Xülasə I. Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat Qlobal iqtisadi meyillər 5



Yüklə 253,54 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix18.04.2018
ölçüsü253,54 Kb.
#39453
növüXülasə
  1   2   3   4   5   6   7   8



АZƏRBАYCАN  RЕSPUBLİКАSININ 

MƏRKƏZİ  BANKI

PUL SİYASƏTİ İCMALI

II Rüb


2013

№ 2(14)


İcmalın əsas məqsədi

 Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 

cari makroiqtisadi durum barəsində təhlillərini və gözləntilərini əks etdirməkdir. 

İctimaiyyətə  açıq  olan  bu  icmalın  digər  məqsədi  AMB  tərəfindən  həyata 

keçirilən  siyasətin  iqtisadiyyata  mümkün  təsirlərini  müntəzəm  olaraq  geniş 

oxucu kütləsinə çatdırmaqdır. İcmal rüblük olaraq ildə dörd dəfə ictimaiyyətə 

açıqlanır.



Xülasə 

4

I. Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat 



5

   1.1. Qlobal iqtisadi meyillər 

5

   Haşiyə 1. “Qaya” nefti: növbəti qlobal enerji inqilabı 

7

   1.2. Azərbaycanda makroiqtisadi proseslər 



9

   1.2.1. Xarici sektor 

9

   Haşiyə 2. BXİ-lərin cəlbetmə, potensial və töhfə indeksləri 



11

   1.2.2. Məcmu tələb 

12

   1.2.3. Məcmu təklif 



14

   1.2.4. İnflyasiya prosesləri 

15

   1.2.5. Məşğulluq 



18

II. Pul və məzənnə siyasəti 

19

   2.1. Valyuta bazarı və manatın məzənnəsi 



19

   Haşiyə 3. Valyuta müdaxiləsi və xarici ticarət disbalansları         

20

   2.2. Pul siyasəti alətləri 



21

   Haşiyə 4. Qeyri-ənənəvi pul siyasəti – son dövrlərin təcrübəsi və perspektivlər         

22

   2.3. Pul təklifi 



23

  

Haşiyə 5. Fiskal konsolidasiyanın pul siyasətinə təsiri         

25

  İstifadə olunmuş qrafik və cədvəllər 



26

МÜNDƏRİCАТ

2



AMB  – 

Azərbaycan Mərkəzi Bankı

BƏT  – 

Beynəlxalq Əmək Təşkilatı



BVF  – 

Beynəlxalq Valyuta Fondu

BXİ      –       Birbaşa Xarici İnvestisiyalar

DSK  – 


Dövlət Statistika  Komitəsi

İEOÖ  – 


İnkişaf Etməkdə Olan Ölkələr

İEÖ  – 


İnkişaf Etmiş Ölkələr

İƏİT  – 


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı

İQİ  – 


İstehlak Qiymətləri İndeksi

KİQİ  – 


Kənd Təsərrüfatı Məhsullarının İstehsalçı Qiymətləri

KOS  – 


Kiçik və Orta Sahibkarlıq

NEM  – 


Nominal Effektiv Məzənnə

MBK  – 


Məcmu Buraxılış Kəsiri 

OPEC  – 


Organization of the Petroleum Exporting Countries 

 

 



(Neft İxrac Edən Ölkələrin Təşkilatı)

REM  – 


Real Effektiv Məzənnə

RSM  – 


Real Sektorun Monitorinqi

SİQİ  – 


Sənaye Məhsullarının İstehsalçı Qiymətləri İndeksi

SKMF – 


Sahibkarlığa Kömək Milli Fondu

ÜDM  – 


Ümumi Daxili Məhsul

ÜTT  – 


Ümumdünya Ticarət Təşkilatı      

   


Abreviatura

3



Pul siyasəti icmalı  2013/ II rüb

2013-cü  ilin  I  yarımilliyində  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı 

öz  fəaliyyətini  ölkədə  makroiqtisadi  sabitliyin  davam  etməsi  və  iqtisadiyyatın 

şaxələnməsi şəraitində həyata keçirmişdir. 

Cari  ilin  birinci  yarısında  ölkədə  iqtisadi  artım  davam  etmiş,  xarici  iqtisadi 

mövqe  əlverişli  olmuşdur.  Qeyri-neft  sektorunun  artım  dinamikası  daha  da 

sürətlənmişdir.  Dövlətin  sosial-iqtisadi  inkişafa  və  infrastruktura  göstərdiyi 

aktiv  dəstək  iqtisadi  artıma  mühüm  töhfə  vermişdir.  Dövr  ərzində  ölkənin 

strateji valyuta ehtiyatlarının artımı davam etmiş və kifayətlilik üzrə beynəlxalq 

normaları əhəmiyyətli üstələmişdir. 

2013-cü ilin I yarısında Mərkəzi Bank fəaliyyətini inflyasiyanın aşağı təkrəqəmli 

səviyyədə  saxlanması,  manatın  məzənnəsinin  sabitliyi,  maliyyə  sabitliyinin  və 

dayanıqlığının qorunması kimi hədəflərin həyata keçirilməsinə yönəltmişdir. Orta 

illik inflyasiya cəmi 2% təşkil etmiş və əhali gəlirlərinin real artımı üçün əlverişli 

zəmin  yaratmışdır.  İnflyasiya  tərəfdaş  ölkələrdəki  inflyasiyadan  əhəmiyyətli 

dərəcədə aşağı olmuşdur. Manatın məzənnəsinin sabitliyi inflyasiyanın təkrəqəmli 

səviyyədə  saxlanmasında  mühüm  rol  oynamışdır.  Manatın  sabitliyi  şəraitində 

aşağı  inflyasiya  qeyri-neft  iqtisadiyyatının  və  ixracının  beynəlxalq  rəqabət 

qabiliyyətinə müsbət təsir etmişdir. 

XÜLASƏ


4


Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat 

I. QLOBAL İQTİSADİ PROSESLƏR VƏ MİLLİ 

İQTİSADİYYAT   

1.1. Dünya iqtisadiyyatında meyillər



Dünya  iqtisadiyyatında  artım  davam  edir, 

lakin,  bu  artım  gözləniləndən  aşağıdır  və 

regionlar  üzrə  qeyri-bərabər  templərdə  baş 

verir.  Geniş  miqyaslı  stimullaşdırıcı  siyasət 

tədbirlərinə baxmayaraq, Avrozonanın resessiya 

xəttindən  çıxa  bilməməsi  qabaqcıl  ölkələrdə 

fundamental  struktur  problemləri  haqda  ciddi 

düşünməyə əsas verir. 

İlkin  qiymətləndirmələrə  görə,  2013-cü  ilin 

birinci  yarısında  qlobal  iqtisadi  artım  2.75% 

təşkil etmişdir ki, bu da gözləniləndən aşağıdır. 

Artımın  zəifliyi  əsasən  Avrozonada  böhranın 

təxmin  ediləndən  daha  da  dərin  olması,  ABŞ-

da  fiskal  konsolidasiyanın  özəl  tələbə  neqativ 

təsirləri  və  inkişaf  etməkdə  olan  ölkələrdə 

(İEOÖ)  xarici  tələbin  aşağı  düşməsi  ilə 

əlaqədardır. 

Avrozonada  cari  ilin  I  rübü  ərzində  1.1%-

lik  resessiya  müşahidə  olunsada,  II  rübdə 

burada cüzi artım (0.5%) gözlənilir. Regionda 

iqtisadi  artımın  əsas  drayveri  Almaniya 

(2.2%)  qalmaqdadır.  Ən  dərin  resessiya  isə 

Yunanıstan-da  (-1.8%),  İspaniyada  (-1.2%) 

və  İtaliyada  (-1.1%)  müşahidə  edilir.  İyun 

ayında  Morgan  Stanley  Capital  International 

təşkilatı  son  illər  baş  verən  prosesləri  və 

iqtisadiyyatın formalaşmış strukturunu nəzərə 

alaraq  Yunanıstanı  “inkişaf  etmiş  ölkə” 

statusundan  “inkişaf  etməkdə  olan  ölkə” 

statusuna endirdiklərini elan etmişdir.  

 İlkin qiymətləndirmələrə əsasən, inkişaf etmiş 

ölkələr  arasında  ən  sürətlə  artan  iqtisadiyyat 

Yaponiya  iqtisadiyyatıdır  (4.7%).  Yaponiyada 

bir  müddət  əvvəl  irəli  sürülən  “abenomiks

1

” 



konsepsiyası ilkin mərhələdə özünü doğruldur. 

Belə  ki,  yarımillik  ərzində  xalis  ixrac 

və  istehlakın  artımı  hesabına  iqtisadi  artım 

gözləniləndən daha yüksək olmuşdur. 

2012-ci  ildəki  azalmanın  ardınca  qlobal 

ticarətdə  cüzi  artım  müşahidə  olunmuşdur. 

Formalaşan  müsbət  dinamikanı  nəzərə  alaraq, 

BVF 2013-cü il üçün qlobal ticarətin həcminin 

3.1%  (2012-ci  illə  müqayisədə  0.6  faiz  bəndi 

çox) artacağını proqnozlaşdırır.  

Qlobal  iqtisadi  artımın  mövcud  tempi 

dünyada  məşğulluq  səviyyəsinin  əhəmiyyətli 



*ilkin qiymətləndirmə

Mənbə: Barclays Capital və BVF-nin məlumatları əsasında

Mənbə: ÜTT

5

1



 

“Abenomics” konsepsiyası illik inflyasiya hədəfinin 2% həddində müəyyənləşdirilməsi, ucuz məzənnə siyasəti, neqativ faiz dərəcəsi, yumşaq pul siyasəti, dövlət 

investisiyalarının genişləndirilməsi kimi siyasət istiqamətlərini təmin etməklə, iqtisadi artımın sürətləndirilməsini ehtiva edir.



Yüklə 253,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə