Xocavənd Xocavənd – Azərbaycanda rayon. İnzibati mərkəzi – Xocavənd 2 Oktyabr 1992-ci IL tarixdən etibarən ermənistan respublikasının işğalı altındadır. Tarixi



Yüklə 67,15 Kb.
Pdf görüntüsü
tarix03.08.2018
ölçüsü67,15 Kb.
#60616


Xocavənd

Xocavənd – Azərbaycanda rayon. İnzibati mərkəzi – Xocavənd 2 Oktyabr 1992-ci il 

tarixdən etibarən ermənistan respublikasının işğalı altındadır. 

Tarixi

Azərbaycan  Respublikasının   26  noyabr  1991-ci  il  tarixli,  279-XII  nömrəli   Qanununa 

əsasən DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu 

yaradılmışdır. Rayonun ümumi sahəsi 1458 km², əhalisi 41.725 (o cümlədən azərbaycanlılar – 

10.648) nəfərdir. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar 

və Hadrut), 81 kənd var. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu 

Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir. 

1988-ci ilin fevralından başlayan Qarabağ müharibəsində Xocavənd rayonu 145 şəhid (onların 

13 nəfəri qadın, 13 nəfəri uşaqdır) vermişdir. 2 oktyabr 1992-ci il tarixdə Xocavənd rayonu 

Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Xocavənd rayonunun kəndlərinin 

işğal tarixləri: 

Kənd adı

        İşğal tarixi

Tuğ             30.10.1991-ci il

Salakətin

  30.10.1991-ci il

Xocavənd   19.11.1991-ci il

Axullu


  09.01.1992-ci il

Qaradağlı

  17.02.1992-ci il

Muğanlı


  02.10.1992-ci il

Əmiralılar   02.10.1992-ci il

Kuropatkino  02.10.1992-ci il

Günəşli


  23.07.1993-cü il

Xətai             20.08.1993-cü il



Coğrafi mövqeyi

Ərazisi alçaq dağlıq və şərqdə maili duzənlikdən ibarət olan Xocavənd rayonunun ümumi 

sahəsi 145647 hektardır. Əsasən, Yura, Tabaşir, Antropogen cokuntulərindən ibarətdir.

Mərmər   yatağı   var.İqlimi   cox   yerdə   yayı   quraq   kecən   mulayim   istidir.   Orta   temperatur 

yanvarda   -2°C-dən   -l°C-   yədək,   iyulda   24-26°C-dir.   llik   yağıntı   400-500   mm-dir.   Cayları 

(Kondələncay, Qozlucay, Qurucay və s.) Araz hovzəsinə aiddir. Şabalıdı və qəhvəyi dağ-meşə 

torpaqları yayılmışdır. Bitki ortuyundə yarımsəhra və quru col bitkiləri ustundur. Kolluqlar və 

enliyarpaqlı   meşələr   var.   Meşələrdə   tulku,   caqqal,   dov   an,   colsicanı   və   s.   kimi   heyvanlar, 

kəklik, goyərcin və s. quşlar yaşayır.

Rayon Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdədir.

Relyefi əsasən dağlıqdir. Hündürlüyü təqribən 500 metrdən 2725 metrə (Böyük Kirs dağı) 

qədərdir.




Qəsəbələr / Kəndlər

Rayon 1 şəhər, 2 şəhər tipli qəsəbə və 81 kənddən ibarətdir: Qaradağlı, Xocavənd, Əmiranlar, 

Muğanlı, Kuropatkino, Haxulu, Salakətin, Günəşli, Xətai, məşhur Tuğ kəndi və s.

Tarixi abidələr

Qədim   yaşayış   məskənlərindən   sayılan   Xocavəndin   ərazisi   təbii   sərvətlərlə   –   tikinti 

materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. Ekologiya 

və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Xocavənd rayonunun Qırmızıbazar 

qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və 1 ədəd 2000 il yaşlı Şərq 

çinarları qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində "Qırmızı kitab"a 

düşən, üçüncü dövrün relikt növü olan, orta diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik 

azat ağacları da mühafizə edilirdi. Rayonun Tuğ kəndinin 5 km-də V əsrə aid "Alban" kilsəsi", 

Tuğ   kəndi   ərazisində   XII-XVII   əsrlərə   aid   "Alban"   kilsələri,   I-V   əsrlərə   aid   "Alban" 

qəbiristanlıqları,   Salaketin   kəndi   ərazisində   yerləşən   "Dəmrov"   ocağı,   "Dağdağan"   ocağı, 

Xocavənd kəndi ərazisində yerləşən "Cicim" ocağı, Qaradağlı kəndi ərazisində qədim "Alban" 

qəbiristanlığı, Bəhrəmli kəndi ərazisində yerləşən "Bəhmənli" piri, Muğanlı kəndində yerləşən 

"Seyid   Rza"   kumbəzi,   Qaradağlı   kəndi   ərazisində   "Yel"   piri   erməni   işğalcıları   tərəfindən 

vəhşicəsinə dağıdılmışdır.

Azərbaycanı   qədim   yaşayış   məskəni   kimi   dünyada   tanıdan   abidələrdən   biri,   dəniz 

səviyyəsindən   900   metr   hündürlükdə   yerləşən,   uzunluğu   190   metr,   əhəng   daşları 

oksfordkimeric   dövrünə   aid   olan   Azıx   mağarası   Xocavəndin   Füzuli   rayonuna   yaxın,   Azıx 

kəndinin 1 kilometr cənubi-şərqində yerləşir. Həmin rayonun Mets-Tağlar kəndindən cənubda, 

dəniz   səviyyəsindən   850   m   hündürlükdə   yerləşən,   uzunluğu   22   metr,   əhəng   daşları 

oksfordkimeric   dövrünə   aid   olan   Tağlar   mağarası   da   tarixi   abidə   kimi   xüsusi   əhəmiyyətə 

malikdir.   Xocavənd   ərazisində   istifadəyə   yararlı   yeraltı   su   ehtiyatlarını   qiymətləndirmək 

məqsədilə bir vaxtlar kompleks hidrogeoloji tədqiqatlar aparılıb. Nəticədə 9 perspektiv sahə 

seçilib   və   həmin   sahələr   üzrə   IV   dövr,   Təbaşir   və   Yura   sulu   komplekslərinin   83   min 

kubmetr/gün həcmində yeraltı su ehtiyatları aşkarlanıb. Bundan başqa bulaq axımı moduluna 

əsasən   7,34   min   kubmetr/gün   həcmdə   yeraltı   su   ehtiyatları   hesablanıb.   Beləliklə,   rayonun 

ərazisində istifadəyə yararlı yeraltı sular 90,34 min kubmetr/gün təşkil edir.

İşğal   altında   olan   Xocavəndin   ərazisi   bütövlükdə   ekoloji   terrora   məruz   qalıb.   Azıx 

mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 

25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınıb, Xonaşen çayının kənarlarında 

bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən 

yolun   sağ   və   sol   tərəflərində   avtomobil   yollarının   mühafizəsi   məqsədilə   əkilən   ağaclar   da 

kəsilib.


   

İqtisadi xarakteristikası

Xocavənd rayonu əsasən kənd təsərrüfatı rayonudur. Üzümü və yaşıl mərməri ilə məşhur 

olan rayonda əsas təsərrüfat sahələri heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq 

və tərəvəzçilikdir. Rayonda arpa, buğda, qarğıdalı, soğan, kartof, yem çuğunduru və bostan-

tərəvəz bitkiləri yetişdirilir. Rayon ərazisində Bağırxan, Qırmızı Bazar, Mədə Bulağı, Baba 

Bulağı, Ballı Bulaq və s. onlarla istirahət zonaları var.




Görkəmli şəxslər

Hacıyeva Əcəb Məhərrəm qızı – Sosialist Əməyi Qəhrəmanı, Əmək veteranı.

Cahangirov Zülfiqar Məhəmməd oğlu – iqtisad elmləri doktoru, professor.

Həsənov Əli Pənah oğlu – iqtisad elmləri doktoru, professor.

Cavad Bəy oğlu Məlik – Yeqanov – Azərbaycan Demokratik Cümhuriyyətinin (1918-1920-ci 

illər) parlamentinin üzvü, Lənkəran Qəzasının general – qubernatoru olmuşdur.

Xudadat   Bəy   Məlik   –   Aslanov   –   Azərbaycan   Demokratik   Cümhuriyyətinin   Dəmir   Yolları 

naziri, texnika elmləri doktoru, professor.

Mir Mehdi Xəzani – məşhur "Qarabağnamə"lərdən birinin müəllifi, tarixçi, şair.

Hüseynov İbad Mahmud oğlu – Azərbaycan Bayrağı ordenli, müharibə veteranı.

Kazımova Roza Mənsur qızı – III dərəcəli Əmək Şöhrəti ordenli, əmək veteranı.

Hüseynov Fehruz Mahmud oğlu – Qırmızı Əmək Bayrağı ordenli.



Yüklə 67,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə