Xülasə Tədqiqatın məqsədi ni müasir qloballaşma şəraitində nüvə energetikasının özəl



Yüklə 248,72 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix08.10.2017
ölçüsü248,72 Kb.
#3665
növüXülasə
  1   2   3   4   5   6   7   8   9


UOT 330.818:336.201 (479.24)

Nüvə energetikası: 

ekoloji-iqtisadi dəyərləndirmələr və

inkişaf perspektivləri

Xülasə

Tədqiqatın məqsədini müasir qloballaşma şəraitində nüvə energetikasının özəl-

liklərinin texniki-texnoloji, ekoloji-iqtisadi göstəricilərinin dəyərləndirilməsi və milli

energetikanın inkişafinda bu enerji seqmentindən istifadə perspektivliyinin mühüm

cəhətlərinin analitik təqdimatı təşkil edir.



Tədqiqatın metodologiyası təhlilin amilli, qiymətləndirmə və statistik metodlarına

əsaslanır.



Tədqiqatın nəticələri qloballaşma şəraitində nüvə energetikasının təhlükəsizlik

aspektlərinin texniki-texnoloji və ekoloji-iqtisadi kontekstdə dəyərləndirilməsi və

milli enerji təhlükəsizliyinin təminatı mənbələrinin şaxələndirilməsi istiqamətində

ondan səmərəli istifadənin perspektivliyinin əsaslandırılması tədqiqatlarından ibarət-

dir.

Tədqiqatın məhdudiyyətləri sırasında əsasən mövzu predmetinin informasiya

bazasının, iqtisadi və statistik göstəricilər sisteminin məhdud və konfidensial xarak-

terliyi önə çəkilir.

Tədqiqatın praktiki əhəmiyyəti – milli enerji təhlükəsizliyinin təminatı istiqa -

mətində nüvə energetikasına keçidin konseptual əsaslarının qiymətləndirilməsində

elmi mənbə kimi istifadə imkanı.

*Azərbaycan Dövlət İqtisad Universiteti. AZ 1001, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6.

elshan@hajizadeh.com

**Bakı Dövlət Universiteti. AZ 1148, Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 23.

f.n.huseynov@gmail.com

105


AZƏRBAYCANIN VERGİ JURNALI. 3/2012.

ENERJİ SİYASƏTİ

Səh.105-130



Hacızadə Elşən Mahmud oğlu*

iqtisad elmləri doktoru, prof. 



Hüseynov Faiq Nurəddin oğlu**

kimya elmləri üzrə fəlsəfə doktoru

PDF processed with CutePDF evaluation edition

www.CutePDF.com




Tədqiqatın orijinallığı və elmi yeniliyi – qlobal çağırışlardan irəli gələrək, ilk dəfə

milli energetikanın inkişafında nüvə enerjisindən istifadə perspektivliyi texniki-

texnoloji və ekoloji-iqtisadi aspektdə təhlil edilmiş və qiymətləndirilmişdir.

Açar sözlər: iqtisadi siyasət, nüvə energetikası, enerji təhlükəsizliyi, vergiqoyma,

Azərbaycan iqtisadiyyatı. 

1. Giriş

Qlobal enerji balansında müasir mərhələdə baş verən pozitiv dəyişikliklər dünya

energetikasının yeni inkişaf mərhələsinə daxil olduğunu göstərir. İnkişaf etmiş yük-

sək enerjitutumlu industrial dövlətlər dərinləşən bu balans dəyişikliklərinə müvafiq

olaraq energetika siyasətlərində əsaslı korrektələr edirlər. Hətta nəhəng neft-qaz ehti -

yatarına malik OPEK ölkələri belə, bu məsələdə aktivlik göstərirlər.

Formalaşan  yeni  reallıqlar  yetərli  neft-qaz  ehtiyatlarına  malik  olan  respub-

likamızda da belə bir strategiyaya keçid məqamının yaxınlaşdığını əsaslandırır. Belə

ki,  Azərbaycanda  enerji  istehsalı  əsasən  karbohidrogen  yanacağından  istifadə

əsasında inkişaf edir. Karbohidrogen ehtiyatları tükənən olduğundan, təbii ki, bu

proses sonsuz ola bilməz. Dərk edilən bu aydın həqiqət hazırkı miqyaslı karbohidro-

gen ehtiyatlarına istinadən ölkədə milli neft fondunun (Azərbaycan Respublikasının



Dövlət Neft Fondunun - ARDNF) təsisini şərtləndirmişdir [1. 8, 26]. ARDNF-nin

əsas vəzifəsi respublikamızın vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mə-

nafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış

sa zişlərin həyata keçirilməsinin və fondun öz fəaliyyəti nəticəsində əldə olunan va-

lyuta və digər vəsaitlərin yığılmasını və səmərəli idarə olunmasını təmin etməkdir.

Bununla belə, bir mühüm cəhət də yaddan çıxarılmamalıdır ki, dünya iqtisadiyyatı

enerjitutumludur  və  onun  gələcəyini  də  bu  qaynaqdan  kənarda  təsəvvür  etmək

çətindir. Eynilə inkişaf edən Azərbaycan iqtisadiyyatı da perspektivdə daim enerji

tələbli olacaqdır. Ona görə də müasir neft kapitalının yetərli bir hissəsinin respub-

likanın fasiləsiz enerji təminatçısına çevrilən yeni enerji mənbələrinin inşasına səfər-

bər edilməsinə zərurət yaranır. Bundan irəli gələrək, Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyevin 21 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən, “Azər-

baycanda alternativ və bərpa olunan enerji resurslarından istifadə olunması üzrə

Dövlət Proqramı” həyata keçirilir. Artıq bu sahədə müvafiq dövlət təsisatı yaradılmış,

Qobustan rayonunda 5 MVt gücündə hibrid tipli günəş-külək elektrik stansiyası,

ölçü müşahidə-nəzarət stansiyası və təlim-tədris mərkəzi tikilib istismara ve rilmişdir.

Ölkənin digər regionlarındakı (Sumqayıt, Abşeron, Bakı və s.) alternativ enerji mən-

bələrindən istifadə edilməsi layihələri həyata keçirilir və bu layihələrin gələcəkdə

daha da geniş vüsət alacağı gözlənilir [21].

Hazırda nüvə energetikasından istifadə ilə bağlı da ölkəmizdə elmi araşdırmalar

S.Səməndərov. Azərbaycanın sovetləşdirilməsinin ilk illərində  N.Nərimanovun ictimai-siyasi hadisələr kontekstində...

106


E.Hacızadə, F.Hüseynov. Nüvə energetikası: ekoloji-iqtisadi dəyərləndirmələr və inkişaf perspektivləri  


aparılır,  tədqiqat  nüvə  reaktorunun  layihələndirilməsi,  müvafiq  elmi-tədqiqat

mərkəzinin yaradılması işləri yerinə yetirilir. Göründüyü kimi nüvə enerjisindən is-

tifadə  məsələsi  ölkəmizdə  də  aktual  səciyyə  daşıyır  və  onun  gələcək  strateji

məqsədlərində  yer  alır.  Bunları  əsas  götürərək,  məqalədə  müasir  qloballaşma

şəraitində  nüvə  energetikasının  özəlliklərinin  texniki-texnoloji,  ekoloji-iqtisadi

dəyərləndirilməsi və milli energetikanın inkişafında bu enerji seqmentindən isti-

fadənin  perspektivliyinin  mühüm  cəhətlərinin  analitik  təqdimatı  məqsəd  olaraq

qarşıya qoyulmuşdur.



2. Elektrik enerjisi istehsalı: texniki və iqtisadi parametrlər

Alovun  energetik  gücünün  aşkarlanması  bəşər  sivilizasiyasının  bənzərsiz

nailiyyətlərindən biri olmuşdur. Elə bu gün də qida, su, hava və torpaqla yanaşı,

ener getik qaynaq da insanlar üçün başlıca yaşayış zərurətlərindəndir. Energetik sivi -

lizasiyanın ilk çağlarında dünya yanacaq balansında uzun illər - tam XIX əsrə qədər

əsas məhsul kimi oduncaq çıxış etmişdir. Bununla belə, min illər öncə neftdən də

müvafiq məqsədlər üçün istifadə olunduğu bəlli idi. Ötən iki əsr ərzində dağ-mədən

sənayesində, metallurgiyada və digər sənaye sahələrində vüsətlənən istehsal meyil-

ləri daş kömürdən istifadəyə əsaslı keçidə rəvac verdi. Yüksəliş tapan elmi-texniki

tərəqqi, daxiliyanma mühərriklərinin və həmçinin enerjitutumlu sənaye kompleks -

lərinin yaranışı öz növbəsində neft erasının təşəkkülünə gətirdi. Neftin sənaye tətbiqi

texniki-iqtisadi səmərələrlə müşayiət edilirdi. Bu isə öz növbəsində, neftin kəşfiyyat

və hasilatını sürətləndirirdi. Daha dinamik sürət XX əsrdə təşəkkül tapdı. Statistik

məlumatlara görə, 1910-cu ilin dünya yanacaq-enerji balansında daş kömür 65%,

oduncaq 16%, bitki və heyvan mənşəli tullantılardan istifadə 16% idisə, bu pay neft

üzrə cəmi 3% təşkil etmişdi. Balansda təbii qaz, demək olar ki, yox idi. XX əsrin

30-cu illərində vəziyyət bir qədər dəyişdi. Bu balansda daş kömürün payı 55%-ə

endi,  neftin  payı  15%-ə,  təbii  qazın  payı  isə  3%-ə  qalxdı.  1965-ci  ildə  dünya

yanacaq-enerji balansına yeni güc - nüvə enerjisi daxil oldu. Hazırda qlobal yanacaq-

energetika balansında nüvə energetikası 6-7% həddindədir [22, 23].

Hər il dünyada 110-120 milyard kVts elektrik enerjisinə ekvivalent 15-16 milyard

ton şərti yanacaq müxtəlif növ enerji növlərinə çevrilir. Hazırda dünyada 21876 mil-

yard kVts elektrik enerjisi istehsal olunur. Bu balansda karbohidrogen əsaslı resurslar

yarıdan çox paya malikdir. Bununla belə, dünya əhalisinin 1/3-nin elektrik enerjisinə

çıxışı tamam yox, digər 1/3-nin isə məhdud şəkildədir. Əlbəttə, məhdudiyyətlər hər

il azalmağa meyillidir. Digər tərəfdən isə tələb yüksəlişləri mövcuddur. Proqnozlara

görə, 2050-ci ildə elektrik enerjisinə olan tələbat 3 dəfə artacaqdır. Lakin istehsal

artımı 2 dəfədən çox olmayacaqdır [22].

Elektrik enerjisi istehsalında əsasən ənənəvi istilik və su elektrik stansiyalarından

geniş istifadə olunur:

107

AZƏRBAYCANIN VERGİ JURNALI. 3/2012.




Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə