Я. М. Бядялов А. М. Аьайев с. Ж. Таьызадя



Yüklə 2,01 Mb.
səhifə1/15
tarix06.02.2018
ölçüsü2,01 Mb.
#26729
  1   2   3   4   5   6   7   8   9   ...   15


Я.М.Бядялов

А.М.АЬАЙЕВ

С.Ж.Таьызадя

Д Ц Н Й А ИГТИСАДИЙЙАТЫ

Б А К Ы – 2 0 0 6

Giriş


Dünya ölkələri təbii, maddi, iqtisadi ehtiyatlarına görə biri-birindən fərqlənirlər. Bununla yanaşı, coğrafi mövqeyinə görə, iqlim şərtlərinə görə, əmək ehtiyatlarına görə biri-birini təkrarlamırlar. Dünyanın hər bir ölkəsində iqtisadi potensial müxtəlifdir və bu fərq daim nəzərə çarpacaq şəkildə inkişaf edir.

Dünya iqtisadiyyatının subyekti kimi ayrı-ayrı dövlətlərlə ərazi əmək bölgüsü və beynəlxalq əmək bölgüsü obyektiv zərurət kimi istehsal-təsərrüfat fəaliyyətini bir-birindən nə qədər ayırıb təcridləşdirsə də, onların qarşılıqlı asılılığını bir o qədər gücləndirir.

Bu baxımdan dünya ölkələrinin müstəqil iqtisadiyyatlarının öyrənilməsi zərurəti meydana gəlir. “Dünya İqtisadiyyatı”nın öyrənilməsi dünya ölkələrinin iqtisadiyyatının inkişaf xüsusiyyətləri, qlobal iqtisadi problemlərin məzmunu və həlli yolları, dünya iqtisadiyyatının müxtəlif səviyyələr üçün daha çox xarakterik olan iqtisadi inkişaf perspektivləri və ziddiyətləri haqqında lazımi biliklər əldə etməyə imkan yaradır.

Müasir dövrdə dövlətlərarası münasibətlərdə iqtisadiyyat başlıca rola malikdir. İqtisadiyyatın başlıca rola malik olması ilə əlaqədar olaraq dünya ölkələri haqqında iqtisadi biliklərin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən milli iqtisadi sistemlərin dünya təsərrüfatı sisteminə qovuşması onun dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi kimi fəaliyyət göstərməsini tələb edir.Bu baxımdan dünya iqtisadiyyatının müasir problemlərinin öyrənilməsinə böyük ehtiyac vardır. Dünya iqtisadiyyatının həm bu, həm də daha mürəkkəb və ziddiyətli inkişaf dinamikası haqqında elmi biliklər əldə etmək xüsusilə vacib məsələlərdəndir.

Təqdim olunan “dünya iqtisadiyyatı” fənni üzrə dərs vəsaiti məhz bu vəzifələrin yerinə yetirilməsini təmin etməklə tələbələrə dünya ölkələrinin iqtisadiyyatını özündə birləşdirən və beynəlxalq iqtisadi əlaqələrlə bir-birinə bağlı olan tam bir sistem kimi dünya iqtisadiyyatı haqqında nəzəri biliklər əldə etməyə kömək edəcəkdir.

Kitabda dünya iqtisadiyyatının mahiyyəti, yaranması və formalaşması, dünya iqtisadiyyatında istehsalın beynəlmiləlləşməsi, dünyada mövcud olan təbii ehtiyatlar, dünya maliyyə münasibətləri, ABŞ, Rusiya, Çin Xalq Respublikası, İnkişaf etmiş sənaye ölkələri, inkişaf etməkdə olan ölkələr, yeni sənaye olkələri, zəif inkişaf etmiş ölkələrin iqtisadiyyatı konkret şərh olunmuşdur. Kitabda həmçinin Azərbaycanın sosial-iqtisadi inkişaf dinamikası, aparıcı iqtisadi sahələrinin xüsusiyyətləri, ölkəmizin dünya təsərrüfatı sisteminə inteqrasiyası, dünya iqtisadiyyatında mövqeyi və gələcək perspektivləri də öz əksini tapmışdır.



I Bölmə

Dünya iqtisadiyyatının yaranması və formalaşması


Dünya iqtisadiyyatının yaranması. Dünya xalqları böyük bir tarixi dövr keçmişdir.Əmək alətlərinin hazırlanmasına görə bəşər tarixi daş, tunc və dəmir dövrlərinə bölünür. İnsan cəmiyyətinin yaşamış olduğu ən qədim dövrdə - ibtidai icma quruluşunda istehsal münasibətlərinin əsasını kollektivçilik,istehsal vasitələri üzərində icma mülkiyyəti təşkil etməklə iqtisadiyyatın mühüm sahələri olan kənd təsərrüfatı və sənətkarlıq yaranmış və inkişaf etmişdir. Bu sahələr uzun müddət cəmiyyətin əsas istehsal sahələri olmuşdur. Sənətkarlığın ayrıca sahə kimi inkişafı cəmiyyətdə böyük ictimai əmək bölgösünə səbəb oldu. Belə ki, sənətkarlıq kənd təsərrüfatından ayrıldı, natural formada mal mübadiləsi inkişaf etdi, tədricən əmtəə istehsalına keçid yarandı.

Dövlətçiliyin yaranması prosesi çox uzun bir dövrü əhatə etmiş və bütün dünyada bu proses eyni vaxtda getməmişdir.Eramızdan əvvəl II əsrdə, xüsusilə I əsrdə Roma dünyanın ən çox inkişaf etmiş quldar dövlətinə çevrilmişdi. Bizim eranın I-II əsrlərində Roma imperiyasının iqtisadiyyatı çiçəklənmə dövrünü keçirirdi. Dünyada iqtisadçılardan bəziləri dünya iqtisadiyyatının yaranmasını bu dövrlə bağlayırlar.O dövrün təsərrüfatı dünya sistemi hesab edilirdi.

Bir qrup alimlər dünya iqtisadiyyatının yaranmasını böyük coğrafi kəşflərlə (BCK) bağlayırlar. Qərbi Avropa ölkələrinin iqtisadi inkişafına mühüm təsir göstərmiş böyük coğrafi kəşflərin ictimai-iqtisadi və başqa ilkin şərtləri artıq XV əsrdə yaranmışdı.Böyük coğrafi kəşflər artan ticarət münasibətlərinin məntiqindən doğurdu. Eyni zamanda bu kəşflər Avropada kapitalist təsərrüfatının formalaşması və ilkin kapital yığımı prosesinə güclü təkan vermişdi. Böyük coğrafi kəşflərin başlıca iqtisadi səbəbləri və ilkin şərtləri Avropada əmtəə-pul münasibətlərinin güclənməsi ilə Şərqlə aparılan ticarətin daha da genişlənməsinə ehtiyacın artması idi. Böyük coğrafi kəşflərin iqtisadi nəticələri kimi ümumdünya bazarı yarandı və ümumdünya iqtisadiyyatı formalaşdı.

Dünya iqtisadiyyatının əsas faktoru kimi ticarətdə əsl çevriliş əmələ gəldi.Mühüm iqtisadi nəticələrdən biri də Avropada “qiymətlər inqilabı”nın baş verməsi idi. 1601-ci ildə İspaniyada qiymətlər 4,3 dəfə, İngiltərə və Fransada 2,5-3 dəfə artmışdı. XVI-əsrin ortalarında kənd təsərrüfatı məhsulları da daxil olmaqla qiymət yüksəlişi bütün sahələri əhatə etmişdi. Bu dövrdə müstəmləkəçilik sisteminin əsası qoyuldu. Amerika, Afrika və Asiya qitələrində Avropa ölkələrinin qarətçilik siyasəti Qərbi Avropa ölkələrinin iqtisadiyyatının qurulmasında əsas maliyyə mənbələrindən biri olmuşdur.



Dünya iqtisadiyyatının formalaşması. Dünya təsərrüfatı XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşmağa başlamışdır. Bu dövrdə istehsal və kapital təmərküzləşmiş və bu təmərküzləşmədən doğan inhisarlar meydana gəlmişdi; bank kapitalı ilə sənaye kapitalının qovuşması nəticəsində maliyyə kapitalı və maliyyə oliqarxiyası yaranmışdı; əmtəə ixracından fərqli olaraq kapital ixracı böyük əhəmiyyət kəsb edirdi. XIX əsrin sonlarında kapitalist ölkələrinin iqtisadi inkişafının başlıca xüsusiyyəti ayrı-ayrı müstəqil müəssisələrin azad rəqabətinə əsaslanan kapitalizmdən tədricən inhisarçı kapitalizmə keçilməsi ilə müəyyən olunurdu.XIX əsrin sonlarında dünya üzrə sənaye məhsulu istehsalı 3 dəfədən çox artmışdı. Məhsuldar qüvvələrin sürətli inkişafı maşınlı sənayenin sahə strukturunda ciddi dəyişikliklərə səbəb olmuşdu. XIX əsrin sonu XX əsrin əvvəllərində dünya iqtisadiyyatında sürətli inkişafı ilə seçilən ölkələr ABŞ və Almaniya olmuşdur. Bu ölkələr sənaye istehsalının ümumi həcminə görə İngiltərə və Fransanı qabaqlayırdı. Artıq bu dövrdə ABŞ dünyada birinci sənaye dövlətinə çevrilmişdi.

Lakin müasir dünya təsərrüfatı XX əsrin əvvəllərindəki səviyyədən çox-çox irəli getmiş və inkişaf etmişdir. İndi dünya iqtisadiyyatı daha vahid və bütöv xarakterə malikdir. Belə ki, müasir dünya iqtisadiyyatında sənayecə inkişaf etmiş ölkələrin, inkişaf etməkdə olan ölkələrin, yeni sənaye ölkələrinin, keçid dövrü yaşayan ölkələrin iqtisadiyyatları əks olunur və qlobal dünya iqtisadiyyatı formalaşır. Qloballaşma beynəlxalq əmək bölgüsü və istehsalın beynəlmiləl xarakteri ilə səciyyələnir və bazar iqtisadiyyatı prinsiplərinə əsaslanır.

Dünyada mövcud olan hər bir ölkə bu və ya digər xüsusiyyətləri özündə əks etdirməklə bir-birindən sosial-iqtisadi quruluş, inkişaf səviyyəsinə, təbii ehtiyatlarla zənginliyinə, iqtisadi strategiyaya və s. görə fərqlənirlər. Dünya ölkələri cəm halda, qarşılıqlı fəaliyyətdə, beynəlxalq əmək bölgüsü əsasında mövcuddurlar və inkişaf edirlər.

Dünya iqtisadiyyatı beynəlxalq əmək bölgüsü sistemi əsasında yaranan milli təsərrüfatların iqtisadi və siyasi münasibətlərinin məcmusu olmaqla, bu təsərrüfatlar arasında hərtərəfli əlaqəyə əaslanan beynəlxalq iqtisadi münasibətlər sistemidir.

Dünya iqtisadiyyatı iqtisadi və siyasi kateqoriya olmaqla vahid bir sistem təşkil edir. Bu sistem müəyyən nizama və qaydaya əsaslanmaqla ümumi bir məqsədə xidmət edir. Dünyada mövcud olan ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar və transmilli kompaniyalar dünya iqtisadiyyatının subyektlərini təşkil edir.

Dünya təsərrüfat sisteminə fəal surətdə qoşulmaqla dünya ölkələri özlərinin müvafiq ehtiyatları olmadan cəmiyyətin tələbatını daha dolğun ödəmək istəyirlər. Eyni zamanda ölkələr iqtisadiyyatın səmərəli strukturunu fəallaşdırmaq, müasir texnika və texnologiyaya yiyələnmək, mütərəqqi təsərrüfatçılıq və idarəçilik təcrübəsi qazanmaq istəyirlər.Bu problemlərin həlli ilə yanaşı bu ölkələr özlərinin beynəlxalq əmək bölgüsündə malik olduqları üstünlükləri reallaşdırmaq imkanı əldə etmiş olurlar.Bu baxımdan Azərbaycan respublikasında həyata keçirilən sosial iqtisadi siyasətin strateji istiqamətlərindən biri də ölkə iqtisadiyyatının dünya təsərrüfatı sisteminə səmərəli şəkildə inteqrasiya olunmasını təmin etməkdir.




Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə