Xülasə Maye və qaz mexanikası şöbəsinin fəaliyyəti, maye və qaz mexanikası problemi



Yüklə 115,09 Kb.
Pdf görüntüsü
tarix01.08.2018
ölçüsü115,09 Kb.
#59860
növüXülasə


“Maye və qaz mexanikasi” şöbəsinin 

2016-ci ilin 1-ci yarımilliyi üçün 



ELMI-TƏŞKILI HESABATI 

 “HETEROGEN MAYE AXINLARINDA SƏRHƏD QATLARIN QEYRİ-

STASİONAR PROSESLƏRƏ TƏSİRLƏRİNİN TƏDQİQİ” üçün 

XÜLASƏ


 

Maye və qaz mexanikası  şöbəsinin fəaliyyəti, maye və qaz mexanikası problemi 

üzrə  nəzəri, eksperimental və  təcrübi-sənaye işlərinin yerinə yetirilməsi ilə  əlaqədardır. 

Şöbədə 5 elmi işçi və 1 laborant əməkdaş çalışır. Hesabat dövründə  əməkdaşlar elmi 

mövzu çərçivəsində  tədqiqatlar apararaq, tanınmış jurnallarda elmi nəticələrini dərc 

etmiş, qrant müsabiqələrində, beynəlxalq və ölkəmizdə keçirilən konfranslarda iştirak 

etmişlər. Yaratdıqları innovativ sənaye texnologiyala

tətbiqə çatdırılmışdır.  



2016-ci ilin I-ci yarım illiyində aşağıdakı işlər həyata keçirilmişdir. Onlardan: 

İş 1. Mayelərin borularla axınlarında köçmə proseslərin tədqiqi.  

İş 2. Pulsasiyalı axın və süzülmələrin mayelərin sərfi xarakteristikasına təsirinin 

tədqiqi. 

İş 3. Sərhəd qatı effektlərinin qeyri stasionar köçmə proseslərə təsirləri. 

“Mayelərin borularla axınlarında köçmə proseslərin tədqiqi” işi üzrə boru 

kəmərlərinin effektiv istismarını  təmin edən daşıyıcının temperatur tənzimləməsi və 

sərhəd qatdakı istilik köçmə prosesləri ilə bağlı  tədqiqatlar aparmış temperaturlar 

fərqindən qaz əmələ  gəlməsini nəzərə alınmaqla seçilmiş termoizolyasiya qatının 

qalınlığının hesablanması alqoritmini vermişdir. “Pulsasiyalı axın və süzülmələrin 

mayelərin sərfi xarakteristikasına təsirinin tədqiqi” işi üzrə aparılan tədqiqatlar zamanı 

heterogen sistemlərin borularla axınlarında divarla təmasında v=0 şərtindən, əlavə olaraq 

toxucu gərginliyin yaranması  və bununla da tiksotropluq xüsusiyyətlərə malik belə 

mayelərdə struktur dağılması və eyni zamanda sərfin artması göstərilmişdir. “Sərhəd qatı 

effektlərinin qeyri stasionar köçmə proseslərə  təsirləri” işi üzrə aparılan tədqiqatlar 

zamanı silindrin hərəkəti zamanı mayenin səthində yaranan dalğaların yayılmasına aid 

məsələnin həlli verilmiş və  bu həllin parametrlərin müxtəlif qiymətlərində təqribi sərhəd 

şərtlərinin  ödədiyini göstərilmişdir. 

Hesabat zamanı 7 elmi məqalə hazırlanmış, onlardan 4 çapdan çıxmış, 3-i isə çapa 

qəbul olunmuşdur. 




AMEA-nın müxbir üzvü, t.e.d. Qeylani Pənahovun (baş redaktor) və t.e.n. Eldar 

Abbasovun bilavasitə iştiraki ilə, AMEA-nın təsis etdiyi ANAS Transactions (Mexanika 

buraxılışı) jurnalının yeni versiyasının birinci nömrəsi hazırlanıb nəşriyyatdan 

buraxılmışdır. 

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, 

şöbə müdiri Qeylani Pənahov Rusiya Təbiət Elmləri Akademiyasının ali mükafatlarından 

olan “Akademik Azad Mirzəcanzadə adına beynəlxalq gümüş medalı”-na layiq 

görülmüşdür. 

«Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar 

kompleksi» mövzu üzrə «Neft və qaz yataqlarının işlənilməsinin texnoloji proseslərinin 

idarə  və  nəzarət olunmasının müasir modellərinin elmi əsaslarının təkmilləşdirilməsi» 

elmi-tədqiqat mövzu çərçivəsində Geologiya və Geofizika İnstitutunda növbəti 

“Geomexanika” seminarında çıxışı ilə  əlaqədar bəzi tədqiqat nəticələr təqdim 

olunmuşdur. 

Neft yataqlarında neftvermənin intensivləşdirilməsində innovativ texnologiya 

“Global Energy” şirkətinin Binəqədi yatağında tətbiq edilmiş, istismar quyusunda neft 

artımı ilə əlaqədar effektivlik alınmışdır

.

 



 

 

Şöbə müdiri,  



AMEA-nın 

müxbir 


üzvü, 

t.e.d. 


    Qeylani 

Pənahov 


 

Yüklə 115,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə