Xülasə Tədqiqatın məqsədi Azərbaycanda innovasiya fəaliyyətinin inkişaf yollarının mexanizmlərinin işlənməsidir



Yüklə 136,34 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü136,34 Kb.
#8106
növüXülasə




MAKROİQtİsADİyyAt

4(124)/2015

129

UoT 316.422:005.511 (479.24)

AZƏRBAyCANDA 

İNNOVAsİyA FƏAlİyyƏtİNİN

İNKİŞAF yOlu

Xülasə

Tədqiqatın məqsədi – Azərbaycanda innovasiya

fəaliyyətinin  inkişaf  yollarının  mexanizmlərinin

işlənməsidir.

Tədqiqatın metodologiyası – sistemli yanaşma,

müqayisəli təhlil və deduktiv metod.



Tədqiqatın nəticələri – Azərbaycanda innovasi -

yalı inkişafının sürətləndirilməsi və innovasiya in-

frastrukturunun  inkişaf  mexanizminin  təkmilləş -

dirilməsi  istiqamətində  elmi  cəhətdən  əsaslan -

dırılmış təkliflər verilmişdir.

Tədqiqatın məhdudiyyətləri – xarici təcrübə əsa -

sında milli innovasiya sisteminin inkişaf problem-

lərinin daha geniş araşdırılmasına ehtiyac vardır.

Tədqiqatın praktiki əhəmiyyəti – tədqiqatın əsas

nəticələri və irəli sürülən təkliflər Azərbaycanda in-

novasiyalı fəaliyyətinin təkmilləşdirilməsinə dair

layihələrin  işlənib  hazırlanmasında  istifadə  edilə

bilər.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – Azər -

bay canda innovasiya infrastrukturu subyektlərinin

inkişaf  konsepsiyasının  formalaşması  və  real-

laşdırılması problemləri ilk dəfə tədqiq edilmişdir.



Açar sözlər: innovasiya fəaliyyəti, innovasiya

infrastukturu, milli innovasiya sistemi, innovasiya

subyektləri, rəqabətədavamlılıq.

səh. 129-144

Hüseynova Arzu

Doğru qızı

i.e.n., dos.

Azərbaycan Respublikası 

İqtisadiyyat və Sənaye 

Nazirliyinin İqtisadi İslahatlar

Elmi Tədqiqat İnstitutu

AZ 1011, Bakı ş., h.Zərdabi

pros., 88 a

eim09@rambler.ru

PDF processed with CutePDF evaluation edition

www.CutePDF.com




A.Hüseynova

AZƏRBAYCANDA İNNOVASİYA FƏALİYYƏTİNİN İNKİŞAF YOLU



1. Giriş

Bu  gün  Azərbaycan  iqtisadiyyatı  innovasiya  iqtisadiyyatına  keçid  mərhə -

ləsindədir.  İnnovasiya  iqtisadiyyatının  mahiyyəti  innovasiya  fəaliyyətinin  ak-

tivləşdirilməsidir.  İnnovasiya  infrastrukturunu  inkişaf  etdirmədən  innovasiya

fəaliyyətini inkişaf etdirmək qeyri-mümkündür. Bu isə ilk növbədə Azərbaycanda

qeyri-neft sektorunun inkişaf etdirilməsi, biliyə əsaslanan sahələrin və elmtutumlu

texnologiyaların inkişaf etdirilməsidir. Bunun üçün isə innovasiya fəaliyyətinin idarə

edilməsinin mütərəqqi üsul və mexanizmlər sisteminin yaradılması vacibdir. Bu

məqalədə məqsəd Azərbaycanda innovasiya fəaliyyətinin inkişaf yollarını nəzərdən

keçirmək, innovasiya fəaliyyətinin inkişaf yollarının mexanizmləri üzrə təkliflər ver-

məkdir.

2. Azərbaycanda iri sənayeləşmə dövrü

Azərbaycanda 1960-1970-ci illərdə regionların inkişafında problemlər var idi, iş-

sizlik səviyyəsi yuxarı idi, milli gəlir tempi aşağı idi və s. Azərbaycanda innovasiya

fəaliyyəti hələ SSRİ dövründə iri sənaye müəssisələrinin yaradılması ilə həyata

keçirilməyə başlamışdır. XX əsrin 70-ci illərində iri sənaye müəssisələrinin tər -

kibində elmi-tədqiqat sınaq mərkəzləri fəaliyyət göstərirdi ki, bu da yeni məhsulların

istehsalını həyata keçirilməsində xüsusi əhəmiyyətə malik idi.  Məhz bu dövrdə

Azərbaycanda sənaye istehsalı artmış, neft emalı ilə yanaşı, sənayeləşmə başlamışdır.

1970-ci ildən başlayaraq sənayeyə böyük həcmli vəsaitlər qoyulmağa başladı. Bu

illərdə Azərbaycanda  ittifaqmiqyaslı yeni sənaye müəssisələri yaradılmışdır. 1970-

ci illər qabaqcıl sahələrin inkişafına dəstək verilirdi. Azərbaycan rəhbərliyi respub-

lika ərazisində müasir istehsalat və müəssisələrin yerləşdirilməsinə nail olmuşdur.

O illərdə qısa müddətdə Azərbaycanda kondisioner, Elektron hesablama maşınları,

“Azelektroterm” zavodları, şampan zavodu, AZON və s. müəssisələr açılmışdır. Bu

illər yüksək templə neft emalı, yüngül, ərzaq sənayesi müəssisələrinin rekonstruk-

siyası aparılırdı.

1969-cu ildən 1982-ci ilə kimi Azərbaycanda elektron maşınqayırma, radiosə-

naye, yüngül və yeyinti sənayesi, maşınqayırma və s. qabaqcıl sənaye sahələri for-

malaşdı. Respublikada elektrotexnika, elektronika, cihazqayırma və digər sahələr

inkişaf etdirildi. Bu yenidənqurmalar yeni səmərəli sahələrarası əlaqələrin formalaş-

masına, əhalinin məşğulluğuna, əqli potensialın, professional texniki səviyyənin art-

masına səbəb oldu [2, s. 391]. Bu gün respublikada sənayenin əsasını təşkil edən

müəssisələr,  bəzi ali məktəblərin əsası 1970-ci illərində qoyulmuşdur. Kənd təsər-

rüfatı sahələri dəyişdirilmişdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəh-

bərlik etdiyi bu dövrdə respublika sürətli inkişaf edirdi. 1976-1980-ci illər ərzində

Azərbaycan əmək məhsuldarlığının artım tempinə, iqtisadi-sənaye artımına görə



4(124)/2015

130


A.Hüseynova

AZƏRBAYCANDA İNNOVASİYA FƏALİYYƏTİNİN İNKİŞAF YOLU

keçmiş ittifaqda birinci yeri tuturdu. Sənayedə istehsalın 16,3 %-i maşınqayırma və

metallurgiyanın payına düşürdü, nəzərə alsaq ki, 1965-ci ildə bu ədəd 10% təşkil

edirdi. 1970-1980-ci illər müddətində texniki inkişaf sahələrində istehsal həcmi

əvvəlki 10 ildə müqayisədə 2,4 dəfə artmışdı. Bu illərdə sənaye müəssisələrinin

modernləşməsi və rekonstruksiyası üzrə böyük işlər aparılırdı, istehsalın texniki

səviyyəsi xeyli artmışdı [2, s. 451- 491]. 

1969-cu ilə qədər - bir əsr ərzində Azərbaycanda 735 böyük sənaye obyekti ti -

kilmişdisə, 1970-ci ildən 1980-ci ilə kimi onların sayı 1048-ə çatmışdı. Bu illərdə

sənayedə elmi-tədqiqat, təcrübi-konstruktor işləri tətbiq edilmiş və 581 adda yeni

avadanlıq, cihaz və s. nümunələri yaradılmışdı. Azərbaycan həmin illərdə bir çox

istehsal sahələri üzrə  Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda

istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. 1980-ci illərdə

Azərbaycanda güclü istehsal potensialı yaranmışdı. 

1969-cu ildən respublikamızdan kənarda - Moskva, Sankt-Peterburq, Kiyev və

digər  şəhərlərdəki  ali  məktəblərdə  -  ən  nüfuzlu  ixtisaslar  üzrə  yüksək  ixtisaslı

mütəxəssislərin hazırlanması respublika rəhbərliyinin siyasətində aparıcı istiqamət

idi. 1969-cu ildən 1982-ci ilə kimi SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500-

dən artıq azərbaycanlı gənc göndərildi. Hər il təhsil almaq üçün ölkəmizdən xaricə

800 tələbə yola salınırdı. Həmin illərdə SSRİ-nin aparıcı ali məktəblərinin, elmi-

tədqiqat institutlarının aspirantura və doktoranturasına göndərilənlər hazırda Azər-

baycanda  güclü  elmi  məktəblər  yaradıblar.  Bakıda  və  regionlarda  800-ə  yaxın

məktəb tikilərək istifadəyə verilmişdir. Bu dövrdə ali məktəblərin sayı 12-dən 17-

yə qədər, bu ali məktəblərdə müxtəlif ixtisaslara yiyələnən tələbələrin sayı isə 70

mindən 100 minə qədər artmışdır. 1970-ci illərdən alimlər və mütəxəsislər respub-

likanın  sosial-iqtisadi  inkişafında  yaxından  iştirak  edirdilər  [2,  s.  469].  Dövlət

müstəqilliyi əldə etdiyi dövrdə Azərbaycan böyük istehsalat, elmi-texniki potensiala

malik idi.

Keçmiş SSRİ-də 1980-ci illərin ortalarından başlanan və 1990-cu illərin əvvəl-

lərinə kimi davam edən iqtisadi böhran Azərbaycanda sənayede innovasiya imkan-

larının azalmasına gətirib çıxarmışdır.

İkinci mərhələ isə SSRİ-nin dağılması və Azərbaycanın yeni iqtisadi sistemə

keçməsi ilə əlaqədar olaraq keçid iqtisadiyyatı dövrünü əhatə edir. Bu dövrdə iqti-

sadiyyatda və sənayedə böyük durğunluq var idi. XX əsrin 90-cı illərində respublika

üzrə istehsalın həcmi 1989-ci il ilə nisbətdə 33%, son illər üzrə isə 25% təşkil edirdi.

Həmin illərdə bir çox zavod və fabriklər fəaliyyətini dayandırdı. 1990-cı illərdə gücü

300  kondisioner  olan  zavod  istehsalı  10-15%-ə  salmışdı  [2,  s.  398-399].  Bu

mərhələdə respublikada ÜDM 2 dəfə, sənaye istehsalının həcmi 2 dəfə azalmışdı.

Ümumiyyətlə, iqtisadiyyatın bütün sahələri üzrə azalma müşahidə olunurdu [3, s.

10]. Azərbaycan 1991-1995-ci illərdə iqtisadi böhrana gedirdi. Azərbaycan müstəqil-

liyə nail olduqdan sonra, respublikada hakimiyyət böhranı olduğu dövrdə əvvəlki



4(124)/2015

131


A.Hüseynova

AZƏRBAYCANDA İNNOVASİYA FƏALİYYƏTİNİN İNKİŞAF YOLU

illərlə müqayisədə göstəricilər kəskin aşağı düşmüşdü: infliyasiya artmış, qiymət

artımı, əhalinin yoxsullaşması, cəmiyyətin sosial gərginliyi, həmin illər elmi-texniki

sahədə də xeyli zəifləmə gedirdi. Perspektiv ETTKİ-i dayandırılmış, beyin axınına

səbəb olmuşdur. Bu da respublikanın əqli potensialına böyük zərər vermişdir. 1992-

94-cü illərdə ÜDM iki dəfədən çox azalaraq 1991-ci ilin 48%-i nisbətində olmuşdur.

1990-1994-cü illərdə ÜDM hər il ortalama 13-20% azalaraq, 1994-cü ildə 1629.3

milyon dollar olmuşdur [7, s. 2]. 1990-cı il ilə müqayisə edildikdə 1994-cü ildə ÜDM

53%, sənaye 62%, kənd təsərrüfatı 44%, istehlak 75% və vergi hasilatı 45% azalma

göstərilmişdir. Nəticədə xalqın həyat standartı 3.6 dəfə, real ortalama əməkhaqqı

səviyyəsi isə 80% azalmışdır. Eyni dövrdə tətbiq edilən səhv iqtisadi siyasətlər bank-

maliyyə sistemində və xarici ticarətdə də ciddi problemlər yaratmışdır.1993-cü ildə

Heydər Əliyevin respublika rəhbərliyinə ikinci qayıdışı bütün sahələrdə əsaslı dönüş

yaratdı. Azərbaycanda elmə və təhsilə xüsusi diqqət ayırdı, intellektual potensialın

formalaşmasına şərait yaratdı. Məhz Heydər Əliyevin apardığı sosial-iqtisadi təd-

birlər respublikanı ağır böhrandan çıxardı. 1994-cü ildə dünyanın böyük şirkətləri

ilə bağlanan “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatında böyük dönüş yaratdı

[2, s. 461]. Bu, Azərbaycanı iqtisadi böhrandan çıxmaq üçün atılan addımlardan ən

vacibi idi. Bu müqavilə dünyada aparıcı şirkətlərin diqqətini Azərbaycana yönəltdi.

Respublikaya xarici investisyaların qoyuluşu sənayedə innovasiya imkanlarının art-

masına səbəb olmuşdur. “Əsrin müqaviləsi” ilə bir çox trasmilli şirkətlər Azərbaycan

neft sənayesində fəaliyyət göstərməyə başlamışdır. Onlar özlərinin yeni innovativ

texnologiya  və  istehsal  üsullarını  Azərbaycan  neft  sənayesində  tətbiq  etməyə

başlamışlar. Bu gün də əsası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

tərəfindən qoyulan Azərbaycanın neft strategiyası qlobal səviyyədə davam etmək-

tədir.

3. İnnovativ sahibkarlığının inkişafı

1995-ci il Azərbaycan iqtisadiyyatında dönüş nöqtəsi oldu. O illər Azərbaycan

iqtisadiyyatını  böhrandan  çıxarmaq,  dünya  iqtisadiyyatına  inteqrasiyanı  sürət -

ləndirmək, xarici maliyyə ehtiyatlarının cəlb edilməsi üçün neft amilinə üstünlük

verildi. Yeni neft strategiyası hazırlandı və Azərbaycan öz inkişaf modelini seçdi.

Bu model Azərbaycanın dünyada dövlət imicini qaldırdı. 1995-ci ildən başlyaraq

Azərbaycanda  sahibkarlığın  inkişafına  sərait  yaradıldı.  1996-cı  ildən  ölkədə

makroiqtisadi  sabitlik  yaradıldı. Aparılan  siyasət  nəticəsində  respublikada  iqti-

sadiyyat inkişaf etməyə başladı. 1996-cı ildən 2003-cü ilə kimi ÜDM 2 dəfəyədək

artdı. Bu gün Azərbaycan iqtisadiyyatının sosial iqtisadi artımının əsası neft siyasə-

tinin nailiyyətləridir. Bu gün də 1996-cı ildən başlayan iqtisadi artım dinamik olaraq

davam edir [5]. 1997-ci ildən başlayaraq sənayedə də artım başlamışdır. Bazar iqti-

sadiyyatına keçid şəraitində sənaye müəssisələrinin özəlləşdirilməsinə başlanmış və

4(124)/2015

132



yeni böyük sənaye müəssisələri yaradılmışdır. Bazarda qiymətlər sərbəst liberal-

laşdırılmışdır.  Yeni  layihələrin  əsasları  qoyulmuşdur  ("Şahdəniz",  Bakı-Tbilisi-



Ceyhan).

Azərbaycanın  neft  strategiyası  digər  iqtisadi  sahələrin  bərpasında  böyük

əhəmiyyətə malikdir. Respublikanın yeni dövlət siyasətinin nəticəsi olaraq iqti-

sadiyyatın struktur dəyişiklikləri baş verdi: maşınqayırma, energetika, kimya, tikinti

sahələrində inkişaf tempi artdı, sənayenin bərpa olunması üçün xarici kapital qoyu-

luşu cəlb edildi. Bu Azərbaycanda iqtisadi təhlükəsizliyin amillərindən biri Avropa-

Qafqaz-Asiya  nəqliyyat  koridorunun  inşasında  iştirak  idi.  Neft  siyasətinin

nailiyyətlərindən biri də Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin həyata keçmə-

sidir.

Qeyd  etmək  lazımdır  ki,  iqtisadi  inkişafın  bu  mərhələsində  bir  çox  dövlət



əhəmiyyətli dövlət proqramları qəbul edilmiş və realizə edilmişdir: “Azərbaycan

2020: gələcəyə baxış” inkişaf konsepsiyası, “Azərbaycanda Kiçik və Orta Sahibkar-

lığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)”, “Azərbaycan Respublikasında

2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Res -

publikasının  demoqrafik  inkişaf  konsepsiyası”,  “Azərbaycan  Respublikasında

maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azər-

baycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı

(2002-2005-ci illər)”, “Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının

Dövlət Proqramı (2002-2006-cı illər)”, “Azərbaycan Respublikasında Yoxsulluğun

azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)”, “Azər-

baycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-

2008-ci illər)” və s. Bu sənədlər Azərbaycanın iqtisadi inkişafına təkan verdilər.

Müasir dövrdə “Azərbaycan Respublikasının məşğulluq strategiyası (2006-2015-ci



A.Hüseynova

AZƏRBAYCANDA İNNOVASİYA FƏALİYYƏTİNİN İNKİŞAF YOLU



4(124)/2015

133

Cədvəl 1.  1994-2000-ci illər ərzində artım göstəriciləri

Mənbə: Aras O.N., Süleymanov E. (2010). “Azərbaycan iqtisadiyyatı”. Bakı: “Şərq-Qərb” Mətbəəsi”, s. 16.

ÜDM artımı

26,3%


Əhalinin rifah səviyyəsi

2 qat yaxşılaşdı

İqtisadiyyatda özəl sektorun payı

29%-dən 68%-ə yüksəldi

Neft istehsalı şirkətlərinin müştərək investisiya 

qoyuluşu


3,4 milyard dollar

Xarici sərmayənin ümumi həcmi

15,9 milyard dollar

Bunlardan:

maliyyə kredit

22.8%


neft sənayesi

56.3%


digər sektorlar

20.9%



illər)”, “Azərbaycan Respublikasında yoxsulluğun azalması və ardıcıl inkişaf pro-

qramı” və s. sənədlər həyata keçir. Yeni innovasiya iqtisadiyyatına keçid ərəfəsində

bir çox sənədlər də qəbul edilib: “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Re-

spublikasının  Qanunu”,  “Sənaye  parkları  haqqında  Nümunəvi  Əsasnamə”,

“Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”, “2014-cü ilin Azərbaycan

Respublikasında "Sənaye ili" elan edilməsi haqqında sərəncamı”, “Kənd təsərrüfatı

və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə təd-

birlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2014-cü il tarixli

Sərəncamı və “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional isla-

hatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası

Prezidentinin 16 aprel 2014-cü il tarixli Fərmanın, “Azərbaycan Respublikasında

sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”, “2015-ci ilin

Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında Azərbay-

can Respublikası Prezidentinin Sərəncamı” və s. [10].

“Azərbaycan-2020” inkişaf konsepsiyasına uyğun aparılan dövlət siyasəti bu gün

də respublika iqtisadiyyatının inkişafının sürətlənməsinə istiqamətlənib.  Bu gün

aparılan siyasət qeyri-neft sektorunun və sənayenin inkişafına yönəlib. Bu da yeni

texnologiyalarla təchiz edilmiş müəssisələrin yaradılmasını təmin etmişdir. Buna

misal olaraq Sumqayıt Texnologiyalar Parkının rezidentlərini, respublikanın region-

larında açılan sənaye müəssisələrini göstərə bilərik. Regionlarda tikinti, aqrar sənaye

məhsulları istehsalı müəssisələri açılır. Bir çox müəssisələr texnoloji cəhətdən ye-

niləşir. Son 11ildə respublikada açılan yeni müəssisələrin sayı 64 mini keçmişdir[1].

Beləliklə, 1993-2003-cü illəri Azərbaycan sənayesinin yeni inkişaf dövrü hesab

edə bilərik. Bu gün Heydər Əliyev tərəfindən qoyulan sənayeləşmə siyasəti İlham

Əliyev tərəfindən uğurla davam etdirilir: "Azərbaycan öz sənaye potensialını inkişaf

etdirir və sənayeləşmə siyasətimiz uğurla davam etdirilir".

2003-cü  ildən  başlayaraq  regionlarda  sənayenin  inkişafı  dövlətin  əsas  prio -

ritetlərindən olmuşdur. Bu dövrdə yeni sənaye sahələri yaradılmış, ənənəvi sahələr

inkişaf etdirilmişdir. Respublika əhalinin tikinti və qida məhsulları ilə təminatını

ödəməyə çalışır. Bu illərdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmər-

ləri istifadəyə verilmişdir. Azərbaycanda Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəh -

lizləri çərçivəsində infrastruktur layihələri həyata keçirilmişdir.  Bu dövrdə sənaye

istehsalı 2,7 dəfə artmışdır. 

2014-cü ilin “Sənaye ili”, 2015-ci il isə “kənd təssərrüfatı ili”elan edilmişdir. Bu

isə Azərbaycan iqtisadiyyatının aparıcı sahələrinin inkişafına səbəb olur. “Azərbay-

can Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər

Planı”nda (AR Prezidentinin 12/03/2014 tarixli Sərəncamı) 5 prioritet istiqamət

müəyyən edilmişdir: sənaye potensialının gücləndirilməsi, sənayenin kadr poten-

sialının və elmi təminatının gücləndirilməsi, normativ-hüquqi baza və idarəetmənin

təkmilləşdirilməsi, təşkilati tədbirlər, təbliğat və təşviqat işləri.



A.Hüseynova

AZƏRBAYCANDA İNNOVASİYA FƏALİYYƏTİNİN İNKİŞAF YOLU



4(124)/2015

134


A.Hüseynova

AZƏRBAYCANDA İNNOVASİYA FƏALİYYƏTİNİN İNKİŞAF YOLU

İnnovasiya texnologiyalarına əsaslanan qurumların yaradılması respublikada yerli

məhsulların rəqabətqabiliyyətliliyini artırır, istehsal olunan məhsulların beynəlxalq

bazara çıxarılmasına səbəb olur. Bu gün Azərbaycanda ənənəvi sənaye müəssisələri

ilə yanaşı hərbi sənaye, kosmik və bərpa olunan enerji sahələri fəaliyyətə başlayıb.

Bu gün Orbitə Azərbaycanın peykləri - “Azərspace” və “Azərsky” çıxarılmış, bərpa

olunan və alternativ enerji mənbələrinin üzrə müasir infrastruktur yaradılır. “Sənaye

ili” dövlət proqramına əsasən  Sumqayıt, Mingəçevir və Gəncədə uyğun olaraq

kimya, toxuculuq və metallurgiya sahələrinin inkişafı üçün innovasiya infrastrukturu

subyektləri açılması üzrə işlər görülür. 2013-cü ildə yaradılmış “Azərbaycan Polad

İstehsalı Kompleksi” QSC respublikanın polad və çuqun məmulatlarına olan daxili

tələbatın ödənilməsinə kömək edəcək. İnnovasiya infrastrukturunun subyekti olan

Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Yüksək Texnologiyalar parklarını

misal göstərə bilərik. Bu gün onların tam gücü ilə işləməsi sahəsində işlər gedir, yeni

rezidentlər cəlb edilir. Respublikada regionlarda sahibkarlığın inkişaf etdirilməsi is-

tiqamətlərində də işlər aparılr. Məsələn, Neftçalada sənaye məhəlləsi yaradılmışdır,

Şamaxıda, Xızıda aqroparkların əsası qoyulur. Azərbaycan Respublikası Preziden-

tinin  “Sənaye  məhəllələrinin  yaradılması  və  fəaliyyətinin  təşkili  haqqında”

(8/10/2014-cü il tarixli fərmanı) verilmişdir və “Sənaye məhəllələri haqqında Nü-

munəvi  Əsasnamə”nin  layihəsi  hazırlanmışdır.  Bu  fərman  əsasında  regionların

imkanları müəyyənləşdirilir.

Ümumilikdə  2014-cü  ildə  ölkədə  230-dan  çox  sənaye  müəssisəsi  açılmışdır.

Müasir texnologiya və avadanlıqlara əsaslanan bu müəssisələr arasında Sumqayıt,

Gəncə və Sabirabadda  “ASAN xidmət” fəaliyyətə başlamış, “Norm” sement za-

vodu, kağız və karton istehsalatı kombinatı, yağ fabriki, mis emalı zavodu, Sumqayıt

Tekstil Parkının yeni fabrikləri, Suraxanı Günəş Elektrik Stansiyası, “Gilan” qida

şəhərciyi, yem istehsalı və meyvə-tərəvəz emalı müəssisələri, alüminium, kərpic,

asfalt, metal konstruksiya zavodlarını,Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin

yeni Gəmi inşası zavodu, Asfalt zavodu, Heydər Əliyev Beynəlxalq Aeroportunun

yeni Aerovağzal Kompleksi, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi,

Yeni  Bakı  Beynəlxalq  Dəniz  Ticarət  Limanı  Kompleksinin  birinci  mərhələsi

çərçivəsində bərə terminalı, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxa-

nasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Res -

publika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Suraxanı

Günəş Elektrik Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, müx-

təlif səviyyəli yol qovşaqları, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su

Elektrik  Stansiyası,  Su Anbarı  və  Sutəmizləyici  Qurğular  Kompleksi,  Gənclər

Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ

fabriki, Mis emalı zavodu, Gəncə şəhərində Metaltökmə və fasiləsiz yayma zavodu,

Təzyiqlə emal və boyama  zavodu, Şirvan şəhərində  Kür çayı üzərində körpü, Naf-

talan şəhərində “Qarabağ SPA and Resort” Otel Kompleksi, Abşeron rayonunda Şah-



4(124)/2015

135


mat və Musiqi məktəbləri, Stadion, Ağdaş rayonunda Yem zavodu və Meyvə emalı

zavodu, “Ağdaş” elektrik yarımstansiyası, Beyləqan rayonunda Şahmat məktəbi,

Şəhər stadionu, Birinci Şahsevən - Əhmədli - Dünyamalılar kəndlərarası avtomobil

yolu, Daşkəsən rayonunda Avtovağzal Kompleksi, Füzuli rayonunda Tikiş fabriki,

Əhmədalılar  -  Mollaməhərrəmli  - Arayatlı  -  Babı  kəndlərarası  avtomobil  yolu,

Goranboy rayonunda Goranboy-Yuxarı Ağcakənd avtomobil yolu, Göygöl rayo -

nunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, İmişli rayonunda  Hacıqabul

- Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsi, İsmayıllı rayonunda

Çörək istehsalı zavodu, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət

Kompleksinin birinci mərhələsi, “Qafqaz Yengicə Termal Hotel və SPA” otel kom-

pleksi, Lənkəran rayonunda Çörək istehsalı zavodu, Şamaxı rayonunda “Şamaxı

Palace  Platinum  By  Rixos”  oteli,  Şəmkir  rayonunda  Çörək  zavodu,  Şəmkirçay

üzərində  Su anbarı və Su Elektrik Stansiyası, bütün maliyyə mənbələri hesabına

ölkədə ümumi sahəsi 1978,3 min kvadratmetr olan yeni yaşayış evləri, 280 çarpayılıq

xəstəxanalar, növbədə 251 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-polik-

linika müəssisələri, 29230 şagird yerlik ümumtəhsil məktəbləri, 1332 yerlik mək-

təbəqədər təhsil müəssisələri, 294 yerlik klub və digərlərini qeyd etmək olar. Hazırda

təkcə dövlətin güzəştli kredit dəstəyi ilə özəl sektor tərəfindən 30-dan çox sənaye

müəssisəsi qurulmaqda və genişləndirilməkdədir. 2014-cü il ərzində iqtisadiyyatın

inkişafına, müxtəlif sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə 21,8

milyard  manat  (27,7  milyard  dollar)  həcmində  investisiya  yönəldilmişdir.  İn-

vestisiyaların 58,5 faizi daxili mənbələr hesabına maliyyələşdirilmiş, 41,5%-i isə

xaricdən cəlb edilmişdir [4].

Bu illər ərzində görülən işlərin nəticəsi olaraq Beynəlxalq Valyuta Fondu Azər-

baycanı  son  10  ildə  dünyada  ən  sürətlə  inkişaf  edən  ölkələrdən  biri  kimi

qiymətləndirib.Dünya Bankının hesablamalarına görə Azərbaycan 15 postsovet res -

publikası arasında ÜDM-in həcminə görə 4-cü yerdədir.

Müstəqillik dövründə qəbul edilən proqramlardan biri də “Azərbaycan region-

larının sosial-iqtisadi inkişaf proqramıdır”. Bu proqramın həyata keçməsi nəticəsində

son illərdə yeni iş yerlərinin 80%-i regionlarda açılıb. Bu illər infrastrukturun inki -

şafına da böyük investisiyalar qoyulur. Azərbaycanın regionların hesabına 2003-

2014-cü illər ərzində ərzaq təhlükəsizliyinin gücləndirilməsində xeyli uğurlar əldə

edilmişdir. Ötən dövr ərzində İmişlidə Şəkər Zavodu, Abşeronda Duz Zavodu, Sum -

qayıtda Bitki Yağları Emalı Zavodu, Oğuzda Qarğıdalı Emalı və Qlükoza İstehsalı

Zavodu, müxtəlif bölgələrdə süd kombinatları, konserv zavodları və digər ərzaq

məhsulları istehsalı müəssisələri istismara verilmişdir.Son illərdə dövlət dəstəyi təd-

birləri, o cümlədən 19 rayonda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandar-

lıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı   240

milyon manat güzəştli kreditin verilməsi istehsalın artmasına, 3 ildə ət və ət məh-

sullarının idxalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur [9].



A.Hüseynova

AZƏRBAYCANDA İNNOVASİYA FƏALİYYƏTİNİN İNKİŞAF YOLU



4(124)/2015

136


Bundan əlavə, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatlarına, 9

rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəs-

sisələrinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələ-

batın ödənilməsi və ixrac imkanını yaratmışdır.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq Qəbələnin

Vəndam qəsəbəsində isə “Gilan Holdinq”in “Aqro Kompleks Qəbələ” heyvandarlıq

kompleksi yaradılıb. İyirmi hektar ərazidə inşa olunan kompleks iki inək və iki buzov

fermalarından və doğuş zalından ibarətdir. Bu layihənin də inşasına İqtisadi İnkişaf

Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 14 milyon manat güzəştli

kredit verilmişdir. Kompleks Almaniyanın məşhur “Delovan”, “Qruber”, “Vest-

valya”, “Dea” şirkətləri ilə sıx əməkdaşlıq şəraitində yaradılmışdır. Sağım sexi

dünyanın  ən  mütərəqqi  “Karusel”  tipli  avadanlığı,  soyutma  sistemləri  və  digər

köməkçi avadanlıqla təchiz edilmişdir[5]. 

Ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd təsərrüfatının, bütünlüklə aqrar-

sənaye kompleksinin modernləşdirilməsi istiqamətində cənab Prezident tamamilə

yeni yanaşma - aqrar sahədə aqroparkların yaradılması konsepsiyasını irəli sür-

müşdür. Aqrar-sənaye kompleksində aqroparkların yaradılması konsepsiyası nəinki

postsovet respublikaları, hətta Avropa ölkələri üçün də yeni bir mexanizmdir. İndiyə

kimi mövcud olan təsərrüfatçılıq formaları dünyanın bir çox ölkələrində ərzaq təh-

lükəsizliyi sahəsində yaranan problemləri həll etmək və çağırışlara cavab vermək

üçün yetərli imkanlara malik olmadığına görə, ölkə başçısının irəli sürdüyü bu kon-

sepsiya Azərbaycanda həyata keçirildikdən sonra digər ölkələr üçün də bir nümunə

olacaqdır.

Aqroparkların yaradılması ölkədə innovativ və yüksək texnologiyalar əsasında

rəqabətqabiliyyətli aqrar və aqrar-sənaye istehsalının inkişafı üçün münbit şərait

yaratmaq,  bu  sahədə  sahibkarlığı  dəstəkləmək,  qeyri-neft  sektorunun  davamlı

inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi

daşıyır [5].

Azərbaycanda aqrotexnoparkların yaradılması kənd təsərrüfatı sahəsində bilik-

lərin kommersiyalaşdırılması, aqrar sahənin modernləşdirilməsi, səmərəliliyin artırıl-

ması, ümumilikdə iqtisadiyyatın diversifikasiyası istiqamətində irəliyə atılmış bir

addım ola bilər. İlk aqropark Şəmkirdə açılmışdır. Bu baxımdan aqroparkların  kadr-

lara  ehtiyacı  olduğundan  sənaye-təhsil  tendemi  yaradılır.  Kadr  olmadığı  halda,

aqroparkların yaradılmasına da ehtiyac yoxdur. Ona görə ki, aqroparkların yaradıl-

masında məqsəd elmi bilgini fermerlərə, kəndlilərə ötürməkdən, yeni texnologiyanı

tətbiq edib onları maarifləndirməkdən ibarətdir. Deməli, aqroparklar bir növ elmlə

bağlı sahədir. Hazırkı vəziyyətdə aqroparkların Gəncə və Lənkəran şəhərlərində

yaradılması daha məqsədə uyğun hesab edilir. Çünki hazırda yalnız bu ərazilərdə

aqroparkların  yaradılması  imkanları  var.  Gəncə  və  Lənkəran  Dövlət  Univer-

sitetlərində aqrar sahə üzrə kadrların hazırlanması da burada aqroparkların yaradıl-



A.Hüseynova

AZƏRBAYCANDA İNNOVASİYA FƏALİYYƏTİNİN İNKİŞAF YOLU



4(124)/2015

137


A.Hüseynova

AZƏRBAYCANDA İNNOVASİYA FƏALİYYƏTİNİN İNKİŞAF YOLU

ması üçün əsas səbəblərdən biridir.Məlum olduğu kimi, respublikanın cənub böl-

gəsinin torpaq-iqlim şəraiti, mövcud olan ənənə və təcrübələr, burada yaşayan in-

sanların  vərdiş  və  bacarıqları  tərəvəzçilik  və  bostançılığın  bu  ərazilərdə  geniş

yayılmasına səbəb olmuşdur. Bunlar nəzərə alınaraq, Lənkəran İqtisadi Rayonunda

tərəvəzçilik üzrə ixtisaslaşmış aqroparkların yaradılması, düşünürəm ki, çox faydalı

ola bilər və bununla da bu regionda davamlı inkişafın təmin edilməsinə yaxşı əsaslar

yaranar.

Respublikanın Quba-Xaçmaz İqtisadi Rayonunda, misal üçün, Quba və digər

ətraf rayonlarda bağçılıq, Gəncə-Qazax İqtisadi Rayonunda, məsələn, Tovuz və digər

rayonlarda üzümçülük üzrə ixtisaslaşmış aqroparkların yaradılması nəzərdən keçirilə

bilər. Bu gün Xızı rayonunda aqroparkların yaradılması məqsədilə baş plan hazır-

lanır, Bərdə və Xaçmazda da aqrar-sənaye kompleksləri yaradılır.

Bu gün ərzaq tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə 12 rayonda

30 min hektardan çox sahədə 19 iri fermer təsərrüfatının yaradılmasına 47 milyon

manat güzəştli kreditlər verilmişdir.

Qafqazın ən böyük şəkər emalı zavodu olan - İmişli şəkər zavodunun fəaliyyəti

nəticəsində 2013-cü ildə ilk dəfə olaraq şəkər Azərbaycanın ən çox ixrac olunan

məhsulları sırasına daxil olub. 2013-cü ildə şəkər Azərbaycanın ən çox ixrac olunan

qeyri-neft məhsulu olub. Şəkərin ixrac həcmi 123 milyon ABŞ dolları təşkil edib

[9].


2003-2012-ci illərdə Azərbaycanın qeyri-neft ixracı 4,5 dəfə artmışdır. Azərbay-

can Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2013-cü ildə ən çox idxal olu-

nan məhsullar bunlar olmuşdur: yeyinti məhsulları, tütün və tütün məmulatları,

sement,  maşın,  mexanizm,  elektrik  aparatları,  avadanlıqlar  və  onların  hissələri,

nəqliyyat vasitələri və onların hissələri, qara metallar və onlardan hazırlanan mə-

mulatlar, oduncaq və ondan hazırlanan məmulatlar, mebel və onun hissələri və əcza-

çılıq məhsulları. İdxalın tərkibində investisiya məhsullarının (maşın, mexanizm,

avadanlıqlar və s.) üstünlük təşkil etməsi ölkədə aparılan tikinti-quruculuq işləri ilə

bağlıdır.

Azərbaycanda digər prioritet istiqamətlərindən biri respublikada innovasiya iqti-

sadiyyatının formalaşdırılması və təkmilləşdirilməsidir. Bu keçid innovasiya infra-

strukturunun və potensialın struktur dəyişiklərini tələb edir.

Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal Rəqabətlilik 2013-

2014 hesabatında” 4,51 balla 39-cu yerə yüksəlib. 2010-2011-ci illərdə rəqabətqa-

biliyyətliliyi  reytinqində  Azərbaycanın  mövqeyi  57-ci  yer  olduğu  halda,

2013-2014-cü illərdə 39-cu yerdə qərarlaşıb [5].

Məlumata əsasən Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 148 ölkə

arasında 8-ci, əmək bazarının effektivliyi göstəricisinə görə 30-cu, texnoloji hazırlıq

və innovasiya səviyyəsinə görə 50-ci yerdə qərar tutub. Xüsusilə makroiqtisadi

sabitliyin ayrı-ayrı komponentləri üzrə Azərbaycanın mövqeləri “Qlobal Rəqabətlilik

4(124)/2015

138



2013-2014 hesabatında” daha güclüdür. Məsələn, Azərbaycan inflyasiya dərəcəsinin

aşağı səviyyəsinə görə dünyada 148 ölkə arasında 1-ci yerdədir, habelə ümumi

yığımın ÜDM-dəki payına əsasən 10-cu, dövlət borcunun ÜDM-dəki xüsusi çəkisinə

görə 13-cü və icmal büdcənin balansının ÜDM-ə faiz nisbətinə görə 15-ci yerdədir

[5].

Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin artması qeyri-neft sektoru-



nun genişlənməsini, bununla da neft gəlirlərinin insan kapitalına çevrilməsi prose -

sinin sürətləndirir. Rəqabət qabiliyyətinin artması ölkənin müstəqil iqtisadi siyasət

aparmasının,  diversifikasiya  siyasətinin  ölkəyə  əlavə  iqtisadi-siyasi  dividendlər

qazandırmasının bariz göstəricisidir.

Azərbaycanın müasir iqtisadi mənzərəsini müəyyənləşdirən ölkəyə yatırılan in-

vestisiyalar olmuşdur. 2003-2014-ci illərdə Azərbaycana 180 milyard ABŞ dolları

investisiya yatırılmışdır. [5]

Azərbaycanda sənayenin resurslara əsaslanan inkişafı öz bəhrəsini vermişdir:

ölkənin sosial-iqtisadi infrastrukuturu yenidən qurulmuş, iqtisadiyyatın digər sahələri

dirçəlmiş və əhalinin sosial rifah halı yaxşılaşmışdır. Hazırda Azərbaycan qlobal

çapda baş verən sənaye inqilabının çağırışlarına uyğun olaraq sənaye siyasətini key-

fiyyətcə yeni müstəvidə qurmaq istəyir.Əgər sənaye yüksəlişinin birinci mərhələsi

karbohidrogen  resurslarına  əsaslanırdısa,  indiki  mərhələdə  inkişaf  iqtisadi

səmərəliliyin üzərində qurulmalıdır.

İnnovasiya iqtisadiyyatının yaradılması - Azərbaycan Respublikasının  inkişafının

prioritetlərindəndir.  Bu  gün  təbii  ehtiyatlar  ocağı  olan  Azərbaycan  qeyri-neft

sahələrinin inkişafına istiqamətlənir. Bu da respublikada elmi-təhsil kompleksinin,

sənayenin inkişafını sürətləndirməyi tələb edir. Azərbaycanda biliyə əsaslanan yeni

innovasiya biznesinin yaradılması imkanları inkişaf etdirilməlidir.

Respublika iqtisadiyyatının diversifikasiyasının məqsədi yeni növ məhsul və xid-

mətlərin istehsalı hesabına ÜDM-in artırılması, yerli və dünya bazarında yüksək

texnoloji məhsulun rəqabətqabiliyyətliliyinin artırılması, istehsal səmərəliliyinin

artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb

edilməsi, elmtutumlu sahələrin artırılmasıdır.



4. İnnovasiya infrastrukturunun inkişaf yolları

Azərbaycan iqtisadiyyatında islahat aparılması şəraitində əsas məsələlərdən biri

elmi təşkilatların, müəssisələrin, firmaların, şirkətlərin innovasiya fəallığının artırıl-

masıdır.  Bu  mərhələdə  innovasiyanın  inkişafının  fərqli  cəhəti  daha  proqressiv

texnoloji  proseslərə  və  çevik  istehsalata  tez  bir  zamanda  keçiddir,  bu  da  yeni

rəqabətqabiliyyətli, dünya standartlarına cavab verən məhsul istehsal etməyə imkan

verir. Bu gün respublikada iqtisadiyyatın qeyri-neft sektorunun əhəmiyyəti artmaq-

dadır. Sahibkarlıq sektorunda bunlar rəqabətqabiliyyətli məhsul istehsal edən iri və



139

A.Hüseynova

AZƏRBAYCANDA İNNOVASİYA FƏALİYYƏTİNİN İNKİŞAF YOLU



4(124)/2015


4(124)/2015

A.Hüseynova

AZƏRBAYCANDA İNNOVASİYA FƏALİYYƏTİNİN İNKİŞAF YOLU



140

orta  müəssisələrdir.  Bu  sektora  dövlət  tərəfindən  investisiyalar  qoyulur.  Dövlət

tərəfindən innovasiya fəaliyyətinə verilən dəstək innovasiya xidmətlərinin və infra-

strukturun lazım olan səviyyədə inkişaf etməməsinə görə çox vaxt öz səmərəsini

vermir. 

Respublikada Milli İnnovasiya Sisteminin (MİS) inkişafına sistem yanaşmanın

olmasına ehtiyac var.

Yaradılan texnoparklar və innovasiya infrastrukturunun digər elementləri (elmi



müəssisələr, universitetlər və s.) arasında sıx əməkdaşlıq, informasiya mübadiləsi

demək olar ki, yox dərəcəsindədir. Hər struktur ayrı-ayrılıqda fəaliyyət göstərir və

digərinin işindən xəbər tutmur. Ona görə də işlərdə təkrarlamalar baş verir. İnno-

vasiya prosesinin iştirakçıları arasında bazarın tələblərinə vaxtında reaksiya vermək,

rəqabətlilik və əlaqələrin genişlənməsi bütün təşkilatların səmərəliliyini artıracaq.

Məqsədyönlü siyasi tədbirlər innovasiya prosesinin inkişafına təkan verəcəkdir. 

Bu gün sabit iqtisadi artımı əsas məsələlərin həlli üçün Azərbaycanın ehtiyat və

imkanlarını birləşdirmək lazımdır. Bu isə bir tərəfdən fundamental və tətbiqi elmlərin

arasında əlaqələrin güclənməsi, digər tərəfdən isə innovasiya məhsulunun istehsalı

və  bazarın  zəbt  edilməsi  halında  mümkündür.  Ölkənin  innovasiya  sisteminin

inkişafının prioritet istiqamətləri əqli və sənaye mülkiyyəti bazarının inkişaf mex-

anizminin yaradılmasıdır.

İnnovasiya infrastrukturu daima inkişaf edir, onun yeni obyektləri yaradılır. Bu

gün innovasiya sistemi infrastrukturuna texnologiya transferi mərkəzləri, innovasiya-

texnologiya mərkəzləri, texnoparklar, biznes-inkubatorlar, innovasiya fəaliyyəti üçün

kadr hazırlığı mərkəzləri, vençur fondları və s. aiddir.

Bütün bunlara baxmayaraq MİS-in müxtəlif elementlərinin qarşılıqlı asılılıq me -

xanizmləri tam işləmirlər. Baxmayaraq ki, respublikada innovasiya sferasında bir

sıra  qanunverici  və  normativ  aktlar  qəbul  edilmişdir,  lakin  indiyə  qədər  “inno-

vasiyalar haqqında”, “müəssisələrin innovasiya fəaliyyəti haqqında”, “elm və dövlət

elmi-texniki siyasəti haqqında”, innovasiya inkişafında əsas olan sənədlər, qanunlar

qəbul edilməmişdir. İnkubatorların, innovasiya mərkəzlərinin, texnoparkların, tex-

nopolislərin, injinirinq, lizinq və digər təşkilatların normativ - innovasiya infrastruk-

turunun hüquqi bazasının formalaşma üzrə iş sona kimi yerinə yetirilməmişdir.

Həmçinin,  regional  səviyyədə  innovasiya  potensialının  möhkəmləndirilməsi

məsələləri həll olunmamış qalmışdır.

Respublikada innovasiya proseslərinin təmin edilməsi üçün təşkilatlarda inno-

vasiya menecmentinin öyrədilməsi, innovasiyaların informasiya bazasının yaradıl-

ması lazımdır.

İnnovasiya sahəsində strateji və taktiki siyasətdə aşağıdakılar nəzərə alınmalıdır:

normativ-hüquqi bazanın təkmilləşdirilməsi;



innovasiya tətbiqinin üsullarının təkminləşdirilməsi;

dövlət tərəfindən maliyyə dəstəyi;




4(124)/2015

A.Hüseynova

AZƏRBAYCANDA İNNOVASİYA FƏALİYYƏTİNİN İNKİŞAF YOLU



141

vençur maliyyələşmə sisteminin inkişaf etdirilməsi;



innovasiya  sahəsində  kiçik,  orta  və  iri  biznesin  subyektlərinin  qarşılıqlı

faəliyyətinin dəstəklənməsi və fəaliyyətinin stimullaşdırılması;

innovasiya infrastrukturunun inkişafı: texnoparklar, nanotexnoloji mərkəzlər



və biznes-inkubatorlar və s.

Bunlar respublikada innovasiya fəaliyyətinin kompleks sisteminin yaradılmasının

vacibliyini şərtləndirir. Digər tərəfdən müasir dövrdə elm və elmtutumlu istehsalın

inkişafının daha yeni formaları axtarılır. Bu məsələlərin həll istiqamətlərindən biri

texnoparkların yaradılması və inkişafıdır.

Buna görə də innovasiya subyektləri şəbəkəsinin konsepsiyası elmə əsaslanan

biznesin (sahibkarlıq fəaliliyətinə) inkişafına yönəldilir.

İnnovasiya subyektlərinin yaradılması və səmərəli fəaliyyətinə təsir edən 2 əsas

halı qeyd edək:

1. Fəaliyyət göstərən normativ-hüquqi baza, demək olar ki, yox dərəcəsindədir.

2. Dövlət dəstəklənməsinin səmərəli tədbirlər sistemi tam işlənməyib.

Aparılan tədqiqatlara əsasən, innovasiya subyektlərinin səmərəli fəaliyyəti yalnız

idarəetmənin müxtəlif səviyyələrində tədbirlər sistemini nəzərə alaraq, onun yaradıl-

ması və fəaliyyətinin bütün mərhələlərində səmərəli dövlət dəstəyi mexanizminin

yaradılması şəraitində mümkündür. 

İnnovasiya subyektlərinin dəstəklənməsi tədbirləri selektiv xüsusiyyətə malik ol-

malıdır. Bu tədbirlər dövlət və regional səviyyədə məqsədi, göstərilən nəticəni və

ixtisaslaşdırılmış texnoparkların inkişafının əsas göstəricilərini müəyyən edən uyğun

proqramların qəbul edildikdə maksimal realizə edilir. Qərarın proqram üsulunun

seçilməsinə əsas, bütün səviyyədə aparılan dəyişikliklərin mərkəzləşmiş qaydada

planlaşdırılması lazımdır. Tədbirlərin həyata keçməsinə istiqamətlənmiş ehtiyatların

istifadəsinə səmərəli idarəetmə və nəzarət vacibdir. Belə proqramların üstünlüyü

ondadır ki, onlar bir tərəfdən dəqiq nəticələrə bağlanır, digər tərəfdən isə regional

siyasətin əsas istiqamətini həyata keçirir.



5. Nəticə

Beləliklə, deyə bilərik ki, respublikada MİS-in inkişafına sistem yanaşmanın ol-

masına ehtiyac vardır. Azərbaycan Respublikasında innovasiya infrastrukturunun

bütün subyektlərinə (sənaye parkları, texnoparklar, aqroparklar, sənaye məhəllələri



və s.) dövlət dəstəyinin və güzəştlərin şamil edilməsi üçün bu subyektlər haqqında

ümümi dövlət qanunvericiliyinin və innovasiya fəaliyyəti ilə məşğul olan subyektləri

əlaqələndirən qurumun olması məqsədəuyğun olardı. Belə bir əlaqələndirici siste -

min olması innovasiya infrastrukturunun bütün subyektlərinin fəaliyyət sahəsinə,

yerləşməsinə və tərkibinə, istiqamətinə, eləcə də digər məsələlərə dair mərkəzləşmiş

qeydiyyatının və monitorinqinin aparılmasına, onlar haqqında məlumatların daim




4(124)/2015

A.Hüseynova

AZƏRBAYCANDA İNNOVASİYA FƏALİYYƏTİNİN İNKİŞAF YOLU



142

yeniləmək, müəyyən edilmiş hallarda və qaydada dövlət və yerli özünüidarəetmə

orqanlarını, habelə fiziki şəxsləri həmin məlumatlarla təmin etmək, innovasiya in-

frastrukturu subyektləri üzrə informasiya sistemlərini aparan dövlət orqanlarının

qarşılıqlı  fəaliyyətinin  səmərəliliyini  artırmaq  üçün  vahid  dövlət  reyestrinin  də

yaradılması məqsədəuyğundur. 

Azərbaycan Respublikasında innovasiya infrastrukturunun subyektləri üçün



ümumi qanunvericiliyin hazırlanması;

İnnovasiya infrastrukturu subyektlərinin vahid dövlət reyestrinin yaradılması



və aparılması;

İnnovasiya  fəaliyyəti  ilə  məşğul  olan  subyektləri  əlaqələndirən  qurumun



yaradılması;

İnnovasiya infrastrukturunun subyektləri  üçün ümumi dövlət dəstəyi və vergi



güzəştlərinin hazırlanması;

İnnovasiya subyektlərinin rezidentlərinin subyekt tərkibində qalmasını stim-



ullaşdırmaq üçün xüsusi vergi güzəştlərinin tədbiq edilməsi (məsələn: ƏDV

faizlərinin azadılması və s.).

Ədəbiyyat siyahısı

1. Əliyev  İ.H.  (2015).  Regionların  2014-2018-ci  illərdə  sosial-iqtisadi  inkişafı

Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransında

giriş nitqi, http://president.az/articles/14135 

2. Самедзаде З.А. (2004). «Этапы большого пути - экономика Азербайджана

за полвека, её новые реалии и перспективы». Баку: Издательско-полиграфи-

ческий  Центр  «НУРЛАР»,  936  с.  (Səmədzadə  Z.Ə.  (2004).  Böyük  yolun

mərhələləri - yarım əsr ərzində Azərbaycan iqtisadiyyatı, onun gerçəklikləri və

perspektivləri” Bakı: “Nurlar”, 936 s.)

3. Səmədzadə Z.Ə. (2012). XXI əsrdə Azərbaycanın iqtisadi inkişaf modelinin əsas

xüsusiyyətləri. Strateji təhlil, Strateji Araşdırmalar Mərkəzi. s. 9-24.

4. Mustafayev  Ş.A.(2012).  İnkişafın  Azərbaycan  modelinin  yaradıcısı

http://www.economy.gov.az/index.php?option=com_content&view=article&id=1

4:model&catid=10&Itemid=263&showall=&limitstart=&lang=az

5. Qasımlı V.Ə. (2014). İqtisadi modernizasiya. Bakı: Strateji Araşdırmalar Mərkəzi,

312 s.


6. Cəfərli. E. Texnopark modelinin yeni forması - aqroparklar. http://vergiler.az/art-

view/1641/

7. Nadirov A. A. (2001). “İqtisadiyyatın Yeni İnkişaf Mərhələsi” Azərbaycan Qəzeti,

15 Sentyabr, s. 2. 




4(124)/2015

A.Hüseynova

AZƏRBAYCANDA İNNOVASİYA FƏALİYYƏTİNİN İNKİŞAF YOLU



143

8. Aras O.N., Süleymanov E. (2010). “Azərbaycan iqtisadiyyatı”. Bakı: “Şərq-Qərb”

Mətbəəsi”, 316 s.

9. Şahin Mustafayev. İnkişafın Azərbaycan modelinin yaradıcısı/ http://www.econ-

omy.gov.az/index.php?option=com_content&view=article&id=14:model&catid=

10&Itemid=263&showall=&limitstart=&lang=az

10. http://prezident.az/documents.

Гусейнова Арзу Догру гызы

к.э.н., доц., Научно-исследовательский Институт Экономических Реформ 

Министерства Экономики и Промышленности Азербайджанской Республики

Пути развития инновационной деятельности в Азербайджане

Аннотация

Цель исследования – разработка механизмов развития инновационный дея-

тельности в Азербайджане.



Методология исследования – системный подход, сравнительный анализ и

дедуктивный метод.



Результаты исследования – даны научно обоснованные предложения по

ускорению инновационного развития и усовершенствованию механизмов раз-

вития инновационной инфраструктуры в Азербайджане.

Ограничения исследования – существует необходимость изучения проблем

развития национальной инновационной системы в целом на основе зарубеж-

ного опыта.

Практическая значимость исследования – основные выводы и рекоменда-

ции могут быть использованы при разработке и подготовке проектов по усо-

вершенствованию инновационной деятельности в Азербайджане.

Оригинальность и научная новизна исследования – впервые исследованы

проблемы формирования и реализации концепции развития субъектов инно-

вационных инфраструктур.

Ключевые слова: инновационная деятельность, инновационная инфра-

структура, национальная инновационная система, инновационные субъекты,

конкурентоспособность



Huseynova Arzu Dogru kizi 

Ass. Prof., Research Institute of Economic Reforms under Ministry of Economy and In-

dustry of the Republic of Azerbaijan

The ways of development of innovative activity in Azerbaijan

Abstract

Purpose – research of mechanisms of development of innovative activity in Azer-

baijan.


Design/methodology – systematic approach, comparative analysis and deductive

method. 


Findings – justified proposals have offered to accelerate innovative development

and infrastructure of innovation’s developing mechanisms in Azerbaijan.



Research limitations – there is a need of studying of problems of development of

national innovative system in general on the basis of foreign experience.



Practical implications – the main conclusions and recommendations can be used

on development and preparation of projects on improvement of innovative activity

in Azerbaijan.

Originality/value – in the first problems of formation and implementation of the

concept of development of subjects of innovative infrastructures are investigated.



Keywords: innovative activities, infrastructure of innovation, national innovation

system, the subjects of innovation, competitiveness.

Jel Classification Codes: E21, E22, E66.

Məqalə redaksiyaya daxil olmuşdur: 12.06.15.

Təkrar işləməyə göndərilmişdir: 19.06.15.

Çapa qəbul olunmuşdur: 31.08.15



144

A.Hüseynova

AZƏRBAYCANDA İNNOVASİYA FƏALİYYƏTİNİN İNKİŞAF YOLU



4(124)/2015

Yüklə 136,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə