Xocali soyqirimi beynəlxalq cinayət kiMİ I. Xocalı soyqırımı beynəlxalq cinayət kimi



Yüklə 43,6 Kb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü43,6 Kb.
#66654


XOCALI SOYQIRIMI BEYNƏLXALQ CİNAYƏT KİMİ 

I. Xocalı soyqırımı beynəlxalq cinayət kimi 

"Soyqırım" anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A 

(III) saylı qətnamə ilə qəbul etdiyi "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması 

haqqında" Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların 

tam və ya qismən məhv edilməsi niyyəti ilə aşağıdakı hərəkətləri bildirir: 

-

 



belə bir qrupun üzvlərinin qətlə yetirilməsi; 

-

 



belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi; 

-

 



hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat 

şəraitinin yaradılması; 

-

 

belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər; 



-

 

uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi. 



Soyqırım cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır. 

Bu obyektiv cizgi soyqırım cinayətini digər analoji beynəlxalq cinayətlərdən fərqləndirir. 

Soyqırım cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və  əvvəlcədən düşünülmüş olur. Bu 

əməllər heç bir halda təsadüf və ya ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, belə 

bir hərəkətin törədilmə niyyətinin vaxtı və onların mümkün nəticələrinin ümumi dərki onların 

soyqırım kimi tövsif olunması üçün kifayət deyil. Burada hərəkətin mənfi nəticələri ilə bağlı 

cinayətkar qərəzin və ya konkret niyyətin xüsusi istiqamətini üzə çıxarmaq tələb olunur. Xilas 

olmağa can atan Azərbaycan mülki əhalisinin əvvəlcədən xüsusi olaraq hazırlanmış pusqu 

yerlərindən avtomatlardan, pulemyotlardan və digər silah növlərindən atəşə tutulması soyqırım 

niyyətini sübut edir. Bu cinayətin məhz azərbaycanlı milli qrupuna qarşı yönəlmiş olduğu göz 

önündədir. 

Soyqırım cinayətinin təhlili zamanı onun 3 əsas hissəsi üzə çıxarılır: 

-

 

məlum milli, etnik, irqi və ya dini qrupun varlığı; 



-

 

belə bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyətinin olması (mens rea); 



-

 

məlum qrupa münasibətdə soyqırım kimi təfsir olunan hərəkətlərdən hansısa birinin 



törədilməsi (actus reus). 

Deməli, soyqırım aktı mütləq milli, etnik, irqi və ya dini qrupa qarşı yönəlmiş olmalıdır. Digər 

qrupa qarşı, məsələn siyasi və sosial qrupa qarşı yönəlmiş belə hərəkətlər soyqırım kimi tövsif 

oluna bilməz. 

Soyqırım anlayışı qadağan olunmuş hərəkətin ümumi nəticələri üzrə konkret niyyətin olmasını 

tələb  edir.  Soyqırım  cinayətinin  tövsif  olunmuş  əlaməti  olaraq  niyyət  özündə  bir  neçə  fərqli  

tərkib hissələrini birləşdirir: 

-

 



niyyət bu və ya digər konkret qrupa mənsub şəxslərin təsadüfi olaraq bir nəfərinin və ya 

bir neçə nəfərinin məhv edilməsindən ibarət olmamalı, bütövlükdə qrupun məhv 

edilməsindən ibarət olmalıdır. Soyqırım qurbanlarının müəyyən edilməsinin həlledici 

əlaməti onların fərdiliyi deyil, məhz onların qrupa mənsubluğudur; 

-

 

niyyət qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırım bütöv bir insan qrupunun 



mövcudluğa hüququnu tanımaqdan imtina etməkdir. Ayrıca bir insanın qətlə yetirilməsi 

(soyqırım) ayrıca bir fərdin yaşamağa hüququnu tanımaqdan imtina kimi xarakterizə 

olunur. Müvafiq olaraq, actus reus (qadağan edilmiş hərəkat) bir adamla məhdudlaşa 

bilər, lakin mens rea (niyyət) qrupun mövcudluğuna qarşı yönəlmiş olmalıdır; 

-

 

niyyət qrupun məhz tamamilə və ya qismən məhvindən ibarət olmalıdır; 




-

 

niyyət  məhz  milli,  etnik,  irqi  və  ya  dini  qruplardan  birinin  məhv  edilməsindən  ibarət  



olmalıdır. 

Soyqırım cinayətinə görə, məsuliyyətin tövsif olunması üçün bütöv qrupun məhv edilməsi kimi 

son nəticəyə nail olunma tələb edilmir. 

Bunun üçün etnik qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə cinayətin obyektiv 

tərəfini təşkil edən hərəkətlərdən birini törətmək yetərlidir. 

Soyqırımın obyektiv tərəfi olan "məhv etmək" anlayışı fiziki və ya bioloji təsir yolu ilə həyatdan 

məhrum etmək mənasına gəlir. 

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi "Barcelona Traction" işi üzrə qərarında soyqırım aktının 

qadağan edilməsi üzrə öhdəliyi erga omnes öhdəlikləri adlandırmışdır. 

Beynəlxalq Ədalət Məhkəməsi "Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması" 

Konvensiyasının əsasında duran prinsipləri bütün dövlətlər üçün məcburi xarakterli normalar 

kimi tanımışdır. 



II.  XOCALI  HADİSƏLƏRİNİN  BEYNƏLXALQ  HÜQUQ  TƏRƏFİNDƏN  SOYQIRIM 

CİNAYƏTİ AKTI KİMİ TANINMASININ HÜQUQİ ƏSASLARI 

Aşağıdakı sənədlər Xocalı hadisələrini beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi 

tövsif etməyə imkan verir: 

1.

 



BMT  Baş  Assambleyası  tərəfindən  260  A  (III)  saylı  qətnamə  ilə  qəbul  edilmiş  9  

dekabr 1948-ci il tarixli "Soyqırım cinayətinin qarşısının alınması və 

cəzalandırılması" Konvensiyası. 

2.

 



Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (hərçənd Nizamnamədə soyqırım 

cinayətinə birbaşa isnad edilməsə də, soyqırımı təşkil edən hərəkətlər onda 

bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlər kimi tövsif olunur). 

3.

 



Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (maddə 4). 

4.

 



Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (maddə 1). 

5.

 



Beynəlxalq Cinayət Məhkəməsinin Statutu (maddə 6). 

6.

 



Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə 103). 

7.

 



Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 

mart 1998-ci il tarixli Fərmanı. 



III. XOCALI HADİSƏLƏRİNİN BEYNƏLXALQ HÜQUQ TƏRƏFİNDƏN "SOYQIRIM" 

HÜQUQİ NORMASININ ALTINA DÜŞƏN CİNAYƏT KİMİ TANINMASININ HÜQUQİ 

NƏTİCƏLƏRİ 

Beynəlxalq hüquq soyqırım cinayəti ilə bağlı bunları müəyyən etmişdir: 

1.

 

Soyqırım cinayəti törətmiş şəxslərin cinayət təqibi və cəzalandırılması qaçılmazdır. 



2.

 

Cinayət tərkibi təkcə soyqırım aktının törədilməsi deyil, həm də soyqırım törədilməsi 



məqsədi ilə sui-qəsd, soyqırımın törədilməsinə birbaşa və açıq şəkildə təhrikçilik, 

soyqırım törədilməsinə qəsd və soyqırımda iştirakdır. 

3.

 

Soyqırım törətmiş şəxslərə universal yurisdiksiyanın prinsipləri tətbiq edilməlidir. 



4.

 

Soyqırım cinayəti törədilərkən əmrin icrasına istinad etmək məsuliyyətdən azad etmir. 



5.

 

Rəhbərlər  soyqırım  cinayətinin  qarşısının  alınması  üzrə  hərəkətləri  həyata 



keçirmədiklərinə görə məsuliyyət daşıyırlar. 

6.

 



Soyqırım cinayətlərinə cinayət məsuliyyətinin tətbiqinə cəlbetmə müddəti tətbiq edilmir. 

7.

 



Soyqırım cinayətinə münasibətdə qanunun retroaktiv tətbiqinə yol verilir. 


8.

 

Soyqırım cinayəti törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilmələri üçün tələb edən 



ölkəyə verilməlidirlər. 

Beləliklə, Xocalı şəhərində əhaliyə - ermənilər tərəfindən etnik azərbaycanlılara qarşı törədilmiş 

hərəkətlər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq soyqırım kimi tövsif olunur və beynəlxalq 

hüququn prinsiplərinə uyğun olaraq bəşəriyyətə qarşı cinayətdir. 



IV.  XOCALI  HADİSƏLƏRİNİN  ERMƏNİSTAN  RESPUBLİKASININ  AZƏRBAYCAN 

XALQINA QARŞI MƏQSƏDYÖNLÜ SOYQIRIM SİYASƏTİNİN BİR HİSSƏSİ KİMİ 

BEYNƏLXALQ  CİNAYƏT  OLMASI  HAQQINDA  FAKTIN  DÜNYA  BİRLİYİNƏ 

ÇATDIRILMASI 

"Xocalı faciəsi beynəlxalq cinayət olaraq - Ermənistan Respublikasının Azərbaycan xalqına qarşı 

məqsədyönlü siyasətinin tərkib hissəsidir" başlıqlı və Azərbaycan MEA İnsan Haqları 

İnstitutunun Ekspert Şurası tərəfindən qəbul edilmiş bu sənəd Azərbaycan Respublikasının Milli 

Məclisinə, Türkiyə, Gürcüstan, Rusiya və digər dövlətlərin parlamentlərinə, BMT İnsan Haqları 

üzrə Ali Komissarlığı, Avropa Şurasının Parlament Assambleyası, Avropa Şurasının İnsan Haqları 

üzrə Baş Direktoratı, ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan 

Haqları Bürosu kimi beynəlxalq təşkilatlara, eləcə də insan haqları üzrə milli və beynəlxalq 

təşkilatlara, xarici ölkələrdəki Azərbaycan diasporu mərkəzlərinə göndərilmişdir. 

* * * 

Ermənistanın  işğalçı  siyasətinə  məruz  qalan  bir  milyondan  çox  insan  ağır  şəraitdə  yaşayır  -  

onlar çadır şəhərciklərində, yığma evlərdə, yük vaqonlarında və yaşayış üçün uyğun olmayan 

digər yerlərdə sığınacaq tapmışlar. 

BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikası ərazilərinin Ermənistan ordusu tərəfindən 

işğalı ilə bağlı 1993-ci ilin aprelində qəbul etdiyi 822 saylı, iyulda qəbul etdiyi 853 saylı, 

oktyabrda qəbul etdiyi 874 saylı və noyabrda qəbul etdiyi 884 saylı qətnamələrə Ermənistan 

dövləti tam etinasızlıq göstərmiş və bununla da beynəlxalq birliyin sözünə məhəl qoymamışdır. 

Qarabağ probleminin ədalətli həlli uğrunda Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl, 

prinsipial və qətiyyətli siyasi xətt, Azərbaycan Respublikasının konstruktiv mövqeyi dünya 

dövlətlərinə yaxşı bəllidir. Problemin sülh və danışıqlar yolu ilə həllinin əsas istiqamətləri 1996-

cı ilin dekabrında ATƏT-in Lissabon Sammitində dünyanın 53 dövləti tərəfindən bəyənilmiş və 

dəstəklənmişdir. 

Biz hamımız bir planetin sakinləriyik və bizim ümumi evimizi ölüm və qanla hədələyən şəxslərə 

qarşı qətiyyətli və birlikdə mübarizə aparmalıyıq. Biz dərindən inanırıq ki, XXI yüz ilə qədəm 

qoymuş xalqların xoşbəxt yaşamaları naminə, ədalət naminə, yüksək insani dəyərlərin 

təntənəsi naminə dünya dövlətləri, parlamentləri, beynəlxalq təşkilatlar ədalətin bərpasını 

dəstəkləyəcəklər. Qarabağ probleminin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarı olmaqla, biz 

bir daha inandığımızı bildiririk ki, dünya dövlətlərinin, parlamentlərinin, beynəlxalq təşkilatların 

birgə səyləri nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunacaq və 



qaçqınlar və məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaqlar. 

İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu 

Azərbaycan Milli Elmlər Akademiyası 

 

Yüklə 43,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə