Xülasə Tədqiqatın məqsədi transmilli şirkətlərinin in novasiya fəaliyyətinin yerləşdirməsi üzrə



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü1,15 Mb.
#66359
növüXülasə




VerGİ tƏNZİmLƏNmƏSİ

UoT 334.726:336.22 (479.24)

trANSmİLLİ KOrpOrASİYALArIN

İNNOVASİYA FƏALİYYƏtİNİN 

AZƏrbAYcAN İQtİSADİYYAtINA

cƏLb eDİLmƏSİNDƏ

VerGİ SİStemİNİN rOLU

Yusifov ceyhun 

Ramiz oğlu

i.f.d.

Azərbaycan Respublikası Vergilər

nazirliyi

Az 5600. Şamaxı rayonu, 

nağaraxana kəndi

yusifov07@mail.ru



Xülasə

Tədqiqatın məqsədi – transmilli şirkətlərinin in-

novasiya 

fəaliyyətinin 

yerləşdirməsi 

üzrə

təcrübəsinin tədqiqi və onların innovasiya mərkəz -



lərinin  ölkəmizə  cəlb  edilməsinin  vergitutma

məsələlərinin araşdırılması.



Tədqiqatın metodologiyası – sistemli yanaşma və

təhlil.


Tədqiqatın nəticələri – transmilli şirkətlərin in-

novasiya fəaliyyətinin ölkəmizə cəlb edilməsi üçün

rəqabətqabiliyyətliliyin  artırılması  baxımından

əsaslandırılmış təkliflər verilmişdir.



Tədqiqatın məhdudiyyətləri – transmilli şirkət -

lərdə innovativ investisiya qərarlarının qəbulu pro -

se sinin öyrənilməsi imkanlarının məhdudluğu.

Tədqiqatın  praktiki  əhəmiyyəti  – transmilli

şirkətlərin  tədqiqat  və  innovasiya  fəaliyyətinin

Azərbaycana cəlb edilməsi isqitamətində tədbirlərin

hazırlanmasında elmi mənbə kimi istifadə imkan-

lığı.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – trans-

milli  şirkətlərin  innovasiya  fəaliyyətinin  yer-

ləşdirilməsi üzrə təcrübələri ümumiləşdirilmiş və

onların milli iqtisadiyyata cəlb edilməsi məsələləri

araşdırıl mışdır.

açar  sözlər: transmilli  şirkət,  innovasiya,

ölkənin rəqabət qabiliyyəti.

səh. 57-72

5/2013

57

PDF processed with CutePDF evaluation edition

www.CutePDF.com



1. Giriş

Son  dövrlərdə  ölkəmizdə  həyata  keçirilən  islahatlar  bütün  sahələrdə  müsbət

nəticələrin əldə olunmasına şərait yaratmışdır. Azərbaycanda makroiqtisadi sabitliyə,

dayanıqlı iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial

rifahının yüksəldilməsində ciddi uğurlar əldə olunmuşdur. Eyni zamanda, sərbəst

bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkarlığın inkişaf etdirilməsi, in-

novasiyalara əsaslanan iqtisadiyyat modelinin bərqərar olması istiqamətində mühüm

addımlar atılmışdır.

Hazırda əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın

formalaşdırılması, əhalinin rifahının layiqli səviyyəyə çatdırılması, habelə elmin və

mədəniyyətin inkişafında yeni nailiyyətlərin əldə olunması olan iqtisadi siyasət

ölkəmizdə uğurla davam etdirilməkdədir.

Dünya  İqtisadi  Forumunun  2013-cü  ildə  üzrə  “Qlobal  rəqabətədavamlılıq

hesabatında” Azərbaycanın dünyanın 144 ölkəsi arasında 39-cu yeri tutması və

MDB-də ən rəqabətədavamlı iqtisadiyyata malik olması milli iqtisadiyyatımızın

xarici investisiyalar üçün cəlbediciliyinin artdığını göstərir.

Müasir dövrdə beynəlxalq rəqabətin güclənməsi fonunda dövlətlərin səyləri yal-

nız innovasiyaların əsas mənbəyi olan elmi-tədqiqat və sınaq- konstruktor işlərinə

maliyyə qoyuluşlarının və tədqiqatlarla məşğul olan qurumların, mütəxəssislərin

artırılmasına deyil, həm də innovasiyaların həyata keçirilməsinin səmərəliliyini aşağı

salan, biliklərin və texnologiyaların mübadiləsinə mane olan, innovativ sistemlərin

fəaliyyətini  çətinləşdirən  sistem  boşluqlarının  aradan  qaldırılmasına  yönəldilir.

Bunun üçün, müxanizmləri hər hansı konkret ölkə üçün daha səmərəli olan, həmçinin

onun bütün hissələrini işləməyə məcbur edən innovasiya sistemləri yaradılır.

İnnovasiyalar  əsasında  inkişaf  mərhələsində  olan  bir  sıra  ölkələrin  təcrübəsi

göstərir ki, innovativ iqtisadiyyatın qurulmasında dövlətlə yanaşı, böyük istehsal

potensialına, müasir menecment sisteminə və əhatəli satış şəbəkələrinə malik olan

Trans Milli Korporasiyalar (TMK) da yeniliklərin yaranmasında və kommersiyalaş-

masında müstəsna rol oynayırlar.

İnnovasiya  sistemlərinin  əsas  subyektləri  universitetlər  (bilik  yaradırlar),

dövlətlər  (bilikləri  maliyyələşdirir  və  yaradır),  TMK-lar  və  onların  müxtəlif

ölkələrdəki filiallarıdır. Müasir TMK-lar yeni biliklərin maliyələşdirilməsi, yaradıl-

ması və kommersiyalaşdırılması sisteminin mühüm elementi hesab olunur.

Bu baxımdan, innovasiyalara əsaslanan iqtisadi sistemlərdə TMK-ların rolunun,

həmçinin,  TMK-ların  innovasiya  siyasətinin  milli  iqtisadiyyatın  rəqabətqa-

biliyyətliliyinə təsirinin tədqiqi Azərbaycanda aparılmaqda olan iqtisadi siyasət

çərçivəsində kifayət qədər aktual məsələ olaraq məqalənin məqsədi kimi qəbul

edilmişdir. 



c.Yusifov 

TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...



5/2013

58


2. Müasir TMK-ların innovasiya siyasətinin xüsusiyyətləri

TMK kateqoriyasına hüquqi forma və fəaliyyət sahəsindən asılı olmayaraq, iki

və daha çox ölkədə struktur vahidləri olan bütün şirkətlər düşür.

İqtisadi sistemin biliklərə əsaslanan innovativ inkişaf mərhələsində uğurlu rəqabət

üçün TMK-lar innovasiya siyasəti adlandırılan strategiya işləyib hazırlayır və tətbiq

edirlər. TMK-ların innovasiya siyasəti əsas istehsal amili kimi qəbul olunan biliklərin

əldə edilməsinə və bu amildən innovasiyaların istehsalı üçün maksimum dərəcədə

səmərəli istifadəyə yönəldilmiş tədbirlər kompleksidir. TMK-ların innovasiya siyasə-

tinin tərkib elementlərinə aşağıdakıları aid etmək olar [1]:

 innovasiyalar üçün maliyyə resursları almaq məqsədilə dövlət orqanlarında

lobbiçilik fəaliyyəti;

 yeni texnologiyalardan eksklüziv istifadə məqsədilə daha kiçik şirkətlərin alın-

ması;

 yeni müstəqil şirkətlərin yaradılması;



 intellektual kapitalın təmərküzləşməsi üçün ölkənin seçilməsi;

 TMK-nın daxili kanalları ilə yeni texnologiyaların ötürülməsi;

 strateji alyansların meydana gəlməsi və s.

Bu tədbirləri bir qədər geniş nəzərdən keçirək. 

İnnovasiyalar üçün maliyyə resursları almaq məqsədilə dövlət orqanlarında lob-

biçilik fəaliyyəti. TMK-lar əsasən hərbi-sənaye kompleksi sahəsində innovasiya

məhsullarının istehsalı üçün dövlət sifarişlərinin alınmasında lobbilərdən istifadə

edir və  yeni texnologiyaların işlənib hazırlanmasına və kommersiyalaşdırılmasına

böyük həcmdə maliyyə resurslarını əldə edə bilirlər. Buna nümunə kimi Pentaqon

tərəfindən həyata keçirilən 5-ci nəsil qırıcı təyyarələrin istehsalı üçün elan etdiyi

tenderi göstərmək olar. Bu layihə çərçivəsində sınaq nümunələri hazırlamaq üçün

ötən əsrin 90-cı illərində iki Amerika korporasiyasının - Boeing və Lockheed Martin

- hər birinə 660 mln. dollar ayrılmışdı. Aparılmış çoxsaylı testlərdən sonra Lockheed

Martin korporasiyası qalib elan edilmiş və həmin şirkət Pentaqondan yeni qırıcı təy-

yarənin hazırlanmasına və istehsalına 200 mlrd. dollar vəsait almışdır. Boeing də öz

növbəsində dəyəri bir neçə milyard ABŞ dolları olan yeni raketdən müdafiə sistemi

- PRO üçün müqavilə əldə etmişdir [1].

Yeni texnologiyalardan eksklüziv istifadə məqsədilə daha kiçik şirkətlərin alın-

ması. XX əsrin 90-cı illərinin sonundan başlayaraq  innovasiya məhsulu və ya prosesi

ilə bazara çıxmağa hazırlaşan kiçik şirkətlərin işləyən prototip yaratdığı anda TMK-

lar tərəfindən alınması praktikası geniş yayılmışdır. Bu zaman elmi tədqiqatlara və

sınaq-konstruksiya  işləri  üçün  bütün  xərcləri  kiçik  şirkət  çəkir,  TMK  isə  öz

resurslarından yalnız yeni texnologiyanın kommersiyalaşdırılmasının son mərhələsi

- kütləvi istehsalın təşkili üçün istifadə edir. Bu halda TMK rəsmi olaraq elmi-

tədqiqat fəaliyyətinə bilavasitə qoyuluşlar həyata keçirmir, belə ki, kənar şirkətin

c.Yusifov 

TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...



5/2013

59


alınmasına sərf olunan məbləğ birləşmə və alınmalar statistikasında (mergers and

acquisitions) nəzərə alınır və TMK-ların elmi tədqiqatlara yönəltdiyi xərclər statis-

tikasında əks etdirilmir. Yeni texnologiyaların alınmasının bu üsulu proqram təmi-

natı, elektron rabitə vasitələri istehsalında və informasiyanın emalında daha geniş

yayılmışdır. Buna misal kimi Amerika Birləşmiş Ştatlarında dünyanın ən iri proqram

təminatı istehsalçısı olan Microsoft korporasiyası tərəfindən Kaliforniyanın çox da

böyük olmayan və kompüter sistemlərinin qorunmasında ixtisaslaşan XDegrees-i

alınmasını göstərmək olar. Bu şirkət iri şirkətlərin kompüter sistemləri arasından

keçən informasiya axınlarının müdafiəsi üçün yeni proqram təminatı işləyib hazır-

lamışdır.

Yeni  müstəqil  innovasiya  şirkətlərinin  yaradılması.  İri  TMK-lar  tez-tez  ana

şirkətindən rəsmən asılı olmayan tədqiqat mərkəzlərini və ya vençur bölmələrini

təşkil edirlər. Bu tədbir həmin bölmələrin yaratdığı bütün yeniliklərin, o cümlədən

TMK-ya lazım olmayan və ya onun fəaliyyət profilinə uyğun gəlməyən yeniliklərin

də maksimum səmərə ilə istifadə olunmasına yönəlmişdir. İri TMK-ların ən məşhur

innovasiya bölmələrinə nümunə olaraq ABŞ-da Lucent Technologies tərəfindən

yaradılmış və telekommunikasiya sahəsində ixtisaslaşmış Bell Labs şirkətini və

ABŞ-ın surətçıxarma avadanlıqları sahəsində ixtisaslaşmış Xeros şirkəti tərəfindən

yaradılmış Хеrох Technology Venture şirkətini göstərmək olar.

İntellektual kapitalın təmərküzləşməsi üçün ölkənin seçilməsi. Daha ənənəvi

yayılmış təcrübə innovasiyalı inkişafın TMK-ların baza ölkəsində cəmləşməsidir.

Xarici filiallar, adətən, korporasiyaların baza ölkədə yaradılmış yeniliklərin yerli

şəraitə uyğunlaşdırılmasını və texniki dəstəyi həyata keçirirlər.  Bütövlükdə, belə

sxemin daha geniş yayılmasının səbəbi tədqiqatların TMK-ların baza ölkəsindən kə-

narda aparılması ilə bağlı olan kommunikasiya və koordinasiya xərclərinin yüksək-

liyi  ilə  yanaşı,  korporativ  TMK-larla  onların  ətrafında  olan  innovasiya  sistemi

arasında güclü sinergizmin (synergies, sinergizm - ümumi nəticənin ayrı-ayrı effekt -



lərin məbləğini üstələdiyi hal) mövcudluğudur. Belə hal isə xaricdə innovasiya

komp lekslərinin yaradılması prosesini ləngidir. Lakin son vaxtlar innovasiya təd -

qiqatlarının beynəlmiləlləşməsi meyilləri xeyli güclənmişdir. Bir sıra şirkətlər TMK-

ların  artmaqda  olan  qloballaşması  ilə  birləşmiş  tədqiqatlar  sistemlərini  forma -

laşdırmağa başlamışlar ki, bu prosesdə xarici filiallar və laboratoriyalar əhəmiyyətli

rol oynayır. İnnovasiya proseslərinin bir sıra tədqiqatçıları qeyd olunan prosesi

texnoloji innovasiyaların yeni qloballaşması kimi də təqdim edirlər. Bu prosesin əsas

səbəblərinə aşağıdakılar aid olunur [2]:

“istehsal miqyası” effektinin əhəmiyyətinin artması;



məhsulların həyat dövrünün müddətinin azalması;

texnologiyanın sürətlə köhnəlməsi.



İnnovasiya  fəaliyyətinin  ayrı-ayrı  mərhələlərinin  baza  ölkədən  qəbul  edən

ölkələrə ötürülməsini TMK-nın innovasiya fəaliyyətinin inteqrasiyası üzrə qlobal



c.Yusifov 

TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...



5/2013

60


strategiyasının bir hissəsi kimi də baxmaq olar. Həmin prosesdə hər bir  filialın  daha

səriştəli  olduğu tədqiqat istiqaməti üzrə işlərdə ixtisaslaşması baş verir. Ayrı-ayrı

filiallar arasında informasiyanın maneəsiz ötürülməsinə və tədqiqatların kompleks

aparılmasına imkan verən transmilli kommunikasiyalar şəbəkəsinin və idarəetmə

sistemlərinin inkişafı bu prosesin gedişatını xeyli yüngülləşdirmişdir [2].

TMK tərəfindən həyata keçirilən tədqiqatların coğrafi bölgüsünün statistikası

mənşə ölkələri üzrə pərakəndəliyi, natamamlığı və bir qədər köhnəlməsi ilə sə-

ciyyələnir. Bununla belə, hətta mövcud olan məhdud məlumatlar belə, bütövlükdə

beynəlmiləlləşmə dərəcəsinin artımı haqqında mülahizəni möhkəmləndirir. İqtisadi

Əməkdaşlıq və İnkişaf Təşkilatının - İƏİT innovasiya tədqiqatlarının beynəlmiləl-

ləşdirilməsinə həsr olunmuş statistik icmallarının məlumatlarına görə, ABŞ TMK-

larının  filiallarının  tədqiqat  xərclərində  payı  mütəmadi  olaraq  artır.  Bu  zaman

bilavasitə ABŞ-da aparılan tədqiqat xərclərinin xüsusi çəkisi tədricən aşağı düşür.

Statistikaya görə, Qərbi Avropa TMK-ları tədqiqatlara ayrılan xərclər üzrə daha dərin

beynəlmiləlləşməyə  nail  olmuşlar.  Böyük  Britaniya  TMK-ları  üzrə  məlumatlar

göstərir ki, belə xərclərin təxminən 37%-i xarici filialların üzərinə düşür. Qeyd etmək

lazımdır ki, Böyük Britaniya yeganə iri ölkədir ki, burada tədqiqatların aparılmasında

xarici filialların payı onların məhsul istehsalındakı payını ötüb keçir. Almaniyada

tədqiqat xərclərinin 17%-i və tədqiqatlarla məşğul olan mütəxəssislərin 15%-i TMK-

latın xarici filiallarının payına düşür. Royal Dutch Shell (Hollandiya və Böyük Bri-



taniya), Philips (Hollandiya), Olivetti (İtaliya), ABB (İsveç və İsveçrə), Norsk Hydro

(Norveç) və digər Qərbi Avropa TMK-ları innovasiya tədqiqatlarına ayrılan vəsaitin

1/3  hissəsini  xarici  filiallarına  sərf  edir.  Yaponiya  TMK-larının  tədqiqatların

beynəlmiləlləşməsində payı ənənəvi olaraq aşağıdır: xarici filiallarda aparılan elmi

tədqiqat xərcləri Yaponiya şirkətlərinin bu istiqamətdə ümumi xərclərin təxminən

2%-ni təşkil edir [1, 4].

Patentlər  üzrə  mövcud  statistik  məlumatlar  da  bütövlükdə  xarici  filiallarda

tədqiqatların artan əhəmiyyətini təsdiq edir. Nümunə olaraq, tarixə müraciət edək

və ABŞ-ın digər ölkələrdə kənarda aparılan tədqiqatların nəticələrinin qeydiyyatı və

alınan patentlərin payını nəzərdən keçirək. ABŞ korporasiyalarının bu göstəricisi

ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq artmış və 8,6%-ə qədər yük-

səlmişdir. Avropa şirkətləri üçün bu göstəricinin payının artdığı (28,8%-dən 34,8%-



ə qədər) müşahidə olunmuşdur. Avropa TMK-ları üçün digər ölkələrlə müqayisədə

filiallar üzrə daha yüksək patentləşdirmə göstəriciləri xarakterikdir [1].

Lakin qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrin bu göstəricisi bir-birindən

fərqlənir. Xüsusilə də, yapon TMK-larının nümunəsi daha əyani görünür. Yapon

şirkətlərinin ABŞ-da qeydiyyatdan keçmiş patentlərdə payı  ənənəvi olaraq aşağı

səviyyədə olmuşdur. Bu onunla izah edilir ki, yapon TMK-ları əvvəlki kimi inno-

vasiya fəaliyyətini Yaponiyada həyata keçirməyə üstünlük verirlər [2, 3].

İri TMK-ların əksəriyyəti üçün onların innovasiya fəaliyyətinin beynəlmiləl-



c.Yusifov 

TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...



5/2013

61


ləşməsi meyili ümumidir, lakin Amerika, Avropa və Yaponiya TMK-larının istifadə

etdiyi konkret strategiyalar bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Bu, təkcə

iqtisadi mülahizələrlə deyil, həm ana TMK-nın baza ölkəsi tərəfindən, həm də qəbul

edən ölkələr tərəfindən aparılan innovasiya siyasəti ilə izah edilir. 

Avropa TMK-ları Avropa İttifaqının mövcudluğu ilə yaranan faydalardan yarar-

lanaraq öz tədqiqat laboratoriyalarını Aİ-nin yüksək ixtisaslı kadrların cəmləşdiyi

ölkəsində yerləşdirməyə üstünlük verirlər. Məsələn, ASEA (İsveç) ilə Вrоwn-Воve-

rinin (İsveçrə) birləşməsi nəticəsində meydana gəlmiş ABB şirkəti energetika üzrə

yeni tədqiqat mərkəzini nə İsveçdə, nə də İsveçrədə deyil,  müvafiq yüksək ixtisaslı

mütəxəssislərin çox olduğu Almaniyada yaratmışdır.

Yaponiya TMK-ları adətən daha qapalı və mühafizəkar olur ki, bu da ölkənin

xarici  iqtisadi  strategiyasına  uyğundur.  Onlar  praktiki  olaraq,  bütün  tədqiqat

fəaliyyətlərini Yaponiyanın ərazisində yerləşən mərkəzlərdə cəmləşdirməyə üstünlük

verir,  xarici  laboratoriyaları  isə  yeniliklərin  kommersiyalaşdırılmasının  son

mərhələlərində, hazır məhsulun və ya texnologiyaların yerli standartlara uyğun-

laşdırılması, yerli bazarın xüsusiyyətlərini nəzərə almaqla yenidən işlənməsi pro -

sesinə cəlb edirlər.

Tədqiqat bölmələrinin yerləşdirilməsində Amerika korporasiyalarının istifadə et-

dikləri yanaşma daha praqmatikdir. Tədqiqat mərkəzi ana şirkət üçün iqtisadi cəhət-

dən daha əlverişli olan yerdə yerləşdirilir. ABŞ-da hazırda innovasiya fəaliyyəti üçün

daha əlverişli şərait vardır: liberal qanunvericilik, innovasiya tədqiqatlarına güzəştli

vergitutma, vençur kapitalının nəhəng həcmləri, yeniliklərin kommersiyalaşdırıl-

masının formalaşmış mexanizmləri, bütün dünyadan cəlb edilmiş yüksək ixtisaslı

kadrlar və s. Lakin bir çox Amerika TMK-ları öz tədqiqat bölmələrini Avropada və

Asiyanın ayrı-ayrı ölkələrində yaradarkən kənar müşahidəçiyə heç də aydın olmayan

motivlərə əsaslanırlar [2, 4].

Bu cür regional fərqlər xarici tədqiqat laboratoriyalarının yaradılması yolu ilə

TMK-ların  innovasiya  fəaliyyətinin  beynəlmiləlləşməsinin  bir  neçə  yolunun

mövcudluğunu şərtləndirir.

3. TMK-ların tətbiq etdiyi tədqiqat prosesi

Yaponiya TMK-ları adətən beş tədqiqat mərhələsindən ibarət olan sxemdən isti-

fadə edir [2, 4].

İlk addım - texnologiya seçimi - beynəlmiləlləşmənin birinci mərhələsi ilə bağlıdır

ki, burada yapon şirkətləri məhsulu Yaponiyada ixrac üçün istehsal edirlər. Şirkət

bu mərhələdə əsas diqqətini elmi-texniki informasiyanın və məhsul haqqında infor-

masiyanın toplanması üçün təşkilati sistemlərin inkişafına yönəldir. Həmin infor-

masiya məhsulun Yaponiyada istehsalının təşkilində istifadə olunur. Bəzi TMK-lar

müəyyən texnologiyaları toplamaq üçün öz “skautlarını” başqa ölkələrə göndərir.

c.Yusifov 

TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...



5/2013

62


Digərləri  ABŞ-da  və  Avropada  ayrı-ayrı  ofislər  açır  ki,  bunlar  da  yalnız

texnologiyalara baxışla məşğul olurlar. Şirkətlər hər şeydən əvvəl, bu ofislərin işçi

heyətinin komplektləşdirilməsində öz həmyerlilərinə güvənirlər.

İkinci mərhələyə texnologiyaların xaricdə istehsal güclərinə ötürülməsinə kömək

üçün təşkilat sisteminin yaradılması daxildir. Şirkətlərin əksəriyyəti qəbul edən

ölkələrdə standart nümunələr əsasında xüsusi texnologiya departamenti yaradırlar.

Bir çox yapon TMK-larında texnologiya departamentləri yerli bazarlarda tələbatı

ödəmək üçün məhsulların texnologiyalarının bir qədər modifikasiyası ilə məşğul

olur, lakin yeni məhsul və proseslərin istehsalı Yaponiyada cəmləşmiş qalır. Başqa

ölkələrdə açılmış texnologiya şöbələri adətən yaponlar tərəfindən komplektləşdirilir,

bununla belə, burada yerli mühəndislər də işləyə bilər.

Elmi-tədqiqat və sınaq-konstruktor işləri ilə məşğul olan laboratoriyaların rəsmi

təsis edilməsi yalnız üçüncü mərhələdə başlayır. Lakin bir çox yapon şirkətlərində

xarici laboratoriyalar tədqiqat mərkəzi adlandırıldığına baxmayaraq, böyük olmayan

tədqiqatlar  həyata  keçirir.  Onların  əsas  fəaliyyəti  tədarükçülərlə  texniki  koope -

rasiyadan və texnologiyanın istehsala ötürülməsinə köməkdən başlayaraq, çarpaz

lisenziyalaşdırmaya qədər geniş vəzifələr diapazonunu yerinə yetirməkdən ibarətdir.

Yaponiyanın bir neçə tanınmış əczaçılıq şirkətinin xarici ölkələrdəki fəaliyyəti bu

mərhələni əyani göstərir. Belə şirkətlərin xaricdəki elmi-tədqiqat laboratoriyaları

bilavasitə tədqiqatı yerinə yetirməklə deyil, yeni məhsulun yerli tənzimləyici orqan-

ların  tələblərinə  uyğun  gəlməsi  üçün  testləşdirilməsini  aparan  müstəqil  labora-

toriyalar və ixtisaslaşdırılmış şirkətlərlə müqavilələr bağlamaqla, texnoloji meyilləri

izləməklə, meydana çıxan texnologiyalar və yeni məhsullar barəsində məlumatların

toplanması ilə məşğul olurlar.

Xarici elmi-tədqiqat laboratoriyaları dördüncü mərhələdə öz diqqətlərini əsasən

yerli bazar üçün yeni məmulatların işlənməsinə cəmləşdirir. Beləliklə, yalnız bu

mərhələdə xarici laboratoriyada yeni biliyin yaradılması üzrə, yəni TMK-ların in-

novasiya fəaliyyətinin beynəlmiləlləşməsi kimi müəyyən edilən praktiki iş başlanır.

Yaponiyanın az sayda TMK-larının nail olduğu beşinci mərhələ xarici elmi-

tədqiqat mərkəzlərinin strateji vəzifəsini genişləndirir. Bu mərhələdə belə mərkəz-

lərin fəaliyyət sahəsi fundamental tədqiqatları da əhatə edir - laboratoriya TMK-ların

təşkilat  strukturunun  hüdudlarında  innovasiya  fəaliyyəti  üzrə  qlobal  əmək  böl-

güsünün tamhüquqlu üzvünə çevrilir.

Amerika və Avropa korporasiyaları xarici elmi-tədqiqat bölmələrinin yaradıl-

masında daha sadə sxemlərindən istifadə edirlər [1, 2].

Birinci  mərhələdə  “texnologiyaların  ötürülməsi  bölməsi”  yaradılır  ki,  bunun

çərçivəsində məhsulun və istehsal texnologiyalarının ana şirkətdən xarici ölkədə

yerləşən istehsal filialına ötürülməsi həyata keçirilir. Bu mərhələdə xarici filial yalnız

məhsulun təkmilləşdirilməsi və texnologiyanın yerli şəraitə adaptasiyası üzrə ayrı-

ayrı funksiyaları yerinə yetirir.



c.Yusifov 

TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...



5/2013

63


İkinci mərhələ “texnologiyanın yerli bölməsi”nin yaradılması ilə xarakterizə olu-

nur, yəni bu elə bir xarici laboratoriyadır ki, ana şirkətin fəaliyyətinin profil is-

tiqaməti çərçivəsində yalnız yerli bazar üçün innovasiya məhsulları yaratmaqla

məşğuldur.

Üçüncü mərhələdə dünya bazarları üçün yeni məhsulların yaradılmasına məsul

olan xarici laboratoriya “qlobal texnologiya bölməsi” statusunu alır. Lakin ETSKİ

üzrə xarici bölmənin fəaliyyət çərçivəsi əvvəlki kimi, baş şirkət tərəfindən müəyyən

edilir ki, o da laboratoriyalara tədqiqatların prioritet istiqamətlərini göstərir, həmçinin

onları tədqiqatlar üçün zəruri nəzəri işlərlə təchiz edir.

Xarici laboratoriyanın dördüncü inkişaf mərhələsi zəruri bilik potensialı, yüksək

ixtisaslı kadrlar toplandıqca və fəaliyyət əvvəlki mərhələlərdə uğurlu olduğu halda

yaranmış baza əsasında “ümumi texnologiya bölməsi”nin yaradılması ilə bağlıdır.

Bu mərhələdə xarici laboratoriya müəyyən müstəqillik əldə edir, tətbiqi tədqiqatların

prioritet istiqamətlərini sərbəst seçmək və ana şirkət tərəfindən dünya bazarlarında

satmaq üçün istifadə olunan innovasiya məhsulları və proseslərini yaratmaq üçün

zəruri fundamental tədqiqatlar həyata keçirmək imkanına malik olurlar [1, 2].

Strateji alyansların yaranması. İri TMK-lar çox vaxt innovasiya tədqiqatlarını

daha  səmərəli  həyata  keçirmək  üçün  strateji  alyanslar  yaradırlar.  Sözsüz,  onlar

arasında müxtəlif razılaşma tipləri keçmişdə də mövcud olmuşdur. Belə ki, əvvəllər

olduğu kimi, dünya bazarında beynəlxalq kartellər iştirak edir, çoxsaylı qeyri-rəsmi

müqavilələr bağlanır. 

Lakin adıçəkilən müqavilələr əsasən bu və ya digər bazar münasibətlərinin (təsir



sahəsi, qiymət, bazar payı) tənzimlənməsinə aiddirsə, müştərək alyansların yeni tipi

başlıca olaraq innovasiya tədqiqatları ilə bağlıdır.

Strateji alyanslar müxtəlif ölkələrin sənaye şirkətləri arasında elmi-texniki koo -

perasiyanın elə təşkili formasıdır ki, bu zaman iştirakçı tərəflər aşağıdakı tələblərə

cavab verməlidir [3, 4]:

əməkdaşlıq üçün seçdikləri sahədə yeni elmi və texnoloji biliklər əldə etmək



üçün öz töhfəsini vermək və ya texnologiyalar mübadiləsini həyata keçirmək

qabiliyyəti;

bu əməkdaşlıqdan gələn bütün faydalarla bölüşmək və onun həyata keçirilmə -



sinə nəzarət hüququndan istifadə etmək qabiliyyəti;

tərəfdaşlardan  yalnız  kəskin  tələbat  duyduqları  məhsulları  almaq,  tam



müstəqilliklərini və azadlıqlarını qorumaq qabiliyyəti.

Strateji alyansların məqsədi bu alyansların iştirakçılarında yığılmış biliklərdən

daha  səmərəli  istifadə  hesabına  innovasiyalara  olan  xərclərin  minimuma

endirilməsindən ibarətdir. Yeni məhsulların və ya proseslərin birgə öyrənilməsinin

rəqabətdən əvvəlki mərhələlərində adətən qarşısına müştərək tədqiqatlar aparmağı

məqsəd qoyan strateji alyanslar üstünlük təşkil edir. Daha sonrakı rəqabət mər -

hələlərində, həmçinin istehsal və marketinq alyansları mümkündür.

c.Yusifov 

TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...



5/2013

64


Bu gün dünyada on minlərlə ölkələrarası strateji alyans vardır. Güman edilir ki,

onların dörddə birindən çoxu mikroelektronika, elektron hesablama texnikası, sənaye

istehsalının avtomatlaşdırılması və telekommunikasiyalar texnologiyası sahəsində

layihələrin birgə həyata keçirilməsi ilə bağlıdır. Onlardan biotexnologiya və yeni

materiallar sahəsində də fəal istifadə edilir. Ölkə kontekstində götürdükdə, ABŞ ilə

Avropa TMK-ları arasında alyanslara daha çox rast gəlinir.



4. TMK-ların innovasiya fəaliyyətinin ölkəyə cəlb edilməsinin 

vergitutma məsələləri

Qeyd etmək lazımdır ki, TMK-ların innovasiya fəaliyyətinin xarici ölkədə inno-

vasiya laboratoriyalarının yaradılması ilə beynəlmiləlləşməsini qəbul edən ölkələrin

rəqabətqabiliyyətliliyinə böyük təsir göstərir. Sözsüz ki, TMK-lar öz tədqiqat mər -

kəz lərini zəif inkişaf etmiş ölkələrə köçürməyəcək. 

Dünya İqtisadi Forumun (DİF) indeks göstəricilərinin müasir dinamikası Azər-

baycan iqtisadiyyatı üçün nəinki mövcud rəqabət üstünlüklərinin saxlanmasının

önəmli olduğunu, həm də yeni, yüksək texnologiyalara və «biliklərin iqtisadiy -

yatı»na əsaslanan innovasiyalı iqtisadiyyatın tətbiqi yolu ilə daha yüksək üstünlük-

lərə keçmək və bununla milli iqtisadi təhlükəsizliyimizin təmini üçün mümkün olan

hər şeyi etmək haqqında danışmağa imkan verir. Bununla yanaşı, DİF-in reytinq -

lərinin təhlili göstərir ki, bunu yalnız uğurlu makroiqtisadi göstəricilər hesabına

etmək mümkün olmayacaq. Azərbaycanın müasir iqtisadiyyatının keyfiyyətli artımı

ilə hər yeni addım daha çox qüvvə tələb edir və burada ümumi rəqabətqabiliyyətlili -

yinə təsir edən bütün amillərin yalnız tarazlı və kompleks yaxşılaşdırılması bu uğu-

run zəmini ola bilər. 

Milli iqtisadiyyatda mövcud innovasiya meyillərini qiymətləndirmək üçün son

illərin statistikasına müraciət edək. Tədqiqat üçün innovativ tutumuna görə ən böyük

sahə olan sənayeni qəbul edək. Şəkil 1-də Azərbaycanın sənaye sahələrində istehsal

olunmuş  innovasiya  məhsulunun  dəyərinin  illər  üzrə  dinamikası  və  strukturu

göstərilmişdir. İnnovasiya məhsulunun TMK-ların miqyası ilə müqayisədə çox kiçik

olmasına rəğmən qeyri-neft sektorunda (emal sənayesində) innovasiya məhsulunun

dəyərinin artmasını bu istiqamətdə aparılmaqda olan tədbirlərin kiçikmiqyaslı ilkin

nəticəsi kimi qəbul etmək olar.

Şəkil  2-də  Azərbaycanın  sənaye  müəssisələrində  texnoloji  innovasiyaların

yaradılmasına çəkilən xərclərin mənbə üzrə strukturu və dinamikası göstərilmişdir.

Göründüyü kimi, innovasiyaların yaranmasına çəkilən xərclərin miqdarında 2009-

cu ilə kimi müəyyən azalma meyiləri müşahidə olunur və növbəti illərdə bu sahədə

cüzi artımı görmək olar. Bu prosesdə dövlət büdcəsindən maliyyələşən innovasiya

xərclərinin yüksək olması, müəssisələrin öz vəsaiti hesabına xərclərinin isə hələ də

arzu olunan səviyyədə olmaması faktı xüsusən diqqəti cəlb edir. Yerli müəssisələrin

c.Yusifov 

TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...



5/2013

65


kifayət qədər riskli hesab olunan innovasiya layihələrinə belə ehtiyatlı yanaşmasını

bazarın tutumu və çevikliyi amilləri ilə yanaşı, bilik, texnologiya və digər amillər

üzrə müəyyən məhdudiyyətlərin mövcudluğu ilə izah etmək olar.

Aparılan təhlil ölkəmizdə innovativ inkişafa diqqətin daha da artırılmasını və mü-

vafiq tədbirlər proqramının həyata keçirilməsinin zəruri olduğunu göstərir. Azərbay-

canda aparılmaqda olan iqtisadi siyasət ölkəmizin investisiyalar üçün cəlbediciliyini

xeyli artırır. İnnovasiyalar ölkənin insan kapitalının inkişaf etməsinə şərait yarat-

maqla, hər hansı sahədə məhsuldarlığı atrıqmaqla köməkçi və qohum sahələrin də

inkişafına impuls verərək daha yüksək və dayanıqlı iqtisadi artımı təmin etməklə

ölkənin rəqabətqabiliyyətliliyinin yüksəldilməsində mühüm rol oynayır.



c.Yusifov 

TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...



5/2013

66

şəkil 1. sənaye müəssisələrində innovasiya məhsulunun həcmi 

(milyon manatla)

Mənbə: www.azstat.gov.az

şəkil 2. fəaliyyət növləri və maliyyə mənbələri üzrə texnoloji innovasiyalara 

çəkilən xərclər (milyon manatla)

Mənbə: www.azstat.gov.az


Müasir dövrdə innovasiyalı inkişaf qloballaşma prosesləri ilə bilavasitə bağlıdır.

Qloballaşma elmi biliklərin və texnologiyaların ötürülməsi və kommersiyalaşması

üçün əlverişli zəmin yaradır. İnnovasiyaların yayılmasına iki səviyyədə baxmaq olar

[2 ,4]:


istənilən  elmi-texniki  biliklərin  və  istehsal  təcrübəsinin  makrosəviyyədə

ötürülməsi;

konkret texnoloji proseslərin təkrar istehsalına aid olan elmi-texniki biliklərin



və təcrübənin ötürülməsi.

İnnovasiya investisiyaları ölkənin dayanıqlı iqtisadi artımının mühüm atributu

kimi qəbul olunur. Artım amillərinin fasiləsiz təkmilləşdirilməsi əsas və dövriyyə

fondlarına, infrastruktur sahələrinə, bilik və qabiliyyətlərin inkişafına, o cümlədən

menecmentə müvafiq kapital qoyuluşlarını nəzərdə tutur. Bu mənada investisiyalar

ölkənin rəqabətqabiliyyətliliyi üçün baza amili deyil, rəqabət üstünlüklərinin yaradıl-

ması mexanizmlərindən biri kimi qəbul oluna bilər. Fikrimizcə, belə mexanizmlər

rəqabətqabiliyyətlilik amilləri qədər əhəmiyyətlidir. İnvestisiyaların rəqabət üstün-

lüyündə rolu ölkənin inkişaf mərhələsindən asılı olaraq dəyişir. Amerikan iqtisadçısı

Maykl Porter (1946) göstərirdi ki, hər bir ölkənin rəqabət strategiyası digərlərindən

fərqlənir və belə fərqlənməni inkişaf mərhələlərinin və iqtisadi artımın mənbələrinin

müxtəlifliyi ilə izah edirdi. İnvestisiyalar təbii ehtiyatların və insan kapitalının (işçi



qüvvəsinin defisiti, bahalığı və ya keyfiyyətinin aşağı olması) çatışmazlığından doğan

çətinliklərin aradan qaldırılmasına kömək edir. Beynəlxalq rəqabətin kəskinləşməsi

ölkənin infrastrukturuna və daha yüksək rəqabət üstünlüyünü təmin edən yüksək

texnologiyalara investisiyaların əhəmiyyətini artırır [5].

Ölkəmizin investisiyalar üçün, xüsusilə yüksək texnologiyalara aid olan qoyu-

luşlar üçün cəlbediciliyinin artırılması mühüm vəzifələrdən biri kimi qəbul oluna

bilər. Azərbaycanın yüksək texnologiyalı investisiya bazarında rəqabət strategiyası

dünyada baş verən innovasiya-texnologiya və struktur dəyişikliklərinə vaxtında reak-

siya verməlidir. 

Məlumdur ki, ölkənin rəqabətqabiliyyətliliyi dünya iqtisadiyyatında baş verən

struktur dəyişikliklərinə çevik və adekvat reaksiya və uyğunlaşma qabiliyyəti ilə

müəyyən olunur [5, 6].

Yüksək texnologiyalı investisiyaların cəlb edilməsi prosesində böyük ölkələr

bazarın tutumu və artım tempi kimi göstəricilərlə daha böyük üstünlüklərə malik

olurlar. Lakin daxili bazarın nisbi tutumu kiçik olan ölkələr, o cümlədən Azərbaycan

əlverişli investisiya və institusional  mühit, keyfiyyətli infrastruktur və işçi qüvvəsi,

siyasi sabitlik və iqtisadi artımı dəstəkləyən davamlı siyasətlə belə rəqabətdə uğur

qazana bilərlər. Qeyd olunan nəticələr və davam etməkdə olan iqtisadi siyasət inno-

vativ inkişaf sahəsində nəhəng imkanlara və təcrübəyə malik olan TMK-ların milli

iqtisadiyyata cəlb edilməsi üçün müstəsna əhəmiyyət kəsb edir. Onların elmi-tədqiqat

mərkəzlərinin ölkəmizdə yerləşdirilməsi bir neçə səbəbdən əlverişli ola bilər:

c.Yusifov 

TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...



5/2013

67


innovasiyalar üzrə yeni laboratoriyaların meydana gəlməsi ilə belə fəaliyyətin

intensivləşdiriməsi labüd olaraq yerli şirkətləri innovasiya prosesinə cəlb edir;

yüksək ixtisaslı mütəxəssislər üçün yeni iş yerlərinin yaradılması ölkədən



“beyin axını”ın azalmasına kömək etməklə cəmiyyətin intellektual poten-

sialının yüksəlməsinə və təhsil sisteminin inkişafına şərait yaranır;

yeniliklərin kommersiyalaşdırılmasında ixtisaslaşan yeni menecerlər təbəqəsi



formalaşır;

ölkəyə  vençur  kapitalı  axınının  artması  zamanı  yeni  tədqiqatlar  labora-



toriyalarının  hüdudlarından  çıxaraq  müstəqil  kommersiya  layihələrinə

çevrilməklə ölkəyə əlavə dividendlər gətirir.

Dövlət vergilərin tənzimləyici funksiyasından istifadə etməklə iqtisadi sistemə

və onun ayrı-ayrı sahələrinə stimullaşdırıcı və ya məhdudlaşdırıcı təsir göstərmək

imkanına malikdir. Vergitutma ölkənin iqtisadi sistemi ilə büdcə sistemi arasında

bağlayıcı həlqə rolunda iştirak edərək yaradılmış iqtisadi sərvətin - dəyərin təsərrüfat

subyektləri, fiziki şəxslər və dövlət arasında yenidən bölgüsünü həyata keçirmək

üçün də istifadə olunur (verginin bölüşdürücü funksiyası). Vergilərin iqtisadi sis-

temdə gedən proseslərin monitorinqi üçün ən əlverişli mexanizm olması isə (nəzarət

funksiyası) dövlətə iqtisadi təhlükəsizlik parametrlərinin və meyarlarının qiymət -

ləndirilməsi və proqnozlaşdırılması imkanını yaradır [7, 8].

Vergi sistemi öz-özlüyündə rəqabət üstünlüyünün resursu hesab olunur və başqa

rəqabət üstünlüyü növlərinə öz təsirini göstərir. Hər bir sistemin tərkib hissələri

qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdədirlər. Vergi siyasəti rəqabətqabiliyyətlilik sis-

teminin tərkib hissəsi kimi, makro səviyyəyə aid olaraq müxtəlif səviyyələrdə sis-

temin tərkib hissələri ilə qarşılıqlı təsirdə fəaliyyət göstərir [9]:

Metasəviyyədə ictimai həyatın təşkilinin əsas siyasi və iqtisadi formaları for-

malaşır, vergi siyasəti cəmiyyətə əhəmiyyətli dərəcədə təsir göstərə bilir. Vergi mü-

nasibətləri çərçivəsində vergi ödəyiciləri ilə dövlət arasında qarşılıqlı təsir baş verir,

onların öhdəlikləri və bir-birinin qarşısında məsuliyyəti formalaşır. Belə ki, müəyyən

qrup  iqtisadi  agentlərin  vergidən  yayınması  dövlət  tərəfindən  yığımın  ümumi

kütləsinin saxlanması üçün vergi yükünün yüksəldilməsi, vergi inzibatçılığının güc -

ləndirilməsi  şəklində  cavab  tədbirlərin  qəbul  edilməsinə  gətirir.  Sonuncu,  öz

növbəsində, vicdanlı ödəyicilərin vəziyyətini ağırlaşdırır, bu isə onların ümumiyyətlə

dövlətə və vergi ödəməyənlərə olan münasibətinə təsir etməyə bilməz. Deməli, vergi

siyasətinin təsir edə biləcəyi rəqabətqabiliyyətlilik sisteminin mühüm determinantları

sosial inteqrasiya və həmrəylikdir, cəmiyyətin islahatlara münasibətidir, sahibkar-

ların  statusuna  ictimai  rəyin  yaradılması  şəraiti  və  onların  dövlətin  inkişafında

roludur. 

Beləliklə,  biz  rəqabət  üstünlükləri  təsnifatına  müraciət  etsək,  bu  halda  vergi

siyasəti metasəviyyədə mədəni və qlobal rəqabət üstünlüklərinin əmələ gəlməsinə

imkan yaradır.



c.Yusifov 

TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...



5/2013

68


Makrosəviyyədə iqtisadi sistemin fəaliyyətinin əsas şərtləri müəyyən olunur. Vergi

siyasəti makrosəviyyədə dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq, pul və-

saitlərinin vergi ödəyicilərindən dövlətə hərəkətinin parametrlərini müəyyən edir.

Vergi  dərəcələrinin  və  vergitutma  səviyyəsində  dəyişikliklər  iqtisadiyyatın

rəqabətqabiliyyətini müəyyən edən çoxsaylı makroiqtisadi göstəricilərə (ÜDM-in

səviyyəsinə,  qiymətlərin  səviyyəsinə,  faiz  dərəcələrinə  və  s.)  təsir  edir.  Makro -

səviyyədə vergi siyasətinə təsərrüfat subyektləri tərəfindən nə dərəcədə rəqabət

üstünlüyünün resursu kimi baxıla biləcəyi müəyyən olunur.

Mezosəviyyəyə spesifik siyasət və institutlar aiddir ki, burada kollektiv fəaliyyət

nəticəsində həlledici şəkildə ayrı-ayrı sahələrin məhsuldarlığına, yaxud istehsalın

yerləşdirilməsinə təsir göstərən tədbirlər təyin olunur. Dövlət tərəfindən mezosiyasət

tədbirləri həyata keçirilən zaman makrosəviyyə vasitələrindən istifadə edilməsi

mümkündür. O cümlədən, xüsusi iqtisadi agent qruplarının maraqlarına xidmət edən

müəyyən vergi alətləri mezosiyasətin bir hissəsini təşkil edir. Mezosəviyyədə vergi

alətlərinin istifadəsi struktur, industrial və texnoloji siyasətlə bağlı olur. Vergi siyasəti

texnoloji və innovasiya rəqabət üstünlüklərinin formalaşmasına kömək edir.



Mikrosəviyyə rəqabətqabiliyyətliliyin formalaşmasında iştirak edən təsərrüfat mü-

nasibətlərinin müəyyənedici səviyyəsidir. Eyni zamanda, mikrosəviyyədə rəqabətqa-

biliyyətliliyin şərtləri meta-, makro- və mezosəviyyədə qoyulur. Vergi siyasəti bütün

müəssisələrin fəaliyyəti üçün ədalətli və bərabər şəraitin yaradılıması üçün mühüm

vasitələrdən biridir.  

TMK-ların innovasiya fəaliyyətinin ölkəmizə cəlb edilməsi iqtisadi sistemin

makrosəviyyəsinə aid olaraq müvafiq tənzimləmə tədbirlərinin həyata keçirilməsinə

zərurət yaradır.

Qeyd olunanlara əsaslanaraq ölkənin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi

üçün istifadə oluna biləcək vergi sistemi amillərinə aşağıdakıları aid edə bilərik [10]:

 ölkənin vergi sisteminin rəqabətqabilyyətliliyi;

 vergi qanunvericiliyinə riayət olunma səviyyəsi;

 vergi ödəyicilərinin maarifləndirilməsi və hüquqlarının qorunması səviyyəsi;

 vergi inzibatçılığında şəffaf və müasir standartlara cavab verən informasiya

texnologiyalarından istifadə ilə həyata keçirilən metodların tətbiqi;

 iqtisadi sistemin tənzimlənməsinə güclü təsir göstərə bilən vergi siyasətinin

həyata keçirilməsi və s.

5. nəticə

İqtisadi inkişafın müasir mərhələsində TMK-lar innovasiya layihələrinin həyata

keçirilməsi üçün zəruri olan başlıca komponentlərə - vençur kapitalına, yüksək ix-

tisaslı kadrların, yeni ideya və tədqiqatların yerdəyişməsinə nəzarət yolu ilə inno-

vasiyaların  yaradılmasının  və  istehsalının  coğrafiyasına  güclü  təsir  göstərirlər.

c.Yusifov 

TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...



5/2013

69


Beləliklə, TMK-ların innovasiya siyasəti ölkələrin bu prosesdə mövqeyinə (lider-

liyinə və ya geriləməsinə) təsir göstərməklə onların rəqabətqabiliyyətliliyinin yük-

səldilməsində mühüm rol oynayır.

İnkişaf etməkdə olan sənaye ölkəsi olan Azərbaycanda innovasiya kapitalı üçün

güzəştli vergitutma, yüksək ixtisaslı kadrların hazırlanması, zəruri infrastrukturun

inkişafına yönəldilmiş investisiya siyasəti və digər belə tənzimləmə vasitələrilə

TMK-ların innovasiya laboratoriyalarının və istehsal sahələrinin yaradılması sti -

mullaşdırıla bilər.

TMK-ların innovasiya fəaliyyətinin milli iqtisadiyyata cəlb edilməsi ölkənin elmi-

texniki potensialının genişlənməsinə, rəqabətqabiliyyətliliyinin mövcud olan amil-

lərindən  istifadənin  səmərəliliyinin  yüksəlməsinə,  innovasiya  prosesinin

intensivləşməsinə və son nəticədə Azərbaycanın beynəlxalq arenada rəqabətqa-

biliyyətliliyinin yüksəlməsinə kömək edə bilər.



Ədəbiyyat siyahısı

1. Л.Д. Градобитова, Т.М. Исаченко. (2002). Транснациональные корпорации в совре-

менных международных экономических отношениях: учеб. пособие”. Москва:

АНКИЛ, 123 с. (Qradobitova L.D. və İsaçenko T. (2002). “Müasir beynəlxalq münasi-



bətlərdə transmilli şirkətlər: tədris vəsaiti”. Moskva: ANKİL, 123 s.).

2. Фокин С. (2002). “Влияние транснациональных компаний на конкурентоспособ-

ность стран”. Москва: МГУ им. Ломоносова, (Fokin S. (2002). “Transmilli şirkətlərin

ölkənin rəqabətqabiliyyətinə təsiri”. Moskva: Lomonosov adına MDU)

3. “Innovation & technology transfer”.  Special edition. (2000). Published by the EC.  (“İn-



novasiya  və  Texnolgiyaların  ötürülməsi.,  Xüsusi  buraxılış.  (2000).  .Avropa  Komis-

siyasının  nəşri).

4. Cantwell J. (1997). “The globalization of technology: what remains of the product cycle

model?” “Technology, globalization and economic performance”, Cambridge University

Press. (Kantvell J. (1997). Texnologiyaların qloballaşması: məhsul  dövriyyəsi mod-



elindən nə qalır? “Texnologiya, qloballaşma və iqtisadi məhsuldarlıq”, Kembric Uni-

versitetinin nəşri).

5. Портер М. (2000) “Конкуренция”,  Москва: “Вильямс”, 495 с. (M.Porter. (2000).



“Rəqabət”, Moskva: Vilyams, 495 s.). 

6. Райнерт Э.С. (2011). “Как богатые страны стали богатыми, и почему бедные страны

остаются бедными”,  Москва: Изд.дом ВШЭ, 384 стр. (Raynert E.S. (2011). “Varlı

ölkələr necə varlandılar və kasıb ölkələr nə üçün kasıb qalırlar”, Moskva: VŞE nəşriyyat

evi, 384 s.).

7. Məmmədov F.Ə. və başqaları. (2010). “Vergilər və vergitutma”. Ali məktəblər üçün dərs-

lik. Bakı, CBS Polygraphic production, 512 s. 

c.Yusifov 

TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...



5/2013

70


8. “Налоговая политика в социально-экономическом развитии стран с переходной

экономикой”. (2011). Под ред. Р.С.Гринберга, З.Н.Кузнецовой, Санкт-Петербург:

Алетея, 2011.-392 c. (“Keçid iqtisadiyyatlı ölkələrin sosial-iqtisadi inkişafında vergi

siyasəti”. (2011)R.S.Qrinberq və Z.N.Kuznetsovanın redaktəsi ilə, Sankt-Peterburq:

Alteya, 392 səh.

9. Yusifov C.R. (2011). “İqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi Azərbaycan

Respublikası iqtisadi təhlükəsizliyinin təmin edilməsi amili kimi”, “Azərbaycanın vergi

xəbərləri”, №12, s. 121-130.

10.Yusifov  C.R.  (2013).  “Azərbaycanın  vergi  təhlükəsizliyinin  milli  iqtisadiyyatın

rəqabətqabiliyyətliliyində rolu”, “Azərbaycanın vergi jurnalı”, №1, s. 97-108.



Юсифов Джейхун Рамиз оглы

д.ф.э.,


Учебный Центр Министерства Налогов Азербайджанской Республики 

Роль налоговой системы в привлечении инновационной деятельности 

транснациональных компаний в Азербайджанскую экономику 

Аннотация

Цель исследования – исследование опыта транснациональных компаний по разме-

щению инновационной деятельности, а также рассмотрение вопросов налогообложе-

ния,  связанного  с  привлечением  в  национальную  экономику  их  инновационных

центров.  



Методология исследования – системный подход и анализ. 

Выводы исследования – с точки зрения повышения конкурентноспособности вы-

двинуты обоснованные предложения по привлечению инновационной деятельности

транснациональных компаний в нашу страну.

Ограничения исследования – ограниченность возможностей изучения процесса

принятия решений крупными компаниями по инновационным инвестициям.



Практическая значимость исследования – возможность использования в качестве

научного источника при разработках мер по привлечению инновационной деятельнос -

ти крупных компаний в нашу страну.

Оригинальность и научная новизна – проведено обобщение опыта транснацио-

нальных компаний по размещению инновационной деятельности, а также рассмот-

рены вопросы привлечения их в национальную экономику.

Ключевые слова: транснациональные компании, инновации, конкурентоспособ-

ность страны.

c.Yusifov 

TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...



5/2013

71


yusifov ceyhun ramiz oglu

PhD in economics,

Training Center of the Ministry of Taxes of Azerbaijan Republic

The role of the tax system to attract innovation activities of multinational companies

in azerbaijan's economy

abstract

Purpose – study experience of multinational companies to place innovation activities

and taxes issues bringing innovative units of TNCs in the national economy.



Design/methodology – a systematic approach and analysis.

Findings – put forward reasonable proposals to raise the innovation activities of multi-

national companies in our country.



Research limitations – the lack of research opportunities decision-making processes of

large companies on innovation investment.



Practical implications – the ability to use as a research source for the development of

measures to attract innovative activities of TNCs in our country.



Originality/value – the generalization of the experience of multinational companies to

deploy innovation.



Keywords: multinational companies, innovation, competitiveness.

JeL classification codes: E62, O23

Məqalə redaksiyaya daxil olmuşdur: 05.08.13.

 

Təkrar işlə



nməyə göndərilmişdir: 12.08.13. 

Çapa qəbul olunmuşdur: 17.10.13.



c.Yusifov 

TRAnSMİllİ KORPORASİYAlARIn İnnOVASİYA FƏAlİYYƏTİnİn ...



5/2013

72

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə