Xülasə Tədqiqatın məqsədi iqtisadi nəzəriyyənin tərkib hissələri olan siyasi iqtisadla ekonomiks arasındakı



Yüklə 107,87 Kb.
Pdf görüntüsü
tarix28.11.2017
ölçüsü107,87 Kb.
#12938
növüXülasə




İQTİSADİ NƏZƏRİYYƏ

1(133)/2017

77

UOT 330.101.2:330.3:330.82

SİYASİ İQTİSAD VƏ EKONOMİKS

DİSKUSSİYALAR MÜSTƏVİSİNDƏ

Xülasə

Tədqiqatın məqsədi – iqtisadi nəzəriyyənin tərkib

hissələri olan siyasi iqtisadla ekonomiks arasındakı

mühüm fərqlərin təhlili.

Tədqiqatın metodologiyası – dialektik və subyek-

tiv yanaşma.



Tədqiqatın nəticələri – əmək-dəyər nəzəriyyəsi

və  son  faydalılıq  həddi  nəzəriyyəsi  istər  nəzəri

əsaslarına görə, istərsə də metodologiyalarına görə

bir-birinə ziddir və bu səbəbdən də onları sintez -

ləşdirmək olmaz. Buna baxmayaraq, real həyatda

iqtisadi proseslərin bütün müxtəlifliyini izah etmək

üçün hər iki təlimdən istifadə olunmalıdır.

Tədqiqatın  məhdudiyyətləri  – siyasi  iqtisadla

eko nomiks arasındakı fərqlərin daha dərindən təd -

qiq edilməsinə ehtiyac vardır.

Tədqiqatın praktiki əhəmiyyəti – tədqiqatdan əldə

edilmiş nəticələr və irəli sürülən təkliflər iqtisadi

nəzəriyyə fənninin tədrisi prosesində istifadə edilə

bilər.


Tədqiqatın orijinallığı və elmi yeniliyi – müasir

iqtisadi  nəzəriyyənin  əsas  struktur  hissələri  olan

siyasi  iqtisadla  ekonomiks  arasındakı  fərqlər  ve -

rilmişdir.



Açar sözlər: siyasi iqtisad, ekonomiks, klassik

və neoklassik iqtisadi nəzəriyyə, əmək-dəyər və son

faydalılıq həddi nəzəriyyəsi

səh. 77-88

Babayev Əlican 

Pirican oğlu

i.e.d., prof. 

Azərbaycan Dövlət İqtisad 

universiteti - uNEc

Az.1001, Bakı ş., İstiqlaliyyət küç., 6.

ababayev@rambler.ru

PDF processed with CutePDF evaluation edition

www.CutePDF.com



1. Giriş

Siyasi iqtisadla ekonomiks arasındakı mühüm fərqlər iqtisadi hadisə və prose s -

lərin öyrənilməsində, müxtəlif metodlardan istifadə edilməsində, onların metodoloji

yanaşmalarının uyğun gəlməməsində öz əksini tapmışdır.

Təsərrüfat fəaliyyətinin öyrənilməsi metodlarını iki hissəyə – ümumfəlsəfi və xü-

susi metodlara bölmək olar. Ümumfəlsəfi metodlar dialektik-materializm prinsip -

lərinə söykənərək bütün iqtisadi hadisə və prosesləri ziddiyyətli və daimi hərəkətdə

götürür. Bu metod öyrənilən iqtisadi proseslərin mahiyyətini aşkar etməyi nəzərdə

tutur. Elmi idrakın xüsusi metodlarına - müşahidə, sintez və təhlil, induksiya və de-

duksiya, eksperimentlərin aparılması, qrafiklərdən, riyazi formalardan geniş istifadə

edilməsi aiddir. 

Xüsusi metodlar qarşısına iqtisadi kateqoriyaların və qanunların mahiyyətinə

nüfuz etmək vəzifəsi deyil, əksinə təsərrüfat həyatını təsvir, təhlil və izah etmək və -

zifəsi qoyulur.

Siyasi iqtisad üçün istər ümumi, istərsə də xüsusi metodlardan istifadə səciyyəvi

olduğu halda, ekonomiks xüsusi metodlardan istifadə edilməsinə üstünlük verir.

Siyasi iqtisad qarşısına insanın dünyanı dərk etməsində dünyanın mahiyyətinə var-

maq vəzifəsi qoyulur və heç də zahiri təzahürlərin təhlil edilməsi ilə kifayətlənmir.

Ekonomiks mahiyyətcə yanaşmadan yan keçərək, iqtisadiyyatı izah etməkdənsə,

onu  mürəkkəb  riyazi  hesablamalar,  qrafiklər,  formullar,  statistik  modellər  və

müşahidələr, son hədd kəmiyyətləri və s. şəklində kəmiyyətcə göstərir. Siyasi iqti-

sadın metodu daha artıq dərəcədə fəlsəfi-mahiyyət metodu olduğu halda, ekonomiks

başlıca olaraq riyazi və statistik metodlara əsaslanır.

Deyilənlərlə yanaşı, yerindəcə qeyd edək ki, müasirlik baxımından nəzərdən

keçirilən iqtisadi fikir özünün geniş əhatəliliyi ilə vahid iqtisadiyyat elmləri adlanan

nəhəng bir ağacın gövdəsinin qol-budaqlı şaxələri olmaqla ondan yüksəlsə də, on-

ların hamısının ağacın gövdəsinə eyni dərəcədə tam uyğun gəlməsindən qəti surətdə

danışmaq olmaz. Bu fikri iqtisadi nəzəriyyənin neoklassik istiqamətinə daha artıq

dərəcədə aid etmək olar. Belə ki, bu istiqamət heç vaxt öz mühakimələrində ciddi

fəlsəfi  düşüncəyə  əsaslanmamış,  ona  müraciət  də  etməmişdir.  Onun  fəlsəfi

(metodoloji) bilik ehtiyatı və istinadgahı XX əsrin birinci yarısındakı neopozitivizm

və karteziançılıq (R.Dekartın dualist fəlsəfəsi) fəlsəfəsinin bəzi müddəalarından o

yana  keçməmişdir.  Başlanğıcını Aristoteldən  götürən,  klassik  fəlsəfə  dövründə

V.Hegel  tərəfindən  əxz  edilən  və  irəliyə  doğru  inkişaf  etdirilən  “hisslərdə  və

təcrübədə olmayan şey təfəkkürdə də yoxdur” və “duyğularda olmayan şey intellekt -

də də yoxdur” kimi qədim ideyalar onun üçün yad, anlaşılmaz və ya naməlum bir

Qalaktika olmuşdur. Həmin ideyaları isə dünyanı passiv seyrçilik mövqeyindən

deyil, praktiki – fəal dəyişdirici istiqamətdə qavramaq mövqeyindən başa düşərək

qəbul etmək mümkündür. Bu cür mövqe isə V.Hegel, K.Marks, habelə Amerika praq-

78

Ə.Babayev

sİyAsİ İQTİsAD VƏ EKONOmİKs DİsKussİyAlAR mÜsTƏVİsİNDƏ



1(133)/2017


matizminin baniləri və nümayəndələri olan U.Ceyms, Ç.Pirs və C.Dyunin nəzəri

baxışları üçün səciyyəvi olmuşdur.

Neoklassik istiqamətin (cərəyanın) aprior ilkin çıxış şərti ilkin (zəmini) olan «iqti-

sadi insan» isə işin əslində alqı-satqı (mübadilə) prosesinə daxil edilən adi, gerçək,

fəaliyyətdə olan insandan başqa bir şey deyildir. Bu prosesin özü isə özlüyündə

aprior  olmadığından,  neoklassiklər  bu  mənada  iqtisadi  reallığın  müəyyən  bir

hissəsini təhlil etmiş olurdular. Lakin onların bu prosesə yanaşmalarının məhdud-

luqları və nöqsanı ondan irəli gəlir ki, onlar mübadilə prosesində mübadilə situa -

siyasına  və  insanın  davranışlarına  insan  fəaliyyətində  yeganə  mümkün  olan

xarakterli hal kimi yanaşmaqla işin əslində bazar mübadiləsini cəmiyyətin bütün

iqtisadi həyatını müəyyən edən universal, həlledici amilə çevirmiş olurlar. Ona görə

də neoklassik təhlil özünün bütün fikir və müddəaları ilə bazar iqtisadiyyatının

nəzəriyyəsi kimi qarşıya çıxır və bu cür iqtisadi nəzəriyyədə mübadilədən, alqı-satqı-

dan savayı heç bir yeni şey yoxdur. 



2. Siyasi iqtisad və ekonomiks arasındakı fərqlər

İqtisadi nəzəriyyənin siyasi iqtisad və ekonomiks istiqamətləri arasındakı fərqləri

ümumiləşdirərək aşağıdakı nəticələrə gəlmək olar: 

Birincisi, siyasi iqtisad istehsalda köklü səbəb-nəticə əlaqələrini  öyrənərək onun

mahiyyət xarakterini açıqlayır. Ekonomiks səthi, üzdə olan münasibətləri öyrənir və

istehlak seçimini səmərələşdirmək prinsipi əsasında funksional asılılıqları təsvir edir.

Siyasi iqtisad istehsal münasibətlərinin həlledici məğzini üzə çıxarmaq üçün dialek-

tik  və  tarixi  metodlara  əsaslanır  və  onun  məntiqi  strukturunda  səbəb-nəticə

əlaqələrini göstərir, ekonomiks pozitivizmə əsaslanır və funksional asılılığın ax-

tarışına xidmət edir. 

Beləliklə, siyasi iqtisadın metodologiyası iqtisadi qanunları məhz hadisələrin

mahiyyəti, mahiyyətlər arasında münasibətlər səviyyəsində öyrənir və ümumiyyətlə

mahiyyəti təzahürdən fərqləndirir, ekonomiksin metodologiyası isə iqtisadi qanun-

ların  mahiyyətinə  varmadan  zahiri  iqtisadi  formaları  və  onların  funksional

asılılıqlarının araşdırılması ilə kifayətlənir. Ona görə də bütün Ekonomiks dərslik-

lərində pulun, qiymətin, kapitalın, istehsal xərclərinin, mənfəətin, rentanın və bazar

iqtisadiyyatının digər kateqoriyalarının mahiyyəti açılmadığına görə onların elmi

tərifləri verilmir.

İkincisi, nəzərdən keçirilən elmlərdə tədqiqat obyekti müxtəlifdir. Ekonomiksin

tədqiqat obyekti bilavasitə mübadilə sahəsidir, onun başlanğıc nöqtəsi nə istehsal və

təklif, nə də onların istehlak və tələblə qarşılıqlı əlaqəsidir, başlanğıc nöqtəsi istehlak

və tələb, daha doğrusu, tələb əyrisidir. Siyasi iqtisad, ekonomiksdən fərqli olaraq,

ictimai təkrar istehsal prosesində istehlakın və tələbin deyil, bilavasitə istehsalın və

79

Ə.Babayev

sİyAsİ İQTİsAD VƏ EKONOmİKs DİsKussİyAlAR mÜsTƏVİsİNDƏ



1(133)/2017


Ə.Babayev

sİyAsİ İQTİsAD VƏ EKONOmİKs DİsKussİyAlAR mÜsTƏVİsİNDƏ



1(133)/2017

80

təklifin ilkin və aparıcı rolunu göstərir. İstehsalın ilkin və aparıcı olmasını siyasi iqti-

sad elmi aşağıdakılarla əsaslandırır:

1) Hər hansı bir məhsul bölüşdürülüb, mübadilə edilib və istehlak olunmazdan

əvvəl istehsal olunmalıdır. Bu baxımdan demək olar ki, təkrar istehsal prosesi

həmişə bilavasitə istehsalla başlayır.

2) Bölgü, mübadilə və istehlak təsisatlarının maddi əsasını məhz istehsal üsulu,

hər şeydən əvvəl, onun texnika və texnologiyası təşkil edir.

3) Bölgü, mübadilə və istehlakın xarakteri ilk növbədə  istehsalın sosial-iqtisadi

forması ilə müəyyən olunur.



Üçüncüsü,  siyasi  iqtisad  tədqiqatları  məcmu  milli  məhsulun  hərəkətini

mərhələlər-istehsal,  bölgü,  mübadilə  və  istehlak  üzrə  əks  etdirən  bütövlükdə

götürülmüş ictimai təkrar istehsal prinsiplərinə əsaslanır. Ekonomiks dərsliklərində

tədqiqat obyekti əsasən iki - mikro və makroiqtisadiyyat səviyyəsində aparılır.



Dördüncüsü, siyasi iqtisadda təhlilin məntiqi çıxış nöqtəsi kimi bütövlükdə icti-

mai istehsal, milli iqtisadiyyat və ya iqtisadi subyektlərdən ibarət olan cəmiyyət,

ümumiyyətlə, tam halda götürülür. Ekonomiksdə isə təhlilin məntiqi çıxış nöqtəsi

cəmiyyətdə və ya ictimai istehsalda müstəqil fəaliyyət göstərən, ayrıca götürülmüş

fərdi  iqtisadi  subyektlərdən  ibarətdir.  Eyni  tədqiqat  obyekti  müxtəlif  nöqteyi-

nəzərdən - ictimai baxımdan və ya fərdi baxımdan araşdırılır.

Beləliklə, iqtisadi problemlərin təhlilində müasir iqtisadi nəzəriyyənin iki is-

tiqaməti arasında müəyyən fərqlər mövcuddur. Praktikadan uzaq olan və daha çox

ümumi-nəzəri xarakter daşıyan siyasi iqtisaddan fərqli olaraq, ekonomiks daha artıq

tətbiqi xarakter daşıması ilə fərqlənir. Siyasi iqtisad və ekonomiks eyni predmetə

malik  olsalar  da,  iqtisadi  sistemləri  bir-birindən  prinsip  etibarilə  fərqli  olan

metodologiya əsasında öyrənirlər, müxtəlif məqsəd və vəzifələri qarşıya qoyurlar.

Siyasi iqtisad əmək-dəyər nəzəriyyəsinə, ekonomiks isə son faydalılıq nəzəriyyəsinə

əsaslanır.



3. İqtisadi nəzəriyyənin klassik və neoklassik istiqamətlərinin 

ümumi cəhətləri

İqtisadi nəzəriyyənin klassik və neoklassik istiqamətlərinin müqayisəli təhlili

onlar arasında nəinki fərqlərin, eyni zamanda ümumi cəhətlərin olmasını göstərir.

Ümumi cəhət, hər şeydən əvvəl, onların hər ikisinin həm tədqiqat obyektinin, insan-

ların iqtisadi fəaliyyət sahəsinin təhlil edilməsi, həm də tədqiqat predmetinin, iqtisadi

münasibətlərin təhlil edilməsinin eyni olmasıdır. Siyasi iqtisadın və ekonomiksin

tərəfdarları iqtisadi münasibətlərin substansiyasını eyni cür görürlər. Bu substansiya

iqtisadi münasibətlərin əşya münasibətləri olması ilə və bu əşya münasibətlərinin

insanın təbiətə dəyişdirici təsiri nəticəsində baş verməsi ilə xarakterizə olunur. İqti-

sadi nəzəriyyənin hər iki istiqaməti real fəaliyyət göstərən və inkişaf edən müasir




Ə.Babayev

sİyAsİ İQTİsAD VƏ EKONOmİKs DİsKussİyAlAR mÜsTƏVİsİNDƏ



1(133)/2017

81

bazar iqtisadiyyatını ümumnəzəri cəhətdən əks etdirməyi qarşısına məqsəd qoyur.

Hər ikisi maddi istehsalı cəmiyyətin əsası və aparıcı sahəsi olması fikrini qəbul edir.

İstehsalın  əsas  amilləri  barəsində  də  onlar  arasında  elə  bir  fərq  mövcud  deyil.

Mübahisə əsasən amillər üzrə gəlirlərin mənbəyi məsələsindədir. Hər iki istiqamət

hüdudsuz tələbatlar və məhdud resurslar arasında ziddiyyətin olmasını qəbul edir.

Siyasi  iqtisad  bu  ziddiyyətin  həll  olunması  vasitəsini  texniki  tərəqqidə  görür.

Ekonomiksdə bu problem qısamüddətli dövrdə əvəzləmə normasını azaltmaq va-

sitəsilə resursların səmərəli yerləşdirilməsi ilə, uzunmüddətli dövrdə isə texniki

tərəqqiyə uyğun olaraq, yeni texnologiyadan istifadə etməklə həll olunur. 



4. Siyasi iqtisadla ekonomiksin sintezi mümkündürmü?

Hazırda siyasi iqtisadla ekonomiksin, əmək-dəyər nəzəriyyəsi ilə son faydalılıq

həddi nəzəriyyəsinin birləşdirilməsinin, sintezinin mümkünlüyü və ya mümkünsüz -

lüyü problemi araşdırılır. Bu nəzəriyyələrin sintezləşdirilməsinə marjinalizmin mey-

dana gəldiyi vaxtdan səylər göstərilməyə başlanılmışdır. İqtisadi nəzəriyyənin iki

cərəyanının birləşdirilməsi istiqamətində A.Marşall, M.İ.Tuqan-Baranovski kimi bir

sıra iqtisadçılar cəhdlər göstərmişlər. Lakin bu sahədə sintezə nail olmaq cəhdləri

təəssüflər olsun ki, hələ indiyə qədər lazımi səmərə verməyib.

İqtisadi nəzəriyyədə dualizm istər elmi baxımdan, istərsə də tədris cəhətdən qə-

naətbəxş hesab edilə bilməz. Klassik siyasi iqtisadın və ekonomiksin uzun bir müd-

dət yanaşı fəaliyyət göstərməsi bazar iqtisadi sisteminin nəzəri təhlilinin birmənalı

nəticəsinin  olmadığını  göstərir,  onların  paralel  və  ya  ardıcıl  şəkildə  tədrisi  isə

tələbələrdə çaşqınlıq və anlaşılmazlıq yaradır.

Klassik və neoklassik iqtisadi nəzəriyyəni sintezləşdirməyin həm tərəfdarları,

həm də əleyhdarları vardır. İqtisadi ədəbiyyatda bu sintezin bir neçə səbəbə görə

mümkünlüyü fikri irəli sürülür.

Birinci səbəb ondan ibarətdir ki, siyasi iqtisadın və ekonomiksin həm tədqiqat

predmeti,  həm  də  tədqiqat  metodu  eynidir,  hər  ikisi  orta  və  son  hədd

kəmiyyətlərindən  (xərclərindən)  istifadə  edir,  hər  ikisində  sosial  problemlərin

həllinə, yəni iqtisadiyyatın “sosiallaşmasına” kifayət qədər diqqət yetirilir [1, s. 81-

81; 2, s. 108-109].

İkinci  səbəb  əmtəənin  ictimai  dəyərinin  formalaşması  prosesində  nəinki  is-

tehsalçıların, eləcə də istehlakçıların iştirak etməsindən ibarətdir. Əmtəə dəyərini

formalaşdıran ictimai zəruri əməyin təşəkkülü zamanı alıcıların (istehlakçıların) ro -

luna əmək-dəyər nəzəriyyəsində kifayət qədər diqqət yetirilməmişdir. Əgər satıcılarla

alıcıların rəqabətini nəzərdən keçirsək, görərik ki, ictimai zəruri əməyin formalaş-

ması zənginləşəcəkdir. Əmtəələrin ictimai dəyərinin formalaşması prosesində is-

tehlakçıların  əmtəə  istehsalçıları  ilə  birlikdə  iştirak  etdiyini  iki  istiqamətdə




Ə.Babayev

sİyAsİ İQTİsAD VƏ EKONOmİKs DİsKussİyAlAR mÜsTƏVİsİNDƏ



1(133)/2017

82

fərqləndirmək olar. Əvvəla, alıcıların rəqabəti olmadan eyni əmtəənin müxtəlif fərdi

qiymətləri (dəyərləri) belə əmtəələrin ictimai dəyərini ifadə edən vahid bazar qiymə -

tinə çevrilmir. İkincisi, əmtəə istehsalçılarının məhz hansı əmək məsrəflərinin ictimai

zəruri məsrəflər (əmtəələrin ictimai dəyəri) rolunda çıxış etdiyini tələblə təklifin nis-

bəti müəyyənləşdirir. Beləliklə, ictimai zəruri əməyin formalaşması prosesi ikilidir.

Bu, o deməkdir ki, əmək-dəyər və son faydalılıq həddi nəzəriyyələri bir-birilə təkcə

ideoloji deyil, həm də nəzəri cəhətdən rəqabət aparan bu konsepsiyalar mahiyyətcə,

faktiki olaraq, bir-birini tamamlayır və onlar dəyər qanunu mexanizminin, eləcə də

bazar  qiymətəmələgəlmə  prosesinin  yalnız  birlikdə,  öz  şərhləri  məcmu  şəkildə

götürüldükdə kifayət qədər tam mənzərəsini verə bilər [3, s. 104-111].

Üçüncü səbəb klassiklərin faydalılığın, o cümlədən də qiymətin əmələ gəlməsində

faydalılığın mühüm rol oynadığını vurğulamalarından, neoklassiklərin isə elə həmin

prosesdə məhz əmək məsrəflərinin mühüm rolunun nəzərə alınmasının göstəril -

məsindən ibarətdir. Klassik və neoklassik cərəyanların sintezi dəyər kateqoriyasının

marjinal yönümlü müxtəlif nəzəriyyələrə nüfuz etməsi, marjinal metodların klassik

nəzəriyyədə geniş surətdə istifadə olunmasında öz əksini tapır. Hər iki nəzəriyyənin

metodlarının, əsas elementlərinin bir-birinə nüfuz etməsi nəticəsində əsas məqsədə,

yəni daha yüksək səviyyəli yeni iqtisadi nəzəriyyənin yaradılmasına nail olmaq olar.

Məsələn, klassik siyasi iqtisad üçün faydalılıq qiyməti formalaşdırmağın həmişə

zəruri  keyfiyyət  şərti  olmuşdur.  İstehlak  dəyəri  (faydalılıq)  dəyərin  mütləq

daşıyıcısıdır.  Birinci  olmasa,  ikinci  də  ola  bilməz.  Klassik  siyasi  iqtisada  görə

qiymətin forması onun dəyərlə uyğun gəlməməsini, ondan kənarlaşmasını nəzərdə

tutur.  Bu  kənarlaşma  isə  məhz  faydalılıq  amili  hesabına  baş  verir.  Neoklassik

nəzəriyyə öz növbəsində qiymətin yalnız tələblə (faydalılıqla) müəyyən olunmasını

qəbul etmir. Uzunmüddətli dövrdə qiymətin müəyyənləşdirici funksiyası əmək məs-

rəflərinə, istehsal xərclərinə keçir. Neoklassik nəzəriyyəyə görə qiymətin tarazlığı

tələblə təklif uyğun gəldikdə mümkündür. Lakin təklifin dəyişməsi qiymətə təsir

göstərərək, onu aşağı salır və ya yuxarı qaldırır. Bu nəzəriyyə sabit, dəyişən, ümumi,

orta, son hədd istehsal xərclərinin təhlilinə geniş yer verərək, mikrosəviyyədə iqtisadi

fəaliyyətin səmərəli aparılmasını istehsal xərclərinin kəmiyyəti ilə bağlayır. Qiymətin

formalaşması prosesində marjinalistlərin bitərəf mövqeyini zəiflətmək məqsədilə

A.Marşall qayçının tiyələrini nümunə kimi göstərir. Bu nümunəyə görə, qiymət eyni

zamanda həm tələblə (faydalılıqla), həm də təkliflə (əmək məsrəfləri ilə) müəyyən

edilir [ 4, s. 86-88].

Dördüncü səbəb klassik (marksist) iqtisadi təhlilin metodologiyası və nəzəriyyəsi

ilə ekonomiks arasında bir növ kompromis variantın axtarılmasıdır. Marksizmin və

ekonomiksin metodlarının sintezi nəticəsində, yəni ekonomiksdə dialektik metoda

və marksizmdə mexaniki metoda keçid, bir istiqamətin metodunun çatışmayan ele-

mentlərini digər istiqamətin metodoloji ehtiyatından götürüb tamamlamaqla ümumi,

vahid metoda çatmaq və bunun əsasında nəzəriyyəni eyniləşdirməklə monizmə nail



Ə.Babayev

sİyAsİ İQTİsAD VƏ EKONOmİKs DİsKussİyAlAR mÜsTƏVİsİNDƏ



1(133)/2017

83

olmaq mümkündür. Öz tədqiqatlarını  mahiyyət iqtisadi qanunlarının (dəyər qanunu,



izafi dəyər qanunu, orta mənfəət norması qanunu və s.) araşdırılmasına yönəldən

klassik siyasi iqtisaddan fərqli olaraq, neoklassiklər öz tədqiqatlarını zahiri funk-

sional iqtisadi kəmiyyət asılılıqlarının, necə dəyərlər, iqtisadi forma qanunlarının

(tələb qanunu, təklif qanunu) araşdırılmasına yönəltmişlər. Lakin mahiyyət iqtisadi

qanunları və iqtisadi forma qanunları obyektiv iqtisadi qanunların fəaliyyət mexa -

nizminin müxtəlif kəsikləri, bir növ, səviyyələridir. Nəticədə bu səviyyələr iqtisadi

nəzəriyyənin  klassik  və  neoklassik  istiqamətlərində  süni  surətdə  bir-birindən

ayrılmışdır, bu da onların tam, sistemli şəkildə öyrənilməsinə imkan verməmişdir.

Bu səbəbdən bəzi iqtisadçılar iqtisadi kateqoriyaların mahiyyətcə nəzərdən keçi -

rilməsini marksist nəzəriyyənin, iqtisadi münasibətlərin zahiri formaları arasındakı

funksional asılılıqların isə ekonomiksin metodologiyası əsasında işıqlandırılması

haqqında fikirləri irəli sürürlər.

Lakin iqtisadi nəzəriyyənin hər iki qolunun sintezinin qeyri-mümkünlüyünü sübut

edən arqumentlər var. Siyasi iqtisadın və ekonomiksin sintezinin qeyri-mümkünlüyü

ilk növbədə onların başlanğıc kateqoriyalarına əsaslanır. Siyasi iqtisadın mühüm

kateqoriyası dəyərdir. Mahiyyətin axtarılmasını qarşısına məqsəd qoyan siyasi iqti-

sadda  dəyər  sərf  edilmiş  ictimai  zəruri  əməyin  nəticəsi  kimi  ilkin,  qiymət  isə

əmtəənin pul ilə ifadə olunan dəyəri kimi ikincidir. Ekonomiks üçün mühüm kate-

qoriya qiymətdir. Mahiyyət haqqında elm olmayan ekonomiks dəyərlə maraqlanmır.

Ekonomiksin  məntiqi  sisteminin  mərkəzində  dəyər  deyil,  məhz  qiymət  durur.

Ekonomiksdə  qiymət  əmək  məsrəfləri  ilə  deyil,  məhz  əmtəənin  faydalılığı  ilə

müəyyən edilir. Deməli, əgər siyasi iqtisad qiymətin arxasında dəyəri də görürsə,

ekonomiks qiymətlə kifayətlənərək, ona bazarda alıcıların və satıcıların subyektiv

hərəkətləri ilə müəyyənləşdirilən son nəticə kimi baxır. Əmək-dəyər nəzəriyyəsi fay-

dalılığı və tələbi əmtəə və qiymət amili kimi qəbul edir, neoklassiklər istehsal xərcləri

və təklifi qiymətə təsir göstərən amillərdən biri kimi görürlər, lakin dəyəri qiymətin

daxili  substansiyası  kimi  inkar  edirlər.  Bu  baxımdan  əmək-dəyər  nəzəriyyəsini

(siyasi iqtisad) son faydalılıq həddi nəzəriyyəsi (ekonomiks) ilə sintezləşdirmək

mümkün deyil. V.N.Çerkovets inandırıcı şəkildə sübut etmişdir ki, siyasi iqtisadın

və ekonomiksın bilavasitə sintezi, müxtəlif nəzəriyyələrin başlıca nəticələrinin vahid

nəzəriyyəyə üzvi surətdə daxil olunması mənasında, qeyri-mümkündür [5, s. 70].

Göstərilən istiqamətlərin barışmazlığını başqa müəlliflərin də əsərlərində müşa -

yiət etmək olar. Əmək-dəyər nəzəriyyəsi və son faydalılıq həddi nəzəriyyəsi istər

nəzəri əsaslarına görə, istərsə də metodologiyalarına görə bir-birinə ziddir və bu

səbəbdən də onları sintezləşdirmək olmaz. Buna baxmayaraq, real həyatda iqtisadi

proseslərin bütün müxtəlifliyini izah etmək üçün hər iki təlimdən istifadə olun-

malıdır. Real həyatda qiymətin formalaşması prosesinə müraciət etsək, görərik ki,

qiymətlər iqtisadi nəzəriyyənin hər iki istiqaməti mövqeyindən izah edilə bilər.

Müasir şəraitdə biz hər an əmtəələrin subyektiv qiymətləri ilə qarşılaşırıq. Məsələn,



Ə.Babayev

sİyAsİ İQTİsAD VƏ EKONOmİKs DİsKussİyAlAR mÜsTƏVİsİNDƏ



1(133)/2017

84

sevimli futbol klubunun iştirakı ilə keçirilən final görüşünə kassada bilet yoxdur,

amma əldə satılır. Ancaq futbol görüşünə baxmaq arzusu subyekti biletləri normal

dəyərindən qat-qat baha olan qiymətə almağa məcbur edəcəkdir. Deməli, subyektiv

qiymət əmtəənin və ya xidmətin qiymətini bir çox cəhətdən qabaqcadan müəyyən

edəcəkdir. Əgər məhsul kifayət miqdardadırsa, onda məhsulun subyektiv qiymət -

lərinin əmtəənin qiymətlərinin təyin edilməsinə dəxli yoxdur. Əmtəə qıtlığı, real

məhsul məhdudluğu olmadığı şəraitdə subyektiv qiymətin məhsulun qiymətinə heç

bir  aidiyyəti  yoxdur.  Sərbəst  kütləvi  istehsal  və  bazar  şəraitində  əmək-dəyər

nəzəriyyəsi qiymətin əsasını kifayət qədər inandırıcı və ziddiyyətsiz şəkildə izah

edir. Resursların məhdudluğu, nemətlərin  qıtlığı şəraitində əmək-dəyər nəzəriyyəsi

öz funksiyasını yerinə yetirə bilmir, buna görə də qiymətlərin təyin edilməsi son fay-

dalılıq həddi nəzəriyyəsi mövqeyindən daha yaxşı verilə bilər [6].

Beləliklə, bir-biri ilə rəqabət aparan nəzəriyyələr kimi, əmək-dəyər və son fay-

dalılıq həddi nəzəriyyələrinin sintez olunmaması əsasında klassik siyasi iqtisadın və

ekonomiksin sintez olunmaması nəticəsinə gəlirlər. Bu halda sintez probleminin

qoyuluşu, ümumiyyətlə, hər hansı bir müstəvidə irəli sürülməsi qeyri-mümkün hesab

edilir. Bununla belə, iqtisadi nəzəriyyənin hər iki istiqamətinin sintezi məsələsinin

mümkünsüzlüyü onların nəticələrinin müasir iqtisadi nəzəriyyədə istifadə olunma-

ması demək olmazdı. Ümumilikdə götürdükdə, məqsəd siyasi iqtisadın və ekono -

miksin  çıxış  kateqoriyalarına  xələl  gətirmədən,  ekonomiksin  tədqiqat  predmeti

saydığı problemlərin həllini siyasi-iqtisad təhlili ilə uyğunlaşdırmaq və əlaqələn -

dirmək lazımdır.

İqtisadi  nəzəriyyənin  klassik  (siyasi  iqtisad)  və  neoklassik  (ekonomiks)  is-

tiqamətləri  XIX  əsrdə  kapitalizm  sisteminin  ziddiyyətlərinin  kəskinləşməsini

özünəməxsus tərzdə şərh edir. İqtisadi nəzəriyyənin birinci istiqamətinin diqqət

mərkəzində sosial münasibətlərin təhlilinə əgər üstünlük verilirdisə, onun digər is-

tiqaməti sosial-iqtisadi nəzəriyyədən imtina edərək sosial münasibətlərə deyil, bazar

münasibətləri  sisteminin  fəaliyyətinə,  məhdud  ehtiyatlardan  səmərəli  istifadə

edilməsinin təhlilinə geniş yer verir. İqtisadi nəzəriyyənin hər iki istiqamətinin həmin

elmin inkişafında, onun nəzəri cəhətdən zənginləşməsində müsbət rolu olmuşdur.

Neoklassik istiqamət, özünün tədqiqat predmetində sosial-sinfi münasibətlərə

daha geniş yer verən marksist iqtisadi nəzəriyyəsinə tənqidi reaksiya kimi meydana

gəlmişdir. Bu istiqamət azad rəqabəti tərənnüm edərək XX əsrin 30-cu illərinə qədər

hökmran mövqe tutmuşdur. Lakin 1929-1933-cü illərin iqtisadi böhranı və dərin

dep ressiyası göstərdi ki, dövlətin iqtisadiyyata müdaxiləsi olmadan, azad rəqabət

vasitəsilə cəmiyyətdə mövcud olan ziddiyyətləri, sosial-iqtisadi problemləri həll

etmək mümkün deyildir. Bununla əlaqədar iqtisadi nəzəriyyədə dövlətin iqtisadiy -

yata müdaxiləsini nəzəri cəhətdən əsaslandıran keynsçilik nəzəriyyəsi meydana

gəlmişdir. İqtisadi nəzəriyyə A.Smit tərəfindən ifadə edilmiş ümumi vahid paradiqma

ilə bağlı olaraq (onun elementləri: “iqtisadi insan”, “görünməyən əllər”, iqtisadi



münasibətlərin obyekti kimi “sərvət”) tarixən xarici amillərin və daxili ziddiyyətlərin

təsiri altında daima təkmilləşmiş və zənginləşmişdir. Klassik istiqamətin inkişafı,

sonradan neoklassikanın üstünlük təşkil etməsi, sonuncunun keynsçilik nəzəriyyəsi

ilə zənginləşməsi, xüsusi konsepsiyaların ayrılması (monetarizm, təklif iqtisadiyyatı,



səmərəli gözləmə və s.) - belə yeniliyin bariz nümunələridir.

5. Müasir dövrdə iqtisadi nəzəriyyənin yeniləşməsi

XX əsrin sonu və XXI əsrin başlancığı iqtisadi nəzəriyyənin qarşısında çox kəskin

formada yeniləşmə (genişlənmə) problemi qoymuşdur. Həmin yeniləşmə iqtisadi

münasibətlərin  bir  tipinin  (sisteminin)  digərilə  əvəzlənməsi  nəticəsində  iqtisadi

nəzəriyyənin predmetinin real məzmununun keyfiyyətcə dəyişməsi hesabına baş

verir, çünki iqtisadi münasibətlərin hər bir sonrakı sistemi əvvəlki ilə müqayisədə

nəinki müxtəlif tiplidir, həm də zəngin, məzmunlu, çoxsəpkili və mürəkkəbdir. Bu,

onunla bağlıdır ki, iqtisadi münasibətlərin yeni tipinə keyfiyyət keçidi, köhnə tipin

dialektik inkarı yolu ilə, yəni müsbət cəhətlərin aşkar edilməsi, saxlanması və artırıl-

ması, yeni və öyrənilməmiş iqtisadi hadisələrin və proseslərin getdikcə daha çox

tədqiqata cəlb olunması yolu ilə baş verir. Azərbaycanda və postsosialist ölkələrində

planlı iqtisadi sistemdən bazar sisteminə genişmiqyaslı keçidi sözlərimizə misal

göstərə bilərik. Lakin keçid iqtisadiyyatının nəinki spesifik, həm də ümumi cəhətləri

vardır. Məsələn, Azərbaycanda keçid iqtisadiyyatının özünəməxsus fərdi xüsusiy -

yətləri ilə yanaşı, Mərkəzi və Şərqi Avropanın postsosialist ölkələrində həyata keçi -

rilən keçid iqtisadiyyatının ümumi əlamətləri də mövcuddur. Postsosialist ölkələrində

transformasiya proseslərinin tarixi təcrübəsi, keçid dəyişikliklərinin nəinki mürəkkəb

və spesifik, həm də uzunmüddətli xarakter alması bu aktual problemin hərtərəfli

araşdırılması və öyrənilməsini obyektiv zərurətə çevirir. Bununla əlaqədar, ən azı

aşağıdakı iki mühüm məsələ iqtisadi nəzəriyyənin predmetinin genişlənməsini, onun

yeni məzmun kəsb etməsini göstərir: 

1)  Müxtəlif ölkələrdə bazar iqtisadiyyatına keçidin ümumi və xüsusi cəhətləri; 

2)  Keçid iqtisadiyyatı nəzəriyyəsinin predmeti və məzmunu, onun ümumi iqtisadi

nəzəriyyə kursunun strukturunda yeri.

İqtisadi nəzəriyyə təkmilləşdirilməsinin əsas istiqamətlərindən biri də institusional

nəzəriyyənin inkişafı ilə əlaqədar olaraq onun predmetinin genişləndirilməsindən

ibarətdir. İqtisadi nəzəriyyə predmetinin genişləndirilməsi, bir tərəfdən, “institut”

kateqoriyasının özünü, habelə müxtəlif sosial-mədəni amilləri təhlildə tətbiq etmək

hesabına,  digər  tərəfdən  isə,  institutların  dəyişdirilməsi  üzrə  fəaliyyətin  xüsusi

tədqiqi, yəni şüurlu-psixoloji fəaliyyət formaları hesabına baş verir.

İqtisadi nəzəriyyə predmetinin genişləndirilməsinin digər istiqaməti təhlil metod-

larının təkmilləşdirilməsi (yeniləşdirilməsi) hesabına baş verir. Bir tərəfdən, elm



85

Ə.Babayev

sİyAsİ İQTİsAD VƏ EKONOmİKs DİsKussİyAlAR mÜsTƏVİsİNDƏ



1(133)/2017


86

Ə.Babayev

sİyAsİ İQTİsAD VƏ EKONOmİKs DİsKussİyAlAR mÜsTƏVİsİNDƏ



1(133)/2017

olaraq iqtisadi nəzəriyyə inkişaf etdikcə və digər tərəfdən isə onun həm iqtisad elm-

ləri ilə, həm də digər elmi sistemlərlə - sosial-humanitar, təbiət, mexanika elmləri

ilə inteqrasiya prosesləri gücləndikcə, müxtəlif elmlərin metodlarının bir-birinə

qarşılıqlı nüfuz etməsi prosesi də baş verir. Beləliklə, iqtisadi nəzəriyyənin digər

fənlərin və elmi məktəblərin ümumfəlsəfi, ümumelmi, kompleks elmi, xüsusi - elmi

metodlarından, məsələn, relyativist, təkamül, eksperimental, sinergetik və başqa

metodlardan istifadə etmək imkanı genişlənir. Təfəkkür üsulu və tərzi də dəyişir,

tədqiqatçı iqtisadçıların araşdırmalarında predmetlərarası, fənlərarası, kompleks, sin-

tetik, sinergetik yanaşmalar adlandırılan metodların formalaşması və onlardan isti-

fadə üçün şərait və vasitələr də yaradılır. Bütün bunlar yaradıcılıqla tətbiq edildikdə

daha çox yeni biliklər, öyrənilən konkret obyektin, yəni nəzəri-iqtisadi obyektin

təbiətinə adekvat olan biliklər əldə olunmasına gətirib çıxarmaya bilməz. Bu, nəzəri

iqtisadın özünün predmetinin genişlənməsi və həmin predmetin daha dərindən başa

düşülməsi demək olardı.

İqtisadi nəzəriyyə predmetinin genişlənməsi sosial xidmət sahələrinin nəzəri iqti-

sadın tədqiqat orbitinə cəlb edilməsi ilə də əlaqədardır. İqtisadi cəhətdən inkişaf

etmiş ölkələrin innovasiyalı inkişaf mərhələsinə keçməsi, onların “texniki-iqtisadi

sahələrində”  baş  verən  real  dəyişikliklər,  cəmiyyətin  formalaşmaqda  olan  key-

fiyyətcə yeni vəziyyətinin bir sıra xüsusiyyətlərini (əlamətlərini) səciyyələndirməyə

əsas verir. İnnovasiyalı inkişaf mərhələsinə keçidin belə əlamətlərindən biri əmtəə

(maddi nemətlər) istehsalından xidmətlər istehsalına keçid, digəri isə elmi biliklərin,

informasiyanın, mənəvi sərvətlərin ön sıraya çıxmasıdır. İnformasiya cəmiyyətinə

keçid sosial xidmət sahələrində işləyənlərin sayının nisbətən artması və maddi is-

tehsalda çalışanların azalması, habelə ümumi daxili məhsulda xidmətlərin payının

çoxalması və maddi istehsal məhsullarının payının müvafiq surətdə azalması ilə

ölçülür, elm bilavasitə məhsuldar qüvvəyə çevrilir. Əşya formasında olan məhsullar

deyil, məhz elmi biliklər, informasiya, mənəvi sərvətlər getdikcə daha çox məhsulun

əsas növlərinə çevrilir. Maddi və qeyri-maddi istehsal sahələri, onların nəticələri

arasındakı nisbət sonuncunun xeyrinə dəyişir. Beləliklə, informasiya cəmiyyətində

sosial sahəsinin maddi istehsal sahəsinə nisbətən üstün artması qanunauyğun bir

haldır və inkişaf etmiş sivil ölkələrin hamısında özünü büruzə verir. Bütün bunlar

sosial xidmətlər sahəsinin iqtisadi nəzəriyyə (siyasi iqtisad) baxımından tədqiq

edilməsinin zəruriliyini artırır və aktuallaşdırır.

İqtisadi nəzəriyyənin yeniləşdirilməsinin zəruriliyi bir sıra konkret ziddiyyətlərlə

də bağlıdır. Bu, metodoloji baxımdan iqtisadi tarazlıq prinsipi əsasında qurulmuş

neoklassik nəzəriyyənin müasir qeyri-tarazlıq (keçid) vəziyyəti üçün səciyyəvi olan

prosesləri izah edə bilməməsinə aiddir. Bununla əlaqədar bir çox ortodoksal model-

lərin  izah  edilməsində  qarşıya  çətinliklər  çıxır.  Buna  misal  olaraq,  postsovet

ölkələrinin keçid iqtisadiyyatındakı inflyasiya fenomenlərini, tənəzzüllə işsizliyin

qarşılıqlı əlaqəsini göstərmək olar [6].



6. Nəticə

Beləliklə,  müasir  iqtisadi  nəzəriyyənin  məzmunu,  məntiqi  və  strukturunu,

postsovet ölkələrində bazar iqtisadi sisteminə keçidlə əlaqədar iqtisadi nəzəriyyənin

əhəmiyyətinin artmasını, iqtisadi nəzəriyyənin iqtisad elmləri sistemində yeri və ro -

lunu, iqtisadi nəzəriyyənin klassik (siyasi iqtisad) və neoklassik (ekonomiks) is-

tiqamətlərinin  oxşar  və  fərqli  cəhətlərini,  iqtisadi  nəzəriyyə  predmetinin

genişlənməsinin (yeniləşməsinin) bir sıra potensial və aktual mənbələrini, onun

həmin elmin kateqoriyalar və qanunlar sistemində nəzəri-məntiqi əksini tapmasının

zərurililiyini nəzərdən keçirdik.

Ədəbiyyat siyahısı

1. Хубиев К.A. Экономикс: О методолого-теорeтическом содержании и возможности син-

теза политэкономической традицией // Российский экономический журнал. (1999). №

7. С. 81-82. (Ekonomiks:metodoloji-nəzəri məzmunu və siyasi iqtisad ənənələrinə sintez



imkanları).

2. Хубиев К.A. Еще раз об “экономикс”: не сотвори себe кумира! // Российский экономи-

ческий журнал. (2000). № 5-6. c. 108-109. (Bir daha “ekonomiks” haqqında: özun üçün

kumir yaratma!).

3. Афанасьев В.С. Вклад  австрийской школы в развитие трудовой теории стоимости //

Вопросы  экономики.  (2002).  №  2.  c.  104-111.  (Avstriya  məktəbinin  əmək-dəyər

nəzəriyyəsinin inkişafına tövhəsi).

4. Радаев В.В. Классика и неoклассика в политической экономии // “Капитал” и Эконо-

микс. Вопросы методологии, теории, преподавания / Под ред. В.Н.Черковца М.: ТЕИС,

(1998). С.86-88. (Siyasi iqtisadda klassika və neoklassika).

5. Черковец В.Н. Политическая экономия как наука: историческая тенденция и социаль-

ная востребованность // Российский экономический журнал. (1996). № 3. С.70. (Siyasi



iqtisad bir elm kimi:tarixi meyillər və sosial tələb).

6. Дунаев Э.П. К вопросу о синтезе трудовой теории стоимости и теории предельной по-

лезности // Вестник Московского университета. Сер. 6. Экономика. (2002). № 4. (Əmək-

dəyər nəzəriyyəsi və son hədd faydalılığı nəzəriyyəsinin sintezi haqqında məsələyə dair.).

Бабаев Алиджан Пириджан оглы

д.э.н., проф. Азербайджанский Государственный экономический университет - UNEC



Аннотация

Политическая экономия и экономикс на плоскости дискуссий

Цель исследования – анализируются важнейшие различия между политической эконо-

мией и экономиксом, как составной части экономической теории.



Методология исследования – диалектический и субъективистский подход.

Результаты исследования – трудовая теория стоимости и теория предельной полез-

ности противоречат друг друга как по своим теоретическим основам, так и по методоло-



87

Ə.Babayev

sİyAsİ İQTİsAD VƏ EKONOmİKs DİsKussİyAlAR mÜsTƏVİsİNDƏ



1(133)/2017


гиям, и по этой причине их невозможно синтезировать. Несмотря на это, для объяснения

всего разнообразия экономических процессов в реальной жизни следует использовать оба

учения. 

Ограничении исследования – различия между политической экономией и экономиксом

нуждаются в еще большем исследовании.



Практическая значимость исследования – полученные результаты исследования и 

выдвинутые предложения могут быть использованы в процессе преподавания экономи-

ческой теории.

Оргинальность и научная новизна исследования – даны различия между политической

экономией и экономиксом, как основной структурной части современной экономической

теории.

Ключевые слова: политическая экономия, экономикс, классическая и неоклассическая

экономическая теория, трудовая теория стоимости, теория предельной полезности.

Babayev Alijan Pirijan oglu

Prof., Dr.,  Azerbaijan State University of Economics - UNEC



Abstract

Political economy and economics in the discussion flatness

Purpose – analysis of the significant differences between the economic theory constituents

economics and political economy.



Design/methodology – dialectical and subjective approach.

Research results – labor-value theory and end usefulness limitation theory are contradicted

by the theoretical and methodical principles and that’s why it’s impossible to synthesize them.

Nevertheless it’s necessary to use the both instruction for the explanation of the major differences

of the economic process in the real life.



Research limitations – it’s necessary to investigate deeply the differences between economic

theory and economics.



Practical implications – the results of the investigation and the suggested purposes may be

useful in the teaching process of economic theory.



Originality/value – the major differences between economics and political economy as the

main contituents of the economic theory are worked out in the investigation.



Keywords: political economy, economics, classic and neoclassic economic theory, labor-

value theory, end usefulness limitation theory.

JEL Classification Codes: A11, B4, E0

Məqalə redaksiyaya daxil olmuşdur: 12.01.17.

Təkrar işləməyə göndərilmişdir: 17.01.17.

Çapa qəbul olunmuşdur: 10.03.17.



88

Ə.Babayev

sİyAsİ İQTİsAD VƏ EKONOmİKs DİsKussİyAlAR mÜsTƏVİsİNDƏ



1(133)/2017

Yüklə 107,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə