133
Mübadilə məzənnəsinin real
sektorun sahələrinə təsiri
Asif Qasımov, Xəqani Kərimov
134
Xülasə
Tədqiqat işində manatın məzənnəsinin real sektorun ayrı-ayrı sahələrinə təsiri tədqiq
edilmişdir. Bu təsirin müxtəlif sahəvi effektivliyə malik olmasını nəzərə alaraq, real sektorun
sahələrinin funksional təsnifat metodologiyası işlənmişdir. Hər bir sahənin cari rəqabət
qabiliyyətinin mövcud vəziyyətini qiymətləndirmək üçün sahəvi real effektiv məzənnə
hesablanmışdır. Sahələrin rəqabət qabiliyyətinin determinantlarını müəyyən etmək üçün 2002-
2009-cu illəri və 15 tərəfdaş ölkənin müvafiq məlumatlarını əhatə edən panel reqressiyası
qiymətləndirməsi tətbiq olunmuşdur.
Abstract
Recent paper investigates the effects of the exchange rate on subsectors of the real
economy. Taking into account the various effects of exchange rate on different subsectors of real
economy the latter has been functionally classified. To estimate the current competitiveness of
eacj subsector, sectoral real effective exchange rates have been calculated. To find out
determinants of the sectoral competitiveness panel regression has been used covering data of 15
partner countries and te period of 2002-2009.
Açar sözlər: rəqabət qabiliyyəti, məzənnənin ötürücülüyü
Key words: competetivenes, exchange rate pass-through
Müəlliflərin e-mail ünvanları:
khagani_karimov@cbar.az
,
asif_qasimov@cbar.az
135
Mündəricat
Giriş
............................................................................................................................ 136
1. Metodologiya
............................................................................................................ 136
1.1 Məzənnənin təsir kanallarının müəyyən edilməsi ....................................................... 136
1.2 Təsnifatın metodologiyası............................................................................................ 137
1.3 Sahəvi REM rəqabət qabiliyyətinin güzgüsü kimi ...................................................... 138
1.4 Qravitasiya modeli ....................................................................................................... 139
2. Qiymətləndirmə
....................................................................................................... 140
2.1. Sektorial təsnifat ......................................................................................................... 140
2.2. Sahəvi REM-in hesablanması ..................................................................................... 141
2.3 Emprik qiymətləndirmələr ........................................................................................... 142
3.
Nəticə
..................................................................................................................... 142
Müzakirələr
................................................................................................................. 143
Ə
dəbiyyat
.................................................................................................................... 144
136
Giriş
Azərbaycanda məzənnənin real sektorun aqreqat göstəricilərinə (ÜDM, inflyasiya,
məşğulluq səviyyəsi, idxal, ixrac və s.) təsirinin araşdırılması göstərir ki, məzənnənin ayrı-ayrı
göstəricilərə və sektorlara təsiri müxtəlifdir. Eyni zamanda bu təsirin transmissiya kanalı və
müddəti bütün sektorlar üçün eyni deyil.
Başqa sözlə, aqreqat göstəricilərin ayrı-ayrı komponentləri bir çox hallarda məzənnədən
fərqli təsirlənmə xüsusiyyətlərinə malik olur. Bu isə transmissiyanın ümumiləşmiş göstəricilərdə
birmənalı olaraq öz əksini tapmasında metodoloji problemlər yaradır.
Cari tədqiqat işinin əsas metodoloji xüsusiyyəti məzənnənin real sektorun ayrı-ayrı
sahələrinə təsirinin araşdırılmasıdır. Bu sahələrin müəyyən edilməsində istifadə olunmuş başlıca
meyar məhz transmissiyanın effektivlik dərəcəsidir.
Tətbiq edilmiş təsnifləşdirmə sektorial real effektiv məzənnənin (REM) alternativ üsulla
hesablanmasında və sektorial panel reqressiya modellərinin qurulmasında istifadə edilmişdir.
Tədqiqat işinin birinci hissəsində tətbiq olunmuş metodologiya əks olunmuş, ikinci
hissəsində isə rəqabət qabiliyyətliyin qiymətləndirilməsi, təsnifləşdirmə və ekonometrik
qiymətləndirmə həyata keçirilmişdir.
1. Metodologiya
1.1 Məzənnənin təsir kanallarının müəyyən edilməsi
Məzənnə iqtisadiyyatın rəqabət qabiliyyətinin başlıca deteriminantı kimi mühüm siyasət
alətidir. Məzənnə real sektora müxtəlif kanallar vasitəsi ilə həm müsbət, həm də mənfi təsir
göstərə bilər. Belə ki, məzənnənin möhkəmlənməsi bir tərəfdən yerli istehsalçıların həm daxili,
həm də xarici bazarda rəqabət qabiliyyətini zəiflədir. Digər tərəfdən, yerli istehsalı xarici
komponentlərə (idxal edilmiş aralıq istehlak malları, xarici kapital və əmək resursları və s.)
əsaslanan sektorlar bundan fayda əldə etmiş olurlar.
Məzənnənin real sektora potensial təsir mexanizmi Sxem1-də göstərilmişdir.
Sxem 4. Məzənnənin real sektora təsir kanalları
137
Sxemdə məzənnənin üç kanal vasitəsi ilə real sektora təsiri əks olunmuşdur:
a) əmtəə idxalı-ixracı
b) xidmətlərin idxalı-ixracı
c) maliyyə sabitliyi
Əmtəə idxalı transmisiya kanalına görə məzənnənin dəyişməsi həm hazır məhsullar
(daxili bazarda sıxışdırma effekti), həm də aralıq istehlak malları (istehsal xərcləri effekti) idxalı
ilə ticari sektora təsir göstərir. İxrac kanalı vasitəsi ilə məzənnənin dəyişməsi isə xarici bazarda
sıxışdırma effekti ilə real sektora ötürülür.
Sxemdən göründüyü kimi, xidmətlərin idxal-ixracı və maliyyə sabitliyi kanalları tədqiqat
işində araşdırılmamışdır. Bunun əsas səbəblərindən biri tədqiqatın əhatə dairəsinin həddən artıq
genişlənməsi ilə bağlıdır. Eyni zamanda tədqiqat işində transmisiya obyekti kimi yalnız ticari
sektor seçilmişdir.
1.2 Təsnifatın metodologiyası
Tədqiqat işinin ilkin məqsədi real sektorun funksional təsnifat metodologiyasının müəyyən
edilməsindən ibarət olmuşdur. Bu məqsədlə sahə təsnifatına istinad edilmişdir.
Sahə təsnifatı dedikdə, Dövlət Statistika Komitəsi (DSK) tərəfindən müntəzəm dərc edilən
PRODCOM təsnifat sisteminin 2 rəqəmli kodlaşdırması nəzərdə tutulur. 2 rəqəmli kodlar
(məsələn, ərzaq sənayesi) isə öz növbəsində 6 rəqəmli kodların (məsələn, ət məhsulları, bitki
yağlarının istehsalı və s.) cəmindən ibarətdir. Bu təsnifat əsasında istehsalın həcmi, qiymət
dinamikası, məşğulluğun strukturu və s. kimi statistik göstəricilər DSK tərəfindən aylıq əsasda
dərc etdirilir.
Funksional təsnifat – sahə təsnifatı əsasında bir neçə funksional meyarı özündə
birləşdirən sektorları müəyyən etmək üçün aparılmış təsnifatdır (məs: yerli məhsula əsaslanan
ixracyönümlü sektor, gətirilmə xammala əsaslanan idxalla rəqabət aparan sektor və s.).Tədqiqat
işinin obyekti olaraq “real sektorun sahələri” kimi məhz bu təsnifat əsas götürülmüş və aşağıdakı
meyarlar əsasında sahə təsnifatı qruplarının ümumiləşdirilməsinə əsaslanmışdır.
Sxem 5. İqtisadiyyatın sektorlarının funksional təsnifat matrisi və məzənnənin təsiri
İ
XRAC OLUNUR
İ
XRAC OLUNMUR
YERLİ İSTEHSALI OLAN MALLAR
İ
DXAL OLUNMUR
ixrac sektoru (təsir var)
yerli istehsal sektoru (təsir yoxdur)
İ
DXAL
OLUNUR
son istehlak
ixracyönümlü/idxalla rəqabət
aparan sektor (təsir var)
idxalla rəqabət aparan sektor (təsir var)
aralıq
istehlak
gətirilmə məhsula əsaslanan ixrac
yönümlü sektor (zəif təsir)
gətirilmə məhsula əsaslanan və yerli
bazara istiqamətlənən istehsal sektoru
(zəif təsir)
YERLİ ISTEHSALI OLMAYAN MALLAR
İ
DXAL OLUNMUR
-
-
İ
DXAL OLUNUR
təkrar ixrac sektoru (təsir yoxdur)
idxal sektoru (rəqabət qabiliyyəti
prizmasından təsir yoxdur)
138
Göründüyü kimi, qeyd edilmiş metodologiya əsasında 8 funksional təsnifat sektoru
müəyyən olunmuşdur ki, onlardan yalnız 6-nın məzənnədən təsirlənməsi mümkün hesab olunur.
Bu zaman 2 amil diqqət mərkəzində saxlanmışdır:
mövcud sektorun idxal və ixracının həcmi. Başqa sözlə, sektorun xarici açıqlıq
dərəcəsi nə qədər yüksək olarsa, məzənnənin bu sektorda rəqabət qabiliyyəti ilə tərs
mütənasib əlaqəsi bir o qədər güclü olar.
mövcud sektorun aralıq və kapital yönümlü məhsul idxalının həcmi. Kapital yönümlü və
aralıq məhsul təyinatlı idxalın çox olması məzənnənin möhkəmlənməsinin neqativ
effektlərini yumşaldır.
Təsnifləşdirmə meyarlarının müəyyən olunması zamanı ABŞ-ın Milli iqtisadi tədqiqatlar
bürosu tərəfindən irəli sürülmüş (Bradford & Branson, 1987, s. 316) və 2010-cu ildə həmçinin
Rusiya timsalında qiymətləndirilmiş (С.Смирнов, 2010) metodologiyaya istinad edilmişdir:
a. İstehlakda yerli malların payı 3 səviyyədə müəyyən olunmuşdur:
>90% - yerli istehsal sektoru (idxalı olmayan)
90%>>10% - idxalla rəqabət aparan sektor
<10% - idxal sektoru
b. Yerli istehsalın ixrac olunan hissəsi 3 səviyyədə müəyyən olunmuşdur:
>90% - ixrac sektoru
90>>10% - ixracyönümlü sektor
<10% - yerli istehsal sektoru (ixracı olmayan)
c. Sektorun aralıq idxalı 2 səviyyədə müəyyən olunmuşdur. İdxal olunmuş aralıq
istehlakın (aralıq və kapital yönümlü məhsullar) cəmi aralıq istehlakda xüsusi çəkisi:
>50% - gətirilmə məhsula əsaslanan sektor
<50% - yerli məhsula əsaslanan sektor
1.3 Sahəvi REM rəqabət qabiliyyətinin güzgüsü kimi
Sektorların rəqabət qabiliyyətinin mövcud vəziyyətini müəyyən etmək məqsədilə sektorial
real effektiv məzənnə (REM) hesablanmışdır.
Burada, NEM – nominal effektiv məzənnə,
– Azərbaycanda istehsalçı qiymətləri
indeksi (sənaye və kənd təsərrüfatı istehsalçılarının qiymət indekslərinin kombinasiyası),
– tərəfdaş ölkələrdə idxal və ixrac qiymətləri indeksidir. Tərəfdaş ölkələrin idxal qiymətləri ixrac
çəkili REM-in hesablanması zamanı, ixrac qiymətləri isə idxal çəkili REM-in hesablanması
zamanı istifadə edilmişdir.
Sahəvi REM metodoloji baxımdan ənənəvi REM-lə müqayisədə aşağıdakı üstünlüklərə
malikdir:
Azərbaycan üçün İQİ əvəzinə İsQİ-dən istifadə olunması:
•
məhz Azərbaycanda istehsal olunmuş malların qiymət dəyişməsini əhatə edir. İQİ isə
yerli istehsalı olmayan idxal mallarını da özündə ehtiva edir. Məsələn, tropik meyvələrin
daxili bazarda bahalaşmasını heç bir halda Azərbaycan iqtisadiyyatının rəqabət
qabiliyyətinin azalması kimi izah etmək olmaz;
•
yalnız ticari sektoru əhatə edir. İQİ-nin mühüm hissəsi isə qeyri-ticari sektordan ibarətdir.
Düzdür, qeyri-ticari sektorda qiymətlərin bahalaşması da iqtisadiyyatın rəqabət
qabiliyyətinə təsir edir. Lakin, rəqabət qabiliyyətinin azalması istənilən halda t+1
zamanında ticari sektorun qiymətlərində təcəssüm edir. Bu baxımdan İQİ qeyri-ticari
sektorda qiymətlərin dəyişməsini ikiqat nəzərə almış olur;
•
təkcə istehlak təyinatlı mallarla məhdudlaşmır. İQİ yalnız istehlak sferasında rəqabət
qabiliyyətini qiymətləndirmək üçün istifadə oluna bilər. Halbuki, qeyri-istehlak təyinatlı
mallarının istehsalı qeyri-ticari sektorun əsas hissəsini təşkil edir və bu sferanın rəqabət
qabiliyyəti də diqqətdən kənarda saxlana bilməz;
•
təkcə daxili bazar üçün istehsal olunmuş mallarla məhdudlaşmır.Bəzi istehlak təyinatlı
mallar mövcuddur ki, yerli istehsalçılar onu yalnız xarici bazarlar üçün istehsal edirlər.
İQİ səbəti bu kimi məhsulları da özündə əks etdirmir.
Tərəfdaş ölkələr üçün İQİ əvəzinə XMPİ-dən istifadə olunması:
•
Tərəfdaş ölkələrin ixrac qiymətləri indeksi hesablanarkən (idxal çəkili REM üçün) məhz
Azərbaycanın idxal etdyi məhsulların qiymət dəyişməsi götürülmüşdür. Tərəfdaş ölkənin
İQİ səbətində olan malların hamısını isə Azərbaycan idxal etmir;
•
Tərəfdaş ölkələrin idxal qiymətləri indeksi hesablanarkən (ixrac çəkili REM üçün) həmin
ölkənin bazarında məhz Azərbaycanın ixrac etdyi məhsulların qiymət dəyişməsi
götürülmüşdür. Azərbaycanın ixrac mallarının çeşidini nəzərə alaraq İQİ səbətinin
götürülməsi ənənəvi metodologiyada xətaları daha da artırır.
Xüsusi çəki
•
tərəfdaş ölkələrdə idxal (ixrac) qiymətləri indeksi hesablanarkən ayrı-ayrı malların
Azərbaycanın ixracında (idxalında) xüsusi çəkisi əsas götürülmüşdür;
•
“zəncir indeksi”ndən fərqli olaraq “Törnqvist indeksi” istifadə edilmişdir.Qiymət
indeksləri nəzəriyyəsinə əsasən simmetrik indeks hesab olunan Törnqvist indeksi daha
çox aksiomatik və stoxastik meyarlara cavab verir (IMF, Manual for the Export and
Import Price Indices, 2010).
Bunlarla yanaşı mövcud metod aşağıdakı əsas çatışmazlığa malikdir:
•
ixrac çəkili REM tərəfdaş ölkənin bazarında yalnız III ölkələrdən idxalla rəqabət
qabiliyyətini göstərir. Bu problemin aradan qaldırılması üçün tərəfdaş ölkələrin idxal
qiymətləri ilə istehsalçı qiymətlərinin kombinasiyasının götürülməsinə ehtiyac vardır.
Lakin, bütün tərəfdaş ölkələr üzrə istehsalçı qiymətlərinin strukturuna dair informasiyalar
əldə edilə bilmədiyindən tədqiqat işində nəzərə alınmamışdır.
1.4 Qravitasiya modeli
Məzənnənin təsirinin istehsalın həcmində necə əks olunduğunu müəyyən etmək
məqsədilə qravitasiya modeli qurulmuşdur. Qravitasiya modeli xarici ticarətdə 15 əsas tərəfdaş
Sektorun idxalı və ya ixracı = f
Məzənnə – müvafiq sektor üzrə ikitərəfli real məzənnə
Ticarət sazişi–
xarici ticarət üzrə ikitərəfli sazişin
bağlanmış olduğu ölkələri əks etdirən dəyişən
Nisbi gəlir səviyyəsi – Azərbaycan və tərəfdaş ölkələr
arasında iqtisadi artım fərqi
Coğrafi məsafə – Azərbaycan və tərəfdaş ölkələr
arasında çoğrafi məsafə
Oonşuluq- ticarət partnyoru ilə orta sərhəddin olması
Yığı
m - investisiya balansı
(1)
139
140
ölkənin statistik məlumatlarını əhatə edən panel reqressiya metoduna əsaslanır.
Məlumdur ki, istehsalın həcminə məzənnənin əsas təsir kanalı həmin sektorun idxal və
ixracıdır. Bu baxımdan məzənnənin ilk növbədə idxal-ixraca təsiri qiymətləndirilmişdir.
2. Qiymətləndirmə
2.1. Sektorial təsnifat
Sxem 2 əsasında Azərbaycan üçün qiymətləndirmə aşağıdakı nəticələrin əldə olunmasına
imkan vermişdir:
Cədvəl 6. Sektorial təsnifat martisi və onun parametrləri
Aralıq idxalın
Ixracın xüsusi
FUNKSİONAL
TƏSNİFAT
Real sektorun sahələri
(PRODCOM
təsnifat
sisteminin 2 rəqəmli
Yerli
malların
istehlakd
nisbəti
yerli
yerli
çəkisi
tərəfdaş
ölkələrin
kodlaşdırması)
a xüsusi ixraca istehsal istehsald
idxalında
çəkisi
a
a
(×1000)
Cəmi qeyri-neft sektoru
47%
1.29
0.19
16%
12%
1.
ixracyönümlü/idxalla
rəqabət aparan sektor
14%
1.22
0.67
55%
18%
yerli məhsula əsaslanan
kimya
25%
0.71
0.41
43%
12%
gətirilmə
məhsula
əsaslanan
2. idxalla rəqabət aparan
sektor
mebel,
plastik
və
rezin, metallurgiya
11%
1.35
0.96
73%
21%
74%
1.40
0.11
9%
37%
yerli məhsula əsaslanan
bitkiçilik, qeyri-metal
mineralmaddələr
77%
0.90
0.06
8%
54%
gətirilmə
məhsula
əsaslanan
ərzaq, içkilər, tütün,
nəşriyyat məhsulları
71%
1.87
0.17
10%
28%
3. yerli istehsal sektoru
heyvandarlıq
99%
156
0.13
0.3%
2%
toxuculuq, dəri, ağac,
4. idxal sektoru
maş.-ma, elektrik avad,
nəqliyyat vasitələri
6%
0.80
0.44
62%
3%
mənbə: AzDSK və Trademap məlumatları əsasında müəllif hesablamaları
Real sektorun sahələri funksional olaraq 4 sektora bölünmüşdür (Cədvəl 1). Hər bir
sektor Miroudot, Lanz, & Ragoussis, (2009) tərəfindən təklif olunmuş metodologiya əsasında
müəyyənləşdirilmişdir. Belə ki, əvvəldə qeyd olunmuş metodologiyaya əsasən yerli məhsulların
istehlakda xüsusi çəkisi 90%-dən artıq olan sektorlar – yerli istehsal sektoru kimi müəyyən
olunmuşdur və bu sektora yalnız heyvandarlıq sektoru aid edilmişdir. Yerli məhsulların
istehlakda xüsusi çəkisi 10%-dən aşağı olan sektorlar isə idxal sektoru kimi təsnifləşdirmişdir.
Bu sektora isə toxuculuq, dəri məmulatları, ağac emalı, maşınqayırma, elektrik avadanlıqları və
nəqliyyat vasitləri kimi sahələr aid edilmişdir.
Müəyyən olunmuş digər iki sektora isə uyğun olaraq yerli məhsulların istehlakda
payının 10-90% aralıqda olan real sektorun sahələri aid edilmişdir və hər bir sektor – yerli
141
məhsula və gətirilmə məhsula əsaslanan sektorlar adı altında təsnifləşdirilmişdir. Miroudot,
Lanz, & Ragoussis, (2009)-un müəyyən etdiyi metodologiya əsasında sektorların
ixracyönümlüyünü müəyyən etmək məqsədi ilə təsnifləşdirilmə aparılmışdır. Nəticədə -
ixracyönümlü/idxalla rəqabət aparan sektor və idxalla rəqabət aparan sektor adı altında
funksional təsnifləşdirilmə müəyyənləşdirilmişdir (Cədvəl 1).
Bundan əlavə, sektorial təsnifatın aparılması daxili istehlakın idxal komponentlərinin
hesablanmasına da imkan vermişdir.
(2)
Lakin, ənənəvi praktikaya əsasən yerli istehlakda idxalın payı aşağıdakı kimi hesablanır:
(3)
Başqa sözlə, yerli istehlakı ifadə edən göstərici kimi PƏD götürülür. Lakin, burada kəsrin
surəti istehsalçı qiymətlərinə, məxrəci isə istehlakçı qiymətlərinə əsaslandığından xəta baş verir:
(4)
Təklif edilən yanaşmanın metodoloji üstünlüyü ondan ibarətdir ki, yerli istehlak da
istehsalçı qiymətlərinə əsaslanır. Hesablama nəticəsində müəyyən olunmuşdur ki, istehlakda
idxal mallarının payı baxılan dövrdə azalmışdır
33
.
2.2. Sahəvi REM-in hesablanması
Baxılan dövr ərzində (2004-2009-cu illər) REM bahalaşsa da, xarici bazarlarda
Azərbaycanın qeyri-neft ixracının payı əksinə, artmışdır. Bu fakt rəqabət qabiliyyətinin
ölçülməsinə yeni metodoloji prizmadan yanaşılmasını zəruri etmişdir.
Tədqiqat işi çərçivəsində alternativ üsulla hesablanan sahəvi REM bu məqamı qismən
aydınlaşdırmağa imkan vermişdir. Hesablamalar rəqabət qabiliyyətinin nisbi sabit qaldığını
göstərmişdir. Belə ki, baxılan dövr ərzində ənənəvi REM-lə müqayisədə ixracyönümlü sektor
üzrə hesablanmış REM 26 faiz bəndi, idxalla rəqabət aparan sektor üzrə REM isə 21 faiz bəndi
aşağı olmuşdur
34
.
İdxalla rəqabət aparan sektorun rəqabət qabiliyyəti qlobal böhrana qədərki dövrdə daha
stabil dinamikaya malik olmuşdur. Bunun başlıca səbəbi dünya ərzaq məhsulları bazarlarında
davamlı bahalaşma meyli olmuşdur. Bu bahalaşma revalvasiyanı kompensasiya etmiş və
nəticədə rəqabət qabiliyyəti sabit qalmışdır.
Sahəvi REM-in trendinin formalaşmasında daxili və xarici bazarlarda qiymət nisbəti
əhəmiyyətli rol oynasa da, dispersiyanın dekompozisiyası göstərmişdir ki, sahəvi REM-in
dinamikasında volatilliyin başlıca mənbəyi nominal effektiv məzənnədir. Digər bir mühüm
məqam ondan ibarətdir ki, REM-in yaratdığı volatillik effekti ənənəvi REM-lə müqayisədə
sahəvi REM-də daha böyükdür.
İqtisadi ədəbiyyatda rəqabət qabiliyyətinin volatilliyinin məcmu buraxılışa mənfi təsiri
haqqında birmənalı mövqe vardır (Bagellaa, Becchettia, & Hassan, 2004), (Boar, 2010), (Varela,
33
Bu xüsusi çəkilər inflyasiyanın xarici amillərinin hesablanması zamanı mühüm əhəmiyyət kəsb edir.
34
Tədqiqat işi çərçivəsində yalnız ixracyönümlü və idxalla rəqabət aparan sektorlar üzrə ayrılıqda sahəvi REM hesablanmışdır.
Məzənnənin təsirinin az olduğunu nəzərə alaraq digər sektorlar üzrə REM göstərilməmişdir.
142
2007), (Benhima, 2008). Bu hal ticari istehsalın REM-in volatilliyindən daha çox təsirləndiyini
göstərir.
2.3 Emprik qiymətləndirmələr
Qiymətləndirmə zamanı panel statistik bazadan istifadə olunmuşdur. Baza 2002-2009 cu
illərdə 15 əsas ticarət tərəfdaşı üzrə idxal-ixrac, iqtisadi artım, məzənnə və s. məlumatları özündə
cəmləşdirmişdir. Asılı dəyişən kimi modelə ayrı-ayrı tərəfdaş ölkələri ilə idxal və ixracın həcmi
götürülmüşdür. Hər bir dəyişən həmin sektor üzrə mövcud qiymət indeksi vasitəsi ilə real
ifadəyə gətirilmişdir.
Qiymətləndirmə
35
zamanı müəyyən olunmuşdur ki, idxalla rəqabət aparan sektorda
revalvasiya ilə idxalın artması arasında birbaşa əlaqə kifayət səviyyədədir (cədvəl 2).
Cədvəl 7. Modelin nəticələri
dəyişənlər
ə
msal-
lar
sərbəst dəyişən: idxalla rəqabət aparan sektor
t-statistika
95%
etibarlıq intervalı
sabit
-10.67***
-2.73
[-18.5 -2.8]
real effektiv məzənnə
1.55*
1.88
[-0.1
3.2]
qonşuluq
2.93***
2.54
[0.6
5.2]
R
2
0.26
.99
** *p<0.01, **p<0.05, *p<0.10
İxracyönümlü sektorda isə məzənnənin təsiri cüzi olmuşdur. Bunun mümkün
səbəblərindən biri bu sektorun getdikcə daha çox gətirilmə xammala əsaslanmasıdır. Başqa
sözlə, bu sektor məzənnənin bahalaşdırıcı təsirlərini xarici xammala yönəlməklə aradan qaldırır.
3. Nəticə
Məzənnənin təsirinin effektivliyinin düzgün qiymətləndirilməsi üçün real sektorun
funksional təsnifatı metodologiyasının tətbiqi daha məqsədəuyğundur. Bu təsnifat əsasında
müəyyən olunmuşdur ki, yerli istehsalın məzənnəyə həssaslığı kifayət səviyyədədir.
Son illərdə məzənnənin dəyişim dinamikası aralıq idxalın (aralıq və kapital təyinatlı
mallar) ucuzlaşmasına şərait yaradaraq ixracyönümlü sektorun rəqabət qabiliyyətinin
qorunmasına təsir etmişdir.
Ənənəvi REM ticari sektorda cari rəqabət qabiliyyətinin dəyişməsi haqqında dolğun
təəssürat yaratmır. Alternativ metodologiya ticari REM-in əhəmiyyətli dərəcədə aşağı templə
dəyişməsini göstərir.
35
Hausman (1978) testi vasitəsilə panel qiymətləndimə zamanı təsadüfi effektlərin nəzərə alınması münasib olduğu
müəyyən olunmuşdur.
143
5. Müzakirələr
Tədqiqat işinin aparılması zamanı müəyyən olunmuş çərçivədən kənara çıxan, lakin
gələcəkdə araşdırılması məqsədəuyğun olan bir çox mövzular aşkarlanmışdır. Bunlardan biri
məzənnənin qeyri-ticari sektora təsirinin qiymətləndirilməsindən ibarətdir.
Bundan başqa, tədqiqat işi çərçivəsində sektorial bölgü işinin statistik yükünü nəzərə
alaraq PRODCOM təsnifat sistemi 2-rəqəmli kodlaşdırma əsasında aparılmışdır. Bu bölgünün
daha geniş təsnifatda, başqa sözlə 6-10 rəqəmli kodlaşdırma əsasında aparılması məqsədəuyğun
olardı.
Panel modelləşdirmə ilə yanaşı dinamik sıralar əsasında reqressiya modellərinin
qurulması və nəticələrin müqayisə edilməsi məqsədəuyğun olardı. Bu məqsədlə daha
qısamüddətli zaman tezliyində (aylıq və ya rüblük) statistik sıralardan istifadə zəruridir.
Funksional təsnifatla yanaşı real sektoru kapital və əməktutumlu sektorlar olmaqla
təsnifləşdirmək və məzənnənin bu sektorlara təsirini ayrıca tədqiq etmək maraqlı nəticələr əldə
etməyə imkan verərdi. Bu sektorların məzənnəyə müxtəlif cür adaptasiyası haqqında iqtisadi
ədəbiyyatda müvafiq nəzəri müddəalar vardır.
Ə
dəbiyyat
1. Bagellaa, M., Becchettia, L., & Hassan, I. (2004). The anticipated and concurring effects
of the EMU: exchange rate volatility, institutions and growth. Discussion paper of the
Bank of Finland.
2. Benhima, K. (2008). Exchange Rate Volatility and Productivity Growth: the Role of
Original Sin .
3. Boar, C. (2010). Exchange rate volatility and growth in Emerging Europe .
4. Bradford, C., & Branson, W. (1987). Trade and structural change in Pacific Asia.
Chicago: National Bureau of Economic Research.
5. Hausman, J. A. (1978). Specification tests in Econometrics. Econometrica , 1251-1271.
6. IMF. (2010). Manual for the Export and Import Price Indices. IMF statistic manual .
7. Miroudot, S., Lanz, R., & Ragoussis, A. (2009). Trade in Intermediate Goods and
Services. OECD Working Paper .
8. Varela, G. (2007). Real Exchange Rate Volatility and Output: A Sectoral Analysis
9. С.Смирнов, Е. Л. (2010). Курсовая политика как фактор изменения структуры
российской экономики. Вопросы Экономики , 63-81.
Dostları ilə paylaş: |