Xülasə Tədqiqatın məqsədi



Yüklə 164,03 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü164,03 Kb.
#8587
növüXülasə


Xülasə

Tədqiqatın məqsədi – Azərbaycanda gəlirlərin

bərabərsizliyinin qiymətləndirilməsi və bu əsasda

vergilərin onun azaldılmasına təsir istiqamətlərinin

müəyyən edilməsi.



Tədqiqatın metodologiyası – statistik təhlil, mən-

tiqi ümumiləşdirmə və Lorens əyrisi.



Tədqiqatın nəticələri – Azərbaycanda gəlirlərin

bərabərsizliyi qiymətləndirilmiş, onun daha da azal -

dılması  üçün  vergitutma  ilə  bağlı  təkliflər  veril -

mişdir.


Tədqiqatın məhdudiyyətləri – gəlirlərin bərabər-

sizliyi və vergitutma arasında əlaqələrin müəyyən

edilməsi üçün metodoloji və informasiya çatışmaz -

lığı.


Tədqiqatın  praktiki  əhəmiyyəti  –  gəlirlərin

bərabərsizliyinin azaldılmasına yönəlmiş vergitutma

tədbirlərinin hazırlanmasında elmi mənbə kimi isti-

fadəsinin mümkünlüyü.



Tədqiqatın orijinallığı və elmi yeniliyi – gəlirlərin

bərabərsizliyinin  təhlili  və  qiymətləndirilməsi

əsasında  vergitutma    üzrə  müvafiq  təkliflər  irəli

sürülmüşdür.



Açar sözlər: gəlirlərin bərabərsizliyi, Cini əm-

salı, vergi siyasəti.



VErGİTUTmA



UoT 336.2:336.22 (479.24)

GƏLİrLƏrİN bƏrAbƏrSİZLİYİ 

VƏ ONUN AZALDILmASININ 

VErGİTUTmA AmİLLƏrİ

Seyfullayev İlqar

Zülfüqar oğlu

i.f.d., dos. 

Vergilər Nazirliyinin Tədris Mərkəzi

e-mail: s-ilgar@mail.ru



Rəcəbov bala Əli 

Əli oğlu 

f.-r. f.d., dos. 

Vergilər Nazirliyinin Tədris Mərkəzi

e-mail: balaali@adanet.az



Rəsulova Gülnaz 

baba qızı 

Vergilər Nazirliyinin Tədris Mərkəzi

e-mail: rg_1965@mail.ru



səh. 63-82

6/2013

63

PDF processed with CutePDF evaluation edition

www.CutePDF.com



1. giriş

gəlirlərin bərabərsizliyi əhalinin rifahının əsas göstəricilərindən biri kimi qəbul

olunur və rifahın digər göstəriciləri ilə sistemli qaydada istifadə edilir. Bu göstəri-

cilərin qiymətləndirilməsi üçün istifadə olunan metodologiyalar mühüm analitik va-

sitə olaraq dövlət siyasətinin perspektiv prioritetlərini müəyyən etməyə, ölkənin

sosial-iqtisadi inkişafının cari səviyyəsinin təhlilini həyata keçirməyə və müvafiq

nəticələrin çıxarılmasına imkan verir.

Dövlətin vergi siyasəti iqtisadi sistemin mühüm tənzimləmə vasitəsi olaraq sosial

məsələlərin də həllində geniş istifadə olunur. Əhalinin həm gəlirlərinə, həm də xərc -

lərinə bilavasitə və dolayı üsullarla təsir göstərən vergilər gəlirlərin  bərabərsizliyinin

azaldılmasında mühüm rol oynayır. 

Ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafı əhalinin rifahında, o cümlədən həyat

səviyyəsinin yüksəlməsində də təzahür olunmaqdadır. Əhalinin gəlirləri artır, maddi

təminat səviyyəsi yüksəlir, təhsil və səhiyyə xidmətlərindən istifadə imkanları yük-

səlir.

İnkişaf etmiş ölkələrin sosial-iqtisadi inkişaf tarixindən məlumdur ki, iqtisadi



göstəricilərin artımı heç də əhalinin rifahının yüksəlməsinə gətirmir. Məhz gəlirlərin

bərabərsizliyi və ekoloji problemlərin artması belə paradoksun əsas səbəbi kimi

qəbul edilir. Deməli, gəlirlərin bölgüsü və sosial vəziyyətlə bağlı səmərəli dövlət

siyasəti aparılmadıqda, iqtisadi artımın məsrəfləri bu artım nəticəsində yaranan rifaha

nisbətən daha böyük sürətlə arta bilər. Digər tərəfdən, ölkəmizdə neft kapitalının

yüksək inkişaflı insan kapitalına çevrilməsi aparılmaqda olan uğurlu sosial-iqtisadi

siyasətin əsas prioritetlərindən biri kimi qəbul edilmişdir. Rifah nəzəriyyəsindən

məlumdur ki, gəlirlərin bərabərsizliyinin yüksək olduğu cəmiyyətlərdə insan kapi-

talının dayanıqlı inkişafının təmin edilməsi kifayət qədər ciddi maneələrlə qarşılaşır.

Qeyd olunanlar iqtisadi qüdrəti durmadan yüksələn Azərbaycanda gəlirlərin bərabər-

sizliyinin təhlili, qiymətləndirilməsi və azaldılması üçün aparılan tədqiqatların ak-

tuallığını şərtləndirir.

Bu baxımdan, ölkəmizdə gəlirlərin bərabərsizliyinin qiymətləndirilməsi, onun di-

namikasının müəyyən edilməsi, digər ölkələrlə müvafiq müqayisənin aparılması və

bu  əsasda  bərabərsizliyin  azaldılmasının  vergitutma  istiqamətlərinin  müəyyən

edilməsi məqalənin məqsədi kimi qəbul olunmuşdur.  



2.gəlirlərin bərabərsizliyi göstəricisinin rifahın qiymətləndirilməsində yeri

Ölkədə nail olunmuş rifah səviyyəsinin qiymətləndirilməsi müvafiq meyarlar və

göstəricilər sistemi əsasında həyata keçirilir. Rifah meyarlarının müəyyən edilməsi

hər  bir  meyar  üçün  müvafiq  göstəricilər  toplusunun  hazırlanmasının  əsasında

dayanır. Rifah anlayışının mürəkkəbliyi və çoxcəhətliliyi  müvafiq meyarlar siste -

İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova

GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...



6/2013

64


minin  yaradılmasını  mürəkkəbləşdirir.  Buna  görə  də,  elmdə  rifahın  qiymət -

ləndirilməsi üçün qəbul oluna bilən ümumi göstərici hələ də müəyyən edilməmişdir.

Praktikada rifahın nail olunmuş səviyyəsinin qiymətləndirilməsi üçün iki metodoloji

yanaşmadan daha çox istifadə olunur.

Subyektiv hesab oluna biləcək birinci yanaşmada rifah səviyyəsi insanların hə -

yatlarından məmnunluq dərəcəsi kimi qiymətləndirilir. Hər bir fərdin öz həyatının

bu və ya digər meyarlara görə nə dərəcədə yaxşı və ya pis olması barədə şəxsi fikir-

ləri ola bilər. Buna görə də, fərdin rifahı haqqında təsəvvürünü sosioloji tədqiqatların

nəticələri əsasında öyrənirlər [1].

Rifahın qiymətləndirilməsinin belə üsulu geniş tətbiq olunur. Sorğu zamanı təklif

olunan sualların (məsələlərin) siyahısı dəyişə bilər. Bu siyahıların ümumi xüsusiyyəti

ondan ibarətdir ki, onlar dövlət siyasətinin təsir edə biləcəyi komponentləri əhatə

edir. Belə sosioloji tədqiqatın nəticəsi insanların dəyərlər sistemindən və mənsub

olduğu mədəniyyətin xüsusiyyətlərindən, eləcə də onların məqsədlərindən, arzu-

larından, təsəvvürlərindən və qayğılarından asılı olaraq həyatdakı vəziyyətlərini necə

qiymətləndirmələrini əks etdirir. Tətbiq edilən meyarların keyfiyyətcə  müxtəlifliyi,

eləcə də hər bir fərdin onu əhatə edən şərait barədə təsəvvürünün dəyişkənliyi alınan

nəticələrin müqayisə bazası kimi əhəmiyyətini azaldır.

Əhalinin rifahının qiymətləndirilməsinə ikinci yanaşma aşağıdakı xüsusiyyətləri

ilə seçilir:

əhalinin rifahının bilavasitə müəyyən edilmiş normativlər vasitəsilə qiymətlən -



dirilməsinin nisbi obyektivliyi;

əhalinin  rifahının  keçmiş  və  cari  dövr  üçün  göstəricilərinin  müqayisə



edilməsinin mümkünlüyü;

müxtəlif ölkələrin və regionların əhalisinin rifah göstəricilərinin müqayisə -



liliyi;

rifah göstəricilərinin universallığı.



Bu halda rifah fərdin subyektiv məmnunluğu ilə deyil, etibarlı informasiyaya və

zəruri peşəkarlığa malik olan ekspertlərin hesablamaları əsasında qiymətləndirilir.

Belə yanaşma əhalinin rifah səviyyəsini tam əhatə edə bilən  göstəricilər və ya sosial-

iqtisadi  indikatorlar  sisteminin  qurulmasını,  rifahın  formalaşmasının  faktiki

şərtlərinin  müqayisəsi  üçün  zəruri  olan  normativlərin  və  ya  sosial  standartların

müəyyən edilməsini nəzərdə tutur.

Bir sıra beynəlxalq və hökumətlərarası təşkilatlar əhalinin rifahını xarakterizə

edən göstəricilər sistemlərinin hazırlanması ilə məşğul olur. Onlardan hər biri öz

maraqlarına və səriştələrinə uyğun gələn göstəriciləri hazırlayır. Belə ki, Ümum -

dünya Səhiyyə Təşkilatı sağlamlığın vəziyyəti və sağlamlığın qorunması ilə bağlı

xidmətlərdən  istifadə  etmək  imkanı  ilə  əlaqədar  suallara, YUNESKO  təhsil  və

mədəniyyət  göstəricilərinə,  Beynəlxalq  Əmək Təşkilatı  əmək  münasibətlərinin,

məşğulluğun  və  işsizliyin  xarakteristikasına  daha  çox  diqqət  yetirir.  BMT-nin

İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova

GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...



6/2013

65


İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova

GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...

tövsiyəsinə  görə  əhalinin  həyat  səviyyəsi  istehlak  olunan  nemətlərin  (maddi  və

mənəvi) miqdarı və keyfiyyəti ilə qiymətləndirilir və  bunun üçün əsasən aşağıdakı

göstərici qruplarından  istifadə olunur [2]:

1. Əhalinin demoqrafik xarakteristikaları (doğum sayı, ölüm faizi, xəstələnmə,

ömrün uzunluğu).

2. Sanitar-gigiyenik şərait.

3. Ərzaq mallarının istehlakı.

4. Mənzil şəraiti (şərtləri) və uzun müddətli istehlak malları ilə təmin olunma

(avtomobil, soyuducu, televizor və s.).

5. Təhsil (yaranma) və mədəniyyət.

6. İş şəraiti və məşğulluq.

7. Əhalinin gəlirləri və xərcləri.

8. Yaşayış dəyəri və istehlak qiymətləri.

9. Nəqliyyat vasitələri.

10. İstirahətin təşkili, bədən tərbiyəsi və idman.

11. Sosial təminat.

12. İnsan azadlığı.

BMT-nin statistika komissiyası rifahın keyfiyyət baxımından qiymətləndirilməsi

üçün zəruri olan, amma ekspertlərin fikrincə əsas xüsusiyyətlərinə aid olmayan

göstəriciləri əlahiddə qrupda birləşdirir. Qeyd olunan göstəricilərə aşağıdakılar aid

edilir:



milli gəlir, əhalinin bir nəfərinə düşən ÜDM və onun orta illik artım əmsalı;



sosial xidmətlərin  həcmi və növləri;

əhalinin şəxsi istehlakına  çəkilən xərclər və onların strukturu;



əhalinin sıxlığı;

əhaliyə nəqliyyat xidməti;



rabitə vasitələrinin işi, KİV və s.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında rifahın formalaşması mühitinin key-

fiyyət göstəricilərini əks etdirən sosial indikatorların siyahısı tərtib olunmuşdur. Belə

göstəricilər sistemləri ABŞ və Fransa kimi ölkələrdə geniş tətbiq edilir. Qeyd olunan

sosial indikatorlara sağlamlıq, təhsil və təlim, məşğulluq və əmək fəaliyyətinin key-

fiyyəti, asudə vaxt və istirahət, malların və xidmətlərin əldə edilməsinin mümkün-

lüyü, fiziki mühit, sosial mühit və şəxsi təhlükəsizlik kimi göstəricilər qrupu aid

edilir [3].

Beynəlxalq təşkilatların həyat səviyyəsinin qiymətləndirilməsi üçün istifadə et-

dikləri meyarları üç qrupda birləşdirmək olar [4]:

əhalinin gəlirlər üzrə diferensiasiyası (Cini və fond əmsalları, gəlir səviyyəsinə



görə paylanma);

minimal gəlir səviyyəsi (yaşayış minimumu, yoxsul əhalinin sayı, yoxsulluğun



kəskinliyi və s.);

6/2013

66


İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova

GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...

əhalinin gəlir və xərclərinin balansı (əhalinin pul gəlirləri, orta əməkhaqqı,



orta pensiyanın miqdarı, pul gəlirlərinin alıcılıq qabiliyyəti, əhalinin xərcləri

və əmanətləri, ev təsərrüfatlarının istehlakı).

Birinci  qrupa  daxil  olan  göstəricilər  əhalinin  gəlirlər  üzrə  təbəqələşməsini,

adambaşına düşən orta pul gəlirlərinin səviyyəsinə görə qruplara ayrılmasını və

diferensiasiyasını əks etdirir.

Fond əmsalı (gəlirlərin diferensiasiyası əmsalı) cəmiyyətdə sosial təbəqələşməni

xarakterizə edən göstəricidir. Fond əmsalı əhalinin desil (10%-lik) və kvintil (20%-

lik) qrupları üzrə hesablanır: 

1. Diferensiasiyanın desil əmsalı – aşağıdakı düsturla hesablanır: 

,                                                   (1)

Burada:


– əhalinin ən yüksək gəlirli desil qrupunun (10%-nin) gəlirlərinin ümumi gəlirdə

xüsusi çəkisi;          



– əhalinin ən aşağı gəlirli desil qrupunun (10%-nin) gəlirlərinin ümumi gəlirdə

xüsusi çəkisi.

2. Diferensiasiyanın kvintil əmsalları – aşağıdakı düsturla hesablanır:

,               

(2)

Burada:


– əhalinin ən yüksək gəlirli kventil qrupunun (20%-nin) gəlirlərinin ümumi

gəlirdə xüsusi çəkisi;



– əhalinin  ən  aşağı  gəlirli  kventil  qrupunun  (20%-nin)  gəlirlərinin  ümumi

gəlirdə xüsusi çəkisi.

3. Əhalinin gəlirlərinin konsentrasiyası əmsalı (Cini əmsalı) – G

Cini əmsalının müəyyən edilməsi üçün tətbiq olunan statistik model italiyalı de-

moqraf Korrado Cini (1884-1965) tərəfindən 1912-ci ildə nəşr olunmuş “Əlamətin

variativliyi  və  dəyişkənliyi”  əsərində  təklif  olunmuşdur.  Bu  makroiqtisadi

göstəricinin mütləq qiyməti Cini əmsalı, faizlə ifadəsi isə Cini indeksi adlanır.

Cini əmsalı əhalinin pul gəlirlərinin faktiki bölgüsünün bərabər bölgüdən kə-

narlaşmasını göstərir. Bu əmsalın qiyməti 0;1 intervalında yerləşir. Cini əmsalının

qiymətinin kiçikliyi gəlirlərin bölgüsündə bərabərsizliyin azlığını göstərir. g=0 halı

gəlirlərin bölgüsündə mütləq bərabərliyi, G=1 halı isə bütün gəlirlərin bir nəfərin

əlində cəmləşdiyini göstərir.

Cini əmsalını K.Cininin təklif etdiyi düsturla və onun təkmilləşmiş forması olan

Braun düsturu ilə hesablamaq olar [2]:



6/2013

67


İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova

GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...

,                                   (3)

Burada: 


– Cini əmsalı;

– ev təsərrüfatlarının sayı;

y

i

, y

j

– ev təsərrüfatının ümumi gəlirdə payı;



– ev təsərrüfatlarının gəlirlərdəki orta payını göstərir.

Braun düsturu:

,        

(4)


Burada:

X

k

– əhalinin kumulyativ qrupları (əhali əvvəlcədən gəlirlərinin artımına görə



sıralanır və ümumi saydan müəyyən faiz intervalları ilə qruplara ayrılır, nümunə

üçün 20%; 40%; 60%; 80% və 100%); 

Y

k

– əhalinin X



k

hissəsinin gəlirdəki payı;



– əhalinin kumulyativ qruplarının sayı.

Müəyyən qrup üçün hesablanan Cini əmsalı hesablama şərtlərindən asılı olaraq

müxtəlif qiymətlər ala bilər. Qrupların sayı çoxaldıqca, Cini əmsalının qiyməti də

yüksəlir. Cini əmsalının rifahın qiymətləndirilməsi üçün üstünlüklərinə aşağıdakılar

aid edilir:

rifahın qiymətləndirilməsi üçün istifadə olunan Ümumi Daxili Məhsul və



əhalinin bir nəfərinə düşən ÜDM göstəricilərini tamamlayır, ÜDM-in böl-

güsünün daha yaxşı təsvirini verir;

ölkələri,  ölkənin  region  və  yaşayış  məntəqələrini  iqtisadi  miqyasından  və



əhalinin sayından asılı olmayaraq gəlirlərin bölgüsü üzrə müqayisə etməyə

imkan verir.

əhalinin müxtəlif qrupları arasında gəlirlərin bölgüsünü müqayisə etməyə



imkan verir;

gəlirlərin bölgüsündə bərabərsizliyin dinamikasını izləməyə imkan verir.



konkret olaraq kimin nə qədər gəlir əldə etdiyini göstərmədiyi üçün şəxslərə

münasibətdə neytrallığı ilə seçilir.

Cini əmsalının çatışmayan cəhətlərinə aşağıdakıları aid etmək olar:

Cini əmsallarının ədədi qiymətləri onun əhalinin hansı qrupları (5%-lik, 10%-



lik, 20%-lik və s.) üzrə hesablanması barədə məlumat vermir. Halbuki, qrup -

ların sayı Cini əmsalının qiymətinə təsir göstərir;

gəlirin mənbəyini əks etdirmir. Hansısa ölkədə Cini əmsalı çox aşağı ola bilər.



Lakin bu ölkədə əhalinin bir qismi gəlirlərini çox gərgin və ağır işə görə, digər

6/2013

68


İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova

GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...

qismi isə zəhmət çəkmədən, mülkiyyətin icarəsindən, səhmlərə və ya paylara

görə dividendlərdən əldə edə bilər.

gəlirlərin  bərabərsizliyinin  tədqiqi  üçün  yalnız  pul  gəlirlərini  nəzərə  alır.



Məlumdur ki, bir çox müəssisələr işçilərinə əməkhaqqını və ya mükafatı ərzaq

və digər məhsullarla da ödəyə bilirlər. Praktikada işçilərə əmək haqqı əvəzinə

şirkətin  səhmlərini  almaq  hüququ  verən  opsionların  verilməsi  də  geniş

yayılmışdır. 

Cini əmsalının hesablanması üçün tələb olunan statistik məlumatların toplan-



ması üsullarındakı müxtəliflik bu göstəricinin müqayisə bazası kimi istifadə

olunmasını məhdudlaşdırır.

gəlirlərin bölgüsündə bərabərsizliyin səviyyəsini qiymətləndirmək və Cini əm-

salını hesablamaq üçün  “Lorens əyrisi” modelindən də istifadə edirlər.

“Lorens əyrisi” modeli alman filosofu və iqtisadçısı, sosial dövlət ideyasının

müəllifi Lorens fon Şteyn (1815-1890) tərəfindən tərtib olunmuşdur. O, gəlirlərin

bölgüsü problemini tədqiq edərək bu prosesdə nə mütləq bərabərliyin, nə də mütləq

bərabərsizliyin olduğunu müəyyən etmişdir.  Lorens əyrisi  1 saylı qrafikdə təsvir

olunmuşdur.  Belə kvadratik  diaqramın üfüqi oxunda əhalinin faizlə kumulyativ

qrupları, şaquli oxunda isə müvafiq əhali qruplarının ümumi gəlirdə faizlə payı

göstərilir [5].

Qrafik 1. lorens əyrisi

Bu qrafik əhalinin desil, kvintil və istənilən bərabər intervallı qrupları üçün tərtib

oluna bilər. Qrafikin qurulması üçün kvintil (20%) qrupları üzrə göstəricilər alı-

narkən ev təsərrüfatlarının adambaşına sərəncamda qalan gəlirləri artan qaydada

düzülərək ev təsərrüfatlarının sayına görə 5 bərabər 20%-lik qrup yaradılır. Bu zaman

6/2013

69



İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova

GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...

birinci kvintilə ən az gəlirləri olanlar, beşinci kvintilə isə ən çox gəlirləri olan ev

təsərrüfatları düşür. Desil (10%) qrupları eyni qayda ilə düzülərək 10 bərabər hissəyə

bölünür. Təhlil və müqayisə üçün eyni göstəricilər istehlak xərclərinə görə də alınır.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində bu göstəricilər yüksək

analitik keyfiyyətə malik olan SPSS proqram paketindən istifadə əsasında işlənir və

yekun cədvəllər tərtib olunur. Tədqiqatda bütün seçmə müşahidələrə xas olan bəzi

göstəricilərin baş məcmudan orta məntiqi kənarlaşması mövcuddur. Eyni zamanda,

bəzi göstəricilərin statistik cəhətdən çatışmamazlığı halları mövcuddur [6].

Əgər gəlirlər bərabər bölünsəydi, onda əhalinin 10%-i gəlirlərin onda birinə, 20%-

i gəlirlərin beşdə birinə, 50%-i yarısına və s. malik olardı. Onda belə bölgü xətti

tərəfləri 0 və 100%  olan kvadratın diaqonalı  üzrə olardı (mütləq bərabərlik xətti).

Cini  əmsalı  mütləq  bərabərlik  xətti  ilə  Lorens  əyrisinin  yaratdıqları  fiqurun

sahəsinin mütləq bərabərlik xətti və ordinat oxlarının yaratdığı  üçbucağın sahəsinə

nisbəti kimi müəyyən edilə bilər.

İkinci qrupa daxil olan göstəricilərin əsasında yaşayış minimumunun kəmiyyəti

dayanır. Azərbaycanda yaşayış minimumu mütəmadi olaraq qəbul olunan qanunlarla

tənzimlənir.  2013-cü  il  üçün  yaşayış  minimumu  haqqında Azərbaycan  Respub-

likasının Qanununa görə yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli

əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat məblə -

ğində müəyyən edilmişdir.

İstehlak büdcəsi insan üçün zəruri olan nemətlərin istehlak normaları və onların

qiymətləri əsasında hesablanır. Ərzaq və qeyri-ərzaq mallarının, xidmətlərin minimal

istehlak normaları isə həyatın təmin edilməsi üçün qeyd olunan nemətlər üzrə zəruri

olan istehlak həcmlərinin elmi əsaslandırılması ilə müəyyən edilir. Yaşayış minimu-

munun müəyyən edilməsi zamanı, az təminatlı ailələrin faktiki istehlakı və dövlətin

maliyyə imkanları da nəzərə alınır.

Üçüncü qrup göstəricilər isə ev təsərrüfatlarının gəlir və xərclərini əks etdirirlər. 

Azərbaycanın Statistika Komitəsinin istifadə etdiyi metodikada ev təsərrüfat-

larının pul gəlirlərinə əmək gəlirləri, pensiyalar, müavinətlər, təqaüdlər və digər

sosial transfertlər, kənd təsərrüfatı məhsullarının satışından əldə olunan gəlirlər,

mülkiyyətdən əldə olunan gəlirlər, qiymətli kağızların faizləri, dividendlər, sahibkar-

lıq fəaliyyəti ilə məşğul olan şəxslərin gəlirləri, xarici valyutaların satışından əldə

olunan gəlirlər və ailə üzvlərinin digər gəlirləri daxildir. Natura şəklində daxil olmuş

ərzaq məhsullarının, yardım və güzəştlərin pulla ifadəsi də pul gəlirlərinə aid edilir.

Ev təsərrüfatlarının sərəncamda qalan gəlirləri - ev təsərrüfatında xərcləri təmin

etmək və əmanətlər yaratmaq üçün pul vəsaitlərinin, eləcə də natura şəklində daxil

olmuş ərzaq məhsullarının, yardım və güzəştlərin dəyərinin cəmindən ibarətdir.

Ssuda və kreditlərin, əvvəl yığılmış pul kütləsinin və ev təsərrüfatlarının ümumi

gəlirinin cəmi kimi hesablanır (tədqiqat müddətində ev təsərrüfatının təmin olunmuş

xərcləri ölçüsündə).

6/2013

70



İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova

GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...

Ev təsərrüfatlarının istehlak xərcləri ərzağa, qeyri-ərzaq məhsullarına, alkoqollu

içkilərin alınmasına, xidmətlərin ödənilməsinə çəkilən xərcləri əhatə edir. Ev təsər-

rüfatlarının vergi, rüsum, ödəmə, borc, aliment, qohumlara yardım, cərimə, kredit -

lərin ödənilməsi və s. istehlaka aid olmayan xərclər istehlak xərclərinə aid edilmir.

Əhalinin pul gəlirlərinin və xərclərinin real qiymətləri inflyasiyanın nəzərə alın-

ması ilə, yəni ümumi pul gəlirlərinin “istehlak qiymətləri indeksinə” bölünməsi va-

sitəsi ilə hesablanır. Belə qiymətləndirmə böyük dövrlər üzrə müqayisənin aparılması

üçün zəruridir.

Praktikada rifah səviyyəsinin xüsusi göstəricilərdən başqa ümumiləşdirici və ya

inteqral göstəricilər də  tətbiq edilir: yaşayış dəyəri və adambaşına düşən ÜMM.

Yaşayış dəyəri istehlak səbətinə daxil olan nemətlərin real qiymətləri əsasında

müəyyən edilir. Yaşayış dəyərinin qiyməti ilə gəlirlərin nisbəti gəlirlərin alıcılıq qa-

biliyyəti haqqında fikir söyləməyə əsas verir.

Rifahın  ümumiləşdirilmiş  göstəricisi    kimi  tətbiq  edilən    adambaşına  düşən

ümummilli məhsul əhatəli göstərici funksiyasını yerinə yetirə bilmir. Belə ki, rifaha

təsir göstərən səs-küy, ətraf mühitin çirklənməsi, əhalinin sıxlığı ilə yaranan çətin-

liklər, özünəxidmət,  qeyri-qanuni və ya vergidən yayındırılan gəlirlər kimi  amillər

bu göstəricidə nəzərə alınmır.

Rifahın ümumiləşdirici göstəricisi kimi müxtəlif dövrlərdə ev təsərrüfatlarının

gəlirlərində  qida  xərclərinin  xüsusi  çəkisi,  əhalinin  orta  ömrü,  asudə  vaxt  kimi

göstəricilər də istifadə olunur.

Amerikalı iqtisadçı Uilyam Nordhaus (1941) və 1981-ci ildə Nobel mükafatı lau-

reatı almış Ceyms Tobin (1918-2002) xalis iqtisadi rifahın (net economic welfare,

NEW) yeni göstəricisini təklif etmişlər. Bu göstərici adambaşına orta ümummilli

məhsul göstəricisinin mənfi təsirli amillərin çıxılması, qeyri-bazar fəaliyyətindən

gəlirlərin əlavə edilməsi və asudə vaxtın nəzərə alınması vasitəsilə yenidən hesablan-

ması ilə müəyyən edilir [7]. 

Ötən əsrin 80-ci illərindən başlayaraq  “real inkişaf indeksi” və “iqtisadi rifah in-

deksi” kimi göstəricilər rifahın qiymətləndirilməsində geniş istifadə olunur. 

Adambaşına ÜMM göstəricisindən real inkişaf indeksinə (bu göstərici “dayanıqlı

iqtisadi  rifah”  kimi  də  adlandırılır)  keçmək  üçün  müəyyən  müsbət  və  mənfi

düzəlişlər etmək, saysız-hesabsız ev xidmətlərini (məsələn, ailə üzvlərinin biri-birinə

göstərdikləri pulsuz xidmətləri), xarici borcun artmasını, gəlirlərin təmərküzləşməsi

nəticəsində rifah halının azalmasını (hər əlavə 1 manatın faydalılıq həddi kasıb insan

üçün varlıya nisbətən çox yüksək olur), ətraf mühitin çirklənməsini nəzərə almaq

lazımdır. Bu indeks iqtisadçı-ekoloqlar tərəfindən daha çox istifadə olunur.

İqtisadi rifah indeksinin müəllifləri kanadalı alim Lars Osberq və Böyük Bri-

taniyalı statistik Pirson Eqon Şarp (Eqin Pearson Sharpe) (1895-1980) qeyd etmişlər

ki, iqtisadi rifah sosial amilləri nəzərə almır. Deməli, ümumi rifah iqtisadi rifaha nis-

bətən daha geniş anlayışdır. 



6/2013

71


Ən ümumi formada bu indeks aşağıdakı komponentləri əhatə edir [8, 9]:

istehlak;



gəlirlərin bölgüsündə bərabərsizlik;

iqtisadi təhlükəsizlik.



Bu komponentlər bir sıra elementlərdən ibarət olmaqla aqreqat göstəricilər kimi

müəyyən olunurlar. Tədqiqatlar göstərir ki, 1950-1990-cu illəri əhatə edən dövrdə

Böyük Britaniyada ÜMM-un 230%-ədək yüksəlməsinə baxmayaraq iqtisadi rifahın

artım həddi 3% olmuşdur. Həmin illərdə stabil iqtisadi inkişafın olmasına və vətən-

daşlarının maddi imkanlarının (pul gəlirlərinin) artmasına baxmayaraq, əhalinin rifah

səviyyəsi azalmışdır. Ekoloji problemlərin və gəlirlərin bərabərsizliyinin artması

belə vəziyyətin əsas səbəbi kimi qeyd olunur. Oxşar nəticələr ABŞ, Avstriya, Al-

maniya və İsveç  üçün də alınmışdır. Başqa sözlə, bu ölkələrdə ətraf mühitin çirk-

lənməsi və gəlirlərin bərabərsizliyi kimi mənfi amillərin rifaha təsiri malların və

xidmətlərin istehsalına nisbətən daha sürətlə artmışdır [8, 9, 10].

BMT-nin İnkişaf Proqramının mütəxəssisləri tərəfindən ölkənin sosial-iqtisadi

inkişafının səviyyəsinin qiymətləndirilməsi üçün daha kompleks göstərici - insan

potensialının inkişafı indeksi (İPİİ) hazırlanmışdır [11].

İPİİ ölkənin  insan resurslarının inkişafı sahəsindəki nailiyyətlərini əks etdirir. Bu

göstərici hər bir insanın və ümumilikdə xalqın rifahının ümumi qəbul edilmiş me-

yarlara uyğunluğunu, insanların uzun və sağlam ömür imkanlarını, təhsil almaq

imkanlarını və ləyaqətli maddi təminat məsələlərini əks etdirir.

İPİİ  həyat  səviyyəsinin  üç  sosial  indikatoru  üzrə  hesabı  orta  kimi  gəlirlərin

bərabərsizliyi nəzərə alınmaqla hesablanır:

 ömürün gözlənilən uzunluğu indeksi;

 əhalinin təhsil səviyyəsi indeksi;

 adambaşına düşən real ÜDM indeksi (müxtəlif ölkələrin valyutalarının alıcılıq



qabiliyyəti paritetinin nəzərə alınması ilə hesablanır).

İPİİ-nin qiyməti  0-dan 1-ə qədər dəyişə bilər. 

Ölkələrin iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq insan potensialı üzrə təs-

nifatı İPİİ-nin aşağıdakı qiymətlərinə görə aparılır [11]:

İPİİ > 0,8 - çox yüksək səviyyə;



0,71 < İPİİ < 0,8 – yüksək səviyyə; 

0,535 <  İPİİ < 0,71 - orta səviyyə;



İPİİ < 0,535 - aşağı səviyyə.

BMT-nin İnkişaf Proqramının 2013-cü il üçün hazırladığı insan inkişafı barədə

Hesabatına görə Azərbaycan 0,734-ə bərabər olan indekslə yüksək inkişaf səviyyəli

ölkələr  sırasına  daxil  edilmişdir.  Qeyd  etmək  lazımdır  ki,  ölkəmiz  bu  siyahıda

Braziliya, Türkiyə, Çin, Misir, İndoneziya, Hindistan kimi inkişaf etməkdə olan və

çox böyük iqtisadi potensiala malik olan ölkələri qabaqlayır.

Əhalinin rifahının qiymətləndirilməsi metodologiyalarının qısa icmalı göstərir



İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova

GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...



6/2013

72


İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova

GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...

ki, gəlirlərin bərabərsizliyi  göstəricisi  bu üsulların  əsas  komponenti kimi qəbul

olunur.


Onu da qeyd etmək lazımdır ki, rifahın kompleks qiymətləndirilməsi xalis iqtisadi

analizin sərhədlərini aşır və sosial-psixoloji faktrları əks etdirən indikatorlar siste -

minin tətbiqini zərurətə çevirir. Axı şəxsiyyətin hərtərəfli inkişafı yalnız maddi ri-

fahın  səviyyəsi  ilə  deyil,  mənəvi,  sağlamlıq,  təhsil,  asudə  vaxt  və  digər  sosial

faktorlarla da müəyyən edilir. 

3. Azərbaycanda gəlirlərin bərabərsizliyinin qiymətləndirilməsi

gəlirlərin bərabərsizliyinin qiymətləndirilməsi üçün Cini və fond əmsallarından

istifadə edilməsi qəbul olunmuşdur. Cini əmsalının hesablanması üçün Cini düstu-

runun tətbiqi informasiya təminatının mürəkkəbliyi səbəbindən kifayət qədər çətin-

liklər  törədir.  Qeyd  olunanları  və  istifadə  edəcəyimiz  informasiya  bazasının

xüsusiyyətlərini nəzərə alaraq ölkəmizdə gəlirlərin bərabərsizliyinin qiymətlən -

dirilməsi üçün “Lorens əyrisi” modelindən və Braun düsturundan istifadəni daha

məqsədəuyğun hesab edirik. 

Tədqiqat üçün ilkin verilənlər kimi Azərbaycan Respublikası Dövlət Statistika

Komitəsinin saytında yerləşdirilmiş və 2011-2012-ci illər üçün əhalinin pul gəlir-

lərinin desil və kvintil qrupları üzrə bölgüsünə dair məlumatlar istifadə olunmuşdur. 

Cədvəl 1. Əhalinin desil qrupları üzrə gəlirləri (ayda adambaşına, manatla)

Mənbə: www.azstat.gov.az

Cədvəl 2.  Əhalinin kvintil qrupları üzrə gəlirləri (ayda adambaşına, manatla)

Mənbə: www.azstat.gov.az



6/2013

73

İllər

desil qruplar

1

2

3

4

5

6

7

8

9

10

2011

109,2 119,3 128,0 136,3 145,5 156,4 168,6 185,7 213,3 297,4



2012

127,4 139,9 150,4 160,5 170,7 181,2 193,9 212,2 241,8 330,5



İllər

Kvintil qruplar

1

2

3

4

5

2011

114,2


132,1

150,9


177,2

255,4


2012

133,7


155,4

176,0


203,1

286,2



İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova

GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...

İlk növbədə, bu cədvəllərin əsasında əhali qruplarının gəlirlərinin ümumi gəlirdə

xüsusi çəkilərini müəyyən etmək lazımdır. 



Cədvəl 3. gəlirlərin əhalinin kumulyativ desil qrupları üzrə bölgüsü

Mənbə: Müəlliflərin hesablamaları

Cədvəl 4. gəlirlərin əhalinin kvintil qrupları üzrə bölgüsü

Mənbə: Müəlliflərin hesablamaları

3  saylı  cədvəldə  göstərilən  bölgünün  təhlili  göstərir  ki,  əhalinin  azgəlirli

təbəqələrinin ümumi gəlirdə xüsusi çəkisi 2012-ci ildə 2011-ci ilə nisbətən (müvafiq

olaraq 0,22% və 0,45%) artmışdır. Əhalinin 40, 50, 60 və 90%-lik qruplarının mü-

vafiq göstəricilərində xüsusilə böyük artım müşahidə edilir. 50 və 60%-lik qrupların

gəlirləri müvafiq olaraq 1,35% və 1,36% artmışdır. Artımların kiçik rəqəmlə ifadə

olunması heç də onların əhəmiyyətini azaltmır. Belə ki, gəlirlərin bölgüsündə belə

artım kifayət qədər yüksək nəticə hesab olunur.



6/2013

74

Əhalinin 

desil qrupları (%-lə)

desil qrupunun  gəlirinin ümumi

gəlirdə xüsusi çəkisi (%-lə)

Əvvəlki ilə 

nisbətən artım, 

%-lə

2011

2012

10

3,67



3,85

0,22


20

8,02


8,47

0,45


30

12,91


13,65

0,74


40

18,33


19,43

1,10


50

24,46


25,82

1,36


60

31,55


32,90

1,35


70

39,68


41,07

0,39


80

49,95


51,36

0,41


90

64,55


65,85

1,30


100

100,00


100,00

Əhalinin 

kvintil qrupları 

(%-lə)

Kvintil qrupun  gəlirinin ümumi

gəlirdə xüsusi çəkisi (%-lə)

Əvvəlki ilə 

nisbətən artım, 

%-lə

2011

2012

20

8,94



9,34

+0,40


40

20,69


21,72

+1,03


60

35,45


36,90

+1,45


80

55,51


56,77

+1,16


100

100,00


100,00


İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova

GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...

Cədvəldən görünür ki, ən yüksək gəlirli (sonuncu) desil qrupunun ümumi gəlirdə

payı 2011-ci ildə 35,4 %, 2012-ci ildə isə 34,1% olmuşdur, yəni bu qrupun ümumi

gəlirdə payı 1,3 % azalmışdır.

Kventil qrupları üzrə bölgünün dinamikasında da belə müsbət meyillər müşahidə

olunur. Burada ən böyük artım 60 və 80%-lik qruplara (müvafiq olaraq 1,45 və

1,16%) aiddir. Ən yüksək gəlirli kventil qrupunun ümumi gəlirdə payı 2011-ci ildə

44,5%, 2012-ci ildə isə 43,2% , yəni əvvəlki ilə nisbətən 1,3% az olmuşdur. 

Ən yüksək gəlirli qrupların ümumi gəlirdə payının azalması, əhalinin 50-80%-

lik qrupları üzrə isə artımın daha çox olması ölkədə orta gəlirli təbəqənin formalaş-

ması və inkişafı barədə fikirləri səsləndirməyə əsas verir. Yüksək gəlirli təbəqənin

ümumi gəlirdə payının azalmasına rəğmən ən az gəlirli qrupların da payının artması

faktı ölkəmizdə sosial ədalətin təmin edilməsi üzrə aparılmaqda olan dövlət siyasə-

tinin uğurlarından biri kimi qəbul edilə bilər.  

3 və 4 saylı cədvəllərdə verilən məlumatlar əsasında desil və kventil qruplar üçün

“Lorens əyrisi”ni göstərən qrafikləri tərtib etmək olar.



Qrafik 2. Əhalinin desil qrupları üzrə “lorens əyrisi” (2012-ci il)

Mənbə: Müəlliflərin hesablamaları əsasında tərtib olunub.

6/2013

75


İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova

GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...



Qrafik 3. Əhalinin kvintil qrupları üzrə lorens əyrisi (2012-ci il).

Mənbə: Müəlliflərin hesablamaları əsasında tərtib olunub.

Fond əmsalları və Cini əmsalı üzrə aparılan hesablamaların yekun nəticələri 5

saylı cədvəldə təqdim olunmuşdur.

Cədvəl 5. Əhalinin gəlirlərə görə diferensiasiyası əmsalları və  Cini əmsalı

Mənbə: Müəlliflərin hesablamalarının nəticələri

Alınan nəticələr və göstəricilərin dinamikası ölkəmizdə gəlirlərin bərabərsiz -

liyinin azalması barədə mülahizələri bir daha sübut edir.

Cini əmsalı iqtisadi miqyasından və sistemindən asılı olmayaraq ölkələr arasında

müqayisə  aparmağa  imkan  verdiyi  üçün  Azərbaycanın  gəlirlərin  bərabərsizlik

səviyyəsinə görə başqa ölkələrlə müqayisədə  necə görünməsi xüsusi maraq doğurur. 



6/2013

76

Əhalinin gəlirlərinin bərabərsizliyinin

göstəriciləri

2011

2012

Azalma

Diferensiasiyanın desil əmsalı

9,655

8,860


0,795

Diferensiasiyanın kvintil əmsalı

4,975

4,627


0,348

Cini əmsalı (desillər üçün)

0,394

0,375


0,19

Cini əmsalı (kvintillər üçün)

0,318

0,301


0,17


İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova

GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...

İƏİT-in təsnifatına görə Cini əmsalının ədədi qiyməti gəlirlər üzrə bərabərsizliyi

aşağıdakı kimi xarakterizə edir [4]:



Cədvəl 6. Ölkələrin və ya regionların gəlirlərin bərabərsizliyi səviyyəsinin

Cini əmsalına görə təsnifatı

Mənbə: [4]

Bu meyarlara görə ölkəmiz bərabərsizliyi orta səviyyədə olan ölkələr qrupuna

daxil  edilə  bilər.  Əgər  ölkəmizdə  gəlirlərin  bərabərsizliyinin  azalma  templəri

saxlanılarsa, onda biz çox yaxın gələcəkdə Azərbaycanın ölkələrin “aşağı bərabər-

sizlik” qrupuna daxil olmasının şahidi ola bilərik.

Forex Trading Portalının (Foreks Ticarət Portalı) Çin Xalq Respublikasının sta-

tistika xidmətinin başçısı Ma Tszyantana istinadən verdiyi məlumata görə Cini in-

deksi bu ölkədə 2000-ci ildə 41,2%, 2012-ci ildə isə 47,4% səviyyəsində olmuşdur.

Məlumatda qeyd edilir ki, Çində son 10 ildə Cini əmsalının maksimal qiyməti 2008-

ci ildə 49,1% olmuş, 2011-ci ildə isə 47,7%-ə qədər azalmışdır. Tədqiqatçıların

fikrincə, Cini indeksinin 40%-dən yüksək olması cəmiyyətin inkişafı və sosial prob-

lemlərin həllində ciddi maneələrin mövcudluğunu göstərir [12]. 

Rusiya Federasiyasının Dövlət Federal Statistika Xidmətinin verdiyi məlumata

görə, bu ölkədə əhalinin gəlirlərinin diferensiasiya göstəriciləri aşağıdakı kimidir

[13]:

Cədvəl 7. rusiya federasiyasında 2011-ci ildə əhalinin gəlirlərinin 

bərabərsizliyi göstəriciləri

Mənbə: www.gks.ru

Əgər Azərbaycanın və Rusiyanın 2011-ci il üzrə müvafiq göstəricilərini müqayisə

etsək, görə bilərik ki, Azərbaycanda əhalinin gəlirlər üzrə diferensiasiyası qonşu ölkə

ilə müqayisədə xeyli aşağıdır. Belə ki, Rusiya ilə müqayisədə diferensiasiyanın desil

əmsalı 1,7 dəfə, kvintil əmsalı 1,84 dəfə, Cini əmsalı isə 1,31 dəfə azdır. 

6/2013

77

Cini əmsalının ədədi qiyməti

gəlirlər üzrə bərabərsizliyin səviyyəsi

g < 0,220

çox aşağı

0,240 < g < 0,260

aşağı

0,260

orta

0,330 < g < 0,350

yüksək

g > 0,350



çox yüksək

Əhalinin gəlirlərinin bərabərsizliyinin göstəriciləri

2011

Diferensiasiyanın desil əmsalı

16,2

Diferensiasiyanın kvintil əmsalı



9,1

Cini əmsalı (kvintillər üçün)

0,41



İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova

GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...

Beynəlxalq tədqiqat təşkilatlarının hesablamalarına görə dünyada ən aşağı Cini

əmsalı Skandinaviya ölkələrində müşahidə olunur. Azərbaycanın 2001-ci il üçün

hesablanmış Cini əmsalı 0,365 olmuşdur. Məlum olur ki, ölkəmiz gəlirlərin bərabər-

sizliyi səviyyəsi üzrə hazırki göstəricisinə görə Amerika Birləşmiş Ştatları, Çin Xalq

Respublikası,  Rusiya  Federasiyası,  Hindistan,  Braziliya,  Argentina,  Meksika,

Türkiyə, İran kimi böyük ölkələrlə müqayisədə daha üstün mövqedədir. gətirilən

faktlar  ölkəmizdə  gəlirlərin  bərabərsizliyi  üzrə  müsbət  dinamikanın  davamlı

olduğunu deməyə əsas verir [14].



4. Vergi sisteminin gəlirlərin bərabərsizliyinə təsir istiqamətləri

Azərbaycanın  vergi  sistemində  aparılmaqda  olan  islahatlar  vergi  sisteminin

səmərəliliyini və çevikliyini yüksəltməklə yanaşı, vergi inzibatçılığı və vergidən

yayınma hallarının qarşısının alınması istiqamətində də əhəmiyyətli uğurlara nail

olmuşdur. Təsadüfi deyil ki, Dünya Bankının 2013-cü il üçün hazırladığı Doing

Buisness adlı hesabatda vergi islahatlarının səviyyəsinə görə  ölkəmiz dünya ölkələri

arasında 5-ci yerdə qərarlaşmışdır. Vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin

keyfiyyətinin və miqdarının artırılması vergi sistemində şəffaflığın təmin edilməsinə

və ödəyicilərin vergitutma ilə bağlı məsrəflərinin xeyli azalmasına şərait yaratmışdır. 

Əvvəlki bölmədə aparılan hesablamalardan məlum olur ki, əhalinin gəlirlərə görə

bərabərsizliyi 2012-ci ildə 2011-ci ilə nisbətən azalmışdır. Bu illər ərzində vergitut-

manın  heç  bir  elementində,  o  cümlədən  vergi  güzəştlərində  dəyişikliklərin  ol-

madığını nəzərə alsaq, onda vergi sisteminin gəlirlərin bərabərsizliyinə təsirini məhz

vergi xidmətlərinin yaxşılaşdırılması və vergidən yayınma hallarının daha da azal-

ması ilə əlaqələndirə bilərik. 

Fikrimizcə, vergi sisteminin gəlirlərin bərabərsizliyinə təsir istiqamətlərinə aşağı-

dakıları aid etmək olar:

 fiziki şəxslərin gəlirlərinin vergiyə cəlb edilməsində çoxdərəcəli şkalanın tət-

biqi;

 azgəlirli və sosial baxımdan daha zəif mövqedə olan şəxslərə (əlillər, ailədə



üç və daha çox uşağın olması, əmək qabiliyyətini qismən və ya tam itirmiş in-

sanlar, müharibə və əmək veteranları, adam başına düşən gəlirləri yaşayış

minimumundan az olan ev təsərrüfatları və s.) verilən vergi güzəştlərinin daha

da gücləndirilməsi və ya yeni güzəştlərin tətbiqi;

 fiziki şəxslərin gəlirlərinin bütün növləri üzrə (sahibkarlıq fəaliyyətindən gəlir-

lər istisna olmaqla) vergi dərəcələrinin gəlirlərin miqdarına görə diferensi-

asiyasının təmin edilməsi;

 fiziki şəxslərin gəlir vergisi üzrə vergi güzəştlərinin səmərəliliyinin və ünvan-

lılığının təmin edilməsi üçün bu güzəştlərdən istifadənin uçotu üzrə müvafiq

sistemin qurulması; 

6/2013

78



İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova

GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...

 əmlak, torpaq və yol vergisinin tətbiqində diferensial yanaşmanın daha da güc -

ləndirilməsi;

 zinyət  əşyalarının,  dəbdəbəli  malikanələrin,  bahalı  avtomobil  və  digər

nəqliyyat vasitələrinə tətbiq edilən ƏDV və aksiz vergisinin yüksəldilməsi;

 əhalinin gəlir mənbələrinin artması üçün investisiyaların vergilər vasitəsilə

stimullaşdırılmasının daha da gücləndirilməsi;

 gəlirlərin vergidən yayındırılması hallarının tamamilə aradan qaldırılması üçün

vergi inzibatçılığının imkanlarının artırılması və səmərəli istifadəsi və s.



5. Nəticə

Hesablamaların nəticələrinə görə Azərbaycanda gəlirlərin konsentrasiyası əmsalı

(Cini əmsalı) 2012-ci ildə əhalinin  desil qrupları üzrə 0,375, kvintil qrupları üzrə

isə 0,301 səviyyəsində olmuşdur. Müstəqilliyinin və bazar prinsipləri üzərində qu-

rulmuş  iqtisadi  sisteminin  cəmi  22  yaşı  olmasına  baxmayaraq, Azərbaycan  bu

göstərici üzrə iqtisadi potensialına və miqyasına görə xeyli güclü olan ölkələrlə

müqayisədə daha yaxşı mövqedədir. 

Əhalinin gəlirlərə görə diferensiasiyanın desil əmsalı 8,860, kvintil əmsalı isə

4,627 olmuşdur.  Ölkəmizin bu göstəriciləri qonşu Rusiyanın müvafiq göstəriciləri

ilə müqayisədə müvafiq olaraq 1,7 və 1,8 dəfə aşağıdır. Cini və fond əmsallarının

2011 və 2012-ci illər üzrə alınan qiymətlərinin müqayisəsi gəlirlərin bərabərsiz -

liyinin və diferensiasiyasının azalmasını göstərməklə yanaşı, ölkəmizdə aparılmaqda

olan sosial-iqtisadi siyasətin səmərəli olması barədə fikir söyləməyə əsas verir. Bu

illər ərzində əhalinin 50-80 %-lik qruplarının ümumi gəlirdə paylarının daha çox

artması  ölkəmizdə  orta  təbəqənin  formalaşması  və  inkişafı  barədə  fikirləri  səs-

ləndirməyə imkan verir. Digər tərəfdən, əhalinin ən az təminatlı qrupunun ümumi

gəlirdə payının artması, ən təminatlı qrupun müvafiq göstəricisinin isə azalması ic-

timai rifahın yüksəlməsini göstərir. Belə ki, əlavə 1 manatın faydalılıq həddi yox-

sulluq həddində yaşayan insanlar üçün varlı insanlara nisbətən çox böyükdür.

Avropa Birliyinin bir sıra inkişaf etmiş ölkələrində Cini və diferensiasiya əmsal-

larının daha aşağı olması faktı ölkəmizdə də həmin göstəricilərin azalması poten-

sialının olduğunu göstərir.

gəlirlərin bərabərsizliyinin azaldılması üzrə vergitutma amillərini iki qrupda bir-

ləşdirmək olar: fiziki şəxslərin bütün gəlirlərinin (sahibkarlıq fəaliyyətindən gəlirlər



istisna olmaqla) proqressiv qaydada vergiyə cəlb edilməsi və vergidən yayınma hal-

larının aradan qaldırılması. Fikrimizcə, birinci istiqamət üzrə aparılan tədqiqatların

əsas vəzifəsi gəlirin səviyyəsindən asılı olaraq vergi dərəcələrinin diferensiallaşdırıl-

masının müəyyən edilməsi ola bilər. Fiziki şəxslərin əmlak, torpaq və yol vegiləri

üzrə, o cümlədən aksizlər üzrə də müvafiq tədqiqatların aparılmasına zərurət var.

6/2013

79



Ədəbiyyat siyahısı

1. Подузов А.А., Кукушкин Д.К. (2004). Индивидуальное благосостояние и его изме-

рение  //  Журналь  проблемы  прогнозирования,  №2,  119  с.  (A.A.Poduzov,

D.K.Kukuşkin. (2004). Fərdi rifah və onun ölçülməsi // Proqnozlaşdırma problemləri

jur nalı.  №2, 119 s.)

2. Гальперин В.М. (2004). 50 лекций по микроэкономике. Лекция 44 «Перераc-пре-

деления  доходов»  http://50.economicus.ru/index.php?ch=5&le=44&r  =2  &z=1

(Qalperin V.M. (2004). Mikroiqtisadiyyat üzrə 50 mühazirə. 44-cü mühazirə “Gəlirlərin



təkrar bölgüsü”)

3. Феоктистов Д.В. (2002). Методология оценки уровня  и качества жизни населения

// Налоги. Инвестиции. Капитал. №3-4, с. 21 (Feoktistiv D.V. (2002). Əhalinin həyat

səviyyəsinin qiymətləndirilməsi metodologiyası // Vergilər. İnvestisiyalar. Kapital. №3-

4, s.21)

4. Предложения по совершенствованию модельного набора социальных индикаторов

для оценки уровня жизни населения. (2003). // Вопросы статистики. №7. с.36-37

(Əhalinin həyat səviyyəsinin qiymətləndirilməsi üçün sosial indikatorların model toplusu-



nun təkmilləşdirilməsi üzrə təkliflər. (2003). // Statistikanın sualları.  №7. s. 36-37)

5. Долан Э.Дж., Линдсей Д. (1992). Рынок: микроэкономический модель // Пер. с англ.

В.Лукашевича и др.; Под общ. ред. Б.Лисовика и В.Лукашевича.  С.-Пб., 596 с., с.

448-454 (Dolan E.C., Lindsey D. (1992). Bazar: mikroiqtisadi model // V.Lukaşeviçin



və başqalarının ingilis dilindən tərcüməsi; B.Lisovik və V.Lukaşeviçin ümumi redaktəsi

ilə. S-Pb., 596 s., s. 448-454)

6. www.azstat.gov.az – Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin saytı.

7. Фишер С. (1995). Экономика: Пер. с англ. cо 2-го изд. // С.Фишер, Р.Дронбуш,

Р.Шмалензи. Москва: Дело ЛТД, 864 с., с. 445-446, 665, (Fişer S.(1995). İqtisadiyyat.



İngilis dilində 2-ci nəşrdən tərcümə // S.Fişer, R.Dronbuş, R.Şmalenzi. Moskva:Delo Ltd,

864 s., s.445-446, 665)

8. Болезни роста? Индекс устойчивого экономического благосостояния для Соеди-

ненного Королевства 1950-1990 годы. (1995). // Вестник «Зеленое спасение». Вы-

пуск  3.  Устойчивое  развитие:  к  истории  концепции.  Алматы,  с.66-72  (Artım



xəstəliyi? 1950-1990-cı illərdə Birləşmiş Krallıq üçün dayanıqlı iqtisadi rifah indeksi.

(1995). // “Yaşıl qurtuluş” 3-cü buraxılış. Dayanıqlı inkişaf: konsepsiyanın tarixi. Al-

maatı, s. 66-72

9. Иванов Ю.Н. (2003). О показателях экономического благосостояния.// «Вопросы

экономики», №2, с.95-101 (İvanov Y.N. (2003). İqtisadi rifah göstəriciləri barədə //

“İqtisadiyyatın sualları”, №2, s. 95-101

10.Дейли Г. (2005). Мир тесен! // В мире науки (экономика) [электронный ресурс].

Москва: 

В 

мире 



науки 

РосНОУ, 


№12. 

Режим 


доступа:

http://www.sciam.ru/2005/12/economical.shtml (Deyli Q. (2005).  Dünya dardır!// Elm



dünyasında (iqtisadiyyat) [elektron material]. Moskva: Rusiyanın Yeni Universitetinin

Elm dünyası jurnalı. №12)

İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova

GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...



6/2013

80


11.http://hdr.undp.org/en/media/HDR_2013_summary_RU.pdf  -  BMT-nin  İnkişaf  Pro-

qramının saytından.

12.http://www.mt5.com/ru/prime_news/fullview/527- Forex Trading Portal – Foreks Ticarət

Portalının saytı.

13.www/gks.ru/free_doc/new_site/population/urow/urow_32ghtm – Rusiya Federasiyasının

Dövlət Federal Statistika Xidmətinin saytı

14.http://www.nationmaster.com/graph/eco_dis_of_fam_inc_gin_ind-distribution-family-

income-gini-index.



Сейфуллаев Ильгар Зульфигар оглы

д. ф.э.н, доц., Учебный Центр Министерства Налогов 



Раджабов Бала Али Али оглы

д.ф.ф.-м.н., старший научный сотрудник, Учебный Центр Министерства Налогов



Расулова Гюльназ Баба гызы

научный сотрудник, Учебный Центр Министерства Налогов



Неравенство доходов и налоговые факторы его уменьшения

Аннотация 

Цель исследования – оценка неравенства доходов в Азербайджане и на этой

основе определение направлений влияния налогообложения на его уменьше-

ние. 

Методология исследования – статистический анализ, логическое обобщение

и кривая Лоренца.



Результаты исследования – оценено неравенство доходов в Азербайджане,

даны предложения для его большего   уменьшения, связанные с налогообло-

жением.

Ограничения исследования – недостаточность информационного и методо-

логического обеспечения для выявления связей между налогообложением и

неравенством доходов. 

Практическая значимость исследования – возможность использования в

качестве научного источника при определении налоговых мероприятий, нап -

равленных на уменьшение неравенства доходов.

Оригинальность и научная новизна исследования – на основе анализа и

оценки неравенства доходов выдвинуты соответствующие предложения по на-

логообложению.

Ключевые слова: неравенство доходов, коэффициент Джини, налоговая

политика.

81

İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova

GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...



6/2013


Seyfullayev ılgar zulfigar oglu

ass. prof., Training Center of Ministry of Taxes of the Republic of Azerbaijan 



rajabov Bala Ali Ali oglu

ass. prof., Training Center of Ministry of Taxes of the Republic of Azerbaijan



rasulova gulnaz Baba oglu

Training Center of Ministry of Taxes of the Republic of Azerbaijan



An inequality of the income and taxes factors for its reduction

Abstract

Purpose – assessment of an inequality of the income in Azerbaijan and definition

of the influence directions of the taxation on its reduction.



Design/methodology – statistical analysis, logical generalization and Lorentz's

curve.


Findings – the inequality of the income in Azerbaijan is estimated, offers for its

reduction connected with the taxation are given.



Research limitations – insufficiency of information and methodological support

for identification of relations between the taxation and an inequality of the income.



Practical implications – possibility of use as a scientific source for definition of

the tax actions directed on reduction of an inequality of the income.



Originality/value – on the basis of the analysis and an assessment of an inequality

of the income the relevant proposals on the taxation are put forward.



Keywords: inequality of the income, Gini coefficient, tax policy

JEl Classification Codes: D31, H2, H71

Məqalə redaksiyaya daxil olmuşdur: 11.10.13.

Təkrar işlənməyə göndərilmişdir: 18.10.13.

Çapa qəbul olunmuşdur: 12.12.13.



82

İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova

GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...



6/2013

Yüklə 164,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə