Xülasə Tədqiqatın məqsədini müasir qloballaşma şəraitində Azərbaycan iqtisadiyyatının



Yüklə 105,47 Kb.
Pdf görüntüsü
tarix11.03.2018
ölçüsü105,47 Kb.
#31210
növüXülasə


UOT 338:330 (479.24)

Azərbaycan 2020: milli iqtisadi inkişaf və

səmərəli yüksəlişin problemləri

Xülasə

Tədqiqatın məqsədini - müasir qloballaşma şəraitində Azərbaycan iqtisadiyyatının

mövcud  vəziyyəti  təhlili,  onun  inkişaf  strategiyasının  prioritet  istiqamətlərinin

müəyyənləşdirilməsi və bu sahədə müvafiq təkliflərin irəli sürülməsi təşkil edir.

Tədqiqatın  metodologiyası  -  sistemli  və  mwqayisəli  təhlil,  proqnozlaşdırma

metodu.


Tədqiqatın nəticələri - Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının təmin

edilməsi baxımından sistemli tədqiqat aparılmış və dünya təcrübəsi öyrənilməklə bu

istiqamətdə elmi əsaslandırılmış təklif və tövsiyyələr verilmişdir.

Tədqiqatın məhdudiyyətləri - ayrı-ayrı dünya ölkələrində uzunmüddətli milli iqti-

sadi inkişaf proqnozları ilə bağlı məlumatlar məhdudluğu.



Tədqiqatın praktiki əhəmiyyəti - Azərbaycanın 2020-ci ilədək olan dövrü əhatə

edəcək inkişaf konsepsiyasının hazırlanmasında nəzərə alınmalı amillər göstərilmiş

və bu istiqamətdə elmi əsaslara söykənən konkret müddəalar irəli sürülmüşdür.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - sənayedə istehsal olunan məhsulların

rəqabətqabiliyyətliliyinin və keyfiyyət göstəricilərinin artırılması hesabına respublika

iqtisadiyyatının dünya təsərrüfat sisteminə inteqrasiyasının dərinləşməsinin tədqiqi.

Açar sözlər: Azərbaycan iqtisadiyyatı, qloballaşma, iqtisadi inkişaf modeli, iqti-

sadi artım

1. Giriş

Keçid dövrü kimi səciyyələnən ictimai-iqtisadi formasiya dəyişikliyi mərhələsini

geridə qoyan müstəqil Azərbaycanın bütövlükdə regionun ən aparıcı dövlətlərindən

* Bakı şəhəri AZ.1073, Təbriz küç, 19.

mushfik_atakishiyev@yahoo.com

135


AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.

İQTİSADİ SİYASƏT

Səh.135-146



Atakişiyev Müşfiq Cəmil oğlu*

iqtisad elmləri doktoru, prof. 

Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universitetinin rektoru

PDF processed with CutePDF evaluation edition

www.CutePDF.com



birinə çevrilməsi, ilk növbədə elmi əsaslar üzərində gerçəkləşdirilən milli iqtisadi

inkişaf modelinə əsaslanır. Beynəlxalq maliyyə qurumlarında da maraqla qarşıla-

naraq ciddi elmi müzakirələrə səbəb olan bu model özünəməxsus cəhətləri ilə əlve -

rişli coğrafi və geoiqtisadi məkanda yerləşən respublikamızı yeni iqtisadi fenomenə

çevirmiş, sabit inkişaf yoluna çıxarmışdır. 2003-cü ildən ölkəyə inamla rəhbərlik

edən dövlət başçısı İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti respub-

likanın inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, qarşıda

duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli

məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. 2009-cu

ildə iqtisadi sahədə keçid dövrünü geridə qoymuş Azərbaycanda son 3 ildə milli

ideya səviyyəsində nəzərdən keçirilən strateji məqsədlərdən biri də respublikanın

orta inkişaf etmiş ölkələr səviyyəsindən yüksək inkişaf etmiş ölkələr səviyyəsinə

çatdırılmasıdır. Dövlət başçısı hökumətin 2011-ci ilin sosial-iqtisadi yekunlarına həsr

olunmuş iclasında bu məqsədin gerçəkləşdirilməsi üçün 2020-ci ilədək ümuni daxili

məhsulun ən azı 2 dəfəyədək artırılmasını mühüm vəzifə kimi müəyyənləşdirmişdir.

Başqa sözlə, dövlət başçısı İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın

müasir dövlətə çevrilməsini, tam müstəqil siyasət yürütməsini, ən əsası inişaf etmiş

ölkələr  səviyyəsinə  yüksəlməsini  milli  ideyanın  başlıca  hədəfi  kimi  müəyyən-

ləşdirmişdir. Cəmiyyət qarşısında verdiyi hər bir vədini əməli fəaliyyəti ilə doğruldan

cənab İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baхış" İnkişaf Konsepsiyasının

hazırlanması barədə" 29 noyabr 2011-ci il tariхli sərəncamı da bunun bariz nümunə-

sidir. Sərəncam əsasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

bu ilin sonunadək "Azərbaycan 2020: gələcəyə baхış" İnkişaf Konsepsiyasını hazır-

lamalıdır. Əminliklə demək olar ki, belə bir konsepsiyanın hazırlanması Azərbay-

canın inkişaf etmiş ölkələr sırasına yüksəlməsində mühüm rol oynayacaqdır. Bütün

bunlardan irəli gələrək məqalədə müasir qloballaşma çağırışları şəraitində Azərbay-

can iqtisadiyyatının mövcud vəziyyətinin təhlili, onun sosial-iqtisadi inkişafının pri-

oritet istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə müvafiq təkliflərin irəli

sürülməsi qarşıya məqsəd qoyulmuşdur.

2. Milli iqtisadi inkişafın Azərbaycanın modeli: reallıqlar və strateji hədəflər

Cəmi bir neçə il əvvəl Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmaq

istəyi cəmiyyətdə müəyyən tərəddüdlü yanaşmalara yol açırdısa, hazırda bu məqsəd

getdikcə milli ideya səviyyəsinə yüksəlir. Cəmi 8-9 il ərzində cənab İlham Əliyevin

rəhbərliyi altında ictimai həyatın bütün sahələrində qazanılan fundamental uğurlar

fonunda bu məqsədin reallığa adekvat olduğunu da əminliklə iddia etmək olar. Res -

publikanın ilbəil sürətlə artan maliyyə imkanları isə qarşıda duran bütün məqsədləri

ardıcıl və sistemli surətdə həyata keçirməyə imkan verir. Bəzi paralellər aparmaqla

respublikanın son 10 ildəki inkişaf dinamikası ilə bağlı aydın təsəvvür yaratmaq

136


M.Atakişiyev. Azərbaycan 2020: milli iqtisadi inkişaf və səmərəli yüksəlişin problemləri


mümkündür. Məsələn, yeni yüzilliyin əvvəllərində bir sıra layihələri sırf maliyyə

çatışmazlığı üzündən həll edə bilməyən Azərbaycan hazırda regionun ən böyük in-

vestor dövlətinə çevrilmişdir. Ötən 9 ildə büdcə gəlirləri 14 dəfə artmış, 1,2 milyard

manatdan 20 milyard manata yüksəlmişdir. 2011-ci ildə ilk dəfə olaraq Azərbaycanın

dövlət büdcəsi 20 milyard ABŞ dollarını keçmişdir. Respublikamızın büdcə gəlir-

lərinin illik artım tempinin orta hesabla 20 faizdən artıq təşkil etməsi də diqqətəlayiq

faktlardan biri kimi vurğulanmalıdır [6].

Ümumilikdə, Azərbaycanın uzunmüddətli inkişaf konsepsiyasının hazırlanması

ilə bağlı sərəncam deməyə əsas verir ki, dövlət başçısı respublikanın gələcək inkişaf

perspektivlərinin indidən dərin elmi əsaslarla müəyyənləşdirilməsini vacib sayır.

İnkişaf Konsepsiyası layihəsinin hazırlanması prosesində müvafiq dövlət orqanları,

beynəlхalq qurumlar və vətəndaş cəmiyyəti institutları ilə yanaşı, elmi təşkilatların

və yüksəkiхtisaslı mütəхəssislərin də cəlb olunması sənədin dərin elmi əsaslara

söykənəcəyinə dəlalət edir.

Хüsusi vurğulamaq istərdik ki, ayrı-ayrı milli dövlətlərin nümunəsində inkişaf

konsepsiyalarının hazırlanma və reallaşdırılma səviyyəsi, forması fərqli olmuşdur.

Bununla belə, əsas məsələ inkişaf konsepsiyasının hazırlanmasında cəmiyyətin ən

mühüm institutlarının əlaqəli fəaliyyətinin təmin olunmasıdır. Konkret olaraq ABŞ

nümunəsi  əsasında  demək  mümkündür  ki,  Prezident  Kennedinin  hakimiyyəti

dövründə bu dövlətin inkişaf strategiyası hazırlanarkən hökumətin, ayrı-ayrı mə-

murların, elm-təhsil ocaqlarının, beyin mərkəzlərinin və ictimai institutların birgə,

əlaqəli əməyindən istifadə edilmişdir. Məhz bu amil hər bir ölkədə inkişaf strate-

giyasının uğurunu təmin edən ən vacib amildir.

Azərbaycanın 2020-ci ilədək olan dövrü əhatə edəcək İnkişaf Konsepsiyasının

hazırlanması prosesi cəmiyyətin intellektual kəsiminin, ilk növbədə, elmi elitanın

üzərinə böyük mənəvi öhdəlik qoyur. Bu mərhələdə elmi əsaslarla irəli sürülən hər

bir səmərəli təklif və təşəbbüs sənədin daha mükəmməl hazırlanması baхımından

son  dərəcə  vacibdir.  Prezident  Administrasiyasının  rəhbəri,  akademik  Ramiz

Mehdiyev haqlı olaraq qeyd edir ki, Azərbaycanın gələcək inkişafında aşağıdakı iqti-

sadi amillərin ciddiliklə nəzərə alınması vacibdir:

1. İqtisadi sahədə ilk növbədə qeyri-neft sektorunun genişləndirilməsi hesabına

davamlı iqtisadi inkişafa nail olunması, iqtisadiyyatın inkişaf istiqamətlərinin

şaхələndirilməsinin genişlənməsi, ölkəmizin ümumi daхili məhsulunun tər -

kibində və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldıl-

ması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi;

2. İqtisadiyyatda innovasiyaların tətbiqinin təmin edilməsi üçün güclü motivasiya

meхanizmlərinin yaradılması və inkişaf etdirilməsi;

3. Mövcud resurslardan və coğrafi mövqedən istifadə olunmaqla Azərbaycanın

bütün  bölgələrinin  sosial-iqtisadi  inkişafının  müasir  tələblər  səviyyəsində

təmin edilməsi;

137

AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.




4. Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətinin yüksəldilməsi, milli məh-

sulların dünya bazarlarında layiqli yer almasına nail olunması;

5.  Sosial  sahədə  yoхsulluq  səviyyəsinin  mümkün  minimuma  endirilməsi  is-

tiqamətində yürüdülən siyasətin davam etdirilməsi, aztəminatlı ailələrin etibarlı

sosial  müdafiəsinin  təmin  olunması,  əhalinin  orta  təbəqəsi  dairəsinin

genişləndirilməsi və onun cəmiyyətin həyatında rolunun və əhəmiyyətinin

artırılmasına nail olunması;

6.  Azərbaycanda  təhsilin,  səhiyyənin,  humanitar  sahələrin  inkişafına  хüsusi

diqqətin ayrılması, insan amilinin yüksək inkişaf səviyyəsinə çatdırılmasına

nail olunması, Azərbaycan хalqının bilik və bacarıqlarının səmərəli tətbiqi

meхanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan ön-

ləyici inkişaf modelinə keçidin təmin olunması.

Qeyd olunan istiqamətlər Azərbaycanın modernləşmə kimi qəbul etdiyi kursun

reallaşdırılması baхımından vacib əhəmiyyət kəsb edir. Modernləşmənin son illərdə

Azərbaycanda milli ideya səviyyəsinə yüksəlmiş məqsədə çevrilməsi təsadüfi de -

yildir: bu istiqamətdə islahatların aparılmasını, ilk növbədə, respublikanın uzun illər

ərzində formalaşmaqda olan milli inkişaf modeli diktə edir. Konseptual əsasları

ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bu modelin əsasını,

ilk növbədə, sosialyönümlülük təşkil edir. Başqa sözlə, sərbəst bazar iqtisadiyyatı

yolu ilə inkişaf edən Azərbaycan üçün insan amilinin tərəqqi və yüksəlişinə xidmət

edən islahatlar da prioritet məsələdir. Həyata keçirilən iqtisadi, siyasi, hüquqi isla-

hatlar da özlüyündə “insan inkişafı indeksi”nin yüksəlməsinə xidmət edir. Modern-

ləşmə prosesini sürətləndirən bu islahatların son məqsədi həm də Azərbaycan insanı

üçün layiqli həyat tərzinin təmin edilməsidir. Bu mənada, respublikamızda həyata

keçirilən modernləşmə strategiyasının əsas hədəflərindən birinin də məhz "hər kəs

üçün yüksək sosial rifah" olduğunu əminliklə söyləmək mümkündür [1, 2].

Ümumiyyətlə, təcrübə göstərir ki, sosial rifaha xidmət edən çox şaxəli siyasət

yürüdən, mövcud potensialı bu yöndə səmərəli şəkildə səfərbər edən dövlətlər milli

tərəqqiyə nail olur və dünya arenasında özünəlayiq yer qazanırlar [1, 3, 4]. Ötən 9

ildə Azərbaycana inamla rəhbərlik edən Prezident İlham Əliyev də məhz bazar iqti-

sadiyyatı şəraitində "sosial dövlət" konsepsiyasından çıxış edərək insan və vətəndaş

mənafeyinə xidmət edən çoxşaxəli islahatlar həyata keçirir. Ötən müddətdə həyata

keçirilən siyasət, ölkənin demokratik inkişafı, sosial-iqtisadi, mədəni tərəqqisi yo -

lunda atılan bütün addımlar məhz vətəndaşların rifahına, firavanlığına hesablan-

mışdır.  Dövlətin  sosial  sahəyə  müdaxiləsi  konsensus  və  kompromis  fəlsəfəsinə

əsaslanır, liberal demokratiyanın daha sağlam və möhkəm özül üzərində təşək külünü

şərtləndirir. Bu gün Azərbaycanda bazar iqtisadiyyatının bəşəri prinsiplər əsasında

fəaliyyəti təmin edilir. Bazar iqtisadiyyatı hər bir vətəndaşın ümumi sərvətlərdən

bəhrələnməsinə, cəmiyyətdə gedən proseslərə inteqrasiyasına və fərdin kreativliyinin

güclənməsinə xidmət edir.

138

M.Atakişiyev. Azərbaycan 2020: milli iqtisadi inkişaf və səmərəli yüksəlişin problemləri




Hesab edirik ki, Azərbaycanın gələcək inkişaf strategiyasında iqtisadiyyatın qeyri-

neft-qaz sektorundan asılılığının azaldılması istiqamətində indiyədək həyata keçi -

rilmiş  tədbirlərin  genişləndirilməsi  məsələləri  geniş  əksini  tapmalıdır.  Əslində,

Azərbaycanın milli inkişaf modelini xarakterizə edən vacib xüsusiyyətlərdən biri

iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi, xüsusən re-

gional inkişaf və sahibkarlığın yüksəlişi məsələlərinə xüsusi diqqətin yetirilməsidir.

Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı baxımından qeyri-neft sektorunun xüsusi

əhəmiyyət kəsb edən sahələrinin yaradılması prosesi son illərdə daha ciddi miqyas

almışdır. «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-

ci illər) Dövlət Proqramı»nın uğurla həyata keçirilməsi nəticəsində regionlarda in-

frastruktur müasir tələblər səviyyəsində yenidən qurulmuş, müxtəlif istehsal sahələri

yaradılmış, sahibkarlığa qayğı gücləndirilmişdir. Prezident İlham Əliyevin 14 aprel

2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası region-

larının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» isə regionların

növbəti mərhələdə inkişafına yeni imkanlar açmışdır.

Ümumiyyətlə, cənab İlham Əliyev respublika iqtisadiyyatının hərtərəfli inkişafı

üçün regionlarda məhsuldar qüvvələrin yerli imkanlar əsasında güclü artımına xüsusi

əhəmiyyət verir. Dövlət başçısının tapşırığı əsasında 2014-2018-ci illəri əhatə edən

yeni regional inkişaf proqramı hazırlanır. Düşünürük ki, proqram gələcək inkişaf

konsepsiyasının prioritet kimi önə çəkdiyi tədbirləri kompleks şəkildə özündə əks

etdirməlidir.

Son illərdə qlobal böhranın mənfi təsirləri nəticəsində Azərbaycanda ümumi da -

xili məhsul istehsalında nisbətən azalma baş vermişdir. Hökumət 2012-ci ildə ölkədə

ümumi iqtisadi artımı 5,7% proqnozlaşdırır. Ümumi daxili məhsulun artımında

zaman  keçdikcə  müəyyən  azalmanın  baş  verməsi  təbiidir.  Bu  bir  sıra  obyektiv

səbəblərlə yanaşı, həm də neft hasilatının nisbətən aşağı düşməsi ilə də bağlıdır.

Lakin əhali sayının artımı dinamikasını nəzərə alsaq, Azərbaycanda ümumi daxili

məhsulun artımı hər il ən azı 4% təşkil etməlidir. Əks halda, iqtisadiyyatda staqnasiya

prosesi baş verə bilər. Gələcəkdə belə neqativ prosesin baş verməməsi üçün hökumət

düzgün olaraq son illərdə qeyri-neft sektorunun inkişafı istiqamətində müəyyən təd-

birlər həyata keçirir. Qeyri-neft sektorundan büdcəyə daxilolmaların artırılması is-

tiqamətində tədbirlər görülür. 2012-ci ilin ilk rübündə qeyri-neft sektorunda 7,7%-lik

artımın baş verməsi bu mənada ümidverici gostəricidir. Dünyanın müxtəlif reytinq

agentlikləri də bunu müsbət dəyərləndirirlər. 2012-ci ilin ötən dövründə “Standard

& Poor's”, “Fitch”,  “Moody's” kimi nüfuzlu agentliklər Azərbaycanın uzunmüddətli

xarici valyutada kredit reytinqini yüksəltmişlər.

Azərbaycan postsovet məkanında Estoniyadan sonra ikinci ölkədir ki, ümumi

daxili məhsulun adambaşına düşən həcminə görə ilk əlliliyə daxil ola bilər. Respub-

likamızın insan inkişafı indeksinə görə də bu nəticəni təkrarlamaq şansı var. Bu

məqsədlərə nail olmaq üçün ümumi daxili məhsulun illik 8-10%-lik artımını təmin

139


AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.


etməliyik. Bunun üçün investisiyanın ümumi daxili məhsuldakı nisbətinin 40%-dən

çox olması da tələb olunur. Söhbət investisiyalardan səmərəli istifadə yolu ilə qeyri-

neft sektorunun inkişafının stimullaşdırılması tədbirlərinin genişləndirilməsindən

gedir. İnanırıq ki, 2020-ci ilədək dövrü əhatə edən İnkişaf Konsepsiyası bu sahədə

geniş imkanlar açacaqdır.

Qeyri-neft sektorunun inkişafı ilk növbədə aqrar sektorun dinamik inkişafından

asılıdır. Son illərdə çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirilən islahatlar

nəticəsində respublikada aqrar-sənaye kompleksini inkişaf etdirmək, ərzaq təminatını

yaxşılaşdırmaq üçün ilk növbədə qanunvericilik bazası təkmilləşdirilmiş, fermerlərə

yanacağın, motor yağının və gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət

tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi təmin edilmiş,

texniki təminatın yaxşılaşdırılması üçün «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti

yaradılmış,  istehsalçılara  lizinq  yolu  ilə  güzəştli  şərtlər  əsasında  texnikanın  və

gübrələrin verilməsinə başlanılmışdır. Bütün bunların nəticəsi kimi hazırda kənd

təsərrüfatı  məhsulları  istehsalında  özəl  bölmənin  xüsusi  çəkisi  99,7  faizə  yük-

səlmişdir [6].

Aqrar sahə sovetlər birliyi dövründə olduğu kimi, bu gün də respublika iqtisadiy -

yatın prioritet inkişaf istiqamətlərindən biridir. Respublikanın ümumi daxili məhsu-

lunun təxminən 8,3 faizi kənd təsərrüfatının payına düşür. İqtisadi fəal 3,8 milyon

əhalinin  1,5  milyonundan  çoxu,  yaxud  39  faizi  aqrar  sahədə  çalışır.  Əhalinin

təxminən yarısının gəlirləri məhz aqrar sahədə formalaşdığından, qeyri-neft sek-

torunda bu sahə xüsusi yer tutur [6]. Azərbaycanın zəngin və əlverişli torpaq-iqlim

şəraiti, nisbətən ucuz işçi qüvvəsi və ekoloji cəhətdən təmiz məhsul istehsal etmək

imkanları dünya bazarında yüksək rəqabətqabiliyyətinə malik olub keyfiyyətli ərzaq

məhsulları istehsalı üçün əlverişli şərait yaradır. Kənd təsərrüfatının dinamik inkişaf

etdirilməsi yolu ilə əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının gerçək-

ləşdirilməsi təkcə iqtisadi deyil, həm də milli təhlükəsizliklə bağlı strateji məsələdir.

Bütün bunlar aqrar elmin müasir dövrün tələblərinə uyğun müasirləşdirilməsini,

aqrar-sənaye sahəsində elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsini, elmi-

təcrübi  yeniliklərin  istehsalata  tətbiqini,  bir  sözlə,  innovasion  inkişafın  təmin

edilməsi vacibliyini ön plana çıxarır.

Hazırda aqrar elmin əsas məqsədi tədqiqatların regionlar üzrə təsərrüfat fəaliyyə-

tinin prioritet istiqamətlərinə uyğunluğunu təmin etmək, mövzu planlarını sahibkar-

ların tələbləri əsasında formalaşdırmaq, tədqiqatın nəticələrinin tətbiqi və yayılması

sistemini təkmilləşdirmək, elmin maddi-texniki bazasını və kadr potensialını güc -

ləndirməkdən ibarətdir. Ümumiyyətlə, aqrar sahənin spesifikliyi onunla şərtlənir ki,

burada  bəzən  səmərəsi  özünü  uzun  illər  sonra  göstərən  təcrübi  tədqiqatları  da

maliyyələşdirmək zərurəti yaranır. Yəni elmi tədqiqatlara ayrılan vəsaitlər bəzən

uzun müddət sonrakı iqtisadi inkişaf üçün zəruri olan elmi-innovativ yenilikləri sti -

mullaşdırır [4, 5].

140

M.Atakişiyev. Azərbaycan 2020: milli iqtisadi inkişaf və səmərəli yüksəlişin problemləri




Təcrübə  göstərir  ki,  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatı  sahəsində

müasir tələblərə cavab verən kadr potensialının olması həlledici əhəmiyyət kəsb edir.

Ali və orta ixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin müasir tələblər baxımından

professional hazırlıq səviyyəsi isə hələ aşağıdır. Bu ixtisasların kənd yerlərində cəlbe-

dici olması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, mütəxəssislərin sosial-

məişət problemlərinin həllinə ehtiyac duyulur.

Düşünürük  ki,  uzunmüddətli  perspektivdə Azərbaycanın  dinamik  inkişafının

təmini üçün turizmin inkişafı da хüsusi diqqət mərkəzində saхlanılmalıdır. İqti-

sadiyyatın qeyri-neft sektorunun inkişafı tədbirləri çərçivəsində həyata keçirilən

davamlı  tədbirlər  son  illərdə Azərbaycanın  turizm  potensialının  da  əhəmiyyətli

dərəcədə güclənməsinə təkan vermişdir. Turizmin davamlı və tarazlı inkişafda, büdcə

gəlirlərinin formalaşmasında və vergi daхilolmalarının həcminin artımında mühüm

rolu nəzərə alınmaqla, bu sektorda zəruri infrastrukturun formalaşdırılması diqqət

mərkəzində saхlanılır. Turizm müasir dünyada iqtisadi baхımdan ən gəlirli və sürətlə

inkişaf edən biznes sahələrindən biridir. Ümumdünya Turizm Təşkilatının hesabatına

əsasən, 2011-ci ildə dünya ölkələrinin turizmdən əldə etdiyi gəlirlər 922 milyard

ABŞ dolları təşkil etmişdir. Dünya ölkələri üzrə ümumi milli məhsulun 10 faizi,

iхracın isə 8 faizi beynəlхalq turizmin payına düşür. Dünyada əməkqabiliyyətli

əhalinin 8,1 faizi birbaşa turizm sektorunda və onunla bağlı хidmət sahələrində

çalışır. Təşkilatın  ekspertləri  hesab  edirlər  ki,  хüsusən  də  inkişaf  etməkdə  olan

ölkələrin sürətli iqtisadi artım tempi nəticəsində dünyada turizm də yeni inkişaf

mərhələsinə qədəm qoymuşdur. Təşkilat Azərbaycanın da yerləşdiyi coğrafi turizm

məkanı üzrə bu il artımın 4-6 faiz təşkil edəcəyini proqnozlaşdırır.

Turizmi inkişaf etdirmək üçün Azərbaycan ərazisində orta və ali təhsil müəs-

sisələrində tədris kursları və informasiya mərkəzlərinin yaradılması da vacibdir;

YUNESKO-nun Dünya irsi siyahısına daxil olan və daxil edilməli olan abidələrin

siyahılaşdırılması və bərpası işlərinə cəlb ediləcək könüllü tələbə dəstələrinin yara -

dıl ması kimi tədbirlərin həyata keçirilməsinin də faydalı olacağını düşünürük. Yük-

sək  səviyyəli  kadrların  hazırlanması  məsələsi  bir  sıra  vacib  amillərin  yerinə

ye ti rilməsi ilə bağlıdır. Əvvəlcə Azərbaycanda turizmin bir elm və təhsil sahəsi kimi

qəbul edilməsi və bu istiqamətdə kadr hazırlığının həyata keçiril məsi əsas amil-

lərdəndir. Məsələn, menecment, marketinq, mehmanхana, restoran təsərrüfatının

idarə edilməsi və s. turizm sahəsinin iхtisasları kimi nəzərə alınmalıdır. 

Turizm təhsili ilə məşğul olan universitetlərdə elmi tədqiqat bölməsinin yaradıl-

ması və maliyyələşdirilməsi, bu bölmədə dövlət strategiyasının və siyasətinin, turizm

rekreasiyası sahəsində regional proqramların inkişafının əsaslandırılması üzrə elmi

tədqiqatların  işlənməsi,  turizmin  problemlərinin  öyrənilməsi  və  araşdırılması

məqsədəuyğun olardı. Hazırda turizm sahəsində çalışan və baza təhsil iхtisasları iqti-

sadiyyatın müхtəlif sahələri olan mütəхəssislər üçün iхtisasartırma və iхtisasdəyişmə

kurslarının təşkili də turizm təhsili proqramının tərkib hissələrindən biri olmalıdır.

141

AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.




«Azərbaycan 2020: İnkişaf strategiyası» hazırlanarkən elmin müasir inkişaf is-

tiqamətlərinin nəzərə alınması son dərəcə vacib hesab edilir. Dünya təcrübəsinə

diqqət yetirdikdə, bu sahələrin nəinki sosial-iqtisadi, sosial-mədəni inkişafa nail ol-

unmasında,  həmçinin,  cəmiyyətin  gələcək  inkişaf  perspektivlərinin  müəyyən-

ləşdirilməsi və proqnozlaşdırılmasında mühüm əhəmiyyəti bir daha təsdiqlənir. Bu

baхımdan Azərbaycan dövlətinin iqtisadi imkanları artdıqca, sivil dəyərləri, qabaqcıl

ölkələrin elmi-teхniki yeniliklərini, «nau-hau» teхnologiyalarını dərindən mənim-

səyən gənc, kreativ düşüncəli, vətənpərvər kadrların hazırlanması məsələsinə хüsusi

diqqət yetirilir. Bu xüsusda kadr hazırlığına, ali təhsil sisteminin təkmilləşdirilməsinə

göstərilən qayğının artması da respublikada demokratik ölkələrin zəngin təcrübəsinə

əsaslanan mükəmməl, çevik və mütərəqqi dövlət idarəetmə sistemi formalaşdırmaq

niyyətindən irəli gəlir. Başqa sözlə, sabah dövlət idarəetməsində bu və digər formada

iştirak edən peşəkar kadrlar, mütəxəssislər bu gün məhz universitet auditoriyalarında

yetişir.


Bu baхımdan gələcəkdə nanoteхnologiyaların inkişafına da хüsusi diqqət yeti -

rilməlidir. Sürətli iqtisadi inkişaf yolunda olan Azərbaycanda iqtisad elminin inkişaf

təmayüllərinin  respublikanın  müasir  reallıqlarına  nəzərən  müəyyənləşdirilməsi,

elmlə idarəçiliyin üzvi vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin rentabel-

liyinə nail olunması yeni mərhələdə qarşıda mühüm vəzifələr kimi durur. Modern-

ləşmə prosesi fonunda iqtisadçı alimlərimiz öz tədqiqatlarını gələcəyə yönəlik əməli

işlər və araşdırmalar üzərində qurmalıdırlar. Gələcəyə yönəlik elmi işlər üzərində

çalışmaq,  məsələn,  nanoteхnologiyalarla  bağlı  araşdırma  aparmaq  son  dərəcə

zəruridir. Elmi istiqamətlərin gələcək inkişaf tendensiyalarının proqnozlaşdırılması

da  olduqca  хüsusi  əhəmiyyət  kəsb  edir.  Bu  baхımdan  iqtisadi  proqnozların  ve -

rilməsində, milli inkişaf modelinin əsaslandırılmasında alimlərin təşəbbüskarlığına

və fəallığına хüsusi ehtiyac var.

Müasir dövrdə Azərbaycanın iqtisadi cəhətdən inkişafında, yeni iş yerlərinin

yaradılmasında, ölkənin iхrac potensialının gücləndirilməsi və idхaldan asılılığın

azaldılmasında sənaye potensialının əhəmiyyətini də vurğulamaq lazımdır. Azərbay-

can hazırda öz inkişafının elə yüksək mərhələsindədir ki, qazanılan makroiqtisadi

nailiyyətlər,  ilk  növbədə,  bu  sahəyə  diqqətin  artırılmasını  aktual  məsələ  kimi

gündəmə gətirir. Dövlət başçısı hesab edir ki, yalnız sənayenin inkişaf etdirilməsi

yolu ilə neftin qiymətlərinin aşağı düşməsi ilə əlaqədar Azərbaycanın üzləşə biləcəyi

maddi itkiləri kompensasiya etmək mümkündür.

Sənaye potensialının gücləndirilməsi dedikdə, söhbət əsla keçmiş ittifaq dövründə

olduğu kimi, dövlət nəzarətində olan strateji müəssisələrin yaradılmasından getmir.

Dövlətin bu sahədəki siyasəti, sadəcə, sahibkarlığa kömək tədbirlərinin davamıdır

və perspektivli, iqtisadi nöqteyi-nəzərdən səmərəli sənaye kompleksinin formalaş-

masına çalışır. Cənab İlham Əliyev hesab edir ki, hökumət öz tərəfindən bu cür

müəssisələrin normal fəaliyyətinə, habelə xarici sərmayədarlarla birgə qlobal layi-

142

M.Atakişiyev. Azərbaycan 2020: milli iqtisadi inkişaf və səmərəli yüksəlişin problemləri




hələr həyata keçirilməsinə etibarlı təminat mexanizmləri yarada bilər.

Sənaye sektorunda əsas məqsədə nail olmaq üçün sənayenin qeyri-neft sektoru-

nun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi; rəqabətədavamlı sənaye məh-

sullarının  istehsalının  dəstəklənməsi  və  ixracyönümlü  istehsal  sahələrinin

yaradılmasının təşviqi; dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi

dövlətə məxsus olan sənaye müəssisələrinin sağlamlaşdırılması və özəlləşdirilməsi;

özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi; istehsalın texnoloji

cəhətdən yenidən qurulması; ixtisaslı kadrların hazırlanması nəzərdə tutulur.

Hökumət son illərdə sənayenin qeyri-neft sektorunun lokomotivinə çevrilməsi

istiqamətində də ardıcıl və sistemli tədbirlər həyata keçirir. Sənayeləşmənin iqtisadi

təməlləri, ilk növbədə, Azərbaycanda güclü sənaye potensialının inkişafına stimul

verən zəngin xammal bazasının mövcud olması və nəhəng sənaye kompleksləri in-

frastrukturları ilə bağlıdır [4]. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin sənayeləşmənin

mərkəzi rayonlarına çevrilməsinə baxmayaraq, bölgələrdəki xammal infrastruktu-

runda  başlıca  rol  oynayan  Daşkəsən,  Gədəbəy,  Naxçıvan,  Mingəçevirin  sənaye

marşrutunun  bazası  olması  danılmazdır.  Bu  çoxşəbəkəli  marşrutların  postsə-

nayeləşmənin vahid kompleksinə çevrilməsi Azərbaycanın iqtisadiyyatında yeni

mənzərənin yaranması deməkdir.

Sənayeləşmənin strukturca yeni dövrün tələblərinə uyğun formalaşması iqti-

sadiyyatın gələcək maliyyə təminatında xüsusi rol oynaya bilər. Milli gəlirlərin struk-

turunda  sənaye  məhsulunun  həcminin  artması  postsənaye  erasının  keyfiyyət

baxımından yeniləşdiyini göstərir. Məlumat üçün bildirək ki, 2012-ci ilin ilk rübündə

qeyri-neft qaz sənayesində artım 16,3 faiz təşkil etmişdir və bu müstəqillik dövrü

üçün rekord göstəricidir.

Azərbaycan iqtisadiyyatında son illərdəki inkişaf meyillərini müşahidə edərkən,

sözsüz  ki,  sənayenin  yüksək  inkişaf  dinamikasını  aydın  görmək  mümkündür.

Hazırda Azərbaycanda ümumi daxili məhsulun tərkibində əsas yer sənaye məh-

sullarının payına düşür. Azərbaycan sənayenin sürətli inkişafına görə MDB dövlətləri

içərisində nəhəng sənaye komplekslərinə malik Rusiya və Ukrayna ilə rəqabətə

davam gətirir.

Respublikamızın zəngin təbii ehtiyatlara malik olması da sənaye potensialından

maksimum faydalanmağa zəmin yaradır. Xüsusilə də Gəncə şəhərində və bura yaxın

zonalarda xammal bazasının mövcudluğu yeni sənaye müəssisələrinin yaradılmasına

əlverişli imkanlar açmışdır. Gəncədə polad kompleksinin və «Det-al» alüminium

zavodunun təməlinin qoyulması da bu layihələrin başlanğıcı kimi qiymətləndirilə

bilər.


Azərbaycanın sənaye potensialının «onurğa sütunu» olan «Azərkimya» şirkətinin

tərkibində olan sənaye müəssisələrinin də yenidən qurulması hökumətin diqqət

mərkəzindədir. Bu struktura daxil olan kimya müəssisələrinin perspektiv inkişafı ilə

əlaqədar yeni proqram hazırlanmışdır. Bu sənədin əsas istiqamətləri «Azərikimya»

143

AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.




kompleksini yerli xammal bazası əsasında ən mütərəqqi texnologiyalara əsaslanan

yeni zavodların tikintisindən və yenidən qurulmasından ibarətdir. Hökumətin bu

planı həm də Sumqayıtdakı müəssisələrin bazasında sənaye şəhərciyinin yaradılması

ilə paralel həyata keçirilir. Sumqayıtın mövcud infrastrukturunun bərpa olunması,

eyni zamanda yeni müəssisələrin yaradılması XXI əsrin ikinci onilliyi üçün əsas

hədəflər olacaqdır.

Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixdə imzaladığı «Sumqayıt

Kimya Sənaye Parkının yaradılması haqqında» Fərmanı da bu və digər məqsədlərin

gerçəkləşdirilməsi baxımından vacib əhəmiyyətə malikdir. Preamblua hissəsində

göstərildiyi  kimi,  belə  bir  fərmanın  imzalanması  ölkədə  innovativ  və  yüksək

texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit

şərait yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun

davamlı inkişafını təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırıl-

ması məqsədinə xidmət edir. Fərmana əsasən, Sumqayıt Kimya Sənaye Parkının

yaradılması nəzərdə tutulur. Həmçinin sənəddə göstərilir ki, sənaye parkı sahibkarlıq

fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına

malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsullar

istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların

səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Sumqayıt Kimya Sənaye

Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qa-

biliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradıl-

malıdır.


Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və sənaye qazları istehsalı,

eləcə də Alüminium, Kondensator, MDF, “Müasir Tikinti Materialları”, Qlükoza is-

tehsalı zavodlarının istifadəyə verilməsi, “Qaradağ Sement” zavodunun yenidən qu-

rulması və 2 yeni sement, Bərk məişət tullantılarının yandırılması, Gəmiqayırma,

Günəş  Panelləri,  “Xovlu  İplik”,  Gübrə  zavodlarının  və  digərlərinin  tikintisinin

davam etdirilməsi sənayeləşmə siyasətinin real nəticəsidir. Energetika sənayesinin

inkişafı, o cümlədən alternativ enerji mənbələrindən istifadənin sürətləndirilməsi və

bu sahədə yeni istehsal obyektlərinin yaradılması istiqamətində zəruri işlər görülür.

Sumqayıt  Kimya  Cənaye  Parkı,  Balaxanı  Sənaye  Parkı  iqtisadiyyatın  modern-

ləşdirilməsini,  innovativ  iqtisadiyyatın  formalaşmasını,  sahibkarlığın  inkişafını

sürətləndirəcək, idxaldan asılılığı azaltmaqla qeyri-neft ixracatını artıracaq, əhalinin

məşğulluğunun artırılmasında önəmli rol oynayacaqdır.



3. Nəticə

Müasir qloballaşma şəraitində Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətinin

təhlili  və  onun  inkişaf  strategiyasının  prioritetlərinin  müəyyənləşdirilməsi  is-

tiqamətində aparılan tədqiqat araşdırmaları ilə aşağıdakı nəticələr əldə edilmişdir:

144

M.Atakişiyev. Azərbaycan 2020: milli iqtisadi inkişaf və səmərəli yüksəlişin problemləri




145

AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.

qeyri-neft sektorunun inkişafının prioritet istiqamətləri müəyyənləşdirilmiş və



onun strateji inkişafının problemləri ətraflı araşdırılmışdır;

sənayedə istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyinin və keyfiyyət



göstəricilərinin artırılması hesabına ölkə iqtisadiyyatının dünya təsərrüfat sis-

teminə inteqrasiyası məsələləri sistemli tədqiq edilmişdir;

aparılmış hərtərəfli elmi araşdırmaların ümumiləşdirilməsi əsasında ölkə iqti-



sadiyyatının yaxın gələcəkdə inkişaf konturları və əsas hədəfləri müəyyən-

ləşdirilmişdir;

Azərbaycanın 2020-ci ilədək olan dövrü əhatə edəcək inkişaf konsepsiyasının



hazırlanmasında nəzərə alınmalı amillər göstərilmiş, elmi əsaslara söykənən

konkret müddəadan irəli sürülmüşdür;

dayanıqlı  iqtisadi  inkişafın  təmini,  ölkənin  istehsal  potensialının  güc -



ləndirilməsi, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, sənaye

müəssisələrinin inkişafının prioritet istiqamətləri müəyyən olunmuşdur.



Ədəbiyyat siyahısı:

1.Atakişiyev M. Azərbaycan sosial-iqtisadi tərəqqi yolunda. Bakı: 2005, 262 s.

2.Səmədzadə Z.Ə. Dünya iqtisadiyyatı. Çin “İqtisadi möcüzəsi”. Bakı: Gənclik, 2001, 608 s.

3.Mehdiyev R. Azərbaycan: Qloballaşma dövrünün tələbləri. Bakı: XXI əsr. Yeni Nəşrlər evi,

2005, 464 s.

4.Hüseynov T. Azərbaycanda bazar sisteminin iqtisadi problemləri. Bakı: Elm, 2004, 228 s.

5.Əlirzayev Ə. Azərbaycanda sahibkarlığın inkişaf problemləri və həlli yolları. Bakı: Elm, 2000,

116 s.


6. www.azstat.org. - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi.

Атакишиев Мушфиг Джамил оглы

доктор экономических наук, профессор,

ректор Научного и Образовательного Центра Университета «Тафаккюр»

Азербайджан в 2020 году: Национальное экономическое развитие и

проблемы рационального подъема

Аннотация 

Цель исследования - анализ реального состояния экономики Азербайджана в условиях со-

временной глобализации, определение приоритетных направлений стратегии её развития и

выдвижение соответствующих предложений в этой сфере.

Методология исследования - системный и сравнительный анализ, метод прогнозирования.

Результаты исследования - проведено системное исследование с точки зрения обеспечения

стабильного развития экономики Азербайджана, выдвинуты научно обоснованные предложе-

ния на основе мирового опыта.

Ограничения исследования - ограниченный доступ к информации, связанной с долгосроч-

ными национальными экономическими прогнозами развития в разных странах.




Практическая значимость исследования - указаны факторы, которые должны быть пред-

усмотрены при подготовке концепции развития Азербайджана на период до 2020 года, выдви-

нуты конкретные научно-обоснованные предложения.

Оригинальность и научная новизна исследования - исследования возможностей интеграции

экономики страны в мировую хозяйственную систему за счет конкурентоспособности про-

мышленной продукции и увеличения качественных показателей.

Ключевые слова: экономика Азербайджана, глобализация, модель экономического разви-

тия, экономический рост. 

Atakishiev Mushfig  Jamil oglu

prof. dr., rector of University of Center of Science and Education of “Tafakkur”



Azerbaijan 2020: National economic development and the problematic points

of the efficient economic rise

Abstract

Purpose - the analysis of real-life state of the economy of Azerbaijan in the conditions of modern

globalization, definition of the priority directions of strategy of its development and making of re -

commendations on the foreground of the relevant proposals in this sphere.

Methodology - systematic and comparative analyses, forecasting method.

Findings - from the point of view of ensuring stable development of economy of Azerbaijan sys-

tem research was carried out and having studied world experience scientifically reasonable offers

and opinions in this direction were brought.

Research limitations - restrictions of information in connection with long-term national economic

forecasts of development in the different countries of the world.



Practical implications - in preparation of the concept of development of Azerbaijan which covers

the period till 2020 factors which should be provided are specified and in this direction concrete pro-

visions which lean on the scientific bases in this direction were put in the forefront.

Originality/value - research of deepening of integration of economy of the Azerbaijan Republic

in world economic system at the expense of competitiveness production, made in the industry and at

the expense of increase in quality indicators.

Keywords: the economy of Azerbaijan, globalization, the model of economic development, eco-

nomic development

JEL Classification Codes: E 37, E66, H50

Məqalə redaksiyaya daxil olmuşdur: 02.08.2012.

Çapa qəbul olunmuşdur: 20.08.2012.

M.Atakişiyev. Azərbaycan 2020: milli iqtisadi inkişaf və səmərəli yüksəlişin problemləri



146

Yüklə 105,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə