Xülasə Tədqiqatın məqsədi müasir inkişaf mərhələ sinin xüsusiyyətləri və onların iqtisadi nəzəriyyəyə



Yüklə 179,5 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix05.02.2018
ölçüsü179,5 Kb.
#25750
növüXülasə
  1   2   3   4   5   6   7


UoT 330.101

XXI ƏSrİN ÇaĞIrIşlarI VƏ

MÜaSİr İQtİSaDİ NƏZƏrİYYƏNİN

İNKİşaF teNDeNSİYalarI

Xülasə

Tədqiqatın məqsədi – müasir inkişaf mərhələ -

sinin xüsusiyyətləri və onların iqtisadi nəzəriyyəyə

təsirinin təhlili.

Tədqiqatın metodologiyası – sistemli yanaşma və

müqayisəli təhlil.



Tədqiqatın nəticələri – iqtisadi nəzəriyyənin təd -

risi prosesində insan amilinin aparıcı rolunu əks et-

dirən prinsiplər təklif olunmuşdur.

Tədqiqatın  məhdudiyyətləri  – XX  əsrin  çağı -

rışlarının və inkişaf meyillərinin iqtisadi nəzəriyyə

baxımından  daha  dərindən  tədqiq  edilməsinə

ehtiyac vardır.



Tədqiqatın praktiki əhəmiyyəti – tədqiqatdan əldə

edilmiş nəticələr və irəli sürülən təkliflər iqtisadi

nəzəriyyə fənninin tədrisi prosesində istifadə edilə

bilər.


Tədqiqatın orijinallığı və elmi yeniliyi – müasir

iqtisadi nəzəriyyənin əsas struktur hissələri verilmiş,

iqtisadi nəzəriyyənin indiki vəziyyəti, onun inkişaf

problemləri və vəzifələri səciyyələndirilmişdir.



Açar sözlər: siyasi iqtisad, ekonomiks, institu-

sional iqtisadi nəzəriyyə, iqtisadi nəzəriyyənin pred-

meti, metodu və obyekti, iqtisadi inkişaf.

səh. 93-112

2(128)/2016



İQtİSaDİ NƏZƏrİYYƏ



93

Babayev Əlican 

Pirican oğlu

i.e.d., prof.,

Azərbaycan Dövlət İqtisad 

Universiteti

AZ 1001, Bakı ş., İstiqlaliyyət küç.,6.

ababayev@rambler.ru

PDF processed with CutePDF evaluation edition

www.CutePDF.com



1. Giriş

İqtisad elminin və iqtisadi nəzəriyyənin formalaşmasına təkan vermiş “Siyasi iqti-

sad” adlı yeni elmin yaranmasından 400 il keçir. Bu, ictimai fikir tarixində əlamətdar

hadisədir. XIX əsrdə ədəbiyyatda və təhsildə iqtisad elmi dedikdə, onu iqtisadi

nəzəriyyə kimi başa düşürdülər, bu sonuncu isə siyasi iqtisadla eyniləşdirilir və bu,

həmin dövrdə iqtisadi biliklər sahəsində real vəziyyətə uyğun gəlirdi. O dövrdə ic-

timai (milli) sərvətin yaradılması və bölgüsü mənbələrini öyrənən heç bir başqa elm

yox idi, baxmayaraq ki, iqtisad elminin kökləri, iqtisadi fikrin yaranması qədim dövr-

lərə gedib çıxır. Əmtəə, pul, qiymət, sələm və ticarət kapitalı, xüsusi mülkiyyət kimi

hadisələr və anlayışlar siyasi iqtisadın yaranmasından xeyli əvvəl, o cümlədən qədim

dünyada  geniş  yayılmışdı.  Lakin  bütün  bu  baxışlar  və  deyilmiş  fikirlər  məcmu

halında belə iqtisadiyyat haqqında (qanunlar və  təsərrüfatın  aparılması məharəti)

sistemləşdirilmiş təlim deyildi.

1615-ci ildə Antuan de Monkretyenin “Siyasi iqtisad haqqında traktat” əsərinin

nəşr edilməsi elm aləmində sadəcə olaraq iqtisadiyyata aid əsərin adında yeni bir

termin yaranmasını yox, həm də dövlətin və onun iqtisadi həyatının idarə edilməsi

prinsiplərinin müəyyən sisteminin yaranmasını bildirirdi. Cəmiyyətin həyatının an-

laşılmasına merkantilist yanaşmalar həmişə dövlətin xüsusi rolu və əhəmiyyəti ilə

bağlı olmuşdur. Buna görə heç də təsadüfi deyildi ki, “siyasi iqtisad” anlayışı məhz

həmin tarixi dövrdə - dünya iqtisadi əlaqələrinin formalaşması şəraitində dövlət

hakimiyyətinin, başqa dövlətlərin maraqlarının ifadəçisi kimi deyil, ümumdövlət

iqtisadi marağının ifadəçisi kimi çıxış etdiyi bir vaxtda yaranmışdır.

Cəmiyyətin inkişafı prosesində iqtisad elminin məzmunu və siyasi iqtisadın taleyi

məsələsi müxtəlif elmi istiqamətlər və məktəblər tərəfindən dəfələrlə müzakirə olu -

nur və müxtəlif şəkildə həll edilirdi. XXI əsrdə bu məsələ, xüsusilə kəskin şəkildə

qoyulmuşdur: yeni iqtisadiyyatın üzləşdiyi çağırışlar cəmiyyətdən adekvat cavab və

reaksiya tələb edir. Yeni iqtisadiyyat şəraitində rifahın artması, ədalətli və firavan

cəmiyyətin inkişafı haqqında utopik öncəgörmələrə rəğmən, XXI əsrin başlanğıcında

ölkələr, regionlar və insanlar arasında bərabərsizliyin yeni formaları, ictimai inkişaf

problemlərini  silah  gücünə  həll  etmək  cəhdləri  müşahidə  olunur,  məhsuldar

qüvvələrin artması isə ümumi rifahın artması əvəzinə, sosial-iqtisadi inkişafın yeni

ziddiyyətlərinin meydana çıxması ilə nəticələnir və bütün dünyanı bürümüş sonuncu

böhran buna əyani sübutdur. Böhran şəraitində cəmiyyətdə iqtisadiyyatın baza rolu,

xüsusilə aşkar görünür.

Dünyanın  mürəkkəbləşməsi,  onun  qanunauyğunluqlarını  və  tendensiyalarını

aşkar etmək cəhdləri iqtisad elminin qarşısında fundamental xarakterli bir məsələ

qoyur  – müasir  dəyişiklikləri  və  qanunauyğunluqları  nəzəri  cəhətdən  sistem-

ləşdirilmiş formada qiymətləndirmək, cəmiyyətin hədəflərinə nail olmağın iqtisadi

vasitələrini və metodlarını işləyib hazırlamaq. Bu baxımdan, siyasi iqtisadın tarixi

94

Ə.Babayev

XXI ƏSRİN ÇAĞIRIŞLARI VƏ MÜASİR İQTİSADİ NƏZƏRİYYƏNİN İNKİŞAF...



2(128)/2016


taleyi  və  iqtisadi  elmlər  sistemində  onun  yeri,  müasir  dünyada  siyasi  iqtisadın

yaradıcı potensialı məsələsi, xüsusilə kəskinləşmişdir.



2. Siyasi iqtisad və ekonomiks

MDB ölkələrində, eləcə də, Azərbaycanda direktiv-planlı təsərrüfat sistemindən

bazar iqtisadiyyatı sisteminə keçid rəsmi ideologiyada ciddi dəyişikliklərə səbəb ol-

muşdur.  Bu  yaxın  keçmişdə  marksist-leninçi  prinsiplərə  əsaslanan  iqtisadi

nəzəriyyənin dünyagörüşü cəhətlərində əks olunmaya bilməzdi. Ötən əsrin 90-cı il-

lərinin əvvəllərindən siyasi iqtisadın tədrisindən tez-tələsik imtinanın özü iqtisadi

təhsil sahəsində bu ideoloji dönüşün ümumiyyətlə təzahürü oldu. Ümumi iqtisadi

nəzəriyyənin tədrisində siyasi iqtisad dərsliklərinin yerini neoklassik nəzəriyyəyə

söykənən və Qərbdə əsas cərəyan, müasir iqtisadi fikrin, necə deyərlər "meystrim"i

(əsas cərəyan) hesab olunan dərsliklər tutmuşdur. Bununla əlaqədar olaraq, xüsusilə

iqtisad yönümlü ali məktəblərdə öyrənilən əsas (baza, fundamental) fənnin hansı

səviyyədə tədris olunması və onun hansı funksiyanı yerinə yetirməsi məsələsi aktual

olaraq qalır. Bununla bağlı müxtəlif, bəzən tamamilə əks fikirlər söylənilir. Ən qızğın

diskussiyalar siyasi iqtisadın tədrisində müxtəlif ənənələrin uyğunlaşdırılması, baza

tədris fənninin konseptual məzmunu, iqtisad elmləri sistemində iqtisadi nəzəriyyənin

yeri və rolu məsələləri ətrafında aparılır. Bütün bunların kökü çox vaxt metodoloji,

о cümlədən iqtisadi nəzəriyyədə klassik və neoklassik cərəyanların, siyasi iqtisadla

“ekonomiks”in predmeti və metodu arasındakı fikir ayrılığındadır. Hesab edirik ki,

bu fənlərin hazırda bakalavr və magistratura pillələrində tədrisi prinsipial əhəmiyyət

daşıyır.


İqtisadi nəzəriyyənin müxtəlif elmi məktəbləri arasında fikir ayrılıqları iqtisadi

sistemlərin inkişaf qanunauyğunluqları və xüsusiyyətləri barədə ümumiləşdirilmiş

bilik  verməli  və  başlanğıc  kateqoriya  aparatı  hazırlamalı  olan  ümumi  iqtisadi

nəzəriyyə rolunu yerinə yetirmək iddiasında olan iqtisad elminin öz adından başlanır.

Ümumi iqtisadi nəzəriyyə təkcə iqtisadiyyat sahəsində fundamental nəzəri əsasın

formalaşdırılması üçün deyil, həm də ümumi və xüsusi iqtisad elmlərinin tədqiqat

metodologiyasını  inkişaf  etdirmək,  təsərrüfata  dair  qərarlar  qəbul  olunmasını

əsaslandırmaq üçün zəruridir.Lakin iqtisadi nəzəriyyənin “meynstrimi” indiki şəkildə

bu funksiyaları tam yerinə yetirməyə, yəni müasir dövrdə cəmiyyətin qarşılaşdığı

yeni problemləri həll etməyə qadir deyildir. İqtisadi nəzəriyyə müasir dövrün prob-

lemlərinə (postindustrializmin getdikcə güclənən meyilləri, iqtisadi proseslərin artan

beynəlmiləlləşməsi, sabiq sosialist ölkələrində keçid vəziyyəti, dünya iqtisadiy -

yatının müasir böhranı) cavabları tapmağa çalışır. Bu məqsədlə elə bir ilkin konsep-

tual  təlim  və  ya  nəzəri  model  axtarılır  ki,  o,  həm  ictimai  həyatda  əvvəllər  rast

gəlinmiş prosesləri, həm də çoxqütblü dünyanın inkişafının məntiqini izah etməyə

95

Ə.Babayev

XXI ƏSRİN ÇAĞIRIŞLARI VƏ MÜASİR İQTİSADİ NƏZƏRİYYƏNİN İNKİŞAF...



2(128)/2016


Yüklə 179,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə