Elmi-tədqiqat işlərinin təqdim olunması üçün ümumi qaydalar
I.
Xülasələrin təqdimat qaydaları
a)
Xülasə maximum 300 sözdən ibarət olmalıdır
b)
Xülasə qəbul olunmuş qaydada, tədqiqatın ümumi məzmunu, metodologiyası,
əsas araşdırmanın nəticələri və yekun hissədən ibarət olmalıdır.
c)
Xülasələr ADA Universitetinin “
Xülasələrin
təqdimat forma
”sında yazılmalıdır.
d)
Təqdim olunan elmi-tədqiqat işi və Təhsilin İnkişafı Üzrə Dövlət Strategiyası
arasındakı bağlılıq aydın şəkildə izah olunmalıdır.
II.
Yekun elmi-tədqiqat işinin təqdimat qaydaları
Elmi-tədqiqat işinin həcmi sərlövhə və istinad siyahısı istisna olmaqla 3000-4000 söz
arasında olmalıdır. Təqdim olunan iş Microsoft Word proqramında oxuna bilən faylda
tərtib olunmalıdır. Məqalənin mətni A4 vərəqi ölçüsünə uyğun, 1.5 aralıqlı, 12 Times
New Roman şrifti, 2.5 sm haşiyə və sətirlərin soldan düz xətt sıralaması ilə yaddaşda
saxlanılmalıdır. Amerika Psixologiya Assosasiyasının (APA)
1
və yaxud Azərbaycan
Prezidenti yanında Ali Atestasiya Komitəsinin
2
təyin etdiyi qaydalara əsasən tərtib
olunması məqsədə uyğundur. Təqdim olunmuş elmi tədqiqat işi aşağıdakı hissələrdən
ibarət olmalıdır:
Müəllif(lər)in adı, soyadı, təmsil etdiyi müəssisə, ünvanı və elektron poçt ünvanı
Tədqiqatın sərlövhəsi
Xülasə
Açar sözlər
Giriş
Əsas hissə
Müvafiq cədvəl və şəkillər
Yekun
Müəllifin qısa bioqrafiyası
Ədəbiyyat siyahısı
Tədqim olunan işə aid bütün cədvəllər, qrafiklər və şəkillər bir sənədin daxilində əsas
mətnin içində təqdim olunmalıdır.
Qeyd: Bütün işlərin anonim yoxlanılması məqsədi ilə təqdim etdiyiniz işdə müəllifin
kimliyi haqqında məlumatlar daxil etməmək tövsiyyə olunur
1
İngilis dilində təqdim olunan elmi işlər üçün APA istinad qaydaları aşağıdakı kimidir:
APA Guidebook
2
Azərbaycan dilində təqdim olunan elmi işlər üçün AAK-ın istinad qaydaları aşağıdakı kimidir (səh.115-
dən başlayaraq) :
http://aak.gov.az/bulleten/xususi.pdf
III.
Təqdim olunmuş elmi-tədqiqat işlərinin qiymətləndirmə meyarları
a)
Əlaqədarlıq: tədqiqat işlərinin konfransın mövzusuna və Təhsil Strategiyanun
istiqamətlərinə uyğunluğu
b)
Nəzəriyyə: tədqiqatın möhkəm nəzəri əsaslarının olması.
c)
Təhqiqat: əsaslı tənqidi təhlil və tədqiqat metodologiyası (buraya daxildir ümumi
yanaşma, məlumatın toplanması və təhlili)
d)
Nəticə: əldə edilmiş nəticənin aydın və səlis təqdim olunması
e)
Tədqiqat işinin əhəmiyyəti: tədqiqatın aparıldığı sahədə mövcud elmi biliklərin
inkişafına töhfəsi və ya yararlılığı (tədqiqat işi xüsusi bir layihə və ya digər növ
praktiki iş üçün hesabat xarakteri daşıdıqda)