Xülasə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (smdt) Azərbaycanda seçki



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix29.08.2018
ölçüsü0,98 Mb.
#65262
növüXülasə
  1   2   3   4   5   6


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 


 

I.



 

Xülasə  

 

Seçkilərin  Monitorinqi  və  Demokratiyanın  Tədrisi  Mərkəzi  (SMDT)  Azərbaycanda  seçki 

qanunvericliyi  və  təcrübəsinin  təkmilləşdirilməsi,  əlverişli  seçki  mühitinin  yaradılması  ilə  bağlı 

Avropa Şurası və ATƏT  standartları əsasında islahatların aparılmasını zəruri sayaraq, bu qurumların 

irəli sürdüyü  seçki tövsiyyələrinin icrası ilə bağlı vəziyyəti dəyərləndirib.  

 

SMDT-nin  hazırladığı  Dəyərləndirmə  Hesabatında  Azərbaycanda  9  oktyabr  2013-cü  ildə  keçirlmiş 



prezident  seçkisi  və  ondan  öncəki  seçkilərlə  bağlı  ATƏT-in  Demokratik  Təsisatlar  və  İnsan 

Hüquqları Bürosunun tövsiyyələri, Avropa Şurası Venesiya Komissiyasının rəyləri və Avropa İnsan 

Hüquqları  Məhkəməsinin  seçki  şikayətləri  üzrə  qərarlarına  istinad  edilib.  Hesabatda  2002-ci  ildən 

başlayaraq,  beynəlxalq  təşkilatlar  tərəfindən  Azərbaycanda  seçki  prosesinin  inkişafı  ilə  bağlı  irəli 

sürülən tövsiyyələrin başlıca istiqamətləri sadalanıb və bu istiqamətlərdə müşahidə olunan geriləmə 

dəyərləndirilib.  Bununla  belə  ATƏT/DTİHB-in  Seçki  Müşahidə  missiyası  tərəfindən  9  oktyabr 

2013-cü  il  prezident  seçkisi  üzrə  Yekun  hesabatı  yaxın  5  il  ərzində  ən  son  və  kompleks  tövsiyələr 

olduğundan daha geniş nəzərdən keçirilib. 

 

Hesabatda  əlverişli  və  demokratik  seçki  müşhitinin  yaradılması  ilə  bağlı  ATƏT/DTİHB-in  irəli 



sürdüyü  tövsiyyələrdən  biri  kimi  ifadə  azadlığı,  sərbəst  toplaşmaq  və  birləşmək  azadlıqları  

sahəsində  mövcud  olan  hüquqi  və  praktiki  maneələrin  aradan  qaldırılması  ilə  bağlı  vəziyyət 

dəyərləndirilib. SMDT təəsüflə qeyd edir ki, hökümət internetdə ifadə azadlığını məhdudlaşdıran bir 

sıra  addımlar  atıb.  Məsələn,  2017-ci  ilin  martında  parlament  internet  saytlarını  bloklamağa  imkan 

verən  qanuna  düzəliş  edib.  Bu  düzəlişlə  hökümətə  və  məhkəmələrə  internet  saytlarını  bloklamaq 

üçün qeyri-məhdud səlahiyyətlər verilib.

1

 Bununla  yanaşı parlament toplantıların keçirilməsinə dair 



cinayət  və  inzibati  sanksiyaları  qeyri-mütənasib  qaydada  sərtləşdirib  və  toplanış  qaydalarının 

pozulması 3 ay müddətinə qədər həbs sanksiyası və yüksək məbləğdə cərimələrədək artırılıb.

2

 2013-


cü  ilin  sonundan  başlayaraq,  Azərbaycanda  QHT-lərin  fəaliyyətinə  qadağalar  artırılıb  və  Baş 

Prokurorluq  QHT-lərin  fəaliyyəti  ilə  bağlı  bir  neçə  cinayət  işi  başlayıb,  onlarla  QHT-nin  bank 

hesabları dondurulub, QHT funksionerlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub. Bundan əlavə, 

Parlament  qanun  düzəlişləri  edərək  QHT-lərin  əsas  maliyyə  mənbəyi  olan  xarici  maliyyələşməni 

çətinləşdirib və bununla da QHT-lərin fəaliyyəti faktiki olaraq iflic olub. 

SMDT  Azərbaycanda  seçkilər  üzrə  beynəlxalq  tövsiyələrin  icra  vəziyyətinin  dəyərləndirilməsini 

ümumiləşdirərək, hazırda Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi üçün səmərəli seçki 

qanunvericiliyi  və  praktikasının  mövcud  olmadığını,  bunla  bağlı  siyasi  hakimiyyətin  siyasi  iradə 

nümayiş etdirmədiyini müəyyən edib.  

 

SMDT hesab edir ki, Azərbaycanda seçkilər üzrə beynəlxalq tövsiyələrin icrası yönündə siyasi 

hakimiyyəti  seçki  qanunvericiliyinin  təkmilləşdirilməsi  üzrə  maraqlı  siyasi  tərəflərin  və  vətəndaş 

cəmiyyəti  təşkilatlarının  iştirakı  ilə  ictimai  müzakirələr  və  hüquqi  təşəbüsləri  dəstəkləməlidir.  Eyni 

zamanda 2018-ci il prezident seçkilərinədək əlverişli siyasi mühitin yaradılması üçün ifadə azadlığı, 

sərbəst  toplaşmaq  və  birləşmək  hüququ  üzrə  hüquqi-siyasi  məhduiyyətlərin  aradan  qaldırılması, 

fərqli  siyasi  baxışlarına  görə  təqiblərin  dayandırılması  və  siyasi  motivlərlə  həbs  olunan  şəxslərin 

azad edilməsi vacibdir.  

                                                           

1

 



“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının

  

Qanununda dəyişikliklər edilməsi barədə q

anun - 


http://www.meclis.gov.az/?/az/legislation/view/3548

  

2

 

İnzibati Xə



talar M

ə

c



ə

ll

ə



sin

ə

 d



əyişikliklə

r (mart, 2016) 

http://e-qanun.az/code/24

  



 

Avropa  Şurası  Baş  Katibi,  Avropa  Şurası  Parlament  Asambleyası  və  Avropa  Şurası  Nazirlər 



Komitəsi  Avropa  Şurası  Venesiya  Komissiyasının  tövsiyyələri  və  Avropa  İnsan  Hüquqları 

Məhkəməsinin seçki hüququ pozuntuları üzrə qərarlarının icra vəziyyətini araşdırmalı və Azərbaycan 

hakimiyyətinə seçki prosesində islahatlarla bağlı təzyiq etməlidir.  

 

ATƏT-in  Nazirlər  Şurası,  ATƏT  Parlament  Assambleyası  və  ATƏT-in  Daimi  Şurası 



ATƏT/DTİHB-in  Seçki  Müşahidə  Missiyaları  tərəfindən  2003-2013-cü  illərdə  keçirilmiş  seçkilər 

üzrə  tövsiyyələrin  icra  vəziyyəti  ilə  bağlı  xüsusi  dəyərləndirmə  aparmalı  və  Azərbaycan 

hakimiyyətinin ATƏT/DTİHB ilə əməkdaşlığına səy göstərməlidir.  

 

Avropa  Komissiyası  və  Avropa  Parlamenti  Azərbaycanda  seçki  prosesinin  təkmilləşdirilməsi 



məqsədilə  Avropa  Şurası  Venesiya  Komissiyası  və  ATƏT/DTİHB  tərəfindən  irəli  sürülmüş 

tövsiyyələrin  icra  vəziyyətini  qiymətləndirməli  və  bunu  Azərbaycan  hakimiyyəti  ilə  ikitərəfli 

müzakirələrdə prioritetə çevirməlidir. 

 

Bu  sənəd  Azərbaycan  rəsmi  dövlət  orqanları,  seçki  komissiyaları,  paralment  üzvləri,  siyasi 



partiyalar, QHT-lər, o cümlədən Avropa Şurası  və  ATƏT-in  müxtəlif strukturları, beynəlxalq  seçki 

ekspertləri və media təmsilçiləri üçün hazırlanıb.  

 

SMDT Azərbaycanda 2001-ci ildən başlayaraq, azad və ədalətli seçkilərin keçirilməsi, vətəndaş 



cəmiyyəti və demokratiyanın inkişafı sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə