Xülasə "Dədə Qorqud kitabı"nın ingilis dilindən tərcüməsi Paul Mirobilə məxsusdur. "Dədə



Yüklə 207,4 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix21.06.2018
ölçüsü207,4 Kb.
#50450
növüXülasə
  1   2   3   4   5   6   7   8


Ормр*/.

  •  

2013/IV

23

Paul M İROBİL  (İNGİLTƏRƏ)

DƏDƏ  Q O RQ U D   K IM D IR ?



Xülasə

“Dədə Qorqud kitabı”nın ingilis dilindən tərcüməsi Paul Mirobilə məxsusdur.  “Dədə 

Qorqud  kitabı”nın  bu  tərcüməsi  girişdən,  boyların  tərcümə  mətnindən  və  qeydlərdən 

ibarətdir.  Verdiyimiz  bu  mətn  həmin  “Giriş”in  tərcüməsindən  bir  hissədir.  Burada 

P.Mirobil oğuzlar,  onların tarixi, yaşadıqları həyat tərzi,  düşüncələri,  adətləri,  təfəkkür- 

ləri və  arzuları haqqında maraqlı  məlumatlar verir.  “Dastanlar”  dünya  şöhrətli “Roland 

haqqında nəğmə”, “Nibelunq”, “Beovulf” və “Sid” kimi müxtəlif dövrlərdə qələmə alın- 

mış Avropa mənşəli eposlarla müqayisə edilir və poetikasından danışılır.



Açar  sözlər:  “Dədə  Qorqud  kitabı”,  “Roland  haqqında  nəğmə”,  “Nibelunq”, 

“Beovulf” ,  “Sid haqqında nəğmə”

The third English translation of hThe Book o f Dede GorgudƏbelongs to P.Mirabile. 

This translation of hThe Book of Dede GorgudƏconsists o f an introduction, the translati­

ons of the legends and notes. The text given here is the translation of this hlntroductionƏ 

Here P.Mirabile gives deep information about the Oghuz, their history, their manner of 

life,  their  enemies,  habits,  thoughts  and wishes.  This  epos  is  compored with the  world 

known medieval  European  epic  literature,  such  as  hBeowulfƏ hThe  Song  of RolandƏ 

hThe NibelungenliedƏand hThe  SidƏand its poetik form has been the obj ect o f study.

Key words:  hThe Book of Dede GorgudƏ  hThe  Song of RolandƏ  hThe Nibelun- 

genliedƏ, hBeowulfƏ, hThe  Song of SidƏ

Третий  перевод  “Книги  Деде  Горгуда”  принадлежит  Паулу  Мирабилю.  Этот 

перевод  “Книги  Деде  Горгуда”  состоит  из  введения,  перевода  текстов  боев  и 

комментариев.  Приведённый нами текст представляет собой перевод “Введения”. 

Здесь П.Мирабил даёт интересные сведения об огузах,  их истории,  образе жизни, 

мышлении,  обычаях и чаяниях.  Дастаны сопоставляются с  известными европейс­

кими эпосами, такими как “Песнь о Роланде”, “Нибелунг”, “Беовульф” и “Песнь о 

Сиде”.  Раскрываются особенности их поэтики.



Ключевые  слова:  “Книга  Деде  Горгуда”,  “Песнь  о  Роланде”,  “Нибелунг”, 

“Беовульф”,  “Песнь о  Сиде”

Stilistik  m üqayisə: A vropa -  T ü rk  m otivləri və fo rm u laları

Biz  artıq  gördük  ki,  oğuzlar və  Şimali  Alman tayfaları  eyni  dünyagö- 

rüşü  paylaşırlar.  Müsəlman  və  xristian  dünyası  ilə  toqquşma,  bu  oturaq 

dünya,  onların  həyat  tərzini  və  beləliklə  də  ədəbiyyatlarını  şərtləndirən 

eyni  ictimai  və  psixoloji  təsiri  formalaşdırdı.  Bu  müştərək  şərtlər  “müş- 

tərək bir dili”  -  ağız  ədəbiyyatını  yaratdı!  Bu  dil  qeyri-adi  dərəcədə poe- 

tikdir,  çünki  burada  istifadə  olunan  bədii  üslub  çox  maraqlı  bir  həddə

WHO IS DEDE  GORGUD?

Summary

КТО  ТАКОЙ ДЕДЕ ГОРГУД?

Резюме



|Ы> 

QpMjbJ.

  •  

2013/IV

24

qaldırılıb.  Bizim  qarşımızda  hiperbolaların,  metaforaların,  müqayisənin, 

alliterasiyanın,  motivlərin,  pleonazmin  (eyni  mənalı  sözlərin təkrarından 

yaranan  üslub  tərzi  -   S.Ə.)  şəxsləndirmənin  və  s.  yaratdığı  fantastik  bir 

aləm  açılır.  Köçərilərin hərəkəti bu  obrazlı  ifadə fəaliyyətini  yaradıb!

Gəlin  əvvəlcə  nitq  fıqurları,  məcazlar,  motivlər  və  formulalar  arasın- 

dakı  fərqi  nəzərdən keçirək.

Bizim  eposlarda işlənmiş ən ümumi motiv feodalizmdir.  M üxtəlif icti- 

mai  təbəqələr  (arisrokratlar,  cəngavərlər,  kəndlilər,  dindarlar)  arasındakı 

“şəxsi”  bağlar  bu  feodal  dünyasını  təcəssüm  etdirir.  Feodalizm  bizim 

eposların  çərçivəsini  təşkil  edir.  Cəngavərlər  gah  öz  kralları  uğrunda 

vuruşur və həlak olurlar,  gah da qısqanclıq və ya inciklik üzündən onlara 

qarşı  çıxırlar  (Sid).  Köçəri  cəmiyyət  müharibə  üstündə  qurulmuş  bir 

cəmiyyətdir. Heç də təsadüfi  deyildir ki,  epik ədəbiyyat bu cəmiyyəti belə 

yaxşı  təsvir  edir.  Feodal  müharibələri,  aristokratların  krallara  qarşı  apar- 

dığı  müharibələr,  hakimiyyət və başqasının  şəxsi  əlaqəsinə  olan  qısqanc- 

lıq  davası,  təhqir və  ya  ziyana  görə  qəhrəmanlar  arasındakı  dava...,  sülh 

pozulan  kimi  alınacaq  qisas,  bir  sözlə,  müharibələr  səhifələri  bəzəyir. 

Feodal dünyası “kişi sözü” üstündə dayandığından, bu söz qırılan kimi, nə 

dərəcədə  möhkəm  olmasından  asılı  olmayaraq,  ömürlük  dostluq  (və  ya 

feodal münasibəti) qanla bitə bilər. Elə bu səbəbdən də, biz “Dədə Qorqud 

kitabı”nın üçüncü boyunda oxuyuruq:  “Oğuz beyler içinde yalan yoktu.” 

Ozan bu əxlaq kodeksini ona görə vurğulayır ki,  o, Bamsı Beyrək haqqın- 

dakı boyun ana xəttini təşkil  edir. Yaltacuk yalan danışır (Beyrəyin nişan- 

lısı  ilə  evlənmək  üçün  o,  camaatı  inandırır  ki,  Beyrək  ölüb)  və  Bamsı 

qayıdanda ölümdən güclə  canını  qurtarır!

Birinci boyda cəngavərləri Dirsə xana oğlunun onun taxt-tacına göz tik- 

məsi  haqqında yalan məlumat verirlər.  Bu yalana görə Xan  az  qalır ki,  öz 

oğlu Buğacı öldürsün. Xan həqiqəti öyrəndikdə o və oğlu “qırk namertleri” 

öldürür!  Yalan  inamı  öldürür,  cəmiyyətdəki  ictimai  həmrəyliyi  saxlamaq 

üçün hər kəs  öz hökmdarına  sədaqət və inam nümayiş etdirməli  idi.

Həqiqətən  də,  yalanlar nə  qədər ziyansız  olsa  da,  acı  təhqirlərə və xə- 

yanətə gətirib  çıxarırdı!  Bu  ehtiraslı və həssas  dünyada bir kəsi  təhqir et- 

mək  şişirdilmiş  formada yeni  məna kəsb  edirdi.  Məsələn,  “Dədə  Qorqud 

kitabı”nda qan tökülməsinə aparıb  çıxarmasa da,  oğullar ataları və anaları 

tənbeh  edirlər.  Onlar  bir-birini  “kavat”  deyərək  söyürlər,  bir-birilərinin 

qanını  tökməklə  hədələyirlər.  Xristianlar (kafirlər)  Xan  Qazanın  arvadını 

şərab  paylamağa  məcbur  etməklə  onu  təhqir  edirlər!  Təhqirlər  qəhrə- 

manın qəlbində qəzəb yaradır.  Onlar həmçinin tamaşaçıların qəlbində qə- 

zəb  oyadır!  Qəhrəman  qisas  almaq  üçün  fürsət  gözlədiyi  kimi,  tamaşaçı 

da  səbirsizliklə  bu  qisasın  alınacağı  səhnəni  gözləyir.  Beləliklə,  bizim 

ikinci  motivimiz  qisas  almadır.  Oğullar  atalarının,  atalar  isə  oğullarının




Yüklə 207,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə