Xülasə Məqalədə e-dövlətin formalaşdığı iqtisadi mühitdə baş verən tranfsormasiya prosesləri tədqiq olunur. Bu mühitdə



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə1/2
tarix24.01.2023
ölçüsü0,87 Mb.
#99162
növüXülasə
  1   2
51R.Alg R.Mahm (1)



İnformasiya cəmiyyətində iqtisadiyyatın 
transformasiyası məsələləri 
 
Rasim Əliquliyev
1
, Rasim Mahmudov
2
1,2
AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 
secretary@iit.ab.az, rasimmahmudov@gmail.com
Xülasə-
Məqalədə e-dövlətin formalaşdığı iqtisadi mühitdə baş 
verən tranfsormasiya prosesləri tədqiq olunur. Bu mühitdə 
iqtisadiyyatın transformasiyasına təsir edən amillər və proseslər 
analiz edilir. İnformasiya və biliklərə əsaslanan iqtisadiyyatın 
bazarın təməl prinsipləri ilə ziddiyyət təşkil edən xüsusiyyətləri 
şərh olunur.
Açar sözlər - e-dövlət, iqtisadiyyatın transformasiyası, informasiya 
assimmetriyası, biliklər iqtisadiyyatı. 
I.
GIRIŞ 
İKT-nin dinamik inkişafı və hərtərəfli tətbiqi, bütün 
fəaliyyət sahələrində olduğu kimi, iqtisadi sferada da köklü 
dəyişikliklərə səbəb olur. İqtisadi fəaliyyətin struktur, forma 
və üsulları, inkişaf istiqamətləri ciddi transformasiyaya məruz 
qalır. Baş verən transformasiya prosesləri iqtisadiyyatın 
qloballaşmasını, virtuallaşmasını, konvergensiyasını və 
diversifikasiyasını özündə əks etdirir. İqtisadi sferadakı 
transformasiya prosesləri həm makro, həm də mikro 
səviyyədə müşahidə edilir.
İqtisadiyyatda 
güclü 
informasiya 
sektorunun 
formalaşmasında, inkişafında və bütün fəaliyyət sferalarına 
güclü nüfuz etməsində İKT-nin aparıcı istiqaməti olan 
İnternet fenomeni ən mühüm rola malikdir. İnternetin 
informasiya və kommunikasiya mühiti kimi xüsusiyyətləri 
özünü iqtisadiyyatın bütün sferalarında qabarıq şəkildə 
göstərir. İqtisadiyyatda baş verən qloballaşma, virtuallaşma, 
konvergensiya və diversifikasiya prosesləri, əsasən, İnternetin 
təsiri nəticəsində baş verir.
İKT-nin təsiri ilə baş verən ən mühüm dəyişiklik isə 
mövcud iqtisadi sistemin özünün ciddi transformasiyaya 
uğramasıdır. Belə ki, rəqabət obyektlərinin və növlərinin 
transformasiyası, yeni tip müəssisələrin və onlar arasında yeni 
qarşılıqlı əlaqə strategiyalarının, habelə mülkiyyətin yeni 
elementlərinin və mənimsəmə formalarının meydana gəlməsi 
iqtisadi sistemin strukturunun transformasiyasını şərtləndirir. 
Dinamik 
inkişaf 
edən 
informasiya 
texnologiyaları, 
informasiya və biliklərin əsas strateji resursa çevrilməsi, bazar 
subyektləri arasında kommunikativ əlaqələrin qurulması, 
İnternet mühitində sosial şəbəkələrin meydana gəlməsi və 
inkişafı, 
biliklər 
iqtisadiyyatının 
formalaşdırılması 
informasiya asimmetriyasının aradan qaldırılması qeyri-
təkmil, inhisarçı bazarın dayaqlarını sarsıdır. 
Tədqiqat işində bazar iqtisadiyyatının strukturunda, forma 
və funksiyalarında baş verən transformasiya proseslərinin 
əsasında dayanan faktorlar və tendensiyalar analiz edilir. 
II.
VİRTUAL
BAZARIN
FORMALAŞMASI 
Bazar iqtisadiyyatının transformasiyasını xarakterizə edən 
tendensiyalardan 
biri 
ənənəvi münasibətlərin virtual 
münasibətlərlə 
əvəz 
olunması, 
virtual 
bazarın 
formalaşmasıdır. İnternetin yaratdığı imkanlar hesabına həm 
şaquli (ayrı-ayrı müəssisələr, maliyyə-sənaye qrupları, 
korporasiyalar və birliklər və bütöv bazarlar), həm də üfüqi 
(əmtəə və xidmət bazarı, əmək bazarı) iqtisadi strukturları ciddi 
dəyişikliklərə məruz qalır. Bütün bu proseslərin nəticəsi kimi 
yeni iqtisadi məkan – virtual bazar formalaşır. 
Virtual bazarlar sənaye və ticarət müəssisələrini, maliyyə-
bank strukturlarını da öz təsir dairəsinə cəlb edir. Virtual 
bazarların ən başlıca xüsusiyyəti İnternetin və verilənlər 
bazalarının 
hesabına 
informasiyanın 
yüksək 
dərəcədə 
təmərküzləşməsidir. Virtual bazarlar asan təhlil edilə bilən 
mühitdir, burada informasiya bütün iştirakçılar üçün eyni 
dərəcədə əlyetərlidir.
Virtual bazarın əsas infrastrukturu kimi çıxış edən İnternet 
aşağıdakı problemlərin eyni zamanda həlli üçün əlverişli şərait 
yaradır [1]: 

Kommunikativ (e-poçt, forumlar, sosial şəbəkələr və s.); 

İnformativ (istənilən zəruri informasiyanın əldə edilməsi); 

Reprezentiv (şirkət və onun məhsulları barədə geniş 
reklam imkanlarından və müxtəlif informasiya çatdırma 
üsullarından istifadə etməklə müxtəlif ünvanları 
məlumatlandırma). 
Müəssisənin yeni fəaliyyət mühiti kimi İnternetin əsas 
üstünlükləri aşağıdakı imkanlar vasitəsilə təmin edilir: 

Məqsədli auditoriyanın dəqiq əhatə olunması – məkan 
üzrə, daxilolma vaxtına görə, tematik saytlar üzrə və s.; 

İstifadəçilərin 
saytdakı 
davranışlarının, 
saytın 
təkmilləşdirilməsinin, malların, əldə edilən nəticələr 
əsasında satışöncəsi və satışsonrası xidmətin analizi; 

Sutkaboyu əlyetərlilik və çeviklik; 

İnteraktivlik: istehlakçı satıcı ilə, məhsulla qarşılıqlı 
əlaqədə olmaq imkanı əldə edir; 

Əmtəə 
haqqında böyük həcmdə informasiyanın 
yerləşdirilməsi (o cümlədən qrafik, audio, video, 
animasiya və s.); 

İnformasiyanın yayılmasının və əldə edilməsinin 
operativliyi; 

Maraqlar, peşə faəliyyəti ilə bağlı virtual cəmiyyətlərin 
yaradılması. 
III.
BAZARIN
VASİTƏÇİLİK
FUNKSİYASININ
TRANSFORMASİYASI 
Bazarın mühüm funksiyalarından olan 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə