Xülasə Dünya getdikcə varlanır, sağlamlaşır, maariflənir, əlaqələr sürətlənir və insanlar daha çox yaşayır, lakin hələ



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü0,98 Mb.
#66430
növüXülasə


1

Xülasə

Dünya getdikcə varlanır, sağlamlaşır, maariflənir, əlaqələr sürətlənir və insanlar daha çox yaşayır, lakin hələ 

də dünyanın yarısı potensial olaraq qeyri-sabit vəziyyətdədir. Ərzaq qiymətləri artır, su səthi enir, korrupsiya və 

mütəşəkkil cinayətkarlıq artır, həyat üçün tələb olunan ekoloji səviyyə azalır, borc və iqtisadi təhlükəsizlik artır, 

iqlim dəyişikliyi davam edir, varlı və kasıb təbəqələr arasında olan uçurum təhlükəli şəkildə daha da genişlənir.

Aydın məsələdir ki, dünya bundan daha yaxşı ola bilər – ƏGƏR biz düzgün qərarlar qəbul etsək. İllər 

ərzində günbəgün külli miqdarda səhv qərarların qəbul edilməsini, eləcə də qəbul edilməmiş düzgün qərarları 

nəzərə alsanız, bizim hələ də inkişaf etməyimiz həqiqətən təqdirə layiqdir. Buna görə də, əgər biz fərdi, qrup, 

millət və müəssisə halında öz qərarvermə bacarığımızı inkişaf etdirmiş olsaq, o zaman təəccüblü olsa da dünya 

bugünkü vəziyyətindən daha da yaxşı ola bilərdi.

Hal-hazırda Soyuq Müharibə həqiqətən soyuq olduğu halda, insanların görə biləcəyi işlərə doğru dünyanın 

çoxtərəfli, müsbət görüntüsünü nəzərə çarpacaq şəkildə yaratmaq zamanıdır. Mətbuat tərəfindən vurğulanan 

sosial fərqləri nəzərə almadan, insanların bərabər olduğu və bir planetdə yaşaması barədə onların məlumatlılığı, 

Haiti, Pakistan və Yaponiya üçün yardım, həmçinin insanların bir-biri ilə yaşaması və bir-biri ilə yaşamağa 

öyrənmək ideyası, Ərəb dövlətlərində cərəyan edən demokratiya hərəkatı ilə həmrəylik; dünya əhalisinin 

30%-nin internet ilə təmin olunduğu daimi qlobal rabitələr; həmçinin qlobal iqlim dəyişikliyi haqqında 

məlumatlılığın artması kimi məsələlər hər kəsin həll etməli olduğu problemlərdir.

Əlli il əvvəl insanlar yoxsulluğun aradan qaldırılmasını idealist fantaziya və əbəs yerə sərf olunan pul itkisi 

olduğu barədə mübahisə edirdilər; bu gün bəşəriyyət növbəti əlli il ərzində bu məqsədə nail olmaq üçün ən 

yaxşı yollar müzakirə edir. İyirmi beş il bundan əvvəl insanlar III Nüvə Dünya Müharibəsində bəşəriyyətin 

məhv olacağını düşünürdülər; bu gün insanlar hesab edirlər ki, gəlir və ya dünyagörüşündən asılı olmadan hər 

kəsin İnternet vasitəsilə dünya biliklərinə yiyələnmək imkanı olmalıdır. 

Gələcəyin Durumu 2011 xoşbəxt gələcək zəmanəti vermir. O, bir çox qorxulu kabusların peyda olması 

imkanını əks etdirir, həmçinin onların hər biri üçün həm də çıxış yollarını göstərir. Əgər əhalinin sayında, 

sərvətin tükənməsində, iqlim dəyişikliyində, terrorçuluq, mütəşəkkil cinayət və xəstəliklərdə hazırkı meyllər 

artmış olsa və bu rəqəm növbəti 50-100 ili əhatə edərsə, bu qeyri-stabil dünyanı qəza nəticələri ilə təsəvvür 

etmək asan olar. Əgər hazırkı meyllər gələcək internet, beynəlmiləl əməkdaşlıq, materialşünaslıq, alternativ 

enerji, idrak elmi, dinlərarası dialoqlar, sintetik biologiya, və nano-texnologiya vasitəsilə özü-təşkilatlanmada 

daha da artmış olsa və bu rəqəm növbəti 50-100 ili əhatə edərsə, hamımız üçün işləyən bir dünya təsəvvür 

etmək asan olar. 

Üzümüzə gələn bioloji inqilab sənaye və ya informasiya inqilabı ilə müqayisədə bəşəriyyəti daha dərindən 

dəyişə bilər. Dünya yeni həyat formalarını yaratmaq üçün yazılı genetik kodların təsirləri ilə yetərli idrak 

səviyyəsinə çatmamışdır. On üç il bundan əvvəl Google axtarışlarından asılı olan konsepsiya dünyaya heç 

məlum da deyildi; bu gün isə biz bunu olduqca normal hesab edirik. On üç il bundan sonra dərman, ərzaq, su 

və enerji üçün sintetik həyat formalarından istifadə olunması da olduqca normal ola bilər.



2011 G

ƏLƏCƏYİN 

D

URUMU


2

Hesablayıcı biofizika tibbi diaqnostika və daha 

çox fərdin dəqiq müalicəsini aparmaqla atomlar 

arasında fiziki qüvvələrin simulyasiyasını yaratmaq 

iqtidarındadır. Hesablayıcı biologiya konkret 

xəstəliklər üçün mümkün müalicələrin sayını sürətlə 

azaltmaq üçün kompüterə uyğun proqramlar yarada 

bilər (hesablayıcı şəbəkə). Hesablayıcı vasitə 3D 

təsvirlərinin yaxınlaşdırılması və uzaqlaşdırılması 

zamanı piksel və voksel detallarına qeyri-adi imkan 

yaradır. Hesablayıcı hazırlama dünyada mövcud 

olan informasiya və kompüter modellərini, onların 

işlənib hazırlanmasında səmərəliliyini sürətləndirmək 

üçün birləşdirir. Bütün bu amillər elmin, tibbin və 

mühəndisliyin təbiətini dəyişir və onların sürətlənməsi 

Mur qanununa əlavə olunmuşdur, beləliklə də belə 

qənaətə gəlmək olar ki, kompüterləşmiş hər nə varsa 

bilik aləmində böyük sıçrayış yaradıb, sürətli inkişafı 

davam etdirəcək. Tele-müalicə, tele-tədris və tele-hər 

bir şey bəşəriyyəti, yaranmış ekoloji və bizim qlobal 

problemlərimizin həlli üçün kompüterləşmiş hər bir 

şeyi bir-biri ilə daha sıx birləşdirəcək.

Yaponiyada baş vermiş zəlzələlər, sunamilər və nüvə 

fəlakətləri qlobal, milli və yerli sistemlərin davamlılığa 

ehtiyacı olduğunu aşkar etdi – həmçinin gələcək 

texnologiya və sosial yeniliklər və imkanları müəyyən 

edərkən bu fəlakətlərə qarşı qabaqlayıcı tədbirlər 

görməyə müəyyən hazırlıq səviyyəsində olmaq lazım 

olduğunu aşkar etdi. Kollektiv zəka davamlılığa yaxın 

olan bir konsepsiyadır – ola bilsin ki, bizə daha yaxşı 

qərar qəbul etməyə kömək edən “növbəti böyük 

hadisə”dir. (CD-də Fəsil 6-ya baxın)

Minilliyin Layihəsinin qlobal gələcəyi 

araşdırdıqdan 15 il sonra, dünyanın öz problemlərinin 

həlli üçün kifayət qədər ehtiyatlara sahib olduğu açıq 

aydındır. Lakin aydın olmayan məqam dünyanın 

daha yaxşı qərarı, daha sürətli zaman kəsimində verə 

biləcəyi qabiliyyəti və real olaraq qlobal problemləri 

həll etmək iqtidarında olub-olmamasıdır. Buna görə 

də, dünya insan şəraitinin yaxşılaşdırılması və yaxud 

artan mürəkkəblik və qlobal problemlərin miqyasını 

azaltmaq üçün səy göstərmək seçimi qarşısındadır.

Yaxşı, bəs dünya hansı seçimi edəcək? Bu nə vaxt 

müsbət nəticələnəcəkdir? 

Minilliyin Layihəsinin 

qlobal 


Gələcəyin Durumu İndeksində istifadə olunan 

28 göstəricinin tendensiyalarının nəzərdən keçirilməsi 

daha vacib problemlərin həllində bəşəriyyətin fəaliyyəti 

ilə bağlı hesab kartını təmin edir; Cədvəl 2 və Fiqur 

1və 2-yə baxın.

Biz harada uğur qazanırıq

1.  Təkmilləşdirilmiş su mənbəyi (istifadə edən əhalinin faizi)

2.  Savadlılıq dərəcəsi, yetkin insanların ümumi sayı (15 və ondan yuxarı insanların faizi) 

3.  Məktəblər, qeydiyyatdan keçmiş, orta təhsil (ümumi faiz)

4.  Adambaşına düşən yoxsulluq dərəcəsi gündəlik 1.25 Dollar (AQP) (əhali faizi) (aşağı- və orta-gəlirli ölkələr)

5.  Əhali artımı (illik faiz) (azalma bəzi ölkələr üçün yaxşı hal, bəziləri üçün isə mənfi haldır)

6.  ÜDM adambaşına (daimi 2000 ABŞ Dolları)

7.  Həkimlər (1000 adam üzrə ) (səhiyyə işçilərini əvəzedicilər)

8.  İnternet istifadəçiləri (1000 adam üzrə)

9.  Uşaq ölümləri (1000 canlı doğuşda ölümlərin sayı)

10.  Uzun ömürlülük (il)

11.  Parlamentdəki qadınlar (bütün üzvlərin faizi)

12.  Enerji istifadə vahidi üzrə ÜDM (neft ekvivalentinin sabit 2000 AQP Dollar hər kq üçün)

13.  İri hərbi münaqişələrin sayı (ölüm halları >1000)

14.  Qida çatışmazlığı (əhalinin faizi)

15.  İÇV-in yayılması (15-49 yaşları əhatə edən əhalinin faizi)

16.  Nüvə silahı olan və hazırlamağı planlaşdıran ölkələr (sayı)

17.  Ümumi borc xidməti (ÜMG faizi) (aşağı və orta gəlirli ölkələr)

18.  Elmi araşdırma və inkişaf xərcləri (milli büdcə faizi)

Biz harada itiririk

19.  CO2 tullantıları 

20.  Qlobal səth temperatur anomaliyaları

21.  Seçkilərdə səs verən insanlar (əhalinin faizi)

22.  Korrupsiyanın səviyyəsi (15 ən böyük ölkə)

23.  Terrorizm nəticəsində ölmüş və yaralanmış insanlar (sayı)

24.  Qaçqınların sayı (100.000 ümumi əhali üzrə)

Qeyri-müəyyən sahələr

25.  İşsizlik, ümumi (ümumi əmək qüvvəsinin faizi)

26.  Qeyri-mədən yanacaq istehlakı (ümumi faizi)

27.  Azad olan ölkələrdə əhali (ümumi qlobal əhalinin faizi)

28.  Meşə (bütün torpaq sahəsinin faizi)

Cədvəl 2. Dünya hesabı kartı



X

ÜLASƏ


3

Fiqur 1-3-də bəzi məlumatlar qrafik təsvir məqsədləri üçün nizamlanmalı idi; həmin nizamlamalar 

mötərizələrdə müvafiq yarlıqlarda göstərilir.

Beynəlxalq Delfi Paneli Fəsil 1-də 

15 Qlobal 

Çağırış üçün tərəqqi və ya tənəzzülün yüzlərlə 

göstəricisini seçmişdir. Ən azı 20 illik etibarlı 

tarixi məlumata malik göstəricilər seçilmiş, 

mümkün olduğu zaman bu göstəricilər Beynəlxalq 

Gələcək Modelində istifadə edilən dəyişikliklərə 

uyğunlaşdırılmışdır. Cədvəl 3-də göstərilən 28 

göstərici 

Gələcəyin Durumu İndeksində 10 illik 

layihələndirmə ilə inteqrasiya edilir. Hazırkı 

nəşrin Fəsil 2 bölməsi CD-yə əlavə edilmiş Fəsil 

2-də bütün təfərrüatların olmasına baxmayaraq 

bu çalışmanın xülasəsini təqdim edir. 

Gələcəyin 

Durumu İndeksi ölkələr üçün hesablanmış və eyni 

zamanda rabitə, səhiyyə, su, və bu kimi sektorlara da 

tətbiq edilə bilər.

Fiqur 4-də 

Gələcəyin Durumu İndeksi 2011 

göstərir ki, dünyanın 10-illik gələcəyi mütəmadi 

olaraq, daha da yaxşılaşır. Bir çox sahələrdə biz 

müvəffəqiyyət qazanırıq, lakin  İÇV-də azalmalar, 

doyunca yeməmək, və borc kimi məsələlərdə 

kifayət qədər sürətli müvəffəqiyyət qazana 

bilmirik. Qeyri-müəyyənlik olan sahələr isə 

ciddi problemləri özü ilə gətirir: işsizlik, mədən 

yanacağının istehlakı, siyasi azadlıq və meşə örtüyü. 

Bizim itirdiyimiz sahələrin bəziləri kifayət 

qədər ciddi təsirlərə məruz qala bilər, buna misal 

kimi korrupsiya, iqlim dəyişikliyi və terrorizmi 

göstərmək olar. Hər halda, məlumatın bu seçimi 

göstərdi ki, hesabda olan 10 il müddəti bu gün ilə 

müqayisədə indidən daha yaxşı təsir bağışlayacaq. 

Nəzərə alınacaq bəzi amillər

2011-ci il may ayında atmosferdəki CO2 

394.35 milyonda hissələri, və bu 2 milyon il 

ərzində ən yüksək göstərici olmuşdur. Hər bir 

onillik, 1970-ci ildən bəri əvvəlki ilə müqayisədə 

daha isti olmuşdur; 2010-cu il 2005-ci il ilə 

birlikdə ən isti illər sayılmışdır. Dünya ən son İqlim 

Dəyişikliyi üzrə Hökumətlərarası Panel (IPCC) 

layihələşdirmələri ilə müqayisədə daha da istiləşir. 

Hətta ən son qiymətləndirmələr, daimi buzlaqların 

əriməsini nəzərə almasına baxmayaraq reallığı 

azalda bilər.

BMT-nin Qida və Kənd Təsərrüfatı 

Təşkilatının “Heyvandarlığın Uzun Kölgəsi” 

(FAO’s Livestock’s Long Shadow) hesabatına görə, 

ət sənayesi nəqliyyat sənayesi ilə müqayisədə daha 

yüksək olan CO2 ekvivalentində ölçülən insan 

ilə bağlı olan istixana qazlarının18%-ni əlavə edir. 

Nəhəng təkrarsığorta şirkəti 2010-cu ildə 950 

təbii fəlakətin 90%-in hava ilə əlaqədar olduğunu 

və iqlim dəyişikliyi modelinin uyğun olduğunu 

təsbit etdi; bu fəlakətlər 295.000 insanın həyatına 

son qoymuş və təxminən 130 milyard dollar ziyan 

dəymişdir. 



Fiqur 2. Biz harada itiririk

Fiqur 3. Harada tendensiyalar aydın deyil

Fiqur 4. Gələcəyin Durumu2011

Fiqur 1. Biz harada uğur qazanırıq


2011 G

ƏLƏCƏYİN 

D

URUMU


4

Bəşəriyyətin xammal hasilatı XX əsr ərzində 8 

dəfə artmışdır. Bu gün bizim istehlakımız, yeniləşən 

təbii sərvətlərin bərpa ediləcək təbiət ehtiyatı ilə 

müqayisədə 50% daha çoxdur. 

Növbəti 39 il ərzində dünya əhalisinin sayına 

daha 2.3 milyard insan əlavə oluna bilər. 1804-cü 

ildə dünyada 1 milyard əhali var idi; 1927-ci ildə bu 

rəqəm 2 milyard; 1999-cu ildə 6 milyard; və bu gün 

7 milyard təşkil edir. Çin bu gün planetin yaşıl-artan 

nəhəngi olmağa çalışır. Çin bu qədər əhalinin yaşayış 

standartlarını yüksəltməyə nail olmaq üçün çox 

nəhəngdir. Çinlilər növbəti Beş İllik Plan üzrə (2011-

2015) “yaşıl artım” təşəbbüsləri üçün 600 milyard 

dollar ayıracaqlar. 

Bəzi insanlar güman edir ki, qlobal ekoloji sistemi 

iqlim dəyişikliyi, çayların və göllərin quruması, 

biomüxtəliflik itkisi, torpaq eroziyası, sahil boyu 

ölü zonalar həmçinin qida zəncirindən səmərəli 

istifadə etməyən əhalinin ucbatından məhv olur. 

“Plan B 4.0” kitabında Lester Braun zənn edir ki, 

ekosistemin qorunması naminə 2020-ci ilə qədər 

80% CO2 tullantıları azalmalı, 2050-ci ilə qədər 

əhali sayı 8 milyardı keçməməli, təbii ekoloji sistemlər 

bərpa olunmalı və yoxsulluq aradan qaldırılmalıdır, 

və o təklif edir ki, karbon istifadəsi ilə bağlı vergi 

qaldırılmalı, gəlir vergiləri isə azaldılmalıdır.

Dünyanın ən böyük 100 iqtisadiyyatının 

yarısı korporativ olduğundan, İqlim Dəyişmələri 

üzrə Birləşmiş Millətlər Təşkilatının Çərçivə 

Konvensiyasının (UNFCCC) keçmiş icraçı 

katibi mülahizə irəli sürür ki, siyasi liderlər biznes 

cəmiyyətlərinə yaşıl iqtisadiyyata keçid zamanı daha 

böyük üstünlük verməlidirlər.

Dünya üzrə azalan su təbəqəsi və davamlı şəkildə 

idarə olunan su tükənməsinin artması bəzi insanları 

“yüksək su” konsepsiyası ilə yanaşı “yüksək neft” 

konsepsiyası ilə də tanış olmağa çağırdı. Mədən 

suyu-mədən yanacağı: hər ikisi zirvə nöqtəsində 

olacaq, bəs sonra nə olacaq? Hamburger hazırlamaq 

üçün 2400 litr su lazımdır. 1990-cı ildən bəri əlavə 

olaraq 1,3 milyard insan təmizlənmiş içməli sudan 

istifadə etmək imkanı və 500 milyon insan isə daha 

yaxşı sanitariya şəraitini əldə etmişdir. Hələ də 884 

milyon insan bu gün (2009-cu ilə 900 milyondan 

aşağı) təmiz su əldə edə bilmir və 2,6 milyon insan 

təhlükəsiz sanitariya şəraitindən məhrumdur. 

İnkişaf edən ölkələrdə bütün xəstələrin yarısı su 

çatışmamazlığı ilə bağlı xəstəliklərə məruz qalırlar.

Məhsuldarlıq dərəcəsinin azalması və 

uzunömürlülüyün artması, yaşlı nəsil insanlara 

tələb olunan maliyyə vəsaitləri də azalacaq; təqaüdə 

çıxma və sosial təbəqələrin konsepsiyası nəsillərarası 

münaqişələrdən kənarlaşmaq üçün dəyişdirilməli 

olacaqlar. 1950-ci ildə hər bir 65 yaşında və daha da 

yaşlı hər bir şəxs üçün çalışan 12 şəxs, 2010-cu ilə 

kimi 9, və 2050-ci ilə kimi bu rəqəm 4-ə enəcəkdir. 

2050-ci ilə kimi dünyada yaş həddinə əsasən 150 

milyon insan qala bilər. Beyin funksiyalarını və 

qorunmasını təkmilləşdirmək istiqamətində beyin 

tədqiqatı və tətbiqlərində əldə edilən nailiyyətlər 

qeyri-sağlam uzun ömrün yerinə, sağlam uzun ömür 

tətbiq etməyə şərait yarada bilər.

Ərzaq qiymətləri tarixdə ən yüksək həddə 

çatmışdır və bu sahədə təsirli innovasiyalar kəşf 

olunmasa, yaxud ərzaq istehlakında dəyişikliklər 

olmasa, əhali artımı, yüksələn rifah (xüsusilə, 

Hindistan və Çində), horizontal su axınının 

tükənməsi, torpaq eroziyası, bioenerjilər üçün 

taxıl və digər dənlərin yayındırılması, tarlaların 

itirilməsi, azalan su təbəqələri və su hövzələri, 

gübrə xərclərinin artması (yüksək neft qiymətləri), 

bazar spekulyasiyaları, suyun kəndlərdən şəhərə 

istiqamətləndirilməsi, ət istehlakının artması, qlobal 

ərzaq ehtiyatlarının 25 illik aşağı düşməsi və iqlim 

dəyişikliyi sayəsində quraqlıq və daşqınlar, su axınını 

azaldan dağ buzlaqlarının əriməsi və nəhayət, duzlu 

suyun tarlalara daxil olmasının əngəllənməsi kimi 

səbəblərə görə istehlakda dəyişiklik və digər bu kimi 

amillərin kombinasiyası nəticəsində ərzaq qiyməti 

artımının davamlı olması gözlənilir. Duzlu su 

təsərrüfatı, heyvan bəsləməklə təmiz ət əldə etmək, 

məhsulun dəyərini azaltmaq üçün aqro-ekologiyanın 

müxtəlif formaları və vegetarianlığın yayılması kimi 

yeni baxışlar səmərəli olacaq.

Müsəlman ölkələrdə əhalinin təxminən 30%-i 15 

və 29 yaşlar arasındadır. Onlardan əksəriyyəti işsiz 

olan, uzun müddət sürən qədim iyerarxiyalardan 

bezən və özlərini geridəqalmış hesab edən gənclərdir 

ki, müasir dünyaya qoşulmağa can atırlar, onlar bütün 

Şimali Afrika və Orta Asiyaya dəyişiklik gətirmişlər. 

Bu demoqrafik nümunənin, davam edən sosial iğtişaş 

və miqrasiya üçün yenilik və potensiala yol açan daha 

bir nəsil üçün davam edəcəyi gözlənilir.

Ərəb Baharının Oyanışına yardımçı olan ictimai 

KİV İnternetin hazırkı və gələcək formaları vasitəsilə 

tam əlaqələndirilmiş dünyaya hər birinin mövcudluğu 

barədə az da olsa xəbərdar olan sivilizasiyaların 

mərkəzindən keçən tarixi keçidin bir hissəsidir. Ötən 

illər ilə müqayisədə 2010-cu ildə internet vasitəsilə 

daha çox məlumat yayılmış və  kitab ilə müqayisədə 

daha çox elektron yazıları Amazon tərəfindən 

satılmışdır. Bəşəriyyət, insan əməyi ilə yaradılmış 

ekologiya, qlobal hesablamalar, davamlı şüur və fərdi 

xeyriyyəçilikdən mütəşəkkil cinayətə doğru insan 

davranışının tam formasını əks etdirən texnologiyaya 

çevrilir. Sivilizasiyanın yeni formaları dünyada 

fikir, informasiya və texnologiyanın vəhdətindən 

formalaşacaq. 



X

ÜLASƏ


5

Hədsiz yoxsulluq şəraitində yaşayan insanların 

sayı və faizi azalıb. Dünya iqtisadiyyatı əhalinin 1,2% 

artımına qarşı 4,9% artmışdır; bunun nəticəsi kimi 

dünyada adambaşına düşən ÜDM 3,7% artmışdır. 

2005-2010-cu illər arasında 1 milyard əhalinin 

yarısı hədsiz yoxsulluğa düçar olmuşdur (gündəlik 

qazanc 1,25 dollara bərabərdir). Hazırda bu rəqəm 

900 milyon və ya dünyanın 13%-ni təşkil edir. 

Dünya Bankının proqnozlarına görə 2015-ci ilə kimi 

(2005-ci ildə 1,37 milyarddan aşağı) 883 milyon 

civarında azalma müşahidə olunacaq. BMT İnkişaf 

Proqramının yeni Çoxölçülü Yoxsulluq İndeksi 1,75 

milyard insanın yoxsul olduğu qənaətinə gəlmişdir. 

Başqa sözlə, aşağı gəlirli ölkələr kimi təsnif edilən 

ölkələrin sayının 66-dan 40-a kimi azalması müşahidə 

olunmuşdur. Lakin bu ölkələr daxilində zəngin 

və yoxsullar arasında boşluq getdikcə genişlənir. 

“Forbes” jurnalına görə, BRHÇ (Braziliya, Rusiya, 

Hindistan və Çin) birliyi 2011-ci il dünyanın 214 

yeni milyarderindən 108-nin adını açıqlayıb. Hazırda, 

dünyada ümumilikdə 1210 milyarder vardır, bunların 

115 nəfəri Çin və 101 nəfəri isə Rusiya vətəndaşıdır. 

Ərzaq, su və enerji qiymətini artıran amillər getdikcə 

çoxalır; və bu amillər dünyada yoxsulluq problemini 

aradan qaldırmaq üçün dəqiq hesablanmalıdır. 

Dünya maliyyə böhranı Avropa ölkələrinin 

borcları ilə Asiyaya güc tətbiq etməkdə davam edir, 

bütün bunlara baxmayaraq, hələ də onların liderliyi 

insanların birlikdə işləyəcəyi, gələcəyin çoxtərəfli 

ümumi baxışlarını yaratmağa yardımçı olacağı 

liderliyinə başlamamışdır. 2010-cu ildə Yaponiyanı 

arxada qoyan Çin, dünyanın ikinci ən böyük 

iqtisadiyyatına malikdir, və ABŞ-ın bütün əhalisi 

ilə müqayisədə İnternet istifadəçilərinə sahibdir. 

2030-cu ilə kimi Hindistan əhalinin sayına görə 

Çini arxada qoyacağı proqnozlaşdırılır. Bu iki hesab 

əsasında insanların təxminən 40%-i ilə birlikdə bu say, 

dünya iqtisadiyyatının artımı üçün aparıcı qüvvəyə 

çevrilməkdədir.

Dünya səhiyyəsi inkişaf edir, xəstəlik halları 

halları azalır və insanlar daha çox yaşayır, lakin 

hələ də köhnə problemlər qalmaqdadır və gələcək 

təhlükələr öz ciddiliyini saxlayıb. 2011-ci il ərzində 

6 güclü epidemiya baş vermişdir. Ən təhlükəlisi bir 

çox dərman vasitələrinə müqavimət göstərən fərqli 

bakteriya yaradan NDM-1 (Yeni Dehlidən metallo-

beta-laktamaza) fermentidir. Yeni İÇV-ə yoluxma 

ötən 19 il ilə müqayisədə 19% azalmışdır; anti-virus 

dərmanlarının orta qiyməti aşağı gəlirli ölkələrdə illik 

olaraq 137 dollara enmiş; və anti-virus terapiyasına 

ehtiyacı olan 9,7 milyon insanın 45%-i bu terapiyanı 

2010-cu ilə kimi qəbul etmişdir. Hələ də, müalicəyə 

başlayan hər bir insan 2 yeni İÇV infeksiyasına düçar 

olur. 5 yaşına qədər qızdırmalı uşaqların 30%-dən 

çoxu 1990-cı illə müqayisədə 2010-cu ildə vəfat 

etmişdir, və yoluxucu xəstəliklərdən ölən insanların 

ümumi sayı 1998-ci ildəki 25%-ə nisbətən 2010-cu 

ildə 16%-ə enmişdir. Uzunömürlülük artır, səhiyyə 

xərcləri çoxalır və səhiyyə işçilərinin məhdud sayı 

artmaqdadır, bioçip sensorları və internet ekspert 

sistemlərin köməyi sayəsində telefon vasitəsilə 

müalicə və özünə diaqnoz təyin etmələr mühüm 

dərəcədə vacibdir.

Sintetik biologiyada, DNT elektron poçt 

sifarişində, gələcək stolüstü molekulu və əczaçılıq 

istehsalında olan irəliləyişlər bir gün bəzilərinə bioloji 

kütləvi qırğın silahlarını hazırlamaq və yaymaq 

imkanı verə bilər. Bunun qarşısını almaq məqsədilə, 

kütləvi ölüm üçün bu texnologiyalardan istifadə 

etməyə meylli olan insanların sayını azaltmaq üçün 

insanın inkişafı və sosial məşğuliyyətdə əldə edilən 

irəliləyişlər ilə yanaşı ictimai sahələrdə molekulyar 

dəyişiklikləri təsbit etmək üçün sensorlarda olan 

irəliləyişlərə də ehtiyac duyulacaq. 

Digər yaralı yerimiz informasiya probleminin 

yaranması və kiber müharibəsi təhlükəsidir. 

Hökumətlər və hərbi podratçılar özlərini digər 

dövlətlər və onların tərəfdarlarından qorumaq 

üçün intellektual silah rəqabətinə girmişlər. Çünki 

cəmiyyətin həyat sistemi indi internetdən asılıdır, 

kiber silahları əslində kütləvi qırğın silahı kimi 

düşünülə bilər.

Bununla da, qədim dövrlərə xas olan 

müharibələrin sayı ötən 2 onilliklə müqayisədə 

azalmışdır, mədəniyyətlərarası dialoqlar artmaqdadır 

və ölkələrarası münaqişələr əsasən beynəlxalq 

konvensiyalar ilə həll edilir. Bu gün il ərzində 

dünyada 1000 ölüm halı ilə 10 münaqişə mövcuddur 

(bu göstərici ötən 14 il ilə müqayisədə aşağıdır): 

Əfqanıstan, İraq, Somali, Yəmən, şimali-qərbi 

Pakistan, Hindistanda Naksalitlər, Meksika kartelləri, 

həmçinin Sudan və Liviya da beynəlxalq ekstremizm 

kimi təsnif edilir. Çin, Hindistan və Pakistan 

nüvə silahlarının sayını azaltmasına baxmayaraq, 

ABŞ və Rusiya silahların sayını azaldır. Amerika 

Alimlər İttifaqının fikrincə, 2011-ci il fevral ayında 

dünyada 22000 nüvə başlıqları var idi, bunların 

2.000 ədədi ABŞ və Rusiya tərəfindən istifadəyə 

hazırdır. Nüvədən-azad zonaların və ərazilərin 

artmasına baxmayaraq, qeyri-stabil ölkələrin sayı 

2006-2011-ci illər ərzində 28-dən 37-yə çatmışdır. 

Mərkəzi Amerika ölkələrinin çoxu digər dövlətlər ilə 



2011 G

ƏLƏCƏYİN 

D

URUMU


6

müqayisədə mütəşəkkil cinayətkarlıqla mübarizədə 

uğursuzluq yaşayır. Sosial qeyri-stabillik və gələcək 

münaqişələrin artması ilə QİÇS-ə yoluxanların 13 

milyondan yuxarı olması və işsiz gənclərin sayının 

sürətlə artması ilə bərabər Afrika əhalisinin sayının 

2050-ci ilə kimi ikiqat artacağı gözlənilir. 

Yəmən dövlətinin gözlənilən dağılması Somali 

sahillərində neft piratlığının artması ilə nəticələnə 

bilər. Beynəlxalq ticarətin 90%-i dəniz vasitəsi ilə nəql 

olunur; gəmilərə qarşı piratlıq və silahlı soyğunçuluq 

halları BMT-nin Beynəlxalq Dəniz Təşkilatına görə 

2009-cu ildə 406 fakt qeydə alınmışdırsa 2010-cu il 

ilə müqayisədə bu rəqəm 489 olmuşdur.

2035-ci ilə kimi tələbatda proqnozlaşdırılan 40-

50% artımı qarşılamaq üçün hazırda dünyada mədən 

yanacaqlarına alternativ olaraq həyata keçirilən 

yatırımlar sürətlə artmaqdadır. Çin 51 milyard 

dollar məbləğində 2010-cu il büdcəsi ilə “aşağı-

karbon enerjisi” layihəsində ən böyük yatırımçıya 

çevrilmişdir. Tri Mayl Aylend, Çernobıl və indi 

Yaponiyada baş verən Fukusima nüvə fəlakəti bu 

sənayenin gələcək inkişafını şübhə altına qoymuşdur 

və həmçinin bu fəlakət Yaponiya və Avropada nüvə 

əleyhinə hərəkatı daha da gücləndirmişdir. 

Texnologiya və davranış dəyişikliyində başlıca 

nailiyyətləri nəzərə almasaq, 2050-ci ildə dünya 

enerjisinin əksər hissəsini mədən yanacaqları təşkil 

edəcək. Buna görə də, iqlim dəyişikliyini azaltmaq 

üçün geniş miqyaslı karbon əldə etmək və onun 

yenidən istifadəsi prioritet məsələ olmalıdır. 

Enerjinin səmərəliyi, mühafizəsi, elektrik avtomobil, 

telefon ilə iş və azadılmış ət istehlakı enerji istixana 

qazlarının istehsalını azaltmaq üçün qısamüddətli 

yoldur. Dünyada maşın istehsalçıları bütün hibrid və 

elektrik maşınlarında aşağı qiymətə malik ştepselləri 

istehsal etməkdə rəqabətə girirlər. Mühəndislik 

şirkətləri sement üçün karbonatlar və balıq məhsulu 

və bioenerjilər üçün yosunlar becərmək məqsədilə 

kömür elektrik stansiyalarından CO2 tullantılarını 

necə əldə etməyin yollarını axtarırlar. Çin uzun 

mübarizə, enerji, xərclər və yol tıxaclarını azaltmaq 

üçün telefon ilə iş proqramlarını tədqiq edir.

Qadınların səlahiyyətlərinin artması ötən əsr 

boyunca sosial təkamülün ən güclü amillərindən 

biri olmuşdur və çoxları hesab edir ki, bu Fəsil 

1-də göstərilən qlobal çağırışlar üçün ən səmərəli 

strategiyadır. XX əsrin başlanğıcında yalnız iki ölkədə 

qadınlara səs vermək hüququ verilmişdir; bu gün, 

sözün əsl mənasında, qadınlar üçün bütün dünyada 

səsvermə hüququ mövcuddur, dünya üzrə qadın 

seçicilərin orta nisbəti 19,2%-ə çatmışdır və 20-dən 

çox ölkədə ölkə və ya hökumətin idarəçiliyi qadınlara 

həvalə olunmuşdur. Patriarxal qurumlar böyük etiraz 

ilə qarşılanır və cinsi bərabərliyə yönələn hərəkat 

qarşısıalınmazdır.

Dünyanın transmilli mütəşəkkil cinayət 

təhlükəsinə qarşı ayıq olmasına baxmayaraq, qlobal 

strategiyanın bu təhlükənin qəbul olunmadığını 

iddia etdiyi halda, bu problem hələ də böyüməkdə 

davam edir. 300 milyard-1 trilyon dollar civarında 

olan saxtakarlıq və əqli mülkiyyət piratlığı ilə qeyri-

qanuni ticarət dövriyyəsi dünyada illik olaraq 1,6 

trilyon dollar civarında qiymətləndirilir, həmçinin bu 

rəqəm qlobal narkotika ticarətdə 404 milyard dollar, 

ekoloji dəyəri olan məhsulların ticarət dövriyyəsi 63 

milyard dollar, insan alveri və fahişəlik 220 milyard 

dollar, qaçaqmalçılıq 94 milyard dollar, silah alveri 

12 milyard dollar, eləcə də kiber cinayətkarlıq gəlir 

itkisində milyardlarla pul təşkil edir. 

Dünya Bankının qiymətləndirmələrinə görə, illik 

olaraq ödənilən rüşvətdə 1 trilyon dollarlıq zorakılıq 

və ya mütəşəkkil cinayətin, və ya 1,5-6,5 trilyon 

dollarlıq yuyulmuş pulların bir hissəsi bu rəqəmlərə 

daxil edilmir. Bunun nəticəsi olaraq, ümumi gəlir 

dünyada bütün hərbi büdcələrdən təxminən 2 dəfə 

böyük olmaqla 2-3 trilyon dollar təşkil edə bilər.

Dünyada hər şeyin mürəkkəbliyinin kəskin 

artması insanları kompüterlərə daha çox etibar 

etməyə məcbur edir. 1997-ci ildə İBM (Beynəlxalq 

Biznes Maşınları Korporasiyası) Deep Blue (Şahmat 

Oynayan Kompüter) inkişaf etdirərək dünya 

şahmat çempionuna qalib gəldi. 2011-ci ildə isə 

Vatson kompüteri televiziya Bilik Viktorinasının 

çempionlarına qalib gəldi. Daha sonra kim olacaq? 

Gördüyümüz kimi, bioloji cəhətdən müstəqil olan 

sinir sistemi qərarlar qəbul edir, belə ki, kompüter 

sistemləri də bəşəriyyət üçün günbəgün sayı artan 

qərarlar qəbul edir.

Elmi tərəqqinin sürətlənməsi bəşəriyyət üçün 

perspektivləri əsaslı şəkildə dəyişmiş və dünyəvi 

biliklərə yiyələnmə prosesi davam edir. Murun 

Qanununda qeyd olunan kompüter gücünün daha 

da inkişaf etməsi və qiymətinin düşməsi kütləvi 

kompüter üçün “İntel” tərəfindən təqdim olunmuş ilk 

üç-ölçülü kompüter mikrosxemi ilə davam edir. Hal-

hazırda, Çin hər saniyədə 2,5 petaflop tənzimləyən 

“Tianhe-1” modeli ilə ən sürətli kompüter üzrə 

rekorda imza atmışdır; növbəti ildə hazırlanacaq İBM 

Mira (Beynəlxalq Biznes Maşınları Korporasiyası) 4 

dəfə bundan sürətli olacaq.

Dəyişikliyin sürətlənməsinin etik təkamülün şərti 

vasitələri xaricində artması mümkündürmü? Başqası 

bu məsələnin çətin olduğu qənaətinə gələndən 

sonra bizim bir dəyişiklik kimi nəyin doğru və yanlış 

olmasını başa düşməyə zamanımız olacaqmı? Misal 

üçün, özümüzü klonlaşdırmaq və ya dinozavrları 

geri qaytarmaq, yaxud sintetik biologiyadan yeni 

həyat formaları yaratmaq etik qaydalara nə dərəcədə 



X

ÜLASƏ


7

sığır? Bu məsələlər əsla uzaq gələcəyə aid deyil; 

bunların üzərində artıq bu gün, bizim zamanda 

işlər aparılır. Elm və texnologiyanın inanılmaz 

nailiyyətlərinə baxmayaraq, davam edən sürətlənmə 

və qloballaşmadan qaynaqlanan gələcək risklərin 

proqnozlaşdırılması və dəyərləndirilməsinə ehtiyac 

vardır.


Eyni zamanda, yeni texnologiyalar bir çox 

insanlar üçün əvvəlki zamanla müqayisədə daha 

sürətli addımlar ilə daha çox xeyir gətirə bilər. Ayrı-

ayrı fərdlər dünyada spesifik etik məsəllər ilə bağlı 

tədbirlər görmək üçün İnternet vasitəsi ilə qrup 

yaratmaq təşəbbüsündə olurlar. Yeni KİV, bloqlar, 

mobil telefon kameraları, etika komissiyaları və 

QHT-lər rüşeymli qlobal düşüncəni yaratmaqla 

qeyri-etik qərarları, korrupsiyaya düçar olmuş 

təcrübələri aşkar edirlər. Bizim uğursuzluğumuz 

qlobal maliyyə böhranı və baş verən geriləmələr, 

işsizliyin hökm sürməsi və varlı-yoxsul təbəqə 

arasında fərqin genişlənməsinə öz töhfəsini verən 

biznes dünyasının daxilinə etik düşüncələrin tətbiq 

edilməməsindədir.

Misir 2020

Bütün dünya Misir İnqilabını alqışladı, lakin indi 

hamını bundan sonra baş verəcəklər maraqlandırır. 

Kiber fəza, beynəlxalq həmrəylik və dünyanın 

sürətlə dəyişməsinin oynadığı rolu nəzərə alaraq, 

Misir XXI əsrdə demokratiyanın ilk yeni formasını 

kəşf edə biləcəkmi? Qeyri-mərkəzləşdirilmiş yerli 

iqtisadi sistem ilə mərkəzdən nəzarət olunan siyasi 

sistemə çevriləcəkmi? Və yaxud, mövcud yoxsulluq, 

su, təhsil və xalqın sağlamlıq kimi problemlərə 

diqqətin ayrılması, milli kollektiv zəka sistemi 

vasitəsilə yeni baxışları daimi olaraq müəyyən etmək 

üçün İnternet imkanından istifadə edən iştirakçı 

demokratiyanı yaradacaqmı? Ərəb Baharının Oyanışı 

müasirləşmə ilə qərbləşməni ayırd edən Ərəb və 

İslam mədəniyyətinin intibahına nə dərəcədə stimul 

olmasını hələ görəcəyik. 

Minilliyin Layihəsinin 

Misir bölməsi Misir Ərəb Gələcəyinin Tədqiqatı 

Assosiasiyası əməkdaşlıq etdiyi ortaqları ilə birlikdə 

Misirin gələcəyi haqqında Real-Time Delphi 

proqramını yaratdılar. Alınan nəticələrin bəzi 

nümunələri Fəsil 3-də, tam versiyası isə CD-də əks 

etdirilir. 



Gələcək İncəsənət, KİV və Əyləncə

Sürətlə biliyini artıran, dəyişən və sıxlaşan dünyada 

biliyin yüksək sürətli artımı bizə dərk etməyin qeyri-

mümkün olduğu məqamları bilmək imkanı yaradır. 

Eyni zamanda, ciddi məsələlərə ciddi diqqətin 

verilməsinin daha az maraq yaratdığı mənasız 

xəbərlərdən agah oluruq və bu da bizim üçün sadəcə 

vaxt itkisinə çevrilir. Bəşəriyyətin yaxşı gələcəyə sahib 

olacağına inanmaq üçün nəyi bilməyimizin vacib 

olmasını necə öyrənə bilərik? Ənənəvi olaraq dünya, 

təhsil sistemləri, incəsənət, KİV və əyləncə vasitəsilə 

bir çox biliklərə yiyələnir – və indi dünya rabitə və 

əyləncə texnologiyalarının yenilikləri ilə tanış olur, 

biz daim inkişaf edən çatdırılma sisteminin hər hansı 

sayı üzrə barmaqlarımızın ucu ilə toxunaraq daha çox 

məlumat əldə edir və mətbuat ilə tanış oluruq. 

Bu gün Avropa operası kimi tanıdığımız 

fenomen XVI əsrdə “beyin mərkəzi” rolunu oynayan 

“Florentina Kamerata” Cəmiyyəti tərəfindən 

yaradılmışdı, və onlardan ibrət alaraq, 

Minilliyin 

Layihəsi İncəsənət və Mətbuat Bölməsini yaratdı.

Həmin Bölmə gələcək elementləri təklif etmək 

və müzakirə etmək, və ya incəsənət, mətbuat və 

əyləncənin gələcəyini sağlam şəkildə qurmaq 

üçün dünyada futuristik rəssamlar, media və 

əyləncə üzrə peşəkarlar və yenilikçiləri dəvət etdi. 

İnternetdə bir ay aparılan müzakirədən sonra 34 

element seçilmiş və İnternetdə Real-Time Delphi 

proqramına beynəlxalq dəyərləndirmə məqsədi ilə 

daxil edilmişdir. Yazıçılar, rejissorlar, ifaçılıq sənət 

xadimləri, incəsənət və mətbuat təlimçiləri, əyləncə, 

oyun və rabitə sistemlərində fəaliyyət göstərən digər 

peşəkarlar dünyada öz biliklərini bölüşmək üçün 

Minilliyin Layihəsinin 40 Bölməsi tərəfindən təyin 

edilmişdir. İştirakçıların qərəzsiz baxışlarına əsasən, 




2011 G

ƏLƏCƏYİN 

D

URUMU


8

gələcəkdə incəsənət, mətbuat və əyləncə onların yeni 

auditoriya ilə məşğul olan mobil smart telefonların 

gələcək versiyaları ilə tənzimlənən reallığı gücləndirən 

holoqrafik telefon vasitəsi ilə tele-təqdimat və 

interaktiv iştirak qlobal xarakter alacaqdır. Alınmış 

nəticə üçün Fəsil 4-ə baxın.

Latın Amerikası 2030

2010-2030-cu illərdə Latın Amerikasının bir 

çox ölkələri müstəqilliklərinin 200-illiyini qeyd 

edəcəklər. Regiondakı əksər ölkələr XIX əsrin 

əvvəllərində I Napoleon tərəfindən Portuqaliya və 

İspaniyanın Fransa tərəfindən işğalına müvafiq olaraq 

müstəqilliklərini qazanmışlar. Bu ölkələr özlərinin ilk 

iki əsrlik tarixlərinə geriyə nəzər saldığı halda, Latın 

Amerikasının gələcəyi ilə bağlı imkanları təhlil etmək 

məqsədəuyğun göründü.

Latın Amerikasında yaradılmış Layihə 

Bölmələrinin rəhbərləri 552 savadlı fərdlərin 

qərarlarını və növbəti 20 il ərzində Latın 

Amerikasında baş verəcək hadisələrin təsirlərini 

və region üçün vacib olan dəyişikliklərin potensial 

gedişatı haqqında topladığı məlumatı Real-Delphi 

proqramına daxil etmişdir.

4 ssenarini qurmaq üçün nəticələr Latın Amerikası 

Bölmələrinin 4 komandası tərəfindən istifadə 

olunmuşdur:

–  “Mañana” bu gün: Latın Amerikasının 

Uğuru; 


–  Texnologiya İdeologiya timsalında: inananlar 

və inanmayanlar;

–  Region alov içindədir: Bu hesabat 

SİRRLİDİR; və

–  Şəbəkə: Ölüm və Təkrarən Yaranma. 

Həmin 4 ssenarilərin qaralaması rəylər toplamaq 

məqsədi ilə Real-Time Delphi proqramı vasitəsilə 

bölüşdürülmüşdür. Ssenarilər yenidən təzələnmiş 

və Fəsil 5-də təqdim edilmişdir. Ssenarilərin son 

versiyasına qədər bütün bu tədqiqatların tam 

təfərrüatları CD-də təqdim olunub. 4 ssenarinin 

hamısı Latın Amerikasının gələcəyi ilə bağlı imkanları 

və təhlükələri dərk etmək üçün ən etibarlı mənbədir.

Ekologiyanın Mühafizəsi

Münaqişə və ekologiyanın tənəzzülü hər birimiz 

üçün aktual mövzu olduğundan ekologiyanın 

mühafizəsi, müdafiə və geosiyasi paradiqmaları 

dəyişməklə hazırda milli və beynəlxalq agentliklərin 

gündəliyində duran ən vacib məsələlərindəndir. 

Ənənəvi milli-mərkəzi təhlükəsizliyə ayrılan diqqət, 

geosiyasi dəyişikliklər, iqlim dəyişikliyinin səmərəliyi, 

ekologiya və enerji təhlükəsizliyi və artan qlobal 

qarşılıqlı asılılıq ilə qlobal formada daha da genişlənir.

Minilliyin Layihəsi həyata dəstək naminə ekoloji 

mühafizəni canlı həyat kimi 3 element vasitəsi 

ilə müəyyən edir: ekologiyaya ziyan verə biləcək 

hərbi müdaxilənin qarşısının alınması və ya onun 

dağıntılarının aradan qaldırılması; ekologiya ilə bağlı 

münaqişələrin qarşısını almaq və ya ona müvafiq 

cavab vermək; və yüksək mənəvi dəyər kəsb elədiyinə 

görə ekologiyanı mühafizə etmək.

Fəsil 6 bu açıqlama ətrafında son hadisələr və 

təşkil edilən ekoloji mühafizə ilə əlaqədar yaranan 

məsələlərin xülasəsini təqdim edir. Ötən bir neçə il 

ərzində, ABŞ Ordusu Ekologiya Siyasəti İnstitutunun 

dəstəyi ilə 

Minilliyin Layihəsi potensial təhlükəsizlik 

və ya təsirlər ilə bağlı ekoloji məsələləri üzrə aylıq 

hesabatları təqdim etmək üçün müxtəlif mənbələri 

diqqətlə nəzərdən keçirmişdir.

Keçən il ərzində 300-dən artıq maddə və 2002-

ci il avqust ayında isə bu iş başlayandan bəri 2500 

maddə müəyyən edilmişdir. Maddələrin tam 

mətni və onların mənbələri həmçinin ekologiya 

təhlükəsizlik ilə əlaqədar Minilliyin Layihəsinin 

digər tədqiqatları CD-də Fəsil 9-a daxil edilmiş və 

bu barədə həmçinin Minilliyin Layihəsinin İnternet 

Saytı www.millenium-project.org vasitəsilə məlumat 

ala bilərsiniz.

Gələcəyin Durumu 2011 bir neçə qısa mülahizələr ilə bitir. Oxucular öz mülahizələrini bölüşmək üçün 

mp-public@mp.cim3.net (www.millenium-project.org/millennium/mp-public.html saytına daxil olduqdan 

sonra), həmçinin Linkedln üzrə 

Minilliyin Layihəsi, və ya Twitter@Millennium Proj. ünvanından istifadə edə 

bilərlər.



X

ÜLASƏ


9

Bu ilin 


Gələcəyin Durumu, dünya və onun gələcəyi 

barədə düşünən insanlar üçün fövqəladə və zəngin 

məlumat toplusudur. Sağlam demokratiyaların lazımi 

məlumata ehtiyacı olduğundan və demokratiyanın 

getdikcə daha da qloballaşmasını nəzərə alaraq, 

ictimaiyyət bu tendensiyanı qorumaq üçün qlobal 

şəkildə müvafiq məlumata ehtiyac duyacaq. Ümid 

edirik ki, 

Gələcəyin Durumu illik hesabatı həmin 

məlumatı təmin etmək üçün yardımçı olacaq. Bu 

kitab 

Minilliyin Layihəsi təşkilatının 15-ci ilinə 



təsadüf edir, və siyasi rəhbərlərə, düşüncə liderlərinə, 

eləcə də ümidsizliyə, kor inam və cahil biganəliyə 

qarşı mübarizə aparan təlimçilərə, və həmçinin 

bəşəriyyət üçün perspektivləri təkmilləşdirməyə 

yönələn cəhdlərin tez-tez qarşısını alan münasibətlərə 

yardımçı olacaqdır.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə