 

…Orta  əsr  ideoloji  sistemlərindən  fərqli  olaraq  Azərbaycan  maarifçi  ideologiyası  insan  və 

cəmiyyət  problemini  ön  plana  çəkir.  özündə  Şərq-Qərb  dəyərlərini  uğurla  sintez  etmiş  Azərbaycan 

maarifçilərini müəyyən bir sinfin ideoloqları kimi  qələmə vermək cəhdləri əbəsdir. 



Tarixi təcrübədən bəllidir ki, hər bir xalqın azadlıq istəyi, tərəqiyyə meyili onun özünü dərk etməsi 

prosesində qərarlaşır və müəyən ideyalar əsasında aydın yönüm kəsb edə bilir. Məhz bu prosesin zəruri 

ifadəsi kimi yaranan milli ideal və bunun gerçəkləşməsinə xidmət edən ideyalar getdikcə milli hərəkatı 

şüurlu  cəhətdən  istiqamətləndirməyə  mühüm  təkan  vermişlər.  Doğrudur,  XIX  əsrin  yarısından 

Azərbaycanda  başlanan,  demokratik  maarifçilik  hərəkatı  milli  azadlıq  hərəkatı  səviyyəsinədək  yüksələ 

bilməmişdi.  Lakin bu  mədəni-maarifçilik  hərəkatı XX  əsrin əvəllərində  milli  istiqlalçılıq  mübarizəsinin 

formalaşmasında böyük rolu olmuşdur. 

Tədqiqatçı  Sona  xanım  Vəliyeva  azərbaycançılığın  XIX  əsrdə  formalaşdığını  göstərərək  yazır, 

zəngin doktrina kimi azərbaycançılıqdan bəhs ediriksə, onun ilk yaranış və formalaşma dövrü XIX əsrin 

son illərinə və XX əsrin əvvəllərinə təsadüf edir. Bu dövr Azərbaycan xalqının milli varlığını dərindən 

dərk etdiyi və bir daha təsdiqlədiyi dövrdür. 

Müşahidələr göstərir ki, milli ideyanın kütləviləşməsi, çoxsaylı insanların əqlinə hakim kəsilməsi 

üçün Azərbaycan milli elitasının geniş və məqsədyönlü hərəkatını məhz XIX əsrin sonlarında Azərbaycan 

maarifçiləri başlamışlar. Kapitalist münasibətlərinin Azərbaycanda həmin dövrdə yaranıb inkişaf etməsi 

və Bakının Qafqazda ən iri  iqtisadi mərkəzə çevrilməsi, bütövlükdə, iqtisadiyyata təsir göstərmiş və milli 

burjuaziyanın meydana gəlməsinə səbəb olmuşdur. Bu isə, son nəticədə, milli şüurun yüksəlməsinə, milli 



oyanışa təkan vermişdir. 

 

Yüklə 222,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə