Xülasəsi Layihə haqqında ümumi məlumat: "Çox təəssüflə bildirməliyəm ki, Azərbaycanda kitab oxuyanların sayı minimum dərəcədədir"



Yüklə 27,35 Kb.
tarix20.09.2018
ölçüsü27,35 Kb.
#70086
növüXülasə

SESLİ KİTAB.AZ ” Layihəsi

B Ö L M Ə I
Layihənin xülasəsi


  1. Layihə haqqında ümumi məlumat:

"Çox təəssüflə bildirməliyəm ki, Azərbaycanda kitab oxuyanların sayı minimum dərəcədədir"

Bu sözləri Yazıcılar Birliyində çıxış edən xalq yazıçısı Çingiz Abdullayev deyib. O bu göstəricilərin Hollandiyada 72%, Sankt-Peterburqda 59%, Gürcüstanda 32%, Ermənistanda 28% əhali kitab oxuduğu halda, Azərbaycanda isə cəmi 8% olduğunu bildirib.

Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya ədəbiyyatınını nümunələri Azərbaycan dilinə tərcümə edilmişdir. Ancaq bu kimi tədbirlərə baxmayaraq oxuyan əhalinin sayı azdır. Bunun üçün ilk növbədə kitabların oxunması ilə əlaqədar təbliğat aparılmalıdır.

Layihənində əsas məqsədi Mədəni dəyərlərin təbliğində gənclərin rolunun artırılması üçün ilk növbədə kitabların rolunun insan həyatında artırılmasıdır.İrəli sürdüyümüz problemin həlli məqsədi ilə www.seslikitab.az internet resursunu təqdim edirik. Bu resurs yaradılarkən iş prinspipi bir neçə istiqamətdə qurulmuş olacaq:

Yaradılacaq Resursun quruluşu:


  • Ana səhifə

  • Haqqımızda

  • Səsli kitablar- Bu bölmədə Azərbaycan və Rus dillərində müxtəlif xüsusi intonasiya, həzn musiqi səsi altında səsləndirilmiş mp3 variantında bəddi ədəbiyyatlar olacaq.

  • Video resurs- Bu bölmədə isə azyaşlı uşaqlar üçün, 3DMAX proqramında hazırlanmış video nağıllar, hekayələr öz əksini tapacaq

  • Səsli və Dərslik - Bu bölmədə az tapılan dərslə bağlı kitabların səsləndirilmiş versiyası öz əksini tapacaq.

  • Canlı kitab-\Eyni zamanda www.flipsnackedu.com - FlipSnack Edu veb 2.0 alətində hazırlanmış canlı elektron kitablarda öz əksini tapacaq. Burda hazırlanan kitabların əsas üstünlüyü tələbə bu bölməyə daxil olduqda burda interaktiv video,səs elektron test tapşırığı və müəllim izahaı ilə qarşılaşır.




  1. Layihənin məqsədinin ətraflı şərhi;

Statistikaya görə, dünyada ən çox kitab oxuyanlar hindistanlılardır. Bu xalq kitab oxumağa həftənin demək olar ki, 11 saatını ayırır. O cümlədən başqa xalqların da kitab oxuma göstəricilərini diqqətinizə çatdırırıq:

1. Hindistan- həftədə 10,7 saat

2. Tayland - həftədə 9,4 saat

3. Çin- həftədə 8 saat

4. Filippin- həftədə 7,6 saat

5. Misir- həftədə 7,5 saat

6. Çexiya- həftədə 7,4 saat

7. Rusiya- həftədə 7,1 saat

8. İsveç- həftədə 6,9 saat

9. Fransa- həftədə 6,9 saat

10. Macarıstan- həftədə 6,8 saat

Ölkəmiz bu sırada olmasada layihəmizin əsas prioriteti kimi şəhərimizdə kitab oxuyanların sayının artırılması olacaqdır.

Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya ədəbiyyatınını nümunələri Azərbaycan dilinə tərcümə edilmişdir. Ancaq bu kimi tədbirlərə baxmayaraq oxuyan əhalinin sayı azdır. Bunun üçün ilk növbədə kitabların oxunması ilə əlaqədar təbliğat aparılmalıdır.

Layihənində əsas məqsədi Mədəni dəyərlərin təbliğində gənclərin rolunun artırılması üçün ilk növbədə kitabların rolunun insan həyatında artırılmasıdır.

Layihə Cəlilabad şəhərində insanların daha sıx olduğu yerlərdə pulsuz kitab oxumaq və istirahət etmək üçün rəflərin qoyulmasından ibarət olacaqdır.

Məhz dünya ədəbiyyatından seçilmiş nümunələrin azərbaycan dilinə tərcüməsi layihənin işini asanlaşdıracaqdır.



  • Mədəni dəyərlərin təbliğində gənclərin rolunun artırılması

  • Gənclərin maarifləndirilməsi

  • Gənclərin bilik və bacarıqlarının artırılması

  • Gənclərin kitab oxumağa həvəsinin artırılması

  • Gənclərə İKT-dən istifadə etməklə sağlam təhsil ala bilmələri ideyyasını aşılamaq

Layihənin vəzifələri *

  • Gəncləri kitab oxumağa həvəsləndirmək

  • kitab oxuyan əhalinin göstəricilərini arıtmaq

  • kitaba həvəsi artırmaq

  1. Maliyyələșmə mənbələri, həcmi və təyinatı;

Layihənin əsas maliyyə mənbələri Tələbələr və özəl biznes sektorunun nümayəndələri və kitab mağazaları

  1. Hazırlanması nəzərdə tutulan məhsulun (iș və xidmətin) satıș bazarı haqqında qısa məlumat;

  2. www.seslikitab.az platforması üzərində qurulacaq bütün təhsil işçiləri,müəssisə və s. Təhsil sahəsində müəyyən işlər görən müəssisələrinin qeydiyyatdan keçirilməsi nəzərdə tutulur. Hər bir qeydiyyat pullu olacaqdır. Hər bir qeydiyyat illik abunə üzərində aparılacaq.

  3. Layihənin nəticələri və gələcək addımlar;

Layihənin əsas nəticələri aşağıdakılardır:

  • elektron oxu mədəniyyətinin formalaşdırılması;

  • şagird,tələbə potensialının təkmilləşdirilməsinə nail olunması;

  • müasir informasiyalarının aztəminatlı ailələr və yoxsul vətəndaşlar üçün əlçatan olması.

Yuxarıda qeyd olunan nəticələrdən aydın olur ki, layihə əhalinin bütün təbəqələrinə aid olacaqdır. Layihənin kommersiyalaşdırılması və digər investorların (yerli və xarici) cəlb olunması:

Layihə çərçivəsində yaradılacaq portalın bütün funksiyaları məhsulun kommersiyalaşdırılmasına yönlənib. Qeydiyyat, onlayn kitab oxumaq ,kurs üzrə məsləhətlər bilavasitə kommersiya yönümlüdür. Bunlar layihənin gələcək davamlı inkişafı üçün lazımdır ki, layihədə işçilərin daha səylə və keyfiyyətlə çalışması, saytın saxlanılması xərxləri və digər




B Ö L M Ə V

Maliyyə planı

Bu bölmə layihə rəhbərinin sərəncamında olan əsas və dövriyyə kapitalının pul ifadəsində əks etdirilməsi, qrant vəsaiti. öz vəsaitinin hərəkəti və layihə dövrü ərzində pul vəsaitlərinin dövriyyəsi ilə șərtlənir.

Maliyyə planı bölməsində așağıdakı məlumatlar verilməlidir:


  1. Layihənin tam həyata keçirilməsinə tələb olunan maliyyə vəsaitinin məbləği (tələb olunan qrant vəsaiti və sahibkarlıq subyekti tərəfindən qoyulan vəsait göstərilməklə);

Layihənin ümumi dəyəri 10.000 manatdır.



  1. Vəsaitin təyinatı üzrə bölgüsü;

  • İşçilərin cəlb edilməsi

  • PR aparılması

  • Avadanlıqların alınması

  • Reklam işləri

  • Platformanın hazırlanması

  1. Məhsul (iş və xidmətin) vahidi üzrə maya dəyərinin hesablanması;

  2. Gəlirlərin proqnozu və əsalandırılması;

5. Layihənin özünü maliyyələşdirmə müddəti.

Maliyyə planı bölməsi üzrə aparılan maliyyə hesablamalarında Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmalı, istifadə olunan hər bir göstəricinin hesablanması mənbəyi aydın göstərilməli və hesablamalar üzrə proqnozlașdırılan maliyyə nəticələrinin dürüstlüyü əsaslandırılmalıdır. =

Layihənin müddəti 1 il olacaqdır. Layihə çərçivəsində maliyyə hesablanması büdcədə aydın təsvir olunub.




B Ö L M Ə VI

Risklərin qiymətləndirilməsi

Layihədə risklərin qiymətləndirilməsi layihənin reallașdırılması mərhələlərində layihə rəhbərinin qarșılașa biləcəyi təhlükəli (riskli) halların nəzərə alınması və risklərin minimallașdırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsini nəzərdə tutur. Layihənin icrası ilə əlaqədar risklər layihə rəhbəri tərəfindən qruplașdırılaraq qiymətləndirilməli və onların minimuma endirilməsi üçün tədbirlərin siyahısı hazırlanmalıdır.



Layihə üzrə risklər aşağıdakı kimi qruplaşdırılır:

Texniki risk

Platformanın hazırlanmasında əvvəlcədən nəzərdə tutulmuş serverlərin kirayələnməsi.

Bir neçə server əvvəlcədən müəyyən olunub və müəyyən olunmuş serverin kirayələnməsində riski aradan qaldırmış olacayıq.

Məzmun riski

Platformanın hazırlanmasında yerli proqramçıların cəlb edilməsi məvacib baxımından risk yarada bilər. Bu səbəbdən layihəyə yerli və xarici proqramçıların cəlb edilməsi nəzərdə tutulub. Çox və keyfiyyətli iş və az maliyyə layihənin əsas strategiyasıdır.



Maliyyə riski

Donor tərəfindən ayrılacaq maliyyənin yetərli olmaması əsas maliyyə riskidir. Bunun üçün layihənin hazır formasının digər donorlara da təqdim olunması nəzərdə tutulur.
Yüklə 27,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə