Xülasə I. Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat Dünya iqtisadiyyatında meyillər 5



Yüklə 2,68 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix23.09.2018
ölçüsü2,68 Mb.
#70301
növüXülasə
  1   2   3   4   5   6   7   8



АZƏRBАYCАN  RЕSPUBLİКАSININ 

MƏRKƏZİ  BANKI

PUL SİYASƏTİ İCMALI

III Rüb


2012

№ 3(11)



Xülasə 

4

I. Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat 



5

   1.1. Dünya iqtisadiyyatında meyillər 

5

   Haşiyə 1. Fiskal multiplikatorlar 

6

   Haşiyə 2.  Dünya bazarında qızıla tələb 

7

   1.2. Azərbaycanda makroiqtisadi proseslər 



8

   1.2.1. Xarici sektor 

9

   1.2.2. Məcmu tələb 



10

   Haşiyə 3. Sosial təminatın maliyyələşdirmə mexanizmləri 

12

   1.2.3. Məcmu təklif 



13

   1.2.4. Makroiqtisadi tarazlıq 

14

   Haşiyə 4. İnflyasiyanın hədəflənməsi rejimi və maliyyə bazarı 



16

   Haşiyə 5. Daşınmaz əmlak bazarına qoyulan investisiya və qiymət arasında əlaqənin qiymətləndirilməsi  17

   Haşiyə 6. Pul siyasəti və daşınmaz əmlak bazarı 

18

II. Pul və məzənnə siyasəti 



20

   2.1. Valyuta bazarı və manatın məzənnəsi 

20

   2.2. Pul siyasəti alətləri 



21

   Haşiyə 7. Qiymət sabitliyi və maddi rifah 

22

   2.3. Pul təklifi 



22

   2.4. Pul siyasətinin institusional bazası 

23

   İstifadə olunmuş qrafik və cədvəllər 



26

МÜNDƏRİCАТ

2



AMB  – 

Azərbaycan Mərkəzi Bankı

BƏT  – 

Beynəlxalq Əmək Təşkilatı



BVF  – 

Beynəlxalq Valyuta Fondu

DSK  – 

Dövlət Statistika  Komitəsi



İEOÖ  – 

İnkişaf Etməkdə Olan Ölkələr

İEÖ  – 

İnkişaf Etmiş Ölkələr



İƏİT  – 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı

İQİ  – 

İstehlak Qiymətləri İndeksi



KİQİ  – 

Kənd Təsərrüfatı Məhsullarının İstehsalçı Qiymətləri

KOS  – 

Kiçik və Orta Sahibkarlıq



NEM  – 

Nominal Effektiv Məzənnə

MBK  – 

Məcmu Buraxılış Kəsiri 



OPEC  – 

Organization of the Petroleum Exporting Countries 

 

 

(Neft İxrac Edən Ölkələrin Təşkilatı)



REM  – 

Real Effektiv Məzənnə

RSM  – 

Real Sektorun Monitorinqi



SİQİ  – 

Sənaye Məhsullarının İstehsalçı Qiymətləri İndeksi

SKMF – 

Sahibkarlığa Kömək Milli Fondu



ÜDM  – 

Ümumi Daxili Məhsul

ÜTT  – 

Ümumdünya Ticarət Təşkilatı      



   

Abbreviaturalar

3



Xülasə

2012-ci ilin 9 ayında Azərbaycan Respublikasının Mərkəzi Bankı öz siyasətini 

qlobal  iqtisadiyyatda  kövrək  artım,  Avrozonada  risklərin  artdıgı  və  dünya 

maliyyə və əmtəə bazarlarında volatilliyin qaldığı şəraitdə həyata keçirmişdir.

Dünya  bazarlarında  neftin  yüksək  qiyməti  fonunda  ölkənin  xarici  iqtisadi 

mövqeyi  əlverişli  olmuşdur.  Strateji  valyuta  ehtiyatlarının  böyüməkdə  davam 

etməsi  ölkənin  iqtisadi  dayanıqlığını  daha  da  yüksəltmiş  və  qlobal  iqtisadi 

riskləri tam neytrallaşdıra bilən səviyyəyə çatmışdır. Ölkə iqtisadiyyatında artım 

dinamikası davam etmiş və əsasən qeyri-neft sektorundan qaynaqlanmışdır. 

Cari ilin hesabat dövründə Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyinə 

təsir edən amilləri nəzarətdə saxlayaraq çevik-adekvat siyasət həyata keçirmişdir. 

Mərkəzi  Bank  öz  fəaliyyətini  pul  və  maliyyə  sabitliyi  siyasətinin  bəyan 

olunmuş  başlıca  istiqamətlərinə  uyğun  olaraq  inflyasiyanın  optimal  səviyyədə 

saxlanması, manatın məzənnəsinin sabitliyi, bank-maliyyə sektorunda inkişafın və  

dayanıqlığın möhkəmləndirilməsi kimi hədəflərin realizasiyasına yönəltmişdir.

Hesabat  dövründə  qlobal  əmtəə  qiymətlərinin  artımını  və  daxili  tələbin 

genişlənməsini nəzərə alaraq Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasəti 

həyata  keçirmişdir.  Nəticədə  makro-maliyyə  sabitliyinin  mühüm  amili  olan 

manatın  mübadilə  məzənnəsi  sabit  olmuş  və  inflyasiya  təkrəqəmli  səviyyədə 

qalmışdır.

XÜLASƏ

4



Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat 

I. QLOBAL İQTİSADİ PROSESLƏR VƏ MİLLİ 

İQTİSADİYYAT   

1.1.  Dünya iqtisadiyyatında meyillər



Dünya  iqtisadiyyatında  canlanma  meyilləri 

davam  etsə  də,  son  dövrlərdə  artım  tempi 

azalmışdır.  Avrozonada  dövlət  borcu 

probleminin  həll  olunmaması,  xüsusilə  qəbul 

edilən  böhran  əleyhinə  tədbirlərin  gözlənilən 

nəticəni  verməməsi,  eyni  zamanda  sağlam  və 

dayanıqlı artım nümayiş etdirən ABŞ-da dövlət 

maliyyəsi problemlərinin yenidən aktuallaşması 

qlobal iqtisadi artıma mənfi təsir göstərmişdir.      

2012-ci  ilin  ikinci  rübündən  etibarən  dünya 

iqtisadiyyatında  artım  templərinin  zəifləməsi 

müşahidə edilir. Əgər I rüb ərzində artım 3.6% 

təşkil  etmişdisə,  II  rübdə  bu  göstərici  1.3% 

bəndi azalaraq 2.3%-ə bərabər olmuşdur. Post-

böhran  dövrünün  ilk  mərhələlərində  məcmu 

tələbin artmasının və bununla da iqtisadi artımın 

əsas  drayveri  olan  dövlət  tələbi  artıq  icra 

edilən  fiskal  konsolidasiya  planları  nəticəsində 

zəifləməkdədir.  Artan  risklər  fonunda  isə  özəl 

tələbin  əsas  maliyyələşmə  mənbəyi  olan  bank 

kreditləşməsi kanalı getdikcə daralmaqdadır.

Qlobal iqtisadi artımın əsas hərəkətverici amili 

yumşaq pul siyasəti olaraq qalır. Mərkəzi Banklar 

aşağı faiz dərəcələrini saxlamaqla iqtisadiyyata 

likvidlik  inyeksiyalarını  daha  da  artırmaq 

siyasətini  davam  etdirirlər.  Lakin,  aparıcı 

ölkələrin mərkəzi bankları tərəfindən yürüdülən 

yumşaq pul siyasəti belə artan resessiya riskləri 

fonunda bankların özəl tələbi maliyyələşdirməsi 

üçün  kifayət  deyildir.  Xüsusən  son  yarım  ildə 

Avropanın  ən  iri  300  bankının  50%-nə  yaxın 

hissəsinin  kredit  reytinqinin  aşağı  salınması 

bankların  iqtisadiyyatı  maliyyələşdirmə 

imkanlarını azaltmışdır.

2011-ci  ilin  əvvəllərindən  etibarən  iqtisadi  

artım   templərini itirən  Avrozona iqtisadiyyatı   

cari ilin III rübündə 0.2% azalmışdır.  Xüsusi  diqqət 

çəkən  məqam  zonaya  daxil  olan  Almaniyada 

cəmi  0.3%-lik  artımın  müşahidə  olunmasıdır. 

Portuqaliya  (-1.2)  və  Finlandiya  (-1.1)  zonada 

ən çox geriləyən,  İsveç (1.4), Norveç (1.2) isə 

zonanın ən sürətlə artan iqtisadiyyatları olmuşlar. 

Avrozonada  aralıq  istehlak  və  investisyaların 

azalmasına  baxmayaraq,  Avronun  ucuzlaşması 

fonunda  iqtisadi  artım  əsasən  xalis  ixracdan 

qaynaqlanır. Bölgədə dövlət borcu problemi hələ 

də kəskin olaraq qalmaqdadır. İlin sonuna doğru 

dövlət  borcunun  ÜDM-də  payının  Avrozonada 

93.6%-ə,  o  cümlədən  Yunanıstanda  170.7%-ə, 

İtaliyada  126.3%  səviyyəsində  olacağı  ehtimal 

edilir.  Dünya  İqtisadi  Forumunun  açıqladığı 

son  hesabata  görə  bütövlükdə  Avropada 

iqtisadi  böhranın  dərinləşməsinə  baxmayaraq, 

rəqabətqabilyyətlilik  indeksi  üzrə  İsveçrə  1-ci 

yerdədir,  Finlandiya,  İsveç,  Hollandiya  və 

Almaniya ilk onluğa daxildirlər.  

ABŞ    iqtisadiyyatında    da    2009-cu  ilin  

sonundan  etibarən  müşahidə  olunan  iqtisadi 

artım templəri zəifləməkdədir. Əgər I rüb ərzində 

artım 2% təşkil edirdisə,  II rübdə bu göstərici 

1.3%-ə  enmişdir.  Fiskal  konsolidasiya  məcmu 

tələbin azalmasını şərtləndirən əsas amildir. 



*Braziliya, Rusiya, Hindistan, Çin

Mənbə: BVF, Barclays Capital, konsensus proqnozlar

5



Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə