Xx əsrin əvvəlindən etibarən elm, bütün dünyada partlayışa oxşar şəkildə inkişaf etmişdir



Yüklə 200,4 Kb.
səhifə1/3
tarix02.12.2017
ölçüsü200,4 Kb.
#13523
  1   2   3

GİRİŞ

XX əsrin əvvəlindən etibarən elm, bütün dünyada partlayışa oxşar şəkildə inkişaf etmişdir. Bir böyük kəşf, digərinin arxasınca düşmüşdür-radio, televiziya, raket texnikası, atom enerjisindən istifadə edilməsi, kosmik uçuşlar, molekulyar biologiya və biokimya, astronomiyada olan kəşflər və s. Lakin bu kəşflər özləri ilə ətraf-mühitə və həyatın özünə yeni “təzyiq formaları” gətirdi. Kəskin sürətdə artan nəqliyyat-bu, şəhərlərin zəhərlənmiş havasıdır. Nəhəng hidroelektrik və istilik elektrik stansiyaları və onlardan uzanan elektrik ötürmə xətləri-bunlar, balıq və quşların kütləvi məhvidir.

Planetimizdə həyat, “noosferin”,-yəni insanın süşüncə sferasının yaranması ilə, onun heyranedici işləri sayəsində kökündən dəyişmişdir.

İnsanların qlobal fəaliyyəti, planetin maddəsinin yenidən paylanmasına səbəb olmuşdur-bir sıra elementlərin hasilatı, digərlərinin isə yayılması. Noosfer sənaye üçün vacib olan çox böyük miqyaslarda əlvan və nadir metalları hasil edir, emal edir və əksinə, kalium (K), fosfor (P), azot (N) və onları müayisə edən elementlərin nəhəng kütlələri gübrə kimi çöllərə səpələnir. Lakin litosferin, hidrosferin və atmosferin maddələrinin belə antropogen (noosfer) yerdəyişməsi aşkar fayda ilə birlikdə mənfi nəticələr gətirir.

İş ondadır ki, Ag, Se, V, Cr, Ni, Pb, As, Sr, Be, F, Mn,Al, Zn, Cd, Cu, S, Co elementləri bir sıra hallarda zəhərli, bir sıra halları isə kansoregen (Zn, Cd) xassələrə malikdir.

Həyat milyardlarla illər bunlardan çəkinmişdir. İndi isə onlar filizlərin işlənilməsi və emalı, həçinin sənaye tullantılarının atıla yerlərində toplanaraq mühiti çirkləndirir, torpaqda, bitkilərdə, qrunt sularında, atmosferdə toplanaraq, mümkün konsentrasiya hədlərini onlarla, yüzlərlə dəfə üstələyən miqdarda toplanırlar.

Dünya əhalisinin sayının artması, onun tələbatlarının qabaqlayıcı yüksəlməsi, lakin ehtiyatlarının istifadəsinin dönmədən genişlənməsi, energetikada, sənayedə, kənd təsərrüfatında, nəqliyyatda yeni texnologiyaların tətbiqi və istehsalın güclənməsi, dünya landşaftlarının antropogen dəyişdirilməsi, millətlərarası təsərrüfat əlaqələrinin mürəkkəbləşməsi və genişlənməsi-bu və bir çox digər amillər ətraf-mühitə, mühit və cəmiyyət arasında qarşılıqlı təsiri gücləndirməkə, antropogen təzyiqin artmasına gətirib çıxarmışdır.

Antropogen təsirin get-gedə yüksələn şəraitində Yerin geosferləri arasında, planetardan lokala kimi, qarşılıqlı təsir məsələləri meydana çıxdı. Bu məsələlərin həlli üçün artan tələbat yeni elmi fənnarası istiqamətin- GEOEKOLOGİYANIN yaranmasına gətirib çıxardı. Bu istiqamətin obyektiv surətdə yaranması universitet təhsilində yeni fənnin açılmasına səbəb oldu.


GEOEKOLOGİYA-GEOSFERLƏRİN EKOLOJİ PROBLEMLƏRİ HAQQINDA ELMİ İSTİQAMƏT KİMİ
Geoekologiya – təbii geoloji problemlərin və antropogen (texnogen) fəaliyyətin geoloji mühitə təsirini öyrənən elmi istiqamətdir, “geoloji mühit – insan” sistemi, Yerin – insanın həyat mühiti haqqında bilik sistemidir. Geoekologiyanın predmeti, obyekti bir tərəfdən təbii geoloji mühit, digər tərəfdən təbii antropogen (texnogen) sistemlərdir.

Geoekologiyanın məzmunu müxtəlif cür izah edilir. Bu termin 1939-cu ildə alman alimi K.Troll tərəfindən landşaftların ekologiyası kimi işlədilmişdi.

İ.Dedyu (1989) ekoloji ensiklopediyasında bu termini həmin məzmunda vermişdir.

N.Reymersə (1990) görə geoekologiya – biosfer də daxil olmaqla, geosistemləri öyrənən ekologiya bölməsidir.

V.Osipova görə (1993), geoekologiya – geosferlərin ekologiyasıdır.

“Geoekologiya termini geoloji ədəbiyyatda 1980-cı ilin ikinci yarısından yayılıb. Lakin indiyə qədər bu terminin ümumi qəbul edilmiş təyinatı yoxdur.

Öz inkişafında bu elmi sahə - geologiya , fiziki-coğrafiya, geomorfologiya, geofizika, geokimya, mühəndis geologiyası, dağ-mədən işləri, faydalı qazıntıların axtarışı, kəşfiyyatı və işlənməsi, mineral xammal iqtisadiyyatı və digər elmi sahələrə istinad edir.

İndi “ekologiya” anlayışı kütləvi şüurda möhkəm kök salmışdır. Ekologiya biliklər sistemində müstəqil yer tutmuşdur, o, ümuminsan mədəniyyətinin müasir inkişaf bilgisidir. Biz hazırda ekoloji inqilabı yaşayırıq. Hamıya aydın olmuşdur ki, bütün qlobal problemlər əslində ekoloji xarakter daşıyır. Bu aclıq,energetik, dünya okeanı ehtiyatlaının istifadəsi problemləridir. Milyonlarla illər ərzində formalaşmış ekosistemlər böyük dəyişikliklərə uğrayır, qlobal səviyyəli insan təsirlərinə dayanıqsız olurlar.

Ekoloji böhran nədən yaranmışdır və o nə üçün xx əsrin sonunda baş vermişdir? Bunun əsas səbəbləri əhlinin kəskin artımı və emi-texniki tərəqqidir.

Hələ xx əsrin əvvəlində bəşəriyyət təxminən 1 milyard nəfər idi, xx əsrin sonuna yaxın isə 6 dəfə artdı. Bəzi ekoloq - alimlər hesab edirlər ki, 1-1,5 milyard əhali Yerdə insanların yol verilə bilən miqdarıdır; bu halda təbii ehtiyatlar tükənməz , təbiət isə texnogen fəaliyyətdən doğan zərəri təbii yolla aradan qaldıra bilərdi.

“Ekoloji böhran” anlayışı ilk dəfə 1972-ci ildə Roma klubunun ( müasir qlobal problemləri öyrənən nüfuzlu beynəlxalq bilikdir) birinci məruzəsinin səhifələrində peyda oldu. Amerikalı kibernetik C.Medouzun rəhbərliyi altında müxtəlif kollektivi əhalinin artmasını , kapital qoyuluşunu, təbii ehtiyatlaın istifadə dərəcəsini, biosferin çirklənməsii dəyişən amillər kimi istifadə etməklə, dünyanın proqnozlaşdırılmış modelini qurdu. Məruzənin nəticələri ondan ibarət oldu ki, iqisadiyyatın inkişaf meylinin artma sürətinin saxlanılması şəraitində bəşəriyyət fəlakətə düçar olacaq və 2100-cü ildə məhv olacaq. Bu vaxta qədər əhalinin çox hissəsi aclıqdan öləcək. Təbiətin ehtiyatları vacib maddi nemətlərin istehsalına bəs etməyəcək, çirklənmə üzündən ətraf-mühit insanın yaşaması üçün əlverişsiz olacaq. Beləliklə, bəşəriyyətin məqsədləri ilə təbiətin imkanları arasında ziddiyyət üzə çıxmılş olacaq.

xx əsr bəşəriyyət üçün ən coşğun, narahat əsr, güclü sosial, iqtisadi və ekoloji dəyişikliklər əsri oldu. Onun başlanğıcında 60 milyard dollar həcmində ümumdünya məhsul istehsal edən iqtisadiyyat mövcud idi. əsrin sonunda isə iqtisadiyyat bu qədər məhsulu cəmi bircə gündə yaradırdı, yəni cəmi bir əsr ərzində iqtisadiyyatın artma sürəti yüz dəfələrlə yüksəldi. Eyni zamanda bu, əhalinin görünməmiş artımı (6 dəfə) ilə müşəyət olundu. Bu yüksəlişin başlıca və yeganə səbəbi və mənbəyi təbii ehtiyatlar, bioehtiyatlar, Yerin təbiətidir ki, bunlar da əvəzedilməz oldu.


XX ƏSRİN ƏSAS TƏMAÜLLƏRİ BUNLARDIR;
-Ekosistemlərin sahəsinin ildə 1% sürətlə azalması; 40%-dən artıq olmayan toxunulmamış sahələr qalmışdır;

-atmosferdə parnik qazlarının (CO2) konsentrasiyasının dəyişməsi (bir neçə dəfə artması);

-ozon təbəqəsinin ildə 1-2% zəifləməsi, ozon dəliklərinin təzahürü;

-meşə sahələrinin (xüsusilə tropik meşələrin) azalması – ildə təxminən 200 min km2

-səhraların sahəsinin genişlənməsi (ildə 60 min km2)

-torpaqların deqredasiyası (torpaqların şoranlaşması, məhsuldarlığın aşağı düşməsi, torpağın eroziyası və s.)

-okean səviyyəsinin qalxması – ildə 2 mm-dən 1sm-ə qədər

-texnogen qəzaların və fəlakətlərin artması – ziyanın və qubanların sayının ildə 5-10% artması

-bioloji növlərin yox olması – 20 milyon növdən ildə 5-15= min növ itir

-suda, torpaqda, havada zərərli maddələrin topmanması

-içməli (şirin) suyun istifadəsinin çoxalması.xx əsrin əvvəlində 360 milyard kub metrdən 4000 milyard kub metrə qədər

-zəhərli fiziki sahələrin ( səs, infrasəs, elektromaqnit sahələri) təzahürü və artması

-iqlimin dəyişməsi (qlobal istiləşmə)

-həyat keyfiyyətinin aşağı enməsi ( genetik və yeni xəstəliklər, immun statusunun aşağı enməsi və s.)


KİMYALAŞMA VƏ ƏTRAF MÜHİT
Bitki orqanizmlərinin hər hansı məhvində atmosferə karbon qazı (CO2) atılır, kənd təsərrüfatı dövriyyəsində torpaqlar kimyəvi maddələrlə (pestisidlərlə, gübrələrlə) zənginləşir. Hazırda kütləvi miqyaslarda 5 min sintez edilən maddələr istehsal edilir, üstəlik onların 80%-i zəhərlilik, ətraf-mühitə təsir noqteyi-nəzərindən qiymətləndirilməyib.

İnsanlar ətraf-mühitə böyük miqdarda tullantı atır (plasmas, ağır metallar və s.) ki, bunlar da biosferdə yoxdur, ona görə də təbiət onları həzm edə bilmir. ən kütləvi tullantılar enerjinin istehsalı və nəqliyyatla əlaqədardır. Yanacağın yandırılması, avtomobillərin hərəkətihavaya karbon-monooksidin (CO), azot oksidlərinin, kükürd-dioksidinin (SO2), karbohidrogenlərin atılmasına gətirib çıxarır.

Atmosferə zəhərli maddələrin atılma dərəcəsi (həcmi) fövqəladə dərəcədə böyükdür, qismənhə il təqribən 150 milyon ton bərk maddə, 400 milyon ton karbon oksidləri, 100 milyon ton azot oksidləri atılır.

Atmosferin əsas çirkləndiricisi nəqliyyatdır. Yandırılan yanacağın 25%-i avtomobillərin payına düşür, bir avtomobil öz mövcudluğu ərzində 10 ton CO tullayır.

Ən çox çirklənmə sənaye regionlarındadır; zərərli maddə tullantılarının 90% qurunun, 10% ərazisinə düşür ( Şimali Amerika, Avropa, Şərqi Asiya), bu əsasən iri şəhərlərdir. Bəşəriyyətin təxminən 20%-i zərərli maddələrin yol verilən miqdar həddindən çox olan hava ilə nəfəs alır.

Şirin su biosferdə cəmi 2%-dir, onun da 99%-i buzdan ibarətdir. Çaylarda və göllərdə 90 min kub km şirin su vardır, şirin suyun insan tərəfindən işlədilməsi ildə 4000 kub km-dir. Şirin su hər yerdə çirklənmişdir, çirkləndiricilərin ümumi kütləsi ldə 15 milyard tondan artıqdır. ən qorxulu çirkləndiricilər – ağır metallar, fenollar, pestisidlər, səthi fəal maddələr, neft məhsullarıdır. Suların çirkləndirilməsi xərçəng, kariyes, epidemiya, əqli cəhətdən geri qalma xəstəlikləri törədir.
İQLİMİN QLOBAL DƏYİŞMƏLƏRİ

xx əsrin başlanğıcından atmosferdə karbon qazının (CO2) konsentrasiyasının yüksəlməsi müşahidə olunur. Hazırda da istiləşmə meyli saxlanılır və proqnozlara görə 100 ildən sonra , Yerdə CO2-nin konsentrasiyası iki dəfə artmaqla, istiləşmə daha 3 dərəcə yüksələcək. Bu isə öz növbəsində sunami, qasırğalar, subasmaların (daşqınlar) artmasına gətirib çıxaracaq.


BƏRK VƏ TƏHLÜKƏLİ TULLANTLAR
XX əsrin sonuna yaxın planetimizdə ildə 3,5milyard ton neft, 5,5 milyard ton kömür, 2,5 milyard ton metal, 3 milyard kub metr ağac istehsal və istifadə edilirdi.

Əsas istehlakçılar, əhalisi 1 milyard olmaqla, enerjinin 50%-ni, metalın 70%-ni sərf edən və bütün tullantıların 75%-ni yaradan inkişaf etmiş ölkələrdir. Dünyada orta hesabla, bir adama düşən tullantı – 50 tondur (Almaniyada 10t, Yaponiyada-4t). Avropada tullantı kütləsi o qədərdir ki, onlarla həmin ərazini 10sm-lik təbəqə ilə örtmək olar.



Kimyəvi tullantılar-gec açılan bombadır. İldə 500 milyon ton təhlükəli tullantılar yaranır, onun 50%-i ABŞ-a məxsusdur. İkinci yerdə Rusiya, 3-cü yerdə Hindistandır. Zərərli tullantılar ağır metallar (Pb, Cd, Hg) saxlayır. Onlar insan orqanizmində toplanaraq (qaraciyər, böyrək) zəhərlənməyə, xəstəliklərə səbəb olur.

Radioaktiv tullantılar daha da qorxuludur. Ilk atom bombası 1945-ci ildə partladılıb, o vaxtdan dünyada 2 mindən çox nüvə partlayışları olub. Nəticədə planetin radioaktiv fonu 2% yüksəlib. Hazırda quruda 10 milyon kub metrdən artıq radioaktiv tullantı toplanıb (ABŞ, Rusiya, Kanada, Fransa və s.). Radioaktiv tullantıların basdırılması- təhlükəli, çox baha və tam təhlükəsizliyə zəmanət verməyən tədbirdir.

TƏBİİ EHTİYATLARIN TÜKƏNMƏSİ
Təbii ehtiyatlar tükənməztükənənlərə bölünür.

Tükənməzlərə kosmik mənşəli ehtiyatlar aiddir: günəş şüalanması enerjisi və onun törəmələri (hərəkət edən havanın enerjisi, suyun enerjisi).

Tükənən ehtiyatlar- Yerin bitki və hevvanlar aləmi, faydalı qazıntılar. Hesablamalara göstərir ki, bəşəriyyətin inkişafının mövcud meyillərində 100 ildən sonra şirin suyun, atmosferdə oksigenin (onun miqdarı hər il, meşələrin kəsilməsi üzündən, 10-12% azalır), ağacın, faydalı qazıntıların (kömürün, neftin, qazın, Fe və b.), münbit torpaqların ehtiyatları kəskin azalacaqadır.

Energetik problemlər.

Məlumdur ki, heç bir texnologiya enerji sərf etmədən reallaşa bilməz. Neftin, qazın bir az əvvəl tükənməz sayılan ehtiyyatları gözümüzün önündə qurtarıb gedir. Yeni- yeni yataqların mənimsənilməsi bahalaşır. Son illərdə energetikada iki inqilab baş verib: kömür yerini neftə, neft isə qaza verib. Nüvə energetikası xüsusilə təhlükəlidir. ABŞ-da “Three Mail” adasında, Ukraynada Çernobıl atom elektrik stansiyasında baş veren qəzalar bir neçə mlrd. dollar birbaşa və trilyon dollara qədər zərər verdi. Nüvə tullantıları problemi hələ də həll olunmayıb. Problem yalnız onların effektiv basdırılmasında deyil, nüvə sənayesində yaranan radioaktiv izotoplar təbii deyil, sünidir və həyat üçün çox təhlükəlidir. Ən əsası da odur ki, bitki aləmi radioaktiv çirklənmələrin qarşısını ala bilmir. Hazırda dünyada 400-dən artıq AES var. Onların çoxu Yaponiyada, Fransada yerləşir.



Hidroenergetika (xüsusi ilə Rusiyada, Çində, Misirdə, Braziliyada, ABŞ-da inkişaf etmişdir) milyon hektarlarla ərazilərin su ilə tutulması səbəbindən ətraf mühitə qlobal təsir göstərir. Günəş, külək, okean, hidrotermal və s. kimi enerji növləri bərpa olunandır. Onlar ekoloji cəhətdən təmir sayılırlar, lakin ətraf mühitə eyni zamanda mənfi təsir göstərirlər. Ən iri günəş elektrik stansiyaları Kaliforniyada fəaliyyət göstərir. Eyni zamanda bunlar İspaniyada, İsraildə, Yaponiyada da vardır. Geotermal elektrik stansiyaları ABŞ, Meksika, Yaponiyada, külək elektrik generatorları isə Danimarkada, Niderlandda, ABŞ-da, İsveçdə geniş tətbiq olunur.

1.2. Dünya əhalisi - Geoekoloji amil kimi.

İnsan öz bioloji mahiyyəti və ətraf mühitə münasibətdə antibioloji davranışı arasında kəskin ziddiyyət göstərməklə təbiətdə tararlığın pozulmasına başlıca səbəbdir.

Müasir insanın daha ekstremal və qeyri-ekoloji məkanı - şəhərdir. Planet əhalisinin 50%-i şəhərlərdə yaşayır, son 50 ildə şəhərlərdə əhalinin sayı 3.5 dəfə artıb. Əsas rolu iri şəhərlərin böyüməsi oynayır. Dünyada əhalisinin sayı 1 milyondan çox olan 350-dən artıq şəhər vardır, o cümlədən, 6-da (Nyu-York, Qonkonq, Mexiko, Moskva, Paris, İstanbul) - 10 milyondan çox əhali yaşayır.

XX əsrdə əhalinin sayının çox sürətdə artmasını deutoqrafik partlayış adlandırırlar:

Təxminən 100 min il əvvəl - 2 milyon əhali

Təxminən 50 min il əvvəl - 10 milyon əhali

Təxminən 2 min il əvvəl - 100 milyondan çox

1500-cü il - 450 milyon

1800-cü il - 900 milyon

1900-cü il - 1 milyard

1950-ci il - 2.5 milyard

1975-ci il - 4 milyard

2000-ci il - 6 milyard

Əhalinin sayı cəmiyyətin qidaya, paltara, mənzilə, təhsilə, tibbi xidmətə və s. olan yekun tələbatlarını əvvəlcədən müəyyən edir. Bu təbii ehtiyatların get-gedə daha artıq sərfinə və nəticə olaraq, ciddi geoekoloji problemlərə səbəb olur. Beləliklə, əhalinin artımı ən mühüm geoekoloji amilə çevrilir.

Görkəmli demograf Frenk Noutştaynın (ABŞ) nəzəriyyəsinə görə iqtisadi və sosial tərəqqi əhalinin artmasına təsir edərək, demoqrafik hər biri keçidin üç mərhələsindən birindədir. Birinci mərhələdə həm doğum, həm də ölüm yüksəkdir, əhalinin sayı isə yavaş artır, yaxud heç artmır. İkinci mərhələdə, həyat şəraitlərinin yaxşılaşması nəticəsində, qismən tibbi xidmətin yayılması ilə ölüm azalır, doğum isə yüksək səviyyədə qalır, əhalinin sayı tez artır. Üçüncu mərhələdə demoqrafik keçidi bitirən prosesdə, sosial və iqtisadi uğurlara görə, o cümlədən, uşaq xəstəliklərinin azalması səbəbindən, ailələrin sayı azalır. Birinci mərhələdə olduğu kimi, doğum və ölüm tarazlığa gəlir.

Demoqrafik keçidin ümundünya prosesi bütövlükdə Noutştayın nəzəriyyəsi ilə inkişaf edir. 1990-cı illərin əvvəllərində Avropanın 24 ölkəsində (Rusiya və Yaponiya da daxil olmaqla ) demoqrafik keçid praktiki olaraq başa çatıb. Bu ölkələrdə əhalinin illik artımı 0.3%-dən çox deyil, yəni əhalinin sayı sabitləşmişdir.

Başqa ölkələr əsasən ikinci mərhələnin müxtəlif dövrlərindədir, bu da əhalinin yüksək artımını izah edir. Əhalinin artımı əsasən inkişaf edən ölkələrin hesabına baş verir.

Belə bir təhlükə var ki, bir sıra ölkələrdə əhalinin tələbatı mövcud ehtiyatları ötüb keçsin, bu geoekoloji böhrana gətirib çıxara bilər. Əhalinin miqrasiyası geoekoloji təryiqin formalaşmasında mühüm rol oynayır.



Ərazinin daşıyıcı qabiliyyəti.

Hər hansı ekoloji, yaxud təbii-resurss sisteminin daşıyıcı qabiliyyəti ( potensial tutumu ) - qetri-müəyyən müddəti ərzində davamlı (sabit) halda mövcud ola bilən hər hansı orqanizm növünün fərdlərinin miqdarıdır. Bu göstərici, məsələn, hər kvadrat metrə düşən fərdlərin sayı ilə ifadə oluna bilər.

Dünyanın bir çox ölkələrində həddindən artıq əhali yerləşdirib, yəni əhalinin sayı mövcud ehtiyatlardan üstündür. Başqa sözlə, bu təzyiq ərazinin təbii daşıyıcı qabiliyyətini üstələyir. Məsələn, XX əsrin əvvəlində Keniyanın 2 milyon yaxın əhalisi vardı. Müstəqilliyin əvvəlində (1963-cü ildə) ölkə əhalisinin sayı 9 milyon nəfər idi. XX əsrin sonunda isə əhalinin sayı 30 milyondan çox oldu. Bununla yanaşı, ölkənin təbii ehtiyatları 100 il ərzində (əsasən torpaqlar) praktiki olaraq, artmamışdı və şübhə yoxdur ki, Keniyanın əhalisi, onun daşıyıcılı, qabiliyyətini xeyli arxada qoyur. Uyğun olaraq, ekoloji və sosial problemlər (məsələn, meşələrin azalması otlaqların pisləşməsi, Hind okeanının sahil zonalarının deqradasiyası, sosial gərginliyin artması, cinayətkarlığın güclənməsi, qəbiləarası toqquşmalar və s.) çoxalır.

Afrikanın kiçik ölkələrinin (Ruanda, Burundu) yüz minlərlə əhalisinin əziyyət çəkməsi və məhv olması - həddindən artıq əhalinin mövcudluğudur, yəni antropogen təzyiq potensial tutumu xeyli üstələyir.



Davamlı inkişaf anlayışı.

Ətrad mühit və inkişaf arasında qarşılıqlı münasibətlər tədqiq edərək Bruntland komissiyası "davamlı inkişaf" terminini geniş istifadəyə saldı. Bu termin əvvəllər də məlum idi, lakin yalnız mütəxəssislər tərəfindən işlədilirdi. Komissiyanın tərifinə görə "Davamlı inkişaf" - elə inkişafdır ki, o hazırki dövrün tələbatlarını ödəyir, lakin gələcək nəsillərin öz şəxsi tələbatlarını ödəmək qabiliyyətini təhlükə altına alınır.

Çox mürəkkəb və kompleks prosesin belə çox yığcam tərifi özündə bir neçə anlayışı saxlıyır. Bu hər şeydən əvvəl, bir neçə nəsillərin marağını və inoliki nəslin fəaliyyəti ilə əlaqədar onların ehtiyatlarının təmin edilməsi vacibliyinə əsaslanır. Bu həm də ortaya çıxan məsələdə tələbatların və onların ödənilməsi anlayışıdır, tələbatlar hansı yolla ödənilməlidir.

BMT, Ümumdünya təbiəti mühafizə ittifaqı və Ümumdünya təbiəti mühafizə fondunun müştərək proqram sıənədində ("Yer haqqında qayğı; Davamlı həyat strategiyası, belə bir tərif verilir: "Davamlı inkişaf - bu, insanların həyat keyfiyyətinin elə yaxşılaşdırılmasıdır ki, o, həyatı təmin edən ekoloji sistemlərin potensial tutumunu qoruyub saxlıyır".

Bu sənədə uyğun olaraq, davamlı inkişaf prinsipləri aşağıdakılardan ibarətdir:

1. İnsanın ekosferə təsiri onun potensial tutumunu ötüb keçməlidir.

2. Təzələnən ehtiyatların mühafizəsi:

a) ekosferin əsas proseslərinin (biogeokimyəvi dövrələr, hidroloji dövrə, iqlim sistemləri, torpaq əmələgəlmə prosesləri və s.) qorunması,

b) bioloji müxtəlifliyin saxlanılması.

3. Təzələnməyən ehtiyatları, onların əvəzedənlərinin yaradılması sürəti ilə və təzələnməyən ehtiyatların istifadəsinin sonradan kəsilməsi ilə sərf etmək

4. Həm ölkə daxilində, həm də ölkələr arasında təbiətdən istifadə gəlirlərin və xərclərinin ədalətli bölüşdürülməsi.

5. Sənayedə, kənd təsərrüfatında, energetikada və s.daha effektli texnologiyaların tətbiqi.

6.Ekoloji dəyərləri nəzərə alan iqtisadi vasitələrin istifadəsi.

7. Təbiətdən istifadənin idarə olunmasının təkmilləşdirmək.

8. Mənəvi - etik amillərin və prinsiplərin inkişafı.

a) davamlı inkişaf etikasının formalaşması

b) ekoloji təhsili bütün səviyyələrdə təkmilləşdirmək

c) ictimai ekoloji özünü düşünmə ənənələrinin möhkəmləndirilməsi



Bruntlandonun komissiya üzrə həmkarları hesab edirdilər ki, dünya əhalisinin tələbatını ödəmək və davamlı inkişaf vəziyyətinə gətirmək üçün yaxın 50 ildə iqtisadiyyatın həcmi 5-10 dəfə artmalıdır, bu illərdə əhalinin sayı da 2 dəfə artacaq. İndi aydın olub ki, biosferin ehtiyatlarının məhdud imkanları üzündən iqtisadiyyatın belə artımı əldə edilə bilməz. Böhran vəziyyətindən çıxmaq üçün yollar axtarılmalıdır. Şübhəsiz ki, davamlı inkişaf strategiyası kamil deyildir, buna baxmayaraq, o, hazırda ölməyib sağ qalma strategiyasının əsası kimi qəbul edilə bilər.

1.3. Təbii antropogen sistemlər və geoloji mühit.

Geoloji mühit Yerin mənşə etibarı ilə vahid olan təbəqələridir: Yer təri (litosfer) , hidrosfer, atmosfer. Geoekologiyanın əsas obyekti olan geoloji mühit müxtəlif tədqiqatçılar tərəfindən birmənalı qarşılanmır. Bəziləri onu yalnız litosferin üst hissəsi ilə (çökmə süxur qatı) ilə məhdudlaşdırır, digərləri bura bütün 3 geosferi - litosferi, hidrosferi və atmosferi daxil edirlər.

Geosferlər ümumi başlanğıc kosmik maddədən yaranmaqla, onlar planetin uzun müddətli geoloji təkamülü prosesində ayrılmışlar, lakin bir-birilə qarşılıqlı əlaqədə olmaqda davam edirlər. Təbii geoloji proseslər və antropogen təsir həm ayrı-ayrı geosferlərə, həm də planetə ümumilikdə təsir göstərir.

Geoekosistemlər – geoloji mühitin təbii geoloji proseslərin və antropogen fəaliyyətin təsirinə məruz qalan geoekoloji obyekt kimi hesab efilən, mənşə etibarilə ümumi, məkanca məhdud komponentidir.

Geoloji mühitin təbii komponentləri kontinent və okeanlar, dağ massivləri və vulkanlar, çaylar, su hövzələri və yeraltı sular, süxur və minerallardır. Onlara ayrı-ayrılıqda, yaxud birlikdə təbii geoloji proseslər və antropogen (texnogen) fəaliyyət təsir edir.



Yer – bütövlükdə, qlobal geoekosistemdir. Geosferlərə, litosferə, hidrosferə, atmosferə - meqaekosistem kimi baxıla bilər. Okeanlar, qitələr, platformalar, dağ qırışıqlıq sahələri mezogeoekosistemlərdir (regionlararası sistemlər). Kənar, yaxud daxili dəmirlər, göllər, iri çay sistemləri və s. makrogeoekosistemlərdir. Lokal geoekosistemlərə - antiklinal, buzlaq, hövzə, yataq və s. daxildir. Mikroekosistemlərə isə süxur, mineral və s. aiddir.

Məkan etibarilə məhdud təbii (geoloji mühit) və süni (antropogen) obyektlərin maddi və funksional vəhdəti ilə bağlı olan məcmuu təbii antropogen sistemlər adlanır. İnsan öz təsərrüfat fəaliyyəti prosesində onu əhatə edən təbii maddi dünyaya böyük dəyişikliklər daxil edir. O, təbii geoloji mühit ilə bilavasitə əlaqəli olan müxtəlif süni qurğular – məişət, sənaye, suvarma, kənd təsərrüfatı, müdafiə və s. yaradır. Bütün bunları təbii antropogen sistemlər adlandırmaq olar.



Sadə təbii – antropogen sistem - bu, məsələn, ibtidai insanların sakin olduğu yer və s. Təbii antropogen sistemin xüsusi halı – texnogen sistemdir. Bunun daxilində antropogen obyekt – mürəkkəb texniki qurğudur. Bu, dağ-emal kombinatı, neft-qaz mədəni, elektrik stansiyası, zavod, neft kəməri, su təmirləyici qurğu, aeroport, dəniz limanı, yaşayış mikrorayonu, yaşayış evi və s.

Geoloji mühitin vəziyyəti yer təkinin, hidrosferin, atmosferin fəallığından asılı olduğundan təbii – antropogen sistemlərin layihələndirilməsində potensial ekoloji risk nəzərə alınmalıdır. Təbii amilləri (zəlzələlər, qırılmalar, sürüşmələr, xarsı, sulaşma, sel və s.) və antropogen amillərlə (texnologiya və texnikanın qeyri-mükəmməl olması, insanların qeyri-peşəkar fəaliyyəti və səhlənkarlığı) əlaqədar olan geoekoloji riskləri ayırmaq lazımdır.

Atom elektrik stansiyalarının istismarının dünya təcrübəsi geoekoloji riskin mövcudluğunu göstərir. Bu risk o səbəbdən güclənir ki, təbii amillər nəzərə alınmır. Bəzən AES ərazisi yüksək seysmik fəal zonada, yer qabığında qırılmaların olduğu, kəsişdiyi zonada olur. Bunların mənfi nəticələri isə qaçılmaz olur.

Geoekologiyanın xalq təsərrüfatı əhəmiyyəti.

Geoekoloji tədqiqatlar nəticəsində əldə edilən elmi biliklərin aşağıdakı məsələlərin həllində mühüm əhəmiyyəti vardır:

Geoekoloji tədqiqatçılar nəticəsində əldə edilən elmi biliklərin aşağıdakı məsələlərin həllində mühüm əhəmiyyəti vardır:

-Başqa elmlərlə birlikdə xalq təsarrüfatı və bütövlükdə bütün cəmiyyət üçün ekoloji prablemlərin həlli;

-təbii antropogen sistemlərin layihələndirilməsində geoekoloji vəziyyətin və potensial riskin qiymətləndirilməsi:

-geoloji mühitə və təbii-texnogen sistemlərə təbii prseslərin təsir nəticələrini proqnozlaşdırmaq

-geoloji mühitə antropogen fəaliyyətin təsirinin minimuma endirilməsi

-Kortəbii hadisələrin və fəlakətlərin nəticələrinin zəiflədilməsi

-geoekoloji fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə tədbirlərinişlənib hazırlanması

-ekoloqların və fövqaladə təbii-texnogen vəziyyətlərin nəticələrinin aradan qaldırılmasıüzrə mütəxəsisslərinhazırlanması

-əhalinin ekoloji biliklərinin təkmilləşdirilməsi.


Yüklə 200,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə