Xülasə Bu məqalədə dini kult və kult qrupunun yaranma səbəbləri haqqında klassik və müasir



Yüklə 88,65 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü88,65 Kb.
#7916
növüXülasə


TURA N-SA M  *  YIL:  2011 * CĠL T: 3  *  SAYI : 11  *  YA Z  2011  

TURAN STRATEJĠK ARAġTIRMALAR MERKEZĠ DERGĠSĠ  

ww w.turansam.org  

 

Konya/TÜRKĠYE 



TURAN-SAM 

 

 



69 

 

(13) 

DĠNĠ KULTUN (PƏRƏSTĠġĠN) SOĠOLOJĠ MAHĠYYƏTĠ VƏ KULT 

QRUPUNUN YARANMA SƏBƏBLƏRĠ 

(Klassik və müasir sosioloji modellər) 

Mustafa TUNCER* 

 

 

               Xülasə 

Bu məqalədə dini kult və kult qrupunun yaranma səbəbləri haqqında klassik və müasir 

sosioloji  modellər  araĢdırılır.  Mövzu  ilə  bağlı  tarixi  və  nəzəri  məsələlər  mədəniyyət,  sosial 

fəaliyyət,  sosial  struktur,  funksional  inteqrasiya,  hakimiyyət    və  münaqiĢə  kimi  sosioloji 

konseptlərdən təĢkil olunmuĢ konsepsiyanın iĢiğında təhlil olunur. Sosioloji analiz əsasən dini 

kultu və kult qrupunu geniĢ əhali kütləsinin sosial səfərbərliyini, sosial təĢkilatlanmasını təmin 

edən,  onlara  həyatın  mənasını  anladan  və  hiss  etdirən  bir  vasitə  və  mənbənin  üzərində 

cəmləĢdirilir.  

Anahtar Kelimeler: Türbə ziyarəti, müqəddəslərin pərəstiĢi, 

 

            ABSTRACT

137

 

This  article  deals  with  classical  and  contemporary  sosiological  models  regarding 

religious cult and cult group formation. The questions, both historical and theoretical, related 

to  the  issues  are  examined  within  the  conceptual  frame  built  in  sociological  concepts  of 

culture,  social  action,  social  structure,  functional  integration,  power  and  conflict.  The 

sociological  analysis  focuses  on  the  religious  cult  and  cult  groups  as  sources  of  social 

organization and social mobility of the mass, the  social rather than individual psychological 

factors in understaning and feeling the meaning of life and social identity. 

      

 

1. Dini kultun sosioloji mahiyyəti. Klassik modellər 

 

Sosioloji  təhlilin  obyekti  kimi  din,  o  cümlədən  türbə  ziyarəti  və  müqəddəslərin 



pərəstiĢi  yaxud  kultu,  aĢağıdakı  fundamental  sosioloji  konseptlərin  ıĢığında  tədqiq  edilir: 

mədəniyyət,  sosial  fəaliyyət,  sosial  struktur,  fuksional  inteqrasiya,  hakimiyyət  və  münaqiĢə. 

Ən qədim zamanlardan cəmiyyət dini bu və ya digər formada yaratmaqla insanın mənəvi və 

intellektual ehtiyaclarını ödəməyi qarĢısına məqsəd qoymuĢdur. Lakin dini inamlar, inanclar 

və  təcrübələr,  həmçinin  dini  praktika  cəmiyyətdən-  cəmiyyətə,  mədəniyyətdən-mədəniyyətə 

fərqlənir.  Əslində  bütün  dinlər  müəyyən  simvollar  siteminə  malikdir  və  bu  simvollar 

cəmiyyətin  dindar  təbəqələrində  və  icma  üzvlərində  dinı  aləmə,  müqəddəs  obyektlərə  və 

Ģəxslərə qarĢı dərin hörmrət və ehtiram hissləri oyadır. Dini mərasim və ayinlər həmin hissləri 

bilavasitə  təcəssüm  etdirən  praktiki  fəaliyyət  formasıdır.  Bu  baxımdan  təsadüfi  deyil  ki, 

müasir  din  sosiologiyasına  ən  çox  təsir  göstərən  Marks,  Veber  və  Dürheym  dini  təĢkilatın 

kilsə (Məscid, məbəd, türbə və s.), təriqət, kult və məzhəb kimi 4 tipini xusüsi vurğulayırdılar. 

Müasir  dövrümüzdə  sosial  həyatın  müxtəlif  aspektlərinə  ciddi  təsir  göstərən  dini  hərəkatlar 

dinin inkiĢafında əhəmiyytli rol oynayır. Lakin tarixi perspektiv baxımından dünyəviləĢmə və 

rasionallaĢma  prossesi  dinin  müasir  cəmiyyətdəki  rolunu  nisbətən  azaltsa  da,  din  sosial  və 

fərdi həyatın ayrılmaz tərkib hissəsi kimi daim yaĢayır. Biz dinin sosioloji təhlilində aĢağıdakı 

amillərə  xüsüsi  önəm  veririk:  birincisi,  din  mədəniyyətin  spesifik  formasıdır.  Ġkincisi,  dini 

inamlar  praktiki  ayin  və  mərasimlər  Ģəklində  təzahür  edir.  Üçüncüsü,  din  həyatın  mənasını 

anlamağa və onu hiss etməyə yaxından kömək edir. Ġndi həmin amilləri nəzərə alaraq, dinə 

                                                 

*Azerbaycan BDU Dissertantı, 

137


 The sociological essence of religious cult and the causes of cult group formation  

 



TURA N-SA M  *  YIL:  2011 * CĠL T: 3  *  SAYI : 11  *  YA Z  2011  

TURAN STRATEJĠK ARAġTIRMALAR MERKEZĠ DERGĠSĠ  

ww w.turansam.org  

 

Konya/TÜRKĠYE 



TURAN-SAM 

 

 



70 

sosialoji baxımdan belə bir tərif veririk: din ruhani, müqəddəs, ən kamil və fövqəltəbii reallıq 

idayasını  yaratmaqla  həyatın  məqsəd  və  mənasını  anlamağa  və  onu  hiss  etməyə  yardım 

göstərən ümümi inam, inanc, ayin və mərasimlərin mədəni sistemidir. Güman edirik ki,  bir 

sıra  müsbət  məziyyətləri  ilə  yanaĢı  bu  tərif  dinin  həm  sadə  (animizm,  totemizm),  həm  də 

mürəkkəb formalarını (monoteist dinləri) əhatə edə bilər.  

Sosiologiyanı  dini  inamın  yaxud  dini  görüĢlərin  doğru  yaxud  yalan  olmağı 

maraqlandırmır.  Sosioloji  təhlilin  məqsədi  dinin  sosial  təĢkilatlanması,  onun  sosial 

həmrəyliyin əsas mənbələrindən biri kimi, nəhayyət dini dəyərləri Ģəxsi, ruhi yaxud psixoloji 

amillərdən  ziyadə  sosial amillər  əsasında  öyrənməkdən  ibarətdir.  Bu baximdan  biz  sosioloji 

təhlili  dini  inam,  ayin  və  mərasimlər,  həmçinin  tədqiqatımızın  bilavasitə  obyekti  olan  türbə 

ziyarəti və müqəddəslərə pərəstiĢin  müxtəlif aspektləri üzərində cəmləĢdirirk. 

Burda, hər Ģeydən öncə, din və dini kultla bağlı klassik sosiologiyanın ən vacib və bu 

günümüz üçün önəmli konsepsiya və ideyalarını ən qisa Ģəkildə nəzərdən keçırmək zəruridir. 

19  əsrin  nəhəng  sosioloqlarından  biri  –  Karl  Marks  dini  insanın  özgələĢməsi  kontekstində 

tədqiq  etmiĢdir.  Bu  faktı  nəzərə  almayan  bəzi  tədqiqatçılar  Marksın  ideyalarını  səhv  Ģərh 

etmiĢlər. Öncə onu qeyd edək ki, Marksın ideyaları heç də 19 əsr kapitalizminə etik və yaxud 

ideoloji reaksiya deyildi: hər halda, nəzəri baxımdan Marks “elmin xətrinə elm”-ə yox, daha 

cox  “tətbiqi-praktiki  elmə”  cəhd  etmiĢdir.  Bu  baxımdan  onun  sosioloji  və  iqtisadi 

nəzəriyyələri neytral olub ümümbəĢəri inkiĢafa xidmət göstərməyə yönəlmiĢdi. Marks güman 

edirdi  ki,  onun  nəzəriyyəsi  inqilabı  cevriliĢın  köməyilə  kapitalizmi  bəĢəriyyətin  xeyrinə 

sosializm sisteminə çevirə bılər. Ġnsanların ağılla idarə olunmasına inam Marksın arqumentləri 

içərisində ən problematik arqumentdir. Bu arqumentdən Marks ikinci səhv nəticə cixardaraq, 

dinin həqiqəti pərdələdiyini və ardıcıllarını çaĢdırdığını iddia edirdi. Lakin diqqəti daha çox 

baĢqa bir arqument çəkir: Marksa qörə din yox, social özgələĢmə social bərabərsizliyin özəlini 

təĢkil edir. Bu özgələĢmənin antitezisi azadlıqdır. Azadlıq fərdlərə həqiqəti qəbul yaxud inkar 

etməkdən  ötrü  verilmiĢ  seçim  imkanıdır.  Bu  baxımdan  dinə  qadağan  qoyulmur.  Marks 

dövrünün iqtisadi vəziyyəti olduqca despotik və istismarçı idi. Avropada sənayeləĢmə prosesi 

“izafi  dəyər”-in  artımı  ilə  müĢahidə  olunurdu  və  Marksın  bu  prosesə  reaksiyası  neqativ  idi. 

Çünki nəticədə varlı kapitalistlər daha da varlanır, kasıb təbəqə daha da kasıblaĢırdı (bu cür 

təbəqələĢmə  və  istismar,  Marksa  görə,  izafi  dəyərin  nəticəsidir).  Fəhlə  sinfi  nəinki  istismar 

olunurdu,  onlar  hətta istehsal etdikləri  məhsullardan ayrı  düĢür  və  beleliklə  istehsal  etdikləri 

məhsulları  və  gördüyü  iĢləri  yalnız  cüzi  məvacibə  satırdı.  Sadə  Ģəkildə  desək,  fəhlələr  öz 

əməyinin  obyekti  ilə  əlaqədən  məhrum  olur  və  özləri  obyektə  çevrilir.  ĠĢçi  əmtəə-Ģey 

səviyyəsinə endirilir.  Bunu Marks kapitalizmin “obyektivləĢmə” yaxud təcəssüm qanunu və 

onun törətdiyi nəticələri isə özgələĢmə adlandırırdı. Adi fəhlə yaxud iĢçi əmək alətindən baĢqa 

bir Ģey deyildi və istənilən vaxt istənilən baĢqa bir alətlə əvəz oluna bilərdi. Burda din köməyə 

gəlir  və  “xalqın  tiryəki”  kimi  cəmiyyətdə  həqiqi  rolunu  oynayır.  Deməli  Marks  dinin 

cəmiyyətdə  funksiyasını  heçə  endirmir,  sadəcə  həmin  funksiyanın  təĢkili  prinsipləri  və 

əsaslarını  rədd  edirdi.  Fikrimizcə,  Marksa  görə  din  özgələĢmə  Ģəraitinə  mənəvi-ruhani  bir 

reaksiyadır.  Bu  mənəvi  ehtiyacı  ödəməklə  yanaĢı  din,  Marksa  görə,  despotik  kapitalizmin 

inkiĢafına  xidmət  edən  ideoloji  və  mədəni  sistemləri  müdafiə  edirdi.  Bu  mənada  din  güclü 

konservativ qüvvə kimi bir sosial sinfin digər sosial sinif üzərində dominantlığını təmin edir, 

aĢağı  sinfə  mənsub  olunları  istismar  altiında  saxlayan  sosial  sistemə  xidmət  göstərirdi.  Ona 

görə də xalqın həqiqi xoĢbəxtliyi xalqın illüzur xoĢbəxtliyi olan dini ləğv etməyi tələb edir: 

dinin tənqidi yalnız konkret sosial kontekstdə əsil qiymətini tapmalıdır

138



Avropa  pozitiv  elm  ənənələrini  davam  etdirən  Emil  Dürheym  özünün  cəmiyyətə 



baxıĢlarını qərəzsiz və elmi adlandırırdı. Onu daha çox mürəkkəb modern cəmiyyətlərdə dinin 

oynadığı  rol  maraqlandırırdı.  Sosioloqun  fikrincə  din  sosial  bütövlüyün  və  həmrəyliyin 

ifadəsidir. O, ümümiyyətlə cəmiyyətin dini həyatını təĢkil edən əsas formaları anlamağa cəhd 

etmiĢdir.  

                                                 

138


 Oakes L. Prophetic Charisma: The Psychology of Revolutionary Religious Personalities. New York, Syracuse 

University Press 1997, pp. 146-154. 




TURA N-SA M  *  YIL:  2011 * CĠL T: 3  *  SAYI : 11  *  YA Z  2011  

TURAN STRATEJĠK ARAġTIRMALAR MERKEZĠ DERGĠSĠ  

ww w.turansam.org  

 

Konya/TÜRKĠYE 



TURAN-SAM 

 

 



71 

Onun əsas arqumentlərindən biri- aborigenlərin sitayiĢ etdikləri totem-ilahların onların 

yaĢadığı  cəmiyyətin  özü  haqqında  konsepsiyalarının  həqiqi  ifadəsidir.  Din  nəsə  “xəyali” 

yaxud “uydurulmuĢ” deyil, din real bir hadisədir, cəmiyyətin özünün ifadəsidir. Odur ki, hər 

hansı  bir  cəmiyyət  dinsiz  keçinə  bilməz.  Cəmiyyəti  təĢkil  edən  fərdlər  özlərinin  fövqündə 

duran  bir  qüvvənin  varlıgını  qavrayır  və  həmin  qüvvənin  özlərinin  sosial  həyatı  olmağını 

anlayır  və  onu  fövqəltəbii  simvol  kimi  qəbul  edir.  Fərdlərin  dini  öz-ifadəsi  qruplarda  ifadə 

olunur və bu, onların rəmzi hakimiyyətini daha da artırır. Din fərdi Ģüurların məcmuusundan 

ibarət kollektiv Ģüurun ifadəsidir və kollektiv Ģüurun öz reallığı vardır.  

Buradan  belə  bir  nəticə  çıxarda  bilərik  ki,  nisbətən  mürəkkəb  cəmiyyətlərdə  dini 

sistem zəif, daha mürəkkəb cəmiyyətlərdə daha mürrəkəb və güclü dini sistem mövcud olur. 

Digər  tərəfdən,  cəmiyyətlər  arasında  əlaqələr  geniĢləndikcə  dini  sistemlərdə  universalizmə 

doğru  meyylər  də  xususi  vurğulanır.  Lakin  əmək  bölgüsü  fərdin  daha  önəmli  olmağını  üzə 

çıxardır və buna müvafiq olaraq dini sistemlərdə fərdin  nicatı və vicdanına diqqət artır. Din 

müqəddəs Ģeylərlə bağlı və bütün tərəfdarlarını bütöv bir əxlaqı icmada birləĢdirən etiqad və 

praktikanın bütöv bir sistemidir

139

. Dürheymin bu tərifi dinin funksional tərifidir, yəni dinin 



cəmiyyətdə əsasən birləĢdirici funksiyasını vurqulayır. Bu tərifin bir-necə zəif tərəfləri vardır: 

birincisi,  nəyin  dəqiq  olaraq  müqəddəs  olması  göstərilmir;  ikincisi,  din  yalnız  birləĢdirmir, 

həm də qarĢıdurma, münaqiĢə və ixtilaflar yaratmaqla insanları ayırır; üçüncüsü, dinin dövlətə 

münasibəti  (sivil  din)  cox  zəif  ifadə  olunmuĢdur.  Marks  və  Dürheymdən  fərqli,  Veber  dini 

fəallığın  və  passivliyin  nəticələrini  vurğulayır  və  dini  onun  öz  mahiyyətinə  müncər  etmirdi, 

əksinə  dini  ideyalar  və  qrupların  sosial  həyatın  digər  aspektləri  ilə,  xusüsən  iqtisadiyyatla 

qarĢılıqlı  təsirlərini  vacib  sayırdı.  O,  daha  çox  dinin  fərdlər  üçün  subyektiv  mənalarını 

açıqlamağa cəhd edirdi. Bir sosioloq kimi Veber insan fəaliyyətinin məqsəd və məzmununu 

xüsusi interpretasiya metodu ilə izah edir və bu metodu alman termini “Verstehen” ilə ifadə 

edirdi.  Veber  pozitivist  deyildi,  baĢqa  sözlə  o,  sosioloji  faktların  səbəb-nəticə  əlaqələri 

prinsipinə  görə  izahına  inanmırdı.  Dini  fəaliyyət  yalnız  dinin  öz  dilində  və  terminlərində 

açıqlanmalıdır. Hərçənd ki, dindən çıxıĢ edən fərd və grupların davranıĢına çoxlu amillər təsir 

göstərir,  sosiolog  həmin  amilləri  sərf-nəzər  etməyi  bacarmalı  və  son  nəticədə  dini 

intensiyalara  yönəlmiĢ  sosial  davranıĢı  dinin  öz  əsasları  üzərində  anlamalı  və 

giymətləndirməlidir.  Bu  mənada  din  insanların  dünya  haqqda  imic  və  təsəvvürlərinin 

formalaĢmasına əhəmiyyətli təsir göstərir və bu təsir fərdlərin maraq və fəaliyyət seçimlərini 

müəyyən etməkdə önəmli rol oynayır. Ona görə də din daha çox insanların Allahın varlığı və 

axirətdə  mənəvi  qurtuluĢla  bağlı  ehtiyaclarını  odəməkdən  ötrüdür  və  bəĢəriyyəti  həmiĢə 

düĢündürən  və  narahat  edən  fəlsəfi  problemi  cavablandırmaq  cəhdidir:  Allahın  qeyri-adi 

qüdrəti və xeyirxahlığı onun özünün yaratdığı və idarə etdiyi qeyri-kamil və pisliklərlə “dolu” 

dünya  ilə  necə  barıĢa  bilər?  Ġnsanlar  dünyada  mövcud  ədalətsizlik,  maddi  sərvətlərin 

ləyaqətsiz  Ģəxslərin  əlində  nə  üçün  toplandığını,  “qızıldan  qiymətli  baĢı  olanların”  nə  üçün 

rəzalət və səfalət içində yaĢamalarını səbəbini bilmək istəyir. Veber sosiologiyası bu təlabatı 

qismən  ödəməyə  yönəlmiĢdir.  Din  bu  məqamda  insanlara  nicat,  qurtuluĢ  və  əziyyətdən 

nisbətən qurtulmaq üçün təkliflər verir. Mənəvi qurtuluĢa gostərilən marağ və cəhdlər, maddi 

sərvətin toplanmasina edilən cəhdlər kimi, insanın davranıĢ və fəaliyyət motivlərinin ayrılmaz 

hissəsinə çevrilir. Dinin motivləĢdirici funksiyasını əsas götürərək, Veber “Protestant etikası 

və  müasir  kapitalizmin  ruhu”  adlı  əsərində  dinin  Gərb  dünyasında  modern  kapitalizmin 

meydana  gəlməsində  oynadığı  rolu  möhkəm  dəstəkliyirdi.  Xusəsən  ingilis  puritan 

ılahiyyətçilərin  alın  yazısına  verdikləri  etik  Ģərhi  Veber  qiymətli  hesab  edirdi:  Kalvinist 

anlayıĢına görə insanların heç də hamısı qurtula bilməz. Bunu əsas çıxıĢ nöqtəsi kimi qəbul 

edərək,  puritan  teoloqlar  güman  edirdi  ki,  müəyyən  qrup  yaxud  seçmə  fərdlər  cəhənnəm 

əzablarından  qurtula  bilər.  Bu  qurtuluĢ  heç  də  indiki  həyatımızdakı  fəaliyyətimizdən  deyil, 

Allahın iradəsi ilə yazılmıĢ və öncə müəyyən yaxud təyin edilmiĢ əməllərdən asılıdır. Rəsmi 

doktrinaya  görə  hec  bir  Ģəxs  həmin  seçilmıĢ  fərdlər  arasında  olub-olmadığını  heç  vaxt  bilə 

                                                 

139

 Aron M. Main currents in sociological thoughts, vol. 1-2, London, Penguin Books 1967, vol.1, Pp. ; Ritzer G. 



Sociological Theory. New York, McGraw-Hill Companies, 1996.   


TURA N-SA M  *  YIL:  2011 * CĠL T: 3  *  SAYI : 11  *  YA Z  2011  

TURAN STRATEJĠK ARAġTIRMALAR MERKEZĠ DERGĠSĠ  

ww w.turansam.org  

 

Konya/TÜRKĠYE 



TURAN-SAM 

 

 



72 

bilməz.  Bu  ciddi  psixoloji  gərginlik  yaradırdı,  belə  ki,  insanlar  əbədi  cəhənnəm  əzablarına 

düçar  ola  yaxud  gurtula  biləcəyindən  çox  narahat  idilər.  Bu  məqamda  puritan  liderləri  dini 

icma  üzvlərini  inandırmağa  cəhd  göstərirdi:  biznes  fəaliyyətində  maliyyə  uğurlarının 

qazanılması, qeyri-rəsmi olsa da, Allahın təqdirinin rəmzi və qürtulmuĢlar arasında olmağın 

təminatıdır.  Əsas  Ģərt  kimi  əməyin  bəhrəsindən  düzgün  istifadə  edilməsi  vacibdir.  Bu  cür 

əxlaqi norma tezliklə rasional təsərrüfatçılığın, yaĢayıĢ üçün zəruri xərclərdən savayı iqtisadi 

və  maliyyə  qənaətçillıyinin  əsas  prinsipinə  çevrilir.  Veber  bunu  “kapitalizmin  ruhu” 

adlandırırdı. O, həmçinin qeyd edir ki, zaman keçdikcə kapitalizm öz dini əhəmiyyətini itirir, 

rasional  gəlir  və  mənfəət  kapitalizmin  yeganə  məqsədinə  çevrilir

140

  (152/1,  218-237;  178, 



146-154).  Protestant  etikası  tezisi  coxsaylı  tənqidlərə  məruz  qalmasına  baxmayaraq,  din 

sosioloqiyasında həmin tezis bu gün də nəzəri debatların mənbəyi kimi əhəmiyyətlidir.  



 

2. Kult qrupunun yaranma səbəbləri. Müasir soioloji modellər 

Fikrimizcə,  Marks,  Dürheym  və  Veberin  din  sosiologiyası  dini  qrup  və  üzvlərin 

davranıĢ  motivlərini  geniĢ  Ģərh  etsə  də,  lakin  dini  grupun  özünün,  kultun  formalaĢma 

mexanizmini  açmaq  üçün  kifayyət  deyil.  Bu  məsələ  öz  nisbi  həllini  müasir  din 

sosiologiyasında  tapır.  Bu  səbəbdən  də  diqqətimizi  müasir  soioloji  modellər  üzərində 

cəmləĢdiririk.  Müasir  sosioloqlar  Rodni  Stark  və  Vilyam  Sims  Baynbric  dinləri 

“kompensatorlar”  yaxud  mükafatlar  sistemi  hesab  edir

141


.  Kompensatorlar  böyük  miqdarda 

müəyyən  edilmiĢ  normalar,  qaydalar,  həmçinin  onların  ifadə  vasitələri  olan  dil  və  adət-

ənənələrin  yardımı  ilə  hər  hansı  fiziki  çatıĢmazlığı  və  yaxud  həyata  keçməmiĢ  məqsədləri, 

digər  umidsizlikləri  əvəzliyir.  Bu  baxımdan  bütün  kompensatorlar  spesifik  və  umimi 

məqsədlərlə  əlaqələndirilir.  Hətta  sosial  və  siyasi  hərəkatlar  məqsədlərinə  çatmaq  iĢində 

uğursuzluqlara  düçar  olanda  onların  dini  hərakatlara  çevrilmə  ehtimalı  böyükdür:  təbii 

vasitələrlə məqsədlərə çatmaq  mümkünsüz olduqda hərakatın üzvləri vasitə kimi fövqəltəbii 

vasitələrə  əl  atır.  Bu  baxımdan  yeni  dini  inamlar  itirilmiĢ  original  məqsədləri  əvəzləyən 

vasitələrə  çevrilir.  Buna  çoxlu  misallar  göstərmək  olar.  Məsələn,  müxtəlif  mədəniyyətlərdə 

əksər  kontur-mədəniyyətlər  kompensator  rolunu  oynayır:  müasir  Ġslam  mədəniyyətində 

kriĢnaçılıq, qismən bəhaizm, vahabizm, xristian gərb mədəniyyətində ġərqə və digər dinlərə 

müraciətlər tipik örnəklərdir. Əksər dinlər kult yaxud təriqətlər (sektalar) kimi baĢlayır, yəni 

dini qruplar sosial mühitlə yaxud əhatəsində olduğu cəmiyyətlə münaqiĢə və yaxud gərginlik 

vəziyyətini yaĢayır. Kultlar yeni teologiyaya malik gruplardan ibarətdirsə, təriqətlər əsas dinin 

özünün ilkin təmizliyinə qaytarmaq üçün göstərilən cəhddir. Əsas dini qruplar dini məzhəblər 

və  dini  təriqətlər  adlanır.  Kultun  formalaĢması  nəzəriyyəsi  eyni  ilə  təriqətin-sektanın 

formalaĢmasına Ģamil edilə bilər. Bunula əlaqədar  müasir din sosiologiyasında 4 model irəli 

sürülür


142

. Psixopatoloji model  dinin yaranmağını onun banisinin həyatında baĢ vermiĢ dərin 

stresslərlə  bağlayır.  Dini  lider  psixoloji  problemlərdən  əziyyət  çəkir  və  dini  həmin 

problemlərin  həllinə  cavab  kimi  yaradır.  Dinin  inkiĢafı  öz-terapiya  yaxud  özünümüalicə 

vasitəsi kimi qavaranılır. Antrprener yaxud iĢgüzar model dinin banilərini iĢgüzar adamlarla 

eyniləĢdirir:  hər  ikisi  “məhsullarını”  (dinləri)  müĢtərilərinə  (yaxud  dinini  dəyiĢdirənlərə) 

satmağa çalıĢır. Adətən yeni dinlərin yaradıcıları, bu modelə görə, yeni dindən öncə bir sıra 

dini  qruplara  məxsus  olur,  orada  yetərincə  təcrübə  toplayandan  sonra  yeni  dini  yaratmağa 

baĢlayır.  Bu  zaman  əvvəl  mövcud  olmuĢ  dinlərdən  idaya  və  konseptləri  mənimsəyir,  sonra 

                                                 

140

Aron  M.  Main  currents  in  sociological  thoughts,  vol.  1-2,  London,  Penguin  Books  1967,  vol.1,  Pp.  218-237; 



Oakes  L.  Prophetic  Charisma:  The  Psychology  of  Revolutionary  Religious  Personalities.  New  York,  Syracuse 

University Press 1997, pp. 146-154.  

141 Stark R. and Bainbridge W. S. Of Churches, Sects, and Cults: Preliminary Concepts for a Theory of Religious 

Movements Journal for the Scientific Study of Religion 18, no 2: 117-33 (1979);  Bader Chris and A. Demaris. A 

test of the Stark-Bainbridge theory of affiliation with religious cults and sects. Journal for the Scientific Study of 

Religion, 35, 285-303. (1996). 

142

William Sims Bainbridge and Stark R. Cult formation:Three compatible models. Sociological analysis 1979,40, 



4:283-295;  Daha ətraflı bax: Barker E. New Religious Movements: A Practical Introduction. London, 1989;  

 



TURA N-SA M  *  YIL:  2011 * CĠL T: 3  *  SAYI : 11  *  YA Z  2011  

TURAN STRATEJĠK ARAġTIRMALAR MERKEZĠ DERGĠSĠ  

ww w.turansam.org  

 

Konya/TÜRKĠYE 



TURAN-SAM 

 

 



73 

həmin ideyalardan yeni dinin formalaĢmağında istifadə edir, ideyaları daha populyar Ģəkildə 

təbliğ edir. Bunun əksi kimi sosial model dinin əsasını qoyanı deyil, keçmiĢdə movcud olmuĢ 

dini qrupların rolunu xüsusi vurğulayır. Bu model dinin yaranmağını daxili partlayıĢın nəticəsi 

kimi izah edir. Dini qrupun üzvləri qrupdan kənar adamlarla əlaqələri çox zəif, öz aralarında, 

əksinə,  daha  intensiv  təmasda  olurlar.  Deməli  qrup  üzvləri  arasında  affektiv  və  emosional 

əlaqələr artdığı halda onların grupdan xaric üzvlərlə münasibətləri getdikcə zəifləyir. Beləliklə 

qrup  daxilində  sosial  partlayıĢ  baĢ  verərsə,  təbii,  qrup  həmin  vəziyyətdə  yeni  teologiya  və 

rituallar sistemi yaradcaqdır. Sosioloq Stark sonrakı tədqiqtında normal vəhy modelini buraya 

əlavə  edir:  bu  modelə  görə  dinin  banisi  adi  təbii  hadisələri  fövqəltəbii  hadisələr  kimi  Ģərh 

etməklə  yeni  dini  yaradır

143


  (180).  Fikrimizcə,  hər  bir  model  dinin  bu  və  ya  digər  aspektini 

açıqlayır,  lakin  dinə  və  kult  gruplarına  qoĢulmağın  səbəblərini  kompleks  Ģəkildə  əhatə  edə 

bilmir.  

Kult termininə verilmiĢ təriflərin müxtəlifliyindən və qeyri müəyyənliyəndən yuxarıda 

bəhs  etmiĢdik.  Bu  həmçinin  öz  təsirini  insanların  kulta  yaxud  hər  hansı  bir  qeyri-ortodoks 

qrupla birləĢməyin səbəblərinin izahında da təzahür etdirir. Bununla bağlı bir-birilə ziddiyyət 

təĢkil  edən  üç  müxtəlif  nəzəriyyəni  gözdən  keçirəcəyik.  Əksər  sosioloqlar  və  dinĢünaslar 

tərəfindən  dəstəklənən  məĢvərətçı-məsləhətçi  modelinə  görə  insanların  müəyyən  kult 

qrupunda birləĢməyin səbəbi onların qrup haqda fikir və düĢüncələridir. Psixo-dinamik model 

qrupun  üzvlər  üçün  faydalı  olmağını,  onların  biĢüur  ehtiyaclarının  nə  dərəcədə  ödəyə 

bildiyini, beyin-fikir islahatı modeli sistematik psixoloji manipulyasiya proqramına əsaslanan 

və  üzvlərin  ehtiyaclarını  ödəmək  deyil,  əksinə  onların  istismar  və  istifadə  edildiyini  xüsusi 

vurqalayır.  Qeyd  etmək  lazımdır  ki,  axırıncı  iki  model  metoduna  görə  yaxın  olub  tandem 

təĢkil edir

144

 (166).   



Tipik  səbəb  kimi  sosiolog  Qalanter  qrup  ümumiliyini  və  ruhi-mənəvi  axtarıĢı 

göstərir


145

. Diqər sosioloq Cefri Hadden səbəbləri aĢağıdakı kimi sistemləĢdirir: 

 

Qrup mənsubluğu təbii insan fəaliyyətinə aiddir 



 

Dinə  qruplarda  birləĢməyin  səbəbləri  adi  qrupda  birləĢməyin  səbəblərindən 



mahiyyətcə cox fərqlənmir 

 



Konversiya emosional təcrübə olaraq fərdin həyatını köklü Ģəkildə yenidən təĢkil 

edir və bu təcrübə intensivlik dərəcəsinə və göstərdiyi təsirin davamlılığına görə fərqlənir 

 

Konversiya dini qrupa qoĢulmağın yeganə səbəbi deyil 



 

Səbəblər kimi izahedici nəzəriyyələr də müxtəlifdir 



 

Diqər qruplara (dini olmayan qrupa) birləĢməyin motivləri nəzərə alınmalıdır 



 

Bütün nəzəriyyələrin ümumi cəhəti – prossesin təbiiliyini qəbul etməkdir 



 

Heç bir nəzəriyyə ayrılıqda prossesi tam izah edə bilməz



146

.  


Sosioloqlar Stark və Baynbric conversiya anlayıĢının faydalılığnı Ģübhə altına alır və 

əvəzində qrup üzvlüyü yaxud “qrupa daxil edilməsi” anlayıĢına üstünlük verir

147

.  


 

ƏDƏBĠYYAT 

 

1-



 

Oakes  L.  Prophetic  Charisma:  The  Psychology  of  Revolutionary 

Religious Personalities. New York, Syracuse University Press 1997 

2-

 



Aron  M.  Main  currents  in  sociological  thoughts,  vol.  1-2,  London, 

Penguin Books 1967, vol.1 

                                                 

143


 Stark R. and Bainbridge W. S. Of Churches, Sects, and Cults: Preliminary Concepts for a Theory of Religious 

Movements Journal for the Scientific Study of Religion 18, no 2: 117-33 (1979). 

144

 Hadden, J and Bromley, D. eds. The Handbook of Cults and Sects in America. Greenwich, CT: JAI Press, 1993. 



145

 Galanter, Marc M. (Editor). Cults and new religious movements: a report of the committee on psychiatry and 

religion of the American Psychatric Association. New York, 1989 

146


 Hadden, J and Bromley, D. eds. The Handbook of Cults and Sects in America. Greenwich, CT: JAI Press, 1993 

147


 Bader Chris and A. Demaris. A test of the Stark-Bainbridge theory of affiliation with religious cults and sects. 

Journal for the Scientific Study of Religion, 35, 285-303. (1996). 

 



TURA N-SA M  *  YIL:  2011 * CĠL T: 3  *  SAYI : 11  *  YA Z  2011  

TURAN STRATEJĠK ARAġTIRMALAR MERKEZĠ DERGĠSĠ  

ww w.turansam.org  

 

Konya/TÜRKĠYE 



TURAN-SAM 

 

 



74 

3-

 



Ritzer G. Sociological Theory. New York, McGraw-Hill Companies, 

1996. 


4-

 

Stark  R.  and  Bainbridge  W.  S.  Of  Churches,  Sects,  and  Cults: 



Preliminary Concepts for a Theory of Religious Movements Journal for the Scientific 

Study of Religion 18, no 2: 117-33 (1979);  

5-

 

Bader Chris and A. Demaris. A test of the Stark-Bainbridge theory of 



affiliation with religious cults and sects. Journal for the Scientific Study of Religion, 

35, 285-303. (1996). 

6-

 

William  Sims  Bainbridge  and  Stark  R.  Cult  formation:Three 



compatible models. Sociological analysis 1979,40, 4:283-295;   

7-

 



Hadden, J and Bromley, D. eds. The Handbook of Cults and Sects in 

America. Greenwich, CT: JAI Press, 1993. 

8-

 

Galanter,  Marc  M.  (Editor).  Cults  and  new  religious  movements:  a 



report  of  the  committee  on  psychiatry  and  religion  of  the  American  Psychatric 

Association. New York, 1989 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Yüklə 88,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə